Məhkəmə qərarları › İş №1(049)-86/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-86/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-86/2023 09.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 11:45 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abbaszadə Xalid Fəxrəddin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakarı ilə, xx xxxxxx 1976-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Lənkəran rayonu, Darquba kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəbiyev X4 rayonu, Darquba kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətində əkdiyi 02 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin yarpaqlarından 2022-ci ilin sentyabr ayının ortalarında dərib, onları qurudaraq satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən -48,116 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı kustar üsulla hazırlamış və qeyd olunan çəkidə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı fərdi yaşayış evinə daşıyaraq saxlamış, bu barədə əməliyyat məlumatları almış Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 23 sentyabr 2022-ci il tarixdə, saat 13:10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun yaşadığı Lənkəran rayonu, Darquba kəndində yerləşən fərdi yaşayış evinin mətbəxindəki şkafın üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda - 02 (iki) ədəd bükülüdə, ayrı-ayrılıqda təmiz çəkiləri -29,163 qram, -18,953 qram, ümumi təmiz çəkisi -48,116 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin yanvar-fevral aylarında öz istifadəsi üçün qurudulmuş marixuana almışdır, onun içindən iki ədəd çətənə bitkisinin toxumu çıxmışdır. Həmin toxumları sonradan çətənə kolu əkib-becərmək üçün özündə saxlamışdır. 2022-ci ilin iyul ayında iki ədəd çətənə toxumunu yaşadığı evin həyətində əkmiş, mütəmadi olaraq kolların dibini şumlamış, sulamışdır. Əkdiyi toxumlardan iki ədəd çətənə kolu yetişmışdir. Lakin bir müddət keçdikdən sonra həmin kollardan biri inkişafdan dayanmış, o da həmin inkişafdan dayanan kolu 4-5 gün bundan əvvəl yerdən çıxarıb qurutmuş və həmin quruyan kolun yarpaqlarından qurudulmuş marixuana hazırlamışdır. Hazırladığı qurudulmuş marixuana kütlələrindən iki dəfə istifadə etmiş, həmin kütlələri özü istifadə edəcəkmiş, satış məqsədi olmamışdır. 23 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı Lənkəran rayonu, Darquba kəndində yerləşən fərdi yaşayış evində olarkən bir neçə nəfər mülki geyimdə olan şəxs ünvanına gəlmiş, küçə qapısında özlərini polis əməkdaşları kimi təqdim edərək ona yaşadığı ünvanın həyətində narkotik tərkibli bitkilərin əkilibbecərilməsində şübhəli olduğunu demişlər və baxış keçirilməsi haqqında qəbul edilmiş qərarla onu tanış etmişlər. O da yaşadığı evin həyətinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmış və polis əməkdaşları tərəfindən aqronomun iştirakı və videoçəkiliş vasitəsi ilə həyətinə baxış keçirilmişdir. Baxış zamanı həyətin sol tərəfində yerləşən sanitar qovşağın arxa hissəsində bir ədəd çətənə kolu aşkar edilmişdir. Baxışda iştirak edən aqronom da həmin kolun narkotik tərkibli çətənə kolu olduğunu, onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra onunla keçirilən şifahi sorğu zamanı törətdiyi əməli etiraf edərək yaşadığı evdə də qurudulmuş marixuana olduğunu polis əməkdaşlarına bildirmiş və yaşadığı fərdi yaşayış evinin mətbəxində, şkafın üzərində iki ədəd sellofan bükülüdə və bir ədəd dəmir qabda olan qurudulmuş marixuana kütlələrini və bir ədəd çətənə kolunun gövdəsini təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi kütlələrə baxış keçirilmiş və qurudulmuş marixuana olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs son sözündə tutduğu əməlindən son dərəcə peşman olduğunu, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi törətdiyi cinayət əməlini etiraf etməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Şahid1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məumat verməmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Şahid1 ibitdai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran rayonu, Darquba kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin əkməsi barədə qərəzsiz mənbədən məlumat əldə etmişdir. Həmin məlumat daxil olması barədə şöbənin rəhbərliyinə məruzə etmiş və Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü əməliyyat qrupu yaradılmışdır. Qrupun tərkibinə polis əməkdaşları Şahid2 və Şahid3 cəlb edilmişmişlər. 23 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində əməliyyat qrupunun üzvlərindən savayı ŞRPŞ-nin təhqiqatçısı Bəhruz Qurbanov ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu, Darquba kəndində yerləşən ünvanına getmişlər, mütəxəssis qismində isə Qulaməli Hüseynov dəvət edilmişdir. Evin həyətinə daxil olanda onları həyətdə Təqsirləndirilən şəxs qarşılamışdır. Bundan sonra Təqsirləndirilən şəxsa çətənə bitkisi yetişdirməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə həyətə baxış keçirmək istədiklərini demişlər. Təqsirləndirilən şəxs da buna etirazının olmadığını bildirərək bu barədə yazdığı ərizəni təqdim etmişdir. Bundan sonra həyətə baxış keçirməyə başlamışlar. Baxış zamanı həyətin giriş darvazasından içəri daxil olduqda sağ tərəfdə yerləşən yaşayış evinin sağ tərəfindəki sanitar qovşağının arxasında olan bir ədəd, 70-80 sm, tərkibində narkotik maddə olan çətənə koluna bənzər kol aşkar olunmuşdur. Aşkar edilmiş çətənəyə bənzər bitki torpaqdan çəkilib çıxardılmaqla 01 ədəd sellofanda qablaşdırılmışdır. Təqsirləndirilən şəxs deməsinə görə həmin bitkiləri özü əkmişdir. X3 çətənə kollarına baxdıqdan sonra həmin bitkinin tərkibində narkotik maddələr olan çətənə bitkisi olduğunu və bitkiyə xüsusi olaraq aqrotexnik qulluq göstərildiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, mətbəxdə yerləşən şkafın üzərindən sellofanın içində qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nə gətirilmişdir. Şöbəyə gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, vəkillə təmin edilmişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik vasitə və yaxud qanunsuz bir maddə aşkar edilməmişdir. Buna görə protokol tərtib edilmiş, protokolun məzmunu ucadan iştirakçılara və Təqsirləndirilən şəxs özünə oxunmuşdur. İştirakçılar tərəfindən heç bir təklif deyilməmiş, protokolun məzmunu doğru bilib imzalarla təsdiq etmişlər. Onda olan məlumatlara görə Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Məhkəmə istintaqında dindirilmiş şahidlər Şahid2 və Şahid3 Şahid1 məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Baxış keçirilməsi və götürmə aparılması haqqında 23 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdəki videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdəki mətbəxdə yerləşən şkafın üzərindən 2 ədəd bükülüdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 24 sentyabr 2022-ci il tarixli 19/1018 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs mətbəxindən aşkar olunmuş qurudulmuş marixuanalar...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 02 ədəd bükülüdə ayrılıqda təmiz çəkiləri -29,163 qram, - 18,953 qram, ümumi təmiz çəkisi -48,116 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır; 1 ədəd bükülüdə təmiz çəkisi -30,0 qram olan qurudulmuş vəziyyətdə bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisidir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində 1 ədəd çətənə bitkisi.....” sözlər və imzalar olan bağlamadakı, 1 (bir) ədəd, təmiz çəkisi -585,0 qram olan yaş vəziyyətdə bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisidir. Ekspertiza tədqiqatı üçün – 0,1 qram marixuana istifadə edilmiş, 48,016 qram marixuana qalıq qalmış, quru vəziyyətdə çətənə bitkisindən 0,05 qram istifadə edilmiş, 29,95 qram qalıq qalmış, yaş vəziyyətdə çətənə bitkisindən 0,05 qram istifadə edilmiş, 584,95 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 26 sentyabr 2022-ci il tarixli 1003 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniya məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran Rayon Məhkəməsinin 4(049)-309/2022 №-li, 25 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbetmənin əvvəli 23 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş tələbnamədən və portaldan görünür ki, Cəbiyev X4 Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmlə CMnin 124 və 221.3-cü maddələri ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bak şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl cəzadan azad edilmişdir. Daha sonra o Lənkəran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən CM-nin 143 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 3 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Maddi sübut kimi tanınma haqqında 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 02 ədəd bükülüdə, ümumi təmiz çəkisi -48,116 qram narkotik vasitə qurudulmuş marixuana və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd CD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 02 bükülüdə, ümumi təmiz çəkisi -48,016 qram narkotik vasitə qurudulmuş marixuana istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd CD disk cinayət işi materiallarına əlavə edilmişdir. Həmçinin qərarda, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 01 ədəd yaş vəziyyətdə çətənə bitkisi ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir. Lənkəran şəhər İHB-nın Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamə və Arayışından görünür ki, Cəbiyev X4 rayonu, Darquba kəndində qeydiyyatda olmaqla tək yaşayır və və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqında əməlini etiraf edərək səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar, habelə həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Cavid İsmayılzadə CM-nin 56.1.2-cü maddəsinə müvafiq olaraq cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 23 sentyabr 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 48,016 qram marixuana 29,95 qram quru vəziyyətdə çətənə bitkisi və 584,95 qram yaş vəziyyətdə çətənə bitkisi məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd CD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 sentyabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 48,016 qram marixuana, 29,95 qram quru vəziyyətdə çətənə bitkisi və 584,95 qram yaş vəziyyətdə çətənə bitkisi məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd CD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60(altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE **********0002088501, X2, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar