Məhkəmə qərarları › İş №1(049)-9/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-9/2024

08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-9/2024 08.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 177.3.3-cü maddəsi ilə 9 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli Surxanı rayon məhkəməsinin qərarına əsasən xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndi tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə müəssisədən cəza müddətinin sonu ilə azad olunmuş və məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri Səttarxan küçəsi ev 86-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 08 iyul 2024-cü il tarixdə, saat 12.25-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, 2023-cü ilin yanvar ayında, Lənkəran şəhərində, istintaqa məlum olmayan mənbədən və şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq, 4 ədəd sellofan bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri-0,173; 0,216; 0,199; 0,202, qram- ümumi təmiz çəkisi 0,790 qram olan tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları almış Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 18 yanvar 2023-cü il tarixdə saat 17:30da keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Z.Əliyeva küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən qeyd edilən bükümlərdə və çəkilərdə narkotik vasitə olan heroin və əynindəki şalvarın sol yan cibindən narkotik vasitələrin satışında vasitə kimi istifadə etdiyi, üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə tərkibi təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 18 yanvar 2023-cü il tarixdə dostları Hüseyn Cavadov, Ümid Əkbərli və o, saat 10 radələrində görüşmüşlər, üçü bir yerdə çayxanada oturmuşlar. Hüseyn Cavadova verdikləri pula sonuncu narkotik vasitə alıb gəlmişdir. Narkotik vasitəni istifadə etmək üçün Hüseyn Cavadovun yaşadığı evə getmişlər. Nə o özü, nə də dostları Hüseyn Cavadov və Ümid Əkbərli narkotik vasitələrdən istifadə etsələrdə də, heç vaxt onun satışı ilə məşğul olmamışlar. Çox vaxt bir yerə pul qoyaraq narkotik vasitə əldə edib üçü bir yerdə narkotik vasitəni Hüseyn Cavadova məxsus evdə qəbul etmişlər. Həmin gün birlikdə aldıqları narkotik vasitənin çəkisi 0.03 qram olmuşdur. Narkotik vasitəni bişirdikdən sonra, onu şprisə çəkib növbə ilə qəbul etmək istədikləri evin qapısı zərblə vurulmuş, təpiklə qapını kimsə vurmuşdur. Qapını 3-4 dəfə təpiklə vurandan sonra qapı sınmış, polis əməkdaşları mənzilə daxil olmuşlar. Evin qapısı köhnə taxta qapıdır. Hüseyn Cavadov əlində olan narkotik vasitəni itirmək üçün balkona tullanmış, narkotik vasitə Hüseyn Cavadovun əlindən düşmüş, polis əməkdaşları narkotik vasitəni götürüb stolun üstünə qoymuşlar. Hüseyn Cavadov də tullanaraq 5-ci mərtəbədən 4-cü mərtəbəyə, daha sonra 3-cü mərtəbə, ordan isə 2-ci mərtəbəyə düşmüş, sonra isə polis əməkdaşları onu tutmuşlar. Polis əməkdaşları onu yenidən yuxarı qaldırmışlar, Polislər evi axtarmışlar, heç bir növ narkotik vasitə və tərəzi aşkar olunmamışdır. Evə polis işçilərinin daxil olması xəbəri qonşular tərəfindən Hüseyn Cavadovun bacısı Zərifə Həsənovaya bildirildikdən sonra o da mənzilə daxil olmağa çalışsa da polis əməkdaşları onun mənzilə daxil olmasına icazə verməmişlər. Polis əməkdaşları tərəfindən üçü də döyülmüşdür. Onları polis şöbəsinə aparandan sonra hədə-qorxu gəlmişlər. Polis əməkdaşlarına spid xəstəsi olduğunu demiş, narkotik vasitələrdən istifadə etmiş, polis əməkdaşları onu döydüklərinə görə ciyərinə ləkə düşmüş, qara ciyəri şişmiş, 2 dəfə «tubzonda» olmuşdur. Polis əməkdaşları ona demişlər ki, evinə narkotik vasitə qoyacağıq. Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə rəsmişlədirmişlər. Bunun səbəbini polis əməkdaşlarından soruşduqda, polis əməkdaşları ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həbs olunanda həbsdən tez çıxdığını bildirmişlər. Tərəzini Səbuhi, Əlvan gətirib çəklişdə qoymuşlar, hədə-qorxu gəlmişlər ki, bunu eləməlisiniz. Həmin vaxtı üçü də ağrıda olmuşlar. Ona təyin edilmiş müdafiəçinin kim olduğunu bilməmişdir. Ümid Əkbərli ilə onu MSY-yə salmışlar, Hüseyn Cavadovdan xəbərsiz olmuşlar, gecə saat 1-ə işləmiş Hüseyn Cavadov MSY-yə gətirilmişdir. Hüseyn Cavadov onlara polis işçilərinin yaşadığı evə aparıb divanın altında 5 kiloqram narkotik vasitə qoyduqlarını demişdir. İttiham aktında qeyd olunan 04 ədəd bükümdə narkotrik vasitə və elektron tərəzi ona məxsus deyildir. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə, mənzildə özlərinin istifadələri üçün şprisə doldurulmuş heroin deyildir. Döyülməsi ilə bağlı Lənkəran rayon prokurorluğunun adını bilmədiyi əməkdaşı onu Bakı İstintaq Təcridxanasında dindirsə də, ona tibbi müayinədən keçməyi təklif etməmişdir. İbridai istintaq zamanı onu tibbi ekspert Şərifin Şərifovun yanına aparsalar da, Şərif onu müayinə etməmiş, sadəcə “Səndə xəsarət var?” sualını vermiş, cavabında “yox” eşitdikdə onda xəsarətin olmaması barədə rəy vermişdir. Onların hər üçünü eyni vaxtda polis şöbəsinə aparmışlar. Cinayət işi materiallarında onun 18 yanvar 2023-cü il tarixdə, saat 17:30-da Lənkəran şəhəri, Z.Əliyeva küçəsində piyada hərəkətdə olarkən saxlanıldığı qeyd edilsə də, həqiqətdə o və dostları Ümid Əkbərli və Hüseyn Cavadov 18 yanvar 2023-cü il tarixdə saat 11 radələrində sonuncunun mənzilində polis əməkdaşları tərəfindən saxlanılmışlar. Onu Əlvan və Səbuhi adlı polis əməkdaşları döymüşlər. Döyüldüyü üçün ibtidai istintaq zamanı etirafedici ifadə verməyə məcbur olmuşdur. Şprisə doldurulmuş heroini hərəsi 10 manat qoymaqla özlərinin istifadələri üçün almışlar. Təqsirləndirilən şəxs son sözündə barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, icraatına Lənkəran şəhəri, Səttarxan küçəsi ev 86-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr əldə etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Tərəfindən həmin məlumatların mötəbərliyi yoxlanıldıqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün şöbə rəhbərliyinə müraciət edilmiş və müvafiq icazə alınandan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmiş, qrupun tərkibində o, əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid3 olmuşdur. 18 yanvar 2023-ci il tarixdə təxminən saat 17:30 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Z.Əliyeva küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Təqsirləndirilən şəxs Z.Əliyeva küçəsində piyada hərəkətdə olan zaman onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərində şəxsi axtarış keçirilmişdir. Verilən suallara cavab olaraq əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərindən aşakar olunmuş kütlənin təyin olunması üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxsdən aşkar olunmuş elektron tərəzi ilə bağlı təqsirləndirilən şəxsə sual verildikdə, sonuncu bildimişdir ki, həmin tərəzini narkotik vasitəni aldığı zaman onun aldatmasınlar deyə ölçmək məqsədilə üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq istədiyi şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Şəxsi axtarış aparılan zaman təqsirləndirilən şəxsin yanında müdafiəçisi olmuşdur. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı ona daxil olmuş və onlar 18 yanvar 2023-ci il tarixdə təxminən saat 17:30 radələrində Lənkəran şəhəri Z.Əliyeva küçəsində piyada hərəkətdə olan zaman saxlamışlar. Əgər üç təqsirləndirən şəxsi bir yerdə yaxalasaydılar, onda elə də rəsmiləşdirərdilər. Təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı yalnız bir dəfə videoçəkiliş aparılmışdır. Ona zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 icraatına Lənkəran şəhəri, Səttarxan küçəsi ev 86-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr əldə etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Şahid1 tərəfindən həmin məlumatların mötəbərliyi yoxlanıldıqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün şöbə rəhbərliyinə müraciət edilmiş və müvafiq icazə alınandan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi Şahid1 özü etmiş, qrupun tərkibində o, əməliyyat müvəkkili Şahid2 olmuşdur. 18 yanvar 2023-ci il tarixdə təxminən saat 17:30 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Z.Əliyeva küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Təqsirləndirilən şəxs Z.Əliyeva küçəsində piyada hərəkətdə olan zaman yaxınlaşaraq onu saxlayıb polis şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərində şəxsi axtarış keçirilmişdir. Verilən suallara cavab olaraq əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərindən aşakar olunmuş kütlənin təyin olunması üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxsdən aşkar olunmuş elektron tərəzi ilə bağlı ona sual verildikdə, sonuncu bildimişdir ki, həmin tərəzini narkotik vasitəni aldığı zaman onun aldatmasınlar deyə ölçmək məqsədilə üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq istədiyi şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Şəxsi axtarış aparılan zaman təqsirləndirilən şəxsin yanında müdafiəçisi olmuşdur. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı ona daxil olmuş və onlar 18 yanvar 2023-ci il tarixdə təxminən saat 17:30 radələrində Lənkəran şəhəri Z.Əliyeva küçəsində piyada hərəkətdə olan zaman saxlamışlar. Əgər üç təqsirləndirən şəxsi bir yerdə yaxalasaydılar, onda elə də rəsmiləşdirərdilər. Təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı yalnız bir dəfə videoçəkiliş aparılmışdır. Ona zor tətbiq olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 lazımi qaydada məlumatlandırılsa da, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında dövlət itthamçısının vəsatəti müdafiə tərəfinin razılığı əsasında elan edilməklə tədqiq olunmuş Şahid2 ibtidadi istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 icraatına Lənkəran şəhəri, Səttarxan küçəsi ev 86-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr əldə etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Onun tərəfindən həmin məlumatların mötəbərliyi yoxlanıldıqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün şöbə rəhbərliyinə müraciət edilmiş və müvafiq icazə alınandan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi Şahid1 etmiş, qrupun tərkibində o və polis nəfəri Mirqədir Miriyev olmuşdur. 18 yanvar 2023-ci il tarixdə təxminən saat 17:30 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Z.Əliyeva küçəsində piyada hərəkət etdiyini görmüş, onu nəzarətə götürmüşlər. Çünki üzərində narkotik vasitələr olma ehtimalı yüksək olmuşdur. Onu müşahidə etmiş, ona yaxınlaşan olmamış, özü də heç kimə yaxınlaşmamışdır. Ona yaxınlaşmağın vaxtı olduğunu bildirmiş, üzərində narkotik vasitələr olma ehtimalı yüksək olduğundan gözlənilməzliyi və çevikliyi təmin edərək ona yaxınlaşmalıymışlar. Təqsirləndirilən şəxs Z.Əliyeva küçəsində piyada hərəkətdə olan zaman yaxınlaşmışlar. Özlərini polis əməkdaşı kimi təqdim etmiş və Müraiz Kərimovdan da özünü təqdim etməsini istəmişlər. Təqsirləndirilən şəxs da özünü təqdim edəndən sonra ona yaxınlaşmaqlarının səbəbini izah etməyə başlamış, bildirmiş ki, onun üzərində narkotik vasitələr olma ehtimalı var, bu səbəbdən də üzərində şəxsi axtarış aparılması üçün Lənkəran ŞRPŞ-yə gəlməlidir. Təqsirləndirilən şəxs əvvəlcə bəhanələr gətirməyə başlamış, lakin daha sonra şöbəyə gəlməyə məcbur olmuşdur. Polis şöbəsində araşdırmanı təhqiqatçı Məhəmməd Abdullazadə davam etdirmişdir. Onun hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmiş, daha sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti altında üzərində şəxsi axtarış aparılmışdır. X3 aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynindəki şalvarının sağ yan cibindən 4 ədəd şaffaf sellofana bükülmüş büküm və şalvarının sol yan cibindən bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. 4 ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra onun üzərində təhqiqatçı tərəfindən ətraflı axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 ədəd narkotik vasitə olan büküm elektron tərəzidə çəkildikdə çəkisi 1,10 qram olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında Bakı İstintaq Təcridxanasında saxlanılan X5 videokonfrans əlaqə sistemi vasitəsilə əlavə şahid qismində dindirilən zaman ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi tanıyır və sonuncu ilə bərabər Ümid Əkbərli ilə də dostluq edir. Üç dost çox vaxt yaşadıqları binaların yanındakı çayxanada vaxtlarını keçirmişlər. xx.xx.2023-cü il tarixdə hər üç dost birləşərək hərəyə 10 manatdan pul qoyub heroin almış, onu yaşadığı mənzilə gətirib hazırlayıb şprisə dolduraraq inyeksiya üsulu ilə qəbul etmək istədikləri zaman mənzillərinin qapısını sındıraraq mənzilə polislər daxil olmuş, onu yerə yıxmışlar. Daha sonra onu qaldıraraq yoxlamışlar. Sonradan polislər onları döyməyə başlamışlar. Mənzildə olan polis işçiləri onu döymüşdür. Polis şöbəsində Səbuhi adlı polis əməkdaşı ona videoçəkilişdə törətmədiyi cinayət əməlini etiraf etməyə məcbur etmişdir. Çəkilişdən sonra onu yenidən mənzillərinə aparmışlar. xx.xx.2023-cü il tarixdə o, mənzilində saxlanılan zaman onun yanında dostları Ümüdlə Mübariz olmuşlar. Hadisəni görən qonşular onun bacısına zəng vurmuş, bacısı hadisə yerinə gəldikdə mənzillərinin qapısının sınmış vəziyyətdə olduğunu görüb onu çəkmişdir. Üzərilərində narkotik vasitə və elektron tərəzi olmamışdır. Şprisə doldurduqları heroini tanımadığı şəxsdən almışdır. Müdafiə tərəfinin vəsatəti əsasında əsasında Bakı İstintaq Təcridxanasında saxlanılan X7 videokonfrans əlaqə sistemi vasitəsilə əlavə şahid qismində dindirilən zaman ifadəsində göstərmişdir ki, hadisə 18 yanvar 2023-cü il tarixdə baş vermişdir. Hüseyn, Mübariz və o, Hüseynin evində tutulmuşlar, polis əməkdaşları qapını sındırıb evə girmişlər. Evdə üçündən başqa heç kim olmamışdır. Lənkəran şəhəri ərazisində yerləşən «Gənclik» çayxanasında oturmuşlar, narkotik vasitə istifadə etmək üçün hərəyə 10 manat qoyub narkotik vasitə almışlar, sonra narkotik vasitə istifadə etmək üçün Hüseynin evinə çıxıb getmişlər. Polis əməkdaşları təxminən saat 11 radələrindən sonra qapını sındırıb evə girmişlər, narkotik vasitədən heç istifadə edə bilməmişlər, narkotik vasitələr stolun üstündə qalmışdır. Evi və üzərlərini axtarmışlar, evdən və üzərilərindən heç bir narkotik vasitə və tərəzi çıxmamışdır. Stolun üzərində yalnız onların istifadə edəcəkləri şprisin içərisində olan narkotik vasitə çıxmışdır. Evi nə qədər axtarsalar da heç bir narkotik vasitə çıxmamış, buna baxmayaraq 2-3 nəfər polis əməkdaşı evdə qalmışdır. Onları Lənkəran ŞRPŞ-yə məcburi aparmışlar, ona və Hüseynə bir yerdə polis əməkdaşları tərəfindən işgəncə vermişlər. Onlara təzyiqlər olunmuş, axşam saat 11 radələrində ona elektron tərəzini və 4 bükümü boynuna götürməsi təklif olunmuşdur. Polis əməkdaşları onları döydükdən sonra ayrı-ayrı otaqlarda saxlamışlar, bir-birilərindən xəbərləri olmamışdır. Polis əməkdaşları ona ya evinə 2 kiloqram narkotik vasitə qoyulacağını ya da həmin bükümlərlə razılaşmağını bildirmişlər. Sonradan bilmişdir ki, Mübarizə eyni şeyi demişlər, Hüseyndən xəbəri olmamışdır. Evində xəstə olduğundan polis əməkdaşları tərəfindən evindən 2 kiloqram narkotik vasitə çıxarılmasını istəmədiyindən polis əməkdaşları ilə razılaşmışdır. Sonra da Hüseyn onlara bildirmişdir ki, polis əməkdaşları evindən 5 kiloqram narkotik vasitə çıxarmışlar, polis əməkdaşları özləri aparıb öz əlləri ilə narkotik vasitə qoymuşlar. Onlar Hüseynin evində olan zaman evdən heç nə çıxmamış, polis əməkdaşları onların yanında 2 saat evi axtarmışlar, ancaq qanunsuz heçnə aşkar olunmamışdır. Verilən suallara cavab olaraq şahid Ümid Əkbərli bildirmişdir ki, şprisin içində olan narkotik vasitə heroin olmuşdur. Həmin narkotik stolun üstündə qalmış, istifadə edə bilməmişlər, onları polis şöbəsinə aparmışlar. Şpris Hüseynin əlində olmuş, Hüseyn şpirisi balkondan atmaq istəmiş, polis əməkdaşları gəlib ona əl atmışlar, Hüseynin ayağı sürüşmüş, Hüseyn az qala yıxılmış, ancaq özünü güclə saxlamışdır. Hüseyn 5-ci mərtəbədən 4-cü mərtəbəyə, 4-cü mərtəbədən 3-cü mərtəbəyə düşmüş, polis əməkdaşları Hüseyni tutaraq yenidən evə gətirmişlər. Mübariz həm spid xəstəsidir, həm də ağ ciyərində xəstəlik var, buna görə polis əməkdaşları Mübarizə çox təzyiq göstərməmişlər, ən çox təzyiq onunla Hüseynə olmuş, bunu qonşular da görmüşlər. Polis əməkdaşları Hüseynin evinə birinci dəfə daxil olan zaman bəlkə də 10 nəfərdən çox olmuşlar. Polis əməkdaşları qapını sındırıb evə girmişlər, polis əməkdaşları qapını döyməmişlər. İstifadə edəcəkləri narkotik vasitəni şprisə çəkmişlər, ayrı-ayrı şprislərdə istifadə edəcəklərmiş, orada 3 ədəd şpris olmuşdur. Narkotik vasitə 1 şprisin içində olmuş, narkotik vasitəni bölmək istəyən zaman polis əməkdaşları evə daxil olmuşlar. Müdafiə tərəfinin vəsatəti əsasında əsasında əsasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 18 yanvar 2023-cü il tarixdə səhər təxminən saat 11 radələrində qonşular ərinə zəng edib polis əməkdaşlarının Hüseyni tutduqlarını, evin qapısını qırdıqlarını, polis əməkdaşlarının evin içərisinə girdiklərini demişlər. Hüseyn demişdir ki, Zərifəyə deyin gəlsin. Evdə xəstə anasını qoyub özü taksi ilə çıxıb getmişdir. Gəlib bloka çatmış, blokda həyəcandan taqəti olmamışdır. Binanın həyətində polis əməkdaşları olmuşlar. Gəldikdən sonra evə qalxmış, yuxarı qalxanda görmüşdür ki, polislər var, evin içərisinə girməyə cəhd etmiş, polis əməkdaşları onu evin içinə qoymamışlar, polis əməkdaşları onu itələdiklərindən qayıtmışdır. Hiss etmişdir ki, polislər onlara işgəncələr verirlər. İçəridən qardaşı Hüseynin xırıltısını eşitmişdir. Lakin, Hüseyn, Mübariz və Ümidə işgəncə verilməsini şəxsən görməmişdir. Çöldə olduğu zaman görmüşdür ki, əvvəl polis əməkdaşları Müabizi, sonra Ümidi, daha sonra isə onun qardaşını aparmışlar. Polis əməkdaşları onların hər üçünün üzərinə narkotik və tərəzi qoymuşlar. Əlavə olaraq onu qardaşının üzərinə 05 kilo narkotik vasitə də qoymuşlar. Əslində qardaşı narkotik vasitələrin satışı ilə məşğul olmur. Sadəcə narkotik xəstəsidir, narkomandır. Verilən sullara cavab olaraq bildirmişdir ki, o, hadisəni gördükdən sonra DİN-nin 102 Xidmətinə zəng etmiş, valideynlərinin mənzilinə yaxınlaşanda mənzilin qapısının sındırılmış vəziyyətdə olduğunu görmüş, bu barədə məlumatı onlara qonşuları Kəmalə ilə Nazimə vermiş, qardaşı narkotik xəstəsi olduğu üçün hadisədən iki gün qabaq qardaşına narkotik vasitə almaq üçün 10 manat pul vermiş, qardaşının narkotik vasitələrini hardan və kimdən aldığını bilmir, qardaşı və digərlərini Ruhid, Əlvan və digər polis əməkdaşları polis avtomobilinə mindirərək aparmışlar. Beləliklə, ibtidai istintaq və məhkəmə baxışında toplanmış sübutların məhkəmə tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs təqsirinin sübuta yetmədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni: 18 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 18 yanvar 2023-ci il tarixdə, saat 17:30 radələrində Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Z.Əliyeva küçəsində olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı onun şalvarının sağ yan cibində olan 4 ədəd bükümdə narkotik vasitə olan heroini və şalvarının sol yan cibində olan 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Heroin elektron tərəzidə çəkildikdə ümumi çəkisi 1,10 qram olmuşdur. Həmin kütlə və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə heroindir. Həmin kütləni kiçik bazar ərazisində tanımadığı şəxsdən almış və şəxsi istifadəsi üşün üzərində saxlamışdır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 yanvar 2023-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,173 qram; -0,216 qram; -0,199 qram; -0,202 qram: ümumi təmiz çəkisi - 0,790 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza xərci 60 manat təşkil eləyir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzi .....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Məhkəmə narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2001-ci ildən “Opium Narkomanlığı” diaqnozu ilə qeydiyyata durur. Şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30-da Lənkəran şəhəri, Z.Əliyeva küçəsində şübhəli şəxs qismində saxlanılaraq, həmin gün saat 18:00-da tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 4(049)-27/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. Əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs ətrafında bır sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Həyata keçirilmiş əməliyyat tədbirlər zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olmaqla həm də narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş və keçirilmiş digər tədbirlərlə göstərilənlər öz təsdiqini tapmışdır. Onun narkotik vasitə heroinin kimdən əldə etməsini və kimə satmasını müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, aşkar edilmiş 4 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,790 qram olan narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 0,590 qram qalığı, bir ədəd elektron tərəzi və şəxsi axtarışın görüntüləri olan bir ədə DVD disk maddi sübut qismində tanınmış, narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 0,590 qram qalığı və bir ədəd elektron tərəzi Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlama təhvil verilmiş, 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsi tərəfindən 28 avqust 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.2ci maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Lənkəran rayon məhkəməsi tərəfindən 17 fevral 2005-ci il tarixli hökm ilə Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ACDİÜ AR Məhkəməsi tərəfindən 30 aprel 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.3.4-cü maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Lənkəran rayon məhkəməsi tərəfindən 21 may 2021-ci il tarixli hökm ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 1(049)-277/2021 nömrəli, 21 may 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-xx-xx/3734/2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli Kənkəran rayon məhkəməsinin hökmünə əsasən təyin edilmiş 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası xx.xx.2021-ci il tarixli Surxanı rayon məhkəməsinin qərarına əsasən xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndi tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış və xx.xx.2022-ci il tarixdə müəssisədən cəza müddətinin sonu ilə azad olunmuşdur. Lənkəran şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. Lənkəran ŞİHB-nin xx.xx.2023-cü il tarixdə verilmiş arayış və xasiyyətnamədən görünür ki, Kərimov X2 şəhəri Səttarxan küçəsi ev 86-da qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Anatomiya Birliyi PHŞ Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 47 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı xəsarət aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş iş materiallarından, yəni: Lənkəran rayon prokurorluğunun 169C-23 nömrəli yoxlama materialı üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Kərimov X2 ŞRPŞ-də Səbuhi və Ruhid adlı polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmiş, aparılmış araşdırmanın nəticəsində əməldə cinayət tərkibi olmaması əsası ilə yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Müdafiəçinin vəsatəti əsasında məhkəmə iclasında həmin vəsatətə əlavə edilmiş diskdə olan «Lənkəran TV» də yayımlanmış videorolik məhkəmə istintaqı zaman elan edilməklə tədqiq olunmuş, videoçəkilişdə Ümid Əkbərli, Təqsirləndirilən şəxs və Hüseyn Cavadovun fotoşəkilləri göstərilərək bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional Xidmətindən verilən məlumata görə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı şəhər sakinləri Ümid Əkbərli və Təqsirləndirilən şəxs saxlanılmışlar. Onlardan hazır bükümlərdə qablaşdırılmış heroin və iki ədəd elektron tərəzi aşkarlanmış, əməliyyat tədbirlərinin davamı nəticəsində həmin şəxslərdən aşkarlanan narkotik vasitənin Lənkəran şəhər sakini Hüseyn Cavadovdan əldə edildiyi müəyyən olunmuşdur. Hüseyn Cavadov polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən və yaşadığı evdən 4 kiloqramdan artıq heroin və 1 kiloqram 160 qram marixuana aşkarlanaraq götürülmüşdür. Hər üç şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-17/38/2-1277/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı xəsarət aşkar edilməmiş, sol saiddə köhnə çapıq toxumalar, hər iki aşağı və yuxarı ətraflarda postinyeksion trofik xoralar müşahidə olunmuşdur. Məhkəmə cinayət işinin mateariallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən habelə ilkin sübutlar qanunsuz yolla əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki:

1. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə, saat 11 radələrində dostu Hüseyn Cavadovun yaşadığı Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 78/18 mənzil 34-dən Ümid Əkbərli və Hüseyn Cavadovla birlikdə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq aparılmış, cinayət işininin materiallarının olan «tutulma protokol»undan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə, saat 17:30-da şübhəli şəxs qismində saxlanılaraq, həmin gün saat 18:00-da tutulmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs təqribən yeddi saat müddətində qanunsuz olaraq, müdafiə hüququ pozulmaqla Lənkəran ŞRPŞ-də saxlanılmışdır. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Layıcov Azərbaycana qarşı» işi üzrə qərarında məhkəmə dövlət orqanları tərəfindən vətəndaş Layıcovun işi üzrə ədalətli məhkəmə araşdırmasından bəhs edən Konvensiyanın 6-cı maddəsi ilə qorunan hüquqlarının və əsas azadlıqlarının pozuntusuna yol verildiyini göstərmişdir. Göstərilmişdir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Həmin qərarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbədə, sübutun mötəbərliyini təkzib etmək və ölkə daxili proseslərdə ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdıracaqdır. Cinayət-Prosessual MəcəlləsininHəmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Qeyd olunan Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə;... Təqsirləndirilən şəxs saxlanılarkən onun konstitusion hüquq və azadlıqlarının, Cinayət- Prosessual Məcəlləsinin digər tələblərinin pozulması hallarına yol verilmişdir ki, bu hallar da onun qanunla təminat verilən hüquqlarından məhrum edilməsinə və ya onların məhdudlaşdırmasına səbəb olmuş, nəticədə isə həmin istintaq hərəkəti zamanı əldə olunmuş sübutların həqiqiliyinə təsir göstərmiş, eləcə də həmin istintaq hərəkəti istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparılmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə saat 11 radələrində dostları X7 və X5 ilə birlikdə sonuncunun valideynlərinə məxsus və yaşadığı mənzildə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq aparılmasına baxmayaraq təhqiqatçı tərəfindən həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarış aparmışdır. Təqsirləndirilən şəxs təxminən yeddi saat ərzində hər hansı müdafiəçi təyin edilmədən polis əməkdaşlarının nəzarəti altında olduğundan sonuncunun həmin müddət ərzində müdafiə hüququ kobud şəkildə pozulmuşdur.

2. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı faktları təhrif etmişdir. Belə ki, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayında Lənkəran şəhərində istintaqa məlum olmayan mənbədən və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq, 4 bükümdə narkotik vasitə heroini əldə edə etmişdir. Lakin məhkəmə iclasında müdafiəçinin təqdim etdiyi diskə baxış keçirildikdə, diskdə olan «Lənkəran TV» də yayımlanmış reportajda Ümid Əkbərli, Təqsirləndirilən şəxs və Hüseyn Cavadovun fotoşəkilləri göstərilərək bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional Xidmətindən verilən məlumata görə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı şəhər sakinləri Ümid Əkbərli və Təqsirləndirilən şəxs saxlanılmışlar. Onlardan hazır bükümlərdə qablaşdırılmış heroin və iki ədəd elektron tərəzi aşkarlanmış, əməliyyat tədbirlərinin davamı nəticəsində həmin şəxslərdən aşkarlanan narkotik vasitənin Lənkəran şəhər sakini Hüseyn Cavadovdan əldə edildiyi müəyyən olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs elan edilmiş ittihamla «Lənkəran TV» də yayımlanmış reportaj arasında kəskin ziddiyət vardır. Birinci halda Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin naməlum mənbədən əldə edildiyi göstərildiyi halda, ikinci halda ona həmin narkotik vasitənin Hüseyn Cavadov tərəfindən verildiyi göstərilmişdir.

3. Məhkəmə Təqsirləndirilən şəxs ilkin ibtidai istinaq zamanı verdiyi etirafedici izahat və ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. «Dikmə Türkiyəyə qarşı» məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq vaxtı verdiyi etirafedici ifadələri bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs etirafedici ifadələrini könüllü olaraq deyil, hədə qoxu, təzyiq altında vermişdir. Belə ki, məhkəmə iclasında sübuta yetirildi ki, Təqsirləndirilən şəxs və digər təqsirləndirilən şəxslərə polis əməkdaşları tərəfindən Hüseyn Cavadovun valideynlərinə məxsus mənzildə, eləcə də polis şöbəsində hədə-qorxular, müxtəlif fiziki təzyiqlər edilmiş, bunun nəticəsində o, polis əməkdaşlarının təklif etdikləri narkotik vasitəni qəbul etmiş və etirafedici ifadələr vermişdir. Polis şöbəsində döyülməyi və ona işgəncə olunması faktı ilə bağlı araşdırma aparılsa da heç bir nəticəsi olmamışdır. Məhkəmə hesab edir ki, həmin apaşdırma formal aparılmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin Əlvan və Səbuhi adlı əməkdaşları tərəfindən döyülməsi ilə bağlı verdiyi bəyanat üzrə işgəncə faktının olub-olmamasını araşdırmaq məqsədilə Lənkəran Rayon Prokurorluğuna müvafiq məktub ünvanlamış, həmin məktub prokurorluğa xx.xx.2023-cü il tarixdə çatdırılsa da, qeyd olunan məsələyə operativ baxılmalı olduğu halda, bundan 01 aya yaxın vaxt keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə prokurorluqdan məhkəməyə sorğu göndərilərək Bakı İstintaq Təsridxanasında saxlanılan təqsirləndirilən şəxsin izahatının Lənkəran Rayon Prokurorluğunun müstəntiqi X8 tərəfindən alınmasına şərait yaradılması üçün göstəriş verilməsi xahiş olunmuşdur. xx.xx.2023-cü il tarixdə müvafiq sorğuya cavab ünvanlayaraq izahatın alınmasına etiraz edilmədiyi göstərilmiş, məktubun bir nüsxəsi isə Bakı İstintaq Təcridxanasının müdiriyyətinə ünvanlanmışdır. Lənkəran rayon prokurorluğunun 169C-23 nömrəli yoxlama materialı üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə, Lənkəran Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına qiymət verərək bildirir ki, hazırkı cinayət işi (230620026 istinaq nömrəli) üzrə ittiham aktı Lənkəran rayon prokuroru tərəfindən təsdiq edilərək məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxsin fiziki zora məruz qalması ilə bağlı araşdırma da məhz yenə Lənkəran rayon prokurorluğu tərəfindən araşdırılmışdır. Məhkəmə hesab edir ki, eyni prokurorluq tərəfindən işgəncə faktının araşdırılması qərəzsiz və müstəqil hesab oluna bilməz. Buna görə də hazırkı iş üzrə də qərəzsizlik prinsipinə uyğun olmadığı üçün məhkəmə tərəfindən qeyd olunan qərar da subyektiv yanaşma olmaqla bərabər obyektiv nəticənin əldə edilməsinə yönəlmiş ittihamın həlli üçün kifayət edən sübut deyildir. O da qeyd olunmalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, işgəncə verilməklə, hədə-qorxu, aldatma təsiri altında, eləcə də müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan çoxsaylı ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 21 2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbara, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, 04 ədəd bükümdə ekspert tədqiqatından sonra qalıq qalan ümumi qalıq çəkisi 0,590 qram olan narkotik vasitə heroin, bir ədəd elektron tərəzi və bir ədəd DVD disk iş cinayət işi materiallarına əlavə edilməlidir. Təqsirləndirilən şəxs iş üzrə olan 60 manat ekspertiza xərcinin ödənilməsindən azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21, 42, 55, 346, 347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq

HÖKM ETDİ:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 60 manat ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, 04 ədəd bükümdə ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 0,590 qram olan narkotik vasitə heroin, bir ədəd elektron tərəzi və şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarına əlavə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar