Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-8/2025 03.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Saat:12:05 xx xxx 2001-ci il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, məhkum olunmamış, Lənkəran rayonu, Bürcəli kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs, 30 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində həmkəndlisi olan tanışı Zərərçəkmiş şəxs3 idarə etdiyi “Qazel” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildə Lənkəran rayonu, Velədi kəndində fəaliyyət göstərən “Talış Petrol” yanacaq doldurma məntəqəsində olarkən, sonuncunun avtomobilə benzin vurub ödəniş etdiyi özünə məxsus olan "xxxx" ASC-dən verilmiş **********152765 hesab nömrəli plastik kartı pul kisəsinə, pul kisəsini isə avtomobilin oturacağının arxa hissəsinə qoyduğunu görüb, elektron məlumat daşıyıcısı olan həmin plastik kartdan istifadə etməklə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə həmin vaxt Zərərçəkmiş şəxs3 avtomobildən yerə düşməsindən istifadə edərək sonuncuya məxsus qeyd olunan plastik kartı pul kisəsindən götürməklə gizli olaraq talayıb özündə saxlamış, birlikdə yaşadığı Lənkəran rayonu, Bürcəli kəndinə gəlib Zərərçəkmiş şəxs3 yanından getdikdən sonra plastik kartın hesabındakı pul vəsaitini ələ keçirməkdən ibarət niyyətinə nail olmaq üçün həmin tarixdə taksi xidmətindən istifadə etməklə ünvan 1 ünvanında yerləşən “Fədək Ticarət Mərkəzi”nin qarşısına gəlib, vahid niyyətlə özündəki plastik kartı saat 21:39 və saat 21:47 dəqiqədə orada quraşdırılmış "xxxx" ASC-yə aid bankomata daxil edərək bankomatın klaviaturasında əvvəlcədən bildiyi identifikasiya nömrəsi olan 8822 rəqəmini (pin kodu) yığıb, bankın kompüter sisteminə daxil olmaqla bankomat vasitəsi ilə plastik kartın hesabından pul vəsaitinin məxaric edilməsi əməliyyatını icra edib, hesabdan 810 manat və 6 manat olmaqla, Zərərçəkmiş şəxs3 məxsus cəmi 816(səkkiz yüz on altı) manat məbləğində pul vəsaitini elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qərarına gəlib bu məqsədlə 15 dekabr 2023-cü il tarixdə, saat 22 radələrində dayısı Lənkəran rayonu Xanbulan kənd sakini Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətyanı torpaq sahəsindən sonuncuya məxsus 1 rəst ağ rəngli, 8 illik, erkək cinsli, qiyməti 600 (altı yüz)manat olan atı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla özgənin əmlakını təkrar gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qərarına gəlib bu məqsədilə xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində qonşusu Zərərçəkmiş şəxs2 yaşadığı Lənkəran rayonu Bürcəli kəndində yerləşən fərdi yaşayış evin həyətinə daş hasardan aşaraq qanunsuz daxil olub, evin birinci mərtəbəsində olan plastik materialdan hazırlanmış pəncərəni əli ilə açıb evə qanunsuz daxil olaraq mətbəxdə qaz piltəsinin yanında rəfin üzərində qoyulmuş bir ədəd, ağ rəngli 600 manat qiymətində “İphone7+” markalı mobil telefonu, həmin mobil telefona aid 60 manat dəyərində bir ədəd adapteri və 40 manat pulu- Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 700(yeddi yüz) manat qiymətində özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bu hərəkətləri ilə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, tutulanadək Lənkəran rayonu Bürcəli kəndində anası Natavanla birlikdə yaşamışdır. Evin tək övladıdır. Anası gül bağında fəhlə kimi çalışır. Əvvəllər o özü həmkəndlisi Zərərçəkmiş şəxs3la birlikdə rayon ərazisində kəndlərdə feyxoa və mandarin meyvəsinin yığımı ilə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 onu səhər saatlarında evdən götürmüş, Lənkəran rayonu Parakənd kəndi ərazisindən Allahverdiyə məxsus “Qazel” markalı avtomobillə feyxoa meyvəsini yığıb kənddə yerləşən anbara təhvil vermişlər. Allahverdi meyvələrin pullarını aldıqdan sonra saat təxminən 18 radələrində rayonun Velədi kəndində yerləşən “Talış petrol” adlanan yanacaq doldurma məntqəsindən dizel yanacağı vurmuşdur. Həmin vaxt o da avtomobildə olmuşdur. Allahverdi yanacağın pulunu özünə məxsus "xxxx"a aid plastik kartla ödəmişdir. Pulu ödədikdən sonra kartı oturacağının arxa hissəsində olan əl çantasının içərisinə qoymuşdur. Həmin vaxtı Allahverdi avtomobildə olmayan zaman o, avtomobildə oturacağın arxasındakı əl çantasının içərisindən Zərərçəkmiş şəxs3 aid **********152765 saylı kartı götürmüşdür. Kartı götürdükdən sonra cibinə qoymuşdur. Daha sonra Allahverdi onu yaşadığı küçənin tinində qoyub getmişdir. O, evə gedib yuyunduqdan sonra təkrar küçənin başına piyada çıxmışdır. Həmin vaxt tanışı taksi sürücüsü Orxan adlı şəxs öz “VAZ 2107” markalı avtomobili ilə yoldan keçirmiş, Orxan onu görən zaman avtomobili saxlamışdır. O, Orxana bekar olduğunu, əgər şəhərə gedirsə onu da aparmasını istəmişdir. Orxan da onunla razılaşmışdır. Orxana Lənkəran şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Fədək” marketin yaxınlığına getdiyini bildirmişdir. Saat təxminən 21 radələrində Fədək marketin qarşısında taksidən düşüb Orxana zəhmət haqqı kimi 5 manat pul vermişdir. Orxana heç bir söz deməmişdir. Orxan onu gözləməyib oradan avtomobili ilə uzaqlaşmışdır. Allahverdiyə aid plastik kartı bankomata salıb 810 manat pul çıxarmışdır. Allahverdinin kartının kodu “8822” olmuş və o, bunu Allahverdini pul çıxaran zaman görmüşdür. 810 manatı çıxardıqdan sonra kartda qalan 6 manatı da çıxarmışdır. Ümumilikdə 816 manat pulu çıxardıqdan sonra Lənkəran şəhəri “Dosaff” ərazisində yerləşən “Həzinin parkına” getmiş, orada ətrafda olan mağazaların birindən “Goo” adlı spirtli içki alıb içmişdir. Daha sonra parkda skamyada oturarkən yanından bir qadın keçmişdir. Həmin qadın yanından keçərkən ondan bir siqaret istəmişdir. O, siqareti verdikdən sonra qadınla münasibəti yaranmış və bir az söhbət etdikdən sonra adını “Günel” kimi bildiyi həmin qız ona Bakı şəhərinə getməyi təklif etmişdir. O, da qızla razılaşmış, “Ləvəngi dairəsi”ndən tanımadığı taksi ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərinə çatan zaman sürücüdən otel yeri bilib-bilmədiyini soruşmuşdur. Sürücü onları Masazır ərazisində adını bilmədiyi otelə aparmışdır. Oteldə “Günel” adlı qadınla bir gün qalıb yeyib içmişlər. Həmin oteldə “Günel” adlı qadınla cinsi əlaqədə olmuşdur. 430 manat otelə, 300 manat isə “Günel” adlı qadına vermişdir. Qalan pulları da taksiyə və digər xərclərinə xərcləmişdir. Ertəsi gün “Günel” adlı qadına Lənkərana qayıtmaq istədiyini demiş, “Günel” adlı qadın Bakı şəhərində qohumunun yanında qalmaq istədiyini bildirmişdir. O da buna etiraz etməyib xx.xx.2023-cü il tarixdə axşam saatlarında Lənkəran rayonuna taksi ilə qayıtmışdır. Ertəsi gün Allahverdi bir neçə dəfə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurub kartından oğurluğu onun etdiyini bildiyini, pulları geri qaytarmağını istəmişdir. O, Allahverdiyə pulları xərclədiyini, hissə-hissə geri qaytara biləcəyini demişdir. Lakin Allahverdi ondan təkidlə pulları geri qaytarmağını istəmişdir. O, kənddə rüsvay olacağından qorxub xx.xx.2023-cü il tarixdə, yaşadığı evdə heç kim olmayan vaxtı, saat təxminən 18 radələrində evdə olan yod məhlulunu içmiş və özündən getmişdir. Həmin vaxtı anası işdə olmuş, özünə gələn zaman Lənkəran rayon mərkəzi xəstəxanasında olduğunu görmüşdür. Xəstəxanada bir gün qaldıqdan sonra xx.xx.2023-cü il tarixdə, günorta saatlarında xəstəxanadan evə buraxılmışdır. Həmin vaxt polis əməkdaşları onu saxlayıb Lənkəran ŞRPŞ-yə gətirmişlər. Lənkəran ŞRPŞ-də təhqiqatçıya izahat verib baş verənləri danışmışdır. Zərərçəkmiş şəxs3 məxsus kapital banka aid plastik kartı o, Bakı şəhərinə gedərkən Salyan rayonunun ərazisində avtomobilin pəncərəsindən tullamışdır. O, ilk əvvəl kartda olan pulun 810 manat olduğunu səhv gördüyündən əvvəl 810 manat, daha sonra isə təkrar kartı yoxlamaq üçün bankomata saldığında 6 manatın da kart hesabında olduğunu görüb 6 manatı da bankomatdan çıxarmışdır. O, Allahverdinin avtomobilinin oturacağının arxa hissəsindəki əl çantasından plastik kartdan başqa heç nə oğurlamamışdır. Oğurluq barədə heç kimə deməmişdir. Bundan başqa da o, bir neçə oğurluq cinayətini törətmişdir. Zərərçəkmiş şəxs1 onun dayısıdır, Talehlə münasibətləri yaxşı deyil. Daim aralarında münaqişə baş verir, münaqişənin baş verməsinə səbəb Talehin dayı olmasına baxmayaraq ona qarşı diqqətsiz olması və qayğı göstərməməsidir. xx.xx.2023-cü il tarixdə nənəsi Gülnaz Abbasovanı ziyarət etmək üçün Lənkəran rayonu Xanbulan kəndinə Zərərçəkmiş şəxs1 yaşadığı evə getmişdir. Nənəsi xəstə olduğu üçün anası Natavan da yanında olmuşdur. Həyəti gəzən zaman dayısı Zərərçəkmiş şəxs1 ağ rəngli erkək cinsli atını həyətyanı torpaq sahəsində bağladığını görmüş və pula ehtiyacı olduğu üçün həmin atı oğurlamaq qərarına gəlmişdir. Düşünmüşdür ki, atı oğurlasa dayısı ondan şikayət etməz. Bir qədər dayısı Taleh Abasovun evində oturduqdan sonra xx.xx.2023-cü il tarixdə, axşam saat 22 radələrində Talehin evindən çıxıb öz evinə gələn zaman havanın qaranlıq olmasından və ətrafda heç kimin olmamasından istifadə edərək evin ətrafından dolanıb dayısı Zərərçəkmiş şəxs1 həyətyanı torpaq sahəsində bağladığı 1 rəst, ağ rəngli, erkək cinsli atı oğurlayaraq yaşadığı evə sürmüşdür. Atı oğurlayarkən Taleh özü evdə olmuşdur. Atı evin həyətində olan tövləyə aparmış və orada bağlamışdır. Həmin vaxtı anası evdə olmamışdır. Nənəsi Gülnaz xəstə olduğundan anası Gülnaza baxmaq üçün nənəsinin evində qalmışdır. Atı tövlədə bağladıqdan sonra fikirləşmişdir ki, bir-iki gün sonra ya rayon ərazisində, ya da başqa rayon ərazisində həmin atı satıb pulunu ehtiyacları üçün xərcləyər. Lakin xx.xx.2023-cü il tarixdə, səhər saatlarında ona tanımadığı polis əməkdaşı zəng edərək Lənkəran ŞRPŞ-yə dəvət etdikdə dayısı Zərərçəkmiş şəxs1 ondan şikayət etdiyini bilmiş və qorxduğu üçün dayısı Zərərçəkmiş şəxs1 həyətyanı torpaq sahəsindən oğurladığı 1 rəst, ağ rəngli, erkək cinsli atı aparıb ünvan 2 ünvanın yaxınlığındakı, yolun kənarında olan turbaya bağlamışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində yaşadığı evin yaxınlığında, küçədə olarkən qonşusu Zərərçəkmiş şəxs2 yaşadığı evin işıqlarının yanmadığını görmüşdür. Pula ehtiyacı olduğundan evə girib oğurluq etmək qərarına gəlmişdir. Evdə heç kimin olmamasını yoxlamaq üçün evin hasarını tullanıb həyətə daxil olmuşdur. Evin arxa sağ tərəfində, birinci mərtəbədə olan plastik materialdan hazırlanmış pəncərəni əli ilə itələyib açmışdır. Daha sonra evə daxil olub üzərində olan alışqanın işığı ilə evi axtarmağa başlamışdır. Evin işıqlarını yandırmamışdır. Zaldan birinci mərtəbədə olan mətbəxə keçib mətbəxdə qaz pilitəsinin yanında, mətbəx mebelinin üzərində qoyulmuş bir ədəd “İphone 7+” markalı mobil telefonu və həmin mobil telefona aid bir ədəd adapteri götürmüşdür. Həmin vaxtı mətbəxdə, divarda olan mebelin üzərində qoyulmuş 40 manat pulu götürüb gəldiyi yolla pəncərədən çıxıb hasardan tullanaraq yaşadığı evə getmişdir. Yolda gələrkən adapterin lazımsız olduğunu düşünüb adapteri yolda tullamışdır. Ertəsi gün, günorta saatlarında telefonu satmaqdan ötrü götürüb Lənkəran şəhəri mərkəzi bazara gəlmişdir. Bir qədər bazarda dolaşdıqdan sonra telefon mağazalarının birinə yaxınlaşmışdır. Sonradan adını bildiyi Elmar adlı şəxsə yaxınlaşıb ailəsinə məxsus mobil telefonu satmaq istədiyini bildirmişdir. Həmin şəxs telefonu ondan 120 manata ala biləcəyini demiş, o, bir qədər bazarda dolaşdıqdan sonra həmin şəxsin telefona 120 manat yaxşı pul verdiyini düşünüb yenidən həmin şəxsin yanına qayıtmışdır. Çünki digər mağazalar telefonun “iclod”unu bilmədiyi üçün ondan ümumiyyətlə telefonu almaq istəməmişlər. Təkrar həmin şəxsin yanına gəlmiş, telefonu 120 manata satmaq istədiyini demişdir. Həmin şəxs telefonu ondan alıb telefonun işləyib işləməməsini yoxlayarkən telefonun “iclod”unu ondan soruşmuşdur. Lakin o, “iclod”u unutduğunu bildirmişdir. Bundan sonra “iclod”u bilmədiyi üçün Elmar telefonu ondan 25 manata ehtiyat hissə kimi ala biləcəyini demişdir. O, da Elmarla razılaşmışdır. Elmar telefonun oğurluq olmasını bilməmişdir. Elmara telefonunun ailə üzvlərinə aid olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. Elmardan aldığı 25 manatı və oğurladığı 40 manat pulu xərcləmişdir. xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində yaşadığı kənddə olarkən polis əməkdaşları onu oğurluq etməkdə şübhəli olduğunu bildirib saxlayaraq polis şöbəsinə gətirmişlər. O, daha başqa yerlərdən oğurluq etməmişdir. Etdiyi oğurluqlar barədə heç kimə deməmişdir, heç kimin oğurluqdan məlumatı olmamışdır. O, bütün oğurluqları tək etmişdir. Oğurluq etməkdə ona heç kim köməklik etməmişdir. Ona oğurluq əşyaları qabaqcadan almaqla bağlı vəd verən olmamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, zərər çəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödədiyini, zərər çəkmiş şəxslərlə barışdığını, sonuncuların ona qarşı şikayət və tələbinin olmadığını, özünün Vətən müharibəsi iştirakçısı olması və bir sıra medallarla təltif edilməsini nəzərə alıb, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki,Lənkəran rayonu Xanbulan kəndində ailəsi ilə birlikdə yaşayır. İki övladı vardır. Hirkan Milli Parkının Hirkan meşəbəyliyinin 07-ci dolayının mühafizə yegeri kimi çalışır. Təqsirləndirilən şəxs onun bacısı oğludur. Heç bir qərəzli münasibəti yoxdur. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Lənkəran rayonu Xanbulan kəndində yerləşən fərdi yaşayış evinin həyətindən ona məxsus 1 rəst atın oğurlanmasını aşkar etmişdir. Belə ki, hadisədən bir gün öncə, yəni xx.xx.2023-cü il tarixdə anası xəstə olduğu üçün bacısı oğlu Təqsirləndirilən şəxs anası ilə birlikdə onlara gəlmişdir. Həmin gün bacısı Natəvan onun evində qalsa da, Samir axşam saatlarında öz evinə getmişdir. Samir evdən çıxıb gedərkən onun evdə olmağından istifadə edərək, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində bağladığı 1 rəst, ağ rəngli, 8 illik, erkək cinsli atını açaraq həmin torpaq sahəsindən oğurlamışdır. O, Təqsirləndirilən şəxs şübhələndiyi üçün xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu Bürcəli kəndində yerləşən yaşadığı evə gedən zaman Samirin evdə olan qara şalvarında ağ rəngli at tüklərinin olmasını müəyyən etmişdir. O, Samirə zəng edərək atını qaytarmasını istəsə də, Samir əcəb elədiyini və ona heç nə edə bilməyəcəyini demişdir. Buna görə də, o, xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə və Lənkəran ŞRPŞ-yə müraciət etmişdir. Müraciətindən sonra atının küçə qapısının yaxınlığında olduğunu görmüşdür. Sonradan ona məlum olmuşdur ki, bacısı oğlu Təqsirləndirilən şəxs polisə şikayət etdiyi üçün Samir oğurladığı atı onun qapısının yaxınlığında bağlamışdır. Oğurluq nəticəsində ona 600 manat maddi ziyan dəymiş, o, heç vaxt atını Təqsirləndirilən şəxs sürmək üçün verməmişdir. Ümumiyyətlə onun ata marağı olduğu üçün heç vaxt heç kimə atını istifadə etmək üçün vermir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran rayonu Bürcəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Bir övladı vardır. Heç kimlə düşmənçilik və ədavəti yoxdur. Lənkəran rayonu ərazisində feyxoa və mandarin meyvələrini yığıb anbara təhvil verməklə dolanır. Bu işdə ona həmkəndlisi Təqsirləndirilən şəxs köməklik etmişdir. Belə ki, ünvana gedərkən meyvələri avtomobilə yükləyib boşaltmaqda Samir fəhlə kimi ona köməklik etmişdir. Bunun qarşılığında da o, Samirə gündəlik 15-20 manat pul verirmiş. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında hər günkü kimi, Samiri yaşadığı məhəllədən özünə məxsus “Qazel” markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobili ilə götürmüşdür. Lənkəran rayonu Parakənd kəndi ərazisindən feyxoa meyvəsini yığıb yaşadığı kənddə yerləşən anbara təhvil vermişlər. Təxminən saat 18-19 radələrində Bürcəli kəndi ərazisində Samiri meyvələri təhvil verdiyi anbarın yaxınlığında qoyub evə getmişdir. Daha sonra dostları ilə birlikdə kənd ərazisində yerləşən kafelərin birində yemək yeməyə getmişlər. Təxminən saat 21:30 radələrində kafedən çıxanda mobil telefonuna Lənkəran şəhəri “Fədək” marketin yaxınlığında yerləşən bankomatdan **********152765 saylı kapital banka aid kart hesabından 810 manat pulun çıxarılması barədə mesaj gəlmişdir. Həmin vaxtı o, evə gəlib avtomobilin oturacağının arxasında pul qabının içərisində qoyduğu kartının yerində olmadığını görmüşdür. Bunun üçün də, kartı Təqsirləndirilən şəxs oğurladığından şübhələnib onun ***-***-**-** saylı mobil nömrəsinə zəng etmişdir. Lakin Samirin nömrəsinə zəng çatmadığı üçün o, Samiri Lənkəran şəhərinə həmişə taksi kimi aparan Orxan adlı həmkəndlisinə zəng vurub Samirlə birlikdə olub-olmadığını soruşmuşdur. Orxan ona Samiri bir neçə dəqiqə öncə Lənkəran şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Fədək” marketin qarşısında düşürdüyünü bildirmişdir. Bir neçə dəqiqədən sonra Samir onun mobil telefonuna zəng etmiş, o, Samirə pul kartının oğurlandığını bildirib kartı Samirin götürüb-götürmədiyini soruşmuş və polisə şikayət edəcəyini demişdir. Lakin Samir kartı götürmədiyini bildirmişdir. Təxminən 2-3 dəqiqədən sonra ona yenidən mesaj gəlmiş və mesajda kartda olan 6 manatın da çıxarıldığı göstərilmişdir. Bundan sonra o, Samirin anası Natavana zəng vurub Samirin onun kartını oğurladığını bildirmişdir. Natavan ona əgər Samir onun kartını oğurlayıbsa Samiri tutdurmağını istəmişdir. Bunun üçün də, o, DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Polis əməkdaşları avtomobilinə baxış keçirib, fotoşəkil çəkmiş və protokol tərtib etmişlər. Daha sonra birlikdə Lənkəran şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Fədək” marketin videomüşahidə kameralarından xx.xx.2023-cü il tarixdə axşam saatlarında bankomatdan onun kartından kimin pulu çıxarmasına baxan zaman pulu Təqsirləndirilən şəxs çıxardığını müəyyən etmişlər. Təqsirləndirilən şəxs onun kartının dörd rəqəmli kodunu bilirmiş. Bir neçə dəfə Samirin yanında o, bankomatdan pul çıxarmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran rayonu Şiləvar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Heç kimlə düşmənçilik və şəxsi ədavəti yoxdur. Heç bir yerdə işləmir. Anası Fərəbanu tək olduğu üçün bəzən Fərəbanunun yaşadığı rayonun Bürcəli kəndində yerləşən evinə gedib birlikdə onunla qalır. Təqsirləndirilən şəxs onun anasının qonşusu və uzaq qohumudur. Samirlə heç bir qərəzli münasibəti və ədavəti olmamışdır. 2024-cü ilin yanvar ayının əvvəllərində o, Bürcəli kəndinə anasının yaşadığı evdə anası ilə qalmağa başlamışdır. xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində anası ilə birlikdə yatmaq üçün evin 2-ci mərtəbəsində yerləşən yataq otağına qalxıb yatmışlar. Saat təxminən 02 radələrində o, yuxuya getmiş, xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində yuxudan qalxıb aşağı düşən zaman evin birinci mərtəbəsində, evin sağ tərəfində olan plastik materialdan hazırlanmış zalın pəncərəsinin yarım açıq vəziyyətdə olduğunu görüb evə kiminsə girdiyindən şübhələnmişdir. Bunun üçün evdə olan əşyaların yerində olub-olmamasını yoxlayan zaman mətbəxdə qaz piltəsinin yanında qoyduğu özünə məxsus 600 manat qiymətində, ağ rəngli “İphone 7 plus” markalı mobil telefon, həmin telefona aid 60 manat qiymətində orjinal adapterin və şkafın üzərində olan 40 manat pulunun yerində olmadığını görmüşdür. Bunun üçün DİN-nin 102 xidmətinə zəng edərək yaşadığı evdən oğurluq edilməsi barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra yaşadığı ünvana polis əməkdaşları gəlib baxış keçirmişlər, fotoşəkillər çəkib izahatını almışlar. Sonradan ona məlum olmuşdur ki, evindən oğurluğu qonşusu Təqsirləndirilən şəxs etmiş, oğurladığı telefon isə polis işçiləri tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran rayonu Xanbulan kəndində valideyləri ilə birlikdə yaşayır. Subaydır. Rəsmi olaraq işləmir. Əvvəllər məhkum edilməmişdir. Arada bir özünə məxsus ”VAZ-2107” markalı **-BK-*** qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs3 qonşu kənd sakini kimi tanıyır, lakin münasibəti yoxdur. xx.xx.2023-cü il tarixdə, axşam saat təxminən 21 radələrində Bürcəli kənd sakini kimi tanıdığı Təqsirləndirilən şəxs ona zəng edərək Lənkəran şəhərinə getmək istədiyini bildirmişdir. O da Lənkəran rayonu Bürcəli kəndində Samiri yaşadığı məhəllənin girişindən götürmüşdür. Samiri Lənkəran şəhər Z.Əliyeva küçəsində yerləşən “Fədək” marketin qarşısında düşürmüşdür. Samir ona zəhmət haqqı olaraq Lənkəran şəhərinə gələrkən avtomobilinə 5 manatlıq benzin vurdurmuşdur. Samirdən ayrıldıqdan sonra kəndə qayıtmışdır. Yolda olarkən Allahverdi ona zəng edərək əvvəlcə harada olduğunu və sonra Samiri hara aparmağını soruşmuşdur. O da Allahverdiyə kənddə olduğunu, Samiri isə Lənkəran şəhərində “Fədək” marketin qarşısında düşürdüyünü demişdir. Allahverdi həmin vaxt ona bildirmişdir ki, Samir ona məxsus bank kartını götürüb kartın hesabından 816 manat pulu çıxarmışdır. O, bundan xəbərinin olmadığını deyib Allahverdi ilə sağollaşmışdır. O, Samirə zəng edib Allahverdinin ona zəng edib kart hesabında pulunu çıxardığını deyəndə Samir ona “sənlik deyil” deyib telefonu söndürmüşür. Onun Təqsirləndirilən şəxs Allahverdi Həsənova məxsus bank kartının hesabından pul çıxaracağı barədə qabaqcadan xəbəri olmamışdır. Allahverdi ona zəng edəndən sonra bilmişdir ki, Samir Allahverdinin kartının hesabından pul çıxarmışdır. Samir ona yol pulundan başqa heç bir pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran rayonu Xanbulan kəndində valideyləri ilə birlikdə yaşayır. ünvan 3 ünvanında atasına məxsus evdə yaşayır. ünvan 4əxsus telefon mağazası vardır. Mağazada mobil telefon aksessuarları, yeni və işlənmiş mobil telefonların satışını həyata keçirir. Lənkəran rayonu Bürcəli kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir qərəzli münasibəti olmamışdır. xx.xx.2024-cü il tarixdə, saat təxminən 13 radələrində Lənkəran şəhəri Mərkəzi bazarında, işlədiyi mağazada olarkən sonradan adını bildiyi Samir adlı şəxs ona yaxınlaşaraq mobil telefonunu satmaq istədiyini bildirmişdir. O, Samirdən telefonu alıb baxdıqdan sonra həmin telefonun üz hissəsi ağ, arxa hissəsi isə qızılı rəngdə olan “İphone 7+” markalı mobil telefonun olduğunu görmüşdür. Həmin mobil telefonun hazırda yenisi satışda yoxdur. O, Samirə telefona görə 120 manat verə biləcəyini demişdir. Samir onunla razılaşmayıb oradan uzaqlaşıb getmişdir. Bir neçə dəqiqədən sonra geri qayıdıb ona 120 manata telefonu satmaq istədiyini demişdir. O, telefonu Samirdən alıb işlək vəziyyətdə olub olmamasını yoxlamaq üçün telefonun “İclod”unu açmasını istəmişdir. Lakin Samir telefonun “İclod”unu bilmədiyini ona demişdir. O, Samirə mobil telefonun “iclod”unu bilmədiyi üçün 25 manata ehtiyat hissə kimi ala biləcəyini demişdir. Samir də onunla razılaşmışdır. Öz mobil nömrəsini telefona salmış və o, telefonun işlək vəziyyətdə olduğunu yoxladıqdan sonra Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini alıb surətini çıxarıb 25 manat Samirə verərək telefonu almışdır. xx.xx.2024-cü il tarixdə, günorta mağazada olarkən Lənkəran ŞRPŞ-nin əməkdaşları ona yaxınlaşıb oğurluq mobil telefon aldığı üçün onu telefonu götürüb polis şöbəsinə gəlməyini istəmişlər. O, da Samirdən aldığı bir ədəd “İphone 7+” markalı mobil telefonu üzərində olan qara rəngli kabura ilə birlikdə mağazadan götürüb özü ilə gətirmişdir. Lakin telefonda nömrə olmamışdır. O, Samirin ona satdığı mobil telefonun oğurluq olmasını bilməmişdir. Samir ona mobil telefonun ailəsinə məxsus olduğunu bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran rayonu Sütəmurdov kəndində ailəsi ilə birlikdə yaşayır. Lənkəran şəhəri Mərkəzi bazarında tanışı Şahid1 məxsus telefon mağazasında işləyir. Elmar mobil telefonlar satsa da, həmin mağazanın bir hissəsində o telefon təmiri ustası kimi işləyir. Orada telefon ustası olduğu üçün Elmara 130 manat aylıq icarə pulu verir. O, bəzən mağazada olmayanda Elmar onun üçün təmirə ehtiyacı olan mobil telefonları ucuz qiymətə alır, daha sonra isə o işə gələn zaman ona verir. Lənkəran rayonu Bürcəli kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarına işə gələn zaman Elmar ona bildirmişdir ki, bir gün qabaq, yəni xx.xx.2024-cü il tarixdə, günorta saatlarında tanımadığı şəxs mağazaya gələrək ona 25 manat mobil telefon satmışdır. Telefonu satan şəxs telefonun “İclod”unu bilmədiyi üçün telefonu ucuz qiymətə satmışdır.Həmin şəxs mobil telefonun öz ailə üzvlərinə məxsus olduğunu bildirdiyi üçün Elmar ona inanmışdır. xx.xx.2024-cü il tarixdə, günorta saatlarında Elmarla birlikdə mağazada olarkən Lənkəran ŞRPŞ-nin əməkdaşları yaxınlaşıb oğurluq mobil telefon aldığı üçün onu telefonu götürüb polis şöbəsinə gəlməyini istəmişlər. Elmar da Samirdən aldığı bir ədəd “İphone 7+” markalı mobil telefonu üzərində olan qara rəngli kabura ilə birlikdə mağazadan götürüb özü ilə polis şöbəsinə apardı. Lakin telefonda nömrə olmamışdır. Elmarın ona dediyinə görə Samirin ona satdığı mobil telefonun oğurluq olmasını bilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00-da Lənkəran ŞRPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. "xxxx" protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus “Qazel” markalı 42BX166 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 məxsus "xxxx"a aid plastik kart avtomobilinin oturacağının arxa hissəsində olan cibliyindəki pul qabının içərisindən oğurlanmışdır. “Hadisə yerinin baxışının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi Lənkəran rayonu Xanbulan kənd sakini Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində baş vermişdir. Baxış zamanı hadisə yerini təqdim edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, bacısı oğlu Təqsirləndirilən şəxs ona məxsus bir rəst, ağ rəngli, erkək cinsli atı xx.xx.2023-cü il tarixdə oğurlamışdır. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Hadisə yerinin baxışının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi Lənkəran rayonu Bürcəli kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evində baş vermişdir. Baxış zamanı hadisə yerini təqdim edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, naməlum şəxs və ya şəxslərin xx.xx.2024-cü il tarixdə evin birinci mərtəbəsində olan pəncərəni açmaqla evə daxil olub, mətbəxdə qaz pilitəsinin yanında qoyulmuş 40 manat pul, bir ədəd İphone7+ markalı mobil telefonu və həmin mobil telefona aid 60 manat dəyərində adapteri oğurlamışdır. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:20-də şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00-da Lənkəran ŞRPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. "xxxx" protokoldan görünür ki, Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən “Fədək” marketin yanında quraşdırılmış, “fədək” marketə aid videomüşahidə kamerasından götürülmüş və bir ədəd CD diskə köçürülmüş videogörüntülərə tərəfimdən baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, bir ədəd CD diskin üzəri ağ rəngli olmaqla üzərində hər hansı bir qeyd aparılmamışdır. Baxış zamanı diskdə “XVR_ch2_main_**********3600_**********4...” və “XVR_ch2_main_ **********4600_ **********4...” adlı fayllar vardır. “XVR_ch2_main_**********3600_**********4...” adlı faylın içərisinə baxış zamanı müəyyən edilmişdir ki, diskdə olan videogörüntü 05:00 dəqiqədən ibarətdir. Ekranın sağ yuxarı hissəsində 2023-09-30 21:35:59 yazısı yazılmışdır. Yəni görüntü qeyd edilən tarixdə həmin vaxtdan başlayır. Videogörüntüdən görünür ki, “kapital bank ASC”-yə aid bankomat Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən “fədək” marketin sağ tərəfində quraşdırılmışdır. Görüntünün 01:41 dəqiqəsində, saat 21:37-də yolun kənarında ağ rəngli VAZ21074 markalı avtomobil saxlayır. Həmin avtomobilin qabaq sağ oturacağından əynində qara rəngli gödəkcə və şalvar, göy rəngli jaket olan bir nəfər kişi cinsinə aid şəxs düşərək bankomata yaxınlaşaraq bankomatın qarşısında olan şəxsin işini bitirməsini gözləyir. Görüntünün 03:00 dəqiqəsində, saat 21:39-da həmin şəxs bankomata yaxınlaşır, plastik kartı bankomata daxil edib əməliyyat aparır və 03;45 dəqiqədə, yəni saat 21:39:45də bankomatdan pulu çıxarıb cibinə qoyaraq fədək marketə tərəf piyada gedir. Faylda iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı bir məlumat aşkar edilmir. “XVR_ch2_main_**********4600_**********4...” adlı faylın içərisinə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir ki, diskdə olan videogörüntü 03:00 dəqiqədən ibarətdir. Ekranın sağ yuxarı hissəsində 2023-09-30 21:46:00 yazısı yazılmışdır. Yəni görüntü qeyd edilən tarixdə həmin vaxtdan başlayır. Videogörüntüdən görünür ki, “kapital bank ASC”-yə aid bankomat Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən “fədək” marketin sağ tərəfində quraşdırılmışdır. Görüntünün 00:18 dəqiqəsində, saat 21:46-də “fədək” market tərəfdən əynində qara rəngli gödəkcə və şalvar, göy rəngli jaket olan bir nəfər kişi cinsinə aid şəxs əlində olan mobil telefonla danışa-danışa piyada bankomata tərəf gələrək bankomatın qarşısında dayanaraq gözləyir və sonra əlində olan plastik kartı bankomata daxil edib əməliyyat aparır. 01:20 dəqiqədə, yəni saat 21:47:18-də bankomatdan pulu çıxarıb cibinə qoyaraq digər istiqamətdə piyada gedir. Faylda iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı bir məlumat aşkar edilmir. "xxxx" protokoldan görünür ki, Lənkəran rayonu Bürcəli kənd sakini Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi sms mətnlərinə tərəfimdən baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 məxsus 4169**2765 saylı kapital banka aid bank hesabından 810 manat pul xx.xx.2023-cü il tarixdə, saat 21:39-da, 6 manat pul isə həmin tarixdə, saat 21:47-də ünvan 5 ünvanında yerləşən “Fədək ticarət mərkəzi”-nin yanındakı bankomatdan nağdlaşdırılmışdır. "xxxx" protokoldan görünür ki, Kapital ASC-dən götürülmüş və Lənkəran ŞRPŞ-nə daxil olmuş bir ədəd CD diskə tərəfimdən baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, bir ədəd CD diskin üzəri gümüşü rəngli olmaqla üzərində “Verbatim”, “DVD+RW, 4,7, 4*, 120” sözləri yazılmışdır. Baxış zamanı diskdə “lenkeran” adlı fayllar vardır. Fayla daxil olduqda “elihesenov Allahverdi” adlı fayl olduğu görünür. Həmin faylın içərisində isə “xx.xx.2023” və “xx.xx.2023-2” adlı fayllar vardır. “xx.xx.2023” adlı faylda 12 ədəd şəkildə Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən “Fədək” marketin yanında olan bankomatdan xx.xx.2023-cü il tarixinə aid Zərərçəkmiş şəxs3 aid plastik kart hesabından pulu çıxarmış əynində qara gödəkcə və göy jaket olan Təqsirləndirilən şəxs foto görüntülərinin olduğu görünür. “xx.xx.2023-2” adlı faylda 24 ədəd şəkildə Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən “Fədək” marketin yanında olan bankomatdan xx.xx.2023-cü il tarixinə aid Zərərçəkmiş şəxs3 aid plastik kart hesabından pulu çıxarmış əynində qara gödəkcə və göy jaket olan Təqsirləndirilən şəxs foto görüntülərinin olduğu görünür. xx.xx.2023-cü il tarixli “təqdim etmə və baxış haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış bir rəst, ağ rəngli, erkək cinsli atı Zərərçəkmiş şəxs1 təqdim edərək həmin atın Lənkəran ŞRPŞ-nə etdiyi şikayətdən sonra yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs tərəfindən dəmir boruya bağlandığını bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurlayıb Lənkəran şəhər Mərkəzi bazarda 25 manata satdığı mobil telefon tanıyaraq, telefonun markası, tipi, rəngi, modeli və qara rəngli kaburasından həmin telefon olmasından əmin olduğunu bildirmişdir. Maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi çıxarış, Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən “Fədək” marketin yanında quraşdırılmış, “Fədək” marketə aid videomüşahidə kamerasından götürülmüş videogörüntülərin olduğu bir ədəd CD disk və "xxxx" ASC-dən götürülmüş içərisində Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən “Fədək” marketin yanında olan bankomatdan xx.xx.2023-cü il tarixinə aid Zərərçəkmiş şəxs3 aid plastik kart hesabından pulu çıxarmış Təqsirləndirilən şəxs 12 və 24 ədəd foto görüntülərinin olduğu bir ədəd CD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut qismində tanınmışdır. Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus bir rəst at və Zərərçəkmiş şəxs2 məxsus bir ədəd “İphone7+” markalı mobil telefon iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut qismində tanınmış və istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılması üçün sahiblərinə təhvil verilmişdir. 18 dekabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, bir rəst ağ rəngli, 8 illik erkək cinsli orta çəkili atın qiyməti 600 manatdır. 10 fevral 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, təqdim edilmiş, bir ədəd işlək vəziyyətdə olan “iphone7+” markalı mobil telefonun qiyməti 600 manat, həmin telefona aid orijinal adapterin qiyməti 60 manatdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 73.2 və Azərbaycan Respublikası CPM-nin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində AR CMnin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixli, 10602 saylı və xx.xx.2023-cü il tarixli, 10103 saylı arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş, və barəsində axtarış elan edilmişdir, cinayət işi üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:30-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Heydər Əliyev adına X3 Naxçıvandan Bakı şəhərinə gələrkən yaxalanaraq Lənkəran ŞRPŞ-yə gətirilmişdir. Lənkəran ŞİHB-nin Xanbulan KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs rayonun Bürcəli kəndində anası ilə birlikdə yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İ-1092 №-li Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı verilmişdir. İ-2106 №-li Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə” medalı verilmişdir. İ-1182 №-li Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” medalı verilmişdir. İ-1042 №-li Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Ağdamın azad olunmasına görə” medalı verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və zərərçəkmiş və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, mütəxəssis rəyini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışmasını CM-nin 59.1.12, onlara dəymiş ziyanı tamamilə ödənilməsini CM-nin 59.1.13, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə təqsirini etiraf etməsi, əməlindən səmimi peşman olmasını, Vətən müharibəsi iştirakçısı olması və göstərdiyi şücaətə görə bir sıra medallarla təltif edilməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (vurulmuş ziyanın məbləğini), Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdən halları və cəzanı ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, onun cəmiyyətdən təcrid olunmadan da islah olunması qənaətinə gələrək hesab edir ki, ona CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü il tarixdən 06 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün, 08 fevral 2024-cü il tarixdən 10 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün və 08 noyabr 2024-cü il tarixdən 03 fevral 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 ay 26 gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ümumi müddət cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası üzrə onun üzərinə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında dərhal həbsdən azad edilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış sms çıxarışı, videogörüntülərin olduğu 01 ədəd CD disk və "xxxx" ASC-dən götürülmüş fotogörüntülərin olduğu 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalı, maddi sübut olan 1 ədəd “İphone 7+” markalı mobil telefon və 1 rəst ağ rəngli atın qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü il tarixdən 06 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün, 08 fevral 2024-cü il tarixdən 10 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün və 08 noyabr 2024-cü il tarixdən 03 fevral 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 ay 26 gün olmaqla, cəmi 03 ay müddət bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 06 ayına bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 06 ay müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal həbsdə saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvanı təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut qismində tanınmış sms çıxarışı, videogörüntülərin olduğu 01 ədəd CD disk və "xxxx" ASC-dən götürülmüş fotogörüntülərin olduğu 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd “İphone 7+” markalı mobil telefon və 1 rəst ağ rəngli atın qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və məhkəmə xərcinin olmaması nəzər alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-8/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-8/2025
03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver