Məhkəmə qərarları › İş №1(049)-93/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-93/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-93/2024 25.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Saat:16:30 xx xxxx 2000-ci ildə Lənkəran rayonu Boladi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu Boladi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə yaşadığı Lənkəran rayon Boladi kəndində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri 70 (yetmiş) manat müqabilində 14 (on dörd) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,444 qram, 0,385 qram, 0,471 qram, 0,425 qram, 0,471 qram, 0,532 qram, 0,505 qram, 0,397 qram, 0,417 qram, 0,581 qram, 0,603 qram, 0,488 qram, 0,372 qram, 0,615 qram və bir ədəd kibrit qutusunda, təmiz çəkisi 6,636 qram olmaqla, ümumi təmiz çəkisi 13,069 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xarici görünüşlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 01 noyabr 2023-cü il tarixdə saat 17:20 dəqiqədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Liman polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Boladi kəndində saxlanılaraq polis bölməsinin ünvanı ünvan 2zərində şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibində olan siqaret qutusunun və kibrit qutusunun içərisindən qeyd edilən çəkidə və bükümlərdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, valideynləri və məktəbli bacısı ilə birlikdə yaşayır. Subaydır, əvvələr məhkum edilməmişdir. Epilepsiya xəstəsidir, Xəstəliyilə bağlı heç bir yerdə işləmir. Xəstəliyi bədəninin sol tərəfinin ağrımasına və bəzən də bu səbəbdən axsamağına səbəb olur. Bir ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Narkoik vasitəni Lənkəran şəhərində tanımadığı şəxslərdən alır. 01 noyabr 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran rayonu Boladi kəndində 70 manat qarşılığında, 14 ədəd kağız bükümdə və bir ədəd kibrit qutusunda qurudulmuş marixuana almış, kağız bükümləri siqaret qutusunun içərisinə, onunla birlikdə kibrit qutusunu da cins şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün axşam saatlarında Lənkəran rayonu Boladi kəndində evi istiqamətində hərəkətdə olan zaman polis əməkdaşları onu saxlayıb Liman polis bölməsinin inzibati binasına dəvət etmişlər. Polis əməkdaşları ilə razılaşaraq polis bölməsinin inzibati binasına gəlmişdir. Şübhəli şəxs qismində tutulmuş, vəkillə təmin edilmişdir. Vəkilin iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya olub-olmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edildikdə əynində olan şalvarın sağ yan cibində saxladığı, içərisində narkotik vasitə qurudulmuş marixuana bükümləri olan bir ədəd siqaret qutusunu və içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin bükümlərə, həmçinin kibrit qutusuna baxış keçirilmişdir. Təqdim etdiyi kütlələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, həmin bükümləri 70 manat qarşılığında şəxsi istifadəsi üçün almışdır. Heç vaxt narkotik vasitə satmamışdır. Hazırda narkotik vasitədən istifadə etdiyi üçün çox peşmandır. Təqsirləndirilən şəxs son sözündə özünü qismən, yəni CM-nin 234.1-ci maddasində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildiyini, barəsində ədalətli hökm çıxarılmasını bildirərək, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Liman PB-nin polis sahə rəisidir. Lənkəran rayonu Boladi kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Lənkəran ŞRPŞ-nin Liman PB-nin cinayət axtarışı üzrə sabiq əməliyyat müvəkkili Şahid1 daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 01 noyabr 2023-cü il tarixli qərara əsasən Lənkəran ŞRPŞ-nin Liman PB-nin cinayət axtarışı üzrə sabiq əməliyyat müvəkkili Şahid1, polis serjantı Şahid3 Məhəbbət oğlu və ondan ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin günü əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışdır. Saat 17 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Boladi kəndində küçədə yolla piyada hərəkət etməsi müəyyən olunmuş, Təqsirləndirilən şəxs yaxınlaşıb özümüzü ona təqdim etmişlər. Həmin vaxtı yolda gediş-gəliş çox olduğundan və Təqsirləndirilən şəxs üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu Liman PB-nə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmışdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda və bir ədəd siqaret qutusunun içərisindən 14 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kibrit qutusunda və siqaret qutusunda narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ilə şifahi sorğu keçirilərkən bildirdi ki, təxminən bir ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyi, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı Lənkəran şəhəri mərkəzi bazar ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən aldığını, həm istifadəsi üçün həm də dosttanışa hədiyyə etmək üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə satması ilə bağlı bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Məhəbbət oğlu ifadəsində göstərdi ki, Lənkəran rayonu Boladi kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Lənkəran ŞRPŞ-nin Liman PB-nin cinayət axtarışı üzrə sabiq əməliyyat müvəkkili Şahid1 daxil olmuşdur. Qeyd edilən məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün 01 noyabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən Lənkəran ŞRPŞ-nin Liman PB-nin cinayət axtarışı üzrə sabiq əməliyyat müvəkkili Şahid1, Liman PB-nin polis sahə rəisi Şahid2 və ondan ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbiri keçirmək üçün həmin günü saat 17 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Boladi kəndində küçədə yolla piyada hərəkət etməsi müəyyən olunmuş, Təqsirləndirilən şəxs yaxınlaşıb özümüzü ona təqdim etmişlər. Həmin vaxtı yolda gedişgəliş çox olduğundan və Təqsirləndirilən şəxs üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından sonuncunu Liman PB-nə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmışdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda və bir ədəd siqaret qutusunun içərisindən 14 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kibrit qutusunda və siqaret qutusunda narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu keçirilərkən təxminən bir ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyi, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən aldığını, həm istifadəsi üçün həm də dost-tanışa hədiyyə etmək üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid3 məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, İlyas Gülağazadəin hansı şəxslərə narkotik vasitə və ya psixotrop maddə satması ilə bağlı bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin Liman PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. Lənkəran rayonu Boladi kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi, üzərində gəzdirməsi və satması barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 01 noyabr 2023-cü il tarixdə raportla Liman PB-nin rəisinə müraciət etmişdir. Bölmə rəisi tərəfindən təsdiq edilmiş 01 noyabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən ondan, Liman PB-nin polis sahə rəisi polis kapitanı Şahid2 və polis serjantı Şahid3 Məhəbbət oğlundan ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin günü əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışdır. Təxminən saat 17:20 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Boladi kəndində küçədə yolla piyada hərəkət etməsi müəyyən olunmuşdu. Təqsirləndirilən şəxs yaxınlaşıb özümüzü ona təqdim etdik. Həmin vaxtı yolda gediş-gəliş çox olduğundan və Təqsirləndirilən şəxs üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu Liman PB-nə dəvət etdik. Bölməyə gəldikdən sonra bu barədə raportla bölmə rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olundu, şübhəli şəxs qismində tutuldu, polis serjantı Şahid3 Məhəbbət oğlunun iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmışdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda və bir ədəd siqaret qutusunun içərisindən 14 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli başqa hər hansı bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kibrit qutusunda və siqaret qutusunda narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi təqribən 25,56 qram olmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər həmin kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, zərfin üzərini vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs ilə şifahi sorğu keçirilərkən bildirdi ki, təxminən bir ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı 01 noyabr 2023-cü il tarixdə Lənkəran şəhəri mərkəzi bazar ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 70 (yetmiş) manata aldığını, həm istifadəsi üçün həm də dosttanışa hədiyyə etmək üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğru bilib iştirakçılar və Təqsirləndirilən şəxs protokolu imzalarla təsdiq etmişlər. 01 noyabr 2023-cü il tarixli, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını, həmçinin dost tanışa hədiyyə verməsini göstərmişdir. Məhkəmə-kimyəvi ekspertizanın 02 noyabr 2023-cü il tarixli, 19/971 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd kibrit qutusunda və 14 (on dörd) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,363 qram; 0,444 qram; 0,385 qram, 0,471 qram, 0,425 qram, 0,471 qram, 0,532 qram, 0,505 qram, 0,397 qram, 0,417 qram, 0,581 qram, 0,603 qram, 0,488 qram, 0,372 qram, 0,615 qram, ümumi təmiz çəkiləri- 13,069 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni narkotik vasitə qurudulmuş marixuanadır. Ambulator məhkəmə-narkoloji ekspertizasının 02 noyabr 2023-ci il tarixli, 1008 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan KANNABİNOİDLƏRDƏN istifadə halları olub. Lakin Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. 13 noyabr 2023-cü il tarixli, 10724 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Lənkəran ŞRPŞ-nin CAB-dən daxil olmuş əməliyyat tapşırığının cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq şəxsi istifadəsi üçün qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlamaqla, həm də satışı ilə də məşğul olmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd kibrit qutusunda və 14 ədəd bükümdə 13,069 qram narkotik vasitə qurudulmuş marixuana və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 01 ədəd kibrit qutusunda və 14 ədəd bükümdə 13,069 qram qurudulmuş marixuana istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə-satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması ilə bağlı ittiham verilmişdir. Məhkəmə, iş üzrə irəli sürülmüş sübutlara əsasən təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsif məsələsini araşdıraraq belə bir nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitəni əldə edərək saxlaması və daşıması düzgün olaraq müəyyən edilsə də, həmin narkotik vasitələri satış məqsədi ilə əldə edilməsi, saxlaması və daşıması sübuta yetirilməmişdir. Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmçinin, Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Məhkəməyədək icraat zaman toplanmış istintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs şatış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, daşıma və saxlama ilə bağlı irəli sürülmüş ittihamın əsasında yalnız sonuncudan üzərindən aşkar olunmuş 14 ədəd kağız bükümdə və bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananın olmasından irəli gələn ehtimal və subyektiv mülahizə dayanmışdır. İttiham tərəfi – istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə münasibətdə hələ cinayət təqibinin başlanğıcında Təqsirləndirilən şəxs niyyətinin satış məqsədi olması ilə bağlı nəticəyə gəlib onun barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət işi başlayaraq bir sıra istintaq hərəkətləri icra etmişdir. Lakin, nə iş üzrə dindirilmiş şəxslərin ifadələri, nə əməliyyat tapşırığı, nə də ki, əməliyyat tapşırığına alınmış cavab məktubu ilə İlyas Gülağazadənin üzərindən aşkar olunmuş narkotik vasitəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Buna baxmayaraq istintaq orqanı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizəsini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, məhz ilk gündən ona məlum olan həmin ehtimal və mülahizə əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İttiham tərəfinin təqdim etdiyi şahidlər Şahid1, Şahid2 və Şahid3 Məhəbbət oğlu məhkəmə baxışı zamanı da verdikləri ifadələrində Təqsirləndirilən şəxs hansı şəxslərə narkotik vasitə və ya psixotrop maddə satması ilə bağlı bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmadığını bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar olunmuş 14 ədəd kağız bükümdə və bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananın -13,069 qram təşkil etməsinə münasibət bildirərək qeyd edir ki, bu hal narkotik vasitə qəbul edən Təqsirləndirilən şəxs həmin maddəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hallar kimi çıxış edə bilməz. Belə ki, təqsirkarın narkotik vasitə satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, 01 noyabr 2023-cü ildə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibində siqaret qutusunun içərisində 14 ədəd kağız bükümdə və bir ədəd kibrit qutusunda narkotik vasitəyə oxşar kütlən istisna olmaqla, onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilənədək, bütün izahat və ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını və həmin vasitəni satmaq niyyətinin olmaması və narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsi müəyyən olunur. Eləcə də, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinin müəyyən edilərək telefon nömrəsinə narkotik vasitələrin alqı-satqısını təsdiq edəcək mətnlər, zənglər və s. bu kimi hər hansı məlumatın daxil olması ilə hallar müəyyən edilməmişdir. Göstərilənləri, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə - psixi və fiziki asılılıq olmadan KANNABİNOİDLƏRDƏN istifadə halları olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin başqa narkotik vasitə “ehtiyatı” olmadığı halda 14 ədədbükümdə və 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlayıb daşımaqda məqsədinin məhz “satış” olması kifayət qədər ağlabatan və inandırıcı deyil. Qeyd olunanlara əsasən məhkəmə istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razlığının olması və ya buna cəhd etməsi, həmçinin narkotik vasitələrin satışı üçün zəruri avadanlığa (tərəzi, kağız və ya sellofan kəsiyinə və s.) malik olması hallarının istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı satış məqsədilə narkotik vasitə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM-i ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. CPM-nin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübütlardan, məhkəmədə həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunmalı, bir-birilə müqayisə edilməli, yeni sübutlar toplamaqla əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə yaşadığı Lənkəran rayon Boladi kəndində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri 70 (yetmiş) manat müqabilində 14 (on dörd) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,444 qram, 0,385 qram, 0,471 qram, 0,425 qram, 0,471 qram, 0,532 qram, 0,505 qram, 0,397 qram, 0,417 qram, 0,581 qram, 0,603 qram, 0,488 qram, 0,372 qram, 0,615 qram və bir ədəd kibrit qutusunda, təmiz çəkisi 6,636 qram olmaqla, ümumi təmiz çəkisi 13,069 qram olan xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xarici görünüşlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 01 noyabr 2023-cü il tarixdə saat 17:20 dəqiqədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Liman polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Boladi kəndində saxlanılaraq polis bölməsinin ünvanı ünvan 2zərində şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibində olan siqaret qutusunun və kibrit qutusunun içərisindən qeyd edilən çəkidə və bükümlərdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıları”nın İ siyahının 109-cu qrafasına əsasən təmiz halda 0,5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanın təmiz çəkisi 13,069 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin əməlləri törətmiş şəxsin CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və maddənin sanksiyasında nəzərdə tutulmuş bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalardırılmasına səbəb olur. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması” 01 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünüer ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Boladikəndində yaşayır, yaşadığı dövrdə qonşularla və məhəllə sakinləri ilə münasibətləri normal olmuş, məhəllədə keçirilən tədbirlərdə iştirak etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, törətdiyi əməli etiraf edib peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, əldə edilməklə saxlanılmış narkotik vasitənin miqdarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiqdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 01 noyabr 2023-cü il tarixdən 03 noyabr 2023-cü il tarixədək 2 gün həbsdə olduğu müddət - bir günə iki gün hesablanmaqla, dörd gün müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci olan 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd kibrit qutusunda və 14 ədəd bükümdə 12,619 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 noyabr 2023-cü il tarixdən 03 noyabr 2023-cü il tarixədək iki gün həbsdə olduğu müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 4 gün cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran rayonu, Boladi kəndindəki fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış – 01 ədəd kibrit qutusunda və 14 ədəd bükümdə 12,619 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materillarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin icrası yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar