Məhkəmə qərarları › İş №1(049)-95/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-95/2025

26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-95/2025 26.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15.40 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1970-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməmişdir. Belə ki, 06 dekabr 2003-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 (bir yüz) manat məbləğində alimentin tutulub Zərərçəkmiş şəxs verilməsinə dair Masallı Rayon Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli, 2(050)- 3001/2018 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2021-ci il tarixdə 12 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2022-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək Zərərçəkmiş şəxs 3400 (üç min dörd yüz) manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2000-ci ildə evlənmişlər. Birgə nikahdan 06 dekabr 2003-cü ildə Nicat doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Masallı Rayon Məhkəməsinin qətnaməsinə əsasən cavabdeh kimi ondan 100 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Aliment borclarını vaxtında ödəmədiyindən dəfələrlə icra şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən Lənkəran Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcunu ödəməyi barədə bildiriş verilmişdir. Hazırda fəhlə işləyir. Qazancını özünə xərcləyir. Qətnamə üzrə aliment borcundan Tahirəyə ödəniş etməmişdir. O, sonra yeni ailə qurmuş və hazırda uşağı var. Alimenti ödəməyə imkanı çatmır. Hazırda oğlu hərbi xidmətdədir. Əgər ona vaxt verilsə, borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2000-ci ildə evlənmişlər. Birgə nikahdan 06 dekabr 2003-cü ildə Nicat doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışdır. Faktiki olaraq ayrı yaşadıqları müddətdə Rəhim uşağı ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Odur ki, nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 08 iyul 2010-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 06 dekabr 2003-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Uşaq artıq böyüdüyündən və xərcləri çoxaldığndan, Təqsirləndirilən şəxs isə könüllü olaraq uşağın saxlanmasında ona maddi köməklik etmədiyindən alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən qeyd olunan alimentin miqdarı artırılaraq 06 dekabr 2003-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay 100 (bir yüz) manat məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Təqsirləndirilən şəxs fəhlə işləyir, aylıq təxminən 450 (dörd yüz əlli) manat qazanc əldə edir. Lakin qazancını özünə xərcləyir, uşağın saxlanması üçün ona maddi yardım göstərmir. Uşaq böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşağın zəruri xərclərini ödəməkdə çətinlik çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsə də, nəticəsi olmamışdır. İcra məmurlarının dəfələrlə bildirişlər verməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Təqsirləndirilən şəxs aliment borcundan ödəniş etməmişdir. Maddi vəziyyəti aşağı olduğundan aliment borcunu tam tələb edir, əgər borcunu tam ödəməzsə təqsirləndirilən şəxsin həbs edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin rəis müavini işləyir. Masallı Rayon Məhkəməsinin 2(050)-3001/2018 nömrəli, 29 noyabr 2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2003-cü il təvəllüdlü oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq hər ay 100 manat məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. Göstərilən icra vərəqəsi xx.xx.2019-ci il tarixdə Lənkəran rayon İcra və probasiya şöbəsinin icraatına, hazırda digər yerdə işləyən icra məmuru Şahid1 icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Görülmüş məcburi icra tədbirləri nəticəsində borclunun mülkiyyətində heç bir əmlak və gəlir aşkar olunmamışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə xəbardarlıq olunmasına baxmayaraq o, icra sənədini tam icra etməkdən yayınmışdır. Borclu Lənkəran Rayon Məhkəməsinin 3(049)-725/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi təqsirli bilinərək 12 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 8(049)- 237/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Nəcəfov X6 Rayon Məhkəməsinin 2(050)-3001/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsini ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyətli elan olunmaqla rəsmi xəbardarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmişdir. Onun əməlində qərəzlilik müşahidə olunmuşdur. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2021-ci tarixində Lənkəran rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borclunun ona bu günə qədər heç bir aliment ödəmədiyini, borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs indiyədək heç bir aliment borcu ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış qətnaməni qərəzli olaraq icra etmədiyi üçün barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması üçün Ədliyyə Nazirliyini İsintaq idarəsinə təqdimat verilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru işləyir. Masallı Rayon Məhkəməsinin 2(050)-3001/2018 nömrəli, 29 noyabr 2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2003-cü il təvəllüdlü oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq hər ay 100 manat məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. Göstərilən icra vərəqəsi Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 icraatına daxil olmuşdur. Borclu Lənkəran Rayon Məhkəməsinin 3(049)-725/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi təqsirli bilinərək 12 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Onun əməlində qərəzlilik müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs indiyədək heç bir aliment borcu ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış qətnaməni qərəzli olaraq icra etmədiyi üçün barəsində CM-in 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması üçün Ədliyyə Nazirliyini İsintaq idarəsinə təqdimat verilmişdir. Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 69-71-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 2(050)- 3001/2018 nömrəli, 29 noyabr 2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2003-cü il təvəllüdlü oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq hər ay 100 manat məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. Göstərilən icra vərəqəsi xx.xx.2019-ci il tarixdə Lənkəran rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Görülmüş məcburi icra tədbirləri nəticəsində borclunun mülkiyyətində heç bir əmlak və gəlir aşkar olunmamışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə xəbardarlıq olunmasına baxmayaraq o, icra sənədini tam icra etməkdən yayınmışdır. Borclu Lənkəran Rayon Məhkəməsinin 3(049)-725/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi təqsirli bilinərək 12 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 8(049)-237/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Nəcəfov X6 Rayon Məhkəməsinin 2(050)-3001/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsini ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyətli elan olunmaqla rəsmi xəbardarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmişdir. Onun əməlində qərəzlilik müşahidə olunmuşdur. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2021-ci tarixində Lənkəran rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borclunun ona bu günə qədər heç bir aliment ödəmədiyini, borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs indiyədək heç bir aliment borcu ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış qətnaməni qərəzli olaraq icra etmədiyi üçün barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması üçün Ədliyyə Nazirliyini İsintaq idarəsinə təqdimat verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Masallı Rayon Məhkəməsinin 2(050)-3001/2018 nömrəli, 29 noyabr 2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2003-cü il təvəllüdlü oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq hər ay 100 manat məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-3001/2018 nömrəli, 29 noyabr 2018-ci il tarixli qətnaməsi üzrə icraata başlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 3(049)-725/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs İXM-in 528.1-ci maddəsi təqsirli bilinərək 12 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 8(049)-237/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən məhkəmə qərar və qərardadları, habelə digər sənədlərlə təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; Həmin Qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84- 2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli, 2(050)-3001/2018 nömrəli icra vərəqəsini icra etməməyə görə inzibati qaydada məsuliyyətə cəlb edilmiş, icra məmuru tərəfindən yeni müddət təyin edilməklə o, icra sənədini üzrsüz icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili tərəfindən tərtib edilmiş xx.xx.2024 və xx.xx.2025-ci il tarixli protokollardan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs həmin tarixlərdə saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş “Qətimkan tədbiri seçmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi ifadələr verməsini, əvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndiri. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, X4 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, eyni xarakterli cinayətin onun tərəfindən yenidən törədilməsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs borcunun aliment borcu olmasını, yəni yetkinlik yaşına çatmayan uşaqların maddi mənafeyi ilə bağlı olmasını, borcun kifayət qədər miqdarda olmasını, hazırda da alimenti ödəmək istəməməsini, xüsusi ilə zərərçəkmiş şəxsin mövqeyini nəzərə alaraq Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 noyabr 2024-cü il tarixdə və 04 mart 2025-ci il tarixədə tutulduğu 2 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 may 2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar