Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-92/2024 05.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16:20 Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1986-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, evli, himayəsində biri yetkinlik yaşına çatmayan və ikisi azyaşlı olmaqla üç uşağı olan, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(049)-331/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 2 il 11 ay 24 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 5 ay 18 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(049)-311/2023 nömrəli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, 2023-cü ilin noyabr ayında Lənkəran şəhərində “Kiçik bazar” adlanan ərazidə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, bir ədəd sellofan bükümdə, təmiz çəkisi 0,933 qram olan, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 11 dəqiqədə Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən qeyd edilən çəkidə və bükümdə narkotik vasitə olan heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqının ilkin mərhələsində ifadə verərək göstərdi ki, ona qarşı irəli sürülən ittihamı qəbul etmir və həmin ittiham üzrə özünü təqsirli bilmir. Belə ki, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayıb polis şöbəsinə gətirdikdən sonra onu döymüş və fiziki zorakılığa məruz qoymuşlar. O, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhər-rayon Polis Şöbəsinin tədqiqat bölməsində, eyni zamanda, xx.xx.2024-cü il tarixdə istintaq bölməsində ifadə verərkən təsir və təzyiq nəticəsində məcburiyyət qarşısında qalaraq törətmədiyi cinayət əməlini boynuna almışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə polis əməkdaşı olan Həmzə adlı şəxs onu avtomobili ilə polis şöbəsinə aparmışdır. Orada polis əməkdaşlarının dediklərini olduğu kimi təsdiq edib sənədlərə imza etmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan vaxt üzərində heç bir narkotik vasitə olmamış və həmin gün üzərindən aşkar olunmuş narkotik vasitə ona aid deyildir. xx.xx.2023-cü il tarixdə o, polis şöbəsinə aparılanda və üzərində şəxsi axtarış keçiriləndə vəkil ilə təmin edilməklə və videoçəkilişdən istifadə edilməklə üzərində axtarış aparılmış olsa da, polis əməkdaşları onu döydükləri üçün qorxduğundan cibinə qoyulan narkotik vasitənin özünə məxsus olduğunu demişdir. Həmin narkotik vasitənin onun üzərinə polis əməkdaşı tərəfindən qoyulması və döyülməsi ilə bağlı vəkilinə də bildirməmiş, sonradan da heç kimə bu barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Qardaşı cəzaçəkmə müəssisəsində olduğu üçün o, qardaşının övladına da baxır. Fəhləliklə məşğul olmaqla ailəsini dolandırır. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddəsi ilə məhkum edilmiş və 2023-cü ilin yanvar ayında azadlığa çıxmışdır. Təxminən, 5 aya yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edir. Heroini Lənkəran şəhərinin müxtəlif yerlərində alır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə səhər saatlarında Lənkəran şəhərində “Kiçik bazar” adlanan əraziyə getmiş, orada əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı şəxsə yaxınlaşmış və ondan şəxsi istifadəsi üçün bir büküm narkotik vasitə heroin alıb şalvarının sol yan cibinə qoymuşdur. Həmin gün saat 11 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində hərəkətdə olarkən üç nəfər ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim etmişlər. Həmin şəxslərdən biri onun narkotik vasitələrin qanunsuz saxlanılması ilə məşğul olması barədə məlumatı olduğunu deyib onu Lənkəran şəhər-rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişdir. O da razılaşaraq polis şöbəsinin inzibati binasına getmişdir. İnzibati binada onu otaqlardan birinə aparmışlar, Orucəli Mürşüdzadə adlı polis əməkdaşı ona şübhəli şəxs qismində tutulduğunu elan etmiş, vəkillərin siyahısını ona təqdim edərək hüquqlarını müdafiə etməsi üçün vəkil seçməsini istəmişdir. O da Bəhrəm Muxtarov adlı vəkilin dəvət edilməsini istəmişdir. Vəkil polis şöbəsinə gələndən sonra videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya olub-olmadığı soruşulmuş, olduğu halda təqdim etməsi təklif edilmişdir. O da əynindəki şalvarın sol cibində saxladığı, içərisində heroin olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşı tərəfində onun üzərində ətraflı şəxsi axtarış həyata keçirilmiş, lakin digər hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0,99 qram olmuşdur. Bundan sonra təhqiqatçı həmin bükümü qablaşdırmış, üzərində imza etmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqının sonrakı mərhələsində verdiyi ifadəsində göstərdi ki, ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilir. Ailə vəziyyəti nəzərə alınmaqla, onun barəsində qanun çərçivəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqının ilkin mərhələsində verdiyi ifadəsinə münasibət bildirərək qeyd edir ki, onun ifadəsinin xx.xx.2023-cü il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin ona aid olmadığı, həmin narkotik vasitənin onun üzərinə polis əməkdaşı tərəfindən qoyulduğu, döyüldüyü üçün narkotik vasitənin özünə aid olduğunu bildirdiyinə dair hissəsi cinayət məsuliyyətindən azad olunmaq niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin narkotik vasitənin onun üzərinə polis əməkdaşı tərəfindən qoyulduğuna dair hissəsi məhkəmə araşdırması zamanı sübut olunmadığından, əksinə, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə haqqında” protokol, ekspertiza rəyləri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin ona aid olmadığı barədə məhkəmə istintaqının ilkin mərhələsində verdiyi ifadəsinə tənqidi yanaşır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində vəkilin iştirakı ilə şəxsi axtarış aparılarkən bir ədəd bükümdə narkotik vasitə onun əynində olan şalvarın cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu, özü üçün aldığını, saxlanılarkən və ya polis şöbəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı təsir və ya təzyiq göstərilmədiyini müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman demiş, hətta bunu məhz müdafiəçinin sualına cavab olaraq bildirmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan edilən ittihamda qeyd olunan cinayət əməlini törətməsi cinayətin törədilməsi şəraiti, yeri, vaxtı və üsulu barədə şahidlərin, eləcə də, onun özünün məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə haqqında” protokol, ekspertiza rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və istifadəsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumatla əlaqədar əməliyyat-axtarış qrupu yaradılmış, o özü qrupun rəhbəri, əməliyyat müvəkkili Şahid2 və qeyd olunan ərazi üzrə polis sahə rəisinin köməkçisi Həmzə Cavadov isə qrupun üzvləri olmuşlar. Onlar xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Lənkəran şəhərinə çıxıb müşahidələr apararkən Təqsirləndirilən şəxs yaşadığı Lənkəran şəhəri Şəhidər Xiyabanı küçəsində görüb ona yaxınlaşmışlar. Özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra onun barəsində narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması ilə bağlı onlarda məlumat olduğunu demişlər və onu polis şöbəsinə dəvət etmişlər. Onlar birlikdə polis şöbəsinə getmişlər və araşdırmanın davam etdirilməsi təhqiqatçı Orucəli Mürşüdzadəyə tapşırılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu elan edilmiş, onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən təhqiqatçı tərəfindən ona üzərində qanunsuz saxladığı əşya varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynindəki şalvarın sol yan cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, onu Lənkəran şəhər ərazisində tanımadığı şəxsdən 5 manata satın aldığını demişdir. Təqsirləndirilən şəxs üzərində digər qanunsuz əşya aşkar edilməmişdir. Aşkar edilib götürülmüş bir ədəd sellofan bükümdəki kütlə elektron tərəzidə çəkilərək çəkisinin 0,99 qram olması müəyyən olunduqdan sonra zərfə qoyulub yapışqanla bağlanmış və möhürlənərək üzərində müvafiq qeydlər aparılmışdır. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, bütün iştirakçılar protokol ilə tanış olmuş və protokol imzalanmışdır. Axtarışın gedişində müdafiəçi Təqsirləndirilən şəxs saxlanıldığı zaman və polis şöbəsinə gətiriləndə hər hansı zorakılığa məruz qalması ilə bağlı sual vermiş, Təqsirləndirilən şəxs heç bir zorakılığa məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İş üzrə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin polis nəfəri X3 məhkəmədə ifadə verərək göstərdi ki, o, Lənkəran şəhərinin “Şəhidlər Xiyabanı” və “Ləvəngi” adlanan dairələri üzrə ərazilərə nəzarət edir, həmin ərazilərdə polis sahə rəisinin köməkçisidir. “Şəhidlər Xiyabanı” dairəsinə yaxın ərazidə uşaq bağçası yerləşir. Orada yaşayan sakinlər, həmçinin, uşaq bağçasının əməkdaşları dəfələrlə ona yaxınlaşaraq qeyd olunan ərazidə narkomaların toplaşması barədə narazılıqlarını bildirmişlər. Sakinlərin narazılıq etdikləri şəxslərdən biri də Təqsirləndirilən şəxs olmuşdur. O da Təqsirləndirilən şəxs əvvəldən tanıyır, onun taksi fəaliyyəti ilə məşğul olduğunu və arvadının da həmin uşaq bağçasında işlədiyini bilir. Təqsirləndirilən şəxs arvadından pul almaq üçün dəfələrlə uşaq bağçasının ərazisinə gedib səs-küy salmış və o, Təqsirləndirilən şəxs orada görüb həmin ərazidən kənarlaşmasını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs saxlanıldığı gün polis şöbəsinə onun avtomobil ilə aparılmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, Lənkəran şəhər-rayon Polis Şöbəsinin rəisinin xx.xx.2023-cü il tarixli əmrindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və istifadəsi ilə bağlı məlumatların yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində Şahid1 (qrupun rəhbəri) Şahid2 və X3 (qrupun üzvləri) iştirak etmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və qeyd olunan protokola əlavə edilmiş video görüntülər olan diskdən müəyyən edilir ki, həmin tarixdə saat 11:35-dən başlayaraq Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən o, əynindəki şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş digər hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlənin narkotik vasitə heroin olmaqla onun özünə aid olduğunu, həmin narkotik vasitəni Lənkəran şəhərində tanımadığı şəxsdən 5 manata aldığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar edilmiş bükümdəki kütlə Təqsirləndirilən şəxs özünün və vəkilin iştirakı ilə elektron tərəzidə çəkilərək çəkisinin 0,99 qram olması müəyyən edilmiş, daha sonra həmin kütlə zərfə qoyularaq möhürlənmişdir. Qeyd olunan hərəkətlər barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs özü və müdafiəçisi də protokola imza etmişlər. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-X2 regional bölməsinin xx.xx.2023-cü il tarixli 19/1009 nömrəli rəyi və həmin tarixli aktla müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...” sözləri və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,933 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqat obyektinin 0,05 qramdan ibarət hissəsi tədqiqata istifadə olunduqdan sonra çəkisi 0,883 qram olan maddə qalığı bağlamaya qoyularaq möhürlənmiş və geri qaytarılmışdır (Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir). İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran şəhər-rayon X7 Bölməsinin müstəntiqi X1 qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Lənkəran şəhər-rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Şəxsi axtarış zaman videoçəkiliş aparılmasına dair 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq işə əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər narkoloji xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli 1050 nömrəli rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2022-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər Psixiatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli 10953 nömrəli arayışından müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş şübhəli şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:00-da polis əməkdaşları tərəfindən saxlanılaraq Lənkəran ŞRPŞ-nin Təhqiqat Bölməsinə gətirilmiş və həmin gün saat 11:25-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(049)-311/2023 nömrəli qərarından müəyyən edilir ki, məhkəmənin həmin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu andan - xx.xx.2023-cü il tarixdə saat 11:00-dan hesablanmışdır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(049)-331/2021 nömrəli hökmündən və xx.xx.2022-ci il tarixli 7(049)-170/2022 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 2 il 11 ay 24 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərarına əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 5 ay 18 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və o, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1142 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatların araşdırılması məqsədi ilə xx.xx.2023-cü il tarixdə Lənkəran şəhər-rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə qəbul edilərkən onun üzərində hansı xəsarətlərin aşkar olunduğu, həmin xəsarətlərin nə vaxt və hansı şəraitdə yetirilməyə xarakterik olduğu, xəsarətlərin yetirilmə üsulunun müəyyən edilməsi və qanunamüvafiq tədbirlər görülməsi üçün xx.xx.2024-cü il tarixdə Lənkəran rayon Prokurorluğuna sorğu göndərilmişdir. Həmin sorğu əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və ya qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmadığından Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. İş materiallarında olan Lənkəran şəhər Mənzil Təsərrüfat İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 24 nömrəli arayışdan müəyyən edilir ki, təqsirləndirilən şəxs Ağayev X6 şəhəri Şəhidlər Xiyabanı küçəsi ev 46/10 mənzil 8 ünvanında ailə üzvləri ilə birgə yaşayır, onun himayəsində xx.xx.2009-cu il təvəllüdlü X8 adlı bir yetkinlik yaşına çatmayan, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X10 adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan Lənkəran şəhər Mənzil Təsərrüfat İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır və o, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən, ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs olmaqla, məhkumluğu ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətmiş şəxs olsa da, ona əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun hazırki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbləri baxımından cinayətin residivini yaratmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halın olmasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, ona təyin ediləcək cəzanın islah olunmasına təsiri imkanlarını, habelə, aşkar edilmiş narkotik vasitənin növünü və miqdarını, təqsirləndirilən şəxsin əvvəlki hökm üzrə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdiyinə görə məhkum edildiyini və yenə də eyni növlü cinayət törətdiyini onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə nəzərdə tutulmuş cəzalardan az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Qeyd olunan əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən hazırki cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanada qeydiyyatda olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut - Lənkəran şəhər-rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 0,883 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparılmasına dair 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 60 manat ekspertiza xərci Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbinin olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut - Lənkəran şəhər-rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 0,883 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparılmasına dair 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 60 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbinin olmadığı nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində, həbsdə saxlanılan şəxs tərəfindən isə hökmün ona verildiyi andan 20 gün müddətində həmin hökmdən Lənkəran Rayon Məhkəməsi vasitəsilə, bilavasitə və ya həbsdə saxlanılma yeri vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №1(049)-92/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-92/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver