Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-9/2023 19.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 17.00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 iştirakları ilə xx xxxxxxx 1993-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə təkrarən qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə 19 yanvar 2022-ci il tarixdə, saat 02 radələrində Lənkəran rayonu Digah kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi hesab edilən evinə qanunsuz daxil olmaqla evin birinci mərtəbəsinin açıq olan hissəsindən evə daxil olub ikinci mərtəbəyə girmiş, oradan bir ədədinin qiyməti 40 manat olmaqla cəmi qiyməti 200 manat olan 5 ədəd döşəmə taxtalarını gizli olaraq talayıb oğurluq etməklə Zərərçəkmiş şəxs1 200 (iki yüz) manat ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə 05 fevral 2022-ci il tarixdə, saat 01 radələrində Lənkəran şəhəri Y.Həsənov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi hesab olunan evinə qanunsuz daxil olmaqla evinin birinci mərtəbəsinin açıq olan hissəsindən evə daxil olub oradan 1 ədəd 4 metr uzunluğunda, 1 metrinin qiyməti 24 manat, cəmi qiyməti 96 manat olan dəmir şvelleri, 1 ədəd 4 metr uzunluğunda, 72 manat qiymətində dəmir borunu, 4 ədəd 24 metr uzunluğunda cəmi qiyməti 80 manat taxta reykaları, 1 ədəd 6 metr uzunluğunda, 1 metrinin qiyməti 3 manat, cəmi qiyməti 18 manat olan dəmir armaturları gizli olaraq talayıb oğurluq etməklə Zərərçəkmiş şəxs2 266 (iki yüz altımış altı) manat ziyan vurmuşdur. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə 11 fevral 2022-ci il tarixdə, saat 01:00 radələrində X2 məxsus Lənkəran şəhəri, 18-ci məhəllədə yerləşən, yaşayış sahəsi hesab edilən evinə plastik pəncərəni aralama yolu ilə evə qanunsuz daxil olaraq, evin birinci mərtəbəsində qoyulmuş usta Zərərçəkmiş şəxs3 məxsus bir ədədinin qiyməti 80 manat olmaqla 2 ədəd elektriklə işləyən preparatoru (kəsici-deşici alət) gizli olaraq talayıb ümumilikdə sonuncuya 160 manat zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə 19 fevral 2022-ci il tarixdə, saat 01:30 radələrində Zərərçəkmiş şəxs5 Etibar oğluna məxsus Lənkəran şəhəri, 20- ci məhəllədə yerləşən, nəzarətsiz qalmış yaşayış sahəsi hesab edilən evinə qanunsuz daxil olmaqla evin birinci mərtəbəsinin açıq olan hissəsindən evə daxil olub ikinci mərtəbəyə girmiş, oradan bir ədədinin qiyməti 11 manat olmaqla 20 ədəd döşəmə taxtasını oğurlamaqla ümumilkdə Zərərçəkmiş şəxs5 220 manat zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə 21 fevral 2022-ci il tarixdə, saat 03-04 radələrində Zərərçəkmiş şəxs4 məxsus Lənkəran şəhəri, Kələntərlilər küçəsində yerləşən 31 saylı, nəzarətsiz qalmış yaşayış sahəsi hesab edilən evinə qanunsuz daxil olmaqla evin birinci mərtəbəsinin plastik pəncərəsini özü ilə gətirdiyi vint açan ilə açaraq evə qanunsuz daxil olub otağın taxta materialdan olan 600 manat qiymətində avropa qapısını vint açan ilə cəftədən açıb, həmin otaqda olan 150 manat qiymətində bir ədəd masa və altı ədəd stulları oğurlamaqla ümumilikdə Zərərçəkmiş şəxs4 750 manat zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa, o satış məqsədi olmadan, qanunsuz olaraq, məlum olmayan vaxtda və mənbədən, öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, 2 ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,200 qram, -0,191 qram ümumi təmiz çəkiləri -0,391 qram xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni olan, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 17:25 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Lənkəran şəhəri, M.Sabir küçəsi ərazisində saxlanılaraq ŞRPŞ-nə gətirilmiş və şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sol yan cibindən həmin bükümlərdə və çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edir. Bütün oğurluqları o, törətmişdir. Narkotik vasitəni də şəxsi istifadəsi üçün almışdır. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs cinayət işinin 265-268-ci vərəqlərində olan ifadəsindən görünür ki, Fərdi əməklə məşğul olur. Bədəninin ağrısından əziyyət çəkir. Psixi xəstəliklərə görə heç bir yerdə qeydiyyatda deyil. Narkoman kimi Lənkəran rayonlararası narkoloji dispanserdə qeydiyyatda durmur. 4-5 aydır ki, narkotik vasitə olan heroindən istifadə edir. Heroini zərli kağızda yandırma yolu ilə tüstüsünü udmaqla mütəmadi qəbul edir. Demək olar ki, hər gün narkotik vasitə olan heroindən istifadə edir. İstifadə etdiyi narkotik vasitəni Lənkəran şəhər ərazisində üzdən tanığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslərdən almışdır. Narkotik vasitələrə pul çatdıra bilmədiyi üçün oğurluq hadisələri törətmişdir. O, Lənkəran şəhər ərazisində oğurluq hadisələri törətmişdir. Belə ki, 19 yanvar 2022-ci il tarixdə gecə saat 02:00 radələrində Lənkəran rayonu, Digah kəndində oğurluq hadisəsi törətmişdir. Həmin evə də dəmir tor çəpərdən tullanmaqla həyətə daxil olmuşdur. Həyətə nəzər yetirmiş və oğurlamağa heç bir şey tapmamışdır. Ona görə də həyətdə olan iki mərtəbəli evə girmək qərarına gəlmişdir. Ev təmir olunmamışdır. Evdə qapı və pəncərələr də düzəldilməmişdir. Özü ilə gətirdiyi əl arabasını küçədə saxlamışdır. Evin ikinci mərtəbəsində olan 5 ədəd 4 metr uzunluğunda olan taxta döşəmələri ikinci mərtəbədən həyətə tullamışdır. Sonra həyətə düşüb həmin taxtaları küçəyə çıxarmış, arabaya qoyub Lənkəran şəhəri Nizami küçəsində yaşayan tanışı Şahid1 100 manata satmışdır. Əldə etdiyi 100 manat pulu öz şəxsi ehtiyaclarına və norkotik vasitələrə xərcləmişdir. Bundan başqa 05 fevral 2022-ci il tarixdə gecə saat 01 radələrində Lənkəran şəhəri Y.Həsənov küçəsində yerləşən bir təmir olunmamış evin həyətinə daş çəpərdən dırmaşıb həyətə daxil olmuşdur. Daha sonra qapısı olmayan evin birinci mərtəbəsinə daxil olmuş, oradan 1 ədəd 4 metrə yaxın şvelleri, 1 ədəd 4 metrlik kəsilmiş turbaları, 6 metr olan 4 ədəd taxtaları, 1 ədəd 6 metrə armaturu oğurlayıb küçəyə atmışdır. Sonra oğurladığı əşyaları özü ilə gətirdiyi əl arabasına töküb tanışı Şahid1 80 manata həmin gün səhərə yaxın onun evində satmışdır. Əldə etdiyi pulla özünə narkotik vasitə alıb istifadə etmişdir. Bundan başqa Lənkəran şəhəri 18-ci məhəllədə bir evdən 11 fevral 2022-ci il tarixdə gecə saat 01 radələrində oğurluq hadisəsi etmişdir. Həmin evə daş çəpərdən tullanmaqla həyətə daxil olmuşdur. Həyətə nəzər yetirmiş və oğurlamağa heç bir şey tapmamışdır. Ona görədə həyətdə olan ki mərtəbəli evə girmək qərarına gəlmişdir. Evin işıqları yanmadığını, pəncərədən evin içərisinə baxıb evdə yaşayış olmadığını görüb düşünmüş ki, həmin evdə insan yoxdur. Ona görə də, evin birinci mərtəbəsinin plastik naterialdan olan pəncərəsini yerdən tapdığı dəmir ilə aralayıb evə daxil olmuş, sonra alışqanın işığı ilə evə baxanda oradan iki ədəd elektriklə işləyən divar deşəni götürüb evdən çıxmışdır. Oğurladığı həmin divar deşənləri də arabaya qoyub elə həmin gecə tanışı Şahid1 70 manata evində satmışdır. Əldə etdiyi pulla özünə narkotik vasitə alıb istifadə etmişdir. Bundan başqa 19 fevral 2022-cı il tarixdə saat 01 radələrində Lənkəran şəhəri 20-ci məhəllədə bir yaşayış olmayan evdən də oğurluq etmişdir. Həmin evə də çəpərdən tullanma yolu ilə həyətə daxil olmuş, sonra təmirsiz, qapısı olmayan evə daxil olub oradan 5 metr uzunluğunda 20 ədəd döşəmə taxtasını oğurlayıb arabaya qoyub gətirib tanışı Şahid1 100 manata evində satmışdır. Əldə etdiyi pulla özünə narkotik vasitə alıb istifadə etmişdir. Törətdiyi oğurluq hadisələrini tək törətmişdir. Bundan başqa 21 fevral 2022-ci il tarixdə gecə saat 03-04 radələrində Lənkəran şəhəri Kələntərlilər küçəsi 31 saylı evdən də oğurluq hadisəsi törətmişdir. Həmin evə də çəpərdən tullanma yolu ilə həyətə daxil olmuşdur. Oğurluğa gedəndə əl arabasını da aparmışdır. Arabanı küçədə gizlətmişdir. Həyətə daxil olduqdan sonra evin plastik materialdan olan pəncərəsini özü ilə gətirdiyi vint açan ilə aralayıb evə daxil olmuşdur. İçəridən qapını açmışdır. Evdə olan stol, stul və bir ədəd otağın qapısını vintaçan ilə cəfdədən açıb oğurlamışdır. Oğurladığı əşyaları gətirib tanışı Şahid1 qapını 100 manata, stol və stulları isə 70 manata onun evində ona satmışdır. Əldə etdiyi pulla özünə narkotik vasitə alıb istifadə etmişdir. Törətdiyi oğurluq hadisələrini tək törətmişdir. O, Şahid1 oğurladığı əşyaları satanda əşyaların oğurluq olduğunu deməmişdir. Şahid1 ona satdığı əşyaların oğurluq olduğunu bilməmişdir. Bundan başqa 25 fevral 2022-ci il tarixdə saat 16 radələrində Lənkəran şəhəri kiçik bazar adlanan ərazidə küçədə piyada gedən zaman üzdən tanığı, adını və ünvanını bilmədiyi şəxslə rastlaşmışdır. Söhbət edən zaman biri-bırilərinin narkoman olduğunu bilmişlər. Həmin şəxsdən narkotik maddə istədikdə həmin şəxs də ona üzərində narkotik maddə olduğunu bildirmiş və 10 manata iki bükümdə narkotik maddə olan heroin satmışdır. O həmin şəxsdən aldığı narkotik maddəni bədənində ağrıları olan zaman istifadə etməsi üçün əynindəki qara rəngli şalvarının sol yan cibinə qoymuşdur. 25 fevral 2022-ci ıl tarixdə saat təxminən 17 radələrində Lənkəran şəhəri M.Sabir küçəsi ilə piyada gedən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini təqdim etdikdən sonra onu Lənkəran Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində o, şübhəli şəxs kimi tutulmuş və vəkil ilə təmin olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı əynindəki qara rəngli şalvarının sol yan cibindən istifadəsi üçün saxladığı şəffaf rəngli sellofana bükülmüş iki büküm narkotik vasitə olan heroin aşkar olunmuşdur. Həmin iki büküm narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş, çəkisi 0,48 qram olmuş, sonra həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və vəkilinin imzaları ilə imzalanmış, bu barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, imzalarla təsdiq olunmuşdur. Polis əməkdaşlarının suallaraına cavab verərək ki, üzərindən aşkar olunmuş narkotik maddə heroindir. Həminçin öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Narkotik vasitələrin satışı ilə də heç vaxt məşğul olmamışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifаdəsində göstərdi ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Lənkəran rayonu Digah kəndində özünə yeni iki mərtəbəli ev tikir. Həmin ev hazırda təmir olunduğu üçün yaşayış yoxdur. Təmir işləri olmayanda evə ara-bir gedib baş çəkir. Oğurluq olmamışdan qabaq sonuncudu dəfə 2021-ci ilin dekabr ayında evə baş çəkməyə getmişdir. Həmin vaxt evdən hər hansı bir əşya oğurlanmamışdır. 21 yanvar 2022-ci il tarixdə həmin evə baş çəkməyə getmişdir. Həyətin giriş qapısı dəmir tordan müvəqqəti düzəltmişdir. Evinin qapı və pəncərələri hazır deyildir. Evin ikinci mərtəbəsində döşəmə üçün taxta şalbanlar düzəldilmişdir. Həmin taxta şalbanlara baxanda görmüş ki, 5 ədəd hər biri 4 metr uzunluğunda 5x5x600 ölçülü 200 manat qiymətində işəmə taxtaları oğurlanmışdır. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bu barədə Lənkəran ŞRPŞ-nin əməkdaşları hadisə yerinə gəlib müvafiq sənədləşmələr aparmışlar. Evində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq ona 200 manat maddi yan dəymişdir. Sonradan polis əməkdaşlarından öyrənmiş ki, evində oğurluq hadisəsini Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs oğlu törətmişdir. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 ifаdəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nə Lənkəran şəhər sakini X1 evində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq o şikayət ərizəsi ünvanlamış və bu barədə bildirmiş kı, ünvan 4 birlikdə 2 ildən artıqdır ki, fərdi yaşayış evlərdə, obyektlərdə işləyirlər. Ruslan Rüstəmovda ona köməklik edir. Onlar birlikdə elektrik işləri görüb pul qazanıb ailələrini dolandırırlar. 2022-ci ilin fevral ayının əvvəllərində Lənkəran şəhər sakini olan X3 ona zəng edib evində elektrik işlərinin görülməsini bildirmişdir. O da Əmrahla onun yeni tikdirdiyi Lənkəran şəhəri 18-ci məhəllədə yerləşən evində görüşmüşlər. Evə baxmış və təmir işlərini görəməyinə razılaşmışdır. 07 fevral 2022-ci il tarixdə Ruslan Rüstəmovla işə başlamışdır. İş alətlərini həmin evdə saxlamışdır. Həmin evin qapı və pəncərələrini işdən çıxanda bağlayırmışdır. 10 fevral 2022-ci il tarixdə saat təxminən 18 radələrində o işdən çıxmışdır. Alətləri də həmin evin birinci mərtəbəsində saxlamış, qapı və pəncərələri bağlayıb evdən çıxıb getmişdir. 11 fevral 2022-ci il tarixdə saat təxminən 09 radələrində ev sahibi Əmrah Hüseynov ona zəng edərək pəncərəni açıq saxladığı barədə ona irad bildirmişdir. O da Əhrah Hüseynova evdən çıxanda qapı və pəncərələri bağladığını bildirmişdir. Sonra işə gəlmiş, əynini dəyişib iş paltarlarını geyinmişdir. İşə başlamaq istəyəndə 2 (iki) ədəd divar deşmək üçün nəzərdə tutulmuş elektrik ilə işləyən deşici alətlərin (pereparator) yerində olmadığını aşkar etmişdir. Sonra birinci mərtəbədə olan həmin otaqdakı pəncərəyə baxanda pəncərənin zədələnib açıldığını görmüşdür. X10 zəng edib bu barədə bildirmişdir. Əmrah Hüseynovda evə gəlmiş, olanları gördükdən sonra ona polisə şikayət etməli olduğunu bildirmişdir. O da bu barədə polisə şikayət etmişdir. O elektriklə işləyən qara rəngli “Medved" markalı deşici alətinin hər birini 80 manata almışdır. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar ona 160 manat məbləğində maddı ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs4 cinayət işinin 111-112-ci vərəqlərində olan ifаdəsində göstərmişdir ki, 02 mart 2022-ci il tarixdə o anası evindən öz evinə evə nəzarət etməsi üçün gəlmiş, evin qapısı yerindən çıxarılaraq oğurlandığını görmüşdür. Daha sonra evə daxıl olmuş və evdən bir ədəd masa və 6 ədəd stulların da oğurlandığını görmüşdür. Evdə əvvəllərdə oğurluq hadisələri olmuşdur. Sonuncu dəfə evdən 1 ədəd masa və 6 ədəd stulla birlikdə bir ədəd evin qapısıda oğurlanmışdır. Qapı taxta materialdan olmaqla 600 manat qiymətindədir. Masa dəstinin qiyməti isə 150 manatdır. Sonradan ona məlum olmuş ki, evindən oğurluq edən şəxs Lənkəran şəhər sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs tanımır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Ona məlum olmuş ki, evindən oğurluq edən şəxs əvvəllərdə Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs tutulandan sonra evində oğurluq hadisəsi baş vermir. Sonuncu oğurluq ilə əlaqədar olaraq ona 750 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs2 cinayət işinin 179-180-ci vərəqlərində olan ifаdəsində göstərmişdir ki, ünvan 5 ünvanda yeni iki nərtəbəli ev tikir. Həmin evi tədricən təmir edir. Evdə yaşayış yoxdur. Bir ədəd 14 sm-lik bir metrinin qiyməti 24 manat olmaqla 4 metr uzunluğunda ümumi 96 manat qiymətində dəmir şverleri, bir metrəsi 18 manat olan olmaqla 4 metr uzunluğunda ümumi qiyməti 72 manat olan 100 diametr ölçüdə dəmir borunu, 4 ədəd hər biri 20 manat qiymətində olan 5x15 sm 6 metr uzunluğunda cəmi 80 manat qiymətində taxtaları, bir metrinin qiyməti 3 manat olan 6 metr uzunluğunda ümumi qiyməti 18 manat olan dəmir borunu (armatur) təmir üçün almışdır. Tikdirdiyi evə özü nəzarət edir. Evdə təmir işləri gördüyü zaman evə tez-tez baş çəkir. Lakin təmir işləri gördürmədiyi zamanlarda evə hər 4-5 gündən bir baş çəkir. Evində oğurluq hadisəsi baş verməmişdən bir gün qabaq yəni 01 fevral 2022-ci il tarixdə o evinə gəlmiş, həmin gün əşyalarının yerində olduğunu görmüşdür. Lakin, 05 fevral 2022-ci il tarixdə yenidən evinə baş çəkmiş, həmin vaxt evin birinci mərtəbəsində yerdə qoyduğu bir ədəd 14 sm-lik 4 metr uzunluğunda dəmir şverleri, 4 metr uzunluğunda 100 diametr ölçüdə dəmir boru, 4 ədəd 5x15 srp 6 metr uzunluğunda cəmi 80 manat qiymətində taxtaları, 6 metr uzunluğunda dəmir borunun (armatur) oğurlandığını görmüş və dərha bu barədə DİN-in 102 xidməti zəng mərkəzinə məluma vermiş və əlaqədar Lənkəran ŞRPŞ-nə də ərizə ilə müraciət etmişdir. Evində oğurluq edən şəxs Təqsirləndirilən şəxs olması sonradan ona məlum olmuşdur. Evində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar ona 266 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs5 Etibar oğlu cinayət işinin 233-234-cü vərəqlərində olan ifаdəsində göstərmişdir ki, Lənkəran şəhəri 20-ci məhəllə adlanan ərazidə özünə məxsus 6 sot həyətyanı torpaq sahəsində 2 mərtəbəli yaşayış evi tikmişdir. Lakin həmin evi tam təmir etmədiyi üçün orada yaşamır. Evin təmiri üçün lazım olan tikinti materiallarını alıb evdə qoymuşdur. Həmçinin evin tavanı üçün 5 metr uzunluğunda olan taxtaları alıb ikinci mərtəbədə qoymuşdur. Evin qapıları qoyulmamışdır. Həyətin ətrafı daş hasarla əhatələnmişdir. 21 fevral 2022-ci il tarixdə səhər saat 10 radələrində anası Səlimə ona zəng edib, Lənkəran şəhəri 20-ci məhəllədə yerləşən evindən taxtaların oğurlandığını demişdir. O dərhal evinə getmişdir. Orada anası ona qonşular iki gün əvvəl evdən səs eşitdiyini, lakin səhər namaz vaxtı bir nəfərin çiynində taxların apardığını gördüyünü bildirmişdir. Həmin şəxsin başında qara papaq olduğunu, boyu təxminən 1 metr 60 santimetr olduğunu, qaranlıq olduğu üçün sifətini görə bilmədiklərini bildirnişlər. Maraqlanan da anasına deyilən sözlər ona da deyildiyi məlum olmuşdur. Evində oğurluq edən şəxs 10 ədəd taxtaları küçədə atıb qaçmışdır O taxtalarını evə gətirmiş və taxtaları sayanda məlum olmuş ki, 5 metr uzunluğunda 20 ədəd tavan taxtası evdən oğurlanmışdır. Oğurlanmış taxtalarımın ümumi qiyməti 220 manatdır. Bşa vermiş hadisə ilə əlaqədar DİN in 102 qaynar xəttinə zəng edərək məlumat bildirmişdir. Sonra ona evindəki taxtaları Lənkəran şəhər sakini olan tanımadığı Təqsirləndirilən şəxs oglu tərəfindən oğurlanması məlum olmuşdur. Ona 220 manat maddi dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid1 cinayət işinin 155- 156-cı vərəqlərində olan ifаdəsində göstərmişdir ki, Daha sonra 05 fevral 2022-cı ıl tarixdə səhər saatlarında 1 ədəd 4 metr uzunluğunda dəmir şveller, 1 ədəd 4 metr ölçüdə turba, 6 metr olan 4 ədəd taxta, 1 ədəd 6 metr uzunluğunda armaturları ümumi 80 manata ona satmışdır. 11 fevral 2022-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs yenə onun evinə gəlib ona 2 ədəd elektriklə işləyən divar deşən (preparator) aparat satdığını təklif etmişdir. O da Təqsirləndirilən şəxs həmin aparatları 70 manata almışdır. 19 fevral 2022-ci il tarixdə eyni qaydada Təqsirləndirilən şəxs onun yaşadığı ünvana səhər saatlarında gəlib evində ona döşəmə taxtası satdığını bildirmişdir. O da həmin taxtalara baxmış və 100 manat müqabilində ondan 20 ədəd 5 metr uzunluğunda döşəmə taxtalarını almışdır. Sonuncu dəfə yəni 21 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenədə onun evinə gəlib bir ədəd taxta qapı, bir ədəd stol və 6 ədəd stul satdığını bildirmişdir. O da həmin əşyalara baxmış və əşyaları bəyənmişdir. Qapını 100 manata, stol-stul dəstini isə 70 manata Təqsirləndirilən şəxs almışdır. Təqsirləndirilən şəxs aldığı əşyaların oğurluq olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs həmin əşyaları ona satanda öz evinin lazımsız əşyaları olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid2 Sürət qızı cinayət işinin 225-226-cı vərəqlərində olan ifаdəsində göstərmişdir ki, Lənkəran şəhəri 20-ci məhəllə adlanan ərazidə oğlu Zərərçəkmiş şəxs5 6 sot həyətyanı torpaq sahəsində 2 mərtəbəli yaşayış evi tikmişdir. Lakin həmin evi tam təmir etmədiyi üçün orada yaşamır. Evin təmiri üçün lazım olan tikinti materiallarını alıb evdə qoymuşdur. Həmçinin evin tavanı üçün 5 metr uzunluğunda olan taxtaları alıb ikinci mərtəbədə qoymuşdur. Evin qapıları qoyulmamışdır. Həyətin ətrafı daş hasarla əhatələnmişdir. 21 fevral 2022-ci il tarixdə səhər saat 10 radələrində qonşular ona zəng edib, Lənkəran şəhəri 20-ci məhəllədə yerləşən evlərindən taxtaların oğurlandığını bildirdikdə dərhal evə getmişdir. Oradan Müşfiqə zəng edib qonşuların iki gün əvvəl evdən səs eşitdiyini, lakin səhər namaz vaxtı bir nəfərin çiynində taxların apardığını gördüyünü bildirmişdir. Həmin şəxsin başında qara papaq olduğunu, boyu təxminən 1 metr 60 santimetr olduğunu, qaranlıq olduğu üçün sifətini görə bilmədiklərini demişlər. Evdə oğurluq edən şəxs 10 ədəd taxtaları küçədə atıb qaçmışdır. Müşfiq taxtaları evə gətirmiş və taxtaları sayanda məlum olmuşdur ki 5 metr uzunluğunda 20 ədəd tavan taxtası evdən oğurlanmışdır. oğurlanmış taxtaların ümumi qiyməti 220 manatdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhəri, Fizuli küçəsi ev 17-də qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 25 fevral 2022-ci il tarixdə raportla ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Şöbə rəisi tərəfindən təsdiq edilmiş 25 fevral 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən o, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid4 və əməliyyat müvəkkili polis mayoru Şahid5 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin günü əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Təxminən saat 17 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Sabir küçəsində yolla piyada hərəkət etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim etmişlər. Həmin vaxtı yolda gediş-gəliş çox olduğundan və Təqsirləndirilən şəxs üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra bu barədə raportla şöbə rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid5 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş iki bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli başqa hər hansı bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 bükümdə narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi təqribən 0,48 qram olmuşdur. Sonra heroinə bənzər həmin kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxsylə şifahi sorğu keçirilərkən təxminən 4-5 aydır ki, narkotik vasitə olan heroindən istifadə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitə heroini 25 fevral 2022-ci il tarixdə Lənkəran şəhərində kiçik bazar adlanan ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 10 manata aldığını, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhəri, Fizuli küçəsi ev 17-də qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 25 fevral 2022-ci il tarixdə raportla ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Şöbə rəisi tərəfindən təsdiq edilmiş 25 fevral 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən o, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid4n və əməliyyat müvəkkili polis mayoru Şahid5 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin günü əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Təxminən saat 17 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Sabir küçəsində yolla piyada hərəkət etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxtı yolda gediş-gəliş çox olduğundan və Təqsirləndirilən şəxs üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra bu barədə raportla şöbə rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş iki bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli başqa hər hansı bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 bükümdə narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxsylə şifahi sorğu keçirilərkən təxminən 4-5 aydır ki, narkotik vasitə olan heroindən istifadə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitə heroini 25 fevral 2022-ci il tarixdə Lənkəran şəhərində kiçik bazar adlanan ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 10 (on) manata aldığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Lənkəran şəhəri, Fizuli küçəsi ev 17-də qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 25 fevral 2022-ci il tarixdə raportla ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Şöbə rəisi tərəfindən təsdiq edilmiş 25 fevral 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən o, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid4 və əməliyyat müvəkkili polis mayoru Şahid5 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin günü əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyataxtarış tədbirlərini keçirməyə başlamışlar. Təxminən saat 17 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Sabir küçəsində yolla piyada hərəkət etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim etmişlər. Həmin vaxtı yolda gediş-gəliş çox olduğundan və Təqsirləndirilən şəxs üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra bu barədə raportla şöbə rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş iki bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli başqa hər hansı bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 bükümdə narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, həmin kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxsylə şifahi sorğu keçirilərkən bildirmişdir ki, təxminən 4-5 aydır ki, narkotik vasitə olan heroindən istifadə edir, üzərindən aşkar edilmiş narkotik vasitə heroini 25 fevral 2022-ci il tarixdə Lənkəran şəhərində kiçik bazar adlanan ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 10 (on) manata aldığını bildirmiş, istifadəsi üçün üzərində saxlamışdır. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin 25-26-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Şəxsi axtarış və götürmə barədə” 25 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 02 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmin narkotik vasitənin çəkisi 0.48 qram olmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin heroin olduğunu və öz istifadəsi üçün Lənkəran şəhərində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakı ilə tədqiq edilmiş “Şəxsi axtarış və götürmə barədə” 25 fevral 2022-ci il tarixli əməliyyat axtarış tədbirinin videogörüntüsündən də görünür ki, Təqsirləndirilən şəxs üzərindən 02 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmin narkotik vasitənin çəkisi 0.48 qram olmuş, sonuncu həmin narkotik vasitənin heroin olduğunu və öz istifadəsi üçün Lənkəran şəhərində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Əlavə olaraq Lənkəran rayonu ərazisində yolun kənarında yerləşən yarım tikili evdən taxta oğurladığını bildirmişdir. Cinayət işinin 42-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 fevral 2022-ci il tarixli, 19/243 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş iki ədəd bükümdə 0.200qr, 0.191 qr olmaqla ümumi təmiz çəkisi 0.391 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanan narkotik vasitə heroindir, kimyəvi tərkibinə görə eynidirlər. Cinayət işinin 121-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 28 fevral 2022-ci il tarixli, 238 nömrəli ekspert rəyindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 242-245-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının 16 may 2022-ci il tarixli, 1224 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs oliqrefeniya, debillik diaqnozu ilə qeydiyyatdadır. O, ittiham olunduğu əməl barəsində anlaqlı hesab edilməlidir, onun hərəkəti CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Onun əməli CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Cinayət işinin 231-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Liman Şəhər İstehsalat İstehlak Kooperativ Cəmiyyəti tərəfindən verilmiş 12 aprel 2022ci il tarixli arayışdan (mütəxəssis rəyindən) görünür ki, təqdim olunmuş 5 ədəd döşəmə taxtasının ümumi qiyməti 200 manat, 1 ədəd metr uzunluğunda 14 smlik dəmir şvellerin 1 metr qiyməti 20 manat olmaqla cəmi 80 manat, 1 metr uzunluğunda 18 manat olmaqla cəmi qiyməti 72 manat, dörd ədəd taxta reykanın ümumi qiyməti 72 manat, polad çubuqların ümumi qiyməti 18 manat, 2 ədəd prefaratorun ümumi qiyməti 160 manat, 20 ədəd döşəmə taxtasının ümumi qiyməti 220 manat, bir ədəd qapının qiyməti 600 manat, bir ədəd masa və 6 ədəd stulun ümumi qiyməti 150 manatdır. Cinayət işinin 119-121 və 189-191-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “İfadənin yerində yoxlanılması barədə” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərini etiraf edərək ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani şəkildə göstərmişdir. Cinayət işinin 273-286-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 18 may 2022-ci il tarixli qərardan görünür ki, tədqiqat keçirildikdən sonra qalan 0,291 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlama kamerasına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, müdafiə tərəfinin, yəni təqsirləndirilən şəxsin və müdafiəçinin təklifi ilə məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Etibar oğlu, şahidlər X4, Şahid2 Sürət qızı və Şahid4 ifadələrini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,391 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd” inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmalqa oğurlamışdır ki, bu əməllər onun oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət işinin 11-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “tutulma haqqında” 25 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 152-154-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 27 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 fevral 2022-ci il tarixdən hesab edilmişdir. Cinayət işinin 163-164-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq arayış və xasiyyətnamədən görünür ki, Həsənli X6 şəhəri, Fizuli küçəsi, ev 17-də ailəsi ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 231-234-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Həsənli X6 Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib 3 il 4 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2017-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməllərini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyanı ödəməsi, həmin zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmaması, anlaqlılığı istisna etməyən psixi pozuntusu olmasını CM-nin 59.1.9, 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən barəsində olan yüngülləşdirici halları, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız müəyyən müddət azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 28 fevral 2022-ci il tarixli, 238 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomanioyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,291 qram qalıq çəkisi olan heroin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxslər tərəfindən vurulmuş ziyana dair mülki iddia vermədiklərindən onlara vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 fevral 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.291 qram narkotik vasitə heroin məhv edilsin. Məhkəmə məsrəfi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 Etibar oğluna vurulmuş ziyana dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-9/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-9/2023
19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver