Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-95/2024 16.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 11.45 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X1 iştirakları ilə xx xxxxxx 1967-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu,Göyşaban kəndində qeydiyyatda olmaqla yaşayan, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 2023-cü ilin noyabr ayında, Lənkəran şəhəri “kiçik bazar” adlanan ərazidə məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda, beş ədəd sellofan bükümdə, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,145 qram, 0,172 qram, 0,189 qram, 0,155 qram, 0,144 qram, ümumi təmiz çəkisi 0,805 qram olan psixotrop maddə metafetamini əldə edib üzərində saxlayaraq daşımış, 15 noyabr 2023-cü il tarixdə, saat 14:00 dəqiqədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Liman polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Göyşaban kəndində hərəkətdə olan zaman saxlanılaraq polis bölməsinin ünvanı ünvan 2rində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən qeyd edilən çəkidə və bükümdə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heç vaxt evli olmamışdır, övladı yoxdur. Fəhləliklə məşğul olmaqla özünü dolandırır. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmişdir, 4 ay olar ki, cəzaçəkmə müəssisəsindən azadlığıa buraxılmışdır. Psixotrop maddə metamfetamindən ilk dəfə 15 il qabaq istifdə etmişdir. Metamfetamini «Lənkəran şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən alırmış. 15 noyabr 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran rayonu, Göyşaban kəndində olarkən polis əməkdaşları onu polis bölməsinə dəvət etmiş və o, da razılaşaraq getmişdir. Polis bölməsində ona psixotrop maddəni üzərində olmasına dair ifadə verməsini bildirmişlər, o, da qorxaraq polis əməkdaşlarının bildirdiyi kimi ifadə vermiş və ifadələrə imza etmişdir. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və cinayət işinin 105-107-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, heç vaxt evli olmamışdır, övladı yoxdur. Fəhləliklə məşğul olmaqla özünü dolandırır. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmişdir, 4 ay olar ki, cəzaçəkmə müəssisəsindən azadlığıa buraxılmışdır. Psixotrop maddə metamfetamindən ilk dəfə 15 il qabaq istifdə etmişdir. Metamfetamini «Lənkəran şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən alırmış. Sonuncu dəfə 15 noyabr 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri “kiçik bazar” adlanan əraziyə gəlmişdir. Orada əvvəllər bir neçə dəfə psixotrop maddə aldığı, şəxsiyyəti haqqında hər hansı bir məlumata malik olmadığı şəxsə yaxınlaşmış və həmin şəxsdən şəxsi istifadəsi üçün beş büküm psixotrop maddə metafetamin alıb şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün günorta saatlarında Lənkəran rayonu Göyşaban kəndində evi istiqamətində hərəkətdə olarkən üç şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini polis bölməsinin əməkdaşı kimi təqdim etmişlər. Həmin şəxslərdən biri ona narkotik vasitələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatı olduğunu deyib onu Liman polis bölməsinin inzibati binasına dəvət etmişdir. O da həmin şəxslə razılaşaraq polis bölməsinin inzibati binasına gəlmişdir. İnzibati binada onu otaqlardan birinə aparmışlar, Emil Baxışov adlı polis əməkdaşı ona şübhəli şəxs qismində tutulduğunu elan etmiş, vəkillərin siyahısını ona təqdim etmiş və oradan hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyini istəmişdir. O da Müdafiəçi adlı vəkilin dəvət edilməsini istəmişdir. Vəkil bölməyə gələndən sonra videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya olub-olmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. O da sağ yan cibimdə olan beş ədəd bükümdən dördünü çıxarıb masa üzərində qoymuşdur. Təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilmiş, həmin cibdə olan bir ədəd büküm də polis əməkdaşı tərəfindən aşkar edilmişdir, bundan başqa üzərindən hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və çəkisi 1,13 qram olmuşdur. Bundan sonra təhqiqatçı həmin bükümləri qablaşdırmış, üzərində imza etmişlər. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin bükümlərin içərisində psixotrop maddə metafetamin var, şəxsi istifadəsi üçün 20 manat qarşılığında Lənkəran şəhəri “kiçik bazar” adlanan ərazidə almışdır. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ Liman polis bölməsinin sabiq cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat icraatına daxil olmuş, bundan sonra əməliyyat qrupu yaradılmışdır. Qrupun tərkibinə polis nəfərləri Şahid2 və Şahid3 daxil edilmişdir. 15 noyabr 2023-cü il tarixdə, saat 14 radələrində Lənkəran rayonu Göyşaban kəndində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs piyada hərəkətdə olarkən aşkar etmişlər. Ceyhuna yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək Təqsirləndirilən şəxs yaxınlaşmaqlarının səbəbini izah etmişlər. Bildirmişlər ki, barəsində daxil olmuş məlmatların icrası ilə əlaqədar olaraq üzərində şəxsi axtarış keçirilməli və onarla birlikdə şöbənin inzibati binasına getməlidir. Ceyhun da onlarla gəlməyə razılıq vermişdir. Bölməyə gələnə qədər olan qısa müddət ərzində Ceyhunu nəzarətdə saxlamışlar ki, üzərində ola biləcək qanunsuz predmetləri harasa atmaq imkanı olmasın. İnzibati binada Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməsini təklif edildikə Ceyhun da əynində olan şalvarın sağ yan cibindən 4 ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Ceyhunun sağ yan cibindən bir ədəd büküm aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş bükümlərdə psixotrop maddə metamfetamindir, şəxsi istifadəsi üçün Lənkəran şəhəri “kiçik bazar” ərazisində tanımadığı şəxsdən almışdır. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ Liman polis bölməsinin polis nəfəridir. Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat şöbənin əməliyyat müvəkili Şahid1 icraatına daxil olmuş, bundan sonra əməliyyat qrupu yaradılmışdır. Qrupun tərkibinə polis nəfərləri o və Şahid3 daxil edilmişdir. 15 noyabr 2023-cü il tarixdə, saat 14 radələrində Lənkəran rayonu Göyşaban kəndində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs piyada hərəkətdə olarkən aşkar etmişlər. Ceyhuna yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək Təqsirləndirilən şəxs yaxınlaşmaqlarının səbəbini izah etmişlər. Bildirmişlər ki, barəsində daxil olmuş məlmatların icrası ilə əlaqədar olaraq üzərində şəxsi axtarış keçirilməli və onarla birlikdə şöbənin inzibati binasına getməlidir. Ceyhun da onlarla gəlməyə razılıq vermişdir. Bölməyə gələnə qədər olan qısa müddət ərzində Ceyhunu nəzarətdə saxlamışlar ki, üzərində ola biləcək qanunsuz predmetləri harasa atmaq imkanı olmasın. İnzibati binada Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməsini təklif edildikə Ceyhun da əynində olan şalvarın sağ yan cibindən 4 ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Ceyhunun sağ yan cibindən bir ədəd büküm aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş bükümlərdə psixotrop maddə metamfetamindir, şəxsi istifadəsi üçün Lənkəran şəhəri “kiçik bazar” ərazisində tanımadığı şəxsdən almışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ liman polis bölməsinin polis nəfəridir. Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat şöbənin əməliyyat müvəkili Şahid1 icraatına daxil olmuş, bundan sonra əməliyyat qrupu yaradılmışdır. Qrupun tərkibinə polis nəfərləri o və Şahid2 daxil edilmişdir. 15 noyabr 2023-cü il tarixdə, saat 14 radələrində Lənkəran rayonu Göyşaban kəndində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs piyada hərəkətdə olarkən aşkar etmişlər. Ceyhuna yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək Təqsirləndirilən şəxs yaxınlaşmaqlarının səbəbini izah etmişlər. Bildirmişlər ki, barəsində daxil olmuş məlmatların icrası ilə əlaqədar olaraq üzərində şəxsi axtarış keçirilməli və onarla birlikdə şöbənin inzibati binasına getməlidir. Ceyhun da onlarla gəlməyə razılıq vermişdir. Bölməyə gələnə qədər olan qısa müddət ərzində Ceyhunu nəzarətdə saxlamışlar ki, üzərində ola biləcək qanunsuz predmetləri harasa atmaq imkanı olmasın. İnzibati binada Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməsini təklif edildikə Ceyhun da əynində olan şalvarın sağ yan cibindən 4 ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Ceyhunun sağ yan cibindən bir ədəd büküm aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş bükümlərdə psixotrop maddə metamfetamindir, şəxsi istifadəsi üçün Lənkəran şəhəri “kiçik bazar” ərazisində tanımadığı şəxsdən almışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, sonuncu fəhlə işləyir. 15 noyabr 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran rayonu, Göyşaban kəndində “Vaz” markalı yolun digər tərəfində avtomobil dayanmış və Təqsirləndirilən şəxs həmin avtomobilə əyləşib getmişdir. Lakin hansı istiqamətə getdiyini bilməmişdir. Həmin avtomobildə polis geyimində bir nəfər də olmuşdur. Bir neçə gün sonra isə Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, sonuncu fəhlə işləyir. 15 noyabr 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran rayonu, Göyşaban kəndində “Vaz” markalı yolun digər tərəfində avtomobil dayanmış və Təqsirləndirilən şəxs həmin avtomobilə əyləşib getmişdir. Lakin hansı istiqamətə getdiyini bilməmişdir. Həmin avtomobildə polis geyimində bir nəfər də olmuşdur. Bir neçə gün sonra isə Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuşdur. 15 noyabr 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran rayonu, Göyşaban kəndində “Vaz” markalı yolun digər tərəfində avtomobil dayanmış və Təqsirləndirilən şəxs həmin avtomobilə əyləşib getmişdir. Lakin hansı istiqamətə getdiyini bilməmişdir. Həmin avtomobildə polis geyimində bir nəfər də olmuşdur. Bir neçə gün sonra isə Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, sonuncu fəhlə işləyir. 15 noyabr 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran rayonu, Göyşaban kəndində “Vaz” markalı yolun digər tərəfində avtomobil dayanmış və Təqsirləndirilən şəxs həmin avtomobilə əyləşib getmişdir. Lakin hansı istiqamətə getdiyini bilməmişdir. Həmin avtomobildə polis geyimində bir nəfər də olmuşdur. Bir neçə gün sonra isə Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Cinayət işinin 14-15-ci vərəqlərində olan və məhkəmədə elan edilməklə araşdırılmış protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2023-cü il tarixdə, saat 14:00-da saxlanılmış, həmin gün saat 14.15-də tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 54-65-ci vərəqlərində olan və məhkəmədə elan edilməklə araşdırılmış 16 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, və həmin tarixdə saat 16:00-da tutulmadan azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 31-32-ci vərəqlərində olan və məhkəmədə elan edilməklə araşdırılmış 15 noyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD disk olan videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsr şalvarının sağ yan ilkin çəkisi 1,13 qram olan beş ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdılaraq götürülmüş, Təqsirləndirilən şəxs psixotrop maddəni ona məxsus olmasını etiraf etmişdir. Cinayət işinin 46-49-cu vərəqlərində olan və məhkəmədə elan edilməklə araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 15 noyabr 2023-cü il tarixli, 19/1010 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində C. Fərziyevdən aşkar edilmiş kütlələr....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 5 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 0,145 qram və 0,172 qram, 0,189 qram, 0,155 qram, 0,144 qram, ümumi təmiz çəkisi 0,805 qram olan ağ rəngli kirstallardan ibarət olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidir. Cinayət işinin 71-ci vərəqində olan və məhkəmədə elan edilməklə araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 23-cü il tarixli 1051 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2022-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Cinayət işinin 74-75, 88-90-cı vərəqində olan və məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 01(049)- 380/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadələrini cinayət işi üzrə məhkəmədə müəyyən olunan, habelə ittiham tərəfinin təqdim etdiyi sübutlardan əlavə olaraq müdafiə tərəfinin vəsatəti ilə təmin edilmiş sübutlara əsasən hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadələr iş üzrə məhkəmədə müəyyən olunan hallarla üst-üstə düşmədiyinə iş üzrə sübut kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi obyektiv həqiqəti müəyyən etməyə imkan verdiyi üçün məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı da verdiyi ifadəsini daha mötəbər sübut qismində qəbul edərək ittihamın həll edilməsi üçün kifayət edən sübut kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin polis tərəfindən hədə-qorxuya məruz qalmasına dair məhkəmə bildirir ki, təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı həbslə əlaqəli olmayan qətimkan tədbiri (başqa yerə getməmək haqqında iltizam) seçilmiş, ibtidai istintaq 15 noyabr 2023-cü il tarixdən 05 fevral 2024-cü il tarixədək, yəni üç aya yaxın davam etmişdir və bu müddət ərzində təqsirləndirilən şəxs sərbəst hərəkət etmək imkanına malik şəxs kimi ona qarşı edilmiş hüquq pozuntusu, indiki halda polis tərəfindən psixi, fiziki təsirə məruz qalması ilə bağlı hər hansı ərizə və ya şikayətlə heç bir orqana şikayət etməmişdir. İş materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və cəzasını çəkmişdir. Göstərilənlərə baxımından, yəni təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı sərbəst hərəkət edə bilmək imkanının olması, əvvəllər də məhkumluq həyatı yaşadığından şikayət etmək kimi hüququnun olması barədə məlumatlı olan şəxs kimi belə hərəkətlər etməməsi məhkəmə tərəfindən hüquqdan sui-istifadə kimi qəbul edilməklə, hazırda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı hədə qorxuya və fiziki təsirə məruz qalması ilə bağlı bildirdikləri inandırıcı olmamaqla yanaşı ağlabatan da hesab olunmur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahidlərin ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hal hazırkı iş üzrə ittihamın həlli üçün hər hansı əhəmiyyət kəsb etmədiyi üçün sübut qismində qiymətləndirilə bilməz. Belə ki, ifadələrdən təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi, habelə hədəqorxuya məruz qalması ilə bağlı hər hansı hal müəyyən edilmədi. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş və 21 noyabr 2023-cü il tarixdə edilmil dəyişliyə əsasən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahının İİ siyahının 118-cü sırasına əsasən 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamin miqdarı 0.805 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, əldə edilməklə saxlanılmış psixotrop maddənin miqdarını, narkomaniyadan əziyyət çəkməsini, habelə əvvəllər də eynicinsli cinayət törətməsinə görə məhkum edilməklə cinayəti məhkumluğu ödənilmədən törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində 15 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək tutulduğu 2 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.655 qram qalıq çəkisi olan metamfetamin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 60 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 15 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.655 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-95/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-95/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver