Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-78/2023 09.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 10:05 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abbaszadə Xalid Fəxrəddin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakarı ilə, xx xxxxxx 1995-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının ortalarında Lənkəran rayonunda şəxsi istehlak miqdarından artıq miqdarda - 4(dörd) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,154 qram, -0,134 qram, -0,155 qram, -0,133 qram, ümumi təmiz çəkisi -0,576 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə əməliyyat məlumatları almış Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 20 sentyabr 2022-ci il tarixdə, saat 18:45 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bükümdə və çəkidə narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, 1 ilə yaxındır narkotik vasitə heroindən istifadə edir. İstifadə etdiyi psixotrop maddə və narkotik vasitələri Lənkəran şəhəri ərazisində üzdən tanıdığı şəxslərdən alır. 20 sentyabr 2022-ci il tarixdə kakos deyilən narkotik vasitə əldə etmək məqsədilə Lənkəran şəhəri kiçik bazar tərəfə getmiş və üzdən tanıdığı narkotik vasitə və psixotrop maddə satıcısı olan şəxslə rastlaşmış və ondan 20 manata dörd bükümdə heroin alaraq üzərində saxlamışdır. Narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmur, dörd bükümdə heroini öz istifadəsi üçün almışdır. Həmin gün, yəni, 20 sentyabr 2022-ci il tarixdə, saat 18 radələrində Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində piyada hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu demiş və onun psixotrop maddə və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Üzərində narkotik vasitə olduğu üçün polis şöbəsinə getməkdən imtina etmiş, lakin həmin şəxslər onu saxlayıb polis şöbəsinə aparmışdır. Şöbənin inzibati binasında müdafiəçisinin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynindəki şalvarın sağ yan cibindən dörd ədəd narkotik vasitə heroin bükümünü təqdim etmişdir. Sonra tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə tutduğu əməlindən son dərəcə peşman olduğunu, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi törətdiyi cinayət əməlini etiraf etməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran şəhəri Məhəmməd Füzuli küçəsi ev 102-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə edib üzərində saxlaması və daşıması barədə Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili Şahid1 icraatına dəqiq və qərəzsiz mənbədən daxil olmuş məlumatların mötəbərliyi Şahid1 tərəfindən yolanıldıqdan sonra məlumatların icra edilməsi üçün şöbə rəhbərliyinə raportla müraciət etmişdir. Rəhbərlik tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmiş və əməliyyat qrupunun tərkibini təsdiq edən əmr imzalanmışdır. Əmrə əsasən qrupun rəhbəri Şahid1, üzvləri isə şöbəsinin post-patrul xidməti bölüyünün polis nəfərləri Şahid3 və o olmuşdur. Göstərişi əsasında 20 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsinə çıxıb müşahidələr aparmağa başlamışlar. Çünki Cavidin həmin küçədə intensiv hərəkətdə olduğu ona məlum olmuş, bir müddət həmin küçədə müşahidlər apardıqdan sonra Cavidi həmin küçədə hərəkətdə olan zaman aşkar etmişlər. Bir az onu izləmiş, daha sonra polis nəfərlərinə ona yaxınlaşmalı olduqlarını demişdir. Yanında olan polis nəfərlərini təlimatlandırandan sonra çevik və gözlənilməz şəkildə Təqsirləndirilən şəxs yaxınılaşmış, özlərini polis əməkdaşı kimi təqdim etmiş, Cavid də özünü təqdim etmişdir. Cavidə daxil olmuş məlumata görə üzərində qanunsuz olaraq narkotik vasitələr olma ehtimalı olduğunu, bu səbəbdən də onlarla birlikdə üzərində şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə gəlməli olduğunu bildirmişdir. Cavid bir müddət düşünmüş, sonra razılaşmış və onlarla birlikdə şöbəyə gəlmişdir. Şöbəyə gələnə qədər Cavidi nəzarətləri altında saxlamışlar. Şöbədə onu otaqlardan birinə aparmış, təhqiqatçı ona şübhəli şəxs qismində tutulduğunu elan etmiş və vəkillərin siyahısını təqdim edərək Caviddən hüquqlarının müdafiəsi üçün vəkil seçməsini xahiş etmişdir. Cavidin siyahıdan seçdiyi müdafiəçi polis şöbəsinə dəvət edilmişdir. Videoçəkiliş müşayiəti və müdafiəisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Təhqiqatçı şəxsi axtarışa başlamamışdan əvvəl Caviddən üzərində qanunla qadağan edilmiş predmet olduğu halda könüllü şəkildə təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs də əynində olan qara rəngli şalvarın sağ yan cibindən 4 ədəd şəffaf sellofan bükülmüş heroinəbənzər kütlə və bir ədəd “Phlilips” markalı mobil telefonu təqdim etmişdir. Həmin heroinəbənzər kütlələr elektron tərəzidə çəkildikdə çəkisi 0,65 qram olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid2la eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Şahid1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məumat verməmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Şahid1 ibitdai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran şəhəri Məhəmməd Füzuli küçəsi ev 102-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə edib üzərində saxlaması və daşıması barədə icraatına dəqiq və qərəzsiz mənbədən daxil olmuş məlumatların mötəbərliyi tərəfindən yolanıldıqdan sonra məlumatların icra edilməsi üçün şöbə rəhbərliyinə raportla müraciət etmişdir. Rəhbərlik tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmiş və əməliyyat qrupunun tərkibini təsdiq edən əmr imzalanmışdır. Əmrə əsasən qrupun rəhbəri o, üzvləri isə şöbəsinin post-patrul xidməti bölüyünün polis nəfərləri Şahid3 və Şahid2 olmuşdur. Göstərişi əsasında 20 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsinə çıxıb müşahidələr aparmağa başlamışlar. Çünki Cavidin həmin küçədə intensiv hərəkətdə olduğu ona məlum olmuş, bir müddət həmin küçədə müşahidlər apardıqdan sonra Cavidi həmin küçədə hərəkətdə olan zaman aşkar etmişlər. Bir az onu izləmiş, daha sonra polis nəfərlərinə ona yaxınlaşmalı olduqlarını demişdir. Yanında olan polis nəfərlərini təlimatlandırandan sonra çevik və gözlənilməz şəkildə Təqsirləndirilən şəxs yaxınılaşmış, özlərini polis əməkdaşı kimi təqdim etmiş, Cavid də özünü təqdim etmişdir. Cavidə daxil olmuş məlumata görə üzərində qanunsuz olaraq narkotik vasitələr olma ehtimalı olduğunu, bu səbəbdən də onlarla birlikdə üzərində şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə gəlməli olduğunu bildirmişdir. Cavid bir müddət düşünmüş, sonra razılaşmış və onlarla birlikdə şöbəyə gəlmişdir. Şöbəyə gələnə qədər Cavidi nəzarətləri altında saxlamışlar. Şöbədə onu otaqlardan birinə aparmış, təhqiqatçı ona şübhəli şəxs qismində tutulduğunu elan etmiş və vəkillərin siyahısını təqdim edərək Caviddən hüquqlarının müdafiəsi üçün vəkil seçməsini xahiş etmişdir. Cavidin siyahıdan seçdiyi müdafiəçi polis şöbəsinə dəvət edilmişdir. Videoçəkiliş müşayiəti ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Təhqiqatçı şəxsi axtarışa başlamamışdan əvvəl Caviddən üzərində qanunla qadağan edilmiş predmet olduğu halda könüllü şəkildə təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs də əynində olan qara rəngli şalvarın sağ yan cibindən 4 ədəd şəffaf sellofan büküm və bir ədəd “Phlilips” markalı mobil telefonu təqdim etmişdir. Sonuncuya həmin bükümlərdə nə olduğu ilə bağlı sual verilən zaman isə bükümlərdə narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu, Lənkəran şəhəri “kiçik bazar” adlanan ərazidə olan tanımadığı şəxsdən 20 manat qarşılığında aldığını, öz istifadəsi üçün bildirmişdir. Cavidin üzərindən aşkar edilmiş 4 ədəd heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdə çəkisi 0,65 qram olmuş, daha sonra həmin bükümlər ekspertizaya göndərilməsi üçün ayrıca qablaşdırılaraq möhürlənmişdir. Sonda tərtib edilən protokol iştirakçılara ucadan oxunaraq imzalanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 20 sentyabr 2022-ci il tarixli protokoldan və DVD diskdəki videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 4 ədəd sellofan bükümdə, ilkin çəkisi 0,65 qram olan narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin bükümlərin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 21 sentyabr 2022-ci il tarixli, 19/994 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs məxsus bükümlər.....” sözlər və imzalar olan bir ədəd zərfdəki 4 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,154 qram, 0,134 qram, 0,155 qram, 0,133 qram, ümumi təmiz çəkisi 0,576 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatı üçün – 0,2 qram heroin istifadə edilmiş, 0,376 qram heroin qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 22 sentyabr 2022-ci il tarixli 987 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən polinarkomaniya xəstəliyi aşkar olunur. Polinarkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasına qeydiyyata alınması məsləhət görülür. Lənkəran Rayon Məhkəməsinin 4(049)-301/2022 №-li, 22 serntyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbetmənin əvvəli 20 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Maddi sübut kimi tanınma haqqında 17 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 4 bükümdə, ümumi təmiz çəkisi 0,576 qram narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 0,376 qram qalığı, şəxsi axtarış aparılarkən videogörüntünün qeydə alındığı 01 ədəd DVD disk və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Phlilips” markalı mobil telefon maddi sübut kimi tanınmış, narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 0,376 qram qalığının, həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Phlilips” markalı mobil telefonun Təqsirləndirilən şəxs qohumları gəlib təhvil alınanadək saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi, DVD diskin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran şəhər İHB-nın 1 №-li sahə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamə və Arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır və və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqında əməlini etiraf edərək səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar, habelə həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-cü maddəsinə müvafiq olaraq cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 20 sentyabr 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsa cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 0,376 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalı, «Phlilips» markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 sentyabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 0,376 qram çəkidə dörd bükümdə narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın, «Phlilips» markalı mobil telefon isə qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-78/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-78/2023
09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver