Məhkəmə qərarları › İş №1(049)-79/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-79/2025

17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-79/2025 17.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Rəhı̇ m qızı, Zərərçəkmiş şəxs2 Mı̇ rzərza qızı, Qulı̇ yeva Qızılgül Feyzulla qızının iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Lənkəran rayonu, Xarxatan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Xarxatan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 04 dekabr 2024-cü il tarixdə, saat 21 radələrində yaşadığı Lənkəran rayonu, Xarxatan kəndində yerləşən mərasim evində ehsan verilməsi ilə əlaqədar həmin mərasim evinin həyətində yerləşən mətbəx kimi istifadə olunan tikilidə samovarlardan su qaynadılması ilə məşğul olan bibisi Zərərçəkmiş şəxs2, həmkəndliləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 yaxınlaşaraq, ona məxsus samovardan icazəsini almadan istifadə etmələrinə irad bildirərkən, sonuncuların samovarın mərasim evinə aid olduğunu deməsindən əsəbiləşərək, aralarında həmin zəmində, yəni şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı içərisi qaynadılmış su ilə dolu olan samovarı əli ilə qəsdən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 üstünə doğru itələyib aşırmaqla, samovardakı qaynar suyu sonuncuların üzərinə tökərək, Zərərçəkmiş şəxs1 bədən səthinin 4 %-ni əhatə edən, yüksək hərarətin (mayenin) termiki təsirindən törənməyə xarakterik olan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid hər iki pəncə və sol topuq nahiyələrində İİ dərəcəli termiki yanıq yaraları, Zərərçəkmiş şəxs2 bədən səthinin 3 %-ni əhatə edən, yüksək hərarətin (mayenin) termiki təsirindən törənməyə xarakterik olan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid sağ pəncə və sağ said nahiyələrində İ-İİ dərəcəli termiki yanıq yaraları və Zərərçəkmiş şəxs3 bədən səthinin 2 %-ni əhatə edən, yüksək hərarətin (mayenin) termiki təsirindən törənməyə xarakterik olan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid sol pəncə nahiyəsində İİ dərəcəli termiki yanıq yaraları xəsarətlərini yetirərək, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 sağlamlıqlarının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Lənkəran rayonu, Xarxatan kəndində yerləşən mərasim evində yas mərasimləri zamanı samovarda çay qaynadır və bunun müqabilində yas sahibləri ona 15-20 manat pul verirlər. Buna görə də, o, özünə məxsus samovarı həmin yas yerində saxlayır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində o, həmin mərasim evinə gedən zaman bibiləri Zərərçəkmiş şəxs2 və Şahid1 həmin mərasim evində ona məxsus olan samovarda su qaynatdıqlarını görüb. O, həmin vaxt onlara irad bildirərək, həmin samovardan niyə istifadə etdiklərini bildirdikdə Nuranə ona “əcəb edirəm, özüm bilərəm, sən kimsənki nənə göstəriş verirsən demişdir. O, isə ona həmin samovarın özünə məxsus olduğunu bildirib. Lakin Nuranə yenə də onunla kobud danışdığı üçün onların arasında münaqişə yaranmış və münaqişə zamanı Nuranə onun üzərimə gələrək, sillə ilə sifətinin sol nahiyəsinə zərbə vurub, Mərifət isə onun kürək nahiyəsinə yumruqla vurmağa başlamışdır. Bu zaman onların arasında münaqişə yaranmış və münaqişə zamanı o, içərisində qaynar su olan samovarı aşırtmışdır, Həmin vaxt Şahid1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 müxtəlif dərəcəli yanıq xəsarətləri almışdılar. Təqsirləndirilən şəxs məhkəmənin suallarına cavab olaraq bildirdi ki, əməlindən peşmandır. zərərçəkmiş şəxslərlə barışmağa cəhd göstərsə də onunla barışmayıblar. Üç azyaşlı uşağı var. X1 autizm xəstəliyindən əziyyət çəkir. Odur, ki məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 Rəhi̇ m qizi ifadəsində göstərdi ki, Lənkəran rayonu, Xarxatan kəndində özünə məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Heç kimlə düşmənçilik və ədavəti yoxdur. Ailəlidir. Lənkəran rayonu, Xarxatan kənd tam orta məktəbində laborant vəzifəsində işləyir. X6 onun qayınanası Mərifətin qardaşı qızıdır. Onunla aralarında münasibətləri normal olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində kənd ərazisində yerləşən mərasim zalında məclis olduğu üçün oraya yığışıb ehsan verirlərmiş. Həmin vaxt Təqsirləndirilən şəxs həmin mərasim evinə gələrək, orada onunla, qaynanası Şahid1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə münaqişə edərək, orada olan samovarın ona aid olduğunu bildirmişdir. Onlar isə Zümrüdə həmin samovarın mərasim evinə aid olduğunu bildirmişlər. Bu zaman onların arasında münaqişə yaranmış və münaqişə zamanı Təqsirləndirilən şəxs içərisində qaynar su olan samovarın birini aşırtdı. Samovarın suyu tam isinmədiyi üçün xəsarət almamışlar. Bundan sonra Təqsirləndirilən şəxs ikinci samovarı aşırtmaq istədikdə onlar Zümrüdə mane olmağa çalışmışlar. Lakin Təqsirləndirilən şəxs həmin samovarı onun, Şahid1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 üzərinə aşıraraq onların müxtəlif dərəcəli yanıq xəsarətləri almağına səbəb olmuşdur. Münaqişə zamanı orada heç kim Təqsirləndirilən şəxs döyməmişdir. Onun əlində yanıq xəsarəti samovarı aşıran zaman yaranmışdır. Almacıq nahiyyəsində olan xəsarətin necə yaranmasını bilmir. Zərərçəkmiş şəxs2 orada Zümrüdü döyməmişdir. Münaqişə təxminən 4-5 dəqiqə davam etmişdir. Münaqişə Lənkəran rayonu Xarxata kəndində yerləşən mərasim evinin həyətində baş vermişdir. Münaqişə zamanı onlar həyətdə çay və yemək hazırladığı üçün insanlar mərasim evinin içərisində olmuşlar. Ona görə də, həmin vaxt oraya onlardan başqa hər hansı bir kənar şəxs yaxınlaşmamışdır. Münaqişə zamanı hansı bir kənar şəxsə və ya əmlaka ziyan vurulmamışdır. X2 ilə barışmadığına görə barəsində qanunla nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 Mi̇ rzərza qizi ifadəsində göstərdi ki, Lənkəran rayonu Xarxatan kəndində özünə məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Heç kimlə düşmənçilik və ədavəti yoxdur. Ailəlidir. Lənkəran rayonu Xarxatan kənd tam orta məktəbində müəllimə işləyir. X6 onun qardaşı qızıdır. Onunla arasında münasibətləri normal olmuşdur. 04 dekabr 2024-cü il tarixdə, saat 21 radələrində kənd ərazisində yerləşən mərasim zalında məclis olduğu üçün oraya yığışıb ehsan verirlərmiş. Həmin vaxt qardaşı qızı Təqsirləndirilən şəxs həmin mərasim evinə gələrək, orada ondan başqa, Zərərçəkmiş şəxs1, Şahid1 və Zərərçəkmiş şəxs3 ilə münaqişə edərək, orada olan samovarın ona aid olduğunu bildirmişdir. O isə Zümrüdə həmin samovarın mərasim evinə aid olduğunu bildirmişdir. Bu zaman onların arasında münaqişə yaranmş və münaqişə zamanı Təqsirləndirilən şəxs içərisində qaynar su olan samovarın birini aşırtmışdır. O, Zərərçəkmiş şəxs1, Şahid1 və Zərərçəkmiş şəxs3 ilə birinci samovarın suyu tam isinmədiyi üçün xəsarət almamışlar. Daha sonra Təqsirləndirilən şəxs ikinci samovarı aşırtmaq istədikdə ona mane olmağa çalışmışlar. Lakin Təqsirləndirilən şəxs həmin samovarı onun, Zərərçəkmiş şəxs1, Şahid1 və Zərərçəkmiş şəxs3 üzərinə aşıraraq onların müxtəlif dərəcəli yanıq xəsarətləri almağına səbəb olmuşdur. O, münaqişə zamanı Təqsirləndirilən şəxs vuraraq ona xəsarət yetirməmişdir. Zümrüdün əlində olan yanıq xəsarəti samovarı aşıran zaman yaranmışdır. Sifət nahiyyəsində olan xəsarətin isə necə yaranmasını bilmir. Münaqişə təxminən 4-5 dəqiqə davam etmişdir. Münaqişə Lənkəran rayonu Xarxatan kəndində yerləşən mərasim evinin həyətində baş vermişdir. Münaqişə zamanı onlar həyətdə çay və yemək hazırladığı üçün insanlar mərasim evinin içərisində olmuşlar. Ona görə də, həmin vaxt oraya onlardan başqa hər hansı bir kənar şəxs yaxınlaşmamışdır. Münaqişə zamanı hansı bir başqa şəxsə və ya əmlaka ziyan vurulmamışdır. X2 ilə barışmadığına görə barəsində qanunla nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs Quli̇ yeva Qizilgül Feyzulla qizi ifadəsində göstərdi ki, Lənkəran rayonu Xarxatan kəndində özünə məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Heç kimlə düşmənçilik və ədavəti yoxdur. Ailəlidir. Lənkəran rayonu Xarxatan kənd tam orta məktəbində xadimə işləyir. X6 onun həmkəndlisidir. Onunla arasında münasibətləri normal olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində kənd ərazisində yerləşən mərasim zalında məclis olduğu üçün oraya yığışıb ehsan verirmişlər. Həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs həmin mərasim evinə gələrək, orada ondan başqa, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 ilə münaqişə edərək, orada olan samovarın ona aid olduğunu bildirmişdir. Onlar isə Zümrüdə həmin samovarın mərasim evinə aid olduğunu bildirmişlər. Bu zaman onların arasında münaqişə yaranmışdır və münaqişə zamanı Təqsirləndirilən şəxs içərisində qaynar su olan samovarın birini aşırtmışdır. Onlar birinci samovarın suyu tam isinmədiyi üçün xəsarət almamışlar. Təqsirləndirilən şəxs ikinci samovarı aşırtmaq istədikdə onlar ona mane olmağa çalışmışlar. Lakin Təqsirləndirilən şəxs həmin samovarı onun, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 üzərinə aşıraraq onların müxtəlif dərəcəli yanıq xəsarətləri almağına səbəb olmuşdur. Münaqişə zamanı orada heç kim Təqsirləndirilən şəxs döyməmişdir. Onun əlində yanıq xəsarəti samovarı aşıran zaman yaranmışdır. Almacıq nahiyəsində olan xəsarətin necə yaranmasını bilmir. Zərərçəkmiş şəxs2 orada Zümrüdü Abdullayevanı döyməmişdir. X2 ilə barışıb. X6 tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Odur ki, X6 barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X6 həmkəndlisi olmaqla yanaşı dayısı qızıdır. Onunla arasında münasibətləri normal olub. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində kənd ərazisində yerləşən mərasim zalında məclis olduğu üçün ailə üzvləri oraya yığışıb ehsan verirmişlər. Həmin mərasim evində çay qaynadan sinif yoldaşı olan Şahid3 ona zəng edərək mərasim evinin mətbəx hissəsində dayısı qızı Zümrüdün gələrək Xalası Zərərçəkmiş şəxs2 ilə münaqişə yaratdığını və orada olan samovarlardan birini aşırdaraq arvadı Zərərçəkmiş şəxs1 və ondan başqa xalası Nuranəyə, həmçinin orada işləyən həmkəndlisi Zərərçəkmiş şəxs3 xəsarət yetirmişdir. Daha sonra O çayxanadan çıxaraq mərasim evinə gəlib. Lakin hadisə bitdiyi üçün yoldaşı Lalənin vəziyyəti ağır olduğunu və onu xəstəxanaya aprdıqlarnı öyrəndikdən sonra Lənkəran RMX-na gəlib. Ora çatdıqda yoldaşı Lalənin hər iki ayaqlarının yandığının şahidi olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Xarxatan kəndində ailəsi ilə birlikdə yaşayır. Nə üçün ifadə verməyi ona aydındır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Lənkəran rayonu Xarxatan kənd tam orta məktəbində kitabxanaçı işləyir. X6 onun qardaşı qızıdır. Onunla aralarında münasibətləri normal olmuşdur. 04 dekabr 2024-cü il tarixdə, saat 21 radələrində kənd ərazisində yerləşən mərasim zalında məclis olduğu üçün oraya yığışıb ehsan verirmişlər. Həmin vaxt qardaşı qızı Təqsirləndirilən şəxs həmin mərasim evinə gələrək, orada gəlini Zərərçəkmiş şəxs1, bacısı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə münaqişə edərək, orada olan samovarın ona aid olduğunu bildirmişdir. Onlar isə Zümrüdə həmin samovarın mərasim evinə aid olduğunu bildirmişlər. Bu zaman onlar arasında münaqişə yaranmış və münaqişə zamanı Təqsirləndirilən şəxs içərisində qaynar su olan samovarın birini aşırtmışdır. O, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 birinci samovarın suyu tam isinmədiyi üçün xəsarət almamışlar. Təqsirləndirilən şəxs ikinci samovarı aşırtmaq istədikdə onlar ona mane olmağa çalışmışlar. Lakin Təqsirləndirilən şəxs həmin samovarı onun, gəlini Zərərçəkmiş şəxs1, bacısı Zərərçəkmiş şəxs2 və həmkəndlisi Zərərçəkmiş şəxs3 üzərinə aşıraraq onların müxtəlif dərəcəli yanıq xəsarətləri almağına səbəb olmuşdur. Münaqişə zamanı orada heç kim Təqsirləndirilən şəxs döyməmişdir. Onun əlində yanıq xəsarəti samovarı aşıran zaman yaranmışdır. Almacıq nahiyyəsində olan xəsarətin necə yaranmasını bilmir. Zərərçəkmiş şəxs2 orada Zümrüdü döyməmişdir. Münaqişə təxminən 4-5 dəqiqə davam etmişdir. Münaqişə Lənkəran rayonu Xarxatan kəndində yerləşən mərasim evinin həyətində baş vermişdir. Münaqişə zamanı onlar həyətdə çay və yemək hazırladığı üçün insanlar mərasim evinin içərisində imişlər. Ona görə də, həmin vaxt oraya onlardan başqa hər hansı bir kənar şəxs yaxınlaşmamışdır. Münaqişə zamanı hər hansı bir kənar şəxsə və ya əmlaka ziyan vurulmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X6 onun həmkəndlisidir. Onunla aralarında münasibətləri normal olmuşdur. xx.xx.2024-ci_ il tarixdə saat 21 radələrində kənd ərazisində yerləşən mərasim zalında məclis olduğu üçün oraya yığışıb ehsan verirmişlər. Həmin vaxt mərasim evinin mətbəx hissəsində O, samovarları qaynadırmış. Həmin vaxt Təqsirləndirilən şəxs həmin mərasim evinə gələrək, orada münaqişə yaratdı. Belə ki, onun münaqişə yaratmağına səbəb kimi ona məxsus olan samovarın mərasim evində olması və həmin samovarda ondan icazəsiz suyun qaynadılması olmuşdur. Belə həmin vaxt o, samovarların süzüldüyü yerə tərəf gəlib qaynatdığı samovarlardan birini əli aşırtdı. Belə ki, həmin vaxt Zümrüdün bibisi olan X3 ora gələrək Zümrüdə niyə belə etdiyini, camaatdan ayıb olduğunu bildirərək ona irad bildirdi, həmin vaxt Zümrüd Nuranənin saçından yapışaraq onu özündən uzaqda saxladı. Həmin vaxt mətbəxdə işləyən digər qadınlar Zərərçəkmiş şəxs1, Şahid1 Mirzərıza qızı və Zərərçəkmiş şəxs3 da orada idi. Onlar Zümrüdə münaqişə yaratmamasını, oranı tərk edib getməsini istəyirdilər. Lakin Zümrüd əli ilə növbəti samovarı mətbəxə tərəf itələdi. Həmin vaxt o, samovarın arxasında olduğu üçün samovarın süyü onun üzərinə sıçramadı. Samovarın suyu yerə tökülərkən orada olan Şahid1, X9, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 pzı müxtəlif dərəcəli yanıq xəsarətləri aldılar. Orada Zərərçəkmiş şəxs1 ağır yanıq xəsarətləri aldığı üçün onu kəndçilərdən birinin avtomobili ilə Lənkəran RMX-na gətirib. Münaqişə zamanı orada heç kim Təqsirləndirilən şəxs döyməmişdir. Onun əlində yanıq xəsarəti amovarı aşıran zaman yaranmışdır. Almacıq nahiyyəsində olan xəsarətin necə yaranmasını bilmir. Zərərçəkmiş şəxs2 orada Zümrüdü döyməmişdir. Zümrüd hündür bədənli qadın olduğundan Nuranənin saçından tutaraq onu özündən aralı saxlamışdır. Nuranənin və orada olan başqa bir şəxsin onu döyməsinin şahidi olmamışdır. Münaqişə təxminən 4-5 dəqiqə davam etdi. Münaqişə Lənkəran rayonu Xarxatan kəndində yerləşən mərasim evinin həyətində yerləşən mətbəxdə baş vermişdir. Münaqişə zamanı həyətdə çay və yemək hazırladıqları üçün insanlar mərasim evinin içərisində idilər. Ona görə də, həmin vaxt oraya onlardan başqa hər hansı bir kənar səxs yaxınlaşmayıb. Münaqişə zamanı hər hansı bir şəxsə və ya əmlaka ziyan vurulmamışdır. Cinayət işinin 24-25-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 05 dekabr 2024-cü il tarixli 1114 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 bədən səthinin 4 %-ni əhatə edən hər iki pəncə, sol topuq nahiyələrində İİ dərəcəli termiki yanıq yaraları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər yüksək hərarətin (maye) termiki təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin 31-32-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 05 dekabr 2024-cü il tarixli 1115 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 bədən səthinin 3 %-ni əhatə edən sağ pəncə, sağ said nahiyələrində İ-İİ dərəcəli termiki yanıq yaraları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər yüksək hərarətin (maye) termiki təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin 31-32-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 05 dekabr 2024-cü il tarixli 1117 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 bədən səthinin 2 %-ni əhatə edən sol pəncə nahiyəsində İİ dərəcəli termiki yanıq yarası aşkar edilmişdir. Qeyd olunan xəsarət yüksək hərarətin (maye) termiki təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin 9-cu vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun 21 yanvar 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir məlumat aşkar edilməmişdir. Cinayət işinin 15-18-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Lənkəran rayonu Xarxatan kəndində yerləşən mərasim evində baş vermişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi özünün məhkəmədə etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması, zərərçəkmiş şəxs Qulı̇ yeva Qızılgül Feyzulla qızı ilə barışmasını və dəymiş ziyanı ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunması CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən halllar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-nin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə hesab edir ki, CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini təxirəsalınmaz təcili tibbi yardım göstərilməsi halları istisna olmaqla saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini təxirəsalınmaz təcili tibbi yardım göstərilməsi halları istisna olmaqla saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübutun olmaması nəzərə alınsın. Hökmün icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar