Məhkəmə qərarları › İş №1(049)-9/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-9/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-9/2025 23.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Nümayəndə2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat: 12:00 xx.xx.1987-ci il tarixdə Lənkəran rayonu Boladi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Lənkəran Rayon Məhkəməsinin 1(049)- 155/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, 01 il 11 ay 24 gün çəkilməmiş cəzası qalmış, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu Boladi kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.3, 186.2.1, 186.2.2 və 232.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 27 noyabr 2022-ci ildən faktiki olaraq ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasında yaşayan həmkəndlisi və qonşusu Zərərçəkmiş şəxs əvvəllər gördüyü və sonuncunun Lənkəran rayonu, Boladi kəndində yerləşən fərdi yaşayış evində saxladığı odlu silah olan qoşalülə ov tüfəngini gizli olaraq oğurlamaqla talamaq qərarına gəlib, bu məqsədlə evdə heç kimin yaşamadığına əmin olduğu üçün 02 fevral 2023-cü il tarixdə, saat 21 radələrində hasardan keçərək evin həyətinə, oradan da evin birinci mərtəbəsinin pəncərəsini əli ilə möhkəm itələyib açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, orada axtarış apararaq evin birinci mərtəbəsindəki qonaq otağında olan divanın altında aşkar etdiyi, Zərərçəkmiş şəxs məxsus olub qiyməti 550 manat təşkil edən, 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli “ИЖ-12” modelli, K 27410 nömrəli, daxili çaxmaqlı, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı olan qoşalüləli yivsiz odlu ov silahını götürüb vahid niyyətlə gizli talayaraq oğurluq edib, törətdiyi cinayəti yaşayış evini yandırmaqla ört-basdır etmək və izi itirmək məqsədi ilə gizli taladığı odlu silahı özü ilə götürüb hadisə yerini tərk edərkən üzərində olan alışqanla həmin qonaq otağının giriş qapısının dəstəyindən asılmış “əl-üz dəsmalı”nı qəsdən yandırmış və həmin yanğının alovunun təsirindən Zərərçəkmiş şəxs mülkiyyətində olan, dəyəri 98500 (doxsan səkkiz beş yüz) manat təşkil edən Lənkəran rayonu, Boladi kəndində 1992-ci ildə inşa olunmuş, müasir tipli, tam təmirli, tikinti altı sahəsi 173 kv.metr, 2 mərtəbəli, 3 otaqlı həmin fərdi yaşayış evi, orada olmuş və yanğının təsirinə məruz qalmış məişət əşyaları - qiyməti 660 manat olan 1 (bir) ədəd iki kameralı “Çinar” markalı soyuducu, qiyməti 950 manat olan 1 (bir) ədəd “Samsung” markalı soyuducu, ədədinin qiyməti 850 manat cəmi qiyməti 1700 manat olan 2 (iki) ədəd “Samsung” markalı 7 kq-lıq paltaryuyan maşın, ədədinin qiyməti 575 manat cəmi qiyməti 1150 manat olan 2 (iki) ədəd “Samsung” markalı qabyuyan maşın, ədədinin qiyməti 220 manat cəmi qiyməti 440 manat olan 2 (iki) ədəd “Eurolux” markalı toz sovuran maşın, ədədinin qiyməti 400 manat cəmi qiyməti 800 manat olan 2 (iki) ədəd “Singer M1255” markalı elektron paltartikən maşını, ədədinin qiyməti 300 manat cəmi qiyməti 600 manat olan 2 (iki) ədəd “Eurolux” markalı 4 piltəli qaz piltəsi, ədədinin qiyməti 180 manat cəmi qiyməti 360 manat olan 2 (iki) ədəd “Eurolux” markalı elektrik ütüsü, ədədinin qiyməti 80 manat cəmi qiyməti 160 manat olan 2 (iki) ədəd 6 litr tutumlu, çoxfunksiyalı elektrik çaydanı, ədədinin qiyməti 140 manat cəmi qiyməti 280 manat olan 2 (iki) ədəd “Arçelik” elektrik sobası, qiyməti 1500 manat olan 1 (bir) ədəd “samsung” markalı, 105 sm dioqonallı, plazma tipli televizoru, qiyməti 1700 manat olan 1 (bir) ədəd “panasonic” markalı, 105 sm dioqonallı, plazma tipli televizor, ədədinin qiyməti 700 manat cəmi qiyməti 1400 manat olan 2 (iki) ədəd “LG RNC5” markalı musiqi mərkəzi, qiyməti 180 manat olan 1 (bir) ədəd kasetli maqnitofon, qiyməti 1000 manat olan 1 (bir) ədəd “Pioneer AVH- Z7250BT” markalı maqnitofon, ədədinin qiyməti 200 manat cəmi qiyməti 400 manat olan 2 (iki) ədəd “Sony” markalı “DVD PLAYER” aparatı, bir dəstinin qiyməti 1400 manat cəmi qiyməti 2800 manat olan 2 (iki) dəst “Embawood” markalı “Florida” yataq dəsti, bir dəstinin qiyməti 1600 manat cəmi qiyməti 3200 manat olan 2 (iki) dəst “Embawood” markalı, divar (stenka) mebel, bir dəstinin qiyməti 1800 manat cəmi qiyməti 3600 manat olan 2 (iki) dəst mexanizmalı, yüksək keyfiyyətli stol-stul dəsti (hər dəstdə 1 stol, 12 stul olmaqla), ədədinin qiyməti 750 manat cəmi qiyməti 1500 manat olan 2 (iki) ədəd mexanizmalı, çoxfunksiyalı yumşaq divan, ədədinin qiyməti 150 manat cəmi qiyməti 1200 manat olan 8 (səkkiz) ədəd büllur çilçırağ (lüster), ədədinin orta qiyməti 30 manat cəmi qiyməti 660 manat olan 22 (iyirmi iki) ədəd kətil (taburet), ədədinin 275 manat cəmi qiyməti 550 manat olan 2 (iki) ədəd “Eurolux” markalı elektrik ət çəkən maşın, ədədinin qiyməti 900 manat cəmi qiyməti 1800 manat olan 2 (iki) ədəd 5x4 metr ölçüdə İran istehsalı olan, toxuma xalça, ədədinin qiyməti 530 manat cəmi qiyməti 1060 manat olan 2 (iki) ədəd 4x3,6 metr ölçüdə Türk istehsalı olan xalça, ədədinin qiyməti 120 manat cəmi qiyməti 360 manat olan 3 (üç) ədəd 2x3 metr ölçüdə kilim, ədədinin qiyməti 16 manat cəmi qiyməti 192 manat olan 12 (on iki) ədəd yastıq, ədədinin qiyməti 50 manat cəmi qiyməti 1200 manat olan 24 (iyirmi dörd) ədəd 3 metrlik pərdə, ədədinin qiyməti 150 manat cəmi qiyməti 300 manat olan 2 (iki) ədəd televizor altlığı (tumba), ədədinin qiyməti 120 manat cəmi qiyməti 240 manat olan 2 (iki) ədəd “Eurolux” markalı, şirəçəkən maşın, ədədinin qiyməti 25 manat cəmi qiyməti 600 manat olan 24 (iyitmi dörd) ədəd, 3 metrlik qarniz (pərdəlik), ədədinin qiyməti 250 manat cəmi qiyməti 500 manat olan 2 (iki) ədəd uşaq matrası, bir dəstinin qiyməti 43 manat cəmi qiyməti 301 manat olan 7 (yeddi) dəst mələfə-çexol dəsti, bir dəstinin qiyməti 300 manat cəmi qiyməti 600 manat olan 2 (iki) dəst, hər dəsti 48 parçadan ibarət, formalı boşqab dəsti (nabor tarelka), bir dəstinin qiyməti 240 manat cəmi qiyməti 480 manat olan 2 (iki) dəst, hər dəsti 48 parçadan ibarət, çəngəl-qaşıq dəsti, bir dəstinin qiyməti 800 manat cəmi qiyməti 1600 manat olan 2 (iki) dəst, hər dəsti 96 parçadan ibarət, büllur nahar dəsti, bir dəstinin qiyməti 370 manat cəmi qiyməti 740 manat olan 2 (iki) dəst, hər dəsti 12 parçadan ibarət, büllur meyvə qabı dəsti, bir dəstinin qiyməti 280 manat cəmi qiyməti 560 manat olan 2 (iki) dəst, 3x4 metr ölçülü, ipək pərdə dəsti, ədədinin qiyməti 250 manat cəmi qiyməti 500 manat olan 2 (iki) ədəd uzaqdan idarə olunan, müxtəlif rəng çalarlı büllur çilçıraq, bir metrinin qiyməti 12 manat cəmi qiyməti 360 manat olan 30x2 metr ölçüdə, tül pərdə, bir dəstinin qiyməti 880 manat cəmi qiyməti 1760 manat olan iki dəst qonaq mebeli dəsti, ədədinin qiyməti 400 manat cəmi qiyməti 800 manat olan 2 (iki) ədəd, iri ölçülü, “Embawood” markalı tumbası ilə birlikdə güzgülü termo və ədədinin qiyməti 600 manat cəmi qiyməti 1200 manat olan 2 (iki) ədəd, iri ölçülü, “Embawood” markalı kamodun yanması nəticəsində Zərərçəkmiş şəxs məxsus ümumilikdə külli miqdar təşkil edən 140443 (yüz qırx min dörd yüz qırx üç) manat qiymətində özgənin əmlakını yandırmaqla və zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla qəsdən məhv etmiş və zədələmişdir. Lənkəran Rayon Məhkəməsinin 1(049)-9-2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata dövlət ittihamçısının təqsirləndirilən şəxs barəsində həmin hissədə cinayət təqibindən imtina etməsinə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onunla heç bir ədavəti, düşmənçiliyim olmayıb. Fəxrəddinin evi onun yaşadığı evin arxasındadır. Onun yaşadığı ev çayın bir tərəfində, Fəxrəddinin evi isə çayın o biri tərəfindədir. O, təxminən 6-7 ay əvvəl Fəxrəddinin evində iki gün təmir işləri görmüşdür. Fəxrəddinin evində işləyən zaman silah görməmişədir. Zərərçəkmiş şəxs Rusiyada yaşayır və ara-sıra Lənkəran rayonuna, Boladi kəndinə gəlib-gedirdi. Zərərçəkmiş şəxs məxsus ev 02 fevral 2023-cü il tarixdə yanmışdır. Evin yanması barədə qonşusu Hüseyn ona məlumat vermiş, həmin vaxt o, öz evində olmuş, evin yanmasını eşidən kimi qonşu kimi dərhal yanan evə tərəf gəlmişdir. Evin yanmasını görmüş, hətta FHN-in yanğınsöndürənlərinə də köməklik etmişdir.O, özü əvvəllər Masallı rayonu ərazisində Elmin adlı şəxsə məxsus fermada qaravulçu işləmişdir. Ferma müdiri Elmin ona tüfəng almışdır. Silan onun adına rəsmiləşdirilmişdir. O, Elminin fermasından çıxanda silah Elmində qalmışdır. O, işdən ayrılanda Elmindən silahı onun adından çıxarmasını xahiş etmiş, lakin Elminin silahı onun adından çıxarıb çıxarmadığını bilmir. Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin adlarını xatırlaya bilmədiyi 4 nəfər əməkdaşı onu dəyənəklə döyərək hazırda ittiham edildiyi cinayəti onun boynuna qoymuşlar. Polis əməkdaşları ona “əgər cinayəti boynuna götürməsən, evinə narkotik qoyacağıq” demişlər. O da təzyiqlər qarşısında məcbur qalıb törətmədiyi cinayəti boynuna götürmüşdür. Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş, sağ ayağının barmaqlarında və dırnaqlarında xəsarətlər olduğu müəyyən edilmişdir. Həmin xəsarətlər ona Lənkəran ŞRPŞ-nin Liman polis bölməsində yetirilmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü ona elan edilmiş ittihamla özünü təqsirli bilmədiyini və verilmiş mülki iddianı qəbul etmədiyini bildirərək barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, ona elan olunmuş ittihamla özünü təqsirli hesab edir. Lənkəran rayonu Boladi kəndində özünə məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Evlidir, iki azyaşlı övladı vardır. 2022-ci ildə Lənkəran rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə məhkum olub 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs tanıyır, həmkəndlisidir. Onunla arasında heç bir narazılıq və ziddiyyət olmamışdır. Əvvəllər Zərərçəkmiş şəxs vertikal qoşalüləli ov tüfəngi olmasını görmüş, silah xoşuna gəlmişdir. Buna görə də həmin ov tüfəngini oğurlamaq qərarına gəlmişdir. Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşadığından evində heç kimin olmadığını qabaqcadan bilmişdir. Buna görə də Zərərçəkmiş şəxs məxsus ov tüfəngini oğurlamaq qərarına gəlib xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs məxsus evdə heç kimin olmadığına bir daha əmin olub evin hasarından tullanıb həyətə daxil olmuşdur. İkimərtəbəli evin birinci mərtəbəsində olan pəncərəni içəriyə doğru möhkəm itələmiş və pəncərə içəriyə doğru açılmışdır. Bundan sonra həmin pəncərədən evə daxil olub silahı tapıb oğurlamaq üçün evin otaqlarına göz gəzdirmişdir. Evin birinci mərtəbəsində yerləşən qonaq otağında olan divanın altına baxdığı zaman həmin bir ədəd vertikal qoşalüləli, 12 kalibrli ov tüfəngini görüb götürmüşdür. Otaqdan çıxarkən iz itirmək məqsədilə evin qonaq otağının qapı dəstəyindən asılmış boz rəngdə əl-üz dəsmalını üzərində olan alışqanla yandırıb evə daxil olduğu pəncərədən çölə çıxmışdır. Oradan onu görən olmasın deyə çayın kənarı ilə evinə getmişdir. Oğurladığı silahı yaşadığı evin həyətində ot tayasının altında gizlətmişdir. Həyətində olarkən Zərərçəkmiş şəxs məxsus evin yandığını görmüşdür. Hətta özü də həmin yanan evə gedib yanğını söndürməyə kömək etmişdir ki, ətrafdakılar ondan şübhələnməsin. X23 Masallı rayonunda fermada işləyirmiş. Təxminən 3 il bundan qabaq özü də həmin fermada işləmişdir. Ferma sahibi Şahid6 onun adına tüfəng sənədləşdirmişdir. Tüfəng Elmində imiş. Buna görə də tutulmaqdan qorxduğuna görə oğurladığı silahı adına olan, Masallı rayonunda yerləşən fermada saxlanılan silahla dəyişmək qərarına gəlmişdir. Bunun üçün qardaşına Yardımlı rayonundan silah aldığını, məhkəmə tərəfindən ona hökm oxunduğunu, polis nəzarətində olduğunu, sənədsiz silahı Şahid6 verib sənədlə adına olan silahı ondan almasını xahiş etmişdir. Buna görə də qardaşı Murad oğurladığı silahı Şahid6 verib adına olan silahı sonuncudan alıb ona vermişdir. Əməlindən peşimandır, buna görə ona köməklik göstərməyi xahiş etmişdir. X5 Zərərçəkmiş şəxs məxsus ov tüfəngini oğurlayıb evi yandırmağı barədə heç bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs evindən ona məxsus silahı oğurladıqdan sonra iz itirmək məqsədilə ona məxsus evi yandırmışdır və əməlindən peşmandır. O, Zərərçəkmiş şəxs məxsus ov tüfəngini tamah məqsədilə götürüb oğurlamışdır. Ailə üzvlərinin və ya başqa hər hansı bir şəxsin onun Zərərçəkmiş şəxs məxsus ov tüfəngini oğurlayıb evini yandırmağından məlumatı olmamışdır. 2022-ci ildə oğurluğa görə məhkum olmuş, ayağında qolbaq olduğunu bildirmiş və buna görə də törətdiyi cinayəti etiraf edəcəyi təqdirdə tutulacağından qorxduğuna görə ilkin izahatında hadisə barədə məlumatı və əlaqəsinin olmadığını bildirmişdir. Hazırda doğru olaraq etiraf edib bildirir ki, qonşusu Zərərçəkmiş şəxs məxsus evə daxil olub ov tüfəngini oğurladıqdan sonra iz itirmək üçün ona məxsus evi yandırmışdır. Məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək məhkəmə istintaqında ifadəsində göstərdi ki, Lənkəran rayonu Boladi kəndində doğulmuşdur. Hal-hazırda Rusiya Federasiyasının Sank-Peterburq şəhərində özünə məxsus olan evdə ailəsi ilə birlikdə yaşayır. Lənkəran rayonu Boladi kəndində özünə məxsus fərdi yaşayış evi vardır. İlin yay aylarında ailəsi ilə bərabər həmin evə istirahət etmək üçün gəlir. Həmin evin açarlarının bir nüsxəsini evdə təmizlik işləri aparması üçün baldızı X11 vermişdir. 02 fevral 2023-cü il tarixdə saat təxminən 02 radələrində ona məxsus olan evdə yanğın hadisəsi baş vermişdir. Belə ki, evi Lənkəran rayonu Boladi kəndində yerləşən iki mərtəbəli həyət evi olmuş, evin ölçüləri uzunluğu 16,5 metr, eni isə 10,5 metr olmuş və evin birinci mərtəbəsi yerdən 1 metr hündürlüyündə 60 sm bünövrəsindən sonra tikilmişdir. Evin birinci mərtəbəsində evin qarşısından daxil olmaq şərti ilə 1,5 metr enliyində evin ikinci mərtəbəsinə qalxmaq üçün 16 pillədən ibarət pilləkən yerləşmiş, bundan başqa evin birinci mərtəbəsi mətbəxdən başlamış, mətbəxin ölçüləri 2,80 metr enində 10 metr uzunluğunda olmuşdur. Mətbəx müasir mətbəx mebelləri ilə tam doldurulmuş şəkildə olmuş, evin birinci mərtəbəsinə iki giriş qapısı olmuşdur. Həmin qapılar möhkəm dəmir qapıdan ibarət olmuşdur. Qapılardan biri evin birinci mərtəbəsində yerləşən mətbəxə və ikincisi isə evin ikinci mərtəbəsinə qalmaq üçün tikilmiş pilləkənə açılmış, pilləkənin altında hamam tualet və artıq əşyaları saxlamaq üçün saxlanc yeri olmuşdur. Evin birinci mərtəbəsində olan boş yer meydança olmuşdur. Onun ölçüləri 10x10 metr olmuş, pilləkən ilə evin ikinci mərtəbəsinə qalxırlarmış və həmin pilləkən 16 pillədən ibarət olmuşdur. Pilləkənin pillələri dəmirdən olmuş və sonradan həmin dəmir pillələri müasir formada taxta ilə bəzətdirmişdir. Evin ikinci mərtəbəsinə qalxdıqdan sonra ikinci mərtəbə üç otaqdan ibarət olmuşdur. Pilləkənlə qalxdıqdan sonra ikinci mərtəbədə yerləşən zala daxil olmaq üçün iki lay taxta qapı var olmuşdur. Həmin qapıdan zala daxil olduqdan sonra zaldan ayrı-ayrı otaqlara giriş qapıları olmaq şərti ilə 5x6 metr ölçüdə iki otaq yerləşmiş, zalın ölçüsü isə 4x10 metr nisbətində olmuşdur. Sözügedən iki otaq isə hər birinə giriş zaldan olmuş və hər iki otağın qapıları iki lay taxta qapıdan ibarət olmuşdur. Sözügedən iki otaqda birinci və ikinci oğlunun arvadlarının gətirdikləri cehizlik əşyaları olmuşdur. Oğlanları da Rusya Federasiyasının vətəndaşıdırlar və onlar da ailələri ilə birlikdə Rusiyada yaşayırlar. Hər iki gəlinin evinə gəlin köçərkən gətirdikləri cehizlər aşağıdakı əşyalardan ibarət olmuşdur. Bir ədəd iki kameralı, qiyməti 660 manat olan “Çinar” markalı soyuducu, bir ədəd qiyməti 950 manat olan “Samsung” markalı soyuducu, bir ədədinin qiyməti 850 manat olan iki ədəd “Samsung” markalı 7 kq-lıq paltaryuyan maşın, bir ədədinin qiyməti 575 manat lan iki ədəd “Samsung” markalı qabyuyan maşın, bir ədədinin qiyməti 220 manat olan, iki ədəd “Eurolux” markalı toz sovuran maşın, bir ədədinin qiyməti 400 manat olan, iki ədəd “Singer M1255” markalı elektron paltartikən maşın, bir ədədinin qiyməti 300 manat olan iki ədəd “Eurolux” markalı 4 piltəli qaz piltəsi, bir ədədinin qiyməti 180 manat olan iki ədəd “Eurolux” markalı elektrik ütüsü, bir ədədinin qiyməti 80 manat olmaqla iki ədəd 6 litr tutumlu, çoxfunksiyalı elektrik çaydanı, bir ədədinin qiyməti 140 manat olan iki ədəd “Arçelik” elektrik sobası, bir ədəd 1500 manat qiymətində “Samsung” markalı, 105 sm dioqonallı, plazma tipli televizor, bir ədəd 1700 manat qiymətində “Panasonic” markalı, 105 sm dioqonallı, plazma tipli televizor, bir ədədinin qiyməti 700 manat olan iki ədəd “LG RNC5” markalı musiqi mərkəzi, bir ədəd 180 manat qiymətində kasetli maqnitafon, bir ədəd 1000 manat qiymətində “Pioneer AVH-Z7250BT” markalı maqnitafon, bir ədədinin qiyməti 200 manat olan iki ədəd “Sony” markalı “DVD PLAYER”, bir dəstinin qiyməti 1400 manat olan iki dəst “Embawood” markalı “Florida” yataq dəsti, bir dəstinin qiyməti 1600 manat olan iki dəst “Embawood” markalı, divar (stenka) mebel, bir dəstinin qiyməti 1800 manat olan iki dəst mexanizmalı, yüksək keyfiyyətli stol-stul dəsti (hər dəstdə 1 stol, 12 stul), bir ədədinin qiyməti 750 manat olan iki ədəd mexanizmalı, çoxfunksiyalı yumşaq divan, bir ədədinin orta qiyməti 150 manat olan səkkiz ədəd büllur çilçıraq (lüster), bir ədədinin orta qiyməti 30 manat olan 22 ədəd kətilin (taburet), bir ədədinin qiyməti 275 manat olan iki ədəd “Eurolux” markalı elektrik ət çəkən maşını, bir ədədinin qiyməti 900 manat olan iki ədəd 5x4 metr ölçüdə İran istehsalı olan, toxuma xalça, bir ədədinin qiyməti 530 manat olan iki ədəd 4x3,6 metr ölçüdə Türk istehsalı olan xalça, bir ədədinin qiyməti 120 manat olan üç ədəd 2x3 metr ölçüdə kilim, bir ədədinin qiyməti 16 manat olan on iki ədəd yastıq, bir ədədinin qiyməti 50 manat olan iyirmi dörd ədəd 3 metrlik pərdə, bir ədədinin qiyməti 150 manat olan iki ədəd televizor altlığı (tumba), bir ədədinin qiyməti 120 manat olan iki ədəd “Eurolux” markalı şirəçəkən maşını, bir ədədinin qiyməti 25 manat olan 24 ədəd 3 metrlik qarniz (pərdəlik), bir ədədinin qiyməti 250 manat olan iki ədəd uşaq matrası, bir dəstinin qiyməti 43 manat olan yeddi dəst mələfə-çexol dəsti, bir dəstinin qiyməti 300 manat olan iki dəst hər dəsti 48 parçadan ibarət formalı boşqab dəsti (nabor tarelka), bir dəstinin qiyməti 240 manat olan iki dəst hər dəsti 48 parçadan ibarət çəngəlqaşıq dəsti, bir dəstinin qiyməti 800 manat olan iki dəst hər dəsti 96 parçadan ibarət büllur nahar dəsti, bir dəstinin qiyməti 370 manat olan iki dəst hər dəsti 12 parçadan ibarət büllur meyvə qabı dəsti, bir dəstinin qiyməti 280 manat olan iki dəst 3x4 metr ölçülü ipək pərdə dəsti, bir ədədinin qiyməti 250 manat olan iki ədəd uzaqdan idarə olunan müxtəlif rəng çalarlı büllur çilçıraq, bir metrinin qiyməti 12 manat olan 30x2 metr ölçüdə tül pərdə, bir dəstinin qiyməti 880 manat olan iki dəst qonaq mebeli dəsti, bir ədədinin qiyməti 400 manat olan iki ədəd iri ölçülü “Embawood” markalı tumbası ilə birlikdə güzgülü termo və bir ədədinin qiyməti 600 manat olan iki ədəd iri ölçülü “Embawood” markalı kamod yanaraq tam yararsız hala düşmüşdür. Ona məxsus olan fərdi yaşayış evində 01 ədəd ov tüfəngi olmuşdur. Həmin tüfəng mərhum atası X12 məxsus ov tüfəngi olmuş və ona yadigar qalmışdır. Həmin tüfəng 12 kalibrli üst-üstə olan iki lüləli, “ИЖ-12” modelli, K 27410 nömrəli, daxili çaxmaqlı ov tüfəngi olmuşdur. Evində baş vermiş yanğın hadisəsinin baş verməsinə səbəb həmin ov tüfəngini oğurlayaraq evi yandırmışlar. Belə ki, o, Rusiya Federasiyasında olan zaman evində yanğın hadisəsi baş vermişdir. Evində olan tüfəngləri oğurladıqdan sonra izi itirmək üçün həmin tüfəngləri oğurlayan şəxs evi qəsdən yandırmışdır. Lənkəran rayonu Boladi kənd sakini Təqsirləndirilən şəxs o, evini təmir etdirən zaman evində fəhlə kimi işləmişdir. Təqsirləndirilən şəxs evindən işləyən zaman ona məxsus olan evin giriş qapısının və hər bir otağının açarlarından bir nüsxə itmişdir. Belə ki, Şaiq evində işlədikdən bir həftə keçdikdən sonra həmin açar komplektindən bir nüsxənin itdiyini öyrənmişdir. Lakin həmin açarları dəyişmək ağlından keçməmişdir. Daha sonra 27 noyabr 2022-ci il tarixdə o, ailəsi iə birlikdə Rusiya Federasiyasına getmişdir. Bundan sonra 02 fevral 2023-cü il tarixdə yaşayış olmayan evində oğurluq və yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğın hadisəsindən sonra ona məxsus fərdi yaşayış evi yaşamaq üçün yararsız vəziyyətə düşdüyündən yanmış evi bünövrədən sökərək yerinə bir mərtəbədən ibarət yeni ev tikmişdir. Baş vermiş yanğın hadisəsi nəticəsində ona 140443 manat maddi ziyan dəymişdir. Həmkəndlisi Təqsirləndirilən şəxs atasından ona qalan 12 kalibrli üst-üstə olan iki lüləli, “ИЖ-12” modelli, K 27410 nömrəli, daxili çaxmaqlı ov tüfəngini oğurlamış və iz itirmək üçün evə od vuraraq yandırmışdır. FHN-nin xx.xx.2023-cü il tarixli hesabat vərəqəsində göstərilmiş 25000 manat ziyanla razı deyil. O, 1992-ci ildə sözügedən özünə məxsus olan iki mərtəbəli, üç otaqdan ibarət olan fərdi yaşayış evinin tikintisi və həmin evin təmiri üçün, həmçinin evin içərisində olan iki gəlininin gətirdiyi cehizlik əşyaları, arvadı ilə özünə məxsus əşyalarla birlikdə ümumilikdə təxminən 140443 manat dəyərində olmuşdur. Törədilmiş yanğın hadisəsi nəticəsində evi və içərisindəki əşyalar tamamilə yararsız vəziyyətə düşdüyündən həmin sözügedən evi bünövrədən söküb yerinə birmərtəbəli fərdi yaşayış evi tikmişdir. Tərəfindən verilmiş mülki iddianın təmin edilməsini və təqsirləndirilən şəxsin qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 qanuni mənafeyini təmsil etdiyi zərər çəkmiş şəxs (mülki iddiaçı) tərəfindən verilmiş mülki iddianın təmin edilməsini və təqsirləndirilən şəxsin qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək məhkəmə istintaqında ifadəsində göstərdi ki, 02 fevral 2023-cü il tarixdə bacısının əri Zərərçəkmiş şəxs məxsus Boladi kəndində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi ilə bağlı məlumatı vardır. 27 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs və ailəsi Lənkəran rayonu Boladi kəndindən Rusiya Federasiyasına getmişdir. Onlar Rusiya Federasiyasına gedərkən hər dəfə bacısı Gülsarə Cabbarova evinin açarlarını ona verirmiş, bu dəfə də onlar Rusiya Federasiyasına gedərkən evin darvaza qapısının, evin giriş qapısının və evin qonaq otağının qapısının açarını ona vermişdir. Belə ki, bacısının açarları ona verməkdə məqsədi həm evi müəyyən müddət keçdikdən sonra təmizləməyə, evin pəncərələrini açaraq havalandırmaya və onlar Rusiyada olarkən evdə olan hər hansı bir əşya və ya nəsə iş görmək lazım olanda onunla əlaqə saxlayaraq həmin işi ona tapşırmaları olmuşdur. 02 fevral 2023-cü il tarixdə kürəkəni Zərərçəkmiş şəxs məxsus evdə yanğın hadisəsinin baş verdiyini bacısı Gülsarə ona zəng edərək bildirmişdir. Bundan sonra o, bacısının evinin olduğu yerə tərəf getmiş və ora çatanda həqiqətən də Fəxrəddinin evinin yandığını görmüşdür. Bundan sonra evə girəndə evin pəncərələrinin qırıldığını və evin tamamilə yandığını görmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs ona zəng edərək evində yerləşən divanın altında tüfənglərin olub-olmamasını soruşmuşdur. O, Fəxrəddinin qardaşı və əmisi oğlu Coşqunla birlikdə Fəxrəddinin dediyi yerə baxmış və həmin tüfəngləri yerində görməmişlər. Daha sonra yanğınsöndürənlər evi tam söndürdükdən sonra onlar da yavaş-yavaş evə getməyə başlamışlar. Sabahısı günü Zərərçəkmiş şəxs və bacısı X19 Federasiyasından Boladi kəndinə geri qayıtmışlar. Bundan sonra kürəkəni Fəxrəddin bildirmişdir ki, evindəki iki ədəd tüfəngə görə onun evini yandırıblar. Onun tüfənglərini oğurlayan şəxs və ya şəxslər tüfəngləri oğurladıqdan sonra evi yandırmışlar. Sonradan məlum olmuşdur ki, evdə olan bir ədəd 12 kalibrli, qoşalülə ov tüfəngini həmkəndlisi olan Təqsirləndirilən şəxs evə girərək oğurlamış və iz itirməkdən ötrü evə od vuraraq yandırmışdır. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1 və Şahid3 Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclasında dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək məhkəmə istintaqında ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 02 fevral 2023-cü il tarixdə saat 02 radələrində Lənkəran rayonu Boladi kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi ilə bağlı məlumatı olmuşdur. Yanğın hadisəsindən sonra Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evi yanaraq yararsız vəziyyətə düşmüşdür. Hadisədən sonra Rusiya Federasiyasında yaşayan Cabbarov X1 qayıtmış və yaşadığı evdə ona atasından yadigar qalan tüfənglərin olduğunu, lakin həmin tüfənglərin evindən oğurlandığını bildirmişdir. Belə ki, Zərərçəkmiş şəxs evinə girən şəxs və ya şəxslər onun evində olan ov tüfənglərini oğurlayaraq izi itirməkdən ötrü evi qəsdən yandırmışlar. Bundan sonra keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, həqiqətən Lənkəran rayonu Boladi kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən həmin kənd sakini Təqsirləndirilən şəxs sözügedən fərdi yaşayış evinə hasardan tullanaraq evin həyətinə daxil olmuş və evin birinci mərtəbəsində yerləşən plastik pəncərəyə fiziki güc tətbiq edərək pəncərəni açmış və evə daxil olmuşdur. Daha sonra həmin evdə Zərərçəkmiş şəxs məxsus yivsiz ov silahını oğurladıqdan sonra iz itirməkdən ötrü evdə olan dəsmala üzərindəki alışqanla od vuraraq evə atmış və evin yanmasına səbəb olmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində yanğının evi tam əhatə etdiyini görən kənd camaatı FHN-nin 103 yanğınsöndürmə mərkəzinə zəng edərək Zərərçəkmiş şəxs məxsus evin yanması barədə məlumat vermişlər. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 2023-cü ilin yay aylarında Zərərçəkmiş şəxs məxsus evdən oğurladığı həmin 01 ədəd ov tüfəngini əvvəllər fermasında işlədiyi Masallı rayonu Köçəkli kənd sakini Şahid6 məxsus fermada onun adına olan ov tüfəngi ilə dəyişmiş və sözügedən tüfəngi Şahid6 vermişdir. Sonradan Şahid6 həmin tüfəngin onda olduğunu və istintaqa təqdim edə biləcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid5 Şahid4 ifadəsinə uyğun eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək məhkəmə istintaqında ifadəsində göstərdi ki, Masallı rayonu Köçəkli kəndində yaşayır. Masallı rayonunun Köçəkli kəndində ferması vardır. Həmin fermada Lənkəran rayonunun Boladi kənd sakinləri Şaiq və Murad Mirzəyevlər işləyib çobanlıq etmişlər. Təxminən 3 il bundan qabaq o, çoban işləyən Təqsirləndirilən şəxs adına bir ədəd qoşalüləli, 12 kalibrli ov tüfəngi almışdır. Həmin tüfəngdən təsərrüfatında istifadə edirmiş, təxminən 3-4 ay bundan qabaq Şaiqin X23 evinə gəlib ona “qardaşım Şaiq özündə olan sənədsiz tüfənglə adam vurmuşdur, polisə təqdim etmək üçün səndə olan Şaiqin adına silahı ver, sənədsiz silahı biz sənə verək” demişdir. O, Murada “tüfəngə ehtiyacım yoxdur, istəyirsənsə götür apar” demişdir. Həmin gün Murad Mirzəyev sənədlə qardaşı Şaiqin adın olan və fermada saxladığı qoşalüləli, 12 kalibrli tüfəngi götürüb əvəzində vertikal qoşalüləli, 12 kalibrli ov tüfəngini ona vermişdir. Murad həmin silahı fermada işlədirmiş, bir neçə ay bundan qabaq Murad çobanlıqdan çıxmış, lakin silah fermada qalmışdır. 19 dekabr 2023-cü il tarixdə Lənkəran rayonunun Boladi kənd sakini sonradan adını bildiyi Zərərçəkmiş şəxs tanımadığı 3 nəfər şəxslə fermaya gəlmiş, Fəxrəddin ona “eşitmişəm sənin fermanda mənim tüfəngim var” demişdir. O, Fəxrəddinə fermasında tüfəng olduğunu bildirib tüfəngi Fəxrəddinə göstərmişdir. Fəxrəddin təxminən 5 metr məsafədən silahını görüb tanımış və silahı qucaqlayıb ağlamışdır. Fəxrəddin tüfəngin balaca qundağında çat olmasından və silahın digər xarakterik xüsusiyyətlərindən tüfəngin özünə məxsus olduğunu bildirmişdir. O da Fəxrəddinə “silah sənindirsə, götür apar” demişdir. Daha sonra Fəxrəddin ona həmin tüfəngi polisə təhvil verməyini ona bildirmişdir. Daha sonra onu Lənkəran ŞRPŞ-nin əməkdaşları polis şöbəsinə dəvət etmiş, polis şöbəsinə gələrkən sözügedən tüfəngi də özü ilə polis şöbəsinə gətirərək istintaqa təhvil vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X24 Xidməti Cənub Regional X24 İdarəsinin X24 şöbəsinin inspektoru vəzifəsində xidmət edir, daxili xidmət kapitanıdır. Verilən suallara cavab olaraq bildirdi ki, cinayət işi materiallarında olan yanğın haqqında ilkin akt onun tərəfindən tərtib edilmişdir, hadisənin üzərindən xeyli vaxt keçdiyi üçün aktın tarixini dəqiq xatırlamır. Hadisə baş verən gün Lənkəran rayonu ərazisində evdə yanğın hadisəsi yalnız rayonun Boladi kəndində sözügedən evdə baş vermişdir. Ev sahibi xarici ölkədə olduğu üçün evə daxil ola bilməmişlər. Yanğın baş vermiş evə 2 dəfə getmələrinin səbəbi birinci dəfə ev sahibinin evi ilə bağlı araşdırma aparılmasının əleyhinə olduğu, lakin sonra telefonla zəng edib evində oğurluq edilməsi və evinin yandırılması barədə məlumat verməsi olmuşdur. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, yanğın evin giriş hissəsindən başlamışdır. İkimərtəbəli evin yanmayan cəmi arxada olan 2 otağı qalmışdı, qalan otaqlar yanmışdı. Ev sahibi evdə yaşayış olmadığından evdə elektrik olmadığını bildirmişdir. İlkin olaraq ev sahibi onlara evinin yanması nəticəsində ona 25.000 manat ziyan dəydiyini bildirmişdir. Ev 1-ci mərtəbədən alışıb 2-ci mərtəyə qalxmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cənub RETSİ-nin X4 Boladi kəndi üzrə nəzarətçi vəzifəsində işləyir. Verilən suallara cavab olaraq bildirdi ki, iki ildən yuxarı hazırki vəzifədə çalışır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus Boladi kəndində yerləşən fərdi yaşayış evi yandığı vaxtda da o, həmin kənd üzrə nəzarətçi olmuşdur. Nəzarətçi olaraq təhlükəsizlik məqsədi ilə ayda bir dəfə xidməti ərazidə yoxlama aparır. Yanğın hadisəsi gecə saatlarında baş vermişdir. O, həmin vaxt ərazidə olmamışdır. Onun vəzifəsi həmçinin elekterik naqillərinin işıq dirəyindən sayğaca kimi olan hissəsinə nəzarət etmək olmuşdur. Zərərçəkmiş şəxs məxsus evə quraşdırılmış sayğac smart tipli deyil, elektron sayğac olmuşdur. O, baxış keçirən zaman müəyyən etmişdir ki, evin elekteriki avtomatdan sönülü olmuş və heç bir ərimə olmamışdır. Sayğac evin divarına bərkidilmiş halda olmuş, küçədə olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək məhkəmə istintaqında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşıdır. O, təxminən 5 il Masallı rayonunun Köçəkli kəndində yerləşən həmin kənd sakini Şahid6 məxsus fermada çobanlıq etmiş, ondan qabaq orada qardaşı Təqsirləndirilən şəxs öz ailəsi ilə birlikdə işləyib çobanlıq etmişdir. Qardaşı Təqsirləndirilən şəxs orada işləyib çobanlıq etdiyi dövrdə təsərrüfatda istifadə olunmasından ötrü Şahid6 qardaşı Şaiqin adına 12 kalibrli, qoşalüləli ov tüfəngi sənədləşdirmişdir. Həmin silahdan təsərrüfatda istifadə etmiş, təxminən 3 il olar ki, qardaşı Şaiq həmin fermadan çıxmışdır. 2023-cü ilin yay aylarında, dəqiq bilmədiyi tarixdə qardaşı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefona zəng etmiş və ona “ova getmək istəyirəm, silahım sənədsizdir, Elmindən xahiş et ki, mənim sənədli silahımı versin, əvəzində ona başqa silah alıb verəcəyəm” demişdir. Bu barədə o, Şahid6 xahiş etmişdir. Elmin silahda problem yoxdursa silahları dəyişə biləcəyini bildirmişdir. Bundan təxminən 10-15 gün sonra kəndə toya, Lənkəran rayonunun Boladi kəndinə getmişdir. Qardaşı Şaiqin evinə getmiş, Şaiq ona özündə olan silahı göstərmiş, həmin silahla adına olan rəsmi silahı dəyişəcəyini bildirmişdir. O, buna görə həmin silahı Şaiqdən alıb Masallı rayonuna işlədiyi fermaya aparmışdır. Elmin işlə bağlı Bakı şəhərində olmuş, o, tüfəngin şəklini çəkib Elminə göndərmişdir. Elmin Bakı şəhərindən gəldikdən sonra yenidən silaha baxıb yoxlayacağını bildirmişdir. Təxminən 1 həftə sonra 2023-cü ilin iyul ayının ortalarında Boladi kəndinə gəlmişdir. Kəndə gələrkən qardaşı Şaiqin adına olan silahı da ona vermişdir. Şaiqə də silahda problem çıxarsa Elminin geri qaytaracağını bildirmişdir. Həmin hadisədən bir neçə müddət keçdikdən sonra Elmin silaha baxıb bəyənmədiyini bildirmişdir. Belə ki, silahın lüləsinin uc hissəsində çat olmuş, ona kəndə gedərkən silahları dəyişməyini bildirmişdir. Həmin tüfəng istifadəsiz qalmış, bir neçə ay bundan qabaq Elmin təsərrüfatında olan qoyunları satdığına görə o da işsiz qalıb Bakı şəhərinə köçmüşdür. xx.xx.2023-cü il tarixdə kənd camaatından qardaşı Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs məxsus ov silahını oğurlayıb evini yandırdığına görə tutulduğunu eşitmişdir. Qardaşı Təqsirləndirilən şəxs ona dəyişmək üçün verdiyi vertikal qoşalüləli, 12 kalibrli ov tüfənginin oğurluq olmasından heç bir məlumatı olmamış, Şaiqdən silahı haradan əldə etməsi barədə soruşduqda ona 400-450 manata Yardımlıdan aldığını demişdir. İlk öncə qardaşı Şaiq ona ovda olarkən silahla ehtiyatsız davranması nəticəsində kiminsə çiyin nahiyəsinə güllə dəydiyini demiş, buna görə silahın dəyişdirilməsi üçün ondan Elmindən xahiş etməyini istəmiş, o da bu barədə Elmindən xahiş etmiş, lakin Elmin bununla razılaşmamışdır. Daha sonra Şaiq ona silahla adam vurması barədə ona yalan məlumat verdiyini, daha doğrusu polis sahə rəislərinin yoxlama apardıqlarını, sənədsiz silahla tutulacağından qorxduğu üçün silahı dəyişmək istədiyini bildirmişdir. Onun gətirib Şaiqə verdiyi silah sənədli silah olmuş, Elminə verdiyi silah isə sənədsiz silah olmuşdur. Məhkəmə iclasında məhkəmənin təşəbbüsü əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, “Liman şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyəti”nin İdarə Heyətinin sədri və qiymətləndirici vəzifəsində çalışır. İş materiallarında olan mütəxəssis rəyi onun tərəfindən verilmişdir. Həmin rəy ona təqdim edilmiş iş materiallarına əsasən qiymətləndirmə aparılıb verilmişdir. Müxtəlif məişət əşyaları analoqlarına görə qiymətləndirilmişdir. Həmin 43 adda əşyanın qiymətləndirilməsi orta bazar qiymətlərinə əsasən aparılmışdır. O, rəy verərkən zərər çəkmiş şəxsi görməmiş, yalnız müstəntiq tərəfindən ona təqdim iş materiallarına istinad etmişdir. Evin bərpa dəyəri onun hesablamalarına görə 98.500 manat təşkil edir. Evlə bağlı rəy tərtib edərkən Lənkəran rayonu Boladi kəndində 173 kv tam təmirli evin qiymətinə əsaslanmışdır . İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Azərbaycan Respublikası FHN-nin X24 Xidmətinin Lənkəran RDYNİ-nin keçirdiyi 02 fevral 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yanğın Lənkəran rayonu Boladi kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş vermişdir. Yanğın baş verən ev iki mərtəbədən, üç otaqdan ibarət olan İİİ dərəcəli yanğına davamlı olan fərdi yaşayış evidir. Baxış zamanı fərdi yaşayış evinin hər iki mərtəbəsi və evin içərisində mövcud olan məişət əşyaları yanğın nəticəsində yanaraq yararsız hala düşmüşdür. Baxış zamanı baş vermiş yanğın hadisəsinin kənardan atılmış od mənbəyi səbəbindən baş verməsi güman edilmişdir. 17 oktyabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Lənkəran rayonu Boladi kəndində yerləşən həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə baxış keçirildi. Baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evi bir mərtəbədən ibarət tam təmirli fərdi yaşayış evidir. Baxış zamanı Zərərçəkmiş şəxs şifahi olaraq bildirdi ki, hal-hazırda mövcud olan fərdi yaşayış evinin yerində iki mərtəbəli tam təmirli içərisində iki gəlininin cehiz kimi gətirdiyi məişət əşyaları ilə dolu olan evi xx.xx.2023-cü il tarixdə evində olan qoşalüləli yivsiz odlu ov silahını oğurlayan şəxs və ya şəxslər tərəfindən evə daxil olub sözügedən tüfəngi oğurladıqdan sonra izi itirməkdən ötrü qəsdən od vurularaq yandırılmışdır. Baxış zamanı fotoçəkilişdən istifadə edildi. “Baxış keçirilməsi və götürülmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Masallı rayonu Köçəkli kəndində yaşayan Şahid6 onda olan 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli “ИЖ-12” modelli, K 27410 nömrəli, daxili çaxmaqlı üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı olan qoşalüləli yivsiz odlu ov silahını istintaqa təqdim edərək həmin silahın X13 tərəfindən 2023-cü ilin yay aylarında ona verilib əvəzində əvvəllər ona məxsus fermada çoban kimi işləmiş qardaşı Təqsirləndirilən şəxs adına sənədləşdirdiyi sənədli tüfəngi ilə dəyişdirdiyini bildirmişdir. Baxış zamanı müəyyən edildi ki, həmin 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli “ИЖ-12” modelli, K 27410 nömrəli, daxili çaxmaqlı üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı olan qoşalüləli yivsiz odlu ov silahı Zərərçəkmiş şəxs məxsus ov tüfəngidir. Baxış zamanı təqdim olunmuş ov tüfəngi götürülmüş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2023-cü il tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 4(049)-328/2024 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokol və protokola əlavə edilmiş 1 ədəd DVD diskdə olan görüntülərdən görünür ki, Mirzəyev X14 rayonu, Boladi kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evini necə yandırmasını və həmin evdən 01 ədəd qoşalüləli 12 kalibrli ov tüfəngini oğurlamasını göstərmişdir. “Lənkəran Ovçular MMC”-nin arayışından görünür ki, 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli “ИЖ-12” modelli, K 27410 nömrəli, daxili çaxmaqlı, qoşalüləli ov tüfənginin satış qiyməti 550 manatdır. Məhkəmə-ballistik ekspertizasının 15 mart 2024-cü il tarixli 3-16-16/2-3/385 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavud üsulu ilə istehsal edilmiş, 12 kalibrli, “ИЖ-12” modelli, K 27410 nömrəli, daxili çaxmaqlı, qoşalüləli tüfəngdir – yivsiz odlu ov silahıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, texniki cəhətdən sazdır, atəş açmaq üçün yararlıdır. Ekspertiza tədqiqatının dəyəri 64 manat təşkil edir. 19 yanvar 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, təklif və tələbin vəziyyəti ilə tənzimlənən azad bazar qiymətini, əmtəə vəziyyətini nəzərə alaraq: Fərdi yaşayış evi haqqında: Vizual baxış zamanı qeyd olunmuş yanğına məruz qalmış, Lənkəran rayonu Boladi kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi sökülmüş, yerində daha kiçik bir mərtəbəli fərdi yaşayış evi inşa olunmuşdur. Ona görə də fərdi yaşayış evinin ilkin vəziyyətinə uyğun dəymiş ziyan məbləğinin müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara və daşınmaz əmlak bazarındakı operativ məlumatlara, öz bilik və bacarığıma əsasalanaraq nəzəri olaraq Lənkəran rayonu Boladi kəndində 1992-ci ildə inşa olunmuş, müasir tipli, tam təmirli, tikinti altı sahəsi 173 kv. metr, 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin ilkin bərpa dəyərini 98500 (doxsan səkkiz beş yüz) manat müəyyən edilmişdir. Məişət əşyaları haqqında: Qeyd olunmuş bir ədəd iki kameralı “Çinar” markalı soyuducunun qiyməti 660 manat; Qeyd olunmuş bir ədəd “Samsung” markalı soyuducunun qiyməti 950 manat; Qeyd olunmuş iki ədəd “Samsung” markalı 7 kq-lıq paltaryuyan maşının bir ədədinin qiyməti 850 manat olmaqla cəmi qiyməti 1700 manat; Qeyd olunmuş iki ədəd “Samsung” markalı qabyuyan maşının bir ədədinin qiyməti 575 manat olmaqla cəmi qiyməti 1150 manat; Qeyd olunmuş iki ədəd “Eurolux” markalı toz sovuran maşının bir ədədinin qiyməti 220 manat olmaqla 440 manat; Qeyd olunmuş iki ədəd “Singer M1255” markalı elektron paltartikən maşının bir ədədinin qiyməti 400 manat olmaqla cəmi qiyməti 800 manat; Qeyd olunmuş iki ədəd “Eurolux” markalı 4 piltəli qaz piltəsinin bir ədədinin qiyməti 300 manat olmaqla cəmi qiyməti 600 manat; Qeyd olunmuş iki ədəd “Eurolux” markalı elektrik ütüsünün bir ədədinin qiyməti 180 manat olmaqla iki ədədinin qiyməti 360 manat; Qeyd olunmuş iki ədəd 6 litr tutumlu, çoxfunksiyalı elektrik çaydanının bir ədədinin qiyməti 80 manat olmaqla cəmi qiyməti 160 manat; Qeyd olunmuş iki ədəd “Arçelik” elektrik sobasının bir ədədinin qiyməti 140 manat olmaqla cəmi qiyməti 280 manat; Qeyd olunmuş bir ədəd “samsung” markalı, 105 sm dioqonallı, plazma tipli televizorun qiyməti 1500 manat; Qeyd olunmuş bir ədəd “panasonic” markalı, 105 sm dioqonallı, plazma tipli televizorun qiyməti 1700 manat; Qeyd olunmuş iki ədəd “LG RNC5” marakalı musiqi mərkəzinin bir ədədinin qiyməti 700 manat olmaqla cəmi qiyməti 1400 manat; Qeyd olunmuş bir ədəd kasetli maqnitafonun orta bazarda təklif qiyməti 180 manat; Qeyd olunmuş bir ədəd “Pioneer AVH-Z7250BT” markalı maqnitafonun qiyməti 1000 manat; Qeyd olunmuş iki ədəd “Sony” markalı “DVD PLAYER”in bir ədədinin qiyməti 200 manat olmaqla cəmi qiyməti 400 manat; Qeyd olunmuş iki dəst “Embawood” markalı “Florida” yataq dəstinin bir dəstinin qiyməti 1400 manat olmaqla cəmi qiyməti 2800 manat; Qeyd olunmuş iki dəst “Embawood” markalı, divar (stenka) mebel bir dəstinin qiyməti 1600 manat olmaqla cəmi qiyməti 3200 manat; Qeyd olunmuş iki dəst mexanizmalı, yüksək keyfiyyətli stol-stul dəstinin (hər dəstdə 1 stol, 12 stul olmaqla) bir dəstinin qiyməti 1800 manat olmaqla cəmi qiyməti 3600 manat; Qeyd olunmuş iki ədəd mexanizmalı, çoxfunksiyalı yumşaq divanın bir ədədinin qiyməti 750 manat olmaqla cəmi qiyməti 1500 manat; Qeyd olunmuş səkkiz ədəd büllur çilçırağın (lüster) bir ədədinin orta qiyməti 150 manat olmaqla, cəmi qiyməti 1200 manat; Qeyd olunmuş 22 ədəd kətilin (taburet) bir ədədinin orta qiyməti 30 manat olmaqla cəmi qiyməti 660 manat; Qeyd olunmuş iki ədəd “Eurolux” markalı elektrik ət çəkən maşının bir ədədinin 275 manat olmaqla cəmi qiyməti 550 manat; Qeyd olunmuş iki ədəd 5x4 metr ölçüdə İran istehsalı olan, toxuma xalçanın bir ədədinin qiyməti 900 manat olmaqla iki ədədinin qiyməti 1800 manat; Qeyd olunmuş iki ədəd 4x3,6 metr ölçüdə Türk istehsalı olan xalçanın bir ədədinin qiyməti 530 manat olmaqla iki ədədinin qiyməti 1060 manat; Qeyd olunmuş üç ədəd 2x3 metr ölçüdə kilimin bir ədədinin qiyməti 120 manat olmaqla cəmi qiyməti 360 manat; Qeyd olunmuş on iki ədəd yastığın bir ədədinin qiyməti 16 manat olmaqla cəmi qiyməti 192 manat; Qeyd olunmuş iyirmi dörd ədəd, 3 metrlik pərdənin bir ədədinin qiyməti 50 manat olmaqla cəmi qiyməti 1200 manat; Qeyd olunmuş iki ədəd televizor altlığının (tumba) bir ədədinin qiyməti 150 manat olmaqla cəmi qiyməti 300 manat; Qeyd olunmuş iki ədəd “Eurolux” markalı, şirəçəkən maşının bir ədədinin qiyməti 120 manat olmaqla cəmi qiyməti 240 manat; Qeyd olunmuş 24 ədəd, 3 metrlik qarnizin (pərdəlik) bir ədədinin qiyməti 25 manat olmaqla cəmi qiyməti 600 manat; Qeyd olunmuş iki ədəd uşaq matrasının bir ədədinin qiyməti 250 manat olmaqla cəmi qiyməti 500 manat; Qeyd olunmuş yeddi dəst mələfəçexol dəstinin bir dəstinin qiyməti 43 manat olmaqla cəmi qiyməti 301 manat; Qeyd olunmuş iki dəst, hər dəsti 48 parçadan ibarət, formalı boşqab dəstinin (nabor tarelka) bir dəstinin qiyməti 300 manat olmaqla cəmi qiyməti 600 manat; Qeyd olunmuş iki dəst, hər dəsti 48 parçadan ibarət, çəngəl-qaşıq dəstinin bir dəstinin qiyməti 240 manat olmaqla iki komplektinin qiyməti 480 manat; Qeyd olunmuş iki dəst, hər dəsti 96 parçadan ibarət, büllur nahar dəstinin bir dəstinin qiyməti 800 manat olmaqla iki dəstinin qiyməti 1600 manat; Qeyd olunmuş iki dəst, hər dəsti 12 parçadan ibarət, büllur meyvə qabı dəstinin bir dəstinin qiyməti 370 manat olmaqla, cəmi qiyməti 740 manat; Qeyd olunmuş iki dəst, 3x4 metr ölçülü, ipək pərdə dəstinin bir dəstinin qiyməti 280 manat olmaqla, cəmi qiyməti 560 manat; Qeyd olunmuş iki ədəd uzaqdan idarə olunan, müxtəlif rəng çalarlı, büllur çilçırağın bir ədədinin qiyməti 250 manat olmaqla, cəmi qiyməti 500 manat; Qeyd olunmuş 30x2 metr ölçüdə, tül pərdənin bir metrinin qiyməti 12 manat olmaqla cəmi qiyməti 360 manat; Qeyd olunmuş iki dəst qonaq mebelinin dəstinin, bir dəstinin qiyməti 880 manat olmaqla, cəmi qiyməti 1760 manat; Qeyd olunmuş iki ədəd, iri ölçülü, “Embawood” markalı tumbası ilə birlikdə güzgülü termonun bir ədədinin qiyməti 400 manat olmaqla, cəmi qiyməti 800 manat və qeyd olunmuş iki ədəd, iri ölçülü, “Embawood” markalı, kamodun bir ədədinin qiyməti 600 manat olmaqla, cəmi qiyməti 1200 manat göstərilmişdir. Xidmət xərclərinə dair bildirişdən görünür ki, aparılmış qiymətləndirmənin dəyəri 300 manat təşkil edir. Əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Lənkəran rayonu Boladi kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus olan evdə oğurluq edən şəxs Lənkəran rayonu Boladi kənd sakini Təqsirləndirilən şəxsdur. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evi, evdə heç kimin olmamasını qabaqcadan bilib və Zərərçəkmiş şəxs əvvəllər gördüyü ov tüfəngini oğurlamaq məqsədi ilə sonuncunun fərdi yaşayış evinə girərək oradan 01 ədəd 12 kalibrli, ИЖ-12 modelli, 27410 nömrəli tüfəngi oğurladıqdan sonra iz itirməkdən ötrü özündə olan alışqanla qapıda asılmış dəsmala od vurub evi yandırmışdır. Təqsirləndirilən şəxs sözügedən tüfəngi 2023-cü ilin yay aylarında qardaşı X8 verərək əvvəl fermasında işlədiyi Masallı rayonu Köçəkli kənd sakini Şahid6 olan öz adına sənədləşdirilmiş ov tüfəngi ilə dəyişdirməsini istəmiş və X23də həmin tüfəngləri dəyişdirmişdir. Təqsirləndirilən şəxs bu əməli törətməsində ona köməklik göstərən şəxs və ya şəxslərin olması bardə heç bir müsbət məlumat əldə etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs digər cinayət əməllərində iştirakının olması barədə məlumat daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkumluğu ödənilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 1(049)-155/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 4(049)-58/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 29 aprel 2024-cü il tarixədək uzadılmışdır. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 933 nömrəli arayışından məlum olur ki, Mirzəyev X14 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Lənkəran ŞİHB-nin Boladi KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Mirzəyev X14 rayonu Boladi kəndində arvadı X9, uşaqları – xx.xx.2009-cu il təvəllüdlü X16 və xx.xx.2010-cu il təvəllüdlü X17 ilə birgı yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin hüquqi tövsifi haqqında” 07 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən taladığı 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli “ИЖ-12” modelli, K 27410 nömrəli, daxili çaxmaqlı qoşalüləli yivsiz odlu ov silahı maddi sübut qismində tanınmış və saxlanılması üçün Lənkəran ŞRPŞ-nin silahların saxlama otağına təhvil verilmişdir. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 50 №-li məktubundan görünür ki, Mirzəyev X14 Rayon Məhkəməsinin 1(049)-155/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində olan hökm icra qurumunun icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş və cəzası xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin 4(049)-328/2024 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək ona təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırması cəzasının 06 ay 02 gününü çəkmiş, 01 il 11 ay 24 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-4189/2024 nömrəli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmışdır. Müayinə zamanı sağ baldırın aşağı 1/3-nin ön səthində 3-4 sm ölçüdə yaşılımtıl rəngli qançır müşahidə olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddiadan görünür ki, o, cinayət əməli nəticəsində ona vurulmuş 140993 manat məbləğində maddi ziyan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 432 manat dövlət rüsumu və göstərilən hüquqi yardıma görə vəkilə ödənilmiş 520 manat pulun Təqsirləndirilən şəxs tutularaq ona verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli, ********** №-li ödəniş qəbzindən görünür ki, mülki iddianın verilməsi üçün 432 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli Lənkəran Rayon Vəkil Bürosunun müvafiq hesabına 520 manat vəsait köçürülmüşdür. Zərərçəkmiş şəxs mülkiyyətində olan Lənkəran rayonu, Boladi kəndində 1992-ci ildə inşa olunmuş, müasir tipli, tam təmirli, tikinti altı sahəsi 173 kv.metr, 2 mərtəbəli, 3 otaqlı həmin fərdi yaşayış evinin və həmin evdə olmuş və yanğının təsirinə məruz qalmış məişət əşyalarının hadisə baş verən tarixə - 02 fevral 2023-cü il tarixə dəyəri nə qədər təşkil etməsini müəyyən etməkdən ötrü Lənkəran Rayon Məhkəməsinin 1(049)-137/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işi üzrə kompleks məhkəmə-mühəndis və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli məlumatında məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi qeyd edilən ünvana baxış keçirilərkən faktiki vəziyyətdə sualda qeyd olunan fərdi yaşayış evinin tamamilə sökülüb həmin yerdə bir mərtəbəli fərdi yaşayış evinin inşa edildiyi, fərdi yaşayış evi və məişət əşyalarının xx.xx.2023-cü il tarixə qiyməti və satışı barədə məlumatların olmaması ilə izah edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin və müdafiə tərəfinin çıxışının «təqsirləndirilən şəxsin Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşları tərəfindən döyülərək təzyiqlərə məruz qalması və nəticədə ona istinad edilən cinayət əməllərini öz üzərinə götürməsi” barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin ifadələr özünümüdafiə xarakterli olmaqla təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında protokol və ona əlavə edilmiş videoçəkiliş, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi təsdiqedici ifadə ilə yanaşı, zərərçəkmiş və şahidlərin ifadələri, habelə “Baxış keçirilməsi və götürülmə aparılması haqqında” protokol, məhkəmə-ballistik ekspertizasının və mütəxəssis rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, onun barəsində fiziki zor tətbiq edilməsi ilə bağlı ifadəsinə, həmçinin bu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iş materiallarında olan sənədlərlə təkzib olunur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-16- 17/40/2-4189/2024 nömrəli məlumat və həmin məlumata əlavə edilmiş 11397/2023 №-li “Məhkumun tibbi kitabçası”nın “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında qeyd olunur ki, “sağ baldırın aşağı 1/3-nin ön səthində 3-4 sm ölçüdə yaşılımtıl rəngli qançır” müşahidə olunmuşdur. Tibbi kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12ci qrafasında isə “həmin xəsarətlərin həbsdən əvvəl yıxılaraq xəsarət aldığını bildirdiyi” göstərilmişdir. Halbuki, Təqsirləndirilən şəxs məhkəmə iclasında Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinədən keçirildiyini, sağ ayağının barmaqlarında və dırnaqlarında xəsarətlər aşkar edildiyini, həmin xəsarətlərin ona Lənkəran ŞRPŞ-nin Liman polis bölməsində yetirildiyini bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsə məxsus kitabçada onun BİT-ə daxil olarkən bədəninin hansı nahiyələrində xəsarətlərin hansı səbəblərdən müəyyən edildiyi ətraflı şəkildə qeyd olunmuş, təqsirləndirilən şəxs isə məhkəmə iclasında ayağında olan xəsarətlərin lokalizasiyası və yaranma səbəbləri barədə məhkəmədə həqiqətə uyğun olmayan, BİTdən daxil olmuş kitabçada göstərilənlərdən fərqli məlumatlar vermişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Bakı İstintaq Təcridxanasından daxil olmuş 11397/2023 №-li “Məhkumun tibbi kitabçası”nda göstərilən məlumatlar mötəbər hesab edilməlidir. Məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxs yıxılma nəticəsində bədəni üzərində əmələ gəlmiş xəsarətlərin polis əməkdaşları tərəfindən ona yetirilməsi ilə bağlı təhrifedici məlumatlar verməklə özünün işgəncə və təzyiqlərə məruz qalması barədə görüntü yaratmağa çalışmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, o, ibtidai istintaq zaman daha inandırıcı ifadə vermiş, məhkəmə istintaqı zamanı isə cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməllərin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-nin 186.2.1, 186.2.2 və 232.1-ci maddələrii ilə düzgün tövsif olunmuş, həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun əməlini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 186.2.1, 186.2.2 və 232.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasını Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Eyni zamanda, CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 1(049)-155/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla hazırki cəza ilə qismən toplanılmaqla qəti cəza təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli “ИЖ-12” modelli, K 27410 nömrəli, daxili çaxmaqlı qoşalüləli yivsiz odlu ov silahı Azərbaycan Respublikasını Daxili İşlər Nazirliyinin Silah-Sursat anbarına təhvil verilməlidir. İş üzrə məhkəmə-ekspertizası tədqiqatının xərci olan 64 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə aparılmış qiymətləndirmənin dəyəri olan 300 manat pul Təqsirləndirilən şəxs tutularaq “Liman şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyəti”nin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq digər əsaslarla yanaşı iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Göstərilənlərlə əsasən məhkəmə hesab edir ki, iş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs onun tərəfindən törədilmiş cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə (mülki iddiaçı) dəymiş 140993 manat məbləğində maddi ziyan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 432 manat dövlət rüsumu və göstərilən hüquqi yardıma görə vəkilə ödənilmiş 520 manat pul tutularaq zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməlidir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 1(049)-155/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırması cəzası bir günə iki gün hesabı ilə hesablanmaqla 01 il 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli “ИЖ-12” modelli, K 27410 nömrəli, daxili çaxmaqlı qoşalüləli yivsiz odlu ov silahı Azərbaycan Respublikasını Daxili İşlər Nazirliyinin Silah-Sursat anbarına təhvil verilsin. İş üzrə məhkəmə-ekspertizası tədqiqatının xərci olan 64 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə aparılmış qiymətləndirmənin dəyəri olan 300 manat pul Təqsirləndirilən şəxs tutularaq “Liman şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyəti”nin müvafiq hesabına ödənilsin. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs onun tərəfindən törədilmiş cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə (mülki iddiaçı) dəymiş 140993 manat məbləğində maddi ziyan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 432 manat dövlət rüsumu və göstərilən hüquqi yardıma görə vəkilə ödənilmiş 520 manat pul tutularaq zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar