Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-88/2023 22.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12:17 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, mülki iddiaçı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1973-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatında olmaqla yaşamış, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayında həmkəndlisi Şahid5 məxsus şəxsiyyət vəsiqəsindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə həmkəndlisi Şahid5 Zərərçəkmiş şəxs ASC-nin Lənkəran filialından 11 avqust 2021-ci il tarixdə bağladığı GTKR4027107A138 nömrəli kredit müqaviləsi üzrə öz adına götürüb ona borc verdiyi kredit məbləğinin ödənişini etmək adı ilə sonuncudan şəxsiyyətini təsdiq edən sənəd olan şəxsiyyət vəsiqəsini alıb niyyətini həyata keçirtmək üçün 25 dekabr 2021-ci il tarixdə koronavirus pandemiyasına görə tətbiq edilmiş məhdudiyyətlərlə bağlı xüsusi karantin rejiminin davam etdiyi şəraitdə tibbi maska və papaqla üz cizgilərini gizlədərək Zərərçəkmiş şəxs ASC-nin ünvan 1 ünvanına gedərək növbəsinin çatdığını görüb filialda xidmət bölməsi üzrə baş mütəxəssis vəzifəsində işləyən, onun əsl niyyətindən xəbərsiz olan Şahid3 yaxınlaşaraq özünü Şahid5 kimi təqdim edib şəxsiyyət vəsiqəsini göstərərək növbəti dəfə kredit götürmək istədiyini və həmin məbləğdən filiala olan əvvəlki borcunu tam bağlayacağını israrla və əminliklə bildirib götürəcəyi kredit məbləğini isə qısa müddətdə qaytaracağına vəd verərək sonuncunu özünə inandırıb etibarını qazandıqdan sonra filialın işçisi Şahid3 ona olan inam və etibarından sui-istifadə edərək sonuncu tərəfindən filialla Şahid5 adına 60 aylıq müddətə qaytarmaq şərti ilə 4350 manat məbləğində kreditin verilməsi ilə bağlı 25 dekabr 2021-ci il və GTKR4581564A138 nömrəli kredit müqaviləsinin və onunla bağlı digər sənədlərin rəsmiləşdirilməsinə nail olub bank əməliyyatının davamı olaraq kassir Şahid2 Əfladin oğlunu da eyni üsulla özünə inandıraraq 25 dekabr 2021-ci il tarixli, 138TT**********0911 nömrəli “kasa məxaric orderi” adlı sənəd əsasında kassadan qəbul etdiyi 4350 manat məbləğində pul vəsaitinin “nağd pulun mədaxili üçün” adlı sənədlər üzrə 835,37 manatını Şahid5 adına ödənilməmiş qalmış əvvəlki kredit borcunun tam ödənişi, 43,5 manatını komissiya haqqı və 10 manatını sığorta haqqı kimi kassaya geri qaytarıb qalan 3461 manat 13 qəpik məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs ASC-yə məxsus 4350 (dörd min üç yüz əlli) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs ASC-yə həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar 2022-ci ilin yanvar ayında həmkəndlisi Şahid5 məxsus şəxsiyyət vəsiqəsindən istifadə etməklə eyni üsulla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə özündə saxladığı, həmkəndlisi Şahid5 məxsus olan şəxsiyyət vəsiqəsini özü ilə götürüb niyyətini həyata keçirtmək üçün 19 yanvar 2022-ci il tarixdə koronavirus pandemiyasına görə tətbiq edilmiş məhdudiyyətlərlə bağlı xüsusi karantin rejiminin davam etdiyi şəraitdə tibbi maska və papaqla üz cizgilərini gizlədərək Zərərçəkmiş şəxs ASC-nin ünvan 2 ünvanına gedərək növbəsinin çatdığını görüb filialda xidmət bölməsi üzrə aparıcı mütəxəssisi vəzifəsində işləyən, onun əsl niyyətindən xəbərsiz olan Şahid4 yaxınlaşaraq özünü Şahid5 kimi təqdim edib şəxsiyyət vəsiqəsini göstərərək növbəti dəfə kredit götürmək istədiyini və həmin məbləğdən filiala olan əvvəlki borcunu tam bağlayacağını israrla və əminliklə bildirib götürəcəyi kredit məbləğini isə qısa müddətdə qaytaracağına vəd verərək sonuncunu özünə inandırıb etibarını qazandıqdan sonra filialın işçisi Şahid4 ona olan inam və etibarından sui-istifadə edərək sonuncu tərəfindən filialla Şahid5 adına 60 aylıq müddətə qaytarmaq şərti ilə 5640 manat məbləğində kreditin verilməsi ilə bağlı 19 yanvar 2022-ci il tarixli və GTKR4682469A138 nömrəli kredit müqaviləsinin və onunla bağlı digər sənədlərin rəsmiləşdirilməsinə nail olub bank əməliyyatının davamı olaraq kassi Şahid1 da eyni üsulla özünə inandıraraq 19 yanvar 2022-ci il tarixli, 138TT**********1481 nömrəli “kassa məxaric orderi” adlı sənəd əsasında kassadan qəbu etdiyi xeyli miqdar təşkil edən 5640 manat məbləğində pul vəsaitinin “nağd pulun mədaxili üçün” adlı sənəd üzrə 4387,11 manatını Şahid5 adından 25 dekabr 2021-ci il tarixdə götürdüyü, ödənilməmiş qalmış əvvəlki kredit borcunun tam ödənişi, 56,40 manatını komissiya haqqı və 282 manatını sığorta haqqı kimi kassaya geri qaytarıb qalan 1014 manat 49 qəpik məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs ASC-yə məxsus xeyli miqdarda 5640 (beşmin altı yüz qırx) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs ASC-yə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlarla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəngsazdır, bu yola ailəsini dolandırır. Şahid5 uzun illərdir ki, tanıyır, onun həmkəndlisidir. 19 iyul 2021-ci il tarixdə qızı üçün öz həyətində toy etmişdir. Toy edəndən sonra onun borcu yaranmışdır. Həmin zaman kənddə olan bir neçə tanışı “poz qazan” lotoreyasından uduşlar əldə edirmiş. O da həmin lotoreyadan almağı, əldə etdiyi qazancla öz borclarını ödəməyi düşünmüşdür. Həmkəndlisi Şahid5 təqaüd aldığını bilirmiş. 2021-ci ilin avqust ayının əvvəllərində Şahid5lə kənddə görüşmüşdür. Sonuncuya ona pul lazım olduğunu, lakin rəsmi gəliri olmadığı üçün bankların ona kredit vermədiyini demiş, İlqardan təqaüd kartı ilə bankdan kredit götürməsini, götürdüyü krediti ona verməsini xahiş etmişdir. O da borclarını bağlayandan sonra hər ay İlqarın kredit ödənişini edəcəyini demişdir. İlqar onunla razılaşmışdır. 11 avqust 2021-ci il tarixdə İlqarla birlikdə Zərərçəkmiş şəxs ASC-nin Lənkəran şəhər filialına getmişlər. Həmin zaman ölkə ərazisində pandemiya rejimi olduğu üçün bütün qapalı müəssisələrə giriş tibbi maska ilə həyata keçirilirmiş. O və İlqar maska taxıb banka daxil olmuşlar. Bankın girişində əyləşən iki xanım işçidən birinə yaxınlaşmış, İlqar kartı həmin xanıma təqdim edərək kredit götürmək istədiyini demişdir. Həmin xanım İllqarın məlumatlarına baxdıqdan sonra ona kredit düşdüyünü demiş və çek götürüb növbəsini gözləməsini və kredit mütəxəssisinə yaxınlaşmasını xahiş etmişdir. Müvafiq sənədləşmə həyata keçirildikdən sonra o İlqarla birlikdə kassaya yaxınlaşmışdır. Kassada olan xanım işçi İlqarın şəxsiyyət vəsiqəsini aldıqdan sonra ona pulu sayaraq vermişdir. İlqar pulu saymamış o İlqardan pulu almışdır. İlqara 1200 manat kredit verilmişdir. Bankdan çıxdıqdan sonra İlqara 1200 manat kredit verildiyini demiş və sonuncuya 50 manat pul vermişdir. Daha sonra onlar kəndə qayıtmışlar. O həmin pulu evə aparmış və həmin pulla hər gün, bitənə qədər “Poz qazan” lotoreyası almağa başlamış, kiçik uduşlar qazansa da istədiyi böyük məbləğdə uduşu əldə edə bilməmişdir. 2021-ci ilin sentyabr ayında İlqara 90 manat pul vermiş və kreditin bir aylığını ödəməsini demişdir. 2021-ci ilin dekabr ayına qədər o başqa heç bir ödəniş etməmişdir. İlqar bu müddət ərzində ona krediti ödəməyini desə də o pul olmadığı üçü ödəyə bilmir, pul olan zaman kredit borcunu tamamilə bağlayacağını deyirmiş. 2021-ci ilin dekabr ayının sonlarında İlqar yenidən ondan kredit borcunu ödəməyini tələb etmişdir. O İlqara yeni işə girəcəyini, onu işə götürsünlər deyə kənddə olan yaxınlarının şəxsiyyət vəsiqələrini alıb həmin iş yerinə təqdim etdiyini demişdir. İlqardan şəxsiyyət vəsiqəsini alaraq krediti tamamilə ödəyəcəyimi bildirmişdir. İlqar şəxsiyyət vəsiqəsini ona vermişdir. 25 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-nin Lənkəran şəhər filialına getmişdir. Qapıda olan işçi tibbi maska taxmağını tələb etmiş, çölə çıxıb maskanı taxmış və içəri daxil olmuşdur. Girişdə əyləşən xanım işçiyə yaxınlaşıb İlqarın şəxsiyyət vəsiqəsini vermişdir. Həmin işçi onun İlqar olduğunu zənn edərək ona: “İlqar müəllim” – deyə müraciət etmişdir. O həmin işçiyə kredit lazım olduğunu bildirmiş, əməkdaş ona kredit düşdüyünü deyərək onu kredit mütəxəssisinə yönləndirmişdir. Bəy işçiyə yaxınlaşmış, həmin işçi də onun İlqar olmadığını bilməmişdir. İşçi ona 4350 manat kredit düşdüyünü demişdir. O əvvəlcə bu qədər məbləğin çox olduğunu bildirsə də sonradan razılaşmışdır. Sənədləşmə zamanı o sənədlərə öz imzası ilə imza etmişdir. Daha sonra kassaya yaxınlaşmış, kassada olan bəy işçi ona 4350 manat krediti təqdim etmişdir. O həmin məbləğdən Şahid5 adına olan kreditdən qalıq borc şəklində qalan 835 manatı, həmçinin 43 manat komissiya haqqını ödədikdən sonra 3472 manat pulu kassadan götürmüşdür. Kassa işçisi də onun İlqar olmadığını bilməmişdir. 10 yanvar 2022-ci il tarixdə o yenidən İlqarın adına götürdüyü borcu ödəmək üçün Zərərçəkmiş şəxs ASC-nin Lənkəran şəhər filialına getmişdir. Orada İlqarın şəxsiyyət vəsiqəsini təqdim edib aylıq kredit ödənişini etmək istədiyini bildirmişdir. Orada olan bəy işçi ondan 111 manat pul alıb kredit ödənişini həyata keçirmiş və çeki ona qaytarmışdır. Götürdüyü krediti artıq xərclədiyindən 19 yanvar 2022-ci il tarixdə yenidən İlqarın şəxsiyyət vəsiqəsini götürüb Zərərçəkmiş şəxs ASC-nin Lənkəran şəhər filialına getmiş, tibbi maska taxıb banka daxil olmuşdur. Bankın girişində əyləşən xanım işçiyə yaxınlaşmış, şəxsiyyət vəsiqəsini təqdim edib kredit götürmək istədiyini bildirmişdir. Həmin işçi şəxsiyyət vəsiqəsini alıb baxdıqdan sonra ona 5640 manat kredit düşdüyünü, istəyib-istəmədiyini soruşmuşdur. O da istədiyini bildirmişdir. Kredit mütəxəssisinə yaxınlaşmış, kredit mütəxəssisi onun İlqar olmadığını bilməmişdir. Sənədləşmə həyata keçmiş, sənədlərə öz imzası ilə imza etmişdir. Sənədləşmə bitdikdən sonra kasayya yaxınlaşmış, orada olan xanım işçi onun İlqar olmadığını bilməmişdir. Kredit müqaviləsində əks edilən 5640 manat pulu ona təqdim etmiş, o Şahid5 adına 19 dekabr 2021-ci il tarixdə götürdüyü 4350 manat kredit məbləğindən qalıq borc şəklində qalan 4287 manatı, sığorta məbləği olan 282 manatı və komissiya haqqı olan 56 manatı kassaya ödədikdən sonra qalan 1014 manat pulu götürmüşdür. O bankdan çıxmış və həmin pulu həm şəxsi ehtiyacları üçün xərcləmiş, bir hissəsini də “Poz qazan” lotoreyası almışdır. 2022-ci ilin fevral ayının əvvəllərində İlqar ona yaxınlaşmış, şəxsiyyət vəsiqəsinin lazım olduğunu demişdir. O da şəxsiyyət vəsiqəsini İlqara vermişdir. Sonradan İlqar onun şəxsiyyət vəsiqəsindən istifadə edib bankdan kredit götürdüyünü bilmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə vurmuş olduğu ziyanı ödəyəcəyini, lakin maddi imkanı olmadığı üçün ödəyə bilmədiyi, yaşlı olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında mülki iddiaçı - zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsindən göstərmişdir ki, 2020-ci ildən Zərərçəkmiş şəxs ASC-nin Məhkəmələr və hüquqi təminat şöbəsinin aparıcı hüquqşünası vəzifəsində çalışır. Zərərçəkmiş şəxs ASC-nin Lənkəran şəhər filialında baş vermiş dələduzluq halı ilə əlaqədar ilk olaraq Zərərçəkmiş şəxs ASC-nin Hüquq və komplayens idarəsinin Fraud və dələduzluğa qarşı mübarizə şöbəsinə məlumat verilmişdir. Həmin şöbədə baş vermiş hal araşdırılmış, dələduzluq cinayətinin tərkib əlamətləri mövcud olduğundan bu barədə hüquq-mühafizə orqanlarına, həmçinin onun şöbəsinə məlumat verilmişdir. Zərərçəkmiş şəxs ASC-nin rəhbərliyi tərəfindən bankın nümayəndəsi qismində o tanınmışdır. Baş vermiş hadisə ilə ətraflı şəkildə tanışdır. Lənkəran rayonu Boladi kənd sakini Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci il və 19 yanvar 2022-ci il tarixlərində Zərərçəkmiş şəxs ASC-nin Lənkəran şəhər filialına həmkəndlisi Şahid5 məxsus olan şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq özünü Şahid5 kimi təqdim edib filial əməkdaşlarını aldadaraq Şahid5 adına iki dəfə müxtəlif məbləğlərdə kredit götürməyə nail olmuşdur. Daha sonra Şahid5 bu barədə məlumat alan kimi filiala yaxınlaşıb müraciət etmiş və filial tərəfindən baş ofisə məlumat verilmişdir. Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci il tarixdə özünü Şahid5 kimi təqdim edib kredit üçün filiala yaxınlaşdıqda bank əməkdaşı tərəfindən 4350 manatlıq kredit müqaviləsi rəsmiləşdirilib kassadan məxaric orderi əsasında ona təqdim edilmiş, Təqsirləndirilən şəxs Şahid5 keçmiş kreditindən qalıq qalmış 835,37 manat qalıq borcu, həmçinin 43,5 manat komissiya haqqını ödəmiş və qalan məbləğə sərəncam vermək hüququnu əldə etmişdir. Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdə özünü Şahid5 kimi təqdim edib kredit üçün filiala yaxınlaşdıqda bank əməkdaşı tərəfindən 5640 manatlıq kredit müqaviləsi rəsmiləşdirilib kassadan məxaric orderi əsasında ona təqdim edilmiş, Şahid5 keçmiş kreditindən qalıq qalmış 4287,11 manat, nağdlaşdırma komissiyası olan 56,4 manat və həyat sığortası üzrə sığorta haqqı olan 282 manat məbləğ Təqsirləndirilən şəxs tərəfindən ona kassada təqdim edilmiş 5640 manat məbləğ vasitəsilə ödənilmiş və Təqsirləndirilən şəxs qalan məbləğə sərəncam vermək hüququnu əldə etmişdir. Şahid5 11 avqust 2022-ci il tarixdə özü filiala müraicət edən zaman onun adına 1200 manat kredit rəsmiləşdirilmişdir. Həmin kredit 12 ay müddətində 21 faizlik dərəcə ilə müəyyənləşdirilmiş, Şahid5 razılığı ilə aylıq kredit ödənişi olan 111 manat onun təqaüd kartından avtomatik olaraq tutulmağa başlamışdır. 2022-ci ilin sentyabr ayından dekarb ayına qədər onun kartından 4 dəfə, ümumilikdə 444 manat kredit ödənişi tutulmuş, özü əlavə heç bir ödəniş etməmişdir. 2022-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs özünü Şahid5 kimi təqdim edib bankın Lənkəran şəhər filialına müraciət edərək yeni kredit rəsmiləşdirilməsini həyata keçirmiş, bu zaman Şahid5 2022-ci ilin avqust ayında rəsmiləşdirildiyi kredit məbləğindən qalıq qalan 835 manat vəsait həmin zaman özünü Şahid5 kimi təqdim edən Təqsirləndirilən şəxs verilən kredit məbləğindən çıxılmış və 2022-ci ilin avqust ayında Şahid5 özü tərəfindən götürülən kredit tamamilə bağlanmışdır. Şahid5 ilk dəfə özü filialdan 1200 manat kredit götürmüş, həy ay onun razılığı ilə 111 manat kredit təqaüd kartından avtomatik tutulduqdan sonra qalan 835 manat məbləğ Təqsirləndirilən şəxs götürdüyü kredit məbləğindən çıxılmış və həmin kredit bağlanmışdır. Təqsirləndirilən şəxs ilk dəfə 2022-ci ilin dekabr ayında 4350 manat kredit rəsmiləşdirilməsi həyata keçirmiş və qeyd edilən məbləğ kassadan məxaric orderi əsasında ona təqim edilmiş, Təqsirləndirilən şəxs komissiya haqqı və qalan 835 manat vəsaiti ona təqdim edilən məbləğ vasitəsilə ödəmiş və qalan məbləğ onun sərəncamına keçmişdir. 2022-ci ilin yanvar ayında da eyni qaydada rəsmiləşdirilmə həyata keçirilmiş, rəsmiləşdirilən 5640 manat kredit məbləği kassadan məxaric orderi əsasında Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncu təqdim edilən 5640 manat kredit məbləği vasitəsilə Şahid5 adına olan köhnə kreditin qalıq məbləği kimi hesablanmış 4287,11 manat, komissiya haqqı qismində hesablanmış 56,4 manat və həyat sığortası qismində hesablanmış 282 manatı ödədikdən sonra qalan məbləğ onun sərəncamına keçmişdir. Baş vermiş hadisədə Zərərçəkmiş şəxs ASC-yə ümumilikdə 11383,29 manat ziyan dəymişdir. Sonuncu kredit rəsmiləşdirilməsi üzrə əsas borc olan 5640 manat məbləğ, faiz borcu olan 4907 manat məbləğ və Şahid5 ilk götürdüyü kredit olan 1200 manat kreditdən qalıq qalan və Təqsirləndirilən şəxs iştirakı ilə rəsmiləşdirilən ilk kredit müqaviləsi zamanı həmin kredit məbləğindən çıxılan 835 manat məbləği toplamaqla 11383,29 manat maddi ziyan əldə edilmiş, Zərərçəkmiş şəxs ASC-yə dəymiş ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə məhkəmə iclasında mülki iddia təqdim edərək, cinayət əməli nəticəsində ona vurulmuş 5640 manat maddi ziyan, 479,4 manat əldən çıxmış fayda kimi faiz və ödənilmiş. 81,19 manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Nümayəndə məhkəmə çıxışında Təqsirləndirilən şəxs şikayətçidir, Təqsirləndirilən şəxs ona xeyli miqdarda ziyan vurmuşdur, ona verdiyi malların dəyərini hələ də ödəyə bilməmiş, mal sahibləri ondan pulunu tələb edir və mülki iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqında Şahid5 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Boladi kəndində qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, aldığı təqaüdlə ailəsinin dolandırır. Təqsirləndirilən şəxs həmkənlisidir, sonuncunu 40 ilə yaxın bir müddətdir ki, tanıyır, Təqsirləndirilən şəxs onun qardaşı ilə bir sinifdə oxuyub. Təqsirləndirilən şəxsla qonşuluqda yaşayır. Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının ortalarında onun yanına gələrək qızı üçün toy edəcəyini, lakin pulunun olmadığını demiş və ondan adına olan təqaüd kartı ilə 1200 manat kredit götürməyini, kredit ödənişini isə qızının toyu olandan sonra edəcəyini demişdir. O həmin zaman 250 manat təqaüd alırmış. Bu səbəbdən də Səyavuşa köməklik etmək məqsədilə onunla razılaşmışdır. 2021-ci ilin avqust ayının dəqiq yadında qalmayan gün Səyavuşla birlikdə Zərərçəkmiş şəxs ASC-nin Lənkəran şəhər filialına getmişlər. Orada qapıda qalan işçiyə yaxınlaşaraq kredit götürmək istədiyini bildirmiş, həmin işçi onu kredit mütəxəssisinə yönləndirmişdir. Kredit mütəxəssisinə yaxınlaşmış, şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Kredit mütəxəssisi adı və görünüşü yadında qalmayan xanım işçi olmuşdur. Həmin xanım ondan nə qədər kredit götürmək istədiyini soruşmuşdur. O da Səyavuşla olan razılaşmalarına uyğun olaraq 1200 manat kredit götürmək istədiyini bildirmişdir. Müvafiq sənədləşmə aparılandan sonra o kassaya yaxınlaşaraq 1200 manat krediti götürmüşdür. Bu proseslər baş verən zaman Səyavuş onun yanımda olmuş, pulu alıb çıxandan sonra Səyavuş ona 50 manat pul vermiş və evə qayıtmışlar. 2021-ci ilin sentyabr ayında Səyavuş ona kredit ödənişi üçün hissə-hissə olmaqla ümumilikdə 90 manat pul vermişdir. Kredit ödənişi ilə bağlı olaraq 2021-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayına qədər olan müddət ərzində onun təqaüdündən hər ay 111 manat olmaqla dekabr ayına qədər, ümumilikdə, 444 manat pul tutulmuşdur. İkinci dəfə təqaüdündən 111 manat tutulan zaman o Səyavuşu tapıb ondan kredit ödənişini tam şəkildə ödəməsini istəmiş, Səyavuş da pulu olmadığını, olan zaman ödəyəcəyini deyirmiş. 2021-ci ilin dekabr ayında o yenidən Səyavuşdan krediti ödəməsini tələb etdmişdir. Səyavuş ondan şəxsiyyət vəsiqəsini istəyərək şəxsiyyət vəsiqəsilə Zərərçəkmiş şəxs ASC-nin Lənkəran şəhər filialına gedib onun kreditini tamamilə bağlayacağını bildirmişdir. Həmçinin Səyavuş yeni işə girəcəyini, işə qəbul edilmək üçün kənddə olan 8-9 nəfər tanışlarından şəxsiyyət vəsiqələrini alıb həmin iş yerinə təqdim edəcəyini demişdir. Səyavuş onun şəxsiyyət vəsiqəsini də həmin iş yerinə təqdim etmək istədiyini deyərək ondan icazə istəmişdir. O da icazə vermişdir. Səyavuş yeni işə qəbul olub maaş aldığı zaman onun üçün kredit götürdükdən sonra onun təqaüdümdən tutulan, ümumilikdə, 444 manat pulu ödəyəcəyini demişdir. O da Səyavuşa ona güvəndiyi üçün razılaşmışdır. 2022-ci ilin yanvar ayında onun təqaüdündən yenidən 111 manat pul tutulmuşdur. O Səyavuşa adına olan krediti bağlamadığını demiş və gedib krediti ödəməsini bildirmişdir. Səyavuş ona krediti ödəyəcəyini demişdir. 2022-ci ilin fevral ayında təqaüdü 318 manat olaraq almış, həmin zaman təqaüdlərdə artım olduğu üçün o təqaüdündən çox pul almışdır. 2022-ci ilin mart ayında onun təqaüdündən 177 manat pul tutulmuşdur. O Səyavuşun yanına gedərək tutulmanın səbəbini soruşmuş, sonuncu ona yenə də yalan danışmağa başlamış, bu səbəbdən də o Səyavuşdan şəxsiyyət vəsiqəmi alaraq məsələni dəqiq öyrənmək üçün banka getmək qərarına gəlmişdir. O hər ay təqaüdü ayın ortalarında alır, 2022-ci ilin mart ayının ortalarında Səyavuşdan şəxsiyyət vəsiqəsini alandan sonra Zərərçəkmiş şəxs ASC-nin Lənkəran şəhər filialına getmişdir. Orada ona sonuncu dəfə 2022-ci ilin yanvar ayında bankdan 5600 manat kredit aldığını bildirmişlər. O həmin zaman bankdan kredit almadığını bildirmişdir. Əməkdaşlar ona imzaları sənədləri göstərərək onun imzası olduğunu demiş, o həmin imzaların onun tərəfindən çəkilmədiyini bildirmişdir. Lakin bank əməkdaşları ona inanmamışlar. O tək olduğum üçün fikrini tam izah edə bilməmiş və əsəbiləşdiyindən bankdan çıxmışdır. Kəndə getmək üçün mərkəzi bazar istiqamətində hərəkətdə olan zaman həmkəndlisi Hilal onu görmüşdür. O əsəbiləşdiyindən ağlayırmış. Hilal ondan nə oluğunu soruşmuş, o baş verən hadisəni danışmışdır. Hilal onunla birlikdə yenidən banka gəlmiş, filial müdürinin yanına girərək baş verən hadisəni danışmış və köməklik etməsini xahiş etmişdir. Müdür onu orada olan bir xanım işçinin yanına yönləndirmiş, həmin xanım ona bir kağız təqdim etmiş və kağızda imza çəkməyini istəmişdir. O kağızda 15-20 imza çəkmişdir. Daha sonra işçilər mənə köməklik edəcəklərini bildirmişlər. O daha sonra DİN-in 102 xidməti-zəng mərkəzinə müraciət edib baş verən məsələni danışmışdır. Təqsirləndirilən şəxs bu müddət ərzində ona pul verməmişdir. Məhkəmə istintaqında şahid X6 ifadəsində göstərmişdir ki, 2016-cı ildən Zərərçəkmiş şəxs ASC-nin Lənkəran şəhər filialında xidmət bölməsinin rəhbəri vəzifəsində işləyir. Vəzifəsi gündəlik işçilərin işə gəlmə davamiyyətini yoxlamaq, gündəlik hesabata nəzarət, kassada olan pula nəzarət, verilmiş kreditlərin və pul köçürmələrininin, məxariclərin imzalanması, təlimata uyğun işlərin davam etdirilməsi, tabeçiliyimdə olan əməkdaşların işini gündəlik olaraq planlamaq, və s. ibarətdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla iş və işdən kənar hər hansı bir münasibəti olmamışdır. 25 dekabr 2021ci il tarixdə bankın müdiri Ramis Quliyev məzuniyyətdə olduğu üçün müdir vəzifəsini o icra etmiş, bölmə rəhbəri kimi kredit mütəxəssislərinin rəsmiləşdirdiyi kreditlərə razılıq vermişdir. Razılıq kredit sənədləri mütəxəssis tərəfindən hazırlandıqdan sonra sənədlərə baxış keçirməklə təlimatda nəzərdə tutulmuş kredit ərizəsini, kredit müqaviləsini, ödəniş qrafikini və şəxsiyyət vəsiqəsinin məlumatlarını yoxlayıb sənədlərdə imza çəkməklə verilir. Kredit mütəxəssisinin sistem üzərindən seçimi əsasında o və filial müdiri kredit sənədlərini təsdiq edir. 25 dekabr 2021-ci il tarixdə xidmət bölməsinin baş mütəxəssisi Şahid3 kredit sənədlərini təsdiq etmək üçün ona təqdim etmişdir. O da Şahid5 aid olan 4350 manat məbləğində 60 aylıq kredit müqaviləsini, şəxsiyyət vəsiqəsini və digər sənədləri yoxlayıb kredit rəsmiləşməsini imzası ilə təsdiq etmişdir. Bankın daxili iş qaydalarına uyğun olaraq kredit rəsmiləşməsini təsdiq edən vaxt bölmə rəhbəri və filial müdiri müştərini fiziki olaraq görmür, kredit mütəxəssisinin təqdim etdiyi sənədlərə əsasən eyniləşdirmə və yoxlama aparmaqla krediti təsdiq edir. 23 aprel 2022-ci il tarixdə Şahid5 banka müraciət edərək Təqsirləndirilən şəxs onun xəbəri olmadan onun adına kredit götürdüyü bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs Şahid5 şəxsiyyət vəsiqəsindən istifadə etməklə iki dəfə 25 dekabr 2021-ci il tarixdə və 19 yanvar 2022-ci il tarixdə banka müraciət edərək sonuncunun adına pul krediti götürdüyü məlum olmuşdur. Müştəri növbə əsasında bankın xidmət bölməsinin əməkdaşlarına yaxınlaşaraq şəxsiyyətlərini təsdiq edən sənədi təqdim edir, mütəxəssis tərəfindən prosedur yoxlamalar aparıldıqdan sonra əgər müştəriyə kredit verilməsi uyğundursa, mütəxəssisin sistem üzərindən seçimi əsasında filial müdiri və ya bölmə rəhbəri tərəfindən kredit imza etməklə təsdiq edilir və müştəri kassadan pulu qəbul edir. İşçi sistem üzərindən seçim etdikdən sonra bölmə rəhbəri və ya filial müdirinin heç bir təsdiqedici hüququ yoxdur. 25 dekabr 2021-ci il tarixdə kredit mütəxəssisi müştəriyə krediti rəsmiləşdirdikdən sonra razılıq verilməsi üçün baş mütəxəssis Şahid3 sənədləri ona təqdim etmiş və o da yoxladıqdan sonra imza etməklə kredit rəsmiləşməsini təsdiqləmişdir. 25 dekabr 2021-ci il tarixdə mütəxəssis sənədləri ona təqdim etdikdə o, sənədlərdə olan MKR məlumatlarını, qalıq borcları, xəstəlik növünü və s yoxlamış, lakin müştərini fiziki olaraq görmədən rəsmiləşməni təsdiq etmişdir. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərmişdir ki, 2018-ci ildən Zərərçəkmiş şəxsın xidmət bölməsi üzrə baş mütəxəssis vəzifəsində işləyir. Vəzifəsi müştərilərin müraciətlərinə əsasən kreditin təhlili və rəsmiləşdirilməsi, mərkəzləşdirilmiş kredit reystrindən məlumatların əldə olunması, hüquqi və fiziki şəxşlərə hesabların açılması və hesablar üzrə əməliyyatların aparılması, plastik kartların sifarişi və təhvil verilməsi, əmanətlərin rəsmiləşdirilməsi, artırılması və azaldılması, qoyulmuş planlar üzrə hədəflərin yerinə yetirilməsi və s. ibarətdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla iş və işdən kənar hər hansı bir münasibəti olmamışdır. 25 dekabr 2021-ci il tarixdə müştəri növbəsi çatan zaman ona yaxınlaşıb şəxsiyyət vəsiqəsini təqdim edib özünün Şahid5 olmasını bildirmiş, kredit götürmək istədiyini qeyd etmişdir. Sistemdə fərdi məlumatlara baxıldıqdan sonra Şahid5 adına aktiv kredit olduğunu müəyyən etmişdir. Şahid5 olduğunu zənn etdiyi şəxsə həmin tarixə 835,37 manat qalıq borcu qaldığını bildirmişdir. Şərtlərə əsasən müştəriyə 4350 manat kredit rəsmiləşdirilə bilmiş və bunu müştəriyə izah etmişdir. Müştəri razılaşdıqdan sonra rəsmiləşdirilmiş 4350 manat kredit kassada müştəriyə təqdim edilmiş, köhnə kredit borcundan qalan 835,37 manat qalıq borcu, həmçinin 43,5 manat komissiya və 10 manat sığorta haqqı tutulduqdan sonra qalan 3461 manat 13 qəpik vəsait Təqsirləndirilən şəxs sərəncamına keçmişdir. Təxminən, 2022-ci ilin aprel ayının axırlarında Şahid5 Zərərçəkmiş şəxs ASC-nin Lənkəran şəhər filialına yaxınlaşaraq onun adına həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən kredit götürüldüyünü və bu rəsmiləşdirilmədən onun xəbəri olmadığını bildirmişdir. Dərhal filial rəhbərliyi tərəfindən bankın baş ofisinə məlumat verilmişdir. Kamera görüntülərinə baxış keçirildikdən sonra 19 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs həqiqətən də özünü Şahid5 kimi təqdim edib sonuncunun şəxsiyyət vəsiqəsindən istifadə edərək kredit götürdüyü məlum olmuşdur. 25 dekabr 2021-ci il tarixdə isə kamera görüntülərini bankın baş ofisi təqdim etməmişdir. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, kredit götürən vaxtı bir dəfə onu görmüşdür. Ondan kredit rəsmiləşməsi zamanı pul tələb etməmiş və almamışdır. O, şəxsin şəxsiyyətini təsdiq edən sənədi tələb edib FİN kodu sistemə daxil edib məlumatlara baxır, müraciət edən şəxsin üz görünüşü ilə tutuşdurub imzanın eyniliyini yoxlamaq üçün ASAN finance və MKR razılıq ərizələrinə müştəriyə imza çəkdirib imza eyniləşdirilməsini aparır və şəxsiyyəti müəyyən edir. 25 dekabr 2021-ci il tarixdə o kredit mütəxəssisi kimi müştəriyə krediti rəsmiləşdirdikdən sonra təsdiq etməsi üçün həmin zaman məzuniyyətdə olan filial müdiri Ramis Quliyevin vəzifəsini müvəqqəti icra edən bölmə rəhbəri Aysel Məmmədovaya təqdim etmiş və kredit müqaviləsini Aysel Məmmədova imza etməklə təsdiq etmişdir. Qeyd edilən zaman karantin rejim qaydalarına uyğun olaraq bütün müştəri və işçilər kimi Təqsirləndirilən şəxs da tibbi maskadan istifadə etmişdir. O, sonuncunun şəxsiyyət vəsiqəsini alıb sistemdə məlumatlara baxdıqdan sonra tibbi maskanı çıxarmasını xahiş etmiş və üz cizgiləri ilə şəxsiyyət vəsiqəsindəki şəkli tutuşdurmuş, İlqar və Səyavuş oxşar olduqlarına görə Səyavuşun İlqar olmadığını bilmədiyindən, həmçinin imza çəkən zaman da imzaları eyni olduğundan krediti rəsmiləşdirmişdir. Təqsirləndirilən şəxs Şahid5 şəxsiyyət vəsiqəsi ilə müraciət etdikdən sonra kredit mənim tərəfimdən rəsmiləşdirilmiş, həmin vaxtı filial müdiri məzuniyyətdə olduğu üçün bölmə rəhbəri müdiri əvəz etmiş, müdir əvəzi Aysel Məmmədova tərəfindən sənədlərə baxış keçirildikdən sonra kredit təsdiq edilmiş və Təqsirləndirilən şəxs kassaya sənədləri təqdim etməklə kassir Şahid2 qeyd edilən məbləğdə pulu götürmüşdür. Məhkəmə istintaqında Şahid2 Əfladin oğlu ifadəsində göstərmişdir ki, 2018-ci ildən Zərərçəkmiş şəxsın xidmət bölməsi üzrə baş mütəxəssis vəzifəsində işləyir. Vəzifəsi müştərilərin müraciətlərinə əsasən kreditin təhlili və rəsmiləşdirilməsi, mərkəzləşdirilmiş kredit reystrindən məlumatların əldə olunması, hüquqi və fiziki şəxşlərə hesabların açılması və hesablar üzrə əməliyyatların aparılması, plastik kartların sifarişi və təhvil verilməsi, əmanətlərin rəsmiləşdirilməsi, artırılması və azaldılması, qoyulmuş planlar üzrə hədəflərin yerinə yetirilməsi və s. ibarətdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla iş və işdən kənar hər hansı bir münasibəti olmamışdır. 25 dekabr 2021-ci il tarixdə müştəri növbəsi çatan zaman ona yaxınlaşıb şəxsiyyət vəsiqəsini təqdim edib özünün Şahid5 olmasını bildirmiş, kredit götürmək istədiyini qeyd etmişdir. Sistemdə fərdi məlumatlara baxıldıqdan sonra Şahid5 adına aktiv kredit olduğunu müəyyən etmişdir. Şahid5 olduğunu zənn etdiyi şəxsə həmin tarixə 835,37 manat qalıq borcu qaldığını bildirmişdir. Şərtlərə əsasən müştəriyə 4350 manat kredit rəsmiləşdirilə bilmiş və bunu müştəriyə izah etmişdir. Müştəri razılaşdıqdan sonra rəsmiləşdirilmiş 4350 manat kredit kassada müştəriyə təqdim edilmiş, köhnə kredit borcundan qalan 835,37 manat qalıq borcu, həmçinin 43,5 manat komissiya və 10 manat sığorta haqqı tutulduqdan sonra qalan 3461 manat 13 qəpik vəsait Təqsirləndirilən şəxs sərəncamına keçmişdir. Təxminən, 2022-ci ilin aprel ayının axırlarında Şahid5 Zərərçəkmiş şəxs ASC-nin Lənkəran şəhər filialına yaxınlaşaraq onun adına həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən kredit götürüldüyünü və bu rəsmiləşdirilmədən onun xəbəri olmadığını bildirmişdir. Dərhal filial rəhbərliyi tərəfindən bankın baş ofisinə məlumat verilmişdir. Kamera görüntülərinə baxış keçirildikdən sonra 19 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs həqiqətən də özünü Şahid5 kimi təqdim edib sonuncunun şəxsiyyət vəsiqəsindən istifadə edərək kredit götürdüyü məlum olmuşdur. 25 dekabr 2021-ci il tarixdə isə kamera görüntülərini bankın baş ofisi təqdim etməmişdir. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, kredit götürən vaxtı bir dəfə onu görmüşdür. Ondan kredit rəsmiləşməsi zamanı pul tələb etməmiş və almamışdır. O, şəxsin şəxsiyyətini təsdiq edən sənədi tələb edib FİN kodu sistemə daxil edib məlumatlara baxır, müraciət edən şəxsin üz görünüşü ilə tutuşdurub imzanın eyniliyini yoxlamaq üçün ASAN finance və MKR razılıq ərizələrinə müştəriyə imza çəkdirib imza eyniləşdirilməsini aparır və şəxsiyyəti müəyyən edir. 25 dekabr 2021-ci il tarixdə o kredit mütəxəssisi kimi müştəriyə krediti rəsmiləşdirdikdən sonra təsdiq etməsi üçün həmin zaman məzuniyyətdə olan filial müdiri Ramis Quliyevin vəzifəsini müvəqqəti icra edən bölmə rəhbəri Aysel Məmmədovaya təqdim etmiş və kredit müqaviləsini Aysel Məmmədova imza etməklə təsdiq etmişdir. Qeyd edilən zaman karantin rejim qaydalarına uyğun olaraq bütün müştəri və işçilər kimi Təqsirləndirilən şəxs da tibbi maskadan istifadə etmişdir. O, sonuncunun şəxsiyyət vəsiqəsini alıb sistemdə məlumatlara baxdıqdan sonra tibbi maskanı çıxarmasını xahiş etmiş və üz cizgiləri ilə şəxsiyyət vəsiqəsindəki şəkli tutuşdurmuş, İlqar və Səyavuş oxşar olduqlarına görə Səyavuşun İlqar olmadığını bilmədiyindən, həmçinin imza çəkən zaman da imzaları eyni olduğundan krediti rəsmiləşdirmişdir. Təqsirləndirilən şəxs Şahid5 şəxsiyyət vəsiqəsi ilə müraciət etdikdən sonra kredit mənim tərəfimdən rəsmiləşdirilmiş, həmin vaxtı filial müdiri məzuniyyətdə olduğu üçün bölmə rəhbəri müdiri əvəz etmiş, müdir əvəzi Aysel Məmmədova tərəfindən sənədlərə baxış keçirildikdən sonra kredit təsdiq edilmiş və Təqsirləndirilən şəxs kassaya sənədləri təqdim etməklə kassir Şahid2 qeyd edilən məbləğdə pulu götürmüşdür. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, 1992-ci ildən Zərərçəkmiş şəxs ASC-nin Lənkəran şəhər filialında kassa bölməsi üzrə mütəxəssis-kassir vəzifəsində işləyir. Vəzifəsi kassada saxlanılan pulun mühafizəsi, müştərilərə kassa əməliyyatları əsasında xidmət etmək, qəbul olunan pulları saymaq, çeşidləmək, təhvil vermək, təhvil almaq və təlimatda nəzərdə tutulmuş digər işləri yerinə yetirməkdən ibarətdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla iş və işdən kənar hər hansı bir münasibəti olmamışdır. 19 yanvar 2022-ci il tarixdə bankın əməliyyat bölməsindən elektron qaydada sistem üzərindən kredit üzrə məxaric orderi daxil olmuş, sonra növbə əsasında kassaya adını və sonradan bildiyi müştəri yaxınlaşmışdır. Müştəri əməliyyat bölməsindən kredit verilməsi barədə mədaxil və məxaric sənədlərini və şəxsiyyətini təsdiq edən sənədi ona təqdim etmişdir. O, sənədləri götürüb müştərinin sifət quruluşuna və şəxsiyyət vəsiqəsinə baxmaqla eyniləşdirmə aparmışdır. Həmin şəxsdən Şahid5 olduğunu soruşmuş və müştəri İlqar olduğunu təsdiq etmişdir. Sonra o verilmiş sənədlərə əsasən nəzərdə tutulmuş 5640 manat məbləğində pul vəsaitinin Səyavuşa təqdim etmiş, sonuncu Şahid5 adına köhnə kreditdən qalıq borc şəklində qalan 4387,11 manatı, 56,40 manatını komissiya haqqı və 282 manatını sığorta haqqını kassaya geri qaytarıb qalan 1014 manat 49 qəpiyi sənədlərə imza çəkdikdən sonra kassadan götürüb kassadan uzaqlaşmışdır. Müştəri müvafiq sənədlərə imza çəkdikdən sonra pulu kassadan götürüb bankı tərk etmişdir. 23 aprel 2022-ci il tarixdə Şahid5 Zərərçəkmiş şəxs ASC-nin Lənkəran şəhər filialına müraciət edərək Təqsirləndirilən şəxs onun adına kredit götürməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: Zərərçəkmiş şəxs ASC-nin Lənkəran şəhər filialı ilə Şahid5 adından bağlanmış 25 dekabr 2021-ci il tarixli, GTKR14581564A138 nömrəli müqavilədən görünür ki, Şahid5 adına illik faiz dərəcəsi 19 faiz olmaqla 60 ay müddətinə 4350 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli kassa məxaric Orderindən görünür ki, 4350 manat Şahid5 adına rəsmiləşdirilmişdir. 19 yanvar 2022-ci il tarixli, GTKR4682469A138 müqavilədən görünür ki, Şahid5 adına illik faiz dərəcəsi 28 faiz olmaqla 60 ay müddətinə 5640 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli kassa məxaric Orderindən görünür ki, 5640 manat Şahid5 adına rəsmiləşdirilmişdir. 19 yanvar 2022-ci il tarixli, 138TT**********1481 nömrəli mədaxil qəbzdən görünür ki, Şahid5 adına 282 manat sığorta haqqı, 56,4 manat komissiya haqqı və GTKR4581564A138 nömrəli kredit müqaviləsinin tam ödənişi qismində 4287,11 manat olmaqla ümumilikdə 4625,51 manat pul vəsaiti kassaya mədaxil edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 11 avqust 2022-ci il tarixli 4/1077 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 25 dekabr 2021-ci il tarixli Kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsində “Mütəxəssis Elvin G.Bagirov” qarafasındakı imza; 25 dekabr 2021-ci il tarixli İmza və möhür nümunələri vərəqəsinin aşağı hissəsindəki “Elvin G.Bagirov” qarafsındakı imza; 25 dekabr 2021-ci il tarixli Kredit tarixçəsinin tərtib edilməsi üçün məlumatların kredit bürosuna təqdim edilməsinə və ya kredit bürosundan kredit hesabatının əldə edilməsinə razılıq ərizəsinin sonunda “Bu razılıq krediti alındığı halda yaranmış öhdəliyə xitam verilənədək qüvvədədir və geri götürülməyəcəkdir” qarafasındakı imza; 25 dekabr 2021-ci il tarixli № 138TT**********0911 nömrəli nağd pulun mədaxili üçün elanda “Məsul icraçı” qrafasındakı imza; 25 dekabr 2021-ci il tarixli № 138TT**********0911 nömrəli nağd pulun mədaxili üçün elanda “Mütəxəssis” qrafasındakı imza; 25 dekabr 2021-ci il tarixli № 138TT**********0911 nömrəli Kassa məxaric orderində “Mütəxəssis” qrafasındakı imza – Şahid3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 25 dekabr 2021-ci il tarixli Kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsində “Bölmə rəhbəri X6” qrafasındakı imza; 25 dekabr 2021-ci il tarixli İmza və möhür nümunələri vərəqəsinin yuxarı hissəsindəki “X6 (imza)” qrafasındakı imza; 25 dekabr 2021-ci il tarixli № GTKR4581564A138 nömrəli kredit müqaviləsinin arxa tərəfində “X6 (imza)” qrafasındakı imza; 25 dekabr 2021-ci il tarixli № GTKR4581564A138 nömrəli kredit müqaviləsinə Əlavə Zərərçəkmiş şəxs ASC-nin Lənkəran şəhər filialının ödəniş qarfikində “Bank: X6” qrafasındakı imza; 25 dekabr 2021ci il tarixli № 138TT**********0911 nömrəli Kassa məxaric orderində “Bölmə rəhbəri” qrafasındakı imza – X7 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 25 dekabr 2021-ci il tarixli Kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsində “Sifarişçi: Şahid5” qrafasındakı imza; 25 dekabr 2021-ci il tarixli imza və möhür nümunələri vərəqəsinin orta hissəsində “İmza nümunəsi” sözünün altındakı imza; 25 dekabr 2021-ci il tarixli ərizədə “Borcalan: Şahid5” qrafasındakı imza; 25 dekabr 2021-ci il tarixli ərizədə “Sığortalının imzası” qrafasındakı imza; 25 dekabr 2021-ci il tarixli Kredit tarixçəsinin tərtib edilməsi üçün məlumatların kredit bürosuna təqdim edilmsinə və ya kredit bürosundan kredit hesabatının əldə edilməsinə razılıq ərizəsində “İmza” qarafsındakı imza və həmin razılıq ərizəsinin sonunda olan imza; 25 dekabr 2021ci il tarixli ərizədə “İmza:” qrafasındakı imza; 25 dekabr 2021-ci il tarixli № GTKR4581564A138 nömrəli kredit müqaviləsinin arxa tərəfində “Şahid5” yazılarının qarşısındakı imza; 25 dekabr 2021-ci il tarixli № GTKR4581564A138 nömrəli kredit müqaviləsinə Əlavə Zərərçəkmiş şəxs ASC-nin Lənkəran şəhər filialının ödəniş qrafikində “Borcalan: Şahid5” qrafasındakı imza; 25 dekabr 2021-ci il tarixli № GTKR4581564A138 nömrəli kredit müqaviləsinə Əlavə Zərərçəkmiş şəxs ASC-nin Lənkəran şəhər filialının ödəniş qrafikində “Bank: X6” qrafasındakı imza; 25 dekabr 2021-ci il tarixli № 138TT**********0911 nömrəli nağd pulun mədaxili üçün elanda “Ödəyənin imzası:” qrafasındakı imza; 25 dekabr 2021-ci il tarixli № 138TT**********0911 nömrəli nağd pulun mədaxili üçün elanda “Ödəyənin imzası:” qrafasındakı imza; 25 dekabr 2021-ci il tarixli № 138TT**********0911 nömrəli Kassa məxaric orderində “imza:” qrafasındakı imza; 19 yanvar 2022-ci il tarixli Kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsində “Mütəxəssis Aysel A. Agabaleya” qrafasındakı imza; 19 yanvar 2022-ci il tarixli ərizədə İmza və möhür nümunələri vərəqəsinin orta hissəsindəki “Qeyd” sözünü altındakı imza; 19 yanvar 2022-ci il tarixli ərizədə “Şahid5” qrafasındakı imza; 19 yanvar 2022-ci il tarixli ərizədə “Sığortalının imzası:” qrafasındakı imza; 19 yanvar 2022-ci il tarixli kredit götürən şəxslər üçün həyat sığortası ərizə formasında “İmza” qrafasındakı imza; 19 yanvar 2022-ci il tarixli Kredit tarixçəsinin tərtib edilməsi üçün məlumatların kredit bürosuna təqdim edilməsinə və ya kredit bürosundan kredit hesabatının əldə edilməsinə razılıq ərizəsində “İmza” qrafasındakı imza; 19 yanvar 2022-ci il tarixli ərizədə “İmza:” qrafasındakı imza; 19 yanvar 2022-ci il tarixli № GTKR4682469A138 nömrəli kredit müqaviləsinin 1-ci vərəqində olan imza və kredit müqaviləsinin arxa tərəfində “Şahid5” yazılarının qarşısındakı imza; 19 yanvar 2022-ci il tarixli № GTKR4682469A138 saylı kredit müqaviləsinə Əlavə Zərərçəkmiş şəxs ASC-nin Lənkəran şəhər filialının ödəniş qarfikində “Borcalan: Şahid5” qrafasındakı imza; 19 yanvar 2022-ci il tarixli № 138TT**********1481 nömrəli nağd pulun mədaxili üçün elanda “Ödəyənin imzası:” qrafasındakı imza; 19 yanvar 2022-ci il tarixli № 138TT**********1481 nömrəli Kassa məxaric orderində “imza” qrafasındakı imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Əksləri ekspertizaya təqdim edilmiş, 25 dekabr 2021-ci il tarixli Fiziki şəxslərin vergi rezidentliyinin müəyyən edilməsi üçün özünüqiymətləndirmə anketinin kserosurətlərinin aşağı hissəsində “İmza: Signature:” qrafasındakı imza; 19 yanvar 2022-ci il tarixli Fiziki şəxslərin vergi rezidentliyinin müəyyən edilməsi üçün özünüqiymətləndirmə anketinin kserosurətlərinin aşağı hissəsində “İmza: Signature:” qrafasındakı imza – Şahid5 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 19 yanvar 2022-ci il tarixli Kredit sifarişi və akseptsiz silinməyə razılıq ərizəsində “X15” qrafasındakı imza; 19 yanvar 2022-ci il tarixli İmza və möhür nümunələri vərəqəsinin yuxarı hissəsindəki “Filial rəhbəri və ya digər müvəkkil şəxs M.Y” qrafasındakı imza; 19 yanvar 2022-ci il tarixli № GTKR4682469A138 nömrəli kredit müqaviləsinin arxa tərəfində “X15” yazılarının qarşısındakı imza; 19 yanvar 2022-ci il tarixli № GTKR4682469A138 nömrəli kredit müqaviləsinə Əlavə Zərərçəkmiş şəxs ASC-nin Lənkəran şəhər filialının ödəniş qrafikində “Bank: X15” qrafasındakı imza; 19 yanvar 2022ci il tarixli № 138TT**********1481 nömrəli kassa məxaric orderində “Filial müdiri” qrafasındakı imza – X9 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 19 yanvar 2022-ci il tarixli Kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsində “Sifarişçi: Şahid5” qrafasındakı imza; 19 yanvar 2022-ci il tarixli İmza və möhür nümunələri vərəqəsinin sonunda “Aysel A, Agabalayeva” qrafasındakı imza; 19 yanvar 2022-ci il tarixli Kredit tarixçəsinin tərtib edilməsi üçün məlumatların kredit bürosuna təqdim edilməsinə və ya kredit bürosundan kredit hesabının əldə edilməsinə razılıq ərizəsinin sonunda “Şahid4” ytazısının qarşısındakı imza; 19 yanvar 2022-ci il tarixli № 138TT**********1481 nömrəli nağd pulun elanda “Mütəxəssis:” qrafasındakı imza; 19 yanvar 2022-ci il tarixli № 138TT**********1481 nömrəli kassa məxaric orderində “Mütəxəssis:” qrafasındakı imza – Şahid4 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 19 yanvar 2022-ci il tarixli, № 138TT**********1481 nömrəli nağd pulun mədaxil üçün elanda “Kassir:” qrafasındakı imza – Şahid1 tərəfindən icra olunmuşdur. Eksepertiza tədqiqatının dəyəri 125 manat təşkil edir. İfadənin yerində yoxlanılması haqqında 03 sentyabr 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi şəkildə hadisələrin baş vermə mexanizm və ardıcıllığını göstərmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ASC tərəfindən təqdim edilmiş 19 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs bankın Lənkəran şəhər filialından kredit götürən zaman onun görüntülərini əks etdirən 1 ədəd DVD disk maddi sübut qismində tanınmışdır. Zərərçəkmiş şəxs ASC-nin Lənkəran şəhər filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 25 dekabr 2021-ci il tarixdə özünü Şahid5 kimi təqdim edərək filialla 4350 manatlıq kredit müqaviləsi bağlayaraq həmin məbləği kassadan qəbul etdikdən sonra qeyd edilən məbləğin 835,37 manatını Şahid5 adına ödənilməmiş qalmış əvvəlki kredit borcunun tam ödənişi, 43,5 manatını komissiya haqqı və 10 manatını sığorta haqqı kimi kassaya geri qaytarıb qalan 3461 manat 13 qəpik məbləğində pul vəsaitini ələ keçirmişdir. Həmçini Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdə yenidən özünü Şahid5 kimi təqdim edib filialla 5640 manatlıq kredit müqaviləsi bağlayaraq həmin məbləği kassadan qəbul etdikdən sonra qeyd edilən məbləğin 4387,11 manatını Şahid5 adından 25 dekabr 2021-ci il tarixdə götürdüyü, ödənilməmiş qalmış əvvəlki kredit borcunun tam ödənişi, 56,4 manatını komissiya haqqı və 282 manatını sığorta haqqı kimi ksaaya geri qaytarıb qalan 1012 manat 49 qəpik məbləğində pul vəsaitini ələ keçirmişdir. Qətimkan tədbirinin seçilməsi barədə 19 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lənkəran Şəhər Psixatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli Arayışından görünür ki, X1 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. Lənkəran şəhər İHB-nın Səpnəkəran kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş Arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qızı oğlu arvadı X11 və övladı xx.xx.2007-ci il təvəllüdlü X8 ilə birlikdə Lənkəran rayonu, Boladi kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, mülki iddianın verilməsi üçün 81,19 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışı zamanı məhkəmə cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qızının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməllərinin törədilməsində təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin həmin maddələrdə nəzərdə tutulan əməlləri törətmələri özünün etirafedici ifadələri ilə yanaşı, bunu tamamlayan məhkəmə iclasında elan edilmiş zərərçəkmiş şəxs və dindirilmiş şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq hərəkətlərin dair digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakrterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (vurulmuş ziyanın məbləğini), onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi onun islah olunmasına yetərli olmayacaq, buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilməli, o məhkəmə iclası zalından dərhal həbsə alınmalı, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə cəzasında çəkməli, onun cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə mülki iddia ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Məhkəmə mülki iddiaya münasibətdə hesab edir ki, yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından iddia əsaslıdır. Buna görə də vurulmuş maddi zərərə görə təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq 5640 manat və əldə çıxmış faydaya görə 479,40 manat və mülki iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 81,19 manat mülki iddiaçı Kapitalbank ASC-yə ödənilməlidir. Maddi sübut - Zərərçəkmiş şəxs ASC-nin Lənkəran şəhər filialından kredit götürən zaman Təqsirləndirilən şəxs görüntülərini əks etdirən 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 125 (altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilirənək, barəsində 2(iki) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilsin, o məhkəmə iclası zalından dərhal həbsə alınsın və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2023-cü il tarixdən hesablansın. Maddi sübut - Zərərçəkmiş şəxs ASC-nin Lənkəran şəhər filialından kredit götürən zaman Təqsirləndirilən şəxs görüntülərini əks etdirən 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 125(altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 5640 manat və əldə çıxmış faydaya görə 479,40 manat və mülki iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 81,19 manat mülki iddiaçı Kapitalbank ASC-yə ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-88/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-88/2023
22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver