Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-84/2024 08.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ 16:45 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1991-ci ildə Lənkəran rayonu Port-İliç şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, 25 iyul 2022-ci ildə Lənkəran rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatda olmaqla, orada yaşamış, barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 30 oktyabr 2023-cü il tarixdə Lənkəran şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 1 (bir) ədəd bükümdə, ümumi təmiz çəkisi 0,499 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 17:50-də Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Lənkəran rayonu Göyşaban kəndində saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən qeyd edilən çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitədən istifadə etdiyi üçün məhkum edilmişdir. Həbsdən azad edildikdən sonra narkik maddə tiryəkdən təxminən həfədə iki dəfə istifadə etmişdir. Heroindən isə istifadə etməmişdir. 30 oktyabr 2023-cü il tarixdə günorta saat 15 radlərində Lənkəran rayonu, Göyşaban kəndində yerləşən evində olarkən polis əməkdaşları evinə daxil olaraq onu tutaraq polis şöbəsinə aparmışlar. Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin əməkdaşları onu yaşadığı evdə tutarkən polis əməkdaşları onu anasının yanında döymüşlər. Tutaraq polis şöbəsinə apardıqdan sonra üzərində şəxsi axtarış aparılmamışdan əvvəl Lənkəran ŞRPŞ-nin adını bilmədiyi əməkdaşı qarın nahiyəsinə yumruqla vuraraq onu döymüşdür və zorakılığa məruz qalaraq polis əməkdaşları tərəfindən ondan tələb edilmişdir ki, üzərində aparılacaq şəxsi axtarış zamanı narkotik vasitənin özünə məxsus olduğunu boynuna alsın. Həmçinin ondan oğurluq cinayətini boynuna almasını tələb etmişlər. Bu cinayəti sübuta yetmədikdə isə polis əməkdaşları onu döyərək, narkotik vasitəni üstünə qoymuşlar və şəxsi axtarış zamanı təqdim edərək, özünə məxsus olmasını bildirməsini ondan tələb ediblər. Şəxsi axtarış zamanı üzərində olan narkotik vasitə ona məxsus olmamışdır və polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılan ifadəsində göstərmişdir ki, o Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Ailəlidir. İki azyaşlı uşağı vardır. Lənkəran şəhərində yerləşən avtoyuma sexində işləyirmiş. Əvvəllər bir neçə dəfə məhkum olunmamışdır. Oğurluq etdiyi üçün və narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olunmuşdur. Narkotik vasitələrdən istifadə etdiyi üçün sonuncu dəfə 2022-ci ilin iyul ayında Lənkəran rayon Məhkəməsinin hökmü ilə 1 il 06 ay həbs olunmuşdur. O 2023-cü ilin avqust ayında həbsdən azad olunmuşdur. Həbsdən çıxandan sonra da narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Narkotik vasitə heroini tüstü yolu ilə qəbul edir. Hər gün narkotik vasitələrdən istifadə etmir. Narkotik vasitə heroini Lənkəran şəhərində tanımadığı şəxslərdən alıb istifadə edir. 30 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində Lənkəran şəhər “kiçik bazar” ərazisində üzdən tanıdığı və adını ona Tural kimi təqdim edən şəxsdən bir bükümdə 5 manata narkotik vasitə heroin almışdır ki, istifadə etmişdir. Həmin bükümü əynində olan şalvarının sağ yan cibində saxlamışdır. Aldığı narkotik vasitədən istifadə etməmişdir. Narkotik vasitə alandan sonra evə qayıtmışdır. Həmin gün saat 17 radələrində yaşadığı kənddə küçədə olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu demişlər və onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. O heç bir etiraz etməyib avtomobillə polis əməkdaşları ilə birlikdə Lənkəran ŞRPŞ-nə gəlmişdir. Orada ona şübhəli şəxs kimi tutulduğunu elan edib, vəkillə təmin olunmuşdur. O Lənkəran ŞRPŞ-də təhqiqatçı tərəfindən tutulmuşdur. Üzərinə videoçəkilişlə şəxsi axtarış keçirtməyə başlamışdır. Polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya digər qanunla qadağan edilmiş əşya varsa təqdim etsin. O da əynində olan şalvarının sağ yan cibində saxladığı bir bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heçnə aşkarlanmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş bir büküm heroini elektron tərəzidə çəkmişlər və çəkisi 0,52 qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş bir büküm heroini bir zərfə qoyub bağlamışlar və möhürləmişlər. Həmin zərfin üstünü o və vəkili imzalamışlar. Bundan sonra protokol tərtib edilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Tutduğu cinayət əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində bildirdi ki, Lənkəran rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəlin əldə etməsi, üzərində daşıması və saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı polis əməliyyat müvəkkili Şahid1 icraatına daxil olmuşdur. Əməliyyat məlumatının doğruluğu tərəfindən yoxlanıldıqdan sonra raportla bölmə rəisinə məruzə edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərliyi Pərvin etmiş, o, və polis nəfəri Şahid3 da qrupun üzvləri olmuşlar. 30 oktyabr 2023-cü il tarixdə, saat 17 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Verdiyev X2 rayonu, Göyşaban kəndində küçədə saxlanılaraq polis bölməsinə gətirilmişdir. Polis bölməsində videoçəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim etmişdir. Həmin bükümdə heroinə bənzər kütlə olması müəyyən edilmiş və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin polis nəfəri Kərimli X3 Rəvan Elman oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı ifadəsi elan olunmaqla tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin Cinayət-axtarış bölməsinin axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantıdır. 30 oktyabr 2023-cü il tarixdə Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini müəyyən edib, ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün raportla Lənkəran ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirləri keçirilməsi barədə şöbənin rəisi tərəfindən əməliyyat qrupu yaradılmış, təsdiq edilmiş 30 oktyabr 2023-cü il tarixli qərarə əsasən o, Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və ŞRPŞ-nin PPXB-nın polis nəfəri polis serjantı Şahid3 birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. 30 oktyabr 2023-cü il tarixdə saat 17 radələrindən Təqsirləndirilən şəxs ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Həmin gün saat 17:50 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Göyşaban kəndində piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu, narkotik vasitələrin üzərində gəzdirməsində və istifadə etməsində şübhəli olduğunu demişlər. Bu səbəbdən Təqsirləndirilən şəxs şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və bu səbəbdən də, onu avtomobillə Lənkəran ŞRPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra müdafiəçi ilə təmin olunmuş və şöbənin təhqiqatçısı polis baş leytenantı Yusif Hüseynov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt CAB-ın əməliyyat müvəkkili Şahid2 tərəfindən çəkiliş aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdi ki, üzərində qanunsuz əşya, predmet və narkotik vasitə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən başqa heçnə aşkarlanmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümə baxdıqda içərisində narkotik vasitə heroinə bənzər maddə var imiş. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 0,52 qram olmuşdur. Daha sonra həmin heroinə bənzər kütlə bir zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, zərfin üstü imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə el arasında “kakos” kimi tanınan narkotik vasitə heroindir, özünə məxsusdur və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin narkotik vasitəni adını Tural kimi bildiyi şəxsdən 5 manata almışdır. Bu barədə təhqiqatçı Yusif Hüseynov tərəfindən protokol tərtib edilmiş, doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edib götürülmüş narkotik vasitə heroini kimdən alması barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs deməsinə görə həmin narkotik vasitəni adını Tural kimi bildiyi şəxsdən almışdır. O Tural adlı şəxsi tanımır. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Əvvəllər də oğlu narkotik vasitə istifadə etməsinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Polis əməkdaşları əvvəllər də evinə basqın edərək digər oğlunu da evdə tutmuşdular. 30 oktyabr 2023-cü il tarixdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları onun Lənkəran rayonu, Göyşaban kəndində yerləşən evinə girərək oğlunu tutaraq aparmışlar. Belə ki, həmin vaxt həyətdə olarkən evdən oğlu Bilalın qışqırığını eşitmişdi. Bilal qışqırırdı ki, polislər onu tutmaq istəyirlər. Sonradan polislər onu evindən həyətə düşürərək, küçəyə çıxarıb metal rəngli maşına oturub aparmışlar. Oğlu narkotik vasitə istifadə etmişdir. Amma polislər onu həbs edərkən bildirmişlər ki, guya oğlu oğurluq edib və buna görə onu həbs ediblər. Polis əməkdaşlarından Səbuhi və Pərvin adlı əməkdaşları tanıyır. Polislər onun əlini burub evdən aparmışlar. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, həmçinin təqsirləndirilən şəxsin ifadəsi və s. sübutlarla təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 30 oktyabr 2023-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmiş DVD diskdə olan videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olmuş şalvarının sağ yan cibindən bir bükümdə 0,52 qram narkotik vasitə heroini çıxarıb təqdim etmiş və həmin narkotik vasitə heroinin özünə məxsus olduğunu, istifadəsi üçün üzərində gəzdirdiyini göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran regional bölməsi tərəfindən təqdim edilmiş 31 oktyabr 2023-cü il tarixli, 19/968 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi: 0,499 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 02 noyabr 2023-cü il tarixli, 1009 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Verdiyev X2 rayon Məhkəməsinin 23 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 800 manat cərimə cəzasına məhkum edilmiş, 12 oktyabr 2018-ci ildə Lənkəran rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 44.4-cü maddəsinə əsasən cərimə cəzası 8 ay islah işi cəzası ilə əvəz edilmişdir. Bundan sonra o, Lənkəran rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmü ilə CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra o, Lənkəran rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarı ilə CM-nə dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli qanuna əsasən 03 il azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2021-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2020-ci il tarixli qərar dəyişdirilərək xx.xx.2019-cu il tarixli hökmü ilə təyin olunmuş 03 il azadlıqdan məhrumetmə cəzası endirilərək üzərində 02 il 11 ay 10 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, xx.xx.2021-ci ildə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi 01 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2021-ci ildə cəza müddəti bitmişdir. Bundan sonra o, Lənkəran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə müəssisəsindən verilmiş xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cəza müddəti qurtardığına görə cəzadan azad edilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 06 noyabr 2023-cü il tarixli, 10693 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda deyildir. Lənkəran Rayon Məhkəməsinin qərarından görünür ki, 01 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Lənkəran ŞİHB-nın Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnaməyə əsasən müəyyən edilir ki, Verdiyev X2 rayonu, Göyşaban kəndində ailə üzvləri 1998-ci il təvəllüdlü həyat yoldaşı X6, övladları xx.xx.2014-cü il təvəllüdlü Şahid5 Bilal qızı və xx.xx.2016-cı il təvəllüdlü X4 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Sübutların qiymətləndirilməsi haqqında 06 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə, ümumi təmiz çəkisi - 0,499 qram tiryəkdən kustar üsulla hazırlamış narkotik vasitə olan heroin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 01 ədəd bükümdə, ümumi təmiz çəkisi - 0,449 qram tiryəkdən kustar üsulla hazırlamış narkotik vasitə olan heroin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusu əsasında Ədliyyə Nazirliyi Penitensiat Xidmətin Bakı İstintaq Təcridxanasından təqdim edilmiş Təqsirləndirilən şəxs tibbi kartoçkasından görünür ki, o, xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibbi-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərkən bədəni üzərində xəsarət izləri aşkar edilməmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 2-110/2-008414/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan və qərarın surətindən görünür ki, Lənkəran rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən döyülməsi barədə məlumat əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı göstərilən xüsusat təsdiqini tapmadığından material üzrə cinayət hadisəsi olmaması əsası ilə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmənin qərarı əsasında əldə edilmiş, "xxxx" MMC-dən təqdim edilmiş antenn məlumatlardan müəyən edilir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrə X1 adına rəsmiləşmiş və 30 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində anten dairəsi müəyyən olunmur, Şahid5 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi 30 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində anten dairəsi Lənkəran rayonu ərazisində anten dairəsində olmuşdur. Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin və Şahid3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin Lənkəran rayonu ərazisində anten dairəsində olmuşlar. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ilkin olaraq oğurluq cinayətində ittiham edildiyi, bu cinayəti sübuta yetmədikdə isə polis əməkdaşlarının onu döyərək, narkotik vasitəni üstünə qoymaları, şəxsi axtarış zamanı təqdim edərək, özünə məxsus olmasını bildirməsini ondan tələb etmələri, şəxsi axtarış zamanı üzərində olan narkotik vasitənin ona məxsus olmaması və polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu və əlavə edilmiş DVD disk, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatətinə əsasən dindirilmiş Şahid5 ifadəsinə qiymət verərək, hesab edir ki, həmin şahid Təqsirləndirilən şəxs anası olmaqla ifadəsində təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, həmin Şahid5 Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, təqsirləndirilən şəxsin üzərində qanunla qadağan edilmiş narkotik vasitənin olubolmamasına deyil, yalnız Təqsirləndirilən şəxs polis əməkdaşlar tərəfindən tutulması yeri və döyülməsi ilə əlaqədar ifadələr vermiş, sonuncunun üzərində narkotik vasitələrin olubolmamasından məlumatlı olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun məktubundan görünür ki, Təqsirləndirilən şəxs fiziki zora məruz qalması ilə bağlı cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Göstərilənlərə əsasən, zəruri sənədlər və qeyd olunan fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsini subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı üzərindən cinayətini törətməsini etiraf etməsini, məhkəmə araşdırması zamanı isə ziddiyyətli ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyrisəmimiliyinin göstəricisi kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və himayəsində iki azyaşlı övladının olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin sadə residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtardıqdan az müddət keçməmiş yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 30 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi naroloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq 01 ədəd bükümdə, ümumi təmiz çəkisi - 0,449 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi naroloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 01 ədəd bükümdə, ümumi təmiz çəkisi - 0,449 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin və 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-84/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-84/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver