Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-89/2025 23.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 və onun vəkili Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X19 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Lənkəran rayon Mərkəzi Xəstəxanası PHŞ-də pediatr vəzifəsində işləyən X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət təqibi üzrə icraat başlansın və o, cinayət məsuliyyətinə cəlb edilməklə barəsində 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, o, 44 günlük vətən müharibəsi iştirakçısıdır, qazidir, İİ qrup Vətən Müharibəsi əlilidir. Torpaqlarımızın bütövlüyü uğrunda döyüşmüşdür. Hazırda Azərbaycan Respublikasının Şəhid ailələri, əlil və müharibə veteranlarının X10 Cənub bölgəsinin səlahiyyətli nümayəndəsidir. 21 dekabr 2024-cü il tarixdə saat 19.00 radələrində birliyin üzvü X5 ona zəng edərək övladı xx.xx.2022-ci il təvəllüdlü X8 yüksək hərarəti və xəstə olması səbəbilə Lənkəran rayon Xəstəxanasına gətirdiyini, həmin xəstəxanada uşaq həkimi işləyən X3 uşağa baxdığını və sistem köçürülməsi üçün lazım olan iynə, dərman və tibbi vasitələrin alınması üçün resept yazdığını bildirmişdir. Həmin dərman vasitələrini aldığını, lakin etiraz edərək xəstəxanaya daxil olan yüksək hərarəti olan uşağa ilkin yardımın göstərilməsi üçün həmin dərman preparatları ilə xəstəxananın dövlət tərəfindən təmin edildiyini bildirməsi səbəbi ilə, həkimin onu təhqir etdiyini bildirmişdir. Qeyd edilən səbəbdən yaranmış mübahisə zamanı “onun üstünə xod getdiyini” bildirərək Ramalı “işverən” adlandıraraq təhqir etdiyini demişdir. O, telefon vasitəsilə həkimlə danışaraq məsələni aydınlaşdırmaq istəsə də, o, danışmaqdan imtina etmişdir. Bundan sonra onun arxasınca böhtan və təhqir dolu ifadələr səsləndirmişdir. Belə ki, Hüseynzadə Yazgül onun barəsində hər kəsin içində “İlqar kimdir ki mənə zəng edir? O getsin evdə arvadı ilə danışsın! İlqar gəlib burda bizə yalvarırdı ki, məni polisə veriblər, məndən şikayət eləməyin!” kimi həqiqətə uyğun olmayan, böhtan xarakterli ifadələr səsləndirməklə, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yaymışdır. Hadisənin şahidləri həmin vaxt orda olan bəzi tibb işçiləri, xəstəxanada olan şəxslər və X12, X13 və X6 olmuşdur. Barəsində şikayət etdiyi şəxs hər kəsin içində onun şərəf və ləyaqətimi alçaldaraq mənim barəmdə bğhtan xarakterli məlumatlar yaymışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X19 şikaət ərizəsini müdafiə edərək, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 məhkəmə hazırlıq iclasında izahatında bildirdi ki, onun şəxsiyyət vəsiqəsi məlumatlarında adı “X9” deyil, “X7” kimi qeyd edilmişdir. Şəxsiyyət vəsiqəsini məhkəməyə təqdim etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 vəkili Müdafiəçi xsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini məhkəmədn xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, təqdim edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 293.3.1, 293.3.2, 293.3.4 və 293.3.5-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə «törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği)», «şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi» göstərilməlidir. Həmçinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 03 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət X2 barəsində məhkəməyə təqdim edilmişdir. Lakin “Elektron məhkəmə” İnformasiya sistemində edilən sorğu əsasında Azərbaycan Respublikasının vətəndaşları arasında “X9” adlı şəxs aşkar edilməmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş AA seriyalı. ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1990-cı il təvəllüdlüdür və Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, hazırki iş üzrə barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs X4r. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən fərqli olaraq “İddianın dəyişdirilməsi” və “Əsl olmayan tərəfin əvəz edilməsi” institutu nəzərdə tutulmamışdır. Bu səbəbdən hazırki iş üzrə barəsində şikayət verilmiş şəxs “X9”nın “X7” ilə əvəz edilməsi prosessual tələblərə əsasən imkan xaricindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Eyni Məcəllənin 302.1.7-ci maddəsinə əsasən «şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikası CPM-nin 293-cü maddəsinin tələblərinə cavab vermir. Ona görə də xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilən halları nəzərə alıb və Azərbaycan Respublikası Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsinə dair X11 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-89/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-89/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver