Məhkəmə qərarları › İş №1(049)-84/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-84/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-84/2025 24.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 10.00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi:X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə xx.xx.1996-cı il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş, Astara rayonu, Ərçivan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs o, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, o, 24 oktyabr 2024-cü il tarixdə Lənkəran rayonu, Haftoni qəsəbəsində yerləşən onunla eyni həyətdə, lakin ayrı evdə yaşayan qayını Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evində əvvəlcədən saxlanıldığı yeri bildiyi qızıl-zinət əşyalarını oğurlamaq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə həmin gün saat 11 radələrində yaşadığı evdə olarkən qayını Zərərçəkmiş şəxs1 və qayını arvadı Zərərçəkmiş şəxs2 evi tərk etdiklərini müşahidə edib, oğurluq etməyə əlverişli məqamın yarandığına əmin olduqdan sonra niyyətini həyata keçirmək üçün piyada qeyd olunan evə gedərək, açıq qapıdan Lənkəran rayonu, Haftoni qəsəbəsində yerləşən həmin yaşayış sahəsinin yataq otağına qanunsuz daxil olmaqla, oradakı saxlanc yeri hesab edilən paltar dolabında sellofana bükülmüş halda aşkar etdiyi, qayını Zərərçəkmiş şəxs1 məxsus çəkisi 8 qram olan, briliant qaşlı 1 (bir) ədəd 300 manat qiymətində gümüş üzük, qayını arvadı Zərərçəkmiş şəxs2 məxsusçəkisi 2 qram olan, 750 əyarlı, rus istehsalı 1 (bir) ədəd 300 manat qiymətində qaşsız sadə qızıl üzük, çəkisi 2 qram olan, 750 əyarlı, rus istehsalı 1 (bir) ədəd 300 manat qiymətində ağ qaşlı sadə qızıl bilərzik, çəkisi 2 qram olan, 750 əyarlı, rus istehsalı 1 (bir) ədəd 300 manat qiymətində oval formalı ağ qaşlı sadə qızıl sırğa, çəkisi 6 qram olan, 750 əyarlı, rus istehsalı 1 (bir) ədəd 600 manat qiymətində oval formalı ağ qaşlı qızıl boyunbağı, çəkisi 5 qram olan, 750 əyarlı, rus istehsalı 1 (bir) ədəd 600 manat qiymətində briliant qaşlı qızıl üzük, hər birinin çəkisi 1,5 qram olan, 750 əyarlı, vahidinin qiyməti 200 manat, cəmi 400 manat qiymətində rus istehsalı 2 (iki) ədəd sadə qızıl üzük və çəkisi 2 qram olan, 750 əyarlı, rus istehsalı 1 (bir) ədəd 200 manat qiymətində sadə qızıl uşaq sırğası olmaqla, ümumilikdə 3000 (üç min) manat qiymətində özgənin əmlakını yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Lənkəran rayonu Haftoni qəsəbəsində yerləşən evdə əri Elvar digər otaqda isə qaynatası Nizam və qayınanası Akifə yaşamışlar. Eyni həyətdə qaynı Zərərçəkmiş şəxs1 ailəsi ilə bir yerdə yaşayırlar. Evləri bir həyətdə olsa da, ayrı ayrılıqda tikilmişdir. O, tez-tez qaynı evinə gedib-gəlir. O, qaynının evinə gedəndə qaynı arvadı Ülvanə Cəlalzadə özünə məxsus qızl-zinnət əşyalarını özlərinin yataq otağında şifonerdə sellofana bükərək paltarların arasında gizlətdiyini görmüşdür. Atası Şahid3 2024-cü ilin oktyabr ayının ortalarında ona zəng vuraraq, yaşayışlarının çətin olduğunu, pullarının olmadığını, heç bir ərzaqlarının olmadığını ona bildirmişdir. O, fikirləşmiş ki, heç bir yerdən pulu yoxdur. 24 oktyabr 2024cü ildə saat 11-00 radələrində qayını Aqil işə getmiş, Ülvanə də evdən çıxıb Lənkəran rayon Mərkəzi xəstəxanasına işə getmişdir. Evdə qayınının azyaşlı uşaqları və qaynatası Nizam olmuşdur. Nizam evin içində uşaqara nəzarət edirmiş. O, fürsətdən istifadə edərək qaynı Aqilin evinə getmişdir. Evin giriş qapısını açaraq evə daxil olmuşdur. Daha sonra gizlincə qayı Aqilin yataq otağına girmişdir. Onlara məxsus qızıl-zinnət əşyalarını şifonerdə paltarların arasında olduğunu bildiyi üçün heç bir yeri axtarmadan şifoneri açaraq paltarların arasında ağ sellofana bükülmüş formada götürərək evi tərk etmişdir. O oğurladığı qızılları yataq otağında öz şkafında qoyduğu paltarların arasında gizlətmişdir. Atası Mahirə zəng vuraraq ona bidirmiş ki, öz qızıllarını satmaq istəyir və pulunuda atasına vermək istəyir, vəziyyətdən çıxandan sonra pul qazanıb onun qızıllarını alıb geri qaytararacağı barədə təklif bildirmişdir. Atası Mahirdə onunla razılaşmış və səhəri gün onlara gəlmişrdir. O, həmin oğurladığı qızıl-zinət əşyalarını atasına həyətdə gizlin vermişdir. Atasına demiş ki, “qızıllar öz qızıllarıdı, satarsan, pulunu lazımı yerlərə xərcləyərsən, sonra pul olanda qızıllarımı alıb qaytararsan”. Bu barədə öz evində heç kimə deməməsini atasına demişdir. Atası da qızılların onun olduğunu zənn etmiş, qızlları götürərək çıxıb getmişdir. Sonradan 26 oktyabr 2024-cü il tarixdə qaynı Aqil arvadı Ülvanə ilə birlikdə toy şənliyinə gedərkən evində qızlların olmadığını görüb qızılları oğurladığını soruşmuş, o, da əvvəl boynuna almamışdır. Sonradan qaynı Aqil onunla söhbət etmiş, məcbur qalıb qaynına arvadı Ülvanənin qızıllarını oğurladığını etiraf etmişdir. O, Aqilə demiş ki, artıq qızılları atası Mahir satmışdır. Bundan sonra Aqil onun atası Mahirlə danışmış və qızıllarının geri gəlmədiyini görüb Lənkəran polis şöbəsinə bu barədə şikayət etmişdir. Hazırda zərərçəkmiş şəxslərlə barışmış onlara dəymiş ziyanı tam ödəmişdir. 6 aylıq uşağı vardır, əməlindən çox peşmandır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Lənkəran rayonu Haftonı qəsəbəsində yerləşən evdə atası, qardaşının ailəsi ilə bir həyətdə, lakin ayrı-ayrı evlərdə yaşayırlar eynidir. 26 oktyabr 2024-cü il tarixdə saat 09 radələrində arvadı Zərərçəkmiş şəxs2 qızl-zinnət əşyalarını taxıb onunla birlikdə qaynı Cavidanın toy şənliyinə getmək istəyərkən görmüş ki, qızıllar evdə yoxdur. Arvadı Zərərçəkmiş şəxs2 öz qızıl zinnət əşyalarını yataq otağında şifonerdə siyirmədə ağ sallofanın içinə yığıb paltarların arasında gizlətmişdir. Evdə heç bir dağıntı və sındırma əlamətləri olmamışdır. Onlar evi axtarmış, qızıl-zinnət əşyalarını tapa bilməmişlər. O, qardaşı arvadı Təqsirləndirilən şəxs şübhələndiyi üçün də şikayət etməmişdir. Fatimə ilə bu barədə çox söhbətlər etmişdir. Lakin Təqsirləndirilən şəxs qızılların evdən oğurladığını buynuna ilk vaxtlar almamışdır. Aralarında bir neçə gün mübahisə getmişdir. Nəhayət 02 noyabr 2024cü il tarxdə Təqsirləndirilən şəxs onun otağından qızıl-zinət əşyalarını oğurladığını etiraf etmişdir. Fatimədən qızıl-zinət əşyalarının harada olmasını soruşanda o, bildirmiş ki, atası Mahirin maddi vəziyyəti yaxşı olmadığı üçün atasına vermişdir. Daha doğrusu, qızıl-zinət əşyalarını oğurladıqdan sonra atasına Şahid3 zəng etmiş, onu evə çağırmış və həyətdə oğurladığı qızıl-zinət əşyalarını atasına öz qızılları adı ilə verdiyini bildirmişdir. Atası Nizam evdən mobil telefonla Şahid3 zəng etmiş, qızılları tələb etmişdir. Lakin Şahid3 qızılları qızı Fatimənin ona verməsini bildirmiş, pula ehtiyacı olduğu üçün qızılları aldığını, tez bir zamanda satdığı qızılları alıb qaytaracağını atasına bildirmişdir. O da qızıllarının geri qaytarılmamasını görüb Lənkəran ŞRPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. Hazırda ona vurulmuş ziyan tam olaraq ödənildiyindən təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 26 oktyabr 2024-cü il tarixdə saat 09-00 radələrində o, əri Aqillə birlikdə qardaşı Cavidanın toy şənliyinə hazırlaşmışlar. O, qızıl-zinnət əşyalarını taxıb toy şənliyinə getmək istəyərkən görmüş ki, qızlları evdə yoxdur. O, həmişə öz qızıl zinnət əşyalarını yataq otağında paltar şifonerində ağ sellofanın içinə yığıb paltarların arasında gizlətmişdir. Təqsirləndirilən şəxs da onun qızıl-zinət əşyalarını gizlədəndə yerini görmüşdür. Onun oğurlanmış qızıl-zinət əşyaları bir ədəd rus istehsallı olan 750 əyyarlı 300 manat qiymətində 2 qram buta formalı qaşsız sadə qızıl üzüyü, bir ədəd rus istehsallı olan 750 əyyarlı 300 manat qiymətində 2 qram ağ qaşlı sadə qızıl qolbağı, bir ədəd rus istehsalı olan 750 əyyarlı 300 manat qiymətində 2 qram oval formalı sadə ağ qaşlı qızıl sırğası və bir ədəd rus istehsallı olan 750 əyyarlı 600 manat qiymətində 6 qram oval formalı ağ qaşlı qızıl boyunbağısı, azyaşlı uşağına məxsus bir cüt rus istehsalı olan 750 əyyarlı 200 manat qiymətində 2 qram qızıl sırğası və əri Aqilə məxsus beş birliyant qaşlı 8 qram çəkidə 300 manat qiymətində 1 ədəd gümüş üzük, özünə məxusus bir ədəd rus istehsallı olan 750 əyyarlı 600 manat qiymətində 5 qram birliynat qaşlı qızl üzüyü, bir ədəd rus istehsalı olan 750 əyyarlı 200 manat qiymətində 1.5 qram sadə folrmalı qızıl üzüyü və bır ədəd rus istehsalı olan 750 əyyarlı 200 manat qiymətində 1.5 qram sadə folrmalı qızıl üzüyü olmuşdur. Evdə heç bır dağıntı və sındırma əlamətləri olmamışdır. Onlar evi axtarmışlar, qızıl-zinnət əşyalarını tapa bilməmişlər. Qaynı arvadı Təqsirləndirilən şəxs şübhələndikləri üçün bu barədə ilk vaxtlar şikayət etməmişlər. Lakin Təqsirləndirilən şəxs qızılların evdən oğurladığını boynuna ilk vaxtlar almamışdır. Bir müddət aralarında mübahisə olmuşdur. 02 noyabr 2024-cü il tarxdə Təqsirləndirilən şəxs evdə əri Aqilə onların qızıllarını oğurladığını etiraf etmişdir. Bildirmişdir ki, atası Şahid3 onun maddi vəziyyəti çətin olduğuna görə qızıllarımızı oğurladıqdan sonra, öz qızılları olduğuynu ona bildirərək həmin qızılları ona vermişdir. Qayınatası Nizam da evdən mobil telefonla Şahid3 zəng vurmuşdur. Qızılları tələb etmişdir. Lakin Şahid3 qızılları qaytara bilmədiyi üçün əri Zərərçəkmiş şəxs1 ərizə ilə Lənkəran ŞRPŞ-nə müraciət etmişdir. Hazırda ona vurulmuş ziyan tam olaraq ödənildiyindən təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində göstərdi ki, Lənkəran rayonu Haftoni qəsəbəsində yerləşən bir mərtəbəli üç otaqdan ibarət evdə yaşayır. Həmin evdə atası, anası arvadı Fatimə və azyaşlı oğlu yaşayır. Eyni həyətdə qardaşı Zərərçəkmiş şəxs1 ailəsi ilə başqa evdə yaşayırlar. Evləri ayrı-ayrı olsa da, həyətləri eynidir. Qardaşı Zərərçəkmiş şəxs1 siqaret firmasında, arvadı Ülvanə isə Lənkəran rayon Mərkəzi xəstəxanasında bufetdə işləyir. 26 oktyabr 2024-cü il tarixdə saat 09 radələrində qardaşı Aqil həyat, yoldaşı Zərərçəkmiş şəxs2 ilə, qızıl-zinnət əşyalarını taxıb qohumları Cavidanın toy şənliyinə getmək istəmiş, yaşadığı evdə qızlların oğurlanmasını aşkar etmişlər. Aqil və Ülvanə əşyalarının oğurlanmasında ilk ondan, sonrada da arvadı Fatimə Becanovdan şübhələnmişlər. Sonradan arvadı Təqsirləndirilən şəxs qızılların evdən oğurladığını boynuna almış, bildirmiş ki, Ülvanənin yataq otağından qızılları oğurlamış və qızl-zinnət əşyalarını götürərək atası Astara rayon Ərçivan qəsəbəsində yaşayan Şahid3 evinə çağıraraq əlbəəl həyətlərində ona vermişdir. Fatimə onlara demiş ki, atası Mahirin maddi durumu çətinləşib, ərzaq almağa belə pulunun olmadığını, oğurladığı qızıl-zinət əşyalarını öz qızılları kimi atası Şahid3 vermişdir. Daha sonra atası Mahirin vəziyyəti düzələndən sonra qızıl-zinət əşyalarını alıb ona qaytaracağını bildirmişdir. Atası Nizam evdən mobil telefonla Şahid3 zəng vurmuş, qızılları tələb etmişdir. Lakin qızılların geri qaytarılmadığı üçün qardaşı Aqil də arvadı Fatimə barəsində Lənkəran ŞRPŞ-nə gələrək şikayət ərizə ilə müraciət etmişdir. Məhkəmədə dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, heç kimlə düşmənçilik və şəxsi ədavəti yoxdur. Təqsirləndirilən şəxs onun qızıdır. Fatimə Lənkəran rayon Haftoni qəsəbəsində Elvar Cəlalzadə ilə ailə həyatı qurmuşdur. 2024-cü ilin oktyabr ayının ortalarında qızı Fatimə ilə telefonda danışıb hal- əhval edən zaman vəziyyətinin yaxşı olmadığını, evdə ərzaqlarının belə olmadığını bildirmişdir. Fatimə də ona demiş ki, “sizin üçün bir şey fikirləşərəm”. Təxminən 2024-cü ilin oktyabr ayının sonlarında Fatimə ona zəng vurmuş, öz qızıllarını ona vermək istədiyini, həmin qızılları götürüb aparıb satıb sonra nə vaxt pul olarsa qızıllarını alıb qaytaracağını bildirmişdir. O da məcbur qalıb razılaşmış və həmin gün səhər onlara getmişdir. Evdə heç kim olmamışdır. Fatimə ona ağ sellofana bükülmış bir ovuc qızıl vermişdir. O da həmin qızılları götürüb birbaşa Lənkəran şəhərində yerləşən Böyük bazara gəlmişdir. Sellofanı açmışdır. Sellofanın içərisində 1 ədəd buta formalı qaşsız sadə uzuk, bir ədəd ağ qaşlı sadə qolbaq, bir ədəd oval formalı sadə ağ qaşlı qızıl sırğa və bir ədəd oval formalı ağ qaşlı qızıl boyunbağı uşaqlara məxsus bir cüt qızıl sırğa və birliyant qaşlı 1 ədəd gümüş üzük, bir ədəd birliynat qaşlı qızıl üzük və iki ədəd sadə formalı qızıl üzük olmuşdur. O, qızıl-zinət əşyalarını iki yerə ayırmışdır. Bir hissəsini Lənkəran şəhər böyük Bazarda qızıl alverçisi olan X1 910 manata satmışdır. Həmin pulları öz borclarını qaytarmışdır. Qalan qızılları isə Astara rayonunda Pensər bazarında tanımadığı şəxsə cəmi 910 manata satmışdır. Həmin puluda öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bir neçə gündən sonra Fatimənin qaynatası ona zəng etmişdir. Fatimənin ona verdiyi qızılları oğlu Aqilin evindən oğurladığını bildirmişdir. O da bundan sonra bilmiş ki, həmin qızıl-zinnət əşyalarını qızı Fatimə qayını Aqilin evindən oğurlamışdır. O, qızılların oğurluq olduğunu bilməmişdir. Məhkəmədə dindirilmiş şahid X2 ifadəsində göstərdi ki, 30 ildir ki, qəzil-zinət əşyalarının alış-verişi ilə məşğul olur. Həm qızl alıb, həmdə satır. O, Lənkəran şəhəri mərkəzi bazarda işləyir. Belə ki, rəsmi qaydada qızıl alveri etməyə sənədləri vardır. Bildirmiş ki, 2024-cü ilin oktyabr ayının sonlarında bir yaşlı kişi onun dükanına gəlmiş, pula ehtiyacı olduğunu bildirmiş, evinin qızıl-zinət əşyasını satmaq istədiyini demişdir. O da həmin kişidən haralı olduğunu soruşmuş, həmin kişi də ona Astara rayonu Ərçivan qəsəbəsindən olduğunu demişdir. Həmin kişi çox mülayim və səmimi bir insana oxşamışdır. O, həmin kişidən adını soruşanda həmin kişi öz adını Şahid3 olduğunu bildirmişdir. Həmin gün günorta saatları olmuşdur. Şahid3 əlində ağ rəngli salofan olmuşdur. Sellofanın içərisində olan qızlları çəkib ona 950 manat pul vermişdir. O, Şahid3 aldığı qızılların qramını 72 manata almışdır. Mahır Becanovdan aldığı qızılları hazırda satmışdır. O, qızılları alan zaman qızılların oğurluq olduğunu bilməmişdir. Şahid3 şübələnmədiyi ücün heç bir sənədləşmə işi aparmamış və qızılların qeydiyyatını və Şahid3 şəxsiyyətini təsdiq edən sənədin kserosurətini də almışdır. Qızılların oğurluq olduğunu bilməmişdir. Cinayət işinin 8-13-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış “Hadisə yerinin baxışının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer Lənkəran rayonu Haftoni qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evidir. Mişar daşları ilə tikilmiş bir mərtəbəli üç otaqdan ibarətdir. Baxış zamanı hadisə yerini təqdim edən Zərərçəkmiş şəxs2 bildirmiş ki, xx.xx.2024-cü il tarixdə saat 09 radələrində qardaşının toy mərasiminə hazırlıq edən zaman yataq otağından şifonerdə paltarların arasında gizlətdiyi 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamışdır. Cinayət işinin 112-113-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış mütəxəssis rəyində göstərilmişdir ki: bir ədəd rus istehsallı olan 750 əyyarlı 2 qram buta formalı qaşsız sadə qızıl üzüyün qiməti 300 manatdır; bir ədəd rus istehsallı olan 750 əyyarlı 2 qram ağ qaşlı sadə qızıl qolbağın qiyməti 300 manatdır; bir ədəd rus istehsallı olan 750 əyyarlı 2 qram oval formalı sadə ağ qaşlı qızıl sırğa 300 manatdır; bir ədəd rus istehsallı olan 750 əyyarlı 6 qram oval formalı ağ qaşlı qızıl boyunbağının qiyməti 600 manatdır; bir cüt rus istehsallı olan 750 əyyarlı 2 qram qızıl sırğanın qiyməti 200 manatdır; bir ədəd beş birliyant qaşlı 8 qram çəkidə gümüş üzüyün qiyməti 300 manat manatdır; bir ədəd rus istehsallı olan 750 əyyarlı 5 qram birliynat qaşlı qızl üzüyün qiyməti 600 manatdır; bir ədəd rus istehsallı olan 750 əyyarlı 1.5 qram çəkidə sadə formalı qızıl üzüyün qiyməti 200 manatdır; bir ədəd rus istehsallı olan 750 əyyarlı 1.5 qram çəkidə sadə formalı qızıl üzüyün qiyməti 200 manatdır. Cinayət işinin 50-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 70-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış “axtarışda olan şəxsin tutulması haqqında” 24 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11.45-də tutulmuşdur. Cinayət işinin 101-102-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 24 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həmin gün, saat 16.00-da MSY-dən azad edilmişdir. Cinayət işinin 107-108-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 25 fevral 2025-ci il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara vurulmuş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs şikayət və tələblərinin olmadığını bildirmişlər. Cinayət işinin 117-118-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, bir nəfər azyaşlı uşağı və yaşadığı yer üzrə özünü nümunəvi aparmağa səy göstərmişdir. Məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara vurulmuş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və onda şikayət və tələblərinin olmadığını bildirmişlər. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2024-cü il tarixdə doğulmuş bir nəfər uşağı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və zərərçəkmiş və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, mütəxəssis rəyini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurlamışdır ki, bu əməllər onun oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməklə barışıq əldə etməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və məhkəmə istintaqı zamanı islah yönündəki davranışlarını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın məbləğini, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə, eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun özü və ailəsi ilə məhrumiyyətlər yaratmaqla yanaşı, iş üzrə müəyyən olunmuş cəzanın yüngülləşdirən halların, xüsusilə də əməlindən peşman olmaqla islah yönündəki səmimi davranışlarının nəzərə alınmaması ilə nəticələnə bilər. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 fevral 2025-ci il tarixdə saat 11.45-dən saat 16.00-dək şübhəli şəxs qismində tutulduğu müddəti bir gün hesab etməklə ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ümumi müddət cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Astara rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Astara Rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu 1 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 2 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Astara rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, mülki iddianın olmaması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Astara Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar