Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-85/2025 28.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat: 12:00 xx xxxxxx 1962-ci il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Lənkəran Rayon Məhkəməsinin 1(049)-76/2021 nömrəli, xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 7(057)-773/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 13 gün vaxtından əvvəl vəzadan şərti olaraq azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmiş Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 3/16-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 19 dekabr 2024-cü il tarixdə Lənkəran şəhəri, 20 Yanvar küçəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, 4 (dörd) ədəd konvalyut kəsiyində 4 ədəd qəhvəyi rəngli, dairəvi formalı təsiredici, təsiredici maddəsinin miqdarı hər həbdə 0,04 qram olmaqla, ümumi miqdarı 0,16 qram olan xeyli miqdarda narkotik vasitə metadon həblərini əldə edib, üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatı əldə etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşlarının 19 dekabr 2024-cü il tarixdə keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin gün saat 17:30 radələrində Lənkəran şəhəri, Vüsal Quliyev küçəsində saxlanılaraq, orada üstü yoxlanılarkən həmin 4 ədəd – təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram çəkidə olan xeyli miqdarda narkotik vasitə metadon həbləri əynində olmuş şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, təxminən on ildir ki, narkotik vasitə olan tiryəkdən udma yolu ilə istifadə etmişdir. 2023-cü ilin noyabr ayından həbsdən azad olunmuş və hal-hazıra kimi metadon həbi qəbul etmişdir. Qəbul etdiyi metadon həblərini Lənkəran şəhəri ərazisində təsadüfən rastlaşdığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslərdən almışdır. Metadon həbini bədənində olan ağrılarla əlaqədar istifadə edir. 19 dekabr 2024-cü il tarixdə saat 16 radələrində Lənkəran şəhəri 20 Yanvar küçəsi “Bu gün pullu, sabah pulsuz” çayxanasının yaxınlığında üzdən tanıdığı adını “Cavid” kimi bildiyi şəxslə rastlaşmışdır. Əvvəllər də həmin şəxdən bir neçə dəfə metadon həbi almışdır. Həmin şəxs adını ona “Cavid” olduğunu bildirmişdir. Həmin şəxsdən tərkibində narkotik vasitə olan metadon həbi istəmiş, həmin şəxs də ona üzərində tərkibində narkotik vasitə olan metadon həbləri olduğunu bildirmiş və 40 manata dörd ədəd tərkibində narkotik vasitə olan “M40” metadon həblərini satmışdır. O həmin şəxsdən aldığı metadon həblərini əynindəki şalvarının sol yan cibinə qoymuşdur ki, bədənində ağrılar olan zaman istifadə etsin. Elə həmin gün, yəni 19 dekabr 2024-cü il tarixdə saat təxminən 17:30 radələrində Lənkəran şəhəri, Vüsal Quliyev küçəsində piyada hərəkətdə olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra üzərində narkotik maddə gəzdirməyində şübhəli olduğu üçün üzərinə axtarış aparacaqlarını bildirmişlər. O da etiraz etməmişdir. Videoçəkiliş ilə üzərində axtarış aparmışlar və o, əynində olan şalvarının sol yan cibində gizlətdiyi 4 ədəd tərkibində narkotik vasitə olan metadon həblərini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları üzərində axtarış aparmışlar, əlavə heç bir cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş dörd ədəd metadon həbi elektron tərəzidə çəkilmiş, çəkisi 2,23 qram təşkil etmişdir. Bundan sonra metadon həbləri qablaşdırılmış və polis əməkdaşları ilə birlikdə BNMİ-nin CBRŞ-yə gəlmişlər. Polis şöbəsində üzərindən aşkar olunmuş metadon həblərinə baxış keçirilmiş, bundan sonra vəkil ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Bu barədə tərtib olunmuş protokollar onun və iştirakçılar tərəfindən oxunduqdan sonra imzalarla təsdiq olunmuş və üzərindən aşkar olunmuş dörd ədəd metadon həbi qablaşdırılıb möhürləndikdən sonra ekspertizaya göndərilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı psixi və fiziki təzyiq və təsir göstərilməmişdir. Əldə etdiyi metadon həblərini bədənində ağrıları olan zaman hissə-hissə istifadə etmək niyyətində olmuşdur. Təqsirləndirilən şəxs son sözündə, əməlindən səmimi peşman olduğunu, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf etməsini nəzərə alıb, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ibtdai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, DİN-nin BNMİ-nin CBRŞ-nin polis nəfəri vəzifəsində xidmət edir, polis baş serjantıdır. 19 dekabr 2024-cü il tarixdə DİN-nin BNMİnin CBRŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edən Mahmudov X4 şəhəri Z.Əliyeva küçəsi ev 3/16-da qeydiyyatda olmaqla yaşayan X1 mütəmadi olaraq narkotik vasitələrin, psixotrop maddələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə məlumat əldə etmişdir. Polis kapitanı Şahid1 Şöyüb Ağamalıyevin cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü raportla BNMİ-nin CBRŞ-nin rəisinə müraciət etmişdir. Şöbə rəisi tərəfindən təsdiq edilmiş 19 dekabr 2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən DİN-nin BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili Şahid1 o və BNMİ-nin CBRŞ-nin polis nəfəri polis baş serjantı X2 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin günü əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs cinayət əmməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışdır. Təxminən 17:30 radlərində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Vüsal Quliyev küçəsində yolla piyada hərəkət etməsi müəyyən olunmuşdur. Şöyüb Ağamalıyevə yaxınlaşıb özlərni ona təqdim етmişlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu halda təqdim etməsi təklif edilmişdir. Həmin vaxt polis baş serjantı Şahid3 videoçəkilş etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməyə başlamışlar. Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən dörd ədəd list kəsiyində tərkibində narkotik vasitə olan metadon həbinə bənzər həblər aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş dörd ədəd list kəsiyində tərkibində narkotik vasitə olan metadon həbinə bənzər həblər elektron tərəzidə çəkilmiş və çəkisi 2,23 qram müəyyən olunmuşdur. Bundan sonra həmin metadon həblərinə bənzər həblər ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən əlavə hər hansı bir cinayət xarakterli əşya və predmet aşkar olunmamış və götürülməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs BNMİnin CBRŞ-yə dəvət olunmuş, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxslə şifahi sorğu keçirilərkən üzərindən aşkar edilmiş tərkibində narkotik vasitə olan metadon həblərini 19 dekabr 2024-cü il tarixdə saat 16 radələrinə Lənkəran şəhəri, 20 Yanvar küçəsində “Bu gün pullu sabah pulsuz” çayxanasının yaxınlığında üzdən tanıdığı və adını “Cavid” kimi bildirdiyi şəxsdən 40 manat pul müqabilində aldığını bildirmişdir. Müvafiq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq olunmuş şahid Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, DİNnin BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. Lənkəran şəhəri, Z.Əliyeva küçəsi ev 3/16-da qeydiyyatda olmaqla yaşayan X1 mütəmadi olaraq narkotik vasitələrin, psixotrop maddələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat əsasında Şöyüb Ağamalıyevin cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 19 dekabr 2024-cü il tarixdə raportla BNMİ-nin CBRŞ-nin rəisinə müraciət etmişdir. Şöbə rəisi tərəfindən təsdiq edilmiş 19 dekabr 2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən o, BNMİ-nin CBRŞ-nin polis nəfərləri polis baş serjantları Şahid2 və Şahid3 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin gün əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışdır. Təxminən saat 17:30 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Vüsal Quliyev küçəsində yolla piyada hərəkət etməsi müəyyən olunmuşdur. Şöyüb Ağamalıyevə yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu halda təqdim etməsi təklif edilmişdir. Həmin vaxt polis baş serjantı Şahid3 videoçəkilş etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməyə başlamışlar. Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən dörd ədəd list kəsiyində tərkibində narkotik vasitə olan metadon həbinə bənzər həblər aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş dörd ədəd list kəsiyində tərkibində narkotik vasitə olan metadon həbinə bənzər həblər elektron tərəzidə çəkilmiş və çəkiləri 2,23 qram müəyyən olunmuşdur. Bundan sonra həmin metadon həblərinə bənzər həblər ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən əlavə hər hansı bir cinayət xarakterli əşya və predmet aşkar olunmamış və götürülməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs BNMİ-nin CBRŞ-yə dəvət olunmuş, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxslə şifahi sorğu keçirilərkən üzərindən aşkar edilmiş tərkibində narkotik vasitə olan metadon həblərini 19 dekabr 2024-cü il tarixdə saat 16 radələrinə Lənkəran şəhəri, 20 Yanvar küçəsində “Bu gün pullu sabah pulsuz” çayxanasının yaxınlığında üzdən tanıdığı və adını “Cavid” kimi bildirdiyi şəxsdən 40 manat pul müqabilində aldığını bildirmişdir. Şübhəli şəxsin üstünün yoxlanılması barədə protokol tərtib edilmiş, ucadan oxunduqdan sora doğru bilib iştirakçılar və Təqsirləndirilən şəxs protokolu imzalarla təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 19 dekabr 2024-cü il tarixli, əməliyyat axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən tərkibində narkotik maddə olan metadon həbləri əynində olmuş şalvarının sol yan cibindən aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin metadon həblərinin özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 dekabr 2024-cü il tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 20 dekabr 2024-cü il tarixli, 19/787 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 (dörd) ədəd konvalyut kəsiyində olan 4 (dörd) ədəd qəhvəyi rəngli, dairəvi formalı ümumi təmiz çəkisi - 0,16 qram tərkibində narkotik maddə olan metadon həbləridir. Həblərin təsiredici maddəsinin ümumi miqdarına görə bir-biriləri ilə eynidirlər. Ekspert tədqiqatının dəyəri 65 manat təşkil edir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 20 dekabr 2024-cü il tarixli, 853 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2024-cü il tarixdə saat 17:00-da Lənkəran ŞRPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Axtarışda olan şəxsin tutulması barədə 25 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:15-də Lənkəran şəhəri ərazisində yaxalanmışdır. Tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2025-ci il tarixdə saat 12:30-da tutmadan azad edilmiş və onun barəsində 21 dekabr 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 28 gün azadlıqdan məhrum edilmiş və Azərbaycan Respublikasının MM-nin xx.xx.2016-ci il tarixli aministiya qərarına əsasən cəzanın qalan hissəsindən azad edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay azadlıqdan məhrum edilmiş, xx.xx.2023-cü ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 ay 13 gün müddətindən azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış və qeydiyyatdan çıxarılmşdır. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 1(049)-76/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Salyan Rayon Məhkəməsinin 7(057)-219/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Salyan Rayon Məhkəməsinin 7(057)-773/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 01 ay 13 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 09 yanvar 2025-ci il tarixli, 11 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Lənkəran ŞRPŞ-nin CAB-dən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq şəxsi istifadəsi üçün qanunsuz olaraq tərkibində narkotik maddə olan metadon həbini əldə edərək üzərində saxlamışdır. Lənkəran ŞİHB-nin Lənkəran şəhər 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixli, xx-xx/2587 №-li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 3/16-da qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri müsbət xarakterizə olunur. «Sübutların qiymətləndirilməsi haqqında» 25 mart 2025-ci il tarixli qərardan görünür ki, bir ədəd kağız paketdə, 3 ədəd xalis çəkisi 0,12 qram tərkibində narkotik vasitə olan metadon həbi (ilkin ümumi xalis çəkisi 4 ədəd metadon həbi 0,16 грам olmuşdur) və şəxsi axtarış zamanı videoçəkilişə dair 2 ədəd DVD disk iş üzrə maddi sübut qismində tanınmış və bir ədəd kağız paketdə, 3 ədəd xalis çəkisi 0,12 qram tərkibində narkotik vasitə olan metadon həbi saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi və şəxsi axtarış zamanı videoçəkilişə dair 2 ədəd DVD diskin maddi sübut qismində iş materiallarında saxlanılması qərara alınmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadələrinə, ekspert rəylərinə və işin digər materiallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edildiyi qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cinayətə görə məhkumluğu ödənilməmiş və götürülməmiş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf etməsini, yaşayış yeri müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1 və 65.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli və bu cəzanın müddəti onun təqsirli bilindiyi maddədə nəzərdə tutulan daha ciddi cəzanın son həddinin yarısından az olmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 18.1 və 65.2-ci maddəsinin tələbi baxımından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 19 dekabr 2024-cü il tarixdən 21 dekabr 2024-cü il tarixədək və 25 mart 2025-ci il tarixdə ümumilikdə 3 gün şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalı və Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan bir ədəd kağız paketdə, 3 ədəd xalis çəkisi 0,12 qram tərkibində narkotik vasitə olan metadon həbi məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı videoçəkilişə dair 2 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 dekabr 2024-cü il tarixdən 21 dekabr 2024-cü il tarixədək və 25 mart 2025-ci il tarixdə ümumilikdə 3 gün şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 01 il 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 03 ədəd çəkisi 0.12 qram olan narkotik metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 65 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-85/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-85/2025
28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver