Məhkəmə qərarları › İş №1(049)-93/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-93/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-93/2025 21.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə 12 aprel 1989-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 11 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, xx.xx.2024-cü il tarixdə nəzarət işinin müddəti bitdiyi üçün qeydiyyatdan çıxaılmaqla hazırda itiiham olunduğu cinayəti törədərkən məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri, Hacılar küçəsi ev 15-də qeydiyyatda olmaqla, Lənkəran rayonun Şilavar kəndində yaşamış və barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 14 yanvar 2025-ci il tarixdə yaşayış sahəsindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsəd ilə həmin gün saat 14 radələrində Lənkəran şəhərinin, X12 küçəsi, döngə 1, ev 3 ünvanında yerləşən Şahid1 məxsus evin qarşısına gələrək, hasarından keçməklə həyətinə daxil olduqdan sonra pillkənlə yuxarı qalxaraq evin ikinci mərtəbəsində yerləşən evin əsas giriş qapısının yanında olan pəncərənin şüşəsinin mismarlarını həyətdən tapdığı dəmir parçası sökərək pəncərə şüşəsinin çıxararaq pəncərəni açmaqla evin ikinci mərtəbəsinə yəni həmin yaşayış sahəsinə qanunsuz daxil olaraq orada axtarış apararkən evin yataq otağında olan güzgülü dolabın üzərində aşkar etdiyi, ev sahibəsinin qızı X2 məxsus çəkisi 3.3 qram olan, 585 əyarlı, 01 (bir) ədəd 1600 manat qiymətində brilyant qaşlı qızıl nişan üzüyü, çəkisi 1.7 qram olan, 585 əyarlı, 01 (bir) ədəd 155 manat qiymətində qızıl sepi, çəkisi 1,5 qram olan 585 əyarlı 130 manat qiymətində qızıl sırqanı Fidan Hüseynovaya məxsus ümumlikdə 1885(min səkkiz yüz səksən beş ) manat qiymətində əmlakı yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Fidan Hüseynova onun qohumudur. Onlara arada bir get-gəl edir. Fidan anası Zəminə ilə birlikdə yaşayır. Gündüzlər hər iksi işdə olduğu üçün onlarda gündüz saatlarında evlərində adam olmadığını bilirmiş. Onlarda olanda yataq otağında güzgülü dolabın üstündə bir neçə qızıl əşyalarını görmüşdür. xx.xx.2025-ci il tarixdə səhər saatlarında bədənində ağrıları vardır. Narkotik vasitə almaq üçün üzərində pul olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Buna görə Zəminənin evindən oğurluq etmək ağlına gəlmişdir. O Zəminənin evində gündüzlər heç kəsin olmadığından əmin olduğu üçün həmin gün saat 14 radələrində evin qarşısına gəlib həyət qapısının bağlı olduğunu görüb hasardan keçib həyətə daxil olmuşdur. Evə yaxınlaşaraq evin çölündə olan pilləkənlə yuxarı qalxmışdır. Evin əsas giriş qapısı bağlı olmuşdur. Buna görə qapının yanında olan taxta pəncərənin şüşəsini yerdən tapdığı dəmir parçası ilə mismarını çıxarıb pəncərəni şüşəini çıxardıqdan sonra pəncərini açmışdır. Pəncərədən içəri daxil olmuşdur. Sonra evin yataq otağına gəlmişdir. Yataq otağını axtarmış, həmin otaqda güzgülü dolabın üstündə olan bir ədəd qızıl üzük, bir cüt sırqa və bir ədəd qızıl sepi götürmüşdür. Sonra pəncərədən çölə çıxıb pəncərəni bağlayıb şüşəsini yerini salıb həyətə düşmüşdür. O həyətə düşüb əllərini yuyub həyət darvazasına yaxınlaşanda bu zaman Fidan həyətə daxil olmuşdur. Fidan onu görən kimi ona ayaq yolundan istifadə etdiyini əllərini yuyub çıxıb gedəcəyini demişdir. O da ona bir söz deməmiş və onunla sağollaşıb çıxıb getmişdir. O qızılları bazarda olan zərgərlə göstərsə də onun narkoman olduğunu bilib ondan heç kəs qızılları almamışdır. Sadəcə bir ədəd üzüyü Astara avtobusların yanında tanımadığı bir qadına 150 manata satmışdır. Pulu narkotik vasitə alıb qəbul etmişdir. Həmin gün anası Pəricahan ona zəng edərək Zəminənin evindən niyə oğurluq etdiyini və qızlları gətirib ona qaytarmasını bildirmişdir. O, da anasına üzüyü satsa da digər qızıllar onda olduğunu demişdir. Səhəri gün qızıllar anasına vermişdir. Fidanla həyətdən rastlaşarkən onun bundan xəbəri olmamışdır. Fidan onu görən kimi ona ayaq yolundan istifadə etmək üçün həyətə daxil olduğunu, əllərini yuyub çıxıb getdiyini demişdir. Fidan da ondan şübhələnməmişdir. Etdiyi əməldən çox peşmandır. Ona ittiham olunduğu maddənin sanksiyası həddində ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında zərərçəkmiş şəxs X5 ifadəsində bildirmişdir ki, Lənkəran şəhəri Sabir küçəsi ev 1/3 də anası Şahid1 ilə birlikdə yaşayır. Atası uzun müddət bundan öncə vəfat etmişdir. Lənkəran rayonun Siyavar kənd orta məktəbində psixoloq işləyir. Anası isə Lənkəran şəhər 6 saylı uşaq bağçasında müəllimə işləyir. O, gündüzlər işdə olduğu üçün evdə heç kəs olmur. Adətən səhər 08:00 da evdən çıxıb saat 18:00 da evə qayıdırlar. Musa mərhum atasını uzaq qohumlarındadır. X11 anası Pəricahanla yaxın münasibəti olduğu üçün onlara get-gəl edirlər. Musanın narkotik vasitə aludəçsi olması bilirlər. O, həbsdən yeni çıxmışdır. Anası dəfələrlə ona narkotik vasitə qəbul etdiynə görə irad bildirmişdir. Musa hadisədən 2 gün öncə onlara gəlmişdir. Onlarda yemək yeyib iki saat yaxın qalıb çıxıb getmişdir. xx.xx.2025-ci il tarixdə səhhətində problem olduğu üçün məktəbdən icazə alıb evə gəlmişdir. Saat 14 radələrində həyət darvazasının qapısını kilidini açıb həyətə daxil olanda görmüşdür ki, Musa həyətdə ona tərəf gəlir. Musa onu görən kimi bacı narahat olma ayaq yoluna girmək üçün hasardan tullanıb həyətə daxil olduğunu, əlini yuyub getdiyini demişdir. O, da ona bir söz deməmişdir. Həmin vaxt əlində nəsə var idi yeyə-yeyə həytdən çıxıb getmişdir. O, evin ikinici mərtəbəsinə qalxanda görmüşdür ki, pilləkəndən ayaq izləri vardır. Qapını açıb evə daxil olanda evin yataq otağının axtarıldığını görmüşdür. O otaqda olan güzgülü dolaba baxanda görmüşdür ki, ona məxsus bir ədəd nişan üzüyü, bir cüt sırqası və bir ədəd qızıl sepi yerində yoxdur. Bilmişdir ki, həmin qızılları Musa oğurlamışdır. O bu barədə əvvəlcə anasına sonra isə nişanlısı Salmana zəng edib məlumat vermişdir. Bildirir ki, qızıl əşyaları hamısı ona məxsusdur. Onları nişanlısı Salman hədiyyə olaraq almışdır. Qızıl üzüyü brilyant qaşlı, çəkisi 3,3 qram, 585 əyarlı, qiyməti 1600 manat, qızıl sepin çəkisi 1,7 qram, 585 əyarlı, qiyməti 155 manat, qızıl sırqası isə sonusuzluq naxışlı, 585 əyarlı, çəkisi 1,5 qram olan qiyməti 130 manatdır. Ona ümumlikdə 1885 manat ziyan dəymişdir. Həmin gün anası və nişanlısı Salman evə gəlmişlər. Onlara pəncərə şüşəsinin mismarlarının yerində çıxdığını Salman göstərmişdir. Anası Salmanla birlikdə polis şöbəsinə gedib oradan ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları evə gəlib hadisə yerinə baxış keçirib getmişlər. O, Musanı həyətdə görərkən onun oğurluq üçün gəldiyini bilməmişdir. O, evə yaxınlaşanda Musa artıq həyətdən uzaqlaşıb getmişdir. O, gedəndən sonra şübhələnib evə baxanda evindən oğurluq etdiyini bilmişdir. Həmin vaxt onun əlində qızıl əşyaları görməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ondan oğurlanmış qızıl zinət əşyalarından bir ədəd qızıl sep və bir cüt qızıl sırğa ona qaytarılmışdır. Qızıl üzük isə ona qaytarılmamışdır. Təqsirləndirilən şəxs barəsindən azadlıqdan məhrum etmə ilə əlaqadar cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Lənkəran şəhəri Sabir küçəsi ev 1/3-də qızı X5 ilə birlikdə yaşayır. Həyat yoldaşı 2010-cu ildə vəfat etmişdir. Özü Lənkəran şəhər 6 saylı uşaq bağçasında müəllimə işləyir. Qızı Fidan isə Lənkəran rayonun Siyavar kənd orta məktəbində psixoloq işləyir. Onlar gündüzlər işdə olduğu üçün evdə heç kəs olmur. Musa uzaq qohumudur. Musanın anası Pəricahanla yaxın münasibəti olduğu üçün Musa onlara arada bir qonaq kimi get gəl edir. Musa narkotik vasitə aludəçsidir. Ona dəfələrlə bu yoldan əl çəkməsi üçün iradını bildirmişdir. Musa hadisədən 2 gün öncə onlara gəlmişdir. Onlarda yemək yeyib bir iki saat qalıb çıxıb getmişdir. xx.xx.2025-ci il tarixdə iş yerində olmuşdur. Həmin gün Fidan məktəbdən icazə alıb evə tez gəlmişdir. Onlar evdən çıxarkən evin giriş qapısını və həyət darvazasını klidləyirlər. Həmin gün saat 14 radələrində Fidan qapını açıb həyətə daxil olanda Musa ilə rastlaşmışdır. Musa Fidanı görən kimi Musa ona ayaq yoluna girmək üçün gəldiyini, əlini yuyub çıxdığını həyət isə hasardan tullandığını deyib həyətdən çıxıb getmişdir. Sonra Fidan ona zəng edib Musanı həyətdə gördüyünü dedikdə ona eybiyox onunla işin olmasın. Fidan ona Musanın artıq getdiyini demişdir. Üstündən bir neçə dəqiqə sonra Fidan evə daxil olanda evin yataq otağının axtarıldığını, güzgülü dolabın üzərində qoyulmuş ona məxsus bir ədəd nişan üzüyü, bir ədəd qızıl sepi, bir çüt sonsuzluq işarəsi olan sırqanı yerində olmadığını bildirmişdir. Qızıl üzüyün qiyməti 1600 manat, sep 155 manat, sırqa isə 130 manatdır. O iş yerindən çıxıb polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları evə gəlib hadisə yerinə baxış keçirmişlər. Sonra o bu barədə Musanın anası Pəricahana demişdir. Pəricahanda ona get onun barəsində şikayət etməsini demişdir. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Fidan Hüseynova nişanlısıdır. Onunla 2024-cü ilin may ayında nişanlanmışdır. Fidan anası Zəminə ilə birlikdə Lənkəran şəhəri M.Ə.Sabir küçəsi dalan 1, ev 3-də yaşayır. xx.xx.2024-cü il tarixdə axşam saat təxminən 17 radələrində Fidan ona zəng edərək evlərində oğurluq olduğunu, ona məxsus bir ədəd nişan üzüyü, 1 ədəd qızıl sep və bir cüt sırqası oğurlanmışdır. Oğurluqda qohumu Musadan şübhələnir. O da onlara getmişdir. Fidanın ona işlədiyi məktəbdən çıxıb evə gələndə həyətdə Musa ilə rastlaşdığını, Musa ilə salamlaşıb çıxıb getdikdən sonra evə qalxanda yataq otağında güzgülü dolabın önündə qoyduğu bir ədəd nişan üzüyü, bir ədəd qızıl sepi və bir çüt qızıl sırqasını yerində olmadığını bildirmişdir. Bundan sonra o ətrafa baxanda görmüşdür ki, evin giriş qapsının yanında olan pəncərənin şüşəsini mismarları əyilmiş vəziyyətdə, hətta mismarlardan bir neçəsi yerdə olduğunu görmüşdür. O Fidanın anası Zəminə Hüsyenovaya bu barədə şikayət etməsini bildirmişdir. Bundan sonra Şahid1 ilə birlikdə polis şöbəsinə gəlmişlər. Zəminə Hüsyenova polis şöbəsinə ərizə ilə müraciət etdikdən sonra polis əməkdaşları ilə birlikdə evə gəlmişlər. Polis əməkdaşları evə baxış keçirmişlər. Fotoşəkillər çəkilmişdir. Bildirir ki, Fidan Hüseynovaya məxsus oğurlanmış qızıl üzüyü onun üçün 1600 manata hədiyyə olaraq almışdır. Həmin üzük brilyant qaşlı üzük idi. Qızıl üzüyün çəkisi 3,3 qram və 585 əyarldır. Digər qızıl əşyaları Fidanın özünə məsxus olmuşdur. Fidanın ona deməsinə görə qızıl sep 155 manat, bir cüt qızıl sırqa isə qiyməti 130 manatdır. O oğurluq barədə xəbər aldıqdan sonra Fidan gilə getmişdir. O ətrafa baxanda görmüşdürki, pəncərə şüşəsinin mismarları əylmiş vəziyyətdə olmuşdur. Buna görə polis əməkdaşlar ora gəlməzdən öncə pəncərə şüşəsinə toxunduğu üçün əl izləri orada qalmışdır. Şahid X4 məhkəməyə teleqramla müraciət edərək bildirmişdir ki, iş üzrə ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. İşin məhkəmə baxışı zamanı elan edilməklə ifadəsi tədqiq edilmiş şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, Lənkəran rayonun Şilavar kəndində yaşayır. X8 oğludur. O onunla bir evdə yaşayır. Əvvələr CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. Həbsdən 2024-cü ilin payız aylarında çıxmışdır. Zəminə qohumudur. Onlara tez-tez get gəl edirlər. xx.xx.2025-ci il tarixdə Zəminə ona zəng edərək oğlu Musa onlardan qızıl zinət əşyaları oğurladığını bildirmişdir. O da Zəminəyə gedib Musadan şikayət etməsini demişdir. Çünki, Musa narkotik aludəçisidir. Evdə həmişə mübahisə salır. Zəminə ona bu barədə bildirəndə Musa həmin vaxt evdə olmamışdır. Sonra həmn gün axşam Musa ona tanımadığı bir nömrədən zəng edərək onunla telefon əlaqəsi saxldıqda ona niyə Zəminənin evindən qızılları götürmüsən dedikdə, Musa ona narahat olma qızıl üzükdən başqa qızıllar onda olduğunu və gətirib qaytaracağını demişdir. O Musanın Zəminənin evindən hansı qızlları götürməsindən xəbəri olmamışdır. O özü ona bildirmişdir ki, qızllardan bir ədəd brilyant qaşlı qızıl üzüydən başqa hamısı ondadır. Həmin qızıl üzüyü kimə satması barədə heç bir məlumatı yoxdur. O 3-4 gün sonra evə gələrk qızıl sırqa ilə qızıl sepi ona qaytardıqdan sonra çıxıb getmişdir. O Zəminənin onun barəsində şikayət etdiyini bildiyi üçün həmin vaxt bir müddət evə gəlməmişdir. Sonra Musa polis əməkdaşları tərəfindən tutulmuşdur. Musanın ona verdiyi qızılları Fidana qaytarmışdır. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, həmçinin təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş materiallarında olan: “Hadisə yerinə baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” 14 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı baxış keçirilən yerin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi olması, həmin evin iki mərtbəli ev olması, evin birinci mərtəbəsində yaşayış olmaması, evin ön sol tərəfində ikinci mərtəbəyə çıxmaq üçün pilləkənin yerləşdiyi, pilləkənlə yuxarı qalxdıqda, sağ tərəfdə dəmir arakəsmə ilə ayrılmış eyvanın olması, evin əsas giriş qapısının taxtadan olması, taxta qapının evin mətbəxinə açılması, mətbəxdən sol tərəfdə daha bir taxta qapının yerləşdiyi, həmin qapıdan evin zalına daxil olunduğu, zala daxil olduqda zalın sonunda sağ tərəfdə evin yataq otağının yerləşdiyi müəyyən edilmişdir. Şahid1 baxış zamanı evin əsas taxta giriş qapısının yanında olan pəncərəni təqdim edərək bildirmişdir ki, evdən oğurluq etmiş şəxs həmin pəncərədən içəri daxil olmuşdur. Sonra Şahid1 evin yataq otağında olan termonu təqdim edərək evdən oğurlanmış qızıl əşyaları termonun qarşısında olduğunu, həmin qızllar buradan oğurlandığını bildirmişdir. Evə baxış zamanı evin əsas giriş qapısında və pəncərədə sındırılma izləri aşkar edilmədi. Evə keçirilən baxış zamanı evin ikinci mərtəbəsində giriş qapısının yanında olan pəncərədən 07 ədəd əl barmaq izləri götürülərək qablaşdırılmışdır. Baxış zamanı fotoşəkillər çəkildi, araşdırma üçün zəruri olan hər hansı bir əlavə izlərə rast gəlinmədi və həmçinin hər hanası bir digər əşya və predmet götürülmədi. Azərbaycan Respublikası DİN-nin Krimnalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məktubda göstərilmişdir ki, Lənkəran rayonu, Sabir küçəsi, dalan 1 ev 3-də yerləşən vətəndaş Şahid1 evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerini müayinəsi zamanı götürülmüş əl izləri 03 ədədi isə (ADİS məlumat bankına BƏSİİ və Lənkəran ŞRPŞdən daxil olan) xx.xx.1989-cu ildə Lənkəran rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət və orta (02 dəfə) barmaqları (pəncərinin içəri tərəfindən götürülmüş) ilə eynilik müəyyən edilmişdir. Digər eynilik aşkar edilməmişdir. Lənkəran Rayonlararası Psixatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli 324 saylı məktubdan görünür ki, Hüseynov X6 şəhər Psixatriya xəstəxanasında qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, iş üzrə təqsirləndirilən şəxs Hüseynov X6 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 11 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş və xx.xx.2024-cü il tarixdə nəzarət işinin müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. İş üzrə Təqsirləndirilən şəxs hazırda itiiham olunduğu cinayəti törədərkən 14 yanvar 2025-ci il tarixdə məhkumluğu ödənilməmişdir. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2025-ci il tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 4(049)-10/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 fevral 2025-ci il saat 18:00-dan hesablanmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 04/2025 saylı, xx.xx.2025-ci il tarixli “qızıl-zinət əşyalarının qiymətləndirilmə” rəyinin nəticə hissəsindən qeyd edilmişdir ki,: Təqdim olunan “01” ədəd çəkisi 3,3 qram əyarı 585 olan brilvant qaşlı qadın nişan üzüyünün orta razar qiyməti 1161 manatdır. Təqdiııı olunan 01 ədəd çəkisi 1,7 qr. əyarı 585 olan boyunbağının (sep) orta bazar qiyməti 150 analdır. Təqdim olunan 01 ədəd çəkisi 1,5 qr. əyarı 585 olan sırğaların orta bazar qiyməti 130 manatdır. Yekunu: 1.441 (bir min dörd yüz qırx bir) manatdır. Qiymətləndirmə üzrə xidmət haqqı 120 (yüz iyirmi) manat təşkil edir. İş materiallarına əlavə edilmiş 18 aprel 2025-ci il tarixli qəbzdən görünür ki, cinayət işi üzrə maddi sübut olan bir ədəd qızıl sep və bir cüt qızıl sırğa müstəntiq tərəfindən X3 təhvil verilmişdir. Lənkəran ŞİHB-nın Şiləvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 12-31/356 saylı, xx.xx.2025-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Hüseynov X6 rayonu, Şiləvar kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin və şahid ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs ümumi dəyəri 1.441 manat qızıl zinət əşyalarını oğurlamışdır ki, bu əməl onun oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. CM-in 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsin etdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşmançılıq bildirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmamasını, həmçinin, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödəməməsini, əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsini, əvvəllər ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının onun islah edilməsinə effektiv olmadığını və cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 15 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan bir dəd qızıl sep və bir cüt qızıl sırğanın zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan içərisində hadisə yerindən götürülmüş əl-barmaq izləri olan zərf cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqına dair 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Əməd oğlundan tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs X3 cinayət nəticəsində ona dəymiş maddi ziyana dair mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 15 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir dəd qızıl sep və bir cüt qızıl sırğanın zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan içərisində hadisə yerindən götürülmüş əl-barmaq izləri olan zərf cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqına dair 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Əməd oğlundan tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) hesabına ödənilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs X3 cinayət nəticəsində ona dəymiş maddi ziyana dair mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar