Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-94/2025 19.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 12:30 xx xxxxxxxx 1978-ci ildə Lənkəran rayonu, Separadi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Lənkəran rayonu Separadi kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 07 fevral 2025-ci il tarixdə Lənkəran şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,193 qram ağ rəngli kristallardan ibarət xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər-Rayon Polis şöbəsinın əməkdaşlarının 07 fevral 2025-ci il tarixdə keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin gün saat 17:20 radələrində Lənkəran şəhəri, Səttarxan küçəsində saxlanılaraq, orada üstü yoxlanılarkən həmin 1 ədəd bükümdə ümumi 0,193 qram çəkidə olan xeyli miqdarda psixotrop maddə metamfetamin əynində olmuş qış gödəkçəsinin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərdi ki, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Məhkum olunmamışdır. Heç bir yerdə işləmir, İİİ qrup əlil olduğundan təqaüd alır. Təxminən 1 ilə yaxındır ki, “şüşə” adlanan metamfetamindən istifadə edir. Psixotrop maddə metamfetami zər kağızında yandırmaqla tüstüsünü qəbul edir. Psixotrop maddə metamfetamini Lənkəran şəhərində tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Adətən psixotrop maddə metamfetamini Lənkəran şəhəri “kiçik bazar” adlanan ərazidən almışdır. 07 fevral 2025-ci il tarixdə, saat təxminən 15 radələrində psixotrop maddə metamfetamin almaq üçün Lənkəran şəhərinə gəlmiş, Lənkəran şəhəri, “kiçik bazar” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata 1 bükümdə gümüşü kağıza bükülmüş şüşə adlanan psixotrop maddə olan metamfetamini almışdır. O, həmin şəxsdən əvvəllər də bir neçə dəfə psixotrop maddə almışdır. Psixotrop maddə metamfetamini alandan sonra kənara çəkilib həmin metamfetamindən bir qədər istifadə etmiş və qalanını da əynində olan qış gödəkçəsinin sol qoltuq cibinə qoymuşdur. Həmin gün saat təxminən 17 radələrində Lənkəran şəhəri, Səttarxan küçəsi ilə piyada Ş.Xiyabanına doğru gedib, avtobusla Lənkəran rayonu Veravul kəndinə getmək məqsədi ilə dayanacağa Lənkəran şəhəri, Səttarxan küçəsi ilə piyada gedən zaman bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edib Lənkəran ŞRPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları videoçəkiliş aparmaqla ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib üzərində narkotik vasitə olduğu halda təqdim etməsini təklif etmişlər. Həmin vaxt o da buna etiraz etməyərək əynində olan qış gödəkçəsinin sol qoltuq cibindən, siqaretin gümüşü rəngli kağızına bükülmüş metamfetamini, 1 ədəd bir kart bank kartını, özünə, arvadına və uşağına məxsus şəxsiyyət vəsiqələrini, 1 ədəd alışqanı, cibində olan kağızları və gödəkçəsinin cibindən özünə məxsus 1 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Telefonda özünə məxsus olan ***-***-**-** saylı mobil nömrə olmuşdur. Sonra mülki geyimdə olan polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və heç nə aşkarlanmamışdır. Polis əməkdaşları onun təqdim etdiyi metamfetamin bükümünü elektron tərəzidə çəkmişlər və çəkisi 0,29 qram olmuşdur. Həmin bükümü qablaşdırılaraq götürülmüş, arvadı və uşağının şəxsiyyət vəsiqələrini, kağız sənədlərini, alışqanı isə onun özünə qaytarmışlar. Lakin mobil telefonu və onun şəxsiyyət vəsiqəsini ondan götürmüşlər. Yağış yağmağa başladığı üçün polis əməkdaşları orada protokol tərtib edə bilməmişlər və onu şöbəyə gətirib protokol tərtib etmişlər. O da protokolu imza etmişdir. Sonra onu vəkillə təmin edib şübhəli şəxs qismində tutmuşlar. Təhqiqatçı onu dindirmiş və o da, olanları bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, himayəsində üç uşağının olmasını, İİİ qrup əlil olmasını nəzərə alıb ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis polkovnik-leytenantıdır. 07 fevral 2025-ci il tarixdə Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin üzərində gəzdirməsi və qəbul etməsi barədə məlumat əldə etmiş, sonra Təqsirləndirilən şəxs hərəkətlərini müəyyən edib, ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün raportla Lənkəran ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirləri keçirilməsi barədə şöbənin rəisi tərəfindən əməliyyat qrupu yaradılmış, təsdiq edilmiş 07 fevral 2025-ci il tarixli qərara əsasən o, Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2 və polis mayoru Şahid3 ilə birlikdə əməliyyataxtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. 07 fevral 2025-ci il tarixdə, saat 17 radələrindən Təqsirləndirilən şəxs ola biləcəyi yerləri müşahidəyə götürmüşlər və həmin gün, saat 17:20-də Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Səttarxan küçəsində piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərinin polis əməkdaşları olduqları, narkotik vasitələrin və psixotrop maddələrin üzərində gəzdirməsində və istifadə etməsində şübhəli olduğunu və bu səbəbdən üzərini yoxlayacaqlarını bildirmişlər. Sonra onlar videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirməyə başlamışlar. Əməliyyat müvəkkili Şahid3 tərəfindən mobil telefonla çəkiliş aparılmış, Təqsirləndirilən şəxs küçədə saxladıqdan sonra elə həmin yerdə videoçəkilişlə üzərinə baxış keçirməklə yoxlamağa başlamışlar. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, predmet və narkotik vasitə olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan qış gödəkçəsinin sol iç cibindən bir büküm siqaretin gümüşü kağızına bükülmüş, içərisində psixotrop maddə metamfetaminə bənzər kütləni, 1 ədəd alışqanı, özünə məxsus şəxsiyyət vəsiqəsini, arvadına və uşağına məxsus 2 ədəd şəxsiyyət vəsiqələrini, 1 ədəd "xxxx" ASC-yə məxsus “bir kart” kartını və bir neçə kiçik ölçüdə qəbz kağızlarını və gödəkçəsinin digər cibində olan 1 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra, onlar Təqsirləndirilən şəxs üzərinə təkrar baxış keçirmişlər və Təqsirləndirilən şəxs üzərinə baxış keçirən zaman onun üzərindən heç nə aşkarlanmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə olan psixotrop maddə, metamfetamninə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 0,29 qram olmuşdur. Daha sonra həmin metamfetaminə bənzər kütlə bir zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, hava yağışlı oduğundan zərfin üstünü imzalamaq və protokol tərtib etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş alışqan, arvadına və uşağına məxsus şəxsiyyət vəsiqələri, 1 ədəd “bir kart” kartı və qəbzlər özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi isə götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə “şüşə” adlanan metamfetamindir, özünə məxsusdur, həmin metamfetamini istifadə etməkdən ötrü Lənkəran şəhərində xəstəxana ətrafında tanımadığı şəxsdən 10 manata alaraq üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdən sonra onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsində zərfin üstü imzalanmış, həmçinin bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə dair çəkilişi bir ədəd diskə köçürərək raport və materialla birlikdə təhqiqatçıya vermişlər. Təqsirləndirilən şəxs şöbədə müdafiəçi ilə təmin olunmuş və şöbənin baş təhqiqatçısı polis mayoru Mircan Quliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin bir bükümdə psixotrop maddə metamfetamini kimdən alması müəyyən edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş digər şahidlər Lənkəran ŞRPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2 və polis mayoru Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2025-ci il tarixdə saat 17:20-də şübhəli şəxs qismində tutulmuşdur. 07 fevral 2025-ci il tarixli, “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olmuş gödəkçəsinin sol iç cibindən bir ədəd kağız bükümdə ümumi 0,29 qram psixotrop maddə metamfetamini çıxarıb təqdim etmiş və həmin psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, istifadəsi üçün üzərində gəzdirdiyini göstərmişdir. Keçirilmiş şəxsi axtarış videokamera vasitəsi ilə çəkilmış və video görüntü 1 ədəd DVD diskə köçürülməklə cinayət işinə əlavə edilmişdir. 07 fevral 2025-ci il tarixli, “təqdim olunan əşyaya baxış keçirilməsi və götürülmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd zərfdə, bir bükümdə psixotrop maddə metamfetaminə baxış keçirilərərk götürülmüşdür. Təqdim olunan əşyaya baxış keçirilməsi videokamera vasitəsi ilə çəkilmış və video görüntü 1 ədəd DVD diskə köçürülməklə cinayət işinə əlavə edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 08 fevral 2025-ci il tarixli, 19/49 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış 1 ədəd bükümdə metamfetaminə bənzər kütlə...” sözləri və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: 0,193 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 10 fevral 2025-ci il tarixli, 62 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nın yanında DSMF-nın təqdim etdiyi arayışa əsasən İİİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibbi ekspertizasının 10 fevral 2025-ci il tarixli, 98 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. “Qətimkan tədbiri seçmə haqqında” 09 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2025-ci il tarixdə, saat 17:20-də saxlanıldığı tutmadan 09 fevral 2025-ci il tarixdə, 16:00-da azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 12 fevral 2025-ci il tarixli, 137 №-li arayışından görünür ki, Məmmədov X3 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. Lənkəran ŞİHB-nin Separadi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Məmmədov X3 rayonu, Separadi kəndində arvadı X4, uşaqları – xx.xx.2004-cü il təvəllüdlü X1, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X5 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Sübutların qiymətləndirilməsi haqqında 15 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə ümumi 0,193 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,143 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi subutların saxlama kamerasına təhvil verilmiş, 02 ədəd DVD-R disk cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadəsinə, ekspertiza rəylərinə və işin digər materallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarının 4-cü bəndinə əsasən, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qərarın 5-ci bəndinə əsasən, Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 5 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını, İİİ dərəcə əlilliyi olmasını, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilmədi. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 07 fevral 2025-cü il tarixdən 09 fevral 2025-ci il tarixədək həbsdə olduğu 2 gün müddət - bir günə iki gün hesablanmaqla, 4 gün müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci olan 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi subutların saxlanma kamerasında saxlanılan, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,143 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 2 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 fevral 2025-ci il tarixdən 09 fevral 2025-ci il tarixədək 2 gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 4 gün cəza müddətindən çıxılmaqla onun üzərində 1 (bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran rayonu, Separadi kəndində olan ünvanı təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi subutların saxlanma kamerasında saxlanılan, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,143 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 2 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-94/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-94/2025
19.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver