Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-86/2024 30.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X14 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1954-cü ildə Lənkəran rayonunun Kirov qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, Lənkəran Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsində baş aqranom vəzifəsində işləyən, məhkumluğu olmayan, Lənkəran rayonu İstisu qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 30 iyul 2024-cü il tarixdə, saat 17.30-da Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrar öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, 14 oktyabr 2013-cii ildən Lənkəran Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsində baş aqronom vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu məqsədlə 2023-cü ilin yanvar ayının sonlarında həmin müəssisədə işlədiyini bildiyinə görə iş üçün ona müraciət etmiş Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs3 səlahiyyətinə aid olmadığı halda, güya pul müqabilində onu işlədiyi Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsinə süpürgəçi vəzifəsinə işə qəbul edilməsində köməklik edəcəyinə dair yalan vədlər verib, sonuncunu aldadaraq özünə inandırıb etibarını qazandıqdan sonra, Zərərçəkmiş şəxs3 ona olan inam və etibarından sui-istifadə edərək, vahid niyyətlə, 2023-cü ilin fevral ayının əvvəlində 500 manat və 2023-cü ilin mart ayının əvvəlində 370 manat olmaqla,cəmi 870 manat məbləğində pul vəsaitini hər iki halda Lənkəran şəhəri, H.Aslanov küçəsində yerləşən “Foto Şərq” mağazasının qarşısında Zərərçəkmiş şəxs3 qəbul etməklə, öz qulluq mövqeyindən istifadə edib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 həmin məbləğdə pul vəsaitini ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrar özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu məqsədlə 2023-cii ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanıdığı, sonuncunun Lənkəran şəhər sakini olan bacısı Zərərçəkmiş şəxs2 güya pul müqabilində ona pensiya təyin edilməsində köməklik edəcəyinə dair yalan vədlər verib, sonuncunu aldadaraq özünə inandırıb etibarını qazandıqdan sonra, Zərərçəkmiş şəxs2 ona olan inam və etibarından sui-istifadə edərək, vahid niyyətlə, 2023-cii ilin fevral ayının sonlarında 1000 manat və 2023-cü ilin mart ayının ortalarında 530 manat olmaqla, cəmi 1530 manat məbləğində pul vəsaitini hər iki halda, sonuncunun yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətində Zərərçəkmiş şəxs2 qəbul etməklə, etibardan sui- istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 həmin məbləğdə pul vəsaitini ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, Lənkəran Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsində baş aqronom vəzifəsində işləyərkən təkrar öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu məqsədlə 12 aprel 2023-cü il tarixdə həmin müəssisədə işlədiyini bildiyinə görə iş üçün ona müraciət etmiş Lənkəran rayonu, Gərmətük qəsəbəsinin sakini X1 aid olmadığı halda, güya pul müqabilində onu işlədiyi Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsinə bağban vəzifəsinə işə qəbul edilməsində köməklik edəcəyinə dair yalan vədlər verərək, sonuncunu aldadaraq özünə inandırıb etibarını qazandıqdan sonra, Zərərçəkmiş şəxs1 ona olan inam və etibarından sui- istifadə edərək, vahid niyyətlə, 15 aprel 2023-cii il tarixdə Lənkəran şəhəri, H.Aslanov küçəsində yerləşən "xxxx"nin qarşısında 300 manat, 29 aprel 2023-cü il tarixdə Lənkəran şəhəri, H.Aslanov küçəsində yerləşən “Heydər Əliyev parkı”nda 300 manat, 15 may 2023-cü il tarixdə Lənkəran şəhəri, H.Aslanov küçəsində yerləşən “Heydər Əliyev parkı”nda 240 manat və 28 may 2023-cü il tarixdə Lənkəran şəhəri, Nizami küçəsində fəaliyyət göstərən “çayxana”nın yanında 300 manat olmaqla, ümumilikdə 1140 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 qəbul etməklə, təkrar öz qulluq mövqeyindən istifadə edib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 həmin məbləğdə pul vəsaitini ələ keçirərək dələduzluq etmişdir. xx.xx.2024-cü il tarixdə, məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək dələduzluq etmədiyini, zərəçəkmiş şəxslərdən aldığı pulları onların işlərinin düzəldilməsi üçün deyil, Bakı şəhərində qalmaq və yemək xərclərinə görə aldığını, həmin pulları qaytarmadığını göstərib, ibtidai istintaq zamanı məhkəmə tərəfindən ona təqdim olunmuş heç bir izahatı, ifadəni və sənədi imzalamadığını bidirib göstərmişdir ki, zərəçəkmiş şəxslərdən heç bir ilə düşmənçiliyi yoxdur, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, müstəntiq onu dindirməmişdir. Müstəntiq ona demişdir ki, zərərçəkmiş şəxs Aygülü zəng edib çağırtdırsın onun yanına. Buna görə də o, Aygülə zəng etmiş və 2023-cü ilin yanvar ayında, səhər, polis şöbəsində onunla orada görüşmüşdür. Müstəntiq ona bildirmişdir ki, Aygül təhqiqatda, ərzəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun ərini işə düzəldəcək. Əslində o, Aygülün ərinin adını belə bilmir. Daha sonra o, çölə çıxarılmış və oradan da iş yerinə qayıtmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Aygüllə bir Lənkəran yerlisi kimi tanışdır, ondan yaşıllaşma müəssisəsinə bağban olaraq işə düzəlmək üçünü 1140 manat məbləğində pul almamış, 600 manat almışdır, lakin həmin pulu onu işə düzəltmək üçün deyil, onun oğlunu hərbiyə yararsız edilməsi üçün Bakı şəhərinə getməsi üçün vermişdir. Belə ki, Aygülün oğlu Bakı şəhərində yaşayır. Onun oğlu hərbi çağırışdan yayınmışdır. Aygül onu taparaq bildirmişdir ki, o, ona pul verir ki, oğlunu “Zərifə Əliyeva” adına Göz Klinikasına aparsın. Aygül oğluna zəng edib bu barədə ona məlumat vermiş, daha sonra ona 300 manat pul verib onu Bakı şəhərinə göndərmişdir. O da, Aygülün oğlu ilə birlikdə Bakı şəhərində görüşmüş, Bakı şəhərində həkimlərə pulu Ayglün oğlu özü vermişdir. Bunda sonra o, Lənkəran şəhərinə qayıtmışdır. Həkimlər orada Aygülün oğluna bildirmişlər ki, iki aydan sonra o, Göz Klinikasında yoxlanışdan keçməlidir. Lakin iki ay keçdikdən sonra Aygülün oğlu yoxlanışa getməmişdir. Bundan əlavə, əgər o, Aygüldən onun ərini işə düzəltmək üçün pul almışdırsa, işə düzəltmə onun üçün beş dəqiqənin işidir. Aygülü fəhlə kimi işə düzəldə bilərdi. O, Aygülün oğlunu ona görə həkimlərin yanına aparmışdır ki, Aygül ona bildirmişdir ki, onun yaxını yoxdur. Buna görə də o, Aygülə kömək göstərmişdir. Aygüldən pulu yalnız onun oğlunu Bakıda, həkimlərin yanına aparmaq, yeməyi-içməyi və s. xərclər üçün almışdır. İlk 300 manat pulu Aygüldən "xxxx"nin qabağında almışdır. Digər 300 maat pulu aldığı yer yadından çıxmışdır. O, digər zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 1530 manat qarşılığında ona pensiya düzəldəcəyini deməmişdir. Məlahətlə münasibətləri yaxşı olmuşdur. Məlahət ona bildirmişdir ki, o, kondisioner zavodunda 12 il 6 ay işləmişdir. Məlahət ondan sənədlərinin Bakı şəhərinə aparılmasını xahiş etmişdir. O da, həmin sənədləri Bakı şəhərinə aparmışdır. O, bununla bağlı 2-3 dəfə Bakıya gedib-gəlmişdir. Bakıya 2-3 dəfə getmə səbəbi Məlahətə işlədiyi zavodda sağlımlığına zərər vurma ilə bağlı pensiyanın təyin oluna bilə-bilməyəcəyini öyrənmək olmudur. 3 dəfə getmiş və Bakıda ona bidirmişlər ki, Məlahət zavodda 12 il işləməmişdir. Məlahətdən 2 dəfə 500 man almış, lakin kondisioner zavoduna getməmiş, Sosial Müdafiə Nazirliyinə getmişdir. Məqsədi kondisoner zavodunda 12 il işlədiyinə görə Məlahətin işinin zərərli işlər kateqoriyasına aid olub-olmadığını aydınlaşdırmaq olmuşdur. Oradan qayıtdıqdan sonra Məlahətə bildirəndə ki, ona pensiya düşmür, o və bacısı olan digər zərəçəkmiş şəxs Dürdanə ona “necə yəni düşmür, sənin başına oyun açacayıq” demişlər. Məlahətdən aldığı 500 manat pulu qaytarmamışdır. Çünki onunla pul söhbəti etməmişlər. Desəydilər ki, qaytar - qaytarardı. Lakin onlar, birbaşa polisə şikayət etmişlər. Məlahəti bir müddətdir ki, tanıyır. O, onu kiminsə vasitəsilə tanımamışdır,o özü onu tanımışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 300 manat pulu müəssisələrində süpürgəçi olaraq işə düzəltmək üçün almamışdır. O, həmin pulu ondan onun adının “DOST” mərkəzində, iş axtaranların siyahısına salmaq üçün almışdır. Əslində həmin pulu o özü istəməmiş, Dürdanə özü vermişdir. Həmin pulu Bakı şəhərində 2 gün qalmaq və s. xərclərə sərf edib. Onu istintaq zamanı heç kəs ifadə verməyə məcbur etməmiş, özü ifadə vermişdir, istəsəydi ondan ifadə almadıqlarını da deyərdi. Polis şöbəsində ona təziq göstərilib. Polis şöbəsinə birinci dəfə onu təhqiqatçı Təhmin, rəisin adından çağırmışdır. Zərərçəkmiş şəxslərin şikayətlərinə əsasən Təhmin ondan 3500 manat pul istədi. Buna görə də o, Lənkəran rayon prokorluğuna teleqram vurmuş, Baş Prokrorluğa şikayət etmişdir. xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, ona keçən məhkəmə iclasından zərəçəkmiş şəxslərə pul ödəmək üçün vaxt verilməmişdi. Ürəyindən əməliyyat olmuşdur, buna görə də maddi çətinliyi var. Zərəçəkmiş şəxslərin pulunu ödəmək üçün 15 gün müddətə məhkəmə iclasını təxirə salınmasını xahiş edir. Son sözündə Təqsirləndirilən şəxs bildirmişdir ki, səhvi çox olmuşdur. Demir ki, cinayət törətməmişdir. Törətdiyi əməli gizlətmir. Zərəçəkmiş şəxslərlə razılaşıb onların pullarını ödəyəcəkdir. Məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş edir. Məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərmişdir ki, Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsində baş aqronom işləyir. O, Lənkəran şəhər sakinləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tanıyır. Məlahət və Dürdanə bacıları ilə qohumluğu yoxdur, ədavətim və ziddiyyəti də olmamışdır. Lənkəran rayonu Gərmətük qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 tanıyır. Aygüllə də qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. O, 2023-cü ilin yanvar ayının axırlarında Lənkəran rayon məhkəməsinin binasının qarşısında olan parkda olduğu zaman sonradan adını bildiyi Dürdanə ona yaxınlaşmış və ona, heç bir yerdə işləmədiyini, texniki peşə məktəbini və 1 illik ticarət kusunu bitirdiyini, 2 diplomunun olduğunu bildirib, Yaşıllaşdırma Müəssisəsinə süpürgəçi kimi işə düzəlməsində köməklik etməsini ondan xahiş etmişdir. O da işə düzəlməsi üçün Yaşıllaşdırma Müəssisəsinin müdriyyətinə müraciət etməyini Dürdanəyə bildirmişdir. Dürdanə də ona "mən savadsız qadınam, mənim işimi sən həll elə" bildirmişdir. Həmin vaxtı, o, işə düzəltmək adı ilə Dürdanədən pul alıb xərcləmək qərarına gəlmişdir. Buna görə də Dürdanəyə "sənədlərini və 300 manat pul gətirib mənə verərsən, səni Yaşıllaşdırma Müəsssisəsinə süpürgəçi kimi işə düzəldərəm" bildirmişdir. Dürdanə də ona inanmış və harasa getmişdir. 2023-cü ilin fevral ayının əvvəllərində Lənkəran şəhəri H.Aslanov küçəsində yerləşən "Foto şərq" mağazasının qarşısında Dürdanə ilə görüşmüş və Dürdanə 300 manat pulu, 2 diplomunu, şəxsiyyət vəsiqəsini ona vermişdir. O da Dürdanəyə yalandan, onun süpürgəçi işinə düzəlməyinin razılığını aldığını, işi düzələn kimi 3-4 gün ərzində maaş kartının el gələcəyini və kartı ona verdikdən sonra işə çıxacağını bildirmişdir. Bundan sonra Dürdanə ondan ayrılıb harasa getmişdir. O da Dürdanədən aldığı 300 manat pulu özü üçün xərcləmişdir. O, 2023-cü ilin fevral ayının ortalarında məhkəmənin qarşısında olan parkda dayandığı zaman Dürdanə bir qadınla birlikdə ona yaxınlaşmış və ona "bu mənim bacım Məlahətdir, ona pensiyaya çıxmaqda köməklik elə" bildirmişdir. O da buna görə Bakı şəhərinə getmək lazım olduğunu Dürdanəyə bildirmişdir. Bundan sonra Məlahət ona 12 il 6 ay iş stajı olduğunu bildirib, əgər tanışı varsa təqaüdə çıxmasında köməklik etməyini ondan xahiş etmişdir. Həmin vaxtı, o, pensiya düzəltmək adı ilə Məlahətdən pul alıb xərcləmək qərarına gəlmişdir. Buna görə də, o, Məlahətə yalandan Bakı şəhərində tanışının olduğunu və onun pensiya işini düzəltmək üçün sənədlərini Sosial Müdafiə Fonduna vermək məqsədilə Bakı şəhərinə getməli olacağını, buna görə ona 1500 manat və yol xərci üçün 30 manat pul verməyini bildirmişdir. Məlahət də onunla razılaşmışdır. O, 2 gündən sonra Dürdanə ilə Məlahətin yaşadıqları evə getmiş və Məlahət əmək kitabçasını və 1000 manat pulu ona verib, mart ayının axırlarında da ona 530 manat verəcəyini bildirmişdir. O da Məlahətlə razılaşmışdır. 2023-cü ilin mart ayının axırlarında yenə də Dürdanə və Məlahətin yaşadıqları evə getmiş və Məlahət ona 530 manat pul vermişdir. O da yalandan Məlahətə pensiya işini düzəldəcəyinə söz vermişdir. O, Məlahətdən aldığı pulları özü üçün xərcləmişdir. Hər dəfə Dürdanə ondan işə nə vaxt düzələcəyini soruşanda, o, Dürdanəyə yalandan bir neçə günə onun əmrinin veriləcəyini və işə çıxacağını bildirmişdir. Həmçinin Məlahət pensiya işinin nə üçün gecikdiyini ondan soruşanda, o, Məlahətə yalandan yaxın günlərdə pensiya işinin düzələcəyini bildirmişdir. 2023-cü ilin aprel ayının ortalarında Lənkəran şəhərində yerləşən "xxxx"nin qarşısında dayanıb təmizlik işləri aparan Yaşıllaşdırma Müəssisəsinin işçilərinə nəzarət etdiyi zaman bir qadın ona yaxınlaşaraq, adının Aygül olduğunu, Gərmətük qəsəbəsində yaşadığını, əri və onun heç bir yerdə işləmədiklərini, ailə vəziyyətlərinin ağır olduğunu bildirib, onu Yaşıllaşdırma Müəssisəsinə bağban kimi işə düzəltməyini xahiş etmiş və buna görə ona pul verəcəyini də söyləmişdir. O da Aygülə işə düzəlmək üçün gərək Yaşıllaşdırma Müəssisəsinin müdriyyətinə deməyini bildirmişdir. Aygül də təkidlə ona, savadsız qadın olduğunu və onun işini həll etməyim yenidən xahiş etmişdir. Həmin vaxtı, o, Aygülü bağban işinə düzəltmək adı ilə ondan pul alıb xərcləmək qərarına gəlmişdir. Buna görə Aygülə "600 manat pul verərsən səni işə düzəldərəm" bildirmişdir. Aygiil də onunla razılaşmışdır .Təxminən 2-3 gündən sonra Aygüllə Ziyalılar evinin qarşısında görüşmüş və Aygül 300 manat pulu ona vermişdir. O, Aygülə işinin bir neçə gün ərzində düzələcəyini bildirmişdir. Təxminən 7-8 gündən sonra Aygül Ziyalılar evinin qarşısında ona 300 manat da pul vermişdir. O, Aygülün ona verdiyi pulu özü üçün xərcləmişdir. Təxminən 10-15 gün bundan əvvəl Məlahət və Dürdanə bacılarının sənədlərini özlərinə vermiş və pullarını bir neçə gün ərzində qaytaracağını bildirmişdir. O, Məlahəti, Dürdanəni və Aygülü aldadıb, onlardan aldığı pullardan heç kimə verməmiş və vermək niyyəti də olmamışdır. O, X2 süpürgəçi işinə düzəltmək adı ilə aldadaraq, Dürdanənin 870 manat pulunu deyil, 300 manat pulunu almışdır. O, X5 bağban işinə düzəltmək adı ilə aldadaraq, Aygülün 1140 manat pulunu deyil, 600 manat pulunu almışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlində özünü qismən təqsirli bilərək dələduzluq etmədiyini bildirsə də, onu əməli ibtidai istintaq zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxslərin və şahid ifadələri, üzləşdirmə-dindirmə protokolları, Lənkəran Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsinin 18 dekabr 2023-cü il tarixli, 02/133 nömrəli məktubu, ekspert rəyi, habelə ibtidai və məhkəmə istintaqı zamanı toplanmış digər sənədlərlə tam subuta yetirilir. Belə ki, xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Onu işlədiyi iş yerində bir nəfərin işləməyə ehtiyacı olmuş və orada ona bildirmişlər ki, Telman iş düzəldənir. Buna görə də o, Telmana yaxınlaşaraq ondan bu barədə soruşmuş, əlavə olaraq özü üçün Bakıya gedərək pensiya düzəldə bilib-bilmədiyini soruşmuşdur. Telman ona müsbət cavab verdikdən sonra o, ona sənədlərinin surətlərini və əsillərini, yol pulu olaraq 30 manat vermişdir. Telman pensiya düzəltmək üçün ondan 1500 manat pul istəmişdir. Lakin o, ona 1000 manat pul vermişdir. Bir həftə sonra ondan soruşanda ki, “işim nə oldu” cavab verərək bildirmişdir ki, “məlumat verəcəm”. Daha sonra ona bildirmişdir ki, xanım üçün uşağ baxıcılığı işi var, əlavə 500 versən onu işə düzəldəcəkdir. O, həmin xanımdan pulu alaraq Telmana vermişdir. Sonradan isə işlər gəlib bu həddə çıxmışdır. Zərərçəkmiş şəxs2 təqsirləndirlən şəxsdən pulunu tələb etməklə bərabər onun barəsində həbslə əlaqədar cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayının ortalarından etibarən bacısı Dürdanənin vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxsla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. O, Lənkəran şəhərində yerləşən Cihazqayırma idarəsində 6 il 6 ay, Kondisoner zavodunda isə 6 il fəhlə işləmişdir. Onun cəmi 12 il 6 ay iş stajı olsa da təqaüdə çıxa bilməmişdir. 2023-cü ilin fevral ayının ortalarında bacısı Dürdanə ona, Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsində baş aqronom işləyən Telman adlı bir kişi ilə tanış olduğunu, Telmanın onu Yaşıllaşdırma Müəssisəsinə 870 manat müqabilində süpürgəçi işini düzəldəcəyini, buna görə də Telmana ilkin olaraq 500 manat pul verdiyini bildirib, onun pensiyaya çıxmasına köməklik etməsi üçün Telmanla görüşməyi təklif etmişdir. Bundan sonra, o, bacısı Dürdanə ilə birlikdə Telmanla Lənkəran rayon məhkəməsinin binasının qarşı tərəfində yerləşən parkda görüşüb tanış olmuşdur. O, Telmana, 12 il 6 ay iş stajı olduğunu bildirib, təqaüdə çıxması üçün əgər tanışı varsa ona köməklik etməyini xahiş etmişdir. Telman da ona "Bakı şəhərində tanışım var, 1500 manat verərsən pulu ona verərəm, sənə pensiya düzəldər" bildirmişdir. Həmçinin Telman Bakı şəhərinə gedəcəyinə görə ondan yol pulu olaraq 30 manat da istəmişdir. O da Telmana inanıb onunla razılaşmışdır. 2023-cü ilin fevral ayının axırlarında, saat 12 radələrində Telman onların yaşadıqları evin həyətinə gəlmişdir. Həmin vaxtı bacısı Dürdanə də evdə olmuşdur. Telman onların yaşadıqları evin pilləkanının sağ tərəfində yerləşən talvarın altına qoyulmuş oturacaqda əyləşmiş və o, Telmana çay vermişdir. Həmin vaxtı Telman ona "sənin pensiya işini Bakıda olan tanışımla danışmışam, sən əvvəlcə mənə 1000 manat ver, 500 manatı isə mən deyəndə verərsən, pensiya işin düzələr" bildirmişdir. O da evdən 1000 manat pulunu götürüb bacısı Dürdanənin yanında Telmana vermişdir. Telman da ona, əmək kitabçasının, şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnaməsinin surətlərini çıxartmağını və sonra gəlib həmin sənədlərin surətlərini ondan götürəcəyini bildirmişdir. Bundan sonra, Telman onların evindən çıxıb getmişdir. Təxminən 2-3 gündən sonra Telman onların evinə gəlmiş və o, əmək kitabçasını, şəxsiyyət vəsiqəsini və doğum haqqında şəhadətnaməsini kserosurətləri ilə birlikdə Telmana vermişdir. Telman həmin sənədlərin əsillərini ona qaytarmış, surətlərini isə özündə saxlayaraq, onun barəsində arayış və xasiyyətnaməni İcra Hakimiyyətindən özü alacağını bildirmişdir. Bundan sonra Telman onların evindən çıxıb getmişdir. 2023-cü ilin mart ayının əvvəllərində, saat 11 radələrində bacısı Dürdanə ona, Telmana işə düzəlməyi ilə bağlı 370 manat pulu verəcəyini bildirib, pulu Telmana verməsi üçün onunla birlikdə getməyini təklif etmişdir. O da bacısı Dürdanə ilə birlikdə Lənkəran şəhəri H.Aslanov küçəsində yerləşən "Foto şərq" mağazasının qarşısına getmiş və Telmanla orada görüşmüşlər. Bacısı Dürdanə 370 manat pulu Telmana vermişdir. Telman, Dürdanəyə bir neçə günə Yaşıllaşdırma Müəssisəsində süpürgəçi kimi işə başlayacağını və maaş kartım da götürüb ona verəcəyini bildirmişdir. Həmin vaxtı Telman ona 3-4 gün ərzində 500 manat pulu və onun Bakı şəhərinə getməyi üçün 30 manat yol pulunu hazırlamağını və Bakı şəhərinə gedib onun da işlərini qaydasına qoyacağını bildirmişdir. O və bacısı Dürdanə Telmana inanmışlar və yaşadıqları evə qayıtmışlar. 2023-cü ilin mart ayının ortalarında, saat 11 radələrində Telman onların yaşadıqları evin həyətinə gəlmiş və talvarın altında olan oturacaqda əyləmişdir. O, bacısı Dürdanənin yanında Telmana 530 manat pul vermiş və Telman ondan əmək kitabçasının əslini istəmişdir. O da evdən əmək kitabçasını götürüb Telmana vermişdir. Telman ona, Bakı şəhərinə gedib onun pensiya işini düzəldəndən sonra, onun mobil telefonuna pensiya işinin düzəlməsi barədə mesaj gələcəyini bildirmişdir. O da mobil telefonunun olmadığını Telmana bildirmişdir. Telman da ona " onda elə edərəm ki, mesaj mənim telefonuma gələr və mən bu barədə sənə məlumat verərəm" bildirmişdir. Bundan sonra Telman onların evindən çıxıb getmişdir. Telman, onu və bacısı Dürdanəni aldadaraq işlərini düzəltməmişdir. Telman 2023-cü ilin noyabr ayının axırlarında onun və bacısı Dürdanənin sənədlərini onlara qaytarmışdır. Telmanın dələduzluq hərəkətləri nəticəsində ona cəmi 1530 manat ziyan dəymişdir. xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, bağda işlədiyi zaman tanış işçilər ona demişlər ki, Telman iş düzəldəndir. Buna görə də Telmana yaxınlaşmış, işə düzəlmək istədiyini bildirmiş, Telman ondan buna görə 300 manat pul istəmişdir. Telman həmin pulu götürükdən 10 gün sonra, ona bildirmişdir ki, borc eləyib daha 500 manat gətirsin, ona sənəd təqdim edəcək ki, baxçaya işə düzəlib. Ümumilikdə, Telman ondan 870 manat pul almışdır. Zərərçəkmiş şəxs3 təqsirləndirlən şəxsdən pulunu tələb etməklə bərabər onun barəsində həbslə əlaqədar cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayının axırlarından etibarən tanıyır. Təqsirləndirilən şəxsla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. 2023-cü ilin yanvar ayının axırlarında, saat 12 radələrində özünə iş axtarmaq üçün Lənkəran rayon məhkəməsinin qarşısında olan parka getmiş və orada parkı süpürən adlarını soruşmadığı və bilmədiyi süpürgəçilərlə görüşmüşdür. O, həmin süpürgəçi qadınlarla söhbət edən zaman, özünə iş axtardığını, amma tapa bilmədiyini onlara bildirmişdir. Həmin süpürgəçilərdən biri ona Yaşıllaşdırma Müəssisəsində onlar kimi süpürgəçi işinə düzələ biləcəyini söyləmişdir. O da həmin süpürgəçidən kimə müraciət etməyini soruşmuş və süpürgəçi də ona parkda dayanmış bir kişini əli ilə göstərərək, həmin kişinin adının Telman olduğunu və Yaşıllaşdırma Müəssisəsində baş aqronom işlədiyini, işə düzəlmək üçün Telmana müraciət etməyini bildirmişdir. Bundan sonra, o, Telmana yaxınlaşaraq, heç bir yerdə işləmədiyini, texniki peşə məktəbini və 1 illik ticarət kusunu bitirdiyini, 2 diplomunun olduğunu bildirib, Yaşıllaşdırma Müəssisəsinə süpürgəçi kimi işə düzəlməyinə köməklik etməyini xahiş etmişdir. Telman da işə düzəlməsi üçün Yaşıllaşdırma Müəssisəsinin müdriyyətinə müraciət etməyini ona bildirmişdir. O da Telmana "mən savadsız qadınam, mənim işimi sən həll elə" bildirmişdir.Telman da onunla razılaşmış və ona 1000 manat pul düzəltməyini və müdriyyətin vasitəsilə onu süpürgəçi işinə düzəldəcəyini bildirmişdir. O da kasıb qadın olduğunu, ancaq 800 manat pul verə biləcəyini Telmana bildirmişdir .Telman da ona "800 manatın üstünə 70 manat da əlavə elə sənin işini düzəldim" bildirmişdir. O da Telmanla razılaşmışdır. Həmçinin Telman ona, 500 manatı, şəxsiyyət vəsiqəsini, 2 diplomunu tez gətirib ona verməyini və 370 manatı isə o, deyəndə gətirib verməyini bildirmişdir. Həmçinin Telman onun adına yaşayış yerindən arayışı İcra Hakimiyyətindən özü alacağını bildirmişdir. O da Telmana inanıb onunla razılaşmışdır. 2023-cü ilin fevral ayının əvvəllərində Telmanla Lənkəran şəhəri H.Aslanov küçəsində yerləşən "Foto şərq" mağazasının qarşısında görüşmüş və Telmana 500 manat pulu, 2 diplomunu, şəxsiyyət vəsiqəsini verib, 370 manatı da nə vaxt istəsə gətirib verəcəyini bildirmişdir. Telman da ona "sən narahat olma sənin süpürgəçi işinə düzəlməyinin razılığını almışam, işin düzələn kimi 3-4 gün ərzində maaş kartın gələcək və kartı sənə verəcəm, sonra işə çıxacaqsan" bildirmişdir. Amma Telman onu işə düzəldən müdriyyətin adını və 870 manat pulu kimə verəcəyini ona deməmişdir. X13 şəhərində yerləşən Cihazqayırma idarəsində 6 il 6 ay, Kondisoner zavodunda isə 6 il fəhlə işləmişdir. Məlahətin iş stajı olsa da, bununla bağlı pensiya idarəsinə müraciət etsə də təqaüdə çıxa bilməmişdir. O, 2023-cü ilin fevral ayının ortalarında Məlahətə, Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsində nəzarətçi işləyən Telman adlı bir kişi ilə tanış olduğunu və və Telmanın onu Yaşıllaşdırma Müəssisəsinə 870 manata süpürgəçi işinə düzəldəcəyini, buna görə də Telmana ilkin olaraq 500 manat pul verdiyini bildirib, onun pensiyaya çıxmasına köməklik etməsi üçün Telmana müraciət etməyini təklif etmişdir. Bundan sonra, o, bacısı Məlahətlə birlikdə Lənkəran rayon məhkəməsinin binasının qarşı tərəfində yerləşən parka getmiş və Məlahəti Telmanla tanış etmişdir. Məlahət Telmana "12 il 6 ay iş stajım vardır, əgər tanışın varsa mənə köməklik elə təqaüdə çıxım" bildirmişdir. Telman da Məlahətə Bakı şəhərində tanışının olduğunu və 1500 manat verərsə ona pensiya düzəldəcəyini bildirmişdir. Həmçinin Telman Bakı şəhərinə gedəcəyinə görə Məlahətdən yol pulu olaraq 30 manat da istəmişdir. Məlahət də Telmanla razılaşmışdır. 2023- cü ilin fevral ayının axırlarında, saat 12 radələrində Telman onların yaşadıqları evin həyətinə gəlmişdir. Həmin vaxtı, o da evdə olmuşdur. Telman yaşadıqları evin pilləkanının sağ tərəfində yerləşən talvarın altına qoyulmuş oturacaqda əyləşmiş və onlar Telmana çay vermişlər. Həmin vaxtı Telman Məlahətə, onun pensiya işini Bakıda olan tanışı ilə danışdığını, ona əvvəlcədən 1000 manat verməyini və 500 manatı isə o, deyəndə verməyini və bundan sonra pensiya işinin düzələcəyini bildirmişdir. Məlahət də evdən 1000 manat pulunu götürüb, onun yanında Telmana vermişdir. Telman da Məlahətə, əmək kitabçasının, şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnaməsinin sürətlərini çıxartmasını və sonra gəlib ondan götürəcəyini bildirmişdir. Bundan sonra Telman onların evdən çıxıb getmişdir. Təxminən 2-3 gündən sonra Telman onların evinə gəlmiş və Məlahət əmək kitabçasını, şəxsiyyət vəsiqəsini və doğum haqqında şəhadətnaməsini kserosurətləri ilə birlikdə Telmana vermişdir. Telman həmin sənədlərin əsillərini Məlahətə qaytarmış və surətlərini isə özü ilə götürüb, onun barəsində arayış və xasiyyətnaməni İcra Hakimiyyətindən özü alacağını bildirmişdir. Bundan sonra, Telman onların evindən çıxıb getmişdir. O, 2023-cü ilin mart ayının əvvəllərində, saat 11 radələrində bacısı Məlahətə, Telmana işə düzəlməyi ilə bağlı 370 manat pulu verməli olduğunu bildirib, pulu Telmana vermək üçün onunla birlikdə getməyini təklif etmişdir. Bundan sonra, o, Məlahətlə birlikdə Lənkəran şəhəri H.Aslanov küçəsində yerləşən "Foto şərq" mağazasının qarşısına getmiş və Telmanla orada görüşmüşlər. O, 370 manat pulu Telmana vermişdir. Telman ona, bir neçə günə Yaşıllaşdırma Müəssisəsində süpürgəçi kimi işə başlayacağını və maaş kartını da götürüb ona verəcəyini bildirmişdir. Həmin vaxtı Telman Məlahətə "sən də 3-4 gün ərzində 500 manat pulu və mənim Bakı şəhərinə getməyim üçün 30 manat yol pulumu düzəlt, Bakı şəhərinə gedib sənin də işlərini qaydasına qoyacam" bildirmişdir. O və bacısı Məlahət, Telmana inanmışlar və yaşadıqları evə qayıtmışlar. 2023-cü ilin mart ayının ortalarında, saat 11 radələrində Telman onların yaşadıqları evin həyətinə gəlmiş və talvarın altında olan oturcaqda əyləşmişdir. Məlahət, onun yanında Telmana 530 manat pul vermiş və Telman Məlahətdən əmək kitabçasını istəmişdir. Məlahət də evdən əmək kitabçasını götürüb Telmana vermişdir. Telman Məlahətə, Bakı şəhərinə gedib onun pensiya işini düzəldəndən sonra, onun mobil telefonuna pensiya işinin düzəlməsi barədə mesaj gələcəyini bildirmişdir. Məlahət də mobil telefonunun olmadığını Telmana bildirmişdir. Telman da Məlahətə "onda elə edərəm ki,mesaj mənim telefonuma gələr və mən bu barədə sənə məlumat verərəm" bildirmişdir. Bundan sonra Telman onların evindən çıxıb getmişdir. Telman, onu və bacısı Məlahəti aldadaraq işlərini düzəltməmiş və pullarını da qaytarmamışdır. Telmanın dələduzluq hərəkətləri nəticəsində ona cəmi 870 manat ziyan dəymişdir. Telman 2023-cü ilin noyabr ayının axırlarında onun və bacısı Məlahətin sənədlərini onlara qaytarmışdır. xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, Telmanın təxmini Lənkəran şəhərində yaşadığını bilmiş və iş adamı kimi tanımışdır. Özü 3-cü, əri isə 1-cü qrup əlildirlər. Yayda parkda oturduğu zaman Telman gəlib orada söhbət edərək demişdir ki, iş düzəldirəm və s. Buna görə də Telmana yaxınlaşıb ondan soruşmuşdur ki, kimisə yaşıllaşdırmaya işə düzəldə bilərmi ? Cavabında Telman ona bildirmişdir ki, onun əlləri hər yerə çatır, düzəldər. Buna görə də ümumilikdə Temana 1140 pul vermişdir. Telman ondan əvvəl yol pulu istəməmiş, sonra isə hissə-hissə 315 manat, 50 manat, 300, 300, 300 və 240 manat pul almış, oğlundan da işə düzəldəcək adı ilə pul almışdır. Zərərçəkmiş şəxs1 təqsirləndirlən şəxsdən pulunu tələb etməklə bərabər ona cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı göstərmişdir ki, Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdən etibarən tanıyır. Telmanla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. X8 1-ci qrup əlildir. Belə ki, əri İntiqam kordur və o, heç bir yerdə işləmir. O, ailə vəziyyəti ağır olduğu üçün özünə iş axtarmağa başlamışdır. 12 aprel 2023cü il tarixdə, saat 12 radələrində Lənkəran şəhərində yerləşən "Dosa" deyilən yerdə, yəni "xxxx"nin qarşısında ətrafda təmizlik işləri aparan adlarını soruşmadığı süpürgəçilərlə söhbət etdiyi zaman onlara, ailə vəziyyəti ağır olduğu üçün işə düzəlmək istədiyini bildirmişdir. Adını bilmədiyi süpürgəçi bir qadın ona, Yaşıllaşdırma Müəssisəsinə işə düzələ biləcəyini söyləmişdir. O da bu barədə kimə müraciət etməli olduğunu həmin qadından soruşmuşdur. Həmin qadın da onlardan təxminən 50-60 metr aralıda dayanmış bir kişini əli ilə göstərərək, "Telmana yaxınlaş, o, Yaşıllaşdırma idarəsinin baş aqranomudur, ona de, sənə köməklik edər" bildirmişdir. O da sonradan adını bildiyi Telman adlı şəxsə yaxınlaşmış və Telmana, adının Aygül olduğunu, Gərmə ük qəsəbəsində yaşadığını, ailə vəziyyətlərinin ağır olduğunu, əri İntiqamın da 1-ci qrup əlil olduğunu, heç bir yerdə işləmədiyini bildirib, onu Yaşıllaşdırma Müəssisəsinə bağban kimi işə düzəltməyini Telmandan xahiş etmişdir. Telman da ona, işə düzəlmək üçün Yaşıllaşdırma Müəssisəsinin müdriyyətinə müraciət etməyini bildirmişdir. O da Telmana "mən savadsız qadınam, mənim işimi sən həll elə, buna görə pul verərəm" bildirmişdir. Telman da onunla razılaşmış və ona "1500 manat pul düzəldərsən, səni bağban işinə düzəldərəm" bildirmişdir. O da kasıb ailə olduğunu və ona hissə-hissə 1200 manat pul verə biləcəyini Telmana bildirmişdir. Telman da onunla razılaşmış və ilkin olaraq 300 manat pul gətirib verməyini ona bildirmişdir. O da Telmana inanıb onunla razılaşmışdır. 15 aprel 2023-cü il tarixdə, saat 11 radələrində Lənkəran şəhəri H.Aslanov küçəsində yerləşən "xxxx"nin qarşısında Telmanla görüşmüş və Telmana 300 manat pul vermişdir. Telman ona, onu bağban işinə düzəldəcəyini və aprel ayının axırlarına kimi yenə də ona 300 manat gətirib verməyini bildirmişdir. 29 aprel 2023-cü il tarixdə, saat 12 radələrində Lənkəran şəhərində yerləşən Heydər Əliyev adma parkda Telmanla görüşmüş və oğlu Mirzamanın ona gətirdiyi 300 manat pulu Telmana vermişdir. Sonra isə Telmandan "mənim işim nə yerdədir" soruşmuşdur. Telman da ona, bu yaxın günlərdə işinin düzələcəyini bildirmişdir. 15 may 2023- cü il tarixdə, saat 14 radələrində Lənkəran şəhərində yerləşən Heydər Əliyev adına parkda Telmanla görüşmüş və Telmana 240 manat da pul vermişdir. Həmin vaxtı Telman ona "yerdə qalan pulu da tez düzəlt gətir, əmrini verdirim" bildirmişdir. 28 may 2023-cü il tarixdə, saat 12 radələrində Lənkəran şəhəri Nizami küçəsində yerləşən Lənkəran rayon məhkəməsinin binasının qarşı tərəfində olan çayxananın yanında Telmanla görüşmüş və Telmana 300 manat pul verib, 60 manatı düzəldə bilməyəcəyini söyləmişdir. Telman da ona, əmri veriləndən sonra 60 manatı da verməyini bildirmişdir. O, işə əmrinin nə vaxt veriləcəyini Telmandan soruşmuşdur. Telman da 2-3 gün ərzində ona zəng edib məlumat verəcəyini bildirmişdir. O, Telmandan ayrılıb yaşadığı evə getmişdir. Telman, onun verdiyi cəmi 1140 manat pulu kimə verəcəyini ona deməmişdir. 2-3 gündən sonra, o, Telmana zəng etsə də, Telman onun zənglərinə cavab verməmişdir. Telmanın dələduzluq hərəkətləri nəticəsində ona cəmi 1140 manat ziyan dəymişdir. xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında dindirilmiş Şahid göstərmişdir ki, Telmana bağbanlığ işinə düzəltməyə görə pul vermişdir. Lakin, Telman işi düzəltməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid ibtidai istintaq zamanı göstərmişdir ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 onun doğma anasıdır. Anası Aygül heç bir yerdə işləmir. X6 1-ci qrup əlildir və o da heç bir yerdə işləmir. Lənkəran rayonu İstisu qəsəbə sakini Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdən etibarən tanıyır. Telmanla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. 29 aprel 2023-cü il tarixdə, saat 12 radələrində anası Aygül onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək, evdən 300 manat pul götürüb, Lənkəran şəhərində yerləşən H.Əliyev adına olan parkda ona verməyini bildirmişdir. O da evdən 300 manat pul götürmüş və Gərmətük qəsəbəsində avtobusa əyləşib Lənkəran şəhər bazarının yanına gəlmişdir. Lənkəran şəhər bazarının qarşısında avtobusdan düşmüş və H.Əliyev adına olan parka getmişdir. O, H.Əliyev adına olan parkda anası Aygülün bir kişi ilə söhbət etdiyini görmüşdür. O, onlara yaxınlaşmış və 300 manat pulu anası Aygülə vermişdir. Anası Aygül 300 manat pulu həmin kişiyə vermişdir. Sonra isə anası Aygül ona, həmin kişinin adının Telman olduğunu və X3 baş aqranom işlədiyini, onu həmin müəssisəyə bağban kimi işə düzəldəcəyini bildirmişdir. Bundan sonra, o, onlardan ayrılıb yaşadığı Gərmətük qəsəbəsinə qayıtmışdır. Sonradan anası Aygül ona bildirmişdir ki, Telman onu işə düzəltmək adı ilə aldadaraq, cəmi 1140 manat pulunu almış və onu işə düzəltməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı məhkəmə tərəfindən ona təqdim olunmuş heç bir izahatı, ifadəni və sənədi imzalamadığını bidirdiyindən, iş üzrə məhkəmə xətt-ekspertizazı təyin eymiş, məhkəməyə daxil olmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/417 nömrəli ekspert rəyi və ekspertiza xərclərinə dair bildirşdən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 11-12-ci vərəqində olan 20 iyul 2023-cü il tarixli İzahatda Təqsirləndirilən şəxs adından olan imzalar (03 ədəd); 57-58-ci vərəqlərində olan 20 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəx qismində cəlb etməklə ittihamın elan olunması haqqında qərarda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 66-cı vərəqində olan 09 dekabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokolda “Axtarışda olan:” qrafasındakı imza; 72ci vərəqində olan 10 dekabr 2023-cü il tarixli ərizədəki imza; 79-cu vərəqində olan 10 dekabr 2023-cü il tarixli Təqsirləndirilən şəxsə müdafiəçi təqdim edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 80-82-ci vərəqlərində olan Təqsirləndirilən şəxsin hüquq və vəzifələri barədə 10 dekabr 2023-cü il tarixli bildirişin 1-ci və 2-ci vərəqlərinin aşağı hissələrində soldan 1-ci imzalar, 3-cü vərəqində Təqsirləndirilən şəxs:“ qrafasındakı imza; 83-cü vərəqində olan 10 dekabr 2023-cü il tarixli Təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarın surətinin ona verilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 84-cü vərəqində olan 10 dekabr 2023-cü il tarixli Cinayət prosesi iştirakçılarına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 85-87-ci vərəqlərində olan 10 dekabr 2023-cü il tarixli Təqsirləndirilən şəxsin dindirilməsi protokolunda Təqsirləndirilən şəxs adından olan imzalar (06 ədəd); 96-98-ci vərəqlərində olan 25 fekabr 2023-cü il tarixli Üzləşmə dindirmə protokolunda Təqsirləndirilən şəxs adından olan imzalar (04 ədəd); 101-102-ci vərəqlərində olan 29 dekabr 2023-cü il tarixli Üzləşmə dindirmə protokolunda Təqsirləndirilən şəxs adından olan imzalar (03 ədəd); 120-ci vərəqində olan 09 yanvar 2024-cü il tarixli Cinayət prosesi iştirakçılarına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 124-126-cı vərəqlərində olan Təqsirləndirilən şəxsin hüquq və vəzifələri barədə 09 yanvar 2024-c il tarixli bildirşin 1-ci və 2-ci vərəqlərinin aşağl hissələrindəki imzalar, 3-cü vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 127-ci vərəqində olan 09 yanvar 2024-cü il tarixli Təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarın surətinin ona verilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 128-130-cu vərəqlərində olan 09 yanvar 2024-cü il tarixli Təqsirləndirilən şəxsin dindirilməsi protokolunda Təqsirləndirilən şəxs adından olan imzalar (06 ədəd); 131-ci vərəqində olan 11 yanvar 2024-cü il tarixli Təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi barədə protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 135-136-cı vərəqlərində olan 15 yanvar 2024-cü il tarixli Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında protokolun 2-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 88-89-cu vərəqlərində olan 10 dekabr 2023-cü il tarixli Qətimkan tədbiri seçilməsi haqqında qərarda “Təqsirləndirilən şəxs:” qrafasındakı imzanın; 121-122-ci vərəqlərində olan 09 yanvar 2024-cü il tarixli Təqsirləndirilən şəxs qismində cəlb etməklə yenidən ittihamın elan olunması haqqında qərarda “Təqsirləndirilən şəxs:” qrafasındakı imzanın; 135-136-cı vərəqlərində olan 15 yanvar 2024-cü il tarixli Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında protokolun 1-ci vərəqində soldan 1-ci imzanın - Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olununbolunmamasını müəyyən etmək mümkün olmadı. Ekspertiza xərci 150 manat təşkil eləyir. İşdə olan DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, 1988-ci ildən başlayaraq Təqsirləndirilən şəxs 5 dəfə cinayət məsuliyyətinə cəlb olunmuş, o cümlədən də, sonuncu 3 cinayət məsuliyyəti dələduzluq əməlinə görə olmuş, xx.xx.2003-cü il tarixdə Masallı Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinib Milli Məclisin xx.xx.2001-ci il tarixli Amnistiya qərarının 1.13 və Milli Məclisin xx.xx.2003-cü il tarixli Amnistiya qərarının 1.14-cü bəndinə əsasən barəsində olan cinayət işinin icraatına xitam verilmiş, xx.xx.2004-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətə, xx.xx.2005-cü il tarixdə Masallı Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan və Lənkəran ŞRPŞ-nin İB-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məcburi qaydada İstintaq bölməsinə gətirilməsi üçün İTB-nin əməkdaşları onun yaşadığı Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən evində olmuşlar, lakin o, evdə olmamış, ailə üzvlərinin bildirdiklərinə görə naməlum ünvanda yaşamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İşdə olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18.30-də Lənkəran rayonu İstisu qəsəbəsi ərazisində yaxalanaraq Lənkəran ŞRPŞ-nə gətirilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına alma” qətimkan tədbiri seçilməklə, saat 15:15-də həbsdən azad edilmişdir. İşdə olan Lənkəran Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsinin 18 dekabr 2023-cü il tarixli, 02/133 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsində "Baş aqranom" işləyir və onun işçi işə götürmək səlahiyyəti yoxdur. ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs3 süpürgəçi kimi işə və Lənkəran rayonu, Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 bağban kimi işə düzəlmələri üçün Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsinə müraciət etməmişlər. Həmçinin Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 işlə təmin olunmaları üçün müəssisənin rəhbərliyinə və yaxud da müəssisəyə müraciət etməmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə olunmuş Lənkəran Rayon Məhkəməsinin X19 “X9”nın baş həkimi cənab Ağabala Kəlbiyevə ünvanlanmış 16 iyul 2024-cu il tarixli 1(049)-86/2024 nömrəli sorğudan göprünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddəsi ilə təqsirləndirlməsinə dair cinayət işi üzrə məhkəmə iclaslarından biri xx.xx.2024-cü il tarixə təyin edilmiş, lakin Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə X7 həkim-kardiologun imzası ilə təsdiqlənmiş və göndəriş vərəqəsinin nömrəsi 5150 olan “Tibbi xidmət(lər)in göstərilməsi üçün göndəriş vərəqəsi”ni ərizəsinə əlavə etməklə məhkəməyə ərizə ünvanlayaraq ürəyi ilə əlaqədar Bakı şəhərinə əməliyyata getdiyi üçün məhkəmə iclasını başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə həmin tibbi sənədi əsas götürərək məhkəmə iclasını xx.xx.2024-cü il tarixə təxirə salmış, xx.xx.2024-cü il tarixdə məhkəmə iclası baş tutmuş, Dövlət ittihamçısının çıxışından sonra müdafiə tərəfi zərəçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üçün məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salmışdır. Lakin, Təqsirləndirilən şəxs təkrarən X7 həkimi Nurəddin Əsgərovun imzası ilə təsdiqlənmiş və göndəriş vərəqəsinin nömrəsi 5609 olan “Tibbi xidmət(lər)in göstərilməsi üçün göndəriş vərəqəsi”ni ərizəsinə əlavə etməklə məhkəməyə təkrar olaraq ərizə ünvanlayaraq bir dəfə ürək əməliyyatı keçirdiyini, ikinci dəfə əməliyyat olunması üçün həkimlərin onu Bakı şəhərinə göndərdiklərini göstərərək təkrar olaraq məhkəmə iclasını başqa vaxta keçirilməsini xahiş etmişdir. Bu dəfə də məhkəmə həmin tibbi sənədi əsas tutaraq məhkəmə iclasını xx.xx.2024-cü il tarixə təxirə salmışdır. Lakin yenidən, o, X7 həkimi Nurəddin Əsgərovun imzası ilə təsdiqlənmiş və göndəriş vərəqəsinin nömrəsi 7042 olan “Tibbi xidmət(lər)in göstərilməsi üçün göndəriş vərəqəsi”ni ərizəsinə əlavə etməklə məhkəməyə bir daha ərizə ünvanlayaraq bu dəfə artıq böyrəyindən şikayətlənərək həkimlər tərəfində onu Bakı şəhərinə əməliyyata göndərildiyini göstərmiş, bir daha məhkəmə iclasını başqa vaxta keçirilməsini xahiş etmişdir. Artıq məhkəmədə belə bir şübhə yaranmışdır ki, Təqsirləndirilən şəxs “Tibbi xidmət(lər)in göstərilməsi üçün göndəriş vərəqəsi”ndən istifadə edərək məhkəmə iclaslarından qəsdən yayınır. Buna görə də onun məcburi qaydada məhkəməyə gətirlməsi zərurət yaranmışdır. Onun məcburi qaydada məhkəməyə gətirilməsi onun səhhətinə (sağlamlığına) ağır təsir göstərib-göstərməyəcəyini aydınlaşdırmaq üçün bu barədə cavab verilmələri xahiş edilmişdir. İşə əlavə olunmuş X19 “X9”nın xx.xx.2024-cü il tarixli cavabından görünür ki, təqsirləndirlən şəxs xx.xx.2024-cü il tarixdə müayinə olunmuş, “UİX, stenokardiyanın digər formaları” diaqnozu ilə Bakı şəhər “Yeni Klinika” müəssisəsinə angografiya müayinəsi üçün göndərilmişdir. İşə əlavə olunmuş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirlən şəxs məhkəmə iclaslarına gəlməkdən yayındığı üçün, onun məcburi qaydada məhkəmə islasına gətirilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin ifadə və ərizələrinə, şahid ifadəsi, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə eyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 870 manat pulunu deyil, 300 manat pulunu, Zərərçəkmiş şəxs1 1140 manat pulunu deyil, 600 manat pulunu alması barədə özünümüdafiə üçün dəlillər göstərsə də, onun Zərərçəkmiş şəxs3 Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsinə süpürgəçi kimi işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, sonuncunun 870 manat pulunu və Zərərçəkmiş şəxs1 Lənkəran şəhəri Yaşıllaşdırma Müəssisəsinə bağban kimi işə düzəldəcəyinə yalan vəd verib aldadaraq, sonuncunun 1140 manat pulunu ələ keçirməsi, zərərçəkmiş şəxslərin ərizələri, zərərçəkmiş şəxs və şahid ifadələri, üzləşdirmə-dindirmə protokolları, habelə ibtidi və məhkəmə istintaqı zamanı toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən, həmin xüsusatlar özünü məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər analoji cinayət əməlini törətdiyinə görə dəfələrlə məhkum olunmasına baxmayaraq, yenidən analoji cinayət əməlinin törətməklə belə cinayət əməlini törətməyə meyilli olmasını, zərəçəkmiş şəxslərə vurduğu ziyanı ödəməməsini, onların ondan tələbkar və şikayətçi olmasını, istintaqın çağırışlarından və məhkəmə iclaslarından yayınmasını, cəzanı yüngülləşdirən halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək miiddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tııtma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafıq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-nin 46.3-cü maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün ictimai işlərə, islah işlərinə əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bu cəza növü intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 noyabr 2011-ci il tarixli Qərarının 1-ci bəndində göstərilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafıq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Həmin Qərarın 3-cü bəndinə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüquqıından məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun vəzifə səlahiyyətləri ilə əlaqədar olduğundan ona müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası da əlavə cəza olaraq təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 46 və 69.3-cü maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 150 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Zərəçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 vurulmuş ziyanla bağlı təqsirləndirlən şəxsə qarşı mülki qaydada iddia qaldırmaq hüquqları izah edilməlidir. İş üzrə mülki iddia, maddi sübutun olmaması nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 428-435-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 46-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi 02 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 150 (bir yüz əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Zərəçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 vurulmuş ziyanla bağlı təqsirləndirlən şəxsə qarşı mülki qaydada iddia qaldırmaq hüquqları izah edilsin. İş üzrə mülki iddia, maddi sübutun olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X15
Məhkəmə qərarları › İş №1(049)-86/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-86/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver