Məhkəmə qərarları › İş №1(049)-78/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-78/2025

14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-78/2025 14.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkum olunmamış, Lənkəran rayonu Separadi kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, arvadı Zərərçəkmiş şəxs ilə 24 fevral 2025-ci il tarixdə saat 22 radələrində Lənkəran rayonu Separadi kəndində şəxsi münasibətləri zəminində, yəni sonuncu əri Təqsirləndirilən şəxs təhqir etməsi səbəbindən aralarında yaranmış münaqişə zamanı Təqsirləndirilən şəxs qəsdən şillə ilə Zərərçəkmiş şəxs sağ əlinə vurmaqla - sağ əlin İV barmağı nahiyəsində əzilmiş yaradan ibarət xəsarət yetirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2003-cü ildən evlidir. Birgə nikahdan 2 övladı vardır. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Separadi kənd sakini Günel Rzazadə ona zəng edərək, arvadı Günelin onun bacısı Xuraman barəsində əxlaqsız sözlər işlətdiyini və Xuramanın onunla münasibəti olduğunu yaymasını bildirmişdir. Həmin zaman arvadı Güneli yığaraq harada olduğunu soruşmuşdur. Arvadı Günel qardaşı Təhmasibin evində olduğunu demişdir. Qardaşı Təhmasibin evinə getmişdir. Qardaşının evində olan zaman arvadı Günel ilə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs Xuraman ilə heç bir əlaqəsi olmadığını bildirmişdir. Lakin Günel onu təhqir etməyə başlamışdır. Arvadı Günel onun ailə üzvlərini təhqir etdiyi üçün əsəbiləşərək ona sillə ilə zərbələr vurmuşdur. Günel əlini üzünə tutduğu üçün onun əl nahiyəsinə sillə vuraraq xəsarət yetirmişdir Qardaşı Təhmasib onları ayıraraq sakitləşdirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda, əməlindən peşmançılıq hissi keçirdiyini, iş üzrə zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə 2003-cü evildir. Birgə nikahdan 2 övladı vardır. xx.xx.2025-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərək, əri Sakitin onu döyərək xəsarət yetirməsini bildirmişdir. Təqsirləndirilən şəxs Separadi kənd sakini Xuraman ilə qeyri-rəsmi birlikdə yaşamasını eşitmişdir. xx.xx.2025-ci il tarixdə Xuramana xəbər göndərərək ərindən uzaq durmasını bildirmişdir. Həmin gün saat 19 radələrində azyaşlı uşaqları ilə birlikdə Lənkəran rayonu Separadi kəndində yaşayan qaynı Təmasib Əskərovun yaşadığı ünvana qonaq getmişdir. Qaynı Təmasibin evində olduğu zaman Sakit baş verənləri öyrənərək ora gəlmişdir. Sakit onu görərək Xuraman ilə heç bir əlaqəsinin olmadığını, onun barəsində yalan danışdığını bildirmişdir. Əsəbiləşərək Sakitin ünvanına nalayiq ifadələr işlətmişdir Sakit də üzərinə gələrək onu əli ilə vurmağa başlamışdır. Əlini qabağa verərək özünü qorumaq istəmişdir. Lakin Sakit əli ilə onu vuraraq bədən nahiyəsinə xəsarət yetirmişdir. Əri Sakit onu vurduqdan sonra oradan çıxaraq Lənkəran rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanada ona ilkin tibbi yardım göstərilmişdir. Əri Sakit onu vuraraq sağ əlinin barmağına xəsarət yetirmişdir Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və barışdıqları üçün işə xitam verilməsini xahiş etdi. İş materialında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş: xx.xx.2025-ci il tarixli baxış protokolundan görünür ki, hadisə Lənkəran rayonu Separadi kəndində baş vermişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 123 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sağ əlin ıv barmağı nahiyəsində əzilmiş yara aşkar edilmişdir Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsınə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli 168 saylı arayışından məlum olur ki, Lənkəran rayonu Separadi kəndində yaşayan Təqsirləndirilən şəxs X1 qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-in BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Lənkəran şəhər İHB-nın Lənkəran rayonu, Separadi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 fevral 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Əskərov X6 rayonu, Separadi kəndində arvadı X7, uşaqları – xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, X2 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəlməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar