Məhkəmə qərarları › İş №1(049)-80/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-80/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-80/2025 09.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 10:00 Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1993-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, 21-ci məhəllə, döngə 2, ev 2-də qeydiyyatda olmaqla orada yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayının əvvəlində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə onu qızıl-zinət əşyalarının pərakəndə alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıyan tanışı Abşeron rayonu Xırdalan şəhəri Mehdi Hüseyn küçəsi 1, ev 321-də yaşayan Zərərçəkmiş şəxs1 birlikdə qızıl-zinət əşyalarının şərikli biznesinə pul yatıracağı halda daha çox gəlir əldə edəcəklərinə və əldə edilmiş gəliri öz aralarında yarı böləcəyinə, həmçinin aldığı məbləğin bir aydan sonra qaytaracağına dair yalandan vədlər verib, Zərərçəkmiş şəxs1 aldadaraq özünə inandırıb, etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, maddi qazanc əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1la danışdıqdan bir neçə gün sonra köhnə “Ələt-Astara” avtomobil yolunun Lənkəran şəhərindən keçən hissəsində yolun sol tərəfində yerləşən “Bağ evim” restoranında otaqların birində Zərərçəkmiş şəxs1 ilə görüşüb, sonuncuya məxsus 4000 ( dörd min) ABŞ dollar, yəni həmin tarixdə qeyd edilən dolların məzənnəsi 6800 (altı min səkkiz yüz) manat təşkil edən pul vəsaitini – özgənin xeyli miqdarda əmlakını ondan qəbul edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2022-ci ilin dekabr ayın sonunda etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə onu qızıl-zinət əşyalarının pərakəndə alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıyan tanışı Lənkəran rayonu Şilavar kənd sakini Zərərçəkmiş şəxs2 birlikdə qızıl-zinət əşyalarının şərikli biznesinə pul yatıracağı halda daha çox gəlir əldə edəcəklərinə və əldə edilmiş gəliri öz aralarında yarı böləcəyinə dair yalandan vədlər verib, Zərərçəkmiş şəxs2 aldadaraq özünə inandırıb, etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, maddi qazanc əldə etmək məqsədi ilə bir neçə gün sonra köhnə “Ələt- Astara” avtomobil yolunun Lənkəran rayonu Digah kəndindən keçən hissəsində yolun sağ tərəfində yerləşən avtomobil təmiri sexində Zərərçəkmiş şəxs2 məxsus 5000 (beş min) manat məbləğində pul vəsaitini – özgənin əmlakını ondan qəbul edib etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2023-cü ilin fevral ayının ortalarında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə onu qızıl-zinət əşyalarının pərakəndə alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıyan tanışı Zərərçəkmiş şəxs2 birlikdə qızıl-zinət əşyalarının şərikli biznesinə pul yatıracağı halda daha çox gəlir əldə edəcəklərinə və əldə edilmiş gəliri öz aralarında yarı böləcəyinə dair yalandan vədlər verib, Zərərçəkmiş şəxs2 aldadaraq özünə inandırıb, etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, maddi qazanc əldə etmək məqsədi ilə 20 fevral 2023-cü il tarixdə köhnə “Ələt- Astara” avtomobil yolunun Lənkəran şəhərindən keçən hissəsində yolun sol tərəfində yerləşən “Pullu-pulsuz” çayxanasının qarşısında Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdar təşkil edən 10000 (on min) manat məbləğində pul vəsaitini – özgənin xeyli miqdarda əmlakını ondan qəbul edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2023-cü ilin fevral ayının sonunda etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə onu qızıl-zinət əşyalarının pərakəndə alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıyan tanışı Lənkəran rayonu Şilavar kənd sakini Zərərçəkmiş şəxs2 ilə Lənkəran şəhərində görüşərək, güya şərikli biznesin qazancı kimi sonuncuya 1000 manat və 2023-cü ilin mart ayının ortalarında 1500 manat ödəyib, birlikdə qızıl-zinət əşyalarının şərikli biznesinə pul yatıracağı halda daha çox gəlir əldə edəcəklərinə və əldə edilmiş gəliri öz aralarında yarı böləcəyinə dair yalandan vədlər verib, Zərərçəkmiş şəxs2 aldadaraq özünə inandırıb, etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, maddi qazanc əldə etmək məqsədi ilə 2023-cü ilin aprel ayının əvvəlində Lənkəran şəhəri “Dəmir Yol vağzalı” yaxınlığında Zərərçəkmiş şəxs2 məxsus 5000 (beş min) manat məbləğində pul vəsaitini – özgənin əmlakını ondan qəbul edib etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2023-cü ilin aprel ayının sonunda etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə onu qızıl-zinət əşyalarının pərakəndə alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıyan tanışı Zərərçəkmiş şəxs2 ilə Lənkəran şəhərində görüşərək, güya şərikli biznesin qazancı kimi sonuncuya 1000 manat ödəyib, Masallı rayonunda lombardda qızıl-zinət əşyalarının satışı barədə məlumatı olduğunu, həmin qızılları lom qiymətinə alıb birlikdə həmin qızılzinət əşyalarının şərikli biznesinə pul yatıracağı halda satışından daha çox gəlir əldə edəcəklərinə və əldə edilmiş gəliri öz aralarında yarı böləcəyinə dair yalandan vədlər verib, Zərərçəkmiş şəxs2 aldadaraq özünə inandırıb, etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, maddi qazanc əldə etmək məqsədi ilə 2023-cü ilin may ayının sonunda Lənkəran şəhəri T.İsmayılov küçəsində yerləşən “Ufa” mağazasının qarşısında Zərərçəkmiş şəxs2 məxsus 5000 (beş min) manat məbləğində pul vəsaitini – özgənin əmlakını ondan qəbul edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. İşin məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, mərhum atası X5 qızıl-zinət əşyalarının satışı ilə məşğul olurmuş. Atası 2019-cu ilin fevral ayında vəfat etmişdir. Bundan sonra o özü qızıl-zinət əşyalarının satışı ilə məşğul olmağa başlamışdır. 2021-ci ildə Lənkəran rayonu Mərkəzi bazarda özünə qızıl mağazası icarəyə götürüb işləməyə başlamışdır. Belə ki, barəsində olan şikayətçi Siyəzən rayonunda anadan olmuş və Abşeron rayonu Xırdalan şəhərində yaşayan Zərərçəkmiş şəxs1 çoxdandır ki, tanıyır. Zərərçəkmiş şəxs1la dostu Şahid1 vasitəsi ilə tanış olmuşdur. Dostu Əli ilə mütəmadi olaraq telefonda danışırmış. Şahid1 onun qızıl-zinət əşyalarının alış-satışı ilə məşğul olduğunu bilirmiş. Şahid1 bir dəfə də Lənkəran şəhərinə onun yanına gəlib onu qonaq etmişdir. Şahid1 toyunda da iştirak etmişdir. Həmin vaxt, yəni toyda Əlinin bibisi oğlu Zərərçəkmiş şəxs1la da tanış olmuşdur. Mirhəmdulla da, onun qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu bilmişdir. O Bakı şəhərinə gedən vaxtlar Mirhəmdulla və Əli ilə görüşürmüş. Belə ki, 2022-ci ilin fevral ayın ilk günlərində yenidən qızıl-zinət əşyaları almaq üçün ona pul lazım olmuşdur. Mirhəmdulla və Əli ilə söhbətləri zamanı ona demişlər ki, əgər pul lazım olsa ona kömək edəcəklər. Belə ki, həmin vaxtlar ona pul lazım olduğu üçün Şahid1 zəng etmişdir. Əli ona demişdir ki, pulu yoxdur. Ona həmin vaxtlar yenidən qızıl alımaq üçün 4000 ABŞ dollar lazım olmuşdur. 4000 ABŞ dollarda 6800 manat edirmiş. Şahid1 pulu olmadığını deyəndən sonra Zərərçəkmiş şəxs1 zəng edib onunla danışmış və ondan 4000 ABŞ dollar, yəni 6800 manat pul istəmişdir. Mirhəmdullaya demişdir ki, qızıl-zinət əşyası almağa ona həmin məbləğ lazımdır. Mirhəmdullaya demişdir ki, istəsə birlikdə də işləyə bilərlər. Yəni qızıl zinət əşyası aldıqdan sonra hər ayda qazancını götürər. Mirhəmdulla demişdir ki, fikirləşib deyəcək, razılaşsa Lənkərana gələcəkdir. Ona pul lazım olduğu üçün bir neçə dəfə Mirhəmdullaya zəng etmişdir. Mirhəmdullaya demişdir ki, özünün pulu var, lakin qızıl almağa pulu çatmır. İstəyir ki, lom şəklində, yəni əzilmiş qızılları alıb təmir etdikdən sonra bazar qiymətinə satıb qazanc əldə etsin. Hətta Mirhəmdullaya demişdir ki, birlikdə bu işlə məşğul olsalar, qazancı yarı bölərlər və bir ay sonra pulunu da tam qaytarar. Mirhəmdulla razılaşmışdır. 2022-ci ilin fevral ayın əvvəllərində dəqiq tarix yadında olmayan vaxt Mirhəmdulla ona zəng edib Şahid1 ilə birlikdə Lənkərana gəlməyini demişdir. O razılaşmışdır. Həmin gün Mirhəmdulla, Şahid1 ilə birlikdə Lənkərana gəlmişlər,o Əli və Mirhəmdullanı qarşılayıb birlikdə köhnə “Ələt-Astara” avtomobil yolunun Lənkəran şəhərindən keçən hissəsində yolun sol tərfində yerləşən “Bağ evim” restoranına gedib orada yemək yeyib söhbət etmişlər. Həmin vaxt o Zərərçəkmiş şəxs1 demişdir ki, qızıl-zinət əşyası almaq üçün ona pul lazımdır. Hətta özündə olan bir neçə min manat pulu ona göstərmişdir. Demişdir ki, hazırda onda olan pulla az qızıl almaq olar, o da üstünə pul qoysun çox miqdarda lom qiymətinə qızıl alıb satsalar qazancı bölərlər, gələn ay pulunu tam qaytarar. Demişdir ki, onunla birlikdə işləsin və qazancını götürər, mart ayı üçün aldığı pulu da qaytarar. O Mirhəmdullaya demişdir ki, həmin pulla qızıl-zinət əşyası alsalar, demək olar ki, 2000 manat qazanc olacaq və qazancı yarı bölərlər. Mirhəmdulla razılaşmış və Şahid1 yanında ona 4000 ABŞ dollar vermiş və həmin pulu 6800 manatdan hesablamışlar. Həmin vaxt Mirhmdullaya puldan 400 ABŞ dolları, yəni 680 manatını qaytarmışdır ki, həmin ay ona pul verməsin. Həmdə Mirhəmdulla demişdir ki, olan-qalan pulu elə budur. Mirhəmdullaya demişdir ki, pulu mart ayında qaytarar, həmdə qazancı yarı bölərlər. Mirhəmdulla razılaşmışdır. Daha sonra onlar “Bağ evim” –də yemək yeyib söhbət etdikdən sonra Mirhəmdulla və Əli çıxıb getmişlər. O həmin pulla qızıl-zinət əşyası almaq istəsə də bu alınmamış və pulu özünə xərcləmiş və bəzi borclarını qaytarmışdır. 2022-ci ilin mart ayında Mirhəmdulla pulunu ondan istəmiş və hətta Şahid1 ilə birlikdə Lənkərana gəlmişlər. Onlar Lənkəran şəhərində “Nehrə” kafesində oturmuşlar və o orada Mirhəmdulladan vaxt da istəmişdir. Həmin vaxt tanışı Lənkəran şəhər sakini Şahid2 yanında olmuşdur. Zərərçəkmiş şəxs1 ona birazda möhlət verməsini istəmiş və sonuncu razılaşmışdır. Sonra Mirhəmdulla və Şahid1 çıxıb getmişlər. Onun imkanı olmadığı üçün Zərərçəkmiş şəxs1 pulunu ödəyə bilməmişdir. Hərdəfə Mirhəmdulla ilə danışan zaman ona pulu tezliklə qaytaracağını desə də pulu qaytara bilməmişdir. Bundan sonra növbəti pulu Lənkəran rayonu Şilavar kənd sakini Zərərçəkmiş şəxs2 almışdır. Zərərçəkmiş şəxs2 çoxdandır ki, tanıyır. Zərərçəkmiş şəxs2la tanışlığı Lənkəran polis şöbəsində YPX inspektoru işləmiş, Lənkəran şəhər sakini Şahid3 vasitəsilə olmuşdur. Şahid3la münasibətləri normal olmuşdur. Xəlil özü Lənkəran rayonu Digah kənd ərazisində yerləşən avtomobil sexində usta işləyir. Zərərçəkmiş şəxs2la tanışlığı səhv etmirsə 2022-ci ilin oktyabr aylarında olmuşdur. Şahid3la mütəmadi görüşdüyü üçün Zərərçəkmiş şəxs2 da yanına gəlmiş və hətta birlikdə yemək də yemişlər. Belə ki, Zərərçəkmiş şəxs2la tanış olduqdan sonra özünə məxsus həmin vaxtlar idarə etdiyi VAZ 2107 markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilini bir neçə dəfə onun yanına təmirə də aparmışdır. Zərərçəkmiş şəxs2 onun Lənkəran şəhər Mərkəzi bazarında mağazaların birində qızıl-zinət əşyaların alqı-satqısı ilə məşğul olduğunu bilirmiş. Səhv etmirsə Xəlil özü bir neçə dəfə həmin mağazaya da gəlmiş, hətta qızıl-zinət əşyası da almışdır. Həmin vaxtlar onun arabir pula ehtiyacı olduğundan Xəlildən borca pul alıb qaytarmışdır. Belə ki, təxminən 2022-ci ilin dekabr ayında ona mağaza üçün qızıl-zinət əşyaları almaq üçün pul lazım olmuşdur. Ona görə də, Xəlilə demişdir ki, pulu varsa ona 5000 manat pul versin, bir müddət sonra işlərini qaydasına qoysun qaytarar. Xəlil demişdir ki, pul tapa biləcəkdir. O Xəlilə demişdir ki, istəsə bir yerdə işləyərlər. Xəlil də ona demişdir ki, sexdə usta işləyir, işindən artıq bezmişdir, istəyir ki, rahat iş olsun işləsin. O da Xəlilə demişdir ki, nə qədər bu işdə işləyəcəkdir, istəsə pulu varsa birlikdə işləsinlər, qızıl-zinət əşyaların qazancını bölərlər. Xəlil razılaşmışdır. Xəlillə danışdıqdan sonra ilk dəfə 2022-ci ilin dekabr ayında sonuncunun işlədiyi sexinə getmiş və Zərərçəkmiş şəxs2 5000 manat pul almışdır. Həmin pulla gedib qızıl-zinət əşyası almışdır. 2023-cü ilin yanvar ayında Xəlildən aldığı puldan sonuncuya 1000 manat qazanc vermişdir. Lakin Xəlilin pulunu qaytara bilməmişdir. Bundan sonra təkrarən 2023-cü ilin fevral ayında Xəlildən 10000 manat istəmişdir və demişdir ki, yenidən mağazaya qızıl-zinət əşyaları almaq lazımdır. Xəlilə demişdir ki, əvvəlki aldığı puldan 1000 manat qazanc vermiş, bu pulu da versin yenidən qazanc verər, əgər qazanc az olsa pulu qaytarar. Xəlil razılaşmış və sonuncu pulu düzəltdikdən sonra ona zəng edib Lənkəran şəhərində yerləşən “Pullu-pulsuz” çayxanasının yanına gəlmiş və görüşmüşlər. Xəlil orada ona 10000 manat pul vermişdir. Xəlilə demişdir ki, qızıl alıb həmin puldan qazanc olacaq. Xəlildən pulu aldıqdan bir müddət sonra Xəlilə 1500 manat qazanc kimi vermişdir. Daha sonra ona yenidən qızılzinət əşyası almaq üçün pul lazım olmuş və bunu Xəlilə demişdir. Xəlil demişdir ki, pul tapacaq. Xəlil ona inanırmış, çünki sonuncuya qazanc da verirmiş. Beləliklə təxminən 2023-cü ilin aprel ayında Xəlillə Lənkəran şəhəri Dəmir yol vağzalı yanında görüşmüş ona 5000 manat pul vermiş və bir neçə gün sonra Xəlilə 1000 manat qazanc vermişdir. Həmin pulla qızıl-zinət əşyası almışdır. Bir müddət sonra yenidən Xəlilə 1500 manatda vermişdir. Bundan sonra 2023-cü ilin may ayında eşitmişdir ki, Masallı rayonunda lombardda qızıl var və ucuz qiymətə satırlar. Onda pul olmadığı üçün Xəlildən xahiş etmişdir ki, ona pul versin həmin qızılları lom qiymətinə alsın. Xəlil razılaşmış və bir neçə gündən sonra dəqiq tarix yadında olmayan vaxtda Lənkəran şəhəri polis şöbəsinin yaxınlığında yerləşən “Ufa” mağazasının qarşısında Xəlillə görüşmüş və sonuncu ona 5000 manat pul vermişdir. O Masallı rayonuna gedib həmin qızılları alıb biraz baha qiymətə satmışdır. Həmin qazancdan da, Xəlilə vermişdir. Daha sonra pulu olmadığı üçün Xəlilin pulunu qaytara bilməmişdir. Xəlildən ümumilikdə 25.000 manat pul almışdır. Hərdəfə pul alanda əvvəlki aldığı puldan Xəlilə qazanc verirmiş, lakin əsas aldığı pulu qaytara bilməmişdir. O daha qızıl-zinət əşyaların alqı-satqısında gəlir əldə edə bilmədiyi üçün Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pulunu qaytara bilməmişdir. Ona görə də, 15 avqust 2023-cü il tarixdə işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Orada bir müddət işlədikdən sonra 30 oktyabr 2024-cü il tarixdə Azərbayacan Respublikasına qayıtmışdır. O tutduğu cinayət əməlindən peşmandır. O Lənkəran və Masall şəhərlərində əvvəlcədən öyrəndiyi yerlərdən, yəni eşidirmiş ki, Masallı və yaxud Lənkəran şəhərində lom qiymətinə qızıl satırlar. Onları alıb təmir edib bazar qiymətinə satırmış.O Xəlildə İbrahimovda pul olduğunu görmüş, ona görə də Xəlilə təklif etmişdir ki, birlikdə işləsinlər. Xəlildə razılaşmış və demişdir ki, ustalıq etməkdən bezmişdir, təmiz bir işdə işləmək istəyir. O da Xəlildən həmin pulu almışdır ki, qazanc əldə etsinlər. Lakin qazanc əldə edə bilmirmiş. Xəlildən hərdəfə pul alanda sonuncuya qazanc kimi bir ay pul vermiş, lakin aldığı pulu qaytara bilməmişdir. Həmçinin özünə də pul lazım olduğu üçün aldığı pulu xərcləyirmiş. Hazırda zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 6.800 (altı min səkkiq yüz) manat, Zərərçəkmiş şəxs2 25.000 (iyirmi beş min) manat ziyanı tamamilə ödəmişdir, onlarla barışmışdır və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti yoxdur. Həmçinin xərərçəkmiş şəxslərə dəymiş ziyanın 25 (iyirmi beş) faizi miqdarında, yəni 7.950 manat məbləğində pul vəsaitini dövlət nəfinə ödədiyini qeyd edərək, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ildən tanıyır. Tanışlığı dayısı oğlu Şahid1 vasitəsi ilə olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs dayısı oğlu Şahid1 ilə dostluq edirlər. Təqsirləndirilən şəxs 2018-ci ildə Şahid1 toyunda görüb, tanış olmuşlar. Həmin vaxtdan sonra münasibətləri çox yaxşı olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xırdalan qəsəbəsində yerləşən evində təmannasız bir müddətdə qalmışdır. Sonradan Təqsirləndirilən şəxs Lənkəran şəhərinə qayıtmış və işə başlamışdır. Ondan nə iş gördüyünü soruşanda ona demişdir ki, qızıl-zinət əşyalarının satışı ilə məşğuldur. 2022-ci ilin ilk aylarında Emin ona zəng edib demişdir ki, bir yerdə 170 qram lom qızıl var, həmin qızılı almaq istəyir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, həmin qızılı almağa pulu çatmır, ona görə də, kömək etsin. O Təqsirləndirilən şəxs demişdir ki, pulu yoxdur. Bir müddət sonra Təqsirləndirilən şəxs yenidən ona zəng edib demişdir ki, istəsə onunla şərikli biznes qurub işləyə bilər. Yəni pul qoysun birlikdə işləyərlər.Emin demişdir ki, onun özündə də pul var, o da pul qoysun, birlikdə qızıl alıb satsalar yaxşı gəlir əldə edərlər. Emin demişdir ki, 10.000 manat versin, şərik qızıl alıb satarlar. O Təqsirləndirilən şəxs ilə işləmədiyi üçün dayısı oğlu Şahid1 ilə məsləhətləşmişdir. Sonra Eminə demişdir ki, danışıb qərar verər. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs mütamadi olaraq ona zəng edib nə fikirləşdiyini soruşurmuş və deyirmiş ki, narahat olmasın, pul düzəldib ona versin qazancı olacaq. Sonra özüdə fikirləşmişdir ki, Təqsirləndirilən şəxs tanışdır, onunla birlikdə işləsin qazanc əldə edər. Həmçinin Təqsirləndirilən şəxs mütamadi olaraq ona zəng edib deyirmiş ki, birlikdə işləsinlər, özündə də, pul var. Ona görə də, qərara gəlmişdir ki, Eminlə danışıb söhbət etsin. Belə ki, 2022-ci ilin fevral əvəllərində Bakı şəhərindən çıxıb Lənkəran şəhərinə gəlmişdir. Dayısı oğlu Şahid1 də onunla gəlmişdir. Onlar Təqsirləndirilən şəxs ilə köhnə Ələt-Astara yolunun Lənkəran şəhərindən keçən hissəsində yolun sol tərəfində yerləşən “bağ evim” restoranında əyləşmişlər. Orada banketlərin birində əyləşib həm yemək yemişlər və söhbət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs demişdir ki, birlikdə qızıl-zinət əşyaların alqı-satqısı ilə məşğul olsalar hər birinə yaxşı qazanc olacaq. Emin cibindən təxminən 7000 (yeddi min) manata yaxın pul çıxarıb ona göstərib demişdir ki, bir yerdə lom qiymətinə qızıl tapmışdır, həmin qızılı alsa yaxşı olar. Yəni özündə olan pulu da qoysa, o da pul versin ən azından həmin qızılla 2000 manat qazanc olacaq, onu yarı bölərlər, həmdə mart ayında pulunu da qaytaracaqdır. Eminin bu təklifi ilə razılaşmışdır. Emin onda nə qədər pul olduğunu soruşmuşdur. Onda 4000 ABŞ dollar var imiş. Emin dedi ki, həmin pulu ona versin, özündə olan pulun üstünə qoyub qızıl alacaq və qazanc əldə edərlər. O Eminə inanıb razılaşmış və Şahid1 yanında Eminə 4000 (dörd min) ABŞ dollar vermişdir. Həmin vaxt 1 ABŞ dollar 1 manat 70 qəpik olmuşdur. O Təqsirləndirilən şəxs 6800 manat vermişdir. Emin də həmin vaxt ona verdiyi puldan 400 dollar, yəni 680 manat vermişdir ki, güya onun həmin ay üçün 680 manat qazancıdır, mart ayında da, qızılın qazancını və pulu da qaytaracaqdır. O Eminə inanmışdır. Həmin vaxt dayısı oğlu Şahid1 başqa yanında kimsə olmamışdır. Pulu Eminə verdikdən sonra Bakı şəhərinə gəlmişdir. Həmin vaxtdan sonra Eminlə arabir danışırmışlar. Emində ona deyirmiş ki, həmin pulla qızıl-zinət əşyası almış və növbəti ayda, yəni martın əvvəlində qızılın qazancını və pulu qaytacaqdır. Lakin mart ayın əvvəli olduqda Təqsirləndirilən şəxs cavab gəlməmişdir. Beləliklə 2022-ci ilin mart ayın əvvəlində Təqsirləndirilən şəxs zəng etmişdir. Emin demişdir ki, narahat olmasın, səbirli olsun düzələcəkdir. Emin bu gün-sabah deyib pulunu qaytarmamışdır. Ona görə də, 2022-ci ilin mart ayında Şahid1 ilə Lənkəran şəhərinə gəlib Eminlə görüşmüşlər. Onlar Lənkəran şəhərində Nehrə adlanan kafedə görüşmüşlər. Təqsirləndirilən şəxs ona demişdir ki, işləri düz gətirmir, lakin pulu qaytaracaqdır. Emin demişdir ki, başqa şəxsdən pul alıb ona verəcəkdir. O Eminin onu aldatdığına tam əmin olmuşdur. Emin demişdir ki, ona möhlərt versin pulu qaytarcaqdır. Həmin gün Bakı şəhərinə qayıtmışlar. Həmin vaxtdan Eminə dəfələrlə zəng etsə də Emin onun pulunu qaytarmamışdır. Daha sonra telefonlarına da cavab verməmişdir. Təqsirləndirilən şəxs qızılı lom qiymətinə haradan alacağını ona deməmişdir. O Emindən qızılı kimdən alacağını soruşmamışdır. Emin demişdir ki, əzilmiş qızıllar var, onları ucuz qiymətə alacaq, daha sonra təmir etdirib bazar qiymətinə satacaqdır. O da Eminə inanmışdır. O 6800 manat pulu 2022-ci ilin fevral ayın əvvəllərində Təqsirləndirilən şəxs vermişdir. Dəqiq tarix yadında deyil. Ola bilər ki, 05 fevral olsun. Lakin bunu dəqiq bilmir. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu ziyanı, yəni 6.800 manat məbləğində pulu tam olaraq ona ödəmişdir, onlar barışmışlar və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, .ikayət etməyinə səbəb tanışı Təqsirləndirilən şəxs onu aldadaraq onun pullarını hissə-hissə mənimsəməsi olmuşdur. O özü avtomobil təmir edib özünə pul qazanır. Təqsirləndirilən şəxs təxminən 3-4 il bundan qabaq tanımışdır. Təqsirləndirilən şəxs onun yanına öz avtomobilini təmir etmək üçün gəlirmiş. O da Eminin avtomobilini təmir edirmiş. Bir-neçə dəfə onun yanına gəldikdən sonra onunla münasibəti normallaşmış və onunla dost olmuşdur. Emin öz iş yerini ona göstərmiş, Eminin iş yeri Lənkəran rayon Mərkəzi bazarda yerləşən Est-Gold qızıl aləmi adlı qızıl mağazası olmuşdur. O həmin mağazadan bir neçə dəfə qızıl almışdır. Təqsirləndirilən şəxs qızıl mağazasında iki satıcı qızı olmuşdur. O da tam Təqsirləndirilən şəxs iş adamı kimi tanımış və hörmət edirmiş. Emini zəhmətkeş bir oğlan kimi tanıyırmış. Bir neçə-dəfə Emin ondan borca pul almış və gətirib qaytarmışdır. O da Eminə konkret bir oğlan kimi daha da dərindən güvənmişdir. Təxminən 2022-ci ilin dekabr ayının son günlərində Emin ona təklif etmişdir ki, “sən nə qədər usta işləyərsən, əziyyətli işdi, istəyirsənsə öz işivi də gör, amma gəl mənimlə şərik lom qızıl alıb-sataq qazanc əldə edək”. O əvvəl razılaşmasa da, Eminin təkidindən sonra razılaşmışdır. Emin hərdəfə ona deyirmiş ki, pul qoysun, onda da, pul var, ondan aldığı pulun üstünə qoyacaq qızıl alıb işləyəcəklər və ona qazanc verəcəkdir. Nəhayət o razılaşmışdır. Beləliklə də 2022-ci ilin dekabr ayının son günlərində Emin onun iş yerinə gəlmiş, o Eminə 5000 manat pul vermişdir ki, qızıl alsın. Pulu Eminə verəndə yanında kimsə olmamışdır. Emin demişdir ki, ona verdiyi pulun üstünə pul qoyacaq, lom qiymətinə qızıl alacaq və ona qazanc verəcək, sonra onun pulunu bütöv şəkildə qaytaracaqdır. O razılaşmışdır. Pulu Eminə vermiş və getmişdir. Emin ona qızılı hardan alacağı barədə deməmişdir. Bundan sonra 2023-cü ilin fevral ayının 20-də Eminlə Lənkəran şəhərində görüşmüş və pulunu ondan istəyəndə Emin demişdir ki, qızıl dükanına mal vurmaq lazımdır. Güya qızılları vermiş, lakin hələ pulunu ala bilmədiyi üçün onun pulunu verə bilmir. Emin demişdir ki, 10.000 manat pul versin, əvvəlki pullarla birlikdə pulunu qaytaracaqdır, həmdə qızılın qazancını ona verəcəkdir. O da həmin vaxtı avtomobilimi satmışdır və əlində pulu var imiş Həmdə səhv etmirsə Təqsirləndirilən şəxs onun avtomobili satdığını bilmişdir. Həmin avtomobilin pulunu həmin gün Eminə tanışı Şahid3 Namiq oğlunun yanında Lənkəran rayon Şilavar kəndi ərazisində yerləşən “pullu-pulsuz” adlı çayxananın qarşısında öz avtomobilində vermişdir. Həmin ayın sonunda Emin ona zəng edib görüşmüşlər və ona 1000 (min) manat pul verib demişdir ki, bu min manat əvvəlki 10.000 manatın qazancıdır. Sonuncu verdiyi 10.000 manat pulun qazancı hələ yoxdur. Güya mart ayında bütöv pulumu qaytaracaq və əldə etdiyi qızılın pulundan qazancını da verəcək. O da Təqsirləndirilən şəxs inanırmış. Çünki, həmişə cibindən pul çıxarıb deyirmiş ki, bu pulla qızıl alacaqdır. Belə ki, 2023-cü ilin mart ayında dəfələrlə Emindən pulunu istəmiş, sonuncu tezliklə pulu qaytaracağını desə də, qaytarmamış və nəhayət mart ayın ortalarında Emin ona 1500 manat pul vermiş və demişdir ki, bu ona verdiyi sonuncu pulun qazancıdı. O Təqsirləndirilən şəxs demişdir ki, axı bu azdı, “sən demişdin, qızıldan gəlir çox olur” Emin demişdir ki, narahat olmasın, yenədə qazanc olacaq verər. O yenidən Eminə verdiyi pulunu tam istəmiş və Emin demişdir ki, pulu qaytaracaqdır. Bundan sonra 2023-cü ilin aprel ayının əvvəlində pulu Emindən istəmişdir. Emin ona demişdir ki, pulu qaytaracaq, hazırda yenidən qızıl almaq üçün ona pul lazımdır. Təqsirləndirilən şəxs demişdir ki, 5000 manat da versin, həmin pulla qızıl alacaq, yenidən qazanc olacaq, həmçinin əvvəlki pullarla birlikdə pulunu qaytaracaqdır. O pulu vermədikdə Emin çox təkid etmiş və demişdir ki, narahat olmasın. Emin hətta cibindən pul da çıxarıb ina göstərib demişdir ki, indi ona pul versə, öz pulu qurtacaq və işləyə biləməzlər, yəni qızıl ala bilməz. İşini böyütmək üçün yenidən ona pul versin və daha da yaxşı qazanc əldə edəcəklər və onun borcunu da qaytaracaqdır. O razılaşmış həmin vaxtı loteriya götürmüşdür, ona demişdir ki, onda da pul var. Emin də həmin gün onunla telefon əlaqəsi saxlamış və onlar Lənkəran şəhəri Dəmir yol vağzalı ərazisində görüşüb həmin 5000 manatı da orada vermişdir. Həmin ay, yəni 2023-cü ilin aprel ayın sonlarında Emindən pulu istəyəndə ona 1000 manat pul verib demişdir ki, bu alverin qazancıdı. O əvvəlki pullarını da Emindən istəmişdir. Emin demişdir ki, narahat olmasın, may ayında pulunu tam verəcəkdir. O razılaşmışdır. 2023-cü ilin may ayının ortalarında Emindən pulunu istəmişdir. Emin demişdir ki, narahat olmasın, ayın axırı verəcəkdir. Bundan sonra 2023-cü ilin may ayın sonunda Emin ona zəng edib pulu olubolmadığımı soruşmuşdur. O da hazırda pul olmadğını Eminə demişdir. Emin isə ona demişdir ki, “pul tapa bilərsən? O Eminə demişdir ki, hələ onun əvvəlki pullarını verməmişdir, ondan pul istəyirn. Emin demişdir ki, narahat olmasın, bu dəfə də pul versin, bütöv şəkildə pulunu qaytaracaqdır. Emin yenə də 5000 min manat pul istəmişdir ki, Masallı rayonunda lombartda qızıl var onları lom qiymətinə alır. Emin demişdir ki, onun özündə pul var, çatmır, həmin qızılları alandan sonra yenidən ona qazancını verər, həmdə pulunu tam qaytarar. O razılaşmışdır. 2023-cü ilin may ayının sonunda Lənkəran şəhər ərazisində yerləşən Ufa marketin yaxınlığında tanışı Şahid3 yanında 5000 manatı Eminə vermişdir. Emin demişdir ki, narahat olmasın qızılı alandan sonra bazar qiymətinə satıb yaxşı qazanc əldə edəcək və pulunu qaytaracaqdır. 2023-cü ilin iyun ayının ortalarında Emin ona qazanc kimi 1500 manat pul vermişdir. O pulu Emindən zəng edəndən sonra alırmış. Eminə deməmiş ona pul vermirmiş. Lakin ondan aldığı pulu qaytarmırmış. Güya ona qazanc kimi pulunu verirmiş. Bundan sonra aralarında narazılıq yaranmışdır. Emin ona pul verə bilməmişdir. O Emindən pulunu tələb edəndə Emin ona demişdir ki, köməklik edim. O də Eminə demişdir ki, hər ayda ona verəcəyi pulları hasablasın. Hesaba görə Emin guya ona 7000 manat xeyir vermişdir. Emin ondan köməklik istəmişdir. Əslində o da, Eminə demişdir ki, onun 30.000 manatını versin başqa heçnə istəmir. Lakin Emin ondan yenidən pul istəyirmiş. Beləliklə Emin demişdir ki, hansısa qohumu müəllimə işləyir, adında 5000 manat kredit var, həmin krediti bağlamaq istəyir ki, birdəfəlik 30.000 manat götürüb onun pullarını da versin. Daha sonra Eminə bir neçə dəfə zəng etsə də, hər dəfə müxtəlif bəhanələr gətirib onun pulunu qaytarmamışdır. Daha sonra eşitmişdir ki, Emin Rusiya Federasiyasına qaçmışdır. Emin onu aldadaraq 25000 manat pulunu ələ keçirmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu ziyanı, yəni 25.000 manat məbləğində pulu tam olaraq ona ödəmişdir, onlar barışmışlar və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs ilə münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər Lənkəran şəhər Mərkəzi bazarında qızıl-zinət əşyaların alqısatqısı ilə məşğul olmuşdur. Belə ki, təxminən 2022-ci ilin mart ayın əvvəlində tanışı Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 adlı şəxsdən 6800 manat pul almışdır ki, birlikdə qızıl-zinət əşyaların alqı-satqısı ilə məşğul olsunlar. Emin ona demişdir ki, Zərərçəkmiş şəxs1 pulu 2022-ci ilin fevral ayın əvvəllərində Lənkəran şəhərində yerləşən “Bağ evim” restoranında almışdır. Həmin vaxt Mirhəmdullanın yanında Şahid1 də olmuşdur. O özü Şahid1 ilə dost olmuşdur. Şahid1 təxminən 2018-ci ildən tanıyır. Şahid1 ilə tanışlığı Təqsirləndirilən şəxs görə olmuşdur. Emin özü Əlini uzun illərdir ki, tanıyır. Şahid1 bir neçə dəfə Lənkərana gəldiyi üçün Eminlə birlikdə gedib birlikdə oturub yemək yemişlər. Belə ki, Təqsirləndirilən şəxs ona bildirmişdir ki, pulu iş görmək adı ilə həmin vaxtlar Mirhəmdulladan almış, həmin gün sonuncuya 680 manat qaytarmış və demişdir ki, qızıl alqı satqısı ilə məşğul olub qazanc əldə edəcəklər. Mirhəmdulla da, Təqsirləndirilən şəxs inanmışdır. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra iş görə bilməmiş və Mirhəmdulla da pulunu istəmişdir. Belə ki, 2022-ci ilin mart ayın əvvəllərində Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Şahid1, Mirhəmdulla ilə Lənkərana gəlir, pulunu istəyirlər. Emin ondan xahiş etmişdir ki, birlikdə gedib əyləşib söhbət etsinlər. O Eminlə birlikdə Lənkəran şəhəri “Nehrə” adlanan kafeyə gedib əyləşmişlər. Mirhəmdulla da Əli ilə ora gəlmişlər. Mirhəmdulla pulunu Emindən tələb edirmiş. Emində demişdir ki, pulu yoxdur xərcləmişdir. Təqsirləndirilən şəxs Mirhəmdulladan vaxt istəmişdir ki, pulu qaytarsın. Mirhəmdulla da, yenidən Eminə inanıb Əli ilə çıxıb getmişlər. Sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs Mirhəmdullanın pulunu verməmişdir. Təqsirləndirilən şəxs həmin vaxt onun yanında Mirhəmdullaya heç bir pul verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs iş görmək adı ilə Lənkəran rayonu Şilavar kənd sakini Xəlil adlı şəxsdən də pul almışdır. Xəlili də tanıyır. Xəlil avtomobil təmiri ustasıdır. Xəlil özüdə ona demişdir ki, Təqsirləndirilən şəxs ona qızıl-zinət əşyaların satışı ilə məşğul olmaqdan ötrü Xəlildən də hissə-hissə pul almış və qaytarmamışdır. Təqsirləndirilən şəxs, Xəlildən nə qədər pul aldığını bilmir. Təqsirləndirilən şəxs ilə Mirhəmdulla Lənkəran şəhəri “Nehrə” adlanan kafedə görüşüb söhbət edən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vaxt istəmişdir ki, pulu qaytarsın. Mirhəmdulla da ona vaxt vermişdir. Onun yanında Təqsirləndirilən şəxs, Mirhəmdullaya pul verməmişdir. İşin məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs ilə münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər Lənkəran şəhər Mərkəzi bazarında qızıl-zinət əşyaların alqısatqısı ilə məşğul olurmuş. Belə ki, təxminən 2023-cü ilin aprel ayında dəqiq tarix yadında olmayan vaxtda Təqsirləndirilən şəxs ilə birlikdə Lənkəran şəhərində olduğu zaman ona bildirmişdir ki, Lənkəran rayonu Şilavar kənd sakini Xəlil adlı şəxsdən 5000 manat pul istəmişdir ki, qızıl-zinət əşyaları alacaq, həmin qızılları satıb əvəzində əldə edilmiş qazancı Xəlil adlı şəxslə yarı böləcək. Təqsirləndirilən şəxs demişdir ki, onunla birlikdə Lənkəran şəhərində yerləşən Dəmir yol vağzalına getsin, Xəlildə ora gələcək. O Eminlə birlikdə sonuncunun avtomobili ilə Lənkəran şəhər dəmir yol vağzalına getmişlər. Xəlil də ora gəlmişdir. Xəlili görüb tanımışdır. Xəlil özü avtomobil təmiri ustasıdır və Lənkəran rayonu Digah kəndində yerləşən köhnə Ələt-Astara avtomobi yolunun kənarında avtomobil təmiri sexində işləyr. Həmin avtomobil təmiri sexi Azpetrol yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşir. Xəlili görüb onunla görüşmüşdür. Həmin vaxt Xəlil cibindən 5.000 mnat pul çıxarıb sayıb Təqsirləndirilən şəxs vermişdir. Xəlil də demişdir ki, Təqsirləndirilən şəxs ondan pul istəmişdir ki, qızıl alsın və birlikdə qızıl zinət əşyaların satışı ilə məşğul olacaqlar. Sonra Təqsirləndirilən şəxs ilə çıxıb getmiş və Emindən daha heçnə soruşmamış və sonuncu da ona heçnə deməmişdir. Sonra Təqsirləndirilən şəxs Rusiya Federasiyasına getmişdir. Təqsirləndirilən şəxs gedəndən sonra bilmişdir ki, Xəlildən 20- 25 min manat pul almışdır. Təqsirləndirilən şəxs onun yanında Xəlildən 5000 manat almış və demişdir ki, qızıl alacaq birlikdə işləyəcəklər. Bundan əlavə daha onun yanında Emin, Xəlildən pul almamışdır. Təqsirləndirilən şəxs pulu hara və necə xərclədiyini də bilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2023-cü il tarixdə H.Əliyev adına X3 X2 Rusiya Federasiyasının Moskva şəhərinə getmiş və 30 oktyabr 2024-cü il tarixdə yenidən Azərbaycan Respublikasına qayıtmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. 07 noyabr 2024-cü il tarixli 4293 nömrəli arayışdan görünür ki, Babazadə X4 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Lənkəran Rayon Məhkəməsinin 4(049)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Lənkəran Rayon Məhkəməsinin 4(049)-177/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Lənkəran Rayon Məhkəməsinin 4(049)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Ev dustaqlığının əvvəli qərarın elan edildiyi andan - xx.xx.2024cü il tarixdə saat 12:21-dən hesablanmaqla müddəti xx.xx.2025-ci il tarixdə saat 22:00-dək müəyyən edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, onlar barışmışlar və Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, onlar barışmışlar və Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. xx.xx.2025-ci il tarixli 7347 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 7.950 (yeddi min doqquz yüz əlli) manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin Lənkəran rayon filialı vasitəsi ilə X1 AZ11CTRE******************** nömrəli hesabına ödənilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxslərin ifadə və ərizələrinə, şahid ifadələri, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinin tələbinə görə « Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə xüsusi müsadirə olunası əmlak, maddi sübut, mülki iddia və məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Qərardan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar