Məhkəmə qərarları › İş №1(049)-92/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-92/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-92/2025 06.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Şahid5 və müdafiəçisi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 2007-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə onun əməli CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilmiş, CM-nin 73.2-ci maddəsində əsasən cinayət məsuliyyətindən azad edilməklə cinayət işinə xitam verilmiş, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 27 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində ünvan 2 ünvanında fəaliyyət göstərən “Dosa mail” ticarət mərkəzinin ərazisində olarkən tanışı Zərərçəkmiş şəxs ayağını oturacağın üstünə qoyduğunu görüb, ona irad bildirməsi səbəbindən aralarında yaranmış sözlü mübahisə zamanı sonuncunun yumruqla vuraraq ona sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən sol yanaq nahiyəsində qançır xəsarətini yetirməsindən sonra münasibətlərinə aydınlıq gətirmək və münaqişəni öz aralarında daha sakit br yerdə həll etmək üçün birlikdə Lənkəran şəhəri, Şirəli Axundov küçəsində yerləşən “Dostluq” parkına gedərək, orada saat 21:20 radələrində şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlətməsindən əsəbiləşərək yumruğu ilə sonuncunun sol göz nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid sol göz almasına yayılmış qansızma və sol göz qapaqları-gözaltı nahiyəsində qançırdan ibarət xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid5 iştiraklı ilə dindirilmiş təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərdi ki, əməlindən peşmandır. Hadisə günü Lənkəran şəhəri “Dosa Mol” parkında zərərçəkmiş şəxs ayağını oturacağın üzərinə qoyduğundan aralarında sözlə mübahisə baş vermiş, bu zaman zərərçəkmiş şəxs ona yumruq atmış, bundan sonra onlar “Dostluq” parkına getmiş və orada aralarında dava baş vermişdir. Verilən suala cavab olaraq bildirmişdir ki, “Dostluq” parkına getməyi ona zərəçəkmiş şəxs təklif etmiş, buna görə də o, ora getmişdir. İbtidai istintaq zamanı isə o göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində dostu Kənan ilə birlikdə Lənkəran şəhərində yeləşən “Dosa Mol” adlı parkında gəzdikləri zaman qardaşı ilə bir sinfidə oxumuş Hüseynin ayağını oturacağın üzərinə qoyaraq yanında olan bir nəfərlə söhbət etdiyini görmüşdür. Bu zaman “Dosa Mol”un mühafizəçisi işləyən tanışı Fərid Hüseynə yaxınlaşaraq ayağını skamyadan çəkməsini istəmişdir. Hüseyn də ona getməsini, ayağını sonra endirəcəyini bildirmişdir. Fərid tanışı olduğu üçün onlara yaxınlaşıb Hüseynə, “ayıbdır orada camaat oturur, Fərid düz deyir” demişdir. Hüseyn bu zaman ona “sən saxla” ifadəsini işlətmişdir. O da Hüseynə onunla bu tərzdə danışmamasını bildirmişdir. Hüseyn də ona əcəb etdiyini, hamı ilə belə danışdığını demişdir. O da əlini onun çiyninə qoyaraq "ürəyim mənimlə belə danışma mehribançılıq edək, ayıbır” demişdir. Hüseyn ona "mən səni məktəbdən tanıyıram, bilirəm necə oğlansan" deyib onu təhqir edərək üz nahiyyəsinə atdığı yumruq çənəsinə dəymişdir. O isə həmin vaxt ətrafda kənar şəxslər olduğu üçün onunla dalaşmamışdır. Hüseynə “niyə camaatın içərisində yumruq atırsan” dedikdə, Hüseyn ona “istəyirsən gedək kənarda söhbət edək” dedikdə o, razılaşmışdır. Həmin vaxt Hüseyn, qardaşı Həsən və dostu Kənan ilə birlikdə “Xan evi”nin qarşısında yerləşən parka piyada gəlmişlər. Həmin vaxt qardaşı Surac da bundan xəbər tutub onların yanına gəlmişdir. Suracın gəlməyini gözlədikləri üçün təxminən 15-20 dəqiqə vaxt keçmişdir. Saat 21:20-də, parkda Hüseynlə aralarında ikinci mübahisə baş vermişdir. Söhbət əsnasında Hüseyndən onu niyə vurduğunu, onu məktəbdən necə tanıdığını soruşmuşdur. Hüseyn də ona oxuduğu 3 saylı orta məktəbdən tanıdığını deyib onu təhqir edib şəxsiyyətini alçaldan sözlər dediyi üçün hirsindən onun sifətinə bir yumruq zərbəsi vurmuşdur. Halbuki, onun Hüseynlə dalaşmaq kimi niyyəti olmamışdır. Çünki Hüseynin ona atdığı yumruq da ona yavaş dəymişdir. Hüseyni yumruqla vurduqdan sonra Hüseyn ona “sənin üçün belə getməz səninlə görüşəcəm” demişdir. O da ona əhəmiyyət verməmiş və oradan çıxıb getmişdir. Həmin gün axam Hüseyn polis şöbəsinə gedib onun barəsində polis şöbəsinə ərizə ilə müraciət etdikdən sonra, o da onun barəsinə şikayət etmişdir. Mübahisə Lənkəran şəhərində əvvəlcə “Dosa Mol”un parkında 1-2 dəqiqə davam etmişdir. Sonra “Xan evi”nin qarşısında olan parkda, 2-3 dəqiqə davam etmişdir. Mübahisə zamanı ora kənar şəxslər toplaşmamışlar. Hər iki münaqişədə nə onun, nə də ki, Hüseynin əlində heç bir əşya olmamışdır. Mübahisə zamanı yanlarında tanışları olsa da onları ayıran olmamışdır. Hüseyn onu vurduqdan sonra onunla dalaşmamışdır. Həmçinin onu da vurduqdan sonra, Hüseyn də onu vurmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə özünün etirafı ilə bərabər, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış, üzləşmədə dindirmə və ifadələrin yerində yoxlanılması protokolları, məhkəmə-tibbi ekspertizalarının rəyləri ilə təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əvvələr təqsirləndirlən şəxsi deyil, sonuncunun qardaşını tanımışdır. Hadisə günü qardaşı ilə parkda olduğu zaman adi bir şey üstə təqsirləndirlən şəxslə aralarında mübahisə baş vermişdir. Sözləri düz gəlməmişdir.Hazırda təqsirləndirlən şəxslə barışmış, sonuncu ona vurduğu ziyanı ödəmiş, onun ona qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ibtidai sitintaqa zamanı isə göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində Lənkəran şəhəri “Dosa Mol” parkında qardaşı X3 ilə gəzdiyi zaman kənara çəkilib ayağını orada olan skamyanın üzərinə qoymuşdur. Bu zaman Fərid adlı mühafizəçi onun yanına gələrək ona ayağını skamyaya qoyduğu üçün irad bildirmişdir. O da həmin vaxt ayağını aşağı salmışdır. Bu zaman oraya gələn əvvəllər tanıdığı Orxan adlı şəxs ona yaxınlaşmışdır. O da ona iradını bildirmişdir. Bu zaman Orxana “get işinlə məşqul ol” demişdir. Həmin vaxt Orxan ona yaxınlaşaraq onunla danışmaq üçün əlini çiyninə qoyarkən o, Orxanın əlini itələmişdir. Buna görə də Orxan ona “istəyirsən gedək qıraqda söhbət edək” demişdir. Bu zaman o da, Orxana “gedək” deyib parkdan çıxmışlar. Bundan sonra o, qardaşı Həsən, həmçinin Orxanın yanında olan 2 nəfər şəxs “Xan evi” ilə üzbəüz yerləşən parka, piyada getmişlər. Orxanla ilk mübahisələrindən 15-20 dəqiqə sonra həmin parka gəlib, orada da aralarında ikinci mübahisə baş vermişdir. Həmin vaxt saat 21:20 olardı. Orada Orxan yenidən onunla söhbət edərkən gözləmədiyi halda, qəfildən yumruqla sol gözünə bir zərbə vuraraq ona xəsarət yetirmişdir. O isə ona heç bir xəsarət yetirməmişdir. Mübahisə “Xan evi”nin qarşısında parkda, 2-3 dəqiqə ərzində baş vermişdir. Orada qardaşı Həsən, Orxan və onun yanında iki nəfər şəxs olmuşdur. Ətrafdan kənar şəxslər toplaşmamışlar. Çünki ora parkın qaranlıq tərəfi olmuşdur. Orada heç kəs olmur. Orxanın yanında olan şəxslər heç biri ona xəsarət yetirməmişlər. Həmin şəxslər ona qarşı hər hansı bir kobudluq etməmişlər. Onun mübahisəsi Orxanla olmuşdur. Münaqişə zamanı Orxana heç bir xəsarət yetirməmişdir. Orxanı döyməmişdir. Baş vermiş münaqişə zamanı onun hər hansı bir əmlakına ziyan dəyməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyan tam olaraq ödədiyini, sonuncudan şikayət və tələbinin olmadığını bildirib onu cəzadan azad olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid4 iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 göstərdi ki, təqsirləndirlən şəxsi tanımır, zərəçəkmiş şəxs isə qardaşıdır. “Dosa Mol” parkında qardaşı Hüseynlə olduqları zaman, təqsirləndirlən şəxs qardaşına müraciət edərək “jaketi ver geyinim” demiş, qardaşı da həmin jaketi təqsirləndirlən şəxsə vermişdir. Bundan sonra təqsirləndirlən şəxs əlinin qardaşının çiyninə qoymuş və bundan sonra onlar başqa bir yerə getmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəl mübahisə “Dosa Mol” parkında baş vermiş, orada təqsirləndirlən şəxs əlinin qardaşının çiyninə qoyaraq “səni üç nömrədə görmüşəm” demiş, qardaşı təqsirləndirlən şəxsdən əlinin çiynindən çəkməsini tələb etmiş, bu zaman təqsirləndirlən şəxs onun qardaşını yumruqla vurmuş, bundan sonra “söhbətə aydınlıq gətirmək üçün” “Dostluq” parkına getmişlər. Şahid1 ibtidai istintaq zamanı isə göstərmişdir ki, o valideynləri ilə birlikdə Lənkəran rayonun Səbir kəndində yaşayır. Zərərçəkmiş şəxs böyük qardaşıdır. Təqsirləndirilən şəxs qardaşı Hüseynlə bir məktəb oxumuşdur. Ona görə onu tanıyır. O, xx.xx.2024-cü il tarixdə qardaşı Hüseynlə birlikdə Lənkəran şəhərinə, gəzməyə çıxmışlar. Həmin gün saat 21 radələrində Lənkəran şəhərində “Dosa Mol” adlı parkda dayanıb söhbət edən zaman Hüseyn ayağını skamyanın üstünə qoymuşdur. Bu zaman mühafizəçi onlara yaxınlaşıb Hüseynə irad bildirəndə həmin vaxt oradan keçən Orxan Hüseynə iradını bildirmişdir. Hüseyn də Orxana “sənlik deyil” deyəndə, Orxan əlini Hüseynin çiyninə qoyub söhbət etmək istəyəndə Hüseyn onun əlini itələmişdir. Sonra Orxan özü Hüseynə “burda adam çoxdur, gedək kənarda söhbət edək” demişdir. Həmin vaxt o, qardaşı Hüseyn, Orxan, Orxanın qardaşı Surac və onlarla olan Kənan adlı şəxslə birlikdə “Xan evi”nin qarşısında yerləşən Şəminin parkı adı ilə tanınan parka gəlmişlər. Həmin vaxt Surac ilə Hüseyn söhbət etmişlər. Onlar hər ikisi 3 saylı orta məktəbdə təhsil aldıqları üçün bir-birilərini tanımışlar. Orxan həmin vaxt Hüseynə “mən səni məktəbdə necə adam olduğunu görmüşəm” dedikdə Hüseyndə Orxana “mən də səni görümşəm məktəbdə, sən necə adam olmusan" demişdir. Orxan Hüseynin bu sözündən xoşu gəlmədiyi üçün Hüseynin sifətinə yumruqla bir zərbə vurmuşdur. Həmin vaxt o, atasına zəng etmək üçün telefonu çıxardanda, Orxan gəldiyi şəxlərlə oradan çıxıb getmişdir. Orxan ilə Hüseyn arasında mübahisə 1-2 dəqiqə davam etmişdir. Orxan Hüseynə bir zərbə vurmuşdur. Onlar arasında dava-dalaş olmamışdır. Sonra atasına zəng etmiş, atası onların yanlarına gələndə Hüseyn gözünə buz qoymaq üçün dükana getmişdir. Atası ondan Hüseynin kimin döydüyünü soruşanda, o da atası ilə bir qədər ətrafı axtardıqda Orxanın qardaşını görmüşlər. Orxanı qardaşı Suracı atasına göstərərək Hüseyni döyən şəxsin qardaşı olduğunu demişdir. Atası da ona “ayıbdır” deyərək iradını bildirmişdir. Sonra Hüseyn və o atası ilə birlikdə polis şöbəsinə gəlmişlər. Həmin vaxt Hüseyn döyülməsi barədə ərizə ilə müraciət etmişdir. Hər iki mübahisədə qardaşı Hüseyn Orxana heç bir yumruq zərbəsi vurmamışdır. Baş vermiş mübahisə zamanı ona xəsarət yetirən olmamışdır. X2 arasında olmuşdur. Orxanla birlikdə olan şəxslər Hüseynə və ona heç bir söz deməmişlər. Mübahisə 2-3 dəqiq davam etmişdir. Ora ətrafdan kənar şəxslər toplaşmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid4 göstərmişdir ki, zərəçəkmiş şəxs onun oğludur. Təqsirləndirlən şəxsi tanımır. Hadisə zamanı hadisə yerlərində olmamışdır. Olmuş hadisə barəsində oğullarının dediklərindən eşitmişdir. Hüseyn peşə litseyində təhsilı alır. Hadisə günü Hüseyn qardaşı ilə parka gəzməyə getmişdir. Oğlu Həsən ona zəng edərək Hüseynin döyüldüyünü ona bildirmiş, o da, onların olduqları parka gəlib polis şöbəsinə gedərək hadisə ilə bağlı ərizə vermişlər. Məhkəmə iclasında dindirilmiş Şahid5 göstərmişdir ki, təqsirləndirlən şəxs onun oğludur və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, hadisənin şahidi olmamışdır. Yalnız eşitmişdir. Hazırda oğlu zərərçəkmiş şəxslə barışmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 932 saylı MTE-nin rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində- sol göz almasına yayılmış qansızma, sol göz qapaqları-gözaltı nahiyyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşya təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan baxış protokolundan və fotocədvəllərdən görünürki, münaqişənin baş verdiyi yer Lənkəran şəhəri, Şirəli Axundov küçəsində yerləşən Dostluq parkıdır. Təqsirləndirilən şəxs həmin yeri təqdim edərək Zərərçəkmiş şəxs onu təhqir etdiyi bildirib orada sifətinə yumruqla vuraraq ona xəsarət yetirdiyini bildirmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş Lənkəran Rayon Məhkəməsini hökmü və Şirvan Apelyasiya Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs törətədiyi cinayət əməli Azərbaycan Respublikası CM- nin 127.1 -ci maddəsinə tövsif edilərək həmin maddə ilə təqsirli bilinib Azərbaycan CM-nin 73.2-maddəsinə əsasən cinayət işinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan “Təqsirləndirlən şəxsin tutulmasından ötrü axtarışın elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutularaq Lənkəran ŞRPŞ-nin İB-nə təhvil verilməsi qərara alınmışdır. İşdə olan raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 13.00-da Abşeron rayonu, Xırdalan şəhəri, ”Kristal Abşeron 1” yaşayış massivində yaxalanaraq Lənkəran ŞRPŞ-nin İB-nə təhvil verilmişdir. İşdə olan “Təqsirləndirlən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.20256-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seşilməklə o, saat 19.10-da tutulmadan azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət işində qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, cinayət işi üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmayan zaman törətdiyini, zərərçəkmiş şəxslə barışıq əldə edərək ona vurulmuş ziyanı ödəməsini, zərəçəkmiş şəxsin ondan şikayətçi və tələbkar olmamasını, əməlindən peşman, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını CM-nin 59.1.2 , 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 1ci bəndində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1 -ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin "Qeyd” hissəsinin 1 -ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Yuxarıda şərh olunduğu kimi Təqsirləndirilən şəxs artıq Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə bir dəfə cinayət məsuliyyətindən azad edildiyi üçün, yəni barəsində CM-nin 73.2-ci maddəsi tətbiq edildiyi üçün hazırda onun barəsində olan cinayət təqibinə xitam verilməsi istisna edilir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yəni əvvələr bir dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və barısində olan cinayət təqibinə xitam verilməsindən heç bir il keçməmiş hazırki cinayət əməlini törətməsi, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 85.4-1-ci maddəsinə əsasən isə azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə, Təqsirləndirilən şəxs qısa müddət ərzində iki dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, buna baxmayaraq cavan olmaqla cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nion 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. CM-nin 52-1 -ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə hesab edir ki, CM-nin 52-1 -ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini təxirəsalınmaz təcili tibbi yardım göstərilməsi halları istisna olmaqla saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Hökmün icrasına nəzarət Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 13.00-dən saat 19.10-dək tutulduğu 01 (bir) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini təxirəsalınmaz təcili tibbi yardım göstərilməsi halları istisna olmaqla saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübutun olmaması nəzərə alınsın. Hökmün icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədlik edən Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar