Məhkəmə qərarları › İş №1(049)-90/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-90/2023

01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-90/2023 01.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, subay, orta təhsilli, Lənkəran Rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, daha sonra Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 8 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə, barəsində Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4cü hissəsinə əsasən təyin edilmiş cəzası 6 ay azaldılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran rayonu Lüvəsər kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 153.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 sentyabr 2022-ci il tarixdə saat 15:00 radələrində Lənkəran rayonu Lüvəsər kəndində onunla eyni evdə yaşayan xx xxxx 2007-ci il təvəllüdlü olub, 16 yaşına çatmamış qardaşı qızı Zərərçəkmiş şəxs zor tətbiq etmədən əxlaqsız hərəkətlər etməklə cinsi ehtirasını təmin etmək qərarına gəlmiş, bu məqsədlə sonuncunu öz yataq otağına çağıraraq, orada özünün cinsi ehtirasını təmin etmək və Zərərçəkmiş şəxs cinsi ehtiras hissləri yaratmaq məqsədi ilə fiziki və psixi zor tətbiq etmədən sonuncunun boyun və bel nahiyyələrindən öpüb, əlləri ilə sinə nahiyyəsini sıxmış, daha sonra təkrarən eyni məqsədlə 2022-ci il sentyabr ayının sonlarında özünün yataq otağında Zərərçəkmiş şəxs zor tətbiq etmədən mobil telefonunda pornoqrafik məzmunlu film izlətmiş, sonucu dəfə isə 2022-ci ilin oktyabr ayının sonlarında yaşadıqları evin mətbəxində öz cinsi orqanını nümayış etdirib zor tətbiq etmədən Zərərçəkmiş şəxs arxa nahiyyəsinə sürtərək və əlləri ilə sinə nahiyyəsini sıxaraq, on altı yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Lənkəran rayonunda anadan olmuşdur. Tutulanadək Lənkəran rayonu Lüvəsər kəndində yaşamışdır. X7 Federasiya olarkən öz qızını və oğlunu Lənkəran rayonuna göndərmişdir. Amma qardaşı orada həbs olunmuşdur. Hal-hazırda qeydiyyatda olduğu Lənkəran rayonu Lüvəsər kəndində yaşamağa başlamışlar. Anası, qardaşı qızı Rianna və qardaşı oğlu Teymurla birlikdə yaşamağa başlamışlar. O, narkotik vasitə istifadəçisi olduğu üçün evdə tez-tez dava dalaş yaratmışdır. Belə ki, anası ilə mübahisə edir, narkotik vasitə almaq üçün anasından pul istəmişdir. Anası ona pul verməyəndə qardaşı qızı Riananı və qardaşı oğlu Teymuru öyrədərək anasından pul almağa göndərir, ara-sıra əsəbləşən zaman Riananı və Teymuru döymüşdür. Lakin, o heç vaxt Riannaya qarşı qeyri-əxlaqi hərəkətlərə yol verməmişdir. Bunun hamısını qardaşı və qardaşının arvadı evdən çıxıb getsin deyə etmişlər. O heç vaxt qardaşı qızına qarşı ona verilmiş ittihamda göstərilən hərəkətləri etməmişdir. Rihannanın qeydə aldığı səs yazısına münasibətdə isə bildirir ki, o Rihannaya bir dəfə sillə vurduğu üçün Rihanna ona bir də belə edəcəyi təqdirdə atasına məlumat verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü təqsirli bilmədiyini və buna görə də barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Rusiya Federasiyası, Sankt-Peterburq şəhərində anadan olmuşdur. 2013-cü ildə qardaşı ilə birlikdə Azərbaycan Respublikasına gəlmişdir. Lənkəran rayonu Lüvəsər kəndində atası, analığı, qardaşı və əmisi ilə birlikdə yaşamışdır. Lənkəran şəhəri, 4 nömrəli tam orta məktəbin 8-ci sinifində rus sektoru üzrə təhsil alır, ailədə atası, analığı və qardaşı ilə münasibəti yaxşıdır. O, Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəldikdən sonra atası Rusiya Federasiyasında həbs olunmuşdur. O və qardaşı Teymur bibisi Bəhriyyə ilə birlikdə Rusiyadan Lənkəran rayonuna gəlmiş və bir müddət bibisi ilə yaşamağa başlamışlar. Daha sonra ata evləri olan Lənkəran rayonu Lüvəsər kəndində yerləşən fərdi yaşayış evinə gedib orada-nənəsi, qardaşı və əmisi ilə birlikdə yaşamağa başlamışlar. İlk gəldiyi vaxtlarda əmisi Təqsirləndirilən şəxs həmişə evdə dava-dalaş yaradır və onunla qardaşını döymüşdür. Qorxmaz çox vaxt nənəsi ilə mübahisə edir, ondan pul istəmişdir. Nənəsi də Qorxmaza pul vermədikdə evdəki əşyaları qırmışdır. Həmçinin onunla qardaşını da nənəsinin yanına göndərərək pul almaqlarını istəmişdir. Kiçik yaşlarında olarkən Təqsirləndirilən şəxs ilə evdə tək olduqda Qoşqar ona yaxınlaşıb onu öpüb qucaqlamışdır. Bu hallar dəfələrlə təkrarlanmışdır. O, uşaq olduğu üçün əmisi Qoşqarın bu hərəkətlərini nə niyyətlə etdiyini başa düşməmişdir. Qorxmaz bu cür hərəkətlərini dəfələrlə təkrar etmişdir. Dəqiq tarixini bilmədiyi vaxtlarda Qoşqar həbs olunmuşdur. Sonuncu dəfə bu ilin-yəni 2022-ci ilin avqust ayında Təqsirləndirilən şəxs həbsdən çıxmışdır. Həbsdən çıxdıqdan sonra yenə öz hərəkətlərinə davam etməyə başlamışdır. Evdə tək olan zaman Qoşqar onun sinə nahiyələrini əli ilə sıxır, onun boyun nahiyəsindən öpmüşdür. O da həmişə ağlayaraq Təqsirləndirilən şəxs yanından qaçmışdır. Təqsirləndirilən şəxs bu cür hərəkətləri onu çox narahat etmiş və bu barədə analığı Xuramana da məlumat vermişdir. Analığı da əmisi Qoşqarın yenə bu cür hərəkətləri edəcəyi təqdirdə onun səs yazısını sübut kimi yazmağını ona bildirmişdir. O da analığı ilə razılaşaraq əmisinin bu cür hərəkətlərini sübut etmək üçün bir də belə edəcəyi halda onun səsini telefonuna yazacağını bildirmişdir. Sonuncu dəfə 04 sentyabr 2022-ci il tarixində günorta saat 15 radələrində evdə o, qardaşı və əmisi Qoşqar olmuşdur. Atası və analığı işdə olmuşdur. Qardaşı digər otaqda qulağında qulaqcıq olmuşdur. Bu zaman əmisi Qoşqar onu öz otağına çağırmış, Qoşqarın yenə ona qarşı əxlaqsız hərəkətlər edəcəyini düşünüb telefonun səs qeydedici funksiyasını işə salmışdır. Təqsirləndirilən şəxs aralarında olanlardan kiminsə xəbəri olduğunu ondan soruşmuşdur. O da bu barədə heç kimin bilmədiyini demişdir. Yenə belə hərəkətləri təkrar edəcəyi təqdirdə kiməsə bu haqda deyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onun sinə nahiyəsindən sıxmağa başlamış, o da “eləmə” deyə 2 dəfə qışqırmışdır. Daha sonra boyun və bel nahiyələrini öpmüşdür. O aşağı əyilmişdir. Təqsirləndirilən şəxs də aşağı əyilmiş və bu zaman onu itələyib əlindən qaçmış və ağlamağa başlamışdır. Telefonuna qeyd etdiyi səsi analığına göstərmişdir. Daha sonra analığı da bibisi Bəhriyyəyə həmin səsi göndərmişdir. Bibisi Qoşqarla bu haqda danışmış və onu rahat buraxmasını bildirmişdir. Həmçinin bibisi Bəhriyyə ertəsi günü ona zəng edərək əmisi Qoşqarla bir evdə qalmamağını, qardaşı Teymur hara getdisə onunla birlikdə getməyini ona bildirmişdir. Təqsirləndirilən şəxs bu hərəkətləri ilə yetinməyib, yenə də ona qarşı əxlaqsız hərəkətlər etməyə davam etmişdir. Dəqiq tarixini xatırlamasa da sentyabr ayının axırlarında o və əmisi Qoşqar evdə tək olmuşlar. Qoşqar onu öz otağına yenidən çağırmışdır. Qorxduğu üçün getmək istəməmişdir. Daha sonra əmisi Qoşqar qışqıraraq onu çağırmışdır. O da qorxub getmişdir. Təqsirləndirilən şəxs öz telefonunu ona göstərib ekranı böyütməyi ondan istəmişdir. Telefonda porno video olmuşdur. O da tez telefona klikləyib ekranı böyüdüb, otaqdan qaçmışdır. Təqsirləndirilən şəxs bu hərəkətləri ilə onda cinsi ehtiras yaratmaq istəmişdir. Sonuncu dəfə oktyabr ayının ortalarında o, mətbəxdə olarkən Təqsirləndirilən şəxs yenidən ona tərəf gəldiyini görmüşdür. Təqsirləndirilən şəxs arxadan onu qucaqlayıb, sinə nahiyələrini əlləri ilə sıxmış, öz cinsi orqanını arxadan ona sürtmüşdür. Onun səssizcə ağladığını görüb getmişdir. Təqsirləndirilən şəxs bu hərəkətlərinə görə dəfələrlə özünü öldürmək istəmişdir. Bundan əlavə də Təqsirləndirilən şəxs də öldürmək istəmiş və ona dəfələrlə bu haqda kiməsə deyəcəyi təqdirdə onu öldürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona qarşı əxlaqsız hərəkətlər edərkən ona psixi və ya fiziki zor tətbiq etməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 qızı ifadəsində göstərdi ki, Lənkəran rayonu Lüvəsər kəndində həyat yoldaşı Qanuni nümayəndə, qızlığı Zərərçəkmiş şəxs, oğulluğu Teymur Abbasov və qaynı Təqsirləndirilən şəxs ilə birlikdə yaşamışdır. 2020-ci ildə Qorxmazla ailə qurmuşdur. Birgə nikahdan 1 övladları var. Riana və X3 evliliyindən dünyaya gəldiyini bildirmişdir. 2013-cü ildə Riana və Teymur yaşadıqları Lənkəran rayonu Lüvəsər kəndinə gəlmişlər. Onlar Lənkərana gəldikdən sonra Qorxmaz Rusiyada həbs olunmuşdur. Riana və qardaşı Teymur Lənkərana gəldikdən sonra qaynanası və qaynı Təqsirləndirilən şəxs ilə yaşamağa başlamışlar. Qoşqar narkotik vasitə istifadəçisi olduğu üçün hər gün evdə dava-dalaş salmış, Riana və Teymuru döymuşdür. Sonradan Qoşqar müəyyən fasilərlə həbsə düşmüşdür. Sonuncu dəfə 2021-ci ildə tutulmuş və 2022-ci ilin avqust ayında həbsdən çıxmışdır. Həmin evə gəldikdən sonra Riananın özünə qapalı olduğunu, heç danışmadığının şahidi olmuşdur. Riananın doğma anası olmasa da bu hal ona pis təsir etmişdir. Riananı öz qızı kimi sevib əzizləmək istəmişdir. Həmişə Riana ilə münasibət yaratmağa çalışsa da Riana ondan qaçmışdır. 2022-ci ilin mart ayında Riana ilə söhbət etməyə başlamışdır. Rianadan niyə həmişə qəmgin olduğunu, danışmadığını, özünə qapalı olduğunu soruşmuşdur. Riana ilk olaraq danışmaq istəməsə də sonradan danışmağa başlamışdır. Belə ki, əmisi Qoşqarın azadlıqda olduğu müddətdə ona qarşı əxlaqsız hərərkətlər etdiyini bildirmişdir. O, bunu eşidəndə şok vəziyyətində olmuşdur. İlk olaraq inanmaq istəməmişdir. Çünki Qoşqarın belə hərəkətlər edəcəyini ağlına belə gətirə bilməmişdir. 2022-ci ilin avqust ayında Qoşqar həbsdən çıxdıqdan sonra yenidən Rianaya qarşı əxlaqsız hərəkətlər etməyə başlamışdır. Daha sonra o, bu barədə polisə məlumat vermək istəmişdir. X5 bir də belə hərəkət edəcəyi təqdirdə onun səsini telefonuna yazmağını və o səsin sübut kimi polisə təqdim edilməsini bildirmişdir. Riana da onunla razılaşmışdır. 2022-ci il in sentyabr ayının 4-də o və həyat yoldaşı işdə olan zaman evdə Qoşqar, Teymur və Riana olmuşdur. Teymur digər otaqda qulağında qulaqcıq taxaraq yatmışdır. Riana da evin salonunda uzanmışdır. Qoşqar isə öz otağında olmuşdur. Bu zaman Qoşqar Teymurun yatdığını görüb Riananı öz otağına çağırmışdır. Lakin Riana getməmişdir. Sonradan qışqırıb onu öz otağına çağırmışdır. Riana da onun otağına getmişdir. Həmin zaman öz telefonunu səsqeydedici funksiaysını işə salmışdır. Qoşqar Rianaya aralarında olanlardan kiminsə xəbəri olduğunu soruşmuş, Riana da heç kimin bilmədiyini bu hərəkətlərinə davam edəcəyi təqdirdə kiməsə məlumat verəcəyini bildirmişdir. Daha sonra Qoşqar Riananın belindən, sinə və boyun nahiyələrindən öpməyə başlamışdır. Riana aşağı əyilmiş, daha sonra Riana Qoşqarı itələyərək onun otağından qaçmışdır. O, evə gəldikdən sonra Riana həmin səsi ona göstərmişdir. O da ağlamağa başlamışdır. Bu barədə polisə getmək lazım olduğunu bildirmişdir. Lakin polisə bu barədə məlumat verməmişdir. Həmin səsi Bəhriyyəyə göndərmişdir. Bəhriyyə də bu işin biyabırçılıq olduğunu bildirmişdir. O və Qorxmaz işə getdiklərindən evdə qala bilməmişlər. Bu səbəbdən də Riana məktəbdən gələndən sonra evdə tək olmuşdur. Qoşqar da heç bir yerdə işləmədiyindən Riana evə gələndən sonra o da evə gəlmişdir. Qoşqar mütəmadi olaraq evdə dava dalaş salmış, onu da söyüb təhqir etmişdir. Həmçinin Riana özünü dəfələrlə öldürmək istədiyini, həmçinin Qoşqarı da öldürmək istəmişdir. Nəhayət oktyabr ayının 23-də Riana Qoşqarın hərəkətlərindən bezdiyini ona bildirmişdir. O da yoldaşına bu haqda məlumat verməyərək, Qoşqarın onu söyüb təhqir etdiyindən polisə şikayət edəcəyini bildirmişdir. Əri Qorxmaz da razılaşmışdır. Polis şöbəsində olarkən polis əməkdaşlarına bu haqda məlumat vermişdir. Riana ərizə yazmışdır. Daha sonra polis əməkdaşları Riananın atası Qorxmaza bu haqda məlumat vermişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Qoşqarla münasibəti normaldır. Qoşqar əvvəllər dəfələrlə oğurluq əməlləri və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün həbs olunmuşdur. Qoşqarın özünə məxsus evi olmadığı üçün digər qardaşı Qorxmaz və onun ailəsi ilə birlikdə yaşadığını bildirmişdir. Hər iki qardaşı Rusiya Federasiyasında ailə həyatı qurmuş və həmin nikahlardan övladları dünyaya gəlmişdir. Təxminən 2013-cü ildə X7da olan 2 övladını Teymur və Zərərçəkmiş şəxs ona həvalə edərək Azərbaycan Respublikasına-yaşadığı Lənkəran rayonu Lüvəsər kəndinə gətirməyini ondan xahiş etmişdir. O da Riana və Teymuru Qorxmazın ata yurdu Lənkəran rayonu Lüvəsər kəndinə gətirmişdir. O uşaqları gətirdikdən sonra X7da həbs olunmuşdur. Riana və Teymuru bir müddət öz evində saxlamışdır. Daha sonra Lüvəsər kəndində anası və digər qardaşı Qoşqarla birlikdə yaşamağa başlamışlar. Onlar bir yerdə olan zaman Qoşqar evdə davadalaş salırmış, uşaqları məcburən ondan və anasından pul almağa vadar etmişdir. Qoşqar narkotik vasitə istifadəçisi olmuş, həmin aldığı pulu da narkotikə vermişdir. Riana və Teymur ara-sıra onlara gələrkən Qoşqarın evdə dava-dalaş saldığını onlara qarşı təziq göstərdiklərini deyirmişlər. Bu səbəbdən qorxduqları üçün gedib onlarda qalırmışlar. Daha sonra Qoşqar müəyyən fasilərlə həbsə düşmüşdür. Qardaşı Qorxmaz isə həbsdən çıxdıqdan sonra Lənkəran rayonu Lüvəsər kəndinə gəlmişdir. Lüvəsər kəndinə gəldikdən sonra Qorxmaz Xuraman adlı qadınla evlənmişdir. Anası 2022-ci ilin mart ayında rəhmətə getmişdir. Qoşqar sonuncu dəfə 2022-ci ilin avqust ayında həbsdən çıxmışdır. Həbsdən çıxdıqdan sonra yenidən qardaşı Qorxmazla birlikdə yaşamağa başlamışdır. Şahid1 tərəfindən ona Qoşqarın səsinin göndərildiyini bildirmiş, lakin həmin səsin Qoşqarın evdə dava-dalaş saldığı səbəbilə etdiyini bildirmişdir. Konkret olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etdiyindən məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran rayonunda anadan olmuşdur. Tutulanadək Lənkəran rayonu Lüvəsər kəndində yaşayırmış. Əvvəllər dəfələrlə məhkum olunmuşdur. Rusiya Federasiyasında 1993-də ailə qurmuşdur. Hal-hazırda subaydır. Əvvəllər dəfələrlə məhkum edilmişdir. Sonuncu dəfə 2021-ci ildə narkotik vasitə istifadəçisi olduğu üçün həbs edilmiş, 2022-ci ilin avqust ayında həbsdən çıxmışdır. Qardaşı da Rusiya Federasiyasında ailə həyatı qurmuşdur. X7 Federasiya olarkən öz qızını və oğlunu Lənkəran rayonuna göndərmişdir. Amma qardaşı orada həbs olunmuşdur. Hal-hazırda qeydiyyatda olduğu Lənkəran rayonu Lüvəsər kəndində yaşamağa başlamışlar. Belə ki, anası, qardaşı qızı Rianna və qardaşı oğlu Teymurla birlikdə yaşamağa başlamışlar. O, narkotik vasitə istifadəçisi olduğu üçün evdə tez-tez dava dalaş yaradırmış. Belə ki, anası ilə mübahisə edir, narkotik vasitə almaq üçün anasından pul istəyirmiş. Anası ona pul verməyəndə qardaşı qızı Riananı və qardaşı oğlu Teymuru öyrədərək anasından pul almağa göndərirmiş. Ara-sıra əsəbləşən zaman Riananı və Teymuru döyürmüş. Onlar uşaq olmuşlar. Belə ki, Riannanın 10 yaşı olarmış. Günlərin bir günü yay fəsli olan zaman evdə o və Rianna olmuşdur. Riana evin salonunda divanda uzanmışdır. Riananın əynində şortik və mayka olmuşdur. O, öz ehtirasını sahib ola bilməyib Riananın yanına gedib onun ayaqlarına, belinə və sinə nahiyyəsinə əlimi sürtməyə başlamışdır. Riana uşaq olduğu üçün onun tam olaraq nə niyyətlə belə hərəkətlər etdiyimi bilmirmiş. Gün keçdikcə o daha da öz hərəkətlərini artırmağa başlamışdır. Belə ki, fürsət tapan kimi Riannanı öz otağına aparıb onu öpməyə, ayaqlarını belini əli ilə sığallayırmış. Bu hərəkətlərini öz cinsi ehtirasını ödəmək məqsədilə edirmiş. O fasilərlə həbsdə olmuşdur. Sonuncu dəfə 2022-ci ilin avqust ayında həbsdən çıxmışdır. Həbsdən çıxdıqdan sonra qardaşı Qorxmazgil ilə yaşamağa başlamışdır. Qardaşı Qorxmaz və yoldaşı Xuraman işlədikləri üçün evdə olmurmuşlar. Riana da məktəbdən gəldikdən sonra evdə Riana və olurmuş. Riananın qardaşı Teymur da bəzən evdə olur bəzən də olmurmuş. 2022-ci ilin sentyabr ayında bir gün evdə Riana, qardaşı və o olmuşdur. O, Riananı öz otağına çağırmışdır. Riana gəlməmişdir. Sonradan qışqırmış, Riana da qorxub gəlmişdir. O, aralarında olanları kiminsə bildiyini Rianadan soruşduqda Riana da heç kimin bilmədiyini, bir daha belə hərəkətlərə yol verəcəyi təqdirdə kiməsə deyəcəyini bildirmişdir. O, Riananın boyunundan öpməyə başlamışdır, sinə nahiyyələrini əli ilə sıxırmış. Riana səssizcə ağlayaraq “eləmə-eləmə” deyə yalvarırmış. Sonradan Riana aşağı əyilmış, bu zaman o da əyilmiş, daha sonra Riana onu itələyib qaçmışdır. Tarixini xatırlamadığı vaxtda yenə evdə o və Riana olmuşdur. Bir dəfə Riananı otağına çağırıb telefonunun ekranını böyütməyi ondan istəmişdir. Telefonda porno video olmuşdur. Riana tez ekrana vurub otaqdan qaçmışdır. Bunu ona görə edirmiş ki, Rianada cinsi həvəs yaransın. Daha sonra oktyabr ayının ortalarında günlərin bir günü Riana mətbəxdə qabları yuyurmuş. O, Rianaya arxadan yaxınlaşıb cinsi orqanını onun arxasına sürtmüş və Riananın sinəsini əli ilə sıxmışdır. Riana yenə ağlamağa başlamışdır. Daha sonra onu itələyib otaqdan qaçmışdır. Bu hərəkətlərimi ehtirasını təmin etmək, Rianada cinsi həvəs yaratmaq məqsədi ilə etmişdir. Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə, qeyri-təbii yolla və ya oral yolla əlaqədə olmamışdır. Riana Abasovanın təqdim etdiyi səs yazısının onunla Zərərçəkmiş şəxs arasında olduğunu bildirmişdir. Riana Abasovaya qarşı əxlaqsız hərəkətlər edərkən ona psixi və ya fiziki zor tətbiq etməmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 24 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 04 sentyabr 2022-ci il tarixində saat 15 radələrində Təqsirləndirilən şəxs onun divanda uzandığını görüb, onu öz yataq otağına çağırdığını, Zərərçəkmiş şəxs sinə nahiyyələrini əli ilə sıxdığını, onun boyun və bel nahiyyələrindən öpdüyünü, Zərərçəkmiş şəxs öz mobil telefonunda porno video izlətdiyini, daha sonra Zərərçəkmiş şəxs mətbəxdə qab yuyan zaman Təqsirləndirilən şəxs ona necə yaxınlaşdığı, onun sinə nahiyyələrini sıxdığını, öz cinsi orqanını Zərərçəkmiş şəxs arxa nahiyyəsinə necə sürtdüyünü göstərmişdir. Diskə baxış keçirilməsi haqqında 24 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu öz yataq otağına çağırdığını görüb telefonun səsqeydedici funksiyası vasitəsilə Təqsirləndirilən şəxs səsini qeyd etmişdir. Belə ki, 1 dəqiqə 17 saniyəlik səs yazısında Qanuni nümayəndə Zərərçəkmiş şəxs müraciət edərək: “ Aramızdakı olanları heç kim bilmir? Zərərçəkmiş şəxs cavab verərək “Yo, bilmir, yenə də təkrarlasan kiməsə deyəcəm.... daha sonra Eləmə, eləmə ” kimi ifadələr işlədir. İfadənin yerində yoxlanması haqqında 26 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları əyani olaraq bir daha tərarlamışdır. Lənkəran MTE və PA zona mərkəzinin 24 oktyabr 2022-ci il tarixli, 1072 saylı rəyindən görünür ki, 24 oktyabr 2022-ci il tarixdə tibbi müayinədən keçirilmiş Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin forması, xarakteri və dəliyin diametrini nəzərə alaraq demək olar ki, qızlıq pərdəsinin tamlığı pozmadan onunla cinsi əlaqədə olma istisna edilmir. Zərərçəkmiş şəxs düz bağırsağının arxa keçəcəyinin ətrafında qeyri-təbii yolla cinsi əlaqədə olmaya xas ola bilən hər-hansı bir xəsarət və əlamət aşkar edilməmişdir. Azarbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixatrik Ekspertiza Mərkəzinin 15 noyabr 2022-ci il tarixli, 3023 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hərt hansı psixi xəstəlikdən əziyyət çəkmir, əqli və psixi inkişafı yaş xüsusiyətlərinə uyğun olmaqla norma daxilindədir. Ona qarşı əməl törədilən zaman hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Ona qarşı edilən əxlaqsız hərəkətlərin mahiyyətini dərk etmişdir. xx.xx.2022-ci il tarixli üzləşdirilməsi protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli üzləşdirilməsi protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Şahid2 üzünə deyərək ifadəsini təsdiq etmişdir. Maddi sübut qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs X1 təqdim etdiyi, onun və Təqsirləndirilən şəxs audioyazıları olan 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran Rayon İcra Hakimiyyəti başçısının Kərgəlan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Lüvəsər kəndində qeydiyyatdadır. Yaşayış yerindən mənfi xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan, hökmlərin və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, daha sonra Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 8 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə, barəsində Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü hissəsinə əsasən təyin edilmiş cəzası 6 ay azaldılmışdır. Məhkəmə-narkoloji ekspertizasının 24 oktyabr 2022-ci il tarixli, 1093 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLƏYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 4(048)-333/2022 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında 2 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 24 oktyabr 2022-ci il tarixdən saat 00:05-dən hesablanmışdır. Zərərçəkmiş şəxs Qanuni nümayəndə məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir maddi və mənəvi ziyan tələbi yoxdur. Barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 153.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının 24 oktyabr 2022-ci il tarixli, 1072 saylı, məhkəmə-psixatrik ekspertizasının 15 noyabr 2022-ci il tarixli, 3023 saylı rəylərlə, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinin və müdafiə tərəfinin çıxışlarının özünü təqsirli bilməməsi barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər iş materiallarında olan yuxarıda qeyd edilən sübutlarla təkzib edilən dəlillər olmaqla özünü müdafiə xarakterli dəlillərdir. CPM-nin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 153.1-ci maddəsi ilə bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirsizliyini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarlar onun CM-nin 153.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, CPM-nin 42.1.1-42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü-cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyatı olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə və sair hallar olduqda çıxarılır. Göründüyü kimi qeyd olunan maddələrin mənasına görə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs o halda bəraət hökmü çıxarıla bilər ki, onun əməlində CM-nin 153.1ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmasın; həmin əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olsun; onun təqsirləndirildiyi cinayətləri törədilməsinə aidiyyatı olmaması sübuta yetirilsin; onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmasın və ya toplanmış sübutlar onun təqsirliliyini təsdiq etməsin və sair. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri birinci instansiya məhkəməsi tərəfindən CM-nin 153.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 153.1-ci maddəsində nəzərdə tutulmuş əməli öz təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəza ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsina və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən yuxarıda qeyd olunan normalarından göründüyü kimi, məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə (qanuni nümayəndəsi ilə) barışmasını CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Təqsirləndirilən şəxs Lənkəran Rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə, daha sonra Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 8 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına və Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə, barəsində Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü hissəsinə əsasən təyin edilmiş cəzası 6 ay azaldılmasına, yəni əvvəllər iki dəfə az ağır cinayət törətməsinə baxmayaraq, məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən ağır cinayət törətdiyindən baxmayaraq, əməlində cinayətlərin təhlükəli residivi vardır və bu da CM-nin 61.1.1-ci maddəsinin tələbinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. CM-nin 153.1-ci maddəsinin sanksiyasından görünür ki, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin CM-nin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 153.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin üçdə ikisindən aşağı olmayan cəzanın təyin edilməsi məqsədəuyğundur. Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 24 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəyə saxlanılmalı, onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.5-ci maddəsinə əsasən zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 oktyabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Maddi sübut-zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar