Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-94/2024 04.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 10 yanvar 1987-ci ildə Bərdə rayonu Tağlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Sabunçu Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, çəkilməmiş cəzası 01 il 10 ay 20 gün təşkil edən, məhkumluğu ödənilməmiş, Bərdə rayonu Tağılar kəndində qeydiyyatda olmaqla, Lənkəran rayonu Göyşaban kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında 04 aprel 2024-cü il tarix, saat 10:05-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, 30 noyabr 2023-cü il tarixdə Lənkəran şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 02 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri -0,413 qram və 0,318 qram olmaqla, ümumi təmiz çəkisi 0,731 qram ağ rəngli kristallardan ibarət, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 01 dekabr 2023-cü il tarixdə, saat 16:00 radələrində Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu Göyşaban kəndində saxlanılaraq polis bölməsinə gətirilmiş və bölmədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən qeyd edilən çəkidə iki bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs bədənində ağrılar olduğu zaman ara-bir psixatrop maddədən istifadə etdiyi üçün ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zaman ifadəsi elan edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən iki ilə yaxındır ki, “şüşə” adlanan psixotrop maddə metamfetamindən istifadə edir. Psixotrop maddə metamfetamini zər kağızında yandırmaqla tüstüsünü qəbul edir. Bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 2022-ci ilin yay aylarında psixotrop maddələrdən istifadə etdiyi üçün tutulmuş və CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bununla bağlı ona elektron nəzarət cihazı tətbiq olunmuşdur. O ara-bir metamfetamindən istifadə edir. Tanımadığı şəxslərdən metamfetamin alıb istifadə edir. 30 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində Lənkəran şəhəri mikrorayon ərazisində tanımadığı şəxsdən 30 manata iki büküm metamfetamin almışdır ki, istifadə etsin. Əvvəllər də həmin şəxsdən bir neçə dəfə metamfetamin almışdır. Aldığı metamfetamini əyilimdə olan şalvarının sağ yan cibində qoymuşdur ki, istifadə edər. Həmin gecənin səhəri metamfetamin bükümlərin birindən azca istifadə etmişdir və qalanıda şalvarının cibində qalmışdır. 01 dekabr 2023-cü il tarixdə, saat 16 radələrində Lənkəran rayonu Göyşaban kəndində evin yaxınlığında küçə ilə gedərkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu demişlər və onu Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinə dəvət etmişlər. O heç bir etiraz etməyib avtomobillə polis əməkdaşları ilə birlikdə bölməyə gəlmişdir. Orada ona şübhəli şəxs kimi tutulduğunu elan edib, vəkillə təmin olunmuşdur. O təhqiqatçı, polis mayoru Mahir Şahbazbəyli tərəfindən tutulmuşdur. Üzərinə videoçəkilişlə şəxsi axtarış keçirtməyə başlamışdır. Polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya digər qanunla qadağan edilmiş əşya varsa təqdim etsin. O əynində olan şalvarının sağ yan cibində saxladığı iki büküm metamfetamini və şalvarının sol cibində olan elektron nəzarət cihazını təqdim etmişdir. Polis əməkdaşı üzərinə şəxsi axtarış keçirtmişdir. Üzərindən başqa heçnə aşkarlanmamışdır. Elektron nəzarət cihazını ona qaytarmışdır. Üzərindən aşkar olunaraq götürülmüş iki büküm metamfetamini elektron tərəzidə çəkmişlər və çəkisi 0,82 qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş iki büküm metamfetamini bir zərfə qoyub bağlamışlar və möhürləmişlər. Həmin zərfin üstünü o və vəkili imzalamışlar. Bundan sonra protokol tərtib edilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Tutduğu əməldən son dərəcə peşmandır. Psixotrop maddəni qəbul etməklə cinayət törətdiyini başa düşür, o narkotik maddələri və psixotrop maddələri heç vaxt satmamışdır. Psixotrop maddələrdən istifadə etməyi bədənində olan ağrılarla bağlıdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, şəxsi axtarış keçirilməsi haqqında protokol, videoçəkilişə dair disk, götürülmüş maddi sübut, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri, habelə iş materiallarında olan digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-də cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. 01 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə məlumat əldə etmişdir. Onun cinayətkar hərəkətlərini müəyyən edib, ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün raportla Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin rəisinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə bölmənin rəisi tərəfindən əməliyyat qrupu yaradılmış, təsdiq edilmiş 01 dekabr 2023-cü il tarixli qərarə əsasən o Lənkəran ŞRPŞ- ııiıı Liman PB-nin polis nəfərləri polis serjantları Şahid2 və Şahid3 Məhəbbət oğlu ilə birlikdə əməliyyataxtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. 01 dekabr 2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Göyşaban kəndində yol ilə piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu, narkotik vasitələrin üzərində gəzdirməsində və istifadə etməsində şübhəli olduğunu demişlər. Bu səbəbdən Təqsirləndirilən şəxs bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və bu səbəbdən də, onu avtomobillə Lənkəran ŞRPŞ-nin Liman PB-nə gətirmişlər. Təqsirləndirilən şəxs bölməyə gətirildikdən sonra müdafiəçi ilə təmin olunmuş və Lənkəran ŞRPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru Mahir Şahbazbəyli tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt polis nəfəri Şahid3 tərəfindən mobil telefonla çəkiliş aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, predmet və narkotik vasitə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər 2 büküm kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1 ədəd elektron nəzarət cihazını çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən başqa heç bir qanunsuz əşya, psixotrop maddə və narkotik vasitə aşkarlanmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, çəkisi 0,82 qram olmuşdur. Daha sonra həmin metamfetamin bənzər kütlələr bir zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, zərfin üstü imzalarla təsdiq edilmişdir. 1 ədəd elektron nəzarət cihazı Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bükümlərdə psixotrop maddə metamfetamin vardır, ona məxsusdur və şəxsi istifadəsi üçüıı üzərində saxlamışdır. Həmin metamfetamini 30 noyabr 2023-cü il tarixdə Lənkəran şəhərində özü qəbul etmək üçün almış və sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Bu barədə baş təhqiqatçı polis mayoru Mahir Şahbazbəyli tərəfindən protokol tərtib edilmiş, doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin iki bükümdə psixotrop maddə metamfetamini konkret olaraq kimdən alması barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs deməsinə görə həmin metamfetamini tanımadığı şəxsdən almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis nəfərləri Şahid2 və Şahid3 Məhəbbət oğlu, Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişlər. İşdə olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olmuş şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümlərdə ümumi 0,82 qram psixotrop maddə metamfetamini çıxarıb təqdim etmiş və həmin psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, istifadəsi üçün üzərində gəzdirdiyini göstərmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizanın xx.xx.2023-cü il tarixli, 19/1024 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,413 qr; -0,318 qram: ümumi təmiz çəkisi : -0,731 qram olan ağ rəngli kristallardan ibarət maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqatdan sonra heroinin qalığı 0,631 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil eləyir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 04 dekabr 2023- cü il tarixli, 1069 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan əməliyyat tapşırığın cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində, Bərdə rayonu Tağılar kəndində qeydiyyatda olmaqla, Lənkəran rayonu Göyşabaıı kəndində yaşayan Təqsirləndirilən şəxs oğlunun narkotik vasitələrin və psixotrop maddələrin istifadə etməsi barədə əməliyyat məlumatları əldə edilmişdir. Şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X2 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Nağıyev X3 rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2021 -ci ildə cəzas müddəti başa çatmışdır. Bundan sonra o, Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm icra olunmasından ötrü xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Probasiya İdarəsindən Lənkəran Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və cəzası xx.xx.2022-ci il tarixdən hesablanmışdır. O Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyi üçün barəsində Lənkəran Rayon Məhkəməsinin 4(049)-320/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetməııin əvvəli xx.xx.2023-cü il tarixdən başlanmışdır. O, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi cəzasının 01 il 01 ay 06 gününü çəkmiş, cəzasının çəkilməmiş 01 il 10 ay 20 günü qalmışdır. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. İşdə olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, qalıq çəkisi 0,631 qram olan psixatrop maddə olan metamfetamin saxlanması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi və şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD diskin isə iş materiallarında saxlanılması qərara alınmışdır. İşdə olan xasiyyətnamə və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və onun xx.xx.2013-cü il təvəllüdlü Səfavə xx.xx.2017-ci il təvəllüdlü Yusif adlı iki oğlu vardır. Beləliklə, məhkəmə tədqiq edilmiş şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixatrop maddə əldə edib özündə saxlaması və daşıması kifayət qədər sübuta yetmişdir. Buna görə də məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirkar şəxsin islah olunmasına və ailəsinin həyait şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqların olmasını, 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlinə görə peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını və ailənin yeganə gəlir gətirən şəxsi olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Həmin hökm qanuni qüvvəsini almışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Lənkəran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 90 saylı cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hökm və hakimin göstərişi xx.xx.2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsindən Lənkəran rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, məhkumun ölkədən getmək hüququ həmin tarixdə müvəqqəti məhdudlaşdırılmış, onun cəzası xx.xx.2022-ci il tarixdən başlanmışdır. O, CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qisdmində cəlb edildiyi üçün onun barəsində Lənkəran Rayon Məhkəməsinin 4(049)- 320/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən başlanmışdır. Təqsirləndirilən şəxs cəzasının xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək 01 il 01 ay 06 gününü çəkmiş, cəzasının çəkilməmiş 01 il 10 ay 20 günü qalmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş əvvəlki cəza azadlıqdan məhrum etmə ilə əlaqədar olmadığından onun tərəfindən hazırki iş üzrə yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Bu zaman CM-nin 68.1.1-1-ci -ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, CM-nin 68.1.1-1-ci -ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza CM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən toksikomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan ümumi qalıq çəkisi 0,631 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk isə iş materiallarına saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ekspertiza dəyərini təşkil edən 65 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökm üzrə təyin edilmiş və çəkilməmiş 01 il 10 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla 11 ay 10 gün azadlıqdan məhrumetmə cəzası həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq cəza müddətində Təqsirləndirilən şəxs toksikomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan ümumi qalıq çəkisi 0,631 qram olan psixatrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-94/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-94/2024
04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver