Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-91/2025 27.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X7 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirlən şəxs: xx xxxx 1978-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Lənkəran rayonu Sütəmurdov kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o 2024-cü ilin dekabr ayının ortalarında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq iki ədəd bükümdə, xeyli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,074 qram və 0,359 qram olmaqla, ümumi təmiz çəkisi 0,433 qram olan, tiryəkdən kustar üsulla hazırlanmış, narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatı əldə etmiş Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının 19 dekabr 2024-cü il tarixdə keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin gün, saat 10:30-da ünvan 4 iaşə obyektindən çıxan zaman saxlanılaraq, orada üstü yoxlanılarkən qeyd olunan miqdarda və bükümdə narkotik vasitə olan heroin əynində olan köynəyinin sol yan cibindən, göy rəngli plasmas qabın içərisindən, gümüşü rəngli kağız kəsiyinə bükülmüş halda aşkar edilib, qablaşdırılaraq, götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, onun üzərində cəmi bir büküm “kokos” adlandırdığı heroin olmuş, başqa narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, polis əməkdaşları ona yaxınlaşaraq onu məhkəmə binasına yaxın ərazidə saxlamış, üstündən heroin adlandırdığı “kakos” çıxmış, onu bir gün əvvəl, yerdən tapmış, əvvələr narkotik vasitələrdən istifadə etməmiş, ondan yenicə istifadə etməyə başlamış, cəmi bir dəfə istifadə etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, çünki üstündən aşkar olunmuş narkotik vasitənin sayı çox yazılmışdır. Polis əməkdaşları ona qarşı zor tətbiq etməmiş, onu hədələməmişlər. İbtidai istintaq zamanı verdiyi ifadələrini oxumadan imzalamışdır. Özünü yalnız bir bükümə görə təqsirli bilir. Polis şöbəsində bir sutka saxlanıldıqdan sonra azad olunmuş, ali təhsilli olsa da, “gicəlmişdi” deyə ifadəsini oxumadan imzalamış, həbsdən azad olunduqdan sonra bükümlərin sayının çox yazılması ilə bağlı heç bir orqana şikayət etməmişdir. Son sözündə o, məhkəmədən onu bağışlamasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində özünün təqsirli bilməsə də, onun həmin əməli törətməsi, şahid ifadələri, şübhəli şəxsin üstünün yoxlanılması haqqında protokolla, həmin istintaq hərəkətlərinin aparılmasının qeydə alındığı bir ədəd DVD diskə köçürülmüş videogörüntü, götürülmüş maddi sübut, məhkəmə-kimyəvi və məhkəmə - narkoloji ekspertiza rəyləri, əməliyyat tapşırığına verilmiş cavab məktubu, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs göstərilən dəlillərinə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə tam, hərtərəfli və obyektiv münasibət bildirmək üçün məhkəmə hesab edir ki, ilk olaraq ibtidai araşdırma orqanın əsaslandığı sübutların dairəsi dəqiqləşdirilməli, sonra həmin sübutların qiymətləndirilməsi və nəhayət əməlin hüquqi tövsifi həll olunmalıdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihamla bağlı gəldiyi yekun nəticəni təsdiq edən sübutların dairəsi aşağıdakılardır:
1. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportun məzmunundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, eləcə də daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. (i.v.3) 2.“Təxirə-salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. (i.v.4,5)
3. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş 01 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan sol yan cibindən, güzgülü qabın içərisindən içərisində narkotik vasitə heroinə bənzər iki büküm və metamfetamınə bənzər bir büküm təqdim etmiş, ondan aşkar olunaraq götürülmüş iki büküm narkotik vasitə heroinə bənzər kütlə və bir büküm psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, iki büküm heroinə bənzər kütlənin çəkisi 1.08 qram, bir büküm metamfetaminə bənzər kütlənin çəkisi isə 0.20 qram olmuşdur. Təqsirləndirilən şəxsn həmin bükümləri həmin ərazidə, yerdən tapdığını və özünü istifadəsi üçün üstündə gəzdirdiyini bildirmişdir. (i.v.9,10)
4. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportun məzmunundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs, Lənkəran şəhəri, H.Aslanov küçəsində olarkən, saat 10.30radələrində saxlanılmış, üstünə videoçəkiliş vasitəsilə yoxlama keçirilmiş, bu zaman sonuncunun üstündən 1.08 qram çəkidə iki büküm heroinə bənzər və 0.20 qram çəkidə bir büküm metamfetaminə bənzər kütlələr götürülmüş, Təqsirləndirilən şəxs ŞRPŞ-nə gətirilmişdir. (i.v.12)
5. “Təqdim olunmuş əşyalara baxış keçirilməsi və götürülmə haqqında” xx.xx.2024cü il tarixli protokoldan və ona əlavə edilmiş 02 ədəd fotoşəkillərdən görünür ki, təqdim olunan bir ədəd ağ rəngli zərfə və bir ədəd DVD diskə baxış keçirilmiş, “X3 üzərindən aşkar edilmiş..” yazılı zərfdə iki ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər və bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuş, daha sonra bir ədəd DVD-yə “ASUS” markalı notbukda baxış keçirilmiş, DVD diskində olan görüntüdə təhqiqata təqdim olunan heroinə bənzər və metamfetaminə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmasını bildirməsi öz əksini tapmış, şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. (i.v.15)
6. Məhkəmə-kimyəvi ekspertizasının 20 dekabr 2024-cü il tarixli, 19/786 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,074 qram, 0,359 qram, ümumi təmiz çəkiləri 0,433 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Tədqiqatdan sonra metamfetaminin qalıq çəkisi 0,107, heroinin isə - 0,353 qram olmuşdur. Ekspertiza xərci 65 manat təşkil eləyir.(i.v. 44-46)
7. Məhkəmə-narkoloji ekspertizasının 02 aprel 2025-ci il tarixli, 172 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitələrdən istifadə halları istisna olunmayır. Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyatda alınması məsləhət görülür.(i.v.114)
8. Təqsirləndirilən şəxs, müdafiəçisi İntiqam Hüseynovun iştirakı ilə xx.xx.2024-cü il tarixdə təhqiqatçıya verdiyi izahatında göstərmişdir ki, başında kəskin ağrılar olur. Buna görə də bir neçə müddətdir ki, narkotik vasitə və psixatrop maddələrdən istifadə edir. 4-5 gün əvvəl Bakı şəhərində “20 Yanvar” dairəsində üzdən tanıdığı, ünvanını bilmədiyi Orxan adlı şəxsdən pulsuz iki ədəd bükümdə narkotik vasitə olan heroin və bir bükümdə psixatrop maddə olan metamfetamin almışdır. 19 dekabr 2024-cü il tarixdə, saat təxminən 10:30 radələrində ünvan 4 ünvanda, iaşə obyektindən çıxan zaman polis əməkdaşları ona yaxınlaşmış və ona üzərində narkotik vasitə olmasında şübhəli olduğuna görə üzərini axtaracaqlarını bildirmişlər. Ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olub-olmadığını soruşmuşlar. O, polis əməkdaşlarından yaxasının qurtarmaq barədə fikirləşmiş, lakin qurtara bilməmişdir. Polis əməkdaşları onun üzərində yoxlama aparmış, nəticədə onun əynində olan köynəyinin sol yan cibindən göy rəngli plasmas qapıbın içərisindən həmin bir bükümdə psixotrop maddə olan metamfetamini və iki bükümdə narkotik vasitə olan heroini aşkar edib götümüşlər. Ondan götürülmüş maddələr polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, iki bükümdə heroinin çəkisi 1.08, bir bükümdə metamfetaminin çəkisi isə 0,20 qram müəyyən edilmişdir. (i.v.35, 36)
9. Təqsirləndirilən şəxs, müdafiəçisi İntiqam Hüseynovun iştirakı ilə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində müstəntiqə verdiyi ifadəsində göstərmişdir ki, təxminən biriki ildir ki, narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini zərdə yandırmaqla, həfdədə iki-üç dəfə olmaqla, tüstüsünü udmaqla qəbul edir. İstifadə etməyəndə bədənində ağrıları olur və narkotik vasitə, psixotrop maddə axtarıb tapmaq məcburiyyətində qalır. Narkotik vasitələri və psixotrop maddələri Lənkəran şəhəri ərazisində təsadüfən rastlaşdığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslərdən alır. 15 dekabr 2024-cü il tarixdə Bakı şəhərinə gəzməyə getmiş, orada “20 Yanvar” metrosunun yaxınlığında əvvəllər üzdən tanıdığı, ünvanını bilmədiyi Orxan adlı şəxslə rastlaşıb ondan narkotik vasitə istəmiş, sonuncu ona bir bükümdə psixotrop maddə olan metamfetamin, iki bükümdə narkotik vasitə olan heroin hədiyyə etmiş, aldığı narkotik vasitəni və psixotrop maddəni əynindəki köynəyinin cibinə qoymuşdur ki, bədənində ağrılar olan zaman istifadə etsin. 19 dekabr 2024-cü il tarixdə, saat təxminən 10:30 radələrində ünvan 4 iaşə obyektindən çıxan zaman polis əməkdaşları onun köynəyinin sol yan cibində olan göy rəngli plasmas qapıbın içərisindən bir bükümdə psixotrop maddə olan metamfetamini və iki bükümdə narkotik vasitə olan heroini aşkar edib götürmüşlər. Polis əməkdaşları tərəfindən həmin maddələr elektron tərəzidə çəkilmiş, iki bükümdə heroinin çəkisi 1.08 qram, bir bükümdə metamfetaminin çəkisi isə 0,20 qram müəyyən edilmişdir. (i.v.50-52)
10. Təqsirləndirilən şəxs, müdafiəçisi İntiqam Hüseynovun iştirakı ilə xx.xx.2024-cü il tarixdə təqsirləndirlən şəxs qismində müstəntiqə verdiyi ifadəsində özünü ona elan edilmiş CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilib göstərmişdir ki, tutduğu əməlindən peşmandır. Əvvəllər məhkum olunmuşdur. Başının ağrısından əziyyət çəkir, psixi xəstəliklərə görə heç bir yerdə qeydiyyatda deyil. Narkoman kimi Lənkəran rayonlararası narkoloji dispanserdə qeydiyyatda durmur. Bir-iki ildir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. Demək olar ki, hər üç gündən bir narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. İstifadə etdiyi narkotik vasitəni və psixotrop maddələri Lənkəran şəhər ərazisində, təsadüfən rastlaşdığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslərdən alır. 15 dekabr 2024-cü il tarixdə Bakı şəhərinə gəzməyə getmiş, Bakı şəhərində “20 Yanvar” metrosunun yaxınlığında, əvvəllər üzdən tanıdığı, ünvanını bilmədiyi Orxan adlı şəxslə rastlaşmışdır. O, həmin şəxsdən narkotik vasitə istəmişdir. Həmin şəxs də ona üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş və hədiyyə olaraq ona bir bükümdə psixotrop maddə olan metamfetamin, iki bükümdə narkotik vasitə olan heroin hədiyyə etmişdir. O, da həmin şəxsdən aldığı narkotik vasitəni və psixotrop maddəni əynindəki köynəyinin cibinə qoymuşdur ki, bədənində ağrılar olan zaman istifadə etsin. 16 dekabr 2024-cü il tarixdə Bakı şəhərindən Lənkəran şəhərinə qayıtmışdır. Əldə etdiyi narkotik vasitədən və psixotrop maddədən istifadə etmişdir. 19 dekabr 2024-cü il tarixdə, saat təxminən 10:30 radələrində ünvan 4 ünvanda, iaşə obyektindən çıxan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini təqdim etdikdən sonra ona üzərində narkotik vasitə olmasında şübhəli olduğuna görə üzərini axtaracaqlarını bildirmiş və ona təklif etmişlər ki, əgər üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa təqdim etsin. O da əynində olan kapişiyonlu köynəyinin sol yan cibindən göy rəngli plasmas qapıbın içərisindən bir bükümdə psixotrop maddə olan metamfetamini və iki bükümdə narkotik vasitə olan heroini təqdim etmişdir. Təqdim etdiyi maddələr polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, iki bükümdə heroinin çəkiləri 1.08, bir bükümdə metamfetaminin çəkisi isə 0,20 qram müəyyən edilmişdir. Bundan sonra onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində o şübhəli şəxs kimi tutulmuş və vəkil ilə təmin olunmuşdur. Saxlanılan zaman üzərindən əlavə hər hansı bir cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır. Bir daha bildirmişdir ki, saxlanılarkən üzərindən aşkar olunmuş iki bükümdə heroin və bir bükümdə metamfetamini Bakı şəhərində üzdən tanıdığı Orxan adlı şəxsdən almışdır. Həmin heroını və metamfetamini öz istifadəsi üçün üzərində saxlamışdır. Tutduğu əməldən son dərəcə peşmandır. Narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini qəbul etməklə cinayət törətdiyini başa düşür, o narkotik vasitələri heç vaxt satmamışdır. Narkotik vasitələrdən istifadə etməyi bədənində olan ağrılarla bağlı olduğunu bildirmişdir. (i.v. 62-64) Beləliklə, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı irəli sürülmüş ittihamla bağlı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində xx.xx.2024-cü ildə ondan aşkar olunmuş narkotok vasitə-heroin və psixotrop maddə-metamfetaminin özünə məxsus olduğunu, başında ağrılar olduğuna görə onu şəxsi istifadəsi üçün xx.xx.2024-cü il tarixdə, saat 10.30 radələrində Bakı şəhərində “20 Yanvar” metrosunun yaxınlığında, əvvəllər üzdən tanıdığı, ünvanını bilmədiyi Orxan adlı şəxsdən hədiyyə aldığını, ağrıları olan zaman qəbul etmək üçün köynəyinin cibinə qoyduğunu, xx.xx.2024-cü il tarixdə, təxminən 10:30 radələrində ünvan 4 ünvanda, iaşə obyektindən çıxan zaman mülki geyimdə olan şəxslərin ona yaxınlaşdığını, onlardan birinin videoçəkiliş apardığını, həmin şəxslər özlərinin polis əməkdaşları olduqlarını, onlardan birinin onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, üzərində qanunsuz nəsə varsa təqdim etməyini, o da, əynində olan kapişiyonlu köynəyinin sol yan cibindən göy rəngli plasmas qapıbın içərisindən bir bükümdə psixotrop maddə olan metamfetamini və iki bükümdə narkotik vasitə olan heroini çıxarıb təqdim etdiyini, daha sonra onu polis şöbəsinə apardıqlarını, saxlanılarkən və polis şöbəsinə gətirilərkən, eləcə də polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansi fiziki zorun tətbiq olunmadığını göstərmişdir.
11. Şahidlər Şahid1, Şahid2 və Şahid3 ibtidai araşdırma zamanı verdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs üzərindən iki bükümdə heroinə oxşar vasitə və bir bükümdə metamfetaminə oxşar maddə aşkar olunmuşdur.
12. İşdə olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs mütəmadı olaraq şəxsi istifadəsi üçün psixotrop maddə və narkotik vasitə əldə edərək üzərində saxlamış və satışı barədə əməliyyat məlumatları əldə edilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirlən şəxs ibtidai araşdırma dövründən fərqli olaraq məhkəmə baxış iclası zamanı üzərindən aşkar olunmuş narkotik vasitənin bir büküm olduğunu, üstündə başqa narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən «Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür». Təqsirləndirilən şəxs məhkəmə iclasında müdafiə hüququ təmin olunmaqla ibtidai istintaq zamanı verdiyi xx.xx.2024 və xx.xx.2024-cü il tarixli şübhəli və xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs kimi verdiyi ifadələrinin sübut qismində qəbul olunmasının yolverilməzliyinə və əməlində ən pis halda inzibati xətanın tərkibinin olduğuna işarə edərək bildirmişdir ki, ondan cəmi bir büküm narkotik vasitə heroin aşkar olunmuşdur. Məhkəmə ilk olaraq həmin dəlilə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs ali savadlıldır, bundan əvvəl iki dəfə eyni əmələ görə məhkum və tutulduqdan sonra müdafiəçi ilə təmin olunmuş, müdafiəçinin iştirakı ilə verdiyi izahat və ifadələrə qeydlər etməmiş, əvvəl cəmi iki gün ibtidai həbsdə olduqdan sonra azadlığa buraxılmış, azadlıqda buraxıldıqdan sona onun verdiyi izahat və ifadəsini inkar etməyə kifayət qədər vaxtı olsa da, o, onları inkar və hər hansı bir orqana şikayət etməmiş, əksinə xx.xx.2025-ci il tarixdə müdafiəçisi ilə birlikdə cinayət işinin materialları ilə tanış olaraq heç bir şikayət və tələbinin olmadığını göstərmişdir (i.v.132). Beləliklə məhkəmə hesab edir ki, onun xx.xx.2024 və xx.xx.2024-cü il tarixli şübhəli və xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələrin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə, təqsirləndirlən şəxsdə asılılıq sindromunun (narkomaniya xəstəliyinin) aşkar olunmaması ilə bağlı məhkəmə-narkoloji ekspertizasının rəyinə və təqsirləndirlən şəxsin əvvələr narkotik vasitələrdən istifadə etməməsi, ondan yenicə istifadə etməyə başlaması, cəmi bir dəfə istifadə etməsi barədə göstərdiyinə qiymət verərək qeyd edir ki, həmin rəydə göstərilənlər, eləcə də təqsirləndilən şəxsin hazırki məhkəmə iclasında göstərilənlər işdə olan Lənkəran Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022ci il tarixli 1(049)-36/2022 nömrəli hökm və DİN BƏİİ-nin tələbnaməsi ilə tam təkzib olunur. Belə ki, DİN BƏİİ-nin tələbnaməsindən görünür ki, Caniyev X4 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan sonra Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən isə o, bir daha CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdə qeyd edilmişdir ki, cinayət işi materiallarına əlavə olunmuş, məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X2 X6 yoxlamanın 07 oktyabr 2021-ci il, 1098 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs alkoloidlərini və metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən polinarkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərr olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə aləqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görürülür. Yəni, təqsirləndirlən şəxs əvvələr narkotik vasitələrdən istifadə etmədiyini bildirsə də, yuxarıda qeyd olunanlarla bu hal tam təkzib olunur. Bundan da əlavə təqsirləndirlən şəxsin göstərdiyi hallar məhkəmə iclasında dindirilmiş şahid ifadələri və DVD diskindəki görüntülərlə tam təkzib olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır və ona qarşı ədavət və düşmənçiliyi yoxdur. Onu Lənkəran şəhəri, H.Asalanov küçəsində, köhnə notariat binasının yaxınlığında saxlamışlar. Sonuncunun üstündən iki büküm heroin və bir büküm metamfaetamin aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə ilə psixatrop maddəni özünün istifadəsi üçün üstündə gəzdirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təqdiq edir. İbtidai istintaq zamanı X5 göstərmişdir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 19 dekabr 2024-cü il tarixdə raportla Lənkəran ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Şöbə rəisi tərəfindən təsdiq edilmiş 19 dekabr 2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən ondan, ŞRPŞ- nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid3 və polis leytenantı Şahid2 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin günü əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Təxminən saat 10:30 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhər H.Aslanov küçəsində obyektdən çıxması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim etmişlər. Təqsirləndirilən şəxs təklif etmişlər ki, üzərində qanunla qadağan edilmiş hər haqnsı bir əşya və predmet varsa təqdim etsin. Həmin vaxt polis leytenantı Şahid3 vıdeoçəkılş etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirtməyə başlamışlar. Həmin zaman Təqsirləndirilən şəxs əynində olan köynəyinin sağ və sol tərəfdən girişi olan ön cibindən dəmir qab götürülmüşdür. Həmin dəmir qabın içərisindən bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzəv və iki ədəd bükümdə narkotik maddə olan heroınə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlələr elektron tərəzidə çəkilmiş, bır ədəd bükümdə psixotrop maddə olan metamfetaminin çəkisi 0,20 və iki ədəd bükümdə narkotik maddə olan heroinin çəkisi isə 1.08 qram olmaları müəyyən olunmuşdur. Bundan sonra həmin psixotrop maddə metamfetamin və narkotik vasitə olan heroın ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən əlavə hər hansı bır cinayət xarakterli əşya və predmet aşkar olunmamış və götürülməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nə dəvət olunmuş, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxslə şifahi sorğu keçirilərkən bildirmiş ki, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin və narkotik vasitə heroini 15 dekabr 2024-cü il tarixdə Bakı şəhəri 20 Yanvar dairəsi ərazisində üzdən tanıdığı, adını Orxan kimi bildiyi, ünvanını bilmədiyi şəxsdən hədiyə şəklində əldə etmişdir. Şübhəli şəxsin üstünün yoxlanılması barədə protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğru bilib iştirakçılar və Təqsirləndirilən şəxs protokolu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında dindirilmiş şahidlər Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonucunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında işdə olan DVD diskinə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan köynəyinin sol yan cibindən iki ədəd bükümdə heroinə bənzər vasitə aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin maddələri həmin ərazidə, yerdən tapdığını və özünün istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Bundan əlavə təqsirləndirilən şəxs özü məhkəmə iclasında etiraf etmişdir ki, nə tutulduğu zaman, nə də ki, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hərhansı bir qanunsuz hərəkətlər edilməmişdir. Məhkəmə qeyd edir ki, artıq yuxarıda qeyd olunan bu hallar Təqsirləndirilən şəxsun üzərindən aşkar olunmuş narkotik vasitəyə münasibətdə məhkəmədə verdiyi ifadəsinin məntiqli və ardıcıl olmadığını təsdiq edir, ümumiyyətlə onun məhkəmədə verdiyi müvafiq məzmunlu ifadəsi yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən azad olunmaya hesablanmışdır. Lakin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, məhkəmə düzgün olaraq ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi ifadələri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşdə olan “Sübutların qiymətləndirlməsi haqqında” xx.xx.2025-cü il tarixli Qəraradan görünür ki, bir ədəd bükümdə, xalis çəkisi 0,107 qram psixotrop maddə olan metamfetaminin (ilkin ümimi xalis çəkisi 0,147 qram olmuşdur) və 2 ədəd bükümdə, xalis çəkiləri 0,353 qram narkotik vasitə olan heroinin (ilkin ümümi xalis çəkiləri 0.433 qram olmuşdur) iş üzrə maddi sübut qismində tanınmış və saxlanması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, bir ədəd DVD diski cinayət işi materiallarında saxlanılmış, bir ədəd bükümdə təmiz çəkisi 0,147 qram psixotrop maddə olan metamfetaminin çəkisi xeyli miqdardan az miqdar təşkil etdiyi üçün bu hissədə Təqsirləndirilən şəxs barəsində cinayət təqibi rədd edilmiş, o, daha ağır olan cinayət məsuliyyətinə cəlb edildiyindən onun İXM-nin 206-cı maddəsi ilə inzubati məsuliyyətə cəlb edilməsinə lüzum olmamasının nəzərə alınması qərara alınmışdır. Beləliklə məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş və məhkəmədə tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs üzərindən iki bükümdə ümumi çəkisi 0,433 qram olan, tiryəkdən kustar üsulla hazırlanmış, narkotik vasitə heroinin aşkar olunması, onun məhz ona məxsus olması təsdiq olunur. Məhkəmə qeyd edir ki, işdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, tutulma vaxtı saat 10.30-dan hesablanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, təqsirləndirlən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saat 10.00-da MSY-dən azad edilmişdir. İşdə olan “Axtarışın elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İşdə olan raportdan və “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 09.30-da Lənkəran şəhəri ərazisində yaxalanaraq Lənkəran ŞRPŞ-nin İB-nə təhvil verilmişdir. İşdə olan “Tutulmuş şəxsin azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən saxlasnılması haqqında” xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində“polisin nəzarəti altına vermə” qətimkan tədbiri saxlanılmaqla o, saat 10.40-da tutulmadan azad edilmişdir. İşdə olan tələbnamə, hökmün və qərarın surətlərindən görünür ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvələr iki dəfə CM-nin 234.1-ci maddələri ilə məhkum olunmuş, sonuncu dəfə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 67.1, 68.1.1-1-ci maddələri ilə qəti olaraq 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzaçəkmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla cəzasını çəkmiş hesab edilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirlən şəxsin məhkumluğu ödənilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla şikayət daxil olmamışdır. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun əvvələr 02 dəfə məhkum olunduğunu, buna baxmayaraq islah olumadan eyni kateqoriyadan olan cinayət əməlini yenidən törətməsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirkar şəxsin islah olunmasına və ailəsinin həyait şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunanaları, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qismində qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan və qalıq çəkisi 0,353 qram olan heron hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərci - 65 manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, şübhəli şəxs qismində tutulduğu 2 gün, eləcə də xx.xx.2025-ci il tarixdə tutulduğu 1 gün, cəmi 3 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ saxlanılan qalıq çəkisi 0,353 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, bir ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən Muradağa Qasımov