Məhkəmə qərarları › İş №1(049)-90/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-90/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-90/2024 17.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon-şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 2000-ci il tarixdə Lənkəran rayonu, Liman şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 2 il 5 ay 10 gün çəkilməmiş cəzası qalan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 30 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində istifadəsində olan mobil telefonla "İnstagram" sosial şəbəkəsində elanlar səhifəsini izləyərkən pul müqabilində Beyləqan rayonuna kiçik ölçüdə yük döndərilməsi ilə bağh elan paylaşıldığım görüb, həmin əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə sosial şəbəkə vasitəsi ilə həmin elan sahibi ilə əlaqə saxlayıb tanıdığı Lənkəran rayonu, İstisu qəsəbəsi sakini Zərərçəkmiş şəxs qızma özünü ona güya taksi fəaliyyəti ilə məşğul olan Adəm olaraq təqdim edib, növbəti gün Beyləqan rayonuna gedəcəyini və göndərəcəyi yükü özü ilə apara biləcəyini yalandan vəd verib Zərərçəkmiş şəxs aldadaraq özünə inandırıb etibarını qazandıqdan sonra 01 oktyabr 2023-cü il tarixdə saat 10 radələrində onun əsl niyyətindən xəbərsiz olan taksi sürücüsü Şahid7 idarə etdiyi "Mersedes" markalı avtomobildə Lənkəran rayonu, İstisu qəsəbəsinə,"Məhəllə market" adlı mağazanın qarşısına gedib,orada Zərərçəkmiş şəxs ilə görüşərək, sonuncunun Beyləqan rayonunda yaşayan əri Şahid5 çatdırması üçün ona verdiyi və içərisində qiymətli əşyalar olduğunu bildirdiyi üzəri yapışqanlı lentlə (skoçla) sarılmış bir ədəd qara rəngli sellofan torbada olan kiçik plasmas qabın içərisindəki 1 qramının qiyməti 85,00 manat olan 212,50 manat dəyərində 2,5 qram çəkidə, 583 əyarda,sadə ağ və göy qaşlı bir ədəd qızıl üzük (qadın), 1 qramının qiyməti 85,00 manat olan 212,50 manat dəyərində 2,5 qram çəkidə, 583 əyarda, bir ədəd paxlava formalı qızıl üzük (qadın), 1 qramının qiyməti 85,00 manat olan 212,50 manat dəyərində 2,5 qram çəkidə, 583 əyarda, sadə yaşıl qaşlı bir ədəd paxlava formalı qızıl üzük (qadın), 1 qramının qiyməti 85,00 manat olan 212,50 manat dəyərində 2,5 qram çəkidə, 583 əyarda, sadə ağ qaşlı bir ədəd paxlava formalı qızıl üzük (qadın), 1 qramının qiyməti 85,00 manat olan 212,50 manat dəyərində 2,5 qram çəkidə, 583 əyarda, sadə ağ qaşlı bir ədəd qızıl üzük (qadın), 1 qramının qiyməti 85,00 manat olan 212,50 manat dəyərində 2,5 qram çəkidə, 583 əyarda, sadə bənövşəyi qaşlı bir ədəd qızıl üzük (qadın), 1 qramının qiyməti 85,00 manat olan 212,50 manat dəyərində 2,5 qram çəkidə, 583 əyarda, sadə qara qaşlı bir ədəd qızıl üzük (qadın), 1 qramının qiyməti 85,00 manat olan 212,50 manat dəyərində 2,5 qram çəkidə, 583 əyarda, bir ədəd paxlava formalı qızıl üzük (qadın), 1 qramının qiyməti 85,00 manat olan 425,00 manat dəyərində 5 qram çəkidə, 583 əyarda,bir ədəd qızıl kloun ilə birlikdə qızıl boyunbağı (qadın), 1 qramının qiyməti 85,00 manat olan 340,00 manat dəyərində 4 qram çəkidə 583 əyarda,bir ədəd qızıl boyunbağı (qadın), 1 qramının qiyməti 85,00 manat olan 127,50 manat dəyərində 1,5 qram çəkidə,583 əyarda,bir ədəd qızıl boyunbağı (qadın), 1 qramının qiyməti 85,00 manat olan 1700,00 manat dəyərində 20 qram çəkidə,583 əyarda,sadə ağ qaşlı bir dəst qızıl boyunbağı,qızıl qolbaq,qızıl üzük,bir cüt qızıl sırğa (kolye),l qramının qiyməti 85,00 manat olan 170,00 manat dəyərində 2 qram çəkidə,583 əyarda,paxlava formalı bir cüt qızıl sırğa (uşaq), 1 qramının qiyməti 85,00 manat olan 127,50 manat dəyərində 1,5 qram çəkidə,583 əyarda,bir ədəd qızıl qolbaq (uşaq) və 1 qramının qiyməti 6,00 manat olan 12,00 manat dəyərində, gümüş metalından hazırlanmış bir ədəd "Arions" kişi üzüyü olmaqla, Zərərçəkmiş şəxs məxsus ümumilikdə 4602,0 (dörd min altı yüz iki) manat qiymətində qızıl-zinət əşyalarını Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən "Məhəllə market" adlı mağazanın qarşısında sonuncudan qəbul etməklə, etibardan suiistifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs həmin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, 13 noyabr 2023-cü il tarixdə, saat 11-12 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində yerləşən "Kiçik bazar" adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 50 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 6 ədəd bükümdə ayrı-ayrıhqda təmiz çəkiləri-0,175 qr;- 0,161 qr;-0,163 qr;-0,176 qr;- 0,182 qr:-0,141 qram; ümumi təmiz çəkisi-0,998 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini əldə edərək,üzərində saxlamaqla, daşımış və Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşlarının 13 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində keçirdikləri əməliyyat tədbirləri nəticəsində,həmin günü saat 20:35 dəqiqədə yaşadığı Lənkəran rayonu,Liman şəhəri, H.Aslanov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Liman polis bölməsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman qeyd olunan çəkilərdə psixotrop maddə olan metamfetamin 1 (bir) ədəd sellofan bükülünün içərisindən 6 (altı) ədəd sellofan kəsiklərinə bükülmüş halda əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ona qarşı irəli sürülmüş ittihamlar üzrə tam təqsirli bilir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. 2016-cı il tarixdə Aprel döyüşlərində iştirak etmişdir. Əməlindən peşmandır, hazırda zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxs onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənlərə əsasən barəsində CM-nin 178.1-ci maddəsi ilə icraata xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs cinayət işinin 193-196-cı vərəqlərində olan məhkəmə iclasında elan edilməklə araşdırılmış ifadəsində göstərmişdir ki, həbs olunmamışdan əvvəl ünvan 2 ünvanında yaşamışdır. O, 2 dəfə məhkum olunmuşdur.Birinci dəfə 2017-ci il tarixdə oğurluq cinayətləri törətdiyi üçün məhkum olunmuşdur.2-ci dəfə isə üzərində narkotik vasitə gəzdirdiyi üçün 2023-cü ilin avqust ayında Lənkəran rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur.O, başında kəskin ağrılar olduğu üçün uzun müddət ərzində narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən siqaretin zərli kağızında yandırıb tüstüsünü udmaqla istifadə etmişdir. O, istifadə etdiyi heroin və metamfetamini Lənkəran şəhərində yerləşən "Kiçik bazar" deyilən ərazidə üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən almışdır. Onun "İnstagram" sosial şəbəkəsində "americano" adlı səhifəsi vardır və o, "a.babayev" adı ilə qeydiyyatdan keçmişdir. O, 30 sentyabr 2023-cü il tarixdə mobil telefonu ilə "İnstagram" sosial şəbəkəsində "Lənkəran elan etiraflar" adlı səhifəyə girmiş və sonradan adını bildiyi Gülanə adlı qadının "Beyləqan rayonuna gedən taksi sürücüsü mənimlə əlaqə saxlasın,balaca sumka göndərəcəm və haqqını da ödəyəcəm" elanı paylaşdığını görmüşdür. O, dərhal qərara gəlmişdir ki, Gülanə adlı qadınla əlaqə saxlayıb, yalandan Beyləqan rayonuna gedəcəyini deyərək, onun sumkasmı ələ keçirsin. Buna görə də, o, həmin günü axşam saatlarında "İnstagram" sosial şəbəkəsində "americano" adlı səhifəsi vasitəsilə Gülanə adh qadınla əlaqə saxlamış və adının Adəm və taksi sürücüsü olduğunu, səhər Beyləqan rayonuna gedəcəyini və onun göndərəcəyi sumkanı apara biləcəyini bildirmişdir. Sonra isə o, Gülanə adlı qadına istifadəsində olan ***-***-**-** və ***- ***-**-** mobil telefon nömrələrini göndərmişdir. Gülanə sumkanın içərisində qızıl əşyalarının olduğunu ona bildirməmiş, amma həmin sumkanın içərisində dəyərli əşya olduğunu və həmin əşyanı qormağını tapşırmışdır. O, sumkanı aparmağının qarşılığında Gülanədən zəhmət haqqı olaraq 12 manat pul istəmişdir. Gülanə də onunla razılaşmışdır. Bir neçə dəqiqədən sonra hazırda xatırlamadığı mobil telefon nömrəsindən ona zəng gəlmişdir. O, telefonu açıb zəngə cavab verəndə bir kişi adının Ədalət və Gülanənin əri olduğunu, Beyləqanda hərbi hissədə işlədiyini, göndəriləcək sumkanın ona çatacağını, onu Beyləqan şəhərində yerləşən mərkəzi bazarın yanında olan avtobus dayanacağında gözləyəcəyini və sumkanın içərisini açıb baxmamağım bildirib, ondan kart hesabının nömrəsini istəmişdir. O da hazırda nömrəsini xatırlamadığı Leo bank plastik kart hesab nömrəsini Ədalət adlı şəxsə göndərmişdir. Bir müddətdən sonra onun kart hesabına 12 manat pul gəlmişdir. Səhərisi günü, yəni 01 oktyabr 2023-cü il tarixdə, saat 10 radələrində evdən çıxıb piyada Liman şəhərinin mərkəzində yerləşən bazarın qarşısına gəlmiş və Gülanə adh qadına zəng edib " maşınla İstisu qəsəbəsinə gəlirəm və şəni marketin qarşısında gözləyəcəm" bildirmişdir. Bundan sonra onunla eyni küçədə yaşayan X8 markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmiş və İlhamdan, onu İstisu qəsəbəsinə neçəyə aparıb-gətirəcəyini soruşmuşdur. İlham da 25 manata onu İstisu qəsəbəsinə aparıb-gətirəcəyini bildirmişdir. O da İlhamla razılaşmış və İlham maşını İstisu qəsəbəsi istiqamətində idarə etməyə başlamışdır. İstisu qəsəbəsində yerləşən Məhəllə marketin qarşısına çatanda, o, İlhama "maşını burada saxla, bir neçə dəqiqə məni gözlə bir qadından sumka alıb gəlirəm" bildirmişdir. Bir neçə dəqiqədən sonra bir qadının marketə tərəf gəldiyini görmüş və maşından düşüb ona yaxınlaşmışdır. O, Gülanə adlı qadınla görüşmüş və Gülanə ona skoçla bağlanmış bir ədəd qara rəngli sellofan torbanı verərək, sumkanın içərisində qiymətli əşya olduğunu, sumkanı açmamağım və qorumağını, əri Ədalətin onu Beyləqanda dediyi yerdə gözləyəcəyini bildirmişdir. O da həmin sumkanı Gülanədən almış və Gülanəyə "arxayın ol, əmanəti aparıb ərinə çatdıracam" bildirmişdir. Bundan sonra, o, İlhamın maşınına əyləşmiş və İlham maşını Lənkəran şəhəri istiqamətində idarə etməyə başlamışdır. Yolda, o, İlhamdan gizlin həmin skoçla bağlanmış qara rəngli torbanı açmış və torbanın içərisində boz rəngli kişi maykasına bükülmüş plasmas qabın olduğunu görmüşdür. O, plasmas qabı açmış və plasmas qabın içərisində qızıl-zinət əşyalarının olduğunu görmüşdür. O, dərhal qərara gəlmişdir ki, həmin qızılları Lənkəran şəhər bazarına aparıb sataraq pul qazansın. Buna görə də İlhama, bazarda işinin olduğunu bildirib maşını bazara sürməyini xahiş etmişdir. İlham da maşını Lənkəran şəhərində yerləşən bazar istiqamətində idarə etməyə başlamış və bazarın yanında maşını saxlamışdır. O, maşından düşmüş və 5 dəqiqəyə qayıdacağını İlhama bildirmişdir.O, bazarın içərisinə daxil olmuş və qızıl satılan mağazaya girmişdir. O, sonradan adını bildiyi Şəhriyar adlı satıcıya yaxınlaşmış və Şəhriyara yalandan, Qarabağ müharibəsi qazisi olduğunu, müalicəyə gedəcəyini və anasının da xəstə olduğunu və onlara pul lazım olduğu üçün ailəsinə məxsus qızıl əşyalarını satmaq istədiyini bildirmişdir. Bundan sonra, o, plasmas qutunun içərisindən dörd ədəd qızıl üzüyü çıxardıb Şəhriyara vermiş və Şəhriyara "qazi olduğum üçün mənə hörmət elə bu qızılları 1-2 manat yuxarı qiymətdən hesabla" bildirmişdir. Şəhriyar da həmin qızıl əşyalarını ondan almış və elektron tərəzidə çəkdikdən sonra ona "bu qızılların qiyməti lom kimi 562,2 manat edir, amma qazi olduğun üçün sənə 620 manat pul verəcəm" bildirmişdir. Həmin vaxtı Şəhriyar ondan şəxsiyyət vəsiqəsini istəmiş və o da şəxsiyyət vəsiqəsini Şəhriyara vermişdir. Şəhriyar, onun şəxsiyyət vəsiqəsi ilə birlikdə, həmin qızıl əşyalarının şəklini çəkmişdir. Sonra isə Şəhriyar şəxsiyyət vəsiqəsini ona qaytarmış və ona 620 manat pul vermişdir. Həmin vaxtı fikirləşmişdir ki, 620 manat pulu xərclədikdən sonra yerdə qalan qızıl əşyalarını satıb pullarını xərcləyər. Bundan sonra, o, qızıl mağazasından çıxıb İlhamın maşınının yanma gəlmiş və İlhamın maşınına əyləşib Liman şəhərinə qayıtmışdır. O, Liman şəhər bazarının yanında maşından düşmüş və İlhama 25 manat pul vermişdir. Sonra isə piyada yaşadığı evə getmiş və bu barədə anası Nahidəyə heç nə deməmişdir. Həmçinin İlhamın da həmin qızıl əşyalarından məlumatı olmamışdır. O, evdən küçəyə çıxmış və Ədalətin hazırda xatırlamadığı mobil telefon nömrəsinə zəng edib yalandan " 1 saata Beyləqan şəhərinə çatıram" bildirmişdir. Bundan sonra, o, mobil telefon nömrələrini söndürmüş və qərara gəlmişdir ki, yerdə qalan qızıl əşyalarından da bir neçəsini aparıb satsın və Bakı şəhərinə gedib pulları xərcləsin. Bundan sonra, o, həmin günü saat 16 radələrində Liman şəhərində tanımadığı taksi maşınına əyləşib Lənkəran şəhər bazarına getmişdir. Bazırın yanında taksi maşınından düşmüş və piyada bazara daxil olmuşdur. Sonra isə Şəhriyarın işlətdiyi qızıl mağazasına daxil olmuş və Şəhriyara yenə də yalandan "anamla birlikdə Bakı şəhərinə getməliyəm, 620 manat bizim müalicəmizə çatmayacaq, satmaq üçün yenə də qızıl əşyaları gətirmişəm" bildirmişdir. O, şəxsiyyət vəsiqəsini və bir ədəd qızıl boyunbağı, qızıl qolbağ,bir cüt qızıl sırğa və bir ədəd qızıl üzükdən ibarət qızıl kolyeni, bir ədəd qızıl klonlu boyunbağını və üç ədəd qızıl üzükləri Şəhriyara vermişdir. Şəhriyar həmin qızıl əşyalarını elektron tərəziyə qoymuş və onun şəxsiyyət vəsiqəsi ilə birlikdə şəkilini çəkmişdir. Sonra isə Şəhriyar ona "bu qızılların lom kimi qiyməti 1578 manat edir, amma sən qazi olduğun üçün sənə 1600 manat pul verəcəm" bildirmişdir. O, Şəhriyardan 1600 manat pulu və şəxsiyyət vəsiqəsini ahb mağazadan çıxmışdır. O, həmin qızıl əşyalarını Gülanədən aldadıb aldığını Şəhriyara deməmişdir. Plasmas qabın içərisində qalan bir ədəd qızıl üzük,iki ədəd qızıl qolbağ,bir cüt uşaq qızıl sırğası,bir ədəd uşaq qızıl qolbağısım və bir ədəd gümüşdən olan Arions kişi üzüyünü özündə saxlamışdır.Sonra isə Ləvəngi dairəsinə gəlmiş və orda tanımadığı bir Bakı taksisinə əyləşib Bakı şəhərinə getmişdir. Bakı şəhərində 20 yanvar metrosunun yaxınlığında həmin taksidən düşmüş və başqa bir taksi maşınına əyləşib Bakı şəhərində Azadlıq prospekti ilə Teymur Əliyev küçəsinin kəsişməsində yerləşən "Holloyun" adlı otelə getmişdir. Səhərisi günü oteldən çıxıb Bakı şəhərində yerləşən 28 may metrosunun yanına getmiş və onda qalan bir ədəd qızıl üzük, iki ədəd qızıl qolbağ,bir cüt uşaq qızıl sırğası, bir ədəd uşaq qızıl qolbağısını və bir ədəd gümüşdən olan Arions kişi üzüyünü tanımadığı şəxsə cəmi 450 manata satmışdır. Plasmas qutunu isə Bakı şəhəri ərazisində hazırda xatırlamadığı yerə tullamışdır. O, 7 gün həmin oteldə qalmış və qızılları sataraq əldə etdiyi cəmi 2670 manat pulun 2270 manatını xərcləmişdir. Sonra isə yaşadığı Liman şəhərinə qayıtmış və yerdə qalan 400 manat pulu da özü üçün xərcləmişdir. 13 noyabr 2023-ci il tarixdə, saat 11-12 radələrində özü istifadə etmək üçün metamfetamin almaq məqsədilə Liman şəhərində avtobusa əyləşib Lənkəran şəhərinə getmişdir. O, Lənkəran səhərində yerləşən Ləvəngi dairəsində avtobusdan düşmüş və piyada "Kiçik bazar" deyilən əraziyə gedərək, bir evin tinində dayanıb ona metamfetamin satan üzdən tanıdığı, amma adını bilmədiyi şəxsi gözləməyə başlamışdır. Təxminən 15-20 dəqiqədən sonra ona həmişə metamfetamin satan şəxsin piyada gəldiyini görmüşdür. O, həmin şəxsə yaxınlaşmış və ondan istifadə etmək üçün bir neçə bükümdə metamfetamin istəmişdir. O, tez-tez Lənkəran şəhərinə gəlib-getməmək üçün həmişə istifadə etmək məqsədilə 5-6 bükümdə metamfetamin almış və aldığı metamfetamini 5-6 gün ərzində istifadə etmişdir. O,həmin şəxsdən 50 manata bir ədəd sellofanda altı bükümdə olan metamfetamin almış və əynində olan şalvarının sağ yan cibində gizlətmişdir. Sonra isə piyada Ləvəngi dairəsinə qayıtmış və avtobusa əyləşib Liman şəhərinə gəlmişdir. Liman şəhərində avtobusdan düşüb yaşadığı evə getmişdir. Həmin günü saat 21 radələrində aldığı metamfetaminin bir bükümünü istifadə etmək üçün yaşadığı evdən küçəyə çıxmış və H.Aslanov küçəsində piyada gəzərək metamfetamindən istifadə etmək üçün yer axtarmağa başlamışdır. Bu zaman Liman polis bölməsinin işçiləri onu saxlayaraq Liman polis bölməsinə gətirmişlər. Polis işçisi, vəkillərin siyahısını ona təqdim etmiş və özünün seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış aparmışdır. Axtarış aparılmazdan əvvəl polis işçisi, üzərində axtarışın video çəkilişlə aparılacağı barədə ona məlumat vermişdir. Bundan sonra adını bilmədiyi polis işçisi mobil telefonunun video kamerası ilə çəkiliş aparmağa başlamışdır. Polis işçisi, ona hüquq və vəzifələrini izah etmişdir. Polis işçisi, ona təklif etmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə varsa təqdim etsin. O da əynində olan şalvarının sağ yan cibində gizlətdiyi içərisində 6 bükümdə metamfetamin olan bir ədəd sellofan bükülünü çıxardıb masanın üzərinə qoymuşdur.Polis işçisi, həmin bükülünün içərisində nə olduğunu ondan soruşmuşdur. O da həmin bir ədəd bükülünün içərisində 6 bükümdə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra, polis işçisi həmin bükülünün içərisindəki 6 bükümdə olan metamfetamini çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra, polis işçisi, üzərində başqa narkotik vasitə və qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını ondan soruşmuşdur. O da təqdim etdiyi həmin 6 bükümdə olan metamfetamindən başqa üzərində heç nə olmadığını bildirmişdir. Bundan sonra, polis işçisi, üzərində axtarış aparmış və şalvarının sol yan cibindən bir ədəd alışqanı çıxardıb masanın üzərinə qoymuşdur. Polis işçisi, içərisində metamfetamin olan 6 ədəd bükülünü elektron tərəzidə çəkmiş və o, elektron tərəzinin ekranına baxan zaman cəmi çəkisinin 1,50 qram olduğunu görmüşdür. Bundan sonra, polis işçisi, içərisində metamfetamin olan 6 ədəd bükülünü bir zərfə qoymuş və həmin bir ədəd zərfin üzərinə möhür vurmuşdur.O, vəkil Müdafiəçila birlikdə həmin 1 ədəd zərfin üzərinə imza etmişdir. Bundan sonra videoçəkiliş dayandırılmışdır. Polis işçisi protokol tərtib etmiş və o da, vəkil Müdafiəçila birlikdə həmin protokola imza etmişdir. Ona həmişə metamfetamin satmış şəxsin adını və harada yaşadığını bilmir. Amma həmin şəxs arıq bədən quruluşlu, qarabuğdayı, boyu 160-165 sm olan 40-50 yaşlarında kişidir. O, əldə etdiyi həmin 6 bükümdə olan metamfetamini özü istifadə etmək üçün almışdır. O, Samsung A 10 markalı mobil telefondan və ***-***-**-**,***-***-**-** mobil telefon nömrələrindən istifadə etmişdir.O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsı ifadəsində göstərdi ki, o, 28 fevral 2022-ci il tarixdə "Tik-Tok" sosial şəbəkəsində Fizuli rayonunun Horadiz şəhərində yaşayan Şahid5 ilə tanış olmuş və onların tanışlığı aralarında sevgiyə çevrilmişdir. O, hazırda Ədalətlə ər-arvad kimi yaşayır, amma onların rəsmi nikahı yoxdur. Ədalət Fizuli rayon ərazisində yerləşən "N" saylı hərbi hissədə mexanik işləyir. Ədalət hərdən bir onun yaşadığı evə gəlir və bir neçə gün qaldıqdan sonra Fizuliyə qayıdır.2023-cü ilin sentyabr ayının ortalarında əri Ədalətin başında xəstəlik olduğu üçün birlikdə qərara gəlmişlər ki, qızılları satıb onun başını müalicə etdirsinlər. 30 sentyabr 2023-cü il tarixdə əri Ədalətlə telefonda danışdığı zaman Ədalət ona "qızıl-zinət əşyalarını bir taksi maşını ilə Beyləqan rayonuna göndər, qızılları götürüb satım və özümü müalicə etdirim" bildirmişdir. O da Ədalətlə razılaşmış və qızıl əşyalarını ona poçt vasitəsilə göndərəcəyini bildirmişdir. Lakin Ədalət ona "poçtla göndərsən gec çatacaq, sən qızıl əşyalarını Beyləqan rayonuna gələn bir maşınla göndər" bildirmişdir. O da mobil telefonu ilə "İnstagram" sosial şəbəkəsində "Xəyahmsan" adlı səhifəsi vasitəsilə "Lənkəran elan, etiraflar" adlı səhifəyə girmiş və Beyləqan rayonuna gedəcək olan taksi sürücülərinin onunla əlaqə saxlaması,balaca sumka göndərməklə haqqını ödəyəcəyi formasında elan paylaşmışdır. Həmin günü axşam saatlarında "İnstagram" sosial şəbəkəsində "americano" adh səhifədən onunla əlaqə saxlanılmışdır.Həmin səhifədən onunla əlaqə saxlayan şəxs, özünü Adəm adı ilə təqdim edərək, taksi sürücüsü olduğunu, səhərisi günü Beyləqan rayonuna gedəcəyini və göndərəcəyi sumkanı apara biləcəyini söyləmişdir. Adəm adlı şəxs ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrini əlaqə vasitəsi kimi ona göndərmişdir. O, Adəm kimi özünü təqdim edən şəxsə Beyləqan rayonuna əri Ədalətə verməsi üçün əmanət göndərəcəyini desə də qızıl əşyaları barədə məlumat verməmişdir. Adəm kimi özünü təqdim edən şəxs ondan sumkanı aparmaq qarşılığında ona 12 manat pul əvvəlcədən ödəməli olduğunu bildirmişdir. O da Adəm adlı şəxsin mobil telefon nömrəsini əri Ədalətə vermişdir. Əri Ədalət də Adəm adlı şəxslə danışmış və 12 manat pulu Adəm adlı şəxsin kartına göndərmişdir. Səhərisi günü, yəni 01 oktyabr 2023-cü il tarixdə, saat 10 radələrində Adəm adlı şəxs onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək, Mersedes markalı maşınla İstisu qəsəbəsində olan "Məhəllə market" mağazasının qarşısında dayanıb onu gözlədiyi barədə məlumat vermişdir. O da özünə məxsus 212,50 manat dəyərində 2,5 qram çəkidə 583 əyarda, sadə ağ və göy qaşlı bir ədəd qızıl üzük (qadın), 212,50 manat dəyərində 2,5 qram çəkidə 583 əyarda, bir ədəd paxlava formalı qızıl üzük (qadın), 212,50 manat dəyərində 2,5 qram çəkidə 583 əyarda, sadə yaşıl qaşlı bir ədəd paxlava formalı qızıl üzük (qadın), 212,50 manat dəyərində 2,5 qram çəkidə 583 əyarda, sadə ağ qaşlı bir ədəd paxlava formalı qızıl üzük (qadın), 212,50 manat dəyərində 2,5 qram çəkidə 583 əyarda, sadə ağ qaşh bir ədəd qızıl üzük (qadın), 212,50 manat dəyərində 2,5 qram çəkidə 583 əyarda, sadə bənövşəyi qaşh bir ədəd qızıl üzük (qadın), 212,50 manat dəyərində 2,5 qram çəkidə 583 əyarda, sadə qara qaşlı bir ədəd qızıl üzük (qadın), 212,50 manat dəyərində 2,5 qram çəkidə 583 əyarda,bir ədəd paxlava formalı qızıl üzük (qadın), 425,00 manat dəyərində 5 qram çəkidə 583 əyarda, bir ədəd qızıl kloun ilə birlikdə qızıl boyunbağı (qadın), 340,00 manat dəyərində 4 qram çəkidə 583 əyarda, bir ədəd qızıl boyunbağı (qadın), 127,50 manat dəyərində 1,5 qram çəkidə 583 əyarda, bir ədəd qızıl boyunbağı (qadın), 1700,00 manat dəyərində 20 qram çəkidə 583 əyarda, sadə ağ qaşlı bir dəst qızıl boyunbağı,qızıl qolbaq,qızıl üzük,bir cüt qızıl sırğa (kolye), 170,00 manat dəyərində 2 qram çəkidə 583 əyarda, paxlava formalı bir cüt qızıl sırğa (uşaq), 127,50 manat dəyərində 1,5 qram çəkidə 583 əyarda, bir ədəd qızıl qolbaq (uşaq) və 12,00 manat dəyərində 2 qram çəkidə gümüş metalından hazırlanmış bir ədəd "Arions" kişi üzüyünü bir ədəd kiçik ölçülü plasmas qaba qoymuşdur. Sonra isə həmin plasmas qabı boz rəngli kişi maykasına bükmüş və bir ədəd qara rəngli sellofan torbaya qoymuşdur.Sonra isə həmin sellofan torbanı yapışqanlı lentlə (skoçla) sarımış və evdən çıxıb piyada "Məhəllə market" mağazasının yanına gəlmişdir. Həmin vaxtı Adəm adlı şəxsin boz rəngli bir Mersedes markalı, ** DL *** dövlət qeydiyyat nişanlı bir maşında oturduğunu görmüşdür. Adəm adlı şəxs onu görən kimi maşından yerə düşmüş və ona yaxınlaşıb "Gülanə sənsən?" soruşmuşdur.O da Gülanə olduğunu Adəm adlı şəxsə bildirmişdir. Avtomaşınm sükanı arxasında isə tanımadığı bir yaşlı kişi oturmuş və o, maşından yerə düşməmişdir. O, içərisində qızıl-zinət əşyaları olan sellofan torbanı Adəm adlı şəxsə vermiş və Adəmə "torbanın içərisində qiymətli əşya var, açma və onu qoru, ərim Ədalət səni Beyləqanda dediyi yerdə gözləyəcəkdir" bildirmişdir. Adəm də həmin sellofan torbanı ondan almış və ona "arxayın ol, əmanəti aparıb ərinə çatdıracam" bildirmişdir. O da Adəm adlı şəxsə inanmışdır. Adəm həmin maşına əyləşib getmiş,o isə yaşadığı evə qayıtmışdır. Həmin günü saat 19 radələrində Adəm, onun əri Ədalət zəng edib, Beyləqan rayonuna çatdığını bildirsə də, sonradan yalan danışdığı və Beyləqan rayonuna getmədiyi məlum olmuşdur. O, Adəmin mobil telefon nömrəsinə bir neçə dəfə zəng etsə də, Adəmin mobil telefonuna zəng çatmamışdır. Bundan sonra ona məlum olmuşdur ki, Adəm onu aldadaraq qızıl-zinət əşyalarını ələ keçirmişdir. Bundan sonra, o, 102 xidmətinə zəng edib məlumat vermişdir. Adəmin bu dələduzluq hərəkətləri nəticəsində ona cəmi 4602 manat ziyan dəymişdir. Zərərçəkmiş şıxs məhkəməyə notariat qaydasında təsdiq edilmiş ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid5 cinayət işinin 159-161ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış ifadəsində göstərmişdir ki, o, Fizuli rayonu Fin şəhərciyində yaşayır. O, Azərbaycan Respublikası Mina X1 rayon şöbəsində mexanik işləyir.O, təxminən 8-9 ildir ki, baş nahiyyəsində olan damar genişlənməsindən əziyyət çəkir.O, 28 fevral 2022-ci il tarixdə "Tik- Tok" sosial şəbəkəsində Lənkəran rayonu İstisu qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs ilə tanış olmuş və onların tanışlığı aralarında sevgiyə çevrilmişdir.O, Gülanə ilə ər-arvad kimi yaşayır, amma onların rəsmi nigahı yoxdur.O, hərdən bir Lənkəran rayonunun İstisu qəsəbəsinə gəlir və bir neçə gün qaldıqdan sonra Fizuli rayonuna qayıdır.2023-cü ilin sentyabr ayının ortalarında, o və Gülanə qərara gəlmişlər ki,başında olan xəstəliyi müalicə etdirmək üçün Gülanənin qızıllarını satıb müalicəsinə xərcləsin.O, 30 sentyabr 2023-cü il tarixdə Gülanə ilə telefonda danışdığı zaman, Gülanəyə "qızıl-zinət əşyalarını bir taksi maşını ilə Beyləqan rayonuna göndər,qızılları götürüb satım və özümü müalicə etdirim" bildirmişdir. Gülanə də onunla razılaşmış və qızıl əşyalarını ona poçt vasitəsilə göndərəcəyini bildirmişdir. Lakin, o, Gülanəyə poçtla göndərərsə gec çatacağını və buna görə də qızıl əşyalarını Beyləqan rayonuna gələn bir maşınla göndərməyini bildirmişdir.Gülanə də onunla razılaşmışdır.30 sentyabr 2023-cü il tarixdə saat 20-21 radələrində Gülanə onun telefonuna zəng edərək, "İnstagram" sosial şəbəkəsində verdiyi elan vasitəsilə Beyləqan rayonuna taksi işləyən Liman şəhər sakini Adəm adh şəxslə tanış olduğunu və ona göndərəcəyi qızıl əşyalarını Adəm Beyləqan rayonuna aparıb ona çatdıracağını, Adəmin mobil telefon nömrəsini ona deyəcəyini və Adəm adlı şəxslə əlaqə saxlamağını,qızıl əşyalarını aparıb ona verməsi üçün Adəmin kartına 12 manat pul atmağını bildirmişdir.Bundan sonra, Gülanə ***-***-**-** mobil telefon nömrəsini şifahi olaraq ona demişdir.O, Gülanə ilə danışıb qurtardıqdan sonra həmin mobil telefon nömrəsinin “WhatsApp”na zəng edib, Adəm adlı şəxsə,Gülanənin əri olduğunu, Fizulidə işlədiyini,Gülanənin göndərəcəyi sumkanın ona çatacağını və Beyləqan şəhərində yerləşən mərkəzi bazarın yanında olan avtobus dayanacağında onu gözləyəcəyini, sumkanın içərisini açıb baxmamağım, çünki sumkanın içərisində qiymətli əşyaların olduğunu, Gülanənin göndərdiyi ona məxsus 4098 5844 9338 5097 nömrəli leo bank kart hesabına ona zəhmət haqqı kimi istədiyi 12 manat pulu göndərəcəyini bildirmişdir.Adəm adh şəxs də ona "şərəfsiz deyiləm, sumkanı açıb içərisinə baxmayacam və sumkanı səhər gətirib sənə çatdıracam" bildirmişdir.Bundan sonra, o, 4127 2081 0112 8782 nömrəli maaş kartından həmin leo bank kart hesabına 12 manat pul göndərmişdir.Sonra Adəmə zəng edib göndərdiyi 12 manat pulun onun kart hesabına köçürülüb köçürülmədiyini soruşmuşdur.Adəm də onun göndərdiyi 12 manat pulun kart hesabına köçürüldüyünü bildirmişdir.Bundan sonra, o, Gülanəyə zəng edib Adəm adlı şəxsə 12 manat pul göndərdiyini bildirmişdir.01 oktyabr 2023- cü il tarixdə, saat 10 radələrində Gülanə ona zəng edərək,qızıl əşyalarını kiçik plasmas qabın içərisinə qoyub boz rəngli kişi maykasına bükdüyünü və bir ədəd qara rəngli sellofan torbaya qoyduğunu,sonra isə həmin sellofan torbanı yapışqanlı lentlə (skoçla) sarıdığını və İstisu qəsəbəsində yerləşən "Məhəllə market" mağazasının yanında Adəm adh şəxsə verdiyini və Adəm adh şəxs də Mersedes markalı maşını ilə sumkanı Beyləqən şəhərinə gətirib ona verəcəyini bildirmişdir. Bundan sonra, o, Adəm adh şəxslə telefon əlaqəsi saxlamış və Adəm ona,Gülanədən sumkanı götürdüyünü, Bakı şəhərinə bir müştərini aparıb qoyduqdan sonra Beyləqana gəlib sumkanı ona verəcəyini bildirmişdir.Həmin günü günorta saatlarından sonra Adəm adh şəxsin mobil telefonuna bir neçə dəfə zəng etsə də, Adəmin telefonu bağlı vəziyyətdə olmuşdur.Bundan sonra anlamışdır ki, Adəm adlı şəxs Gülanəni aldadıb onun qızıl əşyalarını ələ keçirmişdir.O, Gülanəyə zəng edərək, Adəm adlı şəxsin onu aldadıb qızıl əşyalarını ələ keçirdiyini bildirib, tez polis şöbəsinə məlumat verməyini tövsiyə etmişdir. Müəyyən müddət keçdikdən sonra Gülanə ona zəng edərək, 102 xidmətinə zəng edib Adəm barəsində məlumat verdiyini bildirmişdir. 14 noyabr 2023-cü il tarixdə Gülanə onun mobil telefonuna zəng edib,Adəm adh şəxsi polis işçilərinin tutduğunu bildirmişdir.Həmçinin Gülanə ona, Adəm adh şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir.O,Təqsirləndirilən şəxs görməmiş və tanımamışdır.O, ancaq Adəm adlı şəxslə telefonda danışmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Liman şəhər sakini Təqsirləndirilən şəxs 01 oktyabr 2023-cü il tarixdən etibarən tanıyır.Adəmlə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti olmamışdır.O, 01 oktyabr 2023-cü il tarixədək Adəmi bir neçə dəfə Liman şəhərinin mərkəzində görmüş, amma adını bilməmişdir.Onun istifadəsində baş etibarnamə əsasında Mersedes Benz C220 markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobili vardır.O, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur.O, taksi fəaliyyəti ilə məşğul olduğuna görə vergi ödəyicisidir.O, həmişə Liman şəhər mərkəzinin yanında dayanıb Lənkəran şəhərinə aparmaq üçün sərnişin gözləyir.01 oktyabr 2023-cü il tarixdə, saat 09 radələrində evdən çıxıb idarə etdiyi həmin avtomobili ilə Liman şəhər bazarının yanma gəlmişdir.Bir neçə dəqiqədən sonra arıq bəndən quruluşlu və təxminən 20-25 yaşlarında olan sonradan adını bildiyi Adəm adh şəxs ona yaxınlaşmış və ondan, onu İstisu qəsəbəsinə neçəyə aparıb-gətirəcəyini soruşmuşdur.O da 25 manata onu İstisu qəsəbəsinə aparıb-gətirəcəyini Adəmə bildirmişdir.Adəm də onunla razılaşmış və maşına əyləşmişdir.O, maşını İstisu qəsəbəsi istiqamətində idarə etməyə başlamışdır.İstisu qəsəbəsində yerləşən hazırda adını xatırlamadığı bir marketin qarşısına çatanda Adəm ona, maşını həmin yerdə saxlamasını,onu bir neçə dəqiqə ərzində gözləməsini və bir qadından əmanət alıb gələcəyini bildirmişdir.Amma Adəm görüşəcəyi qadından nə alacağını ona deməmiş və o da maraqlanmamışdır.O, maşını həmin marketin qarşısında saxlamışdır.Bir neçə dəqiqədən sonra bir qadının marketə tərəf gəldiyini görmüşdür.Adəm maşından düşüb bir neçə metr getdikdən sonra həmin qadınla görüşmüşdür.Ona maraqlı olmadığı üçün onlara tərəf baxmamışdır.Bir neçə dəqiqədən sonra Adəm maşının qapısını açıb oturacağa əyləşmiş və Liman şəhərinə qayıtmağı ona bildirmişdir.O da maşını Liman şəhəri istiqamətində idarə etməyə başlamışdır. Həmin vaxtı Adəmin sağ əlində bir ədəd qara rəngli sellofan torbanın olduğunu görmüşdür. Ona maraqlı olmadığı üçün həmin sellofan torbanın içərisində nə olduğunu Adəmdən soruşmamışdır.Onlar Lənkəran şəhərinə çatanda Adəm ona,bazarda işinin olduğunu bildirib, bir dəqiqəlik maşını bazara sürməyini ondan xahiş etmişdir.O da maşını Lənkəran şəhər bazarı istiqamətində idarə etməyə başlamış və bazarın yanında maşını saxlamışdır.Adəm maşından düşüb bazarın içərisinə tərəf getmişdir.Bir neçə dəqiqədən sonra Adəm bazardan geri qayıdıb maşına oturmuş və maşını Limana sürməyini ona bildirmişdir.O da maşını Liman şəhəri istiqamətində idarə etməyə başlamış və Liman şəhər bazarının yanında maşını saxlamışdır. Adəm maşından yerə düşmüş və ona zəhmət haqqı olaraq 25 manat pul verib harasa getmişdir.Bir neçə gündən sonra onu Lənkəran polis şöbəsinə dəvət etmişlər.O, Lənkəran polis şöbəsinə gəlmiş və polis şöbəsində ona məlum olmuşdur ki, həmin cavan oğlanın adı Adəmdir və Adəm İstisu qəsəbəsində görüşdüyü qadını aldadaraq qızıl əşyalarını almışdır.Onun Adəmin həmin qadını aldadaraq qızıl əşyalarını almasından məlumatı olmamışdır.Həmçinin, o, Adəmlə birlikdə həmin cinayətin törədilməsində iştirak etməmişdir.O, maşını idarə edərkən Adəmin qara rəngli sellofan torbanı açdığını və həmin torbanın içərisində qızıl-zinət əşyalarının olduğunu görməmişdir.Çünki, o, həmin vaxtı maşını idarə etdiyi üçün fikri yolda olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, ailə üzvülərilə birlikdə ünvan 3 ünvanında yaşayır.O, Lənkəran şəhərində yerləşən bazarda icarəyə mağaza götürüb işlədir və dostu Fərəməz də onunla şərik işləyir.O, vergi ödəyicisidir və Fərəməzlə birlikdə mağazada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur.Lənkəran rayonu,Liman şəhər sakini Təqsirləndirilən şəxs 01 oktyabr 2023-cü il tarixdən etibarən tanıyır.Onun Adəmlə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır.01 oktyabr 2023-cü il tarixdə, saat 11 radələrində bir cavan oğlan mağazaya daxil olmuş və ona yaxınlaşaraq, "adım Adəmdir, Qarabağ müharibəsi qazisiyəm, müalicəyə getməliyəm,anam da xəstədir və bizə pul lazım olduğu üçün ailəmə məxsus qızıl əşyalarını satmaq istəyirəm" bildirmişdir.Bundan sonra Adəm cibindən kiçik ölçüdə plasmas qutunu çıxartmış və qutunun içərisindən dörd ədəd qızıl üzüyü çıxardıb ona vermişdir.Həmin vaxtı Adəm ona "qazi olduğum üçün mənə hörmət edin bu qızılları 1-2 manat yuxarı qiymətdən hesablayın" bildirmişdir.O da Adəmlə razılaşmışdır. Həmin günü qızılın 1 qramının alış qiyməti 60 manat təşkil etmişdir.O, Adəmdən şəxsiyyət vəsiqəsini almış və onun verdiyi həmin qızıl üzükləri elektron tərəziyə qoyaraq,şəxsiyyət vəsiqəsi ilə birlikdə şəklini çəkmişdir.Həmin üzüklərin cəmi çəkisi 9,37 qram olmuşdur.Həmin qızıl əşyalarına görə, o, lom kimi 562,2 manat pul verməli olduğu halda, Adəm qazi olduğuna görə ona 620 manat pul vermişdir.Adəm pulu aldıqdan sonra mağazadan çıxıb getmişdir.O, Adəmdən həmin qızıl əşyalarını alan zaman Fərəməz də mağazada olmuşdur.Həmin günü təxminən 15-16 radələrində Adəm yenə də mağazaya gəlmiş və ona, anası ilə birlikdə Bakı şəhərinə getməli olduğunu,620 manat onların müalicəsinə çatmayacağım satmaq üçün yenə də qızıl əşyaları gətirdiyini bildirmişdir.O,yenə də Adəmdən şəxsiyyət vəsiqəsini və gətirdiyi qızıl klonlu boyunbağını, bir ədəd qızıl boyunbağı, qızıl qolbağ,bir cüt qızıl sırğa və bir ədəd qızıl üzükdən ibarət bir dəst qızılzinət əşyasını,üç ədəd qadın qızıl üzüklərini almış və elektron tərəziyə qoyub şəkillərini çəkmişdir.Həmin qızıl-zinət əşyalarının cəmi çəkisi 26,30 qram olmuşdur.Həmin qızıl əşyalarının lom kimi qiyməti 1578 manat olsa da,o, Adəmə 1600 manat pul vermişdir.Adəm pulu aldıqdan sonra mağazadan çıxıb getmişdir.Adəmin ona satdığı həmin qızıl əşyalarını müştərilərə satmaq üçün vitrinə qoymuş və həmin qızıl əşyalarını təxminən 15 gün ərzində tanımadığı şəxslərə satmışdır. 15 noyabr 2023-cü il tarixdə onu Lənkəran polis şöbəsinə dəvət etmişlər və o da Lənkəran polis şöbəsinə gəlmişdir.Lənkəran polis şöbəsində ona məlum olmuşdur ki, Adəmin ona satdığı qızılları, Adəm Lənkəran rayonu İstisu qəsəbəsində yaşayan Gülanə adlı qadından aldadaraq almışdır.O, İstisu qəsəbə sakini Gülanə adlı qadını tanımır və Adəm həmin qızıl əşyalarını ona satarkən,qızıl əşyalarını Gülanə adlı qadını aldadaraq ondan aldığını deməmişdir.O, əgər bilsəydi ki,həmin qızıl əşyalarım Adəm kimisə aldadaraq alıb, satmaq üçün ona gətirib, o, həmin qızıl əşyalarını Adəmdər almazdı.O, Adəmdən aldığı qızıl-zinət əşyalarının və Adəmin şəxsiyyət vəsiqəsinin şəkillərin polis şöbəsinə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki,o, ailə üzvülərilə birlikdə ünvan 5 ünvanında yaşayır.X6 şəhərində yerləşən bazarda kirayəyə mağaza götürüb işlədir və o da Şəhriyarla şərik işləyir.Onlar mağazada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olurlar.Lənkəran rayonu, Liman şəhər sakini Təqsirləndirilən şəxs 01 oktyabr 2023- cü il tarixdə, saat 11-12 radələrində mağazada görüb tanımışdır.Onun Adəmlə qohumluğu yoxdur,ədavəti və ziddiyyəti də olmamışdır.01 oktyabr 2023-cü il tarixdə,saat 11-12 radələrində bir nəfər cavan oğlanın mağazaya daxil olduğunu və Şəhriyara yaxınlaşdığını görmüşdür.Həmin oğlan cibindən hazırda xatırlamadığı sayda qızıl-zinət əşyaları çıxardıb Şəhriyara vermişdir.Şəhriyar həmin qızılzinət əşyalarına baxan zaman həmin cavan oğlan Şəhriyara "qaziyəm, müalicəyə getməliyəm və xahiş edirəm bu qızıl əşyalarını 1-2 manat yuxarı qiymətə məndən alasınız" bildirmişdir .O da Şəhriyara "bu qaziyə hörmət elə qızılları 1-2 manat yuxarı qiymətə hesabla" bildirmişdir.Şəhriyar həmin oğlanın təqdim etdiyi şəxsiyyət vəsiqəsinin şəklini mobil telefonu vasitəsilə çəkmişdir.Bundan sonra Şəhriyar həmin qızıl əşyalarını elektron tərəzidə çəkmiş və həmin oğlana hazırda xatırlamadığı məbləğdə pul vermişdir.Həmin oğlan mağazadan çıxıb getmişdir.Təxminən 2-3 saatdan sonra həmin cavan oğlan yenidən mağazaya gəlmiş və Şəhriyara onun hazırda xatırlamadığı sayda qızıl-zinət əşyaları satmışdır. Şəhriyar həmin oğlana onun hazırda xatırlamadığı məbləğdə pul verdikdən sonra,həmin oğlan mağazadan çıxıb getmişdir.Həmin oğlanın satdığı qızıləşyalarını müştərilərə satmaq üçün Şəhriyar vitrinə qoymuş və həmin qızıl əşyalarını təxminən 15 gün ərzində Şəhriyar onun tanımadığı şəxslərə satmışdır. 15 noyabr 2023-cü il tarixdə onu Lənkəran polis şöbəsinə dəvət etmişlər və o da Lənkəran polis şöbəsinə gəlmişdir.Lənkəran polis şöbəsində ona məlum olmuşdur ki,Şəhriyara qızıl əşyaları satan şəxsin adı Təqsirləndirilən şəxsdur və o, Liman şəhərində yaşayır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid3 cinayət işinin 139-141ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs 13 noyabr 2023-cü il tarixdən etibarən tanıyır.Adəmlə qohumluğu yoxdur,ədavəti və ziddiyəti də olmamışdır. 13 noyabr 2023-cü il tarixdə, saat 16 radələrində icraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsində və üzərində saxlayaraq daşımasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur.O, bu barədə dərhal Liman polis bölməsinin rəhbərliyinə raportla məruzə etdikdən sonra Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə təxirəsahnmadan ətrafında əməliyyat tədbirləri keçirilməsi haqqında qərar qəbul etmişdir.Liman polis bölməsinin rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar, onun rəhbərliyi altında,Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin sahənin polis nəfəri, polis baş serjantı Şahid4 və Liman polis bölməsinin polis nəfəri,polis serjantı Şahid6 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır.Onların tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 13 noyabr 2023-cü il tarixdə, saat 20:35 dəqiqədə Liman şəhəri H.Aslanov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq,Liman polis bölməsinə gətirilmişdir.Sonra isə onlar Təqsirləndirilən şəxs ŞRPŞ-nin, Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Emil Baxışovun xidməti otağına aparmışlar.Emil Baxışov tərəfindən,onun, Şahid4, Şahid6 və Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir.Axtarış aparılmazdan əvvəl X7 tərəfindən, üzərində axtarışın video çəkilişlə aparılacağı barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir.Bundan sonra,Şahid6 "Samsung" markalı mobil telefonun videokamerası ilə çəkiliş aparmağa başlamışdır.Axtarış aparılmazdan əvvəl X7 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur.X7, Təqsirləndirilən şəxs təklif etmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya, maddə və yaxud da narkotik vasitə varsa təqdim etsin.Təqsirləndirilən şəxs də əynində olan şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükülünü çıxardıb masanın üzərinə qoymuşdur. Emil Baxışov, həmin bükülünün içərisində nə olduğunu Təqsirləndirilən şəxs soruşmuşdur.Təqsirləndirilən şəxs də həmin bir ədəd bükülünün içərisində 6 bükümdə metamfetamin olduğunu və həmin 6 bükümdə olan metamfetamini özü istifadə etmək üçün 13 noyabr 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhərində yerləşən "Kiçik bazar" deyilən ərazidə üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən 50 manata aldığını bildirmişdir.Bundan sonra, Emil Baxışov həmin bükülünün içərisinə baxış keçirmiş və bükülünün içərisindən 6 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur.Bundan sonra, Emil Baxışov, üzərində başqa narkotik vasitə və qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını Təqsirləndirilən şəxs soruşmuşdur.Təqsirləndirilən şəxs də təqdim etdiyi həmin 6 bükümdə olan metamfetamindən başqa üzərində heç nə olmadığını bildirmişdir.Bundan sonra,Emil Baxışov, Təqsirləndirilən şəxs üzərində axtarış aparmış və şalvarının sol yan cibindən bir ədəd alışqanı çıxardıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar olunmamışdır.Emil Baxışov içərisində metamfetaminə bənzər kütlələr olan 6 ədəd bükülünü elektron tərəzidə çəkmiş və o, elektron tərəzinin ekranına baxan zaman cəmi çəkisinin 1,50 qram olduğunu görmüşdür. Bundan sonra, Emil Baxışov içərisində metamfetaminə bənzər kütlələr olan 6 ədəd bükülünü bir zərfə qoymuş və həmin bir ədəd zərfin üzərinə ŞRPŞ-nin 135 nömrəli möhürünü vurmuşdur.Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçila birlikdə həmin zərfin üzərinə imza etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs və vəkil Müdafiəçi tərəfindən hər hansı bir qeyd və şikayət daxil olmamışdır.Bundan sonra, Şahid6 videoçəkilişi day andırmışdır. Emil Baxışov bir ədəd alışqanı Təqsirləndirilən şəxs qaytarmışdır.Emil Baxışov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsilə əlaqədar protokol tərtib olunmuşdur.O, digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 13 noyabr 2023-cü il tarixdə, saat 20:35 dəqiqədə Liman şəhəri H.Aslanov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq,Liman polis bölməsinə gətirilmişdir.Sonra isə onlar Təqsirləndirilən şəxs ŞRPŞ-nin, Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Emil Baxışovun xidməti otağına aparmışlar.Emil Baxışov tərəfindən,onun, Şahid4, Şahid6 və Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir.Axtarış aparılmazdan əvvəl X7 tərəfindən, üzərində axtarışın video çəkilişlə aparılacağı barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir.Bundan sonra,Şahid6 "Samsung" markalı mobil telefonun videokamerası ilə çəkiliş aparmağa başlamışdır.Axtarış aparılmazdan əvvəl X7 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur.X7, Təqsirləndirilən şəxs təklif etmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya, maddə və yaxud da narkotik vasitə varsa təqdim etsin.Təqsirləndirilən şəxs də əynində olan şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükülünü çıxardıb masanın üzərinə qoymuşdur.Emil Baxışov, həmin bükülünün içərisində nə olduğunu Təqsirləndirilən şəxs soruşmuşdur.Təqsirləndirilən şəxs də həmin bir ədəd bükülünün içərisində 6 bükümdə metamfetamin olduğunu və həmin 6 bükümdə olan metamfetamini özü istifadə etmək üçün 13 noyabr 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhərində yerləşən "Kiçik bazar" deyilən ərazidə üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən 50 manata aldığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid4 cinayət işinin 155-157ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış ifadəsində göstərmişdir ki, , keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 13 noyabr 2023-cü il tarixdə, saat 20:35 dəqiqədə Liman şəhəri H.Aslanov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq,Liman polis bölməsinə gətirilmişdir.Sonra isə onlar Təqsirləndirilən şəxs ŞRPŞ-nin, Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Emil Baxışovun xidməti otağına aparmışlar.Emil Baxışov tərəfindən,onun, Şahid4, Şahid6 və Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir.Axtarış aparılmazdan əvvəl X7 tərəfindən, üzərində axtarışın video çəkilişlə aparılacağı barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir.Bundan sonra,Şahid6 "Samsung" markalı mobil telefonun videokamerası ilə çəkiliş aparmağa başlamışdır.Axtarış aparılmazdan əvvəl X7 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur.X7, Təqsirləndirilən şəxs təklif etmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya, maddə və yaxud da narkotik vasitə varsa təqdim etsin.Təqsirləndirilən şəxs də əynində olan şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükülünü çıxardıb masanın üzərinə qoymuşdur.Emil Baxışov, həmin bükülünün içərisində nə olduğunu Təqsirləndirilən şəxs soruşmuşdur.Təqsirləndirilən şəxs də həmin bir ədəd bükülünün içərisində 6 bükümdə metamfetamin olduğunu və həmin 6 bükümdə olan metamfetamini özü istifadə etmək üçün 13 noyabr 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhərində yerləşən "Kiçik bazar" deyilən ərazidə üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən 50 manata aldığını bildirmişdir. Cinayət işinin 121-123-cü vərəqlərində olan təqdim etmə, götürmə və baxış keçirilməsi barədə protokoldan görünür ki, Şahid1 3 ədəd fotoşəkili təqdim edərək bildirmişdir ki, həmin fotoşəkillərdə təsvir olunan qızıl-zinət əşyalarını ona Təqsirləndirilən şəxs cəmi 2220 manata satmış və fotoşəkillərdə təsvir olan şəxsiyyət vəsiqəsi Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin 42-ci vərəqində olan tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs,ona təqdim olunmuş 3 (üç) ədəd fotoşəkilləri nəzərdən keçirdikdən sonra bildirmişdir ki, həmin fotoşəkillərdə təsvir olunan 7 ədəd qızıl üzük (qadın),sadə ağ qaşlı bir dəst qızıl boyunbağı, qızıl qolbaq, qızıl üzük,bir cüt qızıl sırğa (kolye) və bir ədəd qızıl kloun ilə birlikdə qızıl boyunbağı (qadın) ona məxsusdur.Həmin qızıl- zinət əşyalarını 01 oktyabr 2023-cü il tarixdə,saat 10 radələrində yaşadığı Lənkəran rayonu İstisu qəsəbəsində yerləşən "Məhəllə market" mağazasının qarşısında Babazadə X5 rayonuna apararaq onun əri Şahid5 çatdırmaq adı ilə aldadaraq ondan almışdır.Həmin qızıl-zinət əşyalarının arasında ona məxsus bir ədəd paxlava formah qızıl üzük (qadın), bir cüt qızıl sırğa (uşaq),bir ədəd qızıl qolbağ(uşaq), 2 ədəd qızıl boyunbağı (qadın) və gümüş metalından hazırlanmış bir ədəd "Arions" kişi üzüyü yoxdur. Həmçinin Zərərçəkmiş şəxs bildirmişdir ki, fotoşəkildə şəxsiyyət vəsiqəsinin üzərində kişi təsviri olan şəxs Təqsirləndirilən şəxsdur. Cinayət işinin 173-176-cı vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 bölməsinin 29 dekabr 2023-cü il tarixli, 19/1058 nömrəli rəyindən görünür ki; 1.1 qramının qiyməti 85,00 manat olmaqla 212,50 manat dəyərində 2,5 qram çəkidə 583 əyarda, sadə ağ və göy qaşh bir ədəd qızıl üzük (qadın) 2.1 qramının qiyməti 85,00 manat olmaqla 212,50 manat dəyərində 2,5 qram çəkidə 583 əyarda, bir ədəd paxlava formah qızıl üzük (qadın) 3.1 qramının qiyməti 85,00 manat olmaqla 212,50 manat dəyərində 2,5 qram çəkidə 583 əyarda, sadə yaşıl qaşh bir ədəd paxlava formah qızıl üzük (qadın) 4.1 qramının qiyməti 85,00 manat olmaqla 212,50 manat dəyərində 2,5 qram çəkidə 583 əyarda, sadə ağ qaşh bir ədəd paxlava formah qızıl üzük (qadın) 5.1 qramının qiyməti 85,00 manat olmaqla 212,50 manat dəyərində 2,5 qram çəkidə 583 əyarda, sadə ağ qaşh bir ədəd qızıl üzük (qadın) 6.1 qramının qiyməti 85,00 manat olmaqla 212,50 manat dəyərində 2,5 qram çəkidə 583 əyarda, sadə bənövşəyi qaşh bir ədəd qızıl üzük (qadın) 7.1 qramının qiyməti 85,00 manat olmaqla 212,50 manat dəyərində 2,5 qram çəkidə 583 əyarda, sadə qara qaşh bir ədəd qızıl üzük (qadın) 8.1 qramının qiyməti 85,00 manat olmaqla 212,50 manat dəyərində 2,5 qram çəkidə 583 əyarda,bir ədəd paxlava formah qızıl üzük (qadın) 9.1 qramının qiyməti 85,00 manat olmaqla 425,00 manat dəyərində 5 qram çəkidə 583 əyarda, bir ədəd qızıl kloun ilə birlikdə qızıl boyunbağı (qadın) 10.1 qramının qiyməti 85,00 manat olmaqla 340,00 manat dəyərində 4 qram çəkidə 583 əyarda, bir ədəd qızıl boyunbağı (qadın) 11.1 qramının qiyməti 85,00 manat olmaqla 127,50 manat dəyərində 1,5 qram çəkidə 583 əyarda, bir ədəd qızıl boyunbağı (qadın) 12.1 qramının qiyməti 85,00 manat olmaqla 1700,00 manat dəyərində 20 qram çəkidə 583 əyarda, sadə ağ qaşh bir dəst qızıl boyunbağı,qızıl qolbaq,qızıl üzük,bir cüt qızıl sırğa (kolye) 13.1 qramının qiyməti 85,00 manat olmaqla 170,00 manat dəyərində 2 qram çəkidə 583 əyarda, paxlava formah bir cüt qızıl sırğa (uşaq) 14.1 qramının qiyməti 85,00 manat olmaqla 127,50 manat dəyərində 1,5 qram çəkidə 583 əyarda, bir ədəd qızıl qolbaq (uşaq) 15.1 qramının qiyməti 6,00 manat olmaqla 12,00 manat dəyərində 2 qram çəkidə gümüş metalından hazırlanmış bir ədəd "Arions" kişi üzüyü Ekspertiza təyini haqqında qərarda göstərilən qızıl-zinət əşyalarının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4602,00 manat müəyyən edilir. Həmin qızıl-zinət əşyalarının ayrı-ayrıhqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Məhkəməyə təqdim edilmiş 23 may 2024-cü il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın tam olaraq Təqsirləndirilən şəxs qohumları tərəfindən ödənilmiş, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin 28-30-cu vərəqlərində olan şəxsi axtarış götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 6 ədəd bükülüdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin 46-49-cu vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 bölməsinin 14 noyabr 2023-cü il tarixli, 19/1005 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...." sözlər və imzalar olan bir ədəd zərfdəki, 6 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri- 0,175 qr;-0,161 qr;-0,163 qr;- 0,176 qr;-0,182 qr:-0,141 qram; ümumi təmiz çəkisi-0,998 qram olan ağ rəngli kristallardan ibarət olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Cinayət işinin 100-cü vərəqində olan məhkəmə ambulator-narkoloji ekspertizasının 16 noyabr 2023-cü il tarixli, 1052 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur.Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2018-ci ildən "Opium narkomanlığı" diaqnozu ilə qeydiyyatda durur. Cinayət işinin 12-ci vərəqində olan protokoldan görünür ki, 13 noyabr 2023-cü il tarixdə, saat 21:05 dəqiqədə Təqsirləndirilən şəxs, Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 95-99-cu vərəqlərində olan Lənkəran rayon məhkəməsinin 4(049)- 310/2023 sayh, xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 151-153-cü vərəqlərində olan Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 150-ci vərəqlərində olan Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin 15 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Lənkəran rayon İcra və Probasiya şöbəsinin 15 dekabr 2023-cü il tarixli 91241941 nömrəli məktubundan görünür ki,Lənkəran rayon məhkəməsinin l(049)-325/2023 sayh, 16 avqust 2023-cü il tarixli hökmünə əsasən ünvan 8 ünvanında qeydiyyatda olan, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02(iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddət ərzində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən etibarən Lənkəran rayon İcra və Probasiya şöbəsində qeydiyyata ahnmışdır.Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edildiyi üçün onun barəsində Lənkəran rayon məhkəməsinin 4(049)-310/2023 sayh, xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən başlanmışdır. O, xx.xx.2023-cü il tarixdən 13.112023-cü il tarixə kimi cəzasının 16 gününü çəkmiş, cəzasının çəkilməmiş 2 il 5 ay 10 günü qalmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 41-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Lənkəran Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata həmin hissədə xitam verilmişdir. Cinayət işinin 197-218-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunaraq götürülmüş 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,175 qr;-0,161 qr;-0,163 qr;-0,176 qr;-0,182 qr:-0,141 qram; ümumi təmiz çəkisi-0,998 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamindən ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,818 qram çəkidə psixotrop maddə olan metamfetamin Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılır. İş üzrə şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən 1 ədəd DVD diskdə olan video görüntülər və Şahid1 təqdim etdiyi, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin və Zərərçəkmiş şəxsa məxsus qızıl-zinət əşyalarının təsvirləri olan 3 ədəd fotoşəkil sübut növü kimi qiymətləndirilərək, cinayət işinə əlavə olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş şahidlərin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 118-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,998 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. CM-nin 18.4.4-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyindən onun əməlində cinayətlərin residivi yoxdur. Bununla yanaşı, CM-nin 83.3.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumkluq ödənilmiş hesab edirlir. Hazırda isə Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmədiyi müəyyən olunur. Məhkəməyə təqdim edilmiş Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin 15 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2 il 5 ay 10 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməllərini etiraf edərək peşman olmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməldə psixotrop maddənin miqdarını, yuxarıda sadalanan cinayət qanunvericilyinin normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun üçün hüquqi nəticə yaratmasa da əvvəllər də eyni xarakterli cinayət əməlinə görə məhkum edilməsini, həmin əmələ görə məhkumluğunun ödənilməməsini, habelə həmin əmələ görə müəyyən edilmiş cəzanın çəkilməsi dövründə hazırkı cinayət əməlini törətməsini, nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş daha sərt cəza növünə yəni azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 il 5 ay 10 gün müddəti göstərilən qayda ilə hesablanmaqla ona təyin ediləcək ümumi cəzaya hesablanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 16 noyabr 2023-cü il tarixli, 1052 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən polinarkomanioyadan məcburi müalicə təyin olunmalı və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.818 qram qalıq çəkisi olan psixiotrop maddə metamfetamin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən 1 ədəd DVD diskdə olan video görüntülər və Şahid1 təqdim etdiyi, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin və Zərərçəkmiş şəxs qızma məxsus qızıl-zinət əşyalarının təsvirləri olan 3 ədəd fotoşəkil CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 110 (yüz on) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 14 iyun 2024-cü il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 il 5 ay 10 gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 1 il 2 ay 20 gün azadlıqdan məhrum etmə cəzası hesab edilərək hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirməklə ona qəti olaraq 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 noyabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona polinarkomaniyadan məcburi müalicə təyin olunsun və onun, ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.818 qram qalıq çəkisi olan psixiotrop maddə metamfetamin məhv edilsin, axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən 1 ədəd DVD diskdə olan video görüntülər, həmçinin Şahid1 təqdim etdiyi, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin və Zərərçəkmiş şəxs qızma məxsus qızıl-zinət əşyalarının təsvirləri olan 3 ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar