Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-88/2024 05.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, orta təhsilli, işləməyən, 3-cü qrup əlil, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında 05 mart 2024-cü il tarixdə saat 10.44-də baxaraq, məhkəmə MÜƏYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, psixotrop maddəni xeyli miqdardan artıq miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, 15 dekabr 2023-cü il tarixdə, Lənkəran şəhərində, satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən öz istifadəsi üçün, xeyli miqdarda bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,855 qram olan psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları almış Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 16 dekabr 2023-cü il tarixdə saat 12:20 dəqiqədə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri H.Əliyev prospektində piyada hərəkətdə olan zaman saxlanılaraq ünvan 2 ünvanında yerləşən Lənkəran ŞRPŞ-nın inzibati binasına gətirildikdən sonra, həmin tarixdə saat 12:55-dən saat 13:25-dək üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman, həmin bir ədəd sellofan bükümdə və çəkidə psixotrop maddə metamfetamin əynində olan qara rəngdə gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Bir müddət narkotik vasitələrin qəbulundan uzaqlaşmışdır. 2017-ci ildə yol-nəqliyyat hadisəsi nəticəsində ayağının birini itirmişdir. Ayağının ağrılarını azaltmaq məqsədilə yenidən narkotik vasitə qəbul etməyə başlamışdılr. Buna görə də 2023-cü ilin dekabr ayında Lənkəran şəhərindəki “Böyük Bazar”da, qoca bir kişidən 10 manata bir büküm metamfetamin almışdır. Həmin gün polis əməkdaşları o, piyada hərəkətdə olan zaman onu tutmuşlar. Polis şöbəsində ona qarşı zor və ya hədə qorxu tətbiq edilməmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, ayağının protezdən olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi, özünün və şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, protokola əlavə olunmuş CD diskdə videogörüntü, ekspertiza rəyləri, əməliyyat tapşırığına verilmiş cavab, maddi sübutlarla, işin digər halları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə aşağıda şərh olunan qaydada kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını əldə edib üzərində saxlaması və daşıması ilə bağlı etimad doğuran, məlum və qərəzsiz mənbədən mənə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılıb icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Belə ki, Təqsirləndirilən şəxslə heç bir qərəzli münasibətləri olmamışdır. 16 dekabr 2023-cü il tarixdə, saat 12 radələrində Lənkəran şəhəri H.Əliyev prospektində Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, sonuncuya təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf rəngdə sellofan bükümü və həmin gödəkçəsinin sağ yan cibindən bir ədəd Nokia markalı sadə telefonu təqdim etmişdir. Bükümün içərisinə baxış zamanı içərisində psixotrop maddə metamfetaminə bənzər ağ rəngdə kristalşəkilli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs özü də, şifahi sorğu zamanı bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, öz istifadəsi üçün Lənkəran şəhərinin Böyük Bazar adlanan ərazisində tanımadığı şəxsdən 10 manata əldə etdiyini demişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0,94 qram olmuşdur. Büküm ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə CAB-nə əməliyyat məlumatları daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini konkret olaraq kimdən əldə etməsi barədə məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nın CAB-ın əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. İşdə olan, 16 dekabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2023-cü il tarixdə saat 12:20 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri H.Əliyev prospektində piyada hərəkətdə olarkən saxlanılmış, şəxsi axtarışın əvvəlində təhqiqatçı Təqsirləndirilən şəxs təklif edir ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və s. vardırsa təqdim etsin. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd bükümü təqdim etmişdir, içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Şifahi verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs çərisində psixotrop maddə metamfetamin olan bir ədəd bükümü 15 dekabr 2023-cü il tarixdə axşam saatlarında Lənkəran şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli digər predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 0,94 qram olmuşdur. Üzərindən aşkar edilmiş büküm ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 16 dekabr 2023-cü il tarixli 19/1044 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə ” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,855 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqatdan sonra qalıq çəkisi 0,805 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 18 dekabr 2023-cü il tarixli, 1093 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMFnin təqdim etdiyi arayışa əsasən İİİ qrup əlil olmasından narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında 2013-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İşdə olan Lənkəran ŞRPŞ-nin CAB-dən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, Təqsirləndirilən şəxs ətrafında bır sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. İlkin həyata keçirilmiş əməliyyat tədbirlər zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, üzərində daşınması, istifadəsi ilə məğul olması barədə əməliyyat məlumatları daxil olmuş və keçirilmiş digər tədbirlərlə göstərilənlər təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı heç bir əməliyyat məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini öz bildirdiyinə görə Lənkəran şəhəri ərazisində tanımadığı şəxsdən əldə etdiyini bildirsədə, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetamini əldə etdiyi şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Bu istiqamətdə əməliyyataxtarış tədbirləri davam etdirilir. İşdə olan “Maddi sübut kimi tanıma haqqında” Qərardan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,855 qram psixotrop maddə metamfetamin və 01 ədəd CD diskdə videogörüntü 18 dekabr 2023-cü il tarixli qərarla maddi sübut qismində tanınmış, 01 ədəd bükümdə qalıq çəkisi -0,805 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd CD diskdə videogörüntü cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSlİ-nin tələbnaməsindən, Şirvan şəhər məhkəməsinin xx.xx.2013-cü il və Astara rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlər üzrə Hərbi Məhkəmənin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının keçmiş CM-nin 93-3-cü maddəsinin 2-ci hissəsi və 242-ci maddəsinin “A” bəndi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Lənkəran rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu ildə cəzasının sonu İlə azad olunmuş, Şirvan şəhər məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 05 ay 04 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2015-ci ildə şərti müddət başa çatmış, Astara rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, amnistiya qərarına əsasən cəzası 6 ay azaldılmış, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır. İşdə olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilməklə MSY-dən azad olunmuşdur. Məhkəmə İşdə olan sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edib peşman olmasını və ayağının protezdən olmaqla 3-cü qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdən halın olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Bu zaman Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs Ərazi Narkoloji xəstəxanasında 2013-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan qalıq çəkisi 0,805 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərcini təşkil edən 60 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353-cü və 356cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi Narkoloji xəstəxanasında 2013-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0,805 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №1(049)-88/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-88/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver