Məhkəmə qərarları › İş №1(049)-83/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-83/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-83/2024 30.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 11:00 Lənkəran Rayon Məhkəməsinin hakimi: Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1967-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan şəxs, Lənkəran rayonu, Göyşaban kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024 -ci il tarixdə saat 16 radələrində Lənkəran rayonu Göyşaban kəndində olan otlaq sahəsində Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətləri zəminində, yəni sonuncunun onun haqqında xoşagəlməz ifadələr işlətməsi səbəbindən aralarında yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs sol bud nahiyəsinə bıçaqla qəsdən zərbə vurmaqla ona - sol bud nahiyəsində kəsilmiş-deşilmiş yara ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuşdur. Belə ki, onun heç kimlə şəxsi düşmənçiliyi və ədavəti yoxdur. Ailəlidir, 1 uşağı vardır. Liman şəhəri Göyşaban kəndində torpaq sahələrində torpaqdan qum ələyib, qumu yararlı vəziyyətə gətirib sataraq ailəsinin dolanşığını təmin edir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Liman şəhəri Göyşaban kəndində yerləşən torpaq sahəsində qum ələmişdir. Bu zaman həmkəndlisi Göyşaban kənd sakini Hikməti ondan 40 metr məsafədə görmüşdür. Hikmət ona güldüyünü görmüşdür. Hikmətin onun haqqında xoşagəlməz sözlər danışmasını eşitmişdir. Həmin vaxt O, qum ələdiyi üçün onun yanına getməmişdir. İşlərini bitirdikdən sonra Hikmətin işlədiyi yerə yaxınlaşaraq onunla yüksək tonla danışmağa başlamışdır. O, Hikmətin Sİfət nahiyyəsinə sillə vurmuşdur.Onun haqqında xoşagəlməz işfadələr işlətməsini və niyə ona gülməsini soruşmuşdur.Bu zaman Hikmət onun üstünə gəlmişdir. Onunla əlbəyaxa olmuşlar və əsəbiləşərək ködəkçəsinin cibində olan bıçağı çıxardaraq Hikmətin bud nahiyəsinə qəsdən xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsdən ona qarşı etdiyi hərəkətə görə üzr istəyir. Sonuncunun ondan şikayəti və tələbi yoxdur. Yekun qərar qəbul edilənədək zərərçəkmiş şəxslə barışıq əldə edərək ona vurulmuş ziyanı tam ödədiyi üçün barəsindəki iş üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs onunla barışıq əldə edərək ona vurulmuş ziyanı ödədiyini, barışdıqlarını, ondan şikayət və tələbinin olmadığını bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs onun dpğma oğludur. Oğlu 01 yanvar 2024-cü il tarixdə evə görmüşdür ki, onun ayağında qan izi var. Baş vermiş hadisə ilə maraqlandıqda ona məlum olmuşdur ki, aralarında olan mübahisə zamanı Təqsirləndirilən şəxs oğluna bıçaqla xəsarət yetirmişdir. Əvvəllər Təqsirləndirilən şəxsla oğlu Hikmət arasında mübahisə olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs əvvəllər digər şəxslərə qarşı zorakılıq etməsi barədə məlumatı olmamışdır. “Baxış keçirilməsi haqqında” 02 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran rayonu Liman şəhəri Göyşaban kəndində yerləşən otlaq sahəsində baş vermişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 04 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində- sol bud nahiyəsində kəsilmiş-deşilmiş yara aşkar edilmişdir.Qeyd olunan xəsarət iti kənarlı və ya uclu alətin təsirindən törənmişdir, müddəti tibbi sənəddə göstərilən tarixə xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayon Məhkəməsinun xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 23 saylı arayışından məlum olur ki, Lənkəran rayonu Seyidəkəran kənd sakini Təqsirləndirilən şəxs Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam həcmdə ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2 və 300.1.7 və 305-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar