Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-85/2024 29.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Lənkəran rayonu Göyşaban kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Lənkəran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtardığı üçün xx.xx.2023-cü ildə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayında Lənkəran şəhəri, Kiçik bazar adlanan ərazidə satış məqsədi olmadan qanunsuz olaraq 7(yeddi) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri-0,177 qram, -0,169 qram, -0,171 qram, -0,202 qram, -0,165 qram; -0,150 qram və -0,201 qram, ümumi təmiz çəkisi-1,235 qram olub xeyli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşları tərəfindən 10 noyabr 2023-cü il tarixdə, saat 18:00-da keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində sonuncu Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsində saxlanılaraq polis bölməsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bükümdə və çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Psixotrop maddələr qəbul etməyəndə bədənində kəskin ağrılar olur. 10 noyabr 2023-cü il tarixdə, günorta saatlarında Lənkəran şəhərində, Kiçik bazar adlanan ərazidə tanımadığı şəxsdən 50 manat pul qarşılığında 07 ədəd bükümdə psixotrop maddə olan metamfetamini öz istifadəsi üçün almış və həmin günü Lənkəran şəhəri, H.Abdullayev küçəsi ilə hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu demiş və onun psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis bölməsinə dəvət etdikdə polis əməkdaşları ilə birlikdə Liman polis bölməsinə getmişdir. Şöbənin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün öz istəyi əsasında dövlət hesabına vəkil təyin edilmiş, daha sonra vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməyi ona bildirildikdə əynindəki şalvarın sağ yan cibində olan üzərində LD yazısı yazılan siqaret qutusunun içərisinə qoyduğu 07 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamin bükümlərini çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi bükümün içərisinə baxış keçirilmiş və həmin bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarının onunla keçirdiyi şifahi sorğu-sual zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə metamfetamin olmaqla ona məxsusdur. Təqdim etdiyi kütlə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. 07 ədəd bükümdə psixotrop maddə olan metamfetamini üzərində saxlamaqda məqsədi sonradan istifadə etmək olmuşdur. Psixotrop maddələrin satışı ilə məşğul olmamış, psixotrop maddə olan metamfetamin istifadəçisi olduğunu və ondan zərdə çəkmə üsulu ilə istifadə etmişdir. Polis bölməsinə gətirilərkən və ya gətirildikdən sonra ona qarşı heç bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs son sözündə tutduğu əməlindən son dərəcə peşman olduğunu, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi törətdiyi cinayət əməlini etiraf etməsini və İİ-ci qarabağ müharibəsi iştirakçısı olduğunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis nəfər polis serjantı Şahid2 qrupun üzvləri olmuşam. 10 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Kərimli X3 şəhəri, H.Abdullayev küçəsində saxlanılaraq polis bölməsinə gətirilmiş, bölmədə, xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, bundan sonra videoçəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi bildirildikdə Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən üzərində LD sözləri yazılmış siqaret qutusunu çıxararaq təqdim etmiş və həmin siqaret qutusunun içərisində 01 ədəd şəffaf sellofana bükülmüş içərisində 07 ədəd şəffaf sellofana bükülmüş büküləri təqdim etmişdir. Həmin sellofan bükülərə baxış keçirildikdə içərisində 07 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 07 ədəd büküm olan psixotrop maddəmetamfetamin elektron tərəzidə çəkilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş həmin kütlə ona məxsusdur, psixotrop maddə metamfetamindən zərdə çəkmə yolu ilə qəbul edir. Üzərindən aşkar edilmiş həmin kütlə 10 noyabr 2023-cü il tarixdə, günorta saatlarında Lənkəran şəhəri, Kiçik bazar deyilən ərazidə tanımadığı şəxsdən 50 manat pulun qarşılığında əldə etmişdir. Həmin psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxsda heç bir təzyiq altında olmadan protokola imza etmişdir. Onun üzərindən aşkar edilmiş psixotrop maddəni nə vaxt, harada, kimdən almasını müəyyən etmək məqsədilə şöbənin cinayət axtarış bölməsində əməliyyat-axtarış tədbirləri keçirilmiş, hələki müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə istintaqında Şahid3 Şahid2 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis kapitanı rütbəsindədir. Lənkəran rayonu Göyşaban kənd sakini Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etməsi, üzərində daşıması və saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı icraatına daxil olmuşdur. Əməliyyat məlumatının doğruluğu onun tərəfindən yoxlanıldıqdan sonra raportla bölmə rəisinə məruzə edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərliyi özü edirmiş, Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis nəfərləri, polis serjantları Şahid2 və Şahid3 da qrupun üzvləri olmuşlar. 10 noyabr 2023-cü il tarixdə, saat 18:10-da keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Kərimli X3 şəhəri, H.Abdullayev küçəsində saxlanılaraq polis bölməsinə gətirilmiş, bölmədə, xidməti otaqlarının birində təhqiqatçı Murad Adilzadə tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutuldu, ona hüquq və vəzifələri izah edilmişdir, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına Müdafiəçi dəvət edilmişdir, bundan sonra videoçəkiliş vasitəsi ilə və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi bildirildi. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən üzərində LD sözləri yazılmış siqaret qutusunu çıxararaq təqdim etmiş və həmin siqaret qutusunun içərisində 01 ədəd şəffaf sellofana bükülmüş içərisində 07 ədəd şəffaf sellofana bükülmüş büküləri təqdim etdi. Həmin sellofan bükülərə baxış keçirildikdə içərisində 07 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 07 ədəd büküm olan psixotrop maddəmetamfetamin elektron tərəzidə çəkildi. Həmin bükümlərin təqribi çəkisi 1,55 (bir tam yüzdə əlli beş) qram olması müəyyən edildi və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürləndi. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş həmin kütlə ona məxsusdur, psixotrop maddə metamfetamindən zərdə çəkmə yolu ilə qəbul edir. Üzərindən aşkar edilmiş həmin kütlə 10 noyabr 2023-cü il tarixdə, günorta saatlarında Lənkəran şəhəri, Kiçik bazar deyilən ərazidə tanımadığı şəxsdən 50 manat pulun qarşılığında əldə etmişdir. Həmin psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxsda heç bir təzyiq altında olmadan protokola imza etmişdir. Onun üzərindən aşkar edilmiş psixotrop maddəni nə vaxt, harada, kimdən almasını müəyyən etmək məqsədilə şöbənin cinayət axtarış bölməsində əməliyyat-axtarış tədbirləri keçirilmiş, hələki müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 10 noyabr 2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, istintaq hərəkəti zamanı təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən üzərində LD sözləri yazılmış siqaret qutusunu çıxarıb içərisində olan 01 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisimdə 07 ədəd ayrı-ayrı sellofan bükümlərdə olan psixotrop maddə olan metamfetaminə bənzər maddəni təqdim edir. Həmin 07 ədəd büküm psixotrop maddə olan metamfetaminin çəkisi 1,55 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə metamfetamindir, həmin kütlə ona məxsusdur. Həmin kütləni Lənkəran şəhəri, “Kiçik Bazar” adlanan ərazidə tanımadığı şəxsdən 50 manat pulun qarşılığında almışdır. Məhkəmə fiziki-kimyəvi ekspertiza üzrə verilmiş 11 noyabr 2023-cü il tarixli 19/998 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən yeddi bükümdə aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlələr.....” sözlər və imzalar olan bir zərfdəki, 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,177 qr; -0,169 qr; -0,171 qr; -0,202 qr;, -0,165 qr; -0,150 qr; -0,201 qram: ümumi təmiz çəkisi: -1,235 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər. Ekspertiza tədqiqatı üçün – 0,21 qram (hər,ob,-0,03 qram) metamfetamin istifadə edilmiş, 1,025 qram metamfetamin qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 13 noyabr 2023-cü il tarixli, 1035 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2022-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Lənkəran Rayon Məhkəməsinin 4(049)-308/2023 saylı, 12 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin başlanğıcı 10 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Lənkəran rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasını çəkib qurtardığı üçün xx.xx.2023-cü ildə qeydiyyatdan çıxarılmışdır. Maddi sübut hesab edilməsi haqqında 09 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 07 ədəd bükümdə, ümumi təmiz çəkisi -1,235 qram psixotrop maddə olan metamfetamin və şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntü özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut qismində tanınmış, heroinin ekspertiza tədqiqatından qalıq qalan hissəsinin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi, 01 ədəd DVD diskin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran şəhər İHB-nın Göyşaban kəndi sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışından görünür ki, Təqsirləndirilən şəxs atası X4, anası Əskərova qəşəng Məmməd qızı və qardaşı X5 birlikdə Lənkəran rayonu, Göyşaban kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Lənkəran şəhər İHB-nın Göyşaban kəndi sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2020-ci il tarixində İİ-ci qarabağ uğrunda gedən döyüşlər zamanı yola düşmüş və müharibə bitəndən sonra tərxis olunmuşdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, əməl törədilən zaman qüvvədə olan (xx.xx.2023-cü il tarixədək qüvvədə olan) CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqında əməlini etiraf edərək səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və İİ Qarabağ müharibəsi iştirakçısı olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, habelə həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Belə ki, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi olmasa da eyni cinayət əməlinin törətdiyinə görə Lənkəran Rayon Məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, lakin Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını çəksə də islah olunmamış, yenidən eyni cinayət əməlini törətmişdir ki, bu da ona hazırki törətdiyi cinayət əməlində görə yenidən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin tələbi baxmından ədalətli hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cızasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 10 noyabr 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 1,025 qram çəkidə yeddi ədəd bükümdə narkotik vasitə metamfetamin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzaçəkmə müddətinin başlanğıcı 10 noyabr 2023-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniydan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 1,025 qram çəkidə 7 ədəd bükümdə psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-85/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-85/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver