Məhkəmə qərarları › İş №1(049)-94/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-94/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-94/2023 25.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1963-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Lənkəran Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri, M.Ağayev küçəsi, ev 55-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib, üzərində saxlamаqlа dаşımışdır. Bеlə ki, о, 2022-ci ilin sentyabr ayında, Lənkəran şəhərində, məlum olmayan mənbədən və şəraitdə, satış məqsədilə qanunsuz olaraq 7 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,107 qram, 0,138 qram, 0,108 qram, 0,086 qram, 0,088 qram, 0,095 qram, 0,041 qram; ümumi təmiz çəkisi 0,763 qram olan psixotrop maddə metamfetamini, həmçinin bir ədəd işlək vəziyyətdə elektron tərəzini əldə edib üzərində saxlamaqla daşımış, 19 sentyabr 2022-ci il tarixdə, saat 18:45 dəqiqədə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, M.Ağayev küçəsində olarkən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş və polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən qeyd edilən bükümlərdə və çəkilərdə psixotrop maddə metamfetamin və əynindəki şalvarın sol yan cibindən üzərində psixotrop maddə metamfetaminin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 15 ildən çoxdur ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. Psixotrop maddəni əsasən Lənkəran şəhəri Böyük bazar ərazisindən almışdır. Sonuncu dəfə 19 sentyabr 2022-ci il tarixində, saat 10-11 radələrində Lənkəran şəhəri, Böyük bazar ərazisinə getmiş, orada əvvəllər də tanıdığı Astara rayonundan olan Vaqif adlı şəxsdən 50 manata 7 büküm “patı” almışdır. Həmçinin Lənkəran şəhəri ərazisində yerləşən mağazaların birindən narkotik vasitə alarkən satıcılar tərəfindən aldadılmamaq üçün 1 ədəd elektron tərəzi də almışdır. 19 sentyabr 2022-ci il tarixdə, saat 18 radələrində Lənkəran şəhəri, M.Ağayev küçəsində olduğu zaman mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşıb özlərini Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşı kimi təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. İnzibati binada müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmiş, o, şalvarının sağ yan cibində qoyduğu sarı kağıza bükülü içərisində 7 ədəd bükümü və şalvarının sol yan cibində olan 1 ədəd elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir və bükümlərdə “patı” olduğunu bildirmişdir. O, narkotik vasitəni şəxsi istifadəsi üçün almışdır və heç vaxt narkotik vasitənin satışını həyata keçirməmiş və ya kiməsə narkotik vasitə verməmişdir. Hazırda narkotik vasitə əldə etdiyi üçün əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsində əməliyyat vəzifəsində işləyir. X1 icraatına Lənkəran şəhəri, M.Ağayev küçəsi, ev 55-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumatların mötəbərliyi yoxlanıldıqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. 19 sentyabr 2022-ci il tarixdə, saat 18:25 radələrində Təqsirləndirilən şəxs M.Ağayev küçəsində piyada hərəkətdə olan zaman yaxınlaşmışlar. Özlərini polis əməkdaşı kimi təqdim edib Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-ya dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti altında üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməyi təklif olunmuşdur. O da, əynindəki şalvarının sağ yan cibindən 7 ədəd büküm və şalvarının sol yan cibindən bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. 7 ədəd bükümün içərisində psixotrop maddə metafetamin olduğunu bildirmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olmaqla yanaşı satışı ilə də məşğuldur. Təqsirləndirilən şəxs psixotrop maddə aldığı Astara rayon sakini Vaqif adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış cinayət işinin 82-84-cü vərəqlərində olan Şahid3 ifadəsində göstərmişdir ki, X1 icraatına Lənkəran şəhəri, M.Ağayev küçəsi, ev 55-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanılması üçün əməliyyat qrupu yaradılmış və o da, əməliyyat qrupuna daxil edilmişdir. 19 sentyabr 2022-ci il tarixdə təxminən saat 18:25 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri M.Ağayev küçəsində piyada hərəkət etdiyini görərək ona yaxınlaşaraq özlərini təqdim edib ona saxlanılmasının səbəbini izah edərək onu Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində araşdırmanı təhqiqatçı Fəhmin Nüsrətzadə davam etdirmişdir. Onun hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmiş, daha sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti altında üzərində şəxsi axtarış aparılmışdır. Videoçəkilişi Şahid3 aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməyi təklif olunmuşdur. O da, əynindəki şalvarının sağ yan cibindən 7 ədəd büküm və şalvarının sol yan cibindən bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. 7 ədəd bükümün içərisində psixotrop maddə metanfetamin olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış cinayət işinin 77-79-cu vərəqlərində olan şahid X3 ibtidai istintaq zamanı ifadəsidə göstərmişdir ki, icraatına Lənkəran şəhəri, M.Ağayev küçəsi, ev 55-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Tərəfindən həmin məlumatların mötəbərliyi yoxlanıldıqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün şöbə rəhbərliyinə müraciət etmiş və müvafiq icazə alınandan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü edirmiş, qrupun tərkibində o, əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid3 də olmuşdur. 19 sentyabr 2022-ci il tarixdə təxminən saat 18:25 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri M.Ağayev küçəsində piyada hərəkət etdiyini görmüşlər, Təqsirləndirilən şəxs nəzarətə götürmüşlər. Çünki üzərində narkotik vasitələr olma ehtimalı yüksək olmuşdur. Təqsirləndirilən şəxs müşahidə etmişlər, ona yaxınlaşan olmamışdır, özü də heç kimə yaxınlaşmamışdır. Təqsirləndirilən şəxs yaxınlaşmağın vaxtı olduğunu bildirmişdir. Üzərində narkotik vasitələr və ya psixotrop maddələr olma ehtimalı yüksək olduğundan gözlənilməzliyi və çevikliyi təmin edərək Təqsirləndirilən şəxs yaxınlaşmalı olmuşlar. Təqsirləndirilən şəxs M.Ağayev küçəsində piyada hərəkətdə olan zaman yaxınlaşmışlar. Özlərini polis əməkdaşı kimi təqdim etmişlər və Təqsirləndirilən şəxs da özünü təqdim etməsini istəmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim edəndən sonra ona yaxınlaşmaqlarının səbəbini izah etməyə başlamışdır, bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və ya psixotrop maddələr olma ehtimalı var, bu səbəbdən də üzərində şəxsi axtarış aparılması üçün Lənkəran ŞRPŞ-ya gəlməlidir. Təqsirləndirilən şəxs əvvəlcə bəhanələr gətirməyə başlamış, lakin daha sonra gəlməyə məcbur olmuşdur. Polis şöbəsində araşdırmanı təhqiqatçı Fəhmin Nüsrətzadə davam etdirmişdir. Onun hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmiş, daha sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti altında üzərində şəxsi axtarış aparılmışdır. Videoçəkilişi Şahid3 aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməyi təklif olunmuşdur. O da, əynindəki şalvarının sağ yan cibindən 7 ədəd büküm və şalvarının sol yan cibindən bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. 7 ədəd bükümün içərisində psixotrop maddə metanfetamin olduğunu bildirmişdir. Daha sonra onun üzərində təhqiqatçı tərəfindən ətraflı axtarış keçirilmişdir, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 7 ədəd büküm elektron tərəzidə çəkildikdə çəkisi 1,12 qram olmuşdur. Daha sonra götürülmüş kütlə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olmaqla yanaşı satışı ilə də məşğuldur. Təqsirləndirilən şəxs psixotrop maddə aldığı Astara rayon sakini Vaqif adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Cinayət işinin 33-34-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 19 sentyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci il tarixdə, saat 19:45 radələrində Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri M.Ağayev küçəsində olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan şalvarının sağ yan cibindən 07(yeddi) ədəd bükümündə psixotrop maddə metanfetamin və əynindəki şalvarının sol yan cibindən 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Metanfetamin elektron tərəzidə çəkildikdə ümumi çəkisi 1,12 qram olmuşdur. Həmin kütlə və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə psixotrop maddə metanfetamindir. Həmin kütləni böyük bazar ərazisində Vaqif adlı şəxsdən almış və şəxsi istifadəsi və satış məqsədilə üzərində saxlamışdır. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakları ilə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması barədə” 19 sentyabr 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 7 ədəd bükümdə narkotik vasitə metamfetamin və əynindəki şalvarının sol yan cibindən 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, həmin kütlənin çəkisi 1,12 qram olmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin və elektron tərəzinin özünə aid olduğunu bildirmişdir. Cinayət işinin 46-cı vərəqəsində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 20 sentyabr 2022-ci il tarixli 19/988 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 7 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri – 0,107 qram, 0,138 qram, 0,108 qram, 0,086 qram, 0,088 qram, 0,095 qram, 0,041 qram; ümumi təmiz çəkisi 0,763 qram olan maddə ağ rəngli kristal formada olan maddələr metamfetamdirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzi .....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metanfetaminin izləri vardır. Metanfetamin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş metanfetaminlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Cinayət işinin 75-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 91-92-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 30 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, tədqiqat keçirildikdən sonra qalan 1 7 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,107 qram, 0,138 qram, 0,108 qram, 0,086 qram, 0,088 qram, 0,095 qram və 0,041 qram, ümumi təmiz çəkisi 0,763 qram olan və ekspertizadan qayıtdıqdan sonra çəkisi 0,623 qram olan metamfetamin və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli qərarından qeyd edilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 5(049)-326/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin barədə qərar ibtidai istintaq zamanı məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, təqsirləndirilən şəxsin yeddi ayrı-ayrı bükümdə psixotrop maddə ilə yanaşı elektron tərəzi əldə edərək daşımasını, həmin elektron tərəzinin üzərində metamfetamin izi olmasını nəzərə alaraq və yuxarıda qeyd olunan Plenum qərarının müddəalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 17-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 19 sentyabr 2022-ci il tarixli “tutulma” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 70-71-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 19 sentyabr 2022-ci il tarixdən hesab edilmişdir. Cinayət işinin 78-80-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə cəzsı 7 ilə endirilmiş, Lənkəran Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli hökmünə əsasən 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15 iyul 2020-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən cəzaçəkmə müddətinin sonuna 02 ay 13 gün qalmış vaxtından əvvəl şərti olaraq azad edilmiş, 28 sentyabr 2020-ci ildə cəza müddəti başa çatmışdır. Cinayət işinin 101-104-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmünə əsasən CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzaçəkmə müddətinin əvvəli 13 noyabr 2020-ci il tarixdən hesablanmaqla 1 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materialları ilə müəyyən edilir ki, təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı tarixdən iki il keçməmiş, 19 sentyabr 2022-ci il tarixdə hazırkı cinayət əməlini törətdiyindən o, CM-nin 83.1-ci maddəsinə əsasən məhkumluğu olan şəxsdir və törətdiyi əməli cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni satış məqsədi ilə narkotik vasitə və həmin narkotik vasitənin çəkilməsi üçün elektron tərəzi əldə etməsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, eyni xarakterli cinayət əməllərinə görə ümumilikdə on iki ildən artıq müddətə cəza çəkməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs müəyyən müddət azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 988 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞdə saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 7 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,623 qram çəkidə metamfetamin və elektron tərəzi CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarışi zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,623 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar