Məhkəmə qərarları › İş №1(049)-87/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-87/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-87/2024 15.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: Şahid2, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 2006-cı il tarixdə Lənkəran rayonu, Girdəni kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla, Lənkəran rayonu, Sütəmurdov kəndinə yaşayan və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə, saat 23 radələrində müvəqqəti yaşadığı Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən evdə olarkən anası Şahid2 mobil telefonuna zəng etmiş qohumu Zərərçəkmiş şəxs qəbul etdiyi spirtli içkinin təsiri altına onun anasına təklikdə görüşməyi təklif etməsini eşidib, sonuncu ilə mobil telefonda şəxsi münasibətlər zəminində, yəni gecə vaxtı anasına zəng edib onu narahat etməsi səbəbindən aralarında baş vermiş mübahisənin davamı olaraq, 14 mart 2023-cü il tarixdə, gecə saat 00:20 radələrində Lənkəran rayonu, Girdəni kəndinə gedərək, həmin kənddə yol kənarında yerləşən avtobus dayanacağının arxa hissəsində qarşılaşdığı Zərərçəkmiş şəxs əvvəlcə alın nahiyəsinə, zərbənin təsirindən yerə yıxılmasından sonra isə baş nahiyəsinə yumruğu ilə qəsdən zərbələr vuraraq, ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid alın nahiyəsində əzilmiş yara, sol gicgah və ənsə nahiyələrində qançırlar və sağ gicgah nahiyəsində sıyrıqdan ibarət xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Lənkəran rayonun Sütəmurdov kəndində anası X1 və qardaşı Şahid4 ilə birlikdə yaşayır. İşləmir. Zərərçəkmiş şəxs atası Şahid1 əmisi oğludur. Onunla aralarında heç bir düşmənçilikləri və ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində evdə olarkən anası Günelin mobil telefonuna zəng gəlmişdir. Anası həmin vaxt telefona cavab verərkən seleoktorla danışmışdır. Həmin şəxs anasına polis əməkdaşı olduğunu telefonu selektordan çıxarmasını demişdir. Anasıda həmin şəxs “buyur eşidirəm deyib telefonu qulağına qoyduğunu” demişdir. Həmin şəxs anasına “Zamindir Bəşirin oğlu səninlə işim var, səninlə təklikdə görüşmək istəyirəm” dedikdə anası ona sənin nə işin ola bilər demişdir. Zamində anasına təkidlə görüşmək istədiyini demişdir. Anası həmin vaxt Zaminə “sən kimsən ki mənimlə görüşmək istəyirsən” deyib onu təhqir etmişdir. Bu zaman telefonu anasından alıb Zaminlə danışaraq niyə anasına zəng etidyini soruşanda Zamin ona qızıl satmaq istədiyini demişdir. O da Zaminə qızıl satmaq istəyirsən səhər dükana get sat bu vaxtı nə qızıl satmaq dedikdə, Zamində ona "sən kimsən ki mənimlə bu cür danışırsan” deyib onu süyüb təhqir edib dəstəyi asmışdır. O sonra Zamini yenidən yığıb ondan harada olduğunu soruşmuş, Zamində Girdəni kəndində Şabanın dükanın yanında olduğunu demişdir. Sonra Zaminə gözlə gəlib söhbət edərik dedikdə Zamin həmin vaxt gəlməyən şəxsin ünvanına nalayiq söyüşlər söymüşdür. O həmin vaxt qardaşı Emral ilə birlikdə sürücüsünü tanımadığı taksi ilə Lənkəran rayonun Girdəni kəndinə getmişlər. Onlar Şabanın dükanın qarşısına gəlmişlər. Lakin Zamini orada görməmişdir. Sonra Zaminin evinə getmişlər. Həmin vaxt Zaminin arvadı ona Zaminin evdə olmadığını demişdir. Onlar Zaminin evindən çıxıb yola tərəf gedəndə yaxınlıqda yaşayan Şirəlinin evinin qarşısında Zamini görmüşlər. Zamin həmin vaxt telefonla danışmış. O Zamini çağırsa da ona əhəmiyyət verməmişdir. Ona yaxınlaşan kimi, ona baxanda onun sifətinə bir yumruq vurmuşdur. O arxası üstə yerə yıxılmışdır. Sonra üstünə çıxıb yumruqla bədinin müxtəlif yerlərinə vurmuşdur. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyanı tam həcmdə zərərçəkmiş şəxsə ödəmiş, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Lənkəran rayonun Girdəni kəndində yaşayır. Evlidir himayəsində 3 azyaşlı övladı vardır. Əvvəllər məhkum edilməmişdir. Rəsmi olaraq işləmir. Lənkəran rayonun Göyşaban kəndinə metal qəbulu məntəqəsində fəhlə işləyir. Şahid2 əmisi oğlu Şahid1 arvadıdır. Onlarla münasibəti həmişə normal olmuşdur. Aralarında heç bir qəsdi qərəzçilikləri olmamışdır. xx.xx.2023-cü il tarixdə axşam vaxtı saat 21 radələrində Əminlə kənddə dükanın qarşısında rastlaşmışdır. Əmin ona birlikdə içmək üçün onun evinə gedməsini təklif etmişdir. O da həmin vaxt Əminə 13 manat pul vermişdir. Əmin dükandan viski alaraq birlikdə Əminin evinə getmişlər. Həmin ərəfədə Günel ilə Əmin arasında ailə münasibətləri pis olduğu üçün Günel uşaqları ilə birlikdə Lənkəran rayonun Sütəmurdov kəndində kirayədə qalır. Əminlə birlikdə viski içdikdən sonra çölə çıxıb siqaret çəkmişdir. Həmin vaxt Əmin onun telefonundan arvadı Güneli yığmışdır. Sonra o Əminin yanına qayıdanda telefonuna zəng gəldiyini görmüşdür. O cavab verəndə bir qadının onunla danışdığını eşitmişdir. Həmin qadına sizə zəng etmədiyini dedikdə qadın ona Günel olduğunu demişdir. O da Günelə Bəşir əminin oğlu olduğunu və onu yığmadığını, onu Əminin yığdığını demişdir. Günelə isə “sən kimsən ki, onu gecə vaxtı yığmısan’’ deyərək onu danlamışdır. Sonra Əminə kimi yığmısan dedikdə Əmin də ona arvadı Güneli yığdığını demişdir. O da əsəbləşib oradan çıxıb evinə tərəf piyada yola düşmüşdür. O qapıdan çıxanda yenə həmin nömrədən zəng gəlmişdir. O telefonu götürəndə bir kişi danışdığını eşitmişdir. Əmin arxasıyca gəlib telefonu ondan alıb telefonda ona zəng edəni şəxsi söyüb təhqir etməyə başlamışdır. O da telefonu Əmindən alıb söndürmüşdür. O kənddə Renadın dükanın qarşısına çatanda telefonu yandırmışdır. Yandıran zaman arvadı Gülbəniz ona zəng edərək evə iki nəfərin gəldiyini və səni soruşduqlarını və harada olduğunu soruşduqda ona evə gəldiyini demişdir. O Gülbənizlə danışarkən arxadan ona kiminsən başının arxa tərəfindən möhkəm bir zərbə vurmuşdu. Arxaya çevriləndə onu vuran şəxsin Semral olduğunu görmüşdür. O yerə yıxıldıqdan sonra Semral yerdə bədəninin müxtəlif nahiyyələrində yumruq təpiklə vurmağa başlamışdır. Sonra oradan çıxıb getmişlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə notariat qaydasında təsdiq edilmiş ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş , təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: Şahid2 ifadəsində göstərdi ki, Lənkəran rayonun Girdəni kəndində qeydiyyatda olsa da, hazırda iki oğlu Semral və Emral ilə birlikdə Lənkəran rayonun Sütəmurdov kəndinə yaşayır. Əri Şahid1 ayrılmışdır. Özü rəsmi olaraq heç yerdə işləmir. Əvvəllər mərkəzi bazarda qızıl satılan dükanda satıcı işləmişdir. Zərərçəkmiş şəxs əri Şahid1 əmisi oğludur. Onunla aralarında heç bir düşmənçilikləri və ədavələri olmamışdır. xx.xx.2023-cü il tarixdə 23 radələrində evdə olarkən mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmişdir. O həmin vaxt telefonu cavab verərkən seleoktrla danışmışdır. Həmin şəxs ona əvvəlcə polis olduğunu və telefonu selektordan çıxartmasını demişdir. O da həmin şəxs buyur eşitdiyini deyib telefonu qulağına qoyduğunu desə də amma telefon seleoktorda qalmışdır. Həmin şəxs ona "Zamindir Bəşirin oğlu səninlə işim var, təklikdə görüşmək istəyirəm” dedikdə ona “sənin mənimlə nə işin ola bilər” demişdir. Zamin təkidlə onunla görüşmək istədiyini demişdir. O da həmin vaxt Zamini söyüb təhqir edərək dəstəyi asmışdı. Bu zaman oğlu Semral ondan telefonu alıb Zaminlə danışaraq niyə zəng etidyini soruşanda Zamin Semrala qızıl satmaq istədiyini demişdir. Semralda Zaminə qızıl satmaq istəyirsən səhər dükana get sat bu vaxtı nə qızıl satmaq dedikdə Zamin Semrala “sən kimsən ki mənimlə bu cür danışırsan” deyə onu süyüb təhqir edərək dəstəyi asmışdır. Semral Zamini yenidən yığıb ondan harada olduğunu soruşmuş, X4 kəndində Şabanın dükanın yanında olduğunu demişdir. Semral Zaminə gözlə gəlib söhbət edərik dedikdə Zamin həmin vaxt gəlməyən şəxsin ünvanına nalayiq söyüşlər söymüşdür. O həmin vaxt uşaqlarına getməmələrini desə də onlar onu dinləmədən evdən çıxıb getmişlər. Üstündən bir saat sonra evə qayıtmışlar. Onlar ona baş verənləri danışmışlr. Belə ki, Semral ilə Emral Zamini kənddə axtarsalarda tapa bilmədikləri üçün onun evinə getmişlər. Lakin Zamin evdə olmamışdır. X5 evinin qarşısında rastlaşmışlar. Aralarında dava-dalaş baş vermişdir. Semralın ona deməsinə görə Zamin onu söydüyü üçün onu vurmuşdur. Hazıra oğlu Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 28-29-cu vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 261 saylı MTE-nin rəyindən görünürki, Zərərçəkmiş şəxs bədəni üzərində- alın nahiyyəsində əzilmiş yara, sol gicgah, ənsə nahiyyələrində qançırlar, sağ gicgah nahiyyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 6-12 saat əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 63-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 avqust 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş notarial qaydada təsdiq edilmiş 25 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığı üçün ondan heç bir maddi və mənəvi ziyana dair təzminat istəmir, xahiş edir ki, işə xitam verilsin. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmadığından, dəymiş ziyanı tam həcmdə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və dəymiş ziyanı ödədiyini təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət işinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar