Məhkəmə qərarları › İş №1(049)-82/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-82/2023

06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-82/2023 06.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə 12 may 2022-ci il tarixdə Lənkəran rayonu, Ürgə kəndində yerləşən otlaq sahəsinin çıxışında, yolun kənarından həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus 01 baş, 1200 manat qiymətində olan inəyi gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının ortalarında, Lənkəran şəhərində 1(bir) bükümdə, təmiz çəkisi 0,749 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, bu barədə məlumat almış Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu 21 sentyabr 2022-ci il tarixdə, saat 17:40 radələrində Lənkəran rayonu, Göyşaban kəndində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən qeyd olunan çəkidə və bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 8 ildir ki, narkotik vasitələrdən qəbul edir, əsasən də kakos deyilən heroindən istifadə edir. Narkotik vasitə heroini zərdə yandırıb tüstüsünü qəbul etmə üsulu ilə istifadə edir. 12 may 2022-ci il tarixdə, saat 16 radələrində Lənkəran rayonu, Ürgə-Marso kəndləri istiqamətində zibillikdə plastik material yığımı ilə məşğul olmuşdur, həmin ərəfələrdə pula ehtiyacı olmuşdur. Bu vaxt yolda sahibsiz bir inəyin hərəkət etdiyini görmüş və Ürgə kəndi istiqamətinə getmişdir. Həmin inəyi aparıb Lənkəran rayonu, Liman şəhərindəki tanışı Əfsər adlı şəxsə satmağı qərara almışdır. İnəyə istiqamət verə-verə piyada hərəkət edərək onu Liman şəhərinə aparmış, orada Əfsəl adlı şəxsə 500 manat qarşılığında həmin inəyi satmışdır. Əfsər adlı şəxsə inəyi oğurladığını bildirməmiş, bu barədə məlumatı olmamışdır. Bundan başqa, 21 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Lənkəran şəhərində kiçik bazar deyilən yerdə üzdən tanıdığı şəxsdən 6 manata bir bükümdə heroin almış və istifadə etmək məqsədilə üzərində saxlamışdır. 21 sentyabr 2022-ci il tarixdə, saat 17 radələrində Lənkəran rayonu, Göyşaban kəndində piyada hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu demiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis bölməsinə dəvət etmişlər. Bölmənin inzibati binasında xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən müdafiəçisinin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmiş, baxış zamanı əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vastə olan heroini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməlindən peşimançılıq çəkdiyini, bir daha belə əməllərə yol verməyəcəyini bildirib, ona aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur, həmçinin şəxsi təsərrüfatında hal-hazırda 7 baş iri buynuzlu mal-qarası vardır. 2022-ci ilin may ayının 12-də şəxsi təsərrüfatında olan bir baş iri buynuzlu inək oğurlanmışdır. Hər gün saat 06 radələrində mal-qaranı yaşadığı Ürgə kəndində yerləşən otlaq sahəsinə aparır, axşamçağı saat 17 radələrində isə özləri otlaq sahəsindən qayıdır. Mal-qara otlaq sahəsindən gec qayıtdıqda özü otlaq sahəsinə gedib mal-qaranı evə gətirir. 12 may 2022-ci il tarixdə yenə səhər saat 06 radələrində şəxsi təsərrüfatında olan malqaranı otlaq sahəsinə aparmı, lakin həmin gün axşamçağı mal-qara evə qayıtmamışdır. O da saat 18 radələrində otlaq sahəsinə getmiş, həmin mal-qaradan yeddi başı orada olmuşdur, bir başı isə orada olmamışdır. Həmin gün otlaq sahəsini gəzmiş, lakin inəyə rast gəlməmiş, həmçinin inəyin cəsədinə və ya cəsəd hissələrinə rast gəlməmişdir. Həmin inəyin çəkisi 160 kq idi, yeddi yaşı və uzun əyri buynuzları olmuş, qiyməti 1200 manat olmuşdur. İnəyi axtarıb tapa bilmədiyi üçün ərizə ilə Liman polis bölməsinə şikayət etmişdir. Sonradan ona məlum olmuşdur ki, ona məxsus bir baş inəyi Lənkəran rayonu, Göyşaban kənd sakini Təqsirləndirilən şəxs oğurlamışdır. Təqsirləndirilən şəxs tanıyır, onunla arasında qərəzli münasibət olmamışdır. Bir baş inəyin oğurlanması nəticəsində ona 1200 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs dəyən maddi ziyanın heç bir hissəsini qaytarmamışdır. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş, təqsirləndirilən şəxsə qanunamüvafiq cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş şahid X5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, fərdi əməklə məşğul olur, belə ki, təxminən 4 ildir ki, qəssablıq, 2022-ci ilin iyun ayından isə ustalıq fəaliyyəti ilə məşğul olur. 2022-ci ilin may ayında Liman şəhərində, Natiq Ağayev küçəsi istiqamətində dəniz kənarında olmaqla balıq tutan zaman tanımadığı bir şəxs ona yaxınlaşmış, bir baş inək satmaq istədiyini bildirmiş, elə inək də yanında olmuşdur. O həmin şəxsi tanımamış, orta boylu, qarabəniz bir şəxs olmuşdur. Həmin şəxsdən inəyi hansı qiymətə satdığını soruşmuş, 700 manata satdığını bildirmişdir. O da biraz qiymətləşmiş və yekunda 500 manat qarşılığında həmin inəyi satın almışdır. Aldığı inək açıq sarı rəngdə olmuş, uzun buynuzları olmuş, yerli cinsdən olmuşdur. Həmin inəyi alıb yaşadığı evin həyətində bağlamış, bir neçə gün Bakı şəhərindən tanımadığı şəxslər ət istədiyini bildirmiş, o da inəyi kəsib ətini tam şəkildə həmin şəxslərə satmış, 800 manat gəlir əldə etmişdir. Sonradan ona məlum olmuşdur ki, inəyi satın aldığı şəxs narkoitik vasitə istifadəçisidir, adı Mirmehtidir, satın aldığı inək də başqasına məxsusdur, oğurlayıb ona satmışdır. Həmin şəxs inəyin özünə məxsus olduğunu, xəstəsi olduğu üçün ona pul lazım olduğunu və bu səbəbdən satdığını bildirmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin Liman PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlandıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri özü olmuş, polis nəfərləri Şahid2 və Şahid3 da tədbirin keçirilməsində iştirak edirmişlər. 21 sentyabr 2022-ci il tarixdə axşam saat 17 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Ağayev X1 rayonu, Göyşaban kəndində küçə ilə hərəkətdə olarkən saxlanılaraq polis bölməsinə gətirilmişdir. Polis bölməsinin xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutuldu, ona hüquq və vəzifələri izah edilmiş, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm təqdim etmişdir. Həmin bir ədəd bükümün içərisinə baxış keçirildikdə qəhvəyi rəngli, toz şəkilli kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilə apardıqları şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr heroindir, ona məxsusdur. Həmin bükümləri Lənkəran şəhərində kiçik bazar deyilən ərazidə tanımadığı şəxsdən 6 manata almış, aldıqdan sonra şəxsi istifadə məqsədilə üzərində saxlamışdır. Həmçinin Lənkəran rayonu, Ürgə-Marso kəndi ərazilərində yerləşən sahədən bir baş, açıq sarı rəngli, iri buynuzlu heyvan oğurlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Lənkəran rayonu, Ürgə kənd sakini Zərərçəkmiş şəxs məxsus bir baş iri buynuzlu inəyi otlaq sahəsindən oğurlamışdır. Məhkəmə istintaqında Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında olunmaqla tədqiq edilmiş: Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 21 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Narkotik vasitə heroinə bənzər bükümün çəkisi 0,81 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr heroindir, ona məxsusdur. Həmin bükümləri Lənkəran şəhərində kiçik bazar deyilən ərazidə tanımadığı şəxsdən 6 manata almış, aldıqdan sonra şəxsi istifadə məqsədilə üzərində saxlamışdır. Həmçinin Lənkəran rayonu, Ürgə-Marso kəndi ərazilərində yerləşən sahədən bir baş, açıq sarı rəngli, iri buynuzlu heyvan oğurlamışdır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 22 sentyabr 2022-ci il tarixli 19/1006 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə, təmiz çəkisi - 0,749 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi -0,749 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 0,699 qramdır. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 983 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sendromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Cavid Əliyevdən götürülmüş bir sellofan bükümdə 0,749 qram heroin və şəxsi axtarışın CD diski və telefon danışıqları məlumatları olan CD disk işin faktiki hallarını müəyyən etməkdə əhəmiyyət kəsb etdiklərinə görə iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza keçiriləndən sonra istintaqa qaytarılmış narkotik vasitə heroinin 0,699 qram qalığı cinayət prosesi iştirakçıları iş materiaları ilə tanış olandan sonra Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarışın videogörüntüləri olan CD diskin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında 13 may 2022-ci il tarixli protkoldan görünür ki, Lənkəran rayonu, Ürgə kənd sakini Zərərçəkmiş şəxs məxsus bir baş inək oğurlanmışdır. Əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitə və psixotrop maddə əldə edərək istifadə etmişdir. Ağayev X1 rayonu, Ürgə kənd sakini Zərərçəkmiş şəxs məxsus bir baş, iri buynuzlu inəyi həmin kənddə yerləşən otlaq sahəsindən oğurlamışdır. Təqsirləndirilən şəxs oğurladığı bir baş inəyi satdığı Əfsər adlı şəxs ünvan 1 ünvanında yaşayan X4r. Lənkəran Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 4(049)-303/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbetmənin əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. DİN-nin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsinin Arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lənkəran şəhər İHB-nın Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Arayış və xasiyyətnamədən görünür ki, Ağayev X1 rayonu, Göyşaban kəndində yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 177.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan əməlləri törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş ifadələri, habelə ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə baxışı zamanı məhkəmə cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.1 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxsyə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf etməsi və əməlindən səmimi peşman olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Cavid Əliyevin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsnin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 177.1-ci maddəsinin sanksiyasında isə üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş əməllərin ictimai təhlükəlilik dərəcəsini, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti cəzanın təyin edilməsi məqsədəuyğundur. Təqsirləndirilən şəxsnin CM-nin CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 21 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsyə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza keçiriləndən sonra qalıq qalmış 0,699 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış videogörüntüləri olan CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 9(doqquz) ay müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə isə 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübutlar - ekspertiza keçiriləndən sonra qalıq qalmış 0,699 qram narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış videogörüntüləri olan CD disk iş materiallarında saxlanılsın. İş ürzə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar