Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-80/2023 22.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Canıyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat: 15:15 xx.xx.1993-cü il tarixdə Lənkəran rayonu Yuxari Nüvədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Lənkəran Rayon Məhkəməsinin 1(049)-128/2019 saylı, 20 avqust 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2020-ci qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 il 28 gün müddətinə təyin edilmiş və xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək, 30 iyul 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Lənkəran rayonu Yuxarı Nüvədi kəndində evin həyətyanı sahəsinə dəmir torla çəkilmiş çəpərin taxta qapısından qanunsuz daxil olub evin eyvanında 1 ədəd 15 manat qiymətində aliminium materialdan olan iki kiloqramlıq qazanı, 1 ədəd 150 manat qiymətində “Eurolux” markalı tozsoranı, 1 ədəd qiyməti 20 manat qiymətində aliminium materialdan olan teşti, 1 ədəd 70 manat qiymətində “Wolf” markalı elektrik ətçəkən maşını olmaqla, Zərərçəkmiş şəxs məxsus ümumilikdə 255 manat qiymətində əmlakı yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 2022-ci ilin sentyabr ayında Lənkəran şəhərində istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 04 (dörd) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,213 qr; -0,266 qr; -0,304 və -0,281 qram; ümumi təmiz çəkisi -1,064 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 22 sentyabr 2022-ci il tarixdə, saat 12:35-da Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən göstərilən çəkidə və sayda olan narkotik vasitə heroin əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, 2 ildən çoxdur ki, “kakos”, yəni narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. Tələbatına görə hər gün alıb qəbul etmişdir. Narkotik vasitə aldığı şəxsləri üzdən tanısa da, adlarını və yaşadığı ünvanları bilmir. Çox vaxt Lənkəran şəhəri “böyük bazar” ərazisinə gedib oradan şəxsi istifadə üçün narkotik vasitə heroini almışdır. 22 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evdən çıxıb, kənddən keçən avtobusa əyləşib, Lənkəran şəhərinə gəlmişdir. Bu zaman Lənkəran şəhəri “böyük bazar” adlanan ərazidə əvvəllər də heroin aldığı şəxsi küçədə görüb onunla salamlaşmış və ondan tələbatına görə, şəxsi istifadəsi üçün təxminən bir qram kakos, yəni narkotik vasitə heroin ona satmasını istəmişdir. Bu zaman o, üzərindən 4 büküm çıxararaq onlarda təxminən 1 qram heroin olduğunu bildirib, ona 20 manata satacağını bildirmişdir. O da cibindən 20 manat pulu çıxarıb ona verib 4 büküm heroini almışdır. Sonra piyada Lənkəran bazarında yerləşən avtovağzala gəlib, orada Yuxarı Nüvədi kəndinə gedən avtobusla yaşadığı kəndə gəlmişdir. Saat 12 radələrində kənddə piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşıb, ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələri olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsindən ötrü şöbəyə dəvət etmişlər. Həmin vaxt, o, polis əməkdaşlarına tabe olmuş və onlarla birlikdə şöbəyə gəlmişdir. Polis şöbəsində onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya olduğu halda təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan şalvarının sağ yan cibində saxladığı şəffaf rəngli sellofana bükülmüş 04 ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən digər qanunla qadağan edilmiş predmet və ya əşya aşkar olunmamışdır. Aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş və heroin bükümlərinin ümumi çəkisinin 1,26 qram olması məlum olmuşdur. Həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış və üzərində o və müdafiəçisi tərəfindən imzalanmışdır. Həmin narkotik vasitələri istifadəsi üçün üzərində saxlamışdır. Bundan baqşa təhqiqatçı Fəhmin Nüsrətzadə tərəfindən onun başqa hər hansı bir cinayət əməli törədib-törətməməyi barədə suallar verdikdə o qonşusu “Seydi” kimi tanınan Zərərçəkmiş şəxs məxsus evdən tozsoran və ət çəkən maşını oğurladığını və qaytardığını bildirmişdir. Belə ki, daimi iş yeri və gəliri olmadığı üçün günəmuzd fəhləlik etməklə özünü və ailəsini dolandırır. Narkotik vasitələrin aludəçisi olduğuna görə və həmin vasitələri almağa pulu olmadığı vaxtlarda oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 30 iyul 2022-ci il tarixdə saat 02 radələrində narkotik vasitələrə tələbatının artdığını hiss edib, yaşadığı evdən küçəyə çıxmışdır. Kənd ərazisi ilə hərəkətdə olan zaman narkotik vasitə əldə etmək üçün haradan pul tapa biləcəyini düşünüdüyü zaman yaşayan “Seydi” kimi tanınan həmkəndlisi Tilafətin yaşadığı evin qarşısından keçən vaxt onun Bakı şəhərində yaşadığını və evində heç kimin olmadığı yadına düşmüşdür. Bu zaman küçədə heç kimin olmadığını görüb, həyətinə tərəf yaxınlaşmışdır. Bu zaman onun dəmir tordan olan çəpərin sol tərəfinə keçib, orada olan taxta qapıdan içəri daxil olmuşdur. Daha sonra evin pilləkanı ilə eyvana qalxmışdır. Bu zaman orada “Eurolux” markalı tozsoranı, elektrikli ət çəkən maşın diqqətini çəkmişdir. Onları mətbəxdən götürüb pilləkanın aşağı hissəsinə qoymuşdur. Evin otaqları bağlı olduğu üçün içərisinə daxil ola bilməmişdir. Başqa əşya götürmək yenidən eyvana tərəf getdikdə diqqətinii bir qazan və bir teşt çəkmiş və onları da götürüb həyətə düşmüşdür. Oğurladığı əşyaları teştin içərisinə qoyub evinə gəlmişdir. Bir neçə gün sonra aliminium materialdan olan qazan və teşti tanımadığı səyyar metal yığan şəxslərə 20 manat satmışdır. Həmin pulları tələbatı üzrə xərcləmişdir. Tozsoranı və ətçəkən maşını isə lazım olar deyə, yaşadığı evin zirzəmisində gizlətmişdir. Bundan sonra Bakı şəhərinə gedib bir müddət orada fərdi işlərlə məşğul olmuşdur. 15 sentyabr 2022-ci il tarixdə isə yenidən yaşadığı Lənkəran rayonu Yuxarı Nüvədi kəndinə gəlmişdir. 17 sentyabr 2022-ci il tarixdə qonşusu Zərərçəkmiş şəxs Bakı şəhərindən yaşadığı evə gələrək evindən oğurluq olması ilə bağlı polis müraciət etdiyini bilmiş və hadisənin onun tərəfindən törədilməsində şübhələndiyinə görə həmin əşyalardan bəzilərini yəni tozsoranı və ətçəkən maşını evin zirzəmisindən gizlətdiyi yerdən götürüb anası Balabəyimin vasitəsilə Zərərçəkmiş şəxs qaytarmışdır. Digər əşyaları isə tanımadığı metal yığan şəxslərə verildiyi üçün geri qaytara bilməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Lənkəran şəhəri, Lənkəran rayonu Yuxarı Nüvədi kəndində özünə məxsus fərdi yaşayış evi vardır. Həmin evdə tək yaşamışdır. 2022-ci ilin may ayından Bakı şəhərində yerləşən təndirxanada çörək bişirir. Bakı şəhərinə getdiyi zaman yaşadığı evə nəzarət etməyi qonşulara tapşırmışdır. 17 sentyabr 2022-ci il tarixdə özünə məxsus evə baxmaq üçün Lənkəran rayonu Yuxarı Nüvədi kəndinə gəlmişdir. Yaşadığı həyətə girib evə baxan zaman yataq otağının qapısından içəri daxil olan zaman həmin otağın pəncərəsinin açıq olduğunu görmüşdür. Otaqda qoyduğu 150 manat qiymətində “EuroLUX” markalı tozsoranın, “Wolf” makalı ət çəkən maşının yerində olmadığını, oğurlandığını görmüşdür. Sonra evin zirzəmisinə baxıdqda isə 15 manat qiymətində iki litrlik aliminium qazan və 20 manat qiymətində aliminium teştin oğurlandığını görmüşdür. Bu səbəbdən dərhal DİN-in 102 xidmətinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları yaşadığı evə gəlib ərizəsini alıb hadisə yerinə baxış keçirmişlər. Polisə şikayət etdikdən sonra Murad adlı həmkəndlisinin anası Balabyim Həbibova yaşadığı evə gələrək onun evindən oğurluq hadisəsini oğlu Muradın törətdiyini bildirib, onun evindən oğurladığı tozsoranı və ət çəkən maşını qaytarmış, lakin teşt və qazanı qaytarmamışdır. Bundan sonra o, evindən oğruluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs oğludur. O, narkotik vasitələrin istifadəçisi olması barədə məlumatı olsa da, həmin maddələrdən qəbul etməsini heç vaxt görməmişdir. O, əvvəllər bir neçə dəfə oğurluq etdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 17 sentyabr 2022-ci il tarixdə qonşusu Zərərçəkmiş şəxs yaşadığı evindən oğurluq olmasını və bu barədə Lənkəran ŞRPŞ-ya şikayət etməsini və hadisədən səhəri günü oğlu Təqsirləndirilən şəxs şübhələndiyini eşitmişdir. O da bu səbəbdən Təqsirləndirilən şəxs həqiqətən də həmin oğurluq hadisəsini törədib-törətməməsini soruşmuşdur. Bu zaman Murad etdiyi oğurluğu etiraf edərək, qonşuları Zərərçəkmiş şəxs evindən oğurluq etdiyini, ona məxsus qazan, teşt, tozsoran və ətçəkən maşını oğurladığını bildirmişdir. O da Muradı etdiyi oğurluq əməlinə görə danlayaraq bu işlərindən əl çəkməsini və oğurladığı əşyaları geri qaytarmasını tələb etmişdir. Murad da yaşadığı evin zirzəmisindən ətçəkən maşını və tozsoranı gətirərək həmin əşyaları ona verib, qazan və teşti isə tanımadığı metal yığan şəxslərə satdığını bildirmişdir. O da həmin əşyaları götürüb Zərərçəkmiş şəxs qaytarmışdır. Digərlərinin də ona Murad tərəfindən qaytarılacağına söz vermişdir. Lakin, həmin zaman Zərərçəkmiş şəxs əsəbi olduğuna görə ona bir söz deməmişdir. Sonradan oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrdən qanunsuz istifadə etdiyinə görə həbs olunmuşdur. Oğlu Təqsirləndirilən şəxs oğurluq etməsi barədə əvvəlcə məlumatının olmadığını, onun qonşusu Zərərçəkmiş şəxs evindən oğurluq etməsi barədə Muradın ona deməsindən sonra xəbəri olmuşdur. İş üzrə şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Şahid1 və Şahid2 məhkəməyə teleqram ünvanlayaraq onların iştirakı olmadan işə baxılmasını xahiş edərək, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiklərini bildirmilər. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Lənkəran ŞRPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis leytenantı rütbəsindədir. İcraatına Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibətləri də olmamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 22 sentyabr 2022-ci il tarixdə, saat 12:15 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran rayonu Yuxarı Nüvədi kəndində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Ona yaxınlaşaraq özümüzü təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələrin olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini vacıbliyini bildirib və onu Lənkəran şəhər rayon polis şöbəsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs da onlarla razılaşaraq bilikdə Lənkəran ŞRPŞ-yə gəlmişdir. Polis şöbəsində olan inzibati otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olundu. O da, əynində olan şalvarın sağ yan cibindən 04 (dörd) ədəd şəffaf rəngli selofana bükülmüş bükümləri təqdim etmişdir. Götürülmüş 04 ədəd şəffaf rəngli selofana bükülmüş bükümlərə baxıldıqda hər bir bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və dörd büküm heroinə bənzər kütlələrin çəkisi 1,26 qram olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlələr ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini saxlanlan günü Lənkəran şəhəri “Böyük Bazar” adlanan ərazidə olan zaman adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün “Fişəng” ləqəbli şəxsdən aldığını bildirmişdir. Bundan başqa təhqiqatçı tərəfindən ona hər hansı başqa bir ciunayət əməli törədib-törətməməsi sualına Təqsirləndirilən şəxs Lənkəran rayonu Yuxarı Nüvədi kəndində “Seydi” qadının evində oğurluq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələr istifədə etməsi və üzərində gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olduğunu, lakin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmadığını bildirmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Lənkəran ŞRPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis leytenantı rütbəsindədir. Lənkəran ŞRPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 icraatına Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, Şahid1 icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü onun tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək Şahid1 həvalə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibətləri də olmamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 22 sentyabr 2022-ci il tarixdə, saat 12:15 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran rayonu Yuxarı Nüvədi kəndində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Ona yaxınlaşaraq özümüzü təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələrin olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini vacibliyini bildirib və onu Lənkəran şəhər rayon polis şöbəsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs da onlarla razılaşaraq bilikdə Lənkəran ŞRPŞ-yə gəlmişdir. Polis şöbəsində olan inzibati otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olundu. O da, əynində olan şalvarın sağ yan cibindən 04 (dörd) ədəd şəffaf rəngli selofana bükülmüş bükümləri təqdim etmişdir. Götürülmüş 04 ədəd şəffaf rəngli selofana bükülmüş bükümlərə baxıldıqda hər bir bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və dörd büküm heroinə bənzər kütlələrin çəkisi 1,26 qram olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlələr ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini saxlanlan günü Lənkəran şəhəri “Böyük Bazar” adlanan ərazidə olan zaman adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün “Fişəng” ləqəbli şəxsdən aldığını bildirmişdir. Bundan başqa təhqiqatçı tərəfindən ona hər hansı başqa bir ciunayət əməli törədib-törətməməsi sualına Təqsirləndirilən şəxs Lənkəran rayonu Yuxarı Nüvədi kəndində “Seydi” qadının evində oğurluq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələr istifədə etməsi və üzərində gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olduğunu, lakin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 22 sentyabr 2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. 22 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən dörd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş və zərfə qoyularaq möhürlənmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə heroini Lənkəran rayonu “Böyük Bazar” ərazisində olan zaman “Fişəng” ləqəbli şəxsdən 20 manata almışdır. Həmçinin, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşının şifahi suallarına cavab olaraq narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar olunaraq götürülmüş kütlələrin ona məxsus olduğunu və Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yaşayan ərazisində “Seydi” kimi tanınan qonşusun evindən oğurluq etdiyini, lakin oğurladığı əşyaları qaytardığını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının məhkəmə fiziki-kimyəvi ekspertizasının 22 sentyabr 2022-ci il tarixli 19/1010 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus 4 ədəd büküm....” sözlər və imzalar olan bir ədəd zərfdəki 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,213 qr; -0,266 qr; -0,304 qr; -0,281qram, ümumi təmiz çəkisi -1,64 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 26 sentyabr 2022-ci il tarixli 1019 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Liman Şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyətinin verdiyi xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Qeyd olunmuş bir ədəd, 2 kq həcmli, alüminium materialdan olan qazanın qiyməti 15 manatdır. Qeyd olunmuş bir ədəd, alüminium materaildan olan teştin qiyməti 20 manatdır.Qeyd olunmuş bir ədəd “Wolf” markalı, elektrik ətçəkən maşının qiyməti 70 manatdır. Qeyd olunmuş bir ədəd “Eurolux” markalı tozsoranın qiyməti 150 manatdır. Baxış keçirilməsi haqqında 17 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Həbibov X2 Rayon Məhkəməsinin 1(049)-128/2019 saylı, 20 avqust 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2020-ci qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 il 28 gün müddətinə təyin edilmiş və xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmiş, CM-nin 18 və 83-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 1(049)-128/2019 saylı, 20 avqust 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 24 sentyabr 2022-ci il tarixli, 4(049)-306/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Maddi sübut kimi tanınma haqqında 07 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, dörd ədəd bükümdə təmiz çəkisi 1,064 qram narkotik vasitə heroin, şəxsi axtarış istintaq hərəkətinin görüntüsü özündə əks etdirən 1 ədəd DVD disk, bir ədəd “Wolf” markalı, elektrik ətçəkən maşın və bir ədəd “Eurolux” markalı tozsoran maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış dörd ədəd bükümdə 0,864 qram çəkidə narkotik vasitə heroinin sübutları saxlama kamerasına təhvil verilməsi, 1 ədəd DVD diskin iş materiallarında saxlanılması qərara alınmış, bir ədəd “Wolf” markalı, elektrik ətçəkən maşın və bir ədəd “Eurolux” markalı tozsoranın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmışdır. Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. Lənkəran ŞİHB-nin Səpnəkəran KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Həbibov X2 rayonu, Yuxarı Nüvədi kəndində anası Şahid3 Yadulla qızı ilə birlikdə yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-nin 59.1.13-cü, əməlindən peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən, cəzasını yüngülləşdirici hallar kimi nəzərə alır. CM-nin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətin residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 65.2-ci maddəsinin (CM-nin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.) tələbinə uyğun olaraq CM-nin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəzanın təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasını Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 22 sentyabr 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış dörd ədəd bükümdə 0,864 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, bir ədəd “Wolf” markalı, elektrik ətçəkən maşın və bir ədəd “Eurolux” markalı tozsoranın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmə, məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 il 6 ay müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 22 sentyabr 2022ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut 4 ədəd bükümdə 0,864 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Şəxsi axtarışın görüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut bir ədəd “Wolf” markalı, elektrik ətçəkən maşın və bir ədəd “Eurolux” markalı tozsoranın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-80/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-80/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver