Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-79/2023 09.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 12:35 xx.xx.1975-ci il tarixdə Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(049)-353/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 7(057)-682/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən, beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,421 qram, 0,245 qram, 0,197 qram, 0,187 qram və 0,218 qram, ümumi təmiz çəkisi - 1,268 qram olan tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış və 27 sentyabr 2022-ci il tarixdə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin günü, saat 14:30-da Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, polis şöbəsinin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən qeyd olunan bükümlərdə narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə iki dəfə məhkum olunmuşdur. Azadlığa buraxıldıqdan sonra bədənində ağrılar olduğuna görə narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. Əldə etdiyi narkotik vasitələri Lənkəran şəhərində tanımadığı şəxslərdən almışdır. 27 sentyabr 2022-ci il tarixdə, səhər saat təxminən 11 radələrində Lənkəran şəhəri “kiçik bazar” ərazisində olarkən orada üzdən tanıdığı, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 5 bükümdə heroin almışdır. Həmin şəxsə ümumilikdə bükümlərə görə 70 manat pul vermişdir. Heroini alıb üzərində saxlamışdır ki, bədənində ağrılar olan zaman istifadə etsin. Polis əməkdaşları səhər saatlarında yaşadığı evə gələrək onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı təzyiq göstərilmiş, üzərindən aşkar edilmiş narkotik vasitələrdən əlavə elektron tərəzi qoymuşlar. Bundan sonra vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Videoçəkiliş zamanı narkotik vasitənin və tərəzinin ona məxsus olmadığını bildirəcəyi təqdirdə ona qarşı təzyiq göstəriləcəyini güman edərək, narkotik vasitə ilə yanaşı elektron tərəzinin də ona məxsus olduğunu bildirmişdir. Ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, heç vaxt narkotik vasitələri satmaq niyyəti olmamışdır. Üzərindən aşkar edilmiş beş bükümdə narkotik vasitə heroin ona məxsusdur, şəxsi istifadəsi üçün almışdır, lakin elektron tərəzinin ona heç bir aidiyyəti yoxdur. Təqsirləndirilən şəxs son sözündə özünü ona qarşı elan edilmiş ittihamla təqsirli bilmədiyini, əməlinin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə səmimi peşmançılıq hissi keçirməsini, faktiki nikah münasibətlərindən doğulmuş və himayəsində olan bir azyaşlı uşağının olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 27 sentyabr 2022-ci il tarixdə Lənkəran rayonu Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla yaşayan 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını əldə etmə, üzərində saxlama, daşıma və satması barədə Lənkəran ŞRPŞnin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat Şahid1 tərəfindən raportla Lənkəran ŞRPŞ-nin rəisinə məruzə olunmuş, məlumatın yoxlanılması şöbənin rəhbərliyi tərəfindən ona həvalə edilmişdir. Məlumatın yoxlanılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və qərar təsdiq olunduqdan sonra rəhbərliyin göstərişinə əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna , Şahid1 rəhbərlik etmiş, qrupun tərkibində onunla birlikdə polis əməkdaşı Şahid3 iştirak etmişdir. Həmin tarixdə, saat 14 radələrində Qurbanov X3 rayonu, Yuxarı Nüvədi kəndində, yaşadığı evin yaxınlığında saxlanılmış, saxlama səbəbi izah olunduqdan sonra rayon polis şöbəsinə gətirilmişdir. Lənkəran ŞRPŞ-də xidməti otaqların birində videoçəkiliş vasitəsilə, müdafiəçinin iştirakı ilə ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd elektron tərəzi, beş ədəd büküm, sağ yan cibindən bir ədəd “Samsung” və bir ədəd “Nokia” markalı mobil telefonları çıxarıb təqdim edərək bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı Fəhmin Nüsrətzadə tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış 5 bükümdə narkotik vasitə heroinə bənzər kütlələrin çəkisi elektron tərəzidə çəkilərək təxmini 1,70 qram olması müəyyən edilmiş, kütlələr və elektron tərəzi götürülərək ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Həmçinin iş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış bir ədəd “Samsung” və bir ədəd “Nokia” markalı mobil telefonlar təhqiqatçı tərəfindən götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlələr heroindir, həmin kütlələr özünə məxsusdur, həmin kütlələri saxlanılan günü Lənkəran şəhəri “kiçik bazar” ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün ümumilikdə 70 manata almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır, narkotik vasitələrin satışı ilə məşğul olmur, elektron tərəzidən narkotik vasitə alarkən qədərini bilmək, çəkidə aldatmamaları üçün üzərində saxlamışdır. Daha sonra protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və yaxud da psixi zor tətbiq edilməmişdir. Məhkəmə iclasında Şahid3 Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə verdi. Məhkəmə istintaqında dövlət itthamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş şahid, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 27 sentyabr 2022-ci il tarixdə Lənkəran rayonu Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla yaşayan 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını əldə etmə, üzərində saxlama, daşıma və satması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən raportla Lənkəran ŞRPŞ-nin rəisinə məruzə olunmuş, məlumatın yoxlanılması şöbənin rəhbərliyi tərəfindən ona həvalə edilmişdir. Məlumatın yoxlanılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və qərar təsdiq olunduqdan sonra rəhbərliyin göstərişinə əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və Şahid3 iştirak etmişdir. Həmin tarixdə, saat 14 radələrində Qurbanov X3 rayonu Yuxarı Nüvədi kəndində, yaşadığı evin yaxınlığında saxlanılmış, saxlama səbəbi izah olunduqdan sonra rayon polis şöbəsinə gətirilmişdir. Lənkəran ŞRPŞ-də xidməti otaqların birində videoçəkiliş vasitəsilə, dəvət olunmuş müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd elektron tərəzi, beş ədəd büküm, sağ yan cibindən bir ədəd “samsung” və bir ədəd “nokia” markalı mobil telefonları çıxarıb təqdim edərək bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı Fəhmin Nüsrətzadə tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış 5 bükümdə narkotik vasitə heroinə bənzər kütlələrin çəkisi elektron tərəzidə çəkilərək təxmini 1,70 qram olması müəyyən edilmiş, kütlələr və elektron tərəzi götürülərək ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq AR DİN-nin 135 saylı möhürü ilə möhürlənmişdir. Həmçinin iş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış bir ədəd “Samsung” və bir ədəd “Nokia” markalı mobil telefonlar təhqiqatçı tərəfindən götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlələr heroindir, həmin kütlələr özünə məxsusdur, həmin kütlələri saxlanılan günü Lənkəran şəhəri “kiçik bazar” ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün ümumilikdə 70 manata almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır, narkotik vasitələrin satışı ilə məşğul olmur, elektron tərəzidən narkotik vasitə alarkən qədərini bilmək, çəkidə aldatmamaları üçün üzərində saxlamışdır. Müdafiəçi İntiqam Hüseynovun verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılarkən, polis şöbəsinə gətirilərkən və ya sonrakı mərhələlərdə polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki, psixi zor tətbiq olunmamış, polis əməkdaşlarından şikayəti yoxdur. Daha sonra protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs da heç bir təzyiq altında olmadan tərtib olunmuş sənədlərlə tanış olub imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə şöbədə məlumat olmuş, keçirilmiş əməliyyat tədbirləri zamanı da Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olmaqla, satış məqsədilə əldə etdiyi narkotik vasitələri xırda bükümlərə bölərək narkoman tanışlarına satırmış. Lakin əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi və satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum edildiyindən və törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini yaxşı bildiyindən, məsuliyyətdən yayınmaq üçün yalan olaraq saxlanılıb üzərində şəxsi axtarış aparılarkən və ifadələrində aşkarlanmış narkotik vasitəni öz istifadəsi üçün üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs Lənkəran rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə CAB-da məlumat olmuş və üzərindən aşkarlanmış narkotik vasitələrin bükümlərinin çoxluğundan, həmçinin elektron tərəzidən də görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olmaqla satışı ilə də məşğul olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini kimə və ya kimlərə satacağı istiqamətdə əməliyyat tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Lakin Təqsirləndirilən şəxs konkret olaraq bir şəxsə heroini satmayacaqmış, buna görə də, aşkarlanmış həmin heroini xırda bükümlərə bölüb daha baha qiymətə satmaq məqsədilə özü ilə elektron tərəzi də saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitəni əldə etdiyi şəxsi ifşa etməmək üçün narkotik vasitələri əldə etdiyi şəxsi tanımadığını bildirmişdir. Həmin şəxsin kimliyini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 27 sentyabr 2022-ci il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sol yan cibindən 05 ədəd bükümdə 1,70 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 05 bükümdə kütlənin narkotik vasitə heroin olduğunu, həmin bükümləri saxlanılan günü Lənkəran şəhəri Kiçik bazar ərazisində tanımadığı şəxsdən 70 manata aldığını bildirmişdir.. Məhkəmə-kimyəvi ekspertizasının 28 sentyabr 2022-ci il tarixli 19/1035 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs məxsus 5 ədəd büküm və 1 ədəd elektron tərəzi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,421 qr; -0,245 qr; -0,197 qr; -0,187; -0,218 qram: ümumi təmiz çəkisi: -1,268 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir biriləri ilə eynidirlər, həmin zərfdəki 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroin izləri vardır. Ekspertiza tədqiqatının dəyəri 60 manat müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 29 sentyabr 2022-ci il tarixli, 1026 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 991 №-li rəyindən də görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Lənkəran rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli “Amnistiya” qərarına əsasən cəzadan azad edilmiş, xx.xx.2021-ci il tarixdə Lənkəran rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Salyan rayon məhkəməsinin qərarına əsasən AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli “amnistiya” qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış və CM-nin 18 və 83cü maddələrinə əsasən məhkumluğu ödənilməmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(049)-353/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Resppublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(049)-368/2022 saylı qərarından görünür ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 27 sentyabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir Lənkəran Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 4(049)-313/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 27 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Salyan Rayon Məhkəməsinin 7(057)-682/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Maddi sübut kimi tanınma haqqında 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalan təmiz çəkisi 1,068 qram heroin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış zamanı videoçəkilişin köçürüldüyü DVD disk cinayət işi materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci tarixli, 804 nömrəli arayışdan görünür ki, Qurbanov X3 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Səpnəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Qurbanov X3 rayonu Yuxarı Nüvədi kəndində arvadı X4 və uşağı – 2016-cı il təvəllüdlü X1 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin və müdafiə tərəfinin çıxışının «təqsirləndirilən şəxsin üzərində hər hansı elektron tərəzi olmaması, ona polis əməkdaşları tərəfindən təzyiq göstərilərək üzərinə elektron tərəzi qoyulması, həmçinin polis əməkdaşlarının təqsirləndirilən şəxsi 27 sentyabr 2022-ci il tarixdə, saat 14:30-da Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində piyada hərəkətdə olan zaman deyil, həmin gün səhər saatlarında yaşadığı evdən polis şöbəsinə aparılması» barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitəni əldə etməsi, üzərində saxlamaqla daşıması cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokolu və videogörüntüləri, şahidlər Şahid3, Şahid2 və Şahid1 ifadələri, məhkəmə-tibb, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən psixi zor tətbiq edilməsi ilə bağlı ifadəsinə, həmçinin bu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iş materiallarında olan sənədlərlə təkzib olunur. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 991 №-li tarixli rəyindən də görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs heç bir şikayəti olmamış, onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Digər tərəfdən şəxsi axtarışın DVD diskindəki videogörüntülərdən də görünür ki, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini, aşkar edilmiş narkotik və elektron tərəzinin ona məxsus olduğunu, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Habelə, Lənkəran Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 4(049)- 313/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən məhkəmə iclasında Təqsirləndirilən şəxs şəxsi müayinə zamanı aşkar olunan narkotik vasitələr və elektron tərəzinin ona məxsus olduğunu, lakin onun narkotik vasitəni satmaq niyyətini olmadığını və şəxsi istifadə üçün aldığını bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 1 nəfər azyaşlı uşağının olmasını CMnin 59.1.4-cü, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hallar kimi nəzərə alır. CM-nin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətin residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 65.2-ci maddəsinin (CM-nin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.) tələbinə uyğun olaraq CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 27 sentyabr 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji xəstəxanasında 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 5 ədəd bükümdə 1,068 qram olan narkotik vasitə heroin və elektron tərəzi məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmə, məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 4(dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 27 sentyabr 2022ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji xəstəxanasında 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 5 ədəd bükümdə 1,068 qram olan narkotik vasitə heroin və elektron tərəzi məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-79/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-79/2023
09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver