Məhkəmə qərarları › İş №1(049)-96/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-96/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-96/2024 17.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 14:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 Vüqar oğlunun, Müdafiəçilər: Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə xx xxxx 2002-ci il tarixdə Lənkəran rayonu, Göyşaban kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatda olmaqla yaşayan barəsində "başqa yerə getməmək barədə" iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə, xx xxxxxx 2001-ci il tarixdə Lənkəran rayonu, Göyşaban kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində "başqa yerə getməmək barədə" iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1, 03 aprel 2023-cü il tarixdə gecə saat 01 radələrində istifadəsində olan “Vaz 2107” markalı avtomobillə yaşadığı Lənkəran rayonu, Göyşaban kəndində hərəkətdə olarkən taksi fəaliyyəti ilə məşğul olan dostu Şahid4 “Xazar” markalı avtomobilinin onun həmkəndlisi Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığında dayandığını və sonuncuların avtomobilin qarşısında söhbət etdiklərini görüb, avtomobildən düşərək onlara yaxınlaşıb, nə baş verdiyini soruşarkən Zərərçəkmiş şəxs1 Xəyal Abdullazədə ilə gecə vaxtı avtomobili onun yaşadığı məhəllədə saxlaması ilə bağlı söhbət etdiklərin öyrəndikdən sonra Zərərçəkmiş şəxs1 bu hərəkətinə iradını bildirdikdə, sonuncunun ona “ayə” sözü işlətməsini ona qarşı edilmiş hörmətsizlik kimi qəbul edib, orada aralarında baş vermiş 1 dəqiqəlik mübahisənin davamı olaraq, birlikdə söhbət edib aralarındakı münasibətə aydınlıq gətirmək və məsələni sülh yolu ilə həll etmək adı ilə həmin gecə saat 02 radələrində avtomobillə Zərərçəkmiş şəxs1 və həmin vaxt orada olmuş qardaşı Zərərçəkmiş şəxs2 ictimai yer olan yaşadıqları Lənkəran rayonu, Göyşaban kəndinin ərazisindən keçən dəmir yolu xəttinin kənarındakı yarımtikilinin yanına aparıb, orada avtomobildən düşərək Zərərçəkmiş şəxs1 ona dediyi sözü bəhanə edib, hər hansı bir səbəb olmadan müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, cəmiyyətdə qəbul olunmuş birgə yaşayış, ictimai yerdə insanlar arasında bərqərar olmuş davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərini müstəsna dərəcədə etinasızlıq nümayiş etdirməklə pozaraq, öz şəxsiyyətini ictimai yer olan yol kənarında səs-küyə toplaşmış və sonradan ora gəlmiş təxminən 20-25 nəfər insanın şəxsiyyətinin fövqündə qoyub, Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək,yəni sonuncunun ünvanına uca səslə nalayiq ifadələr işlədib,Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək onunla əlbəyaxa olub, sol göz nahiyəsinə qəsdən yumruq zərbələri vurub onu yerə yıxaraq qəsdən təpiklə onun kürək və bel nahiyələrinə vurarkən bunu görən sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 yaxınlaşaraq onları aralamağa və sakitləşdirməyə çalışarkən, bu vaxt orada olan Təqsirləndirilən şəxs2 da, hər hansı bir səbəb olmadan müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, birgə yaşayış, ictimai yerdə insanlar arasında bərqərar olmuş davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərini müstəsna dərəcədə etinasızlıq nümayiş etdirməklə pozaraq, öz şəxsiyyətini ictimai yer olan yol kənarında səs-küyə toplaşmış təxminən 20-25 nəfər insanın şəxsiyyətinin fövqündə qoymaqla, münaqişəyə qoşulub onunla bir qrup şəxs halında birləşərək, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərini birlikdə davam etdirərək, yəni müqavimət göstərməklə, əraziyə toplaşmış insanların əhatəsində əvvəlcə qrup üzvü Təqsirləndirilən şəxs2 ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs2 üzərinə hücum edib, onun ünvanına uca səslə nalayiq ifadələr işlədib, yumruğu ilə onun sağ göz nahiyəsinə qəsdən vuraraq Zərərçəkmiş şəxs2, yerə yıxdıqdan sonra, hər ikisi uca səslə yerdə uzanıqlı qalmış zərərçəkmiş şəxslərin ünvanına nalayiq ifadələr işlədib, bu qərəzli hərəkətlərini ümumilikdə 10-15 dəqiqə ərzində davam etdirərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sifət, kürək və bel nahiyələrinə qəsdən yumruq və təpiklə zərbələr vurmaqda davam edərək, hər ikisinin vahid qəsdi ilə əhatə olunan ümumilikdə Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol göz almasına yayılmış qansızma, alın, sol göz qapağı-gözaltı nahiyələrində qançırlar-hematoma və sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən sol kürək, onurğa sütununun döş və bel şöbələrində və bel nahiyələrində sıyrıqlar və Zərərçəkmiş şəxs2 sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən bel nahiyəsində sıyrıq və sağ üst göz qapağı nahiyəsində qançırdan ibarət xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edilməsi və ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs2 zor tətbiq edilməklə müqavimət göstərilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2, 03 aprel 2023-cü il tarixdə gecə saat 02 radələrində yaşadığı Lənkəran rayonu, Göyşaban kəndində piyada yaşadığı evə doğru gedərkən kəndin ərazisindən keçən dəmir yolu xəttinin kənarındakı yarımtikilinin yanında həmkəndlilərinin toplaşdığını və tanıdığı Təqsirləndirilən şəxs1 qarşısındakı Zərərçəkmiş şəxs1 ilə uca səslə mübahisə etdiyini görüb onlara yaxınlaşdıqdan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ona “ayə” sözü deməsini bəhanə edib,hər hansı bir səbəb olmadan müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək,ictimai qaydanı kobud surətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik ifadə edən,birgə yaşayış,ictimai yerdə insanlar arasında bərqərar olmuş davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərini müstəsna dərəcədə etinasızlıq nümayiş etdirməklə pozaraq, öz şəxsiyyətini ictimai yer olan yol kənarında səs-küyə toplaşmış və sonradan ora gəlmiş təxminən 20-25 nəfər insanın şəxsiyyətinin fövqündə qoyub, Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək,yəni sonuncunun ünvanına uca səslə nalayiq ifadələr işlədib,Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək onunla əlbəyaxa olub,sol göz nahiyəsinə qəsdən yumruq zərbələri vurub onu yerə yıxaraq qəsdən təpiklə onun kürək və bel nahiyələrinə vurduğunu müşahidə edərkən sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 yaxınlaşaraq onları aralamağa və sakitləşdirməyə çalışdığını görüb, özü də, hər hansı bir səbəb olmadan müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, cəmiyyətdə qəbul olunmuş birgə yaşayış, ictimai yerdə insanlar arasında bərqərar olmuş davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərini müstəsna dərəcədə etinasızlıq nümayiş etdirməklə pozaraq, öz şəxsiyyətini ictimai yer olan yol kənarında səs-küyə toplaşmış təxminən 20-25 nəfər insanın şəxsiyyətinin fövqündə qoyub, münaqişəyə qoşularaq Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşərək, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkət edərək, yəni müqavimət göstərməklə, əraziyə toplaşmış insanların əhatəsində əvvəlcə özü ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs2 üzərinə hücum edib, onun ünvanına uca səslə nalayiq ifadələr işlədib, yumruğu ilə onun sağ göz nahiyəsinə qəsdən vuraraq Zərərçəkmiş şəxs2 yerə yıxdıqdan sonra, özü və qrup üzvü Təqsirləndirilən şəxs1 uca səslə yerdə uzanıqlı qalmış zərərçəkmiş şəxslərin ünvanına nalayiq ifadələr işlədib, bu qərəzli hərəkətlərini ümumilikdə 10-15 dəqiqə ərzində davam etdirərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sifət, kürək və bel nahiyələrinə qəsdən yumruq və təpiklə zərbələr vurmaqda davam edərək, hər ikisinin vahid qəsdi ilə əhatə olunan ümumilikdə Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol göz almasına yayılmış qansızma, alın, sol göz qapağı-gözaltı nahiyələrində qançırlarhematoma və sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən sol kürək, onurğa sütununun döş və bel şöbələrində və bel nahiyələrində sıyrıqlar və Zərərçəkmiş şəxs2 sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən bel nahiyəsində sıyrıq və sağ üst göz qapağı nahiyəsində qançırdan ibarət xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edilməsi və ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs2 zor tətbiq edilməklə müqavimət göstərilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. İşin məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həmkəndliləri kimi tanıyır.Onlarla ədavəti və ziddiyyəti də olmamışdır. 03 aprel 2023-cü il tarixdə, saat 01 radələrində həmkəndlisi qazi Fəridlə birlikdə idarə etdiyi VAZ-2107 markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadıqları evə gedən zaman dostu Şahid4 maşınının Kənanın evinin yaxınlığında dayandığını və maşının ətrafına Kənanın, Əskərin və Mirmehdinin toplaşdıqlarını görmüşdür. Maşını Xəyalın maşınının arxasında saxlamış və onlar maşından yerə düşmüşlər. Onlar maşına yaxınlaşanda Xəyal maşından yerə düşmüş və onlar salamlaşıb görüşmüşlər. Xəyaldan nə baş verdiyini soruşmuş və Xəyal da ona "bu uşaqlar Məhəmmədi axtarırlar" bildirmişdir. Xəyaldan Məhəmmədi nə üçün axtardıqlarını soruşmuşdur. Xəyal da ona "Məhəmməd bunların məhlələrinə gəlib" bildirmişdir. Fərid Kənandan nə üçün Xəyalın maşınını saxlatdığını soruşmuşdur. Kənan da "yol kənarıdı, bu dərəcədə də olmaz,bizim evin yaxınlığında nə üçün maşın saxlayırlar" bildirmişdir. Kənana "bu hərəkət lazım deyil, belə etmə, mən də taksi sürücüsüyəm, kəndlərə gedirəm, mənə heç nə deyən yoxdur" bildirmişdir. Kənan qışqıraraq, ona "ayə" demiş və buna görə də aralarında mübahisə yaranmışdır. 03 aprel 2023-cü il tarixdə saat 02 radələrində maşınlara əyləşib yaşadıqları kənddən keçən dəmiryolunun kənarına gəlmişlər və maşınlardan yerə düşmüşlər. Həmin vaxtı həmkəndlisi qazi Əkbər də idarə etdiyi maşınla onların yanına gəlmişdir. Həmçinin həmkəndlisi Rövşənin oğlu Xəyal da piyada onların yanına gəlmişdir. Kənana "evinizin yanında mənə nə üçün "ayə" dedin,"ayə" sənin özünsən" bildirmişdir. Onun bu sözündən sonra Kənan qaçmağa başlamışdır. O da Kənanın arxasınca qaçmış və Kənanı tutub yerə yıxaraq yumruqla vurmağa başlamışdır. Bu zaman Əskər onlara yaxınlaşmış və buna görə də Rövşənin oğlu Xəyal da davaya qoşulmuş, onlar birlikdə Kənanla Əskəri yumruq və təpiklə vurmağa başlamışlar. Həmin vaxtı Fərid onlara yaxınlaşmış və onları birbirilərindən ayırmışdır. Kənan, Əskər və Mirmehdi piyada yaşadıqları evə getmişlər. Onlar da maşınlara əyləşib yaşadıqları evlərə getmişlər. Baş vermiş hadisə təxminən 5-10 dəqiqə davam etmiş və yuxarıda adlarını göstərdiyi şəxslərdən başqa, tanımadığı bir neçə nəfər şəxs uzaqda dayanıb onların dava-dalaşına tamaşa etmişlər. Təqsirləndirilən şəxs1 sonda törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxslərlə barışıq əldə etdiklərini bildirib ona yügül cəza verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həmkəndliləri kimi tanıyır. Onlarla ədavəti və ziddiyyəti olmamışdır. 03 aprel 2023-cü il tarixdə saat 01-02 radələrində piyada asvalt yolun kənarı ilə yaşadığı evə tərəf gedən zaman dənizkənarının yaxınlığından keçən dəmiryol xəttinin kənarında olan yarımtikili binanın yanında Kənan, Əskər, qazi Xəyal, qazi Fərid, Mirmehdi və qazi Əkbərin dayandıqlarını görmüşdür. Onlara yaxınlaşmış və həmin vaxtı Cavad qışqıraraq Kənana "evinizin yanında ona nə üçün "ayə" dedin, "ayə" sənin özünsən" bildirmişdir. Cavadın bu sözündən sonra Kənan qaçmağa başlamışdır. Cavad da Kənanın arxasınca qaçmış və Kənanı tutub yerə yıxaraq yumruqla vurmağa başlamışdır. Bu zaman Əskər, onlara yaxınlaşmış və o da qaçaraq onların yanına gedərək, dava-dalaşa qoşulmuş, Kənanla Əskəri yumruqla, təpiklə vurmağa başlamışdır. Həmin vaxtı qazi Fərid və qazi Xəyal, onlara yaxınlaşmışlar və onları bir-birilərindən ayırmışlar. Kənan, Əskər və Mirmehdi piyada yaşadıqları evə getmişlər. Həmin vaxtı Cavad ona, təxminən 30 dəqiqə bundan əvvəl Kənanın yaşadıqları evə dönən yolda ona "ayə" dediyini və buna görə də aralarında mübahisə yarandığını bildirmişdir. Bundan sonra, o, Cavad, Fərid, Xəyal və Əkbər maşınlara əyləşib yaşadıqları evlərə getmişlər. 03 aprel 2023-cü il tarixdə, saat 02 radələrində Lənkəran rayonu Göyşaban kəndi ərazisində yerləşən dəniz kənarının yaxınlığında olan dəmir yol xəttinin yanındakı yarımtikili binanın yanında, o və Cavadın, Kənan və Əskəri yumruq və təpiklə döymələri təxminən 5-10 dəqiqə davam etmiş və yuxarıda adlarını göstərdiyi şəxslərdən başqa, tanımadığı bir neçə nəfər şəxs uzaqda dayanıb onların dava-dalaşlarına tamaşa etmişlər. Baş vermiş dava-dalaş zamanı onu heç kim vurmamış və döyməmiş,həmçinin hər hansı bir xəsarət almamışdır. Təqsirləndirilən şəxs2 sonda törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxslərlə barışıq əldə etdiklərini bildirib ona yügül cəza verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 Vüqar oğlu ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun doğma qardaşıdır. Təqsirləndirilən şəxs1, Şahid1, Təqsirləndirilən şəxs2 və Şahid2 həmkəndliləridır, ədavəti və düşmənçiliyi olmamışdır. Lənkəran rayonu Sütəmurdov kənd sakini Şahid4 tanıyır, ədavəti və ziddiyyəti olmamışdır. Onunla qonşuluqda yaşayan Aytən öz evini adlarını bilmədiyi iki qadına kirayə vermiş, özü isə bilmədiyi ünvanda yaşamışdır. Hərdən bir həmin qadınların yaşadığı evə tanımadığı bir-iki nəfər şəxs gəlib-getmişdir. Hazırda həmin qadınlar Aytənin evindən çıxıblar. Həmin vaxtlarda qazi Xəyal idarə etdiyi maşınla həmin qadınları bir neçə dəfə onların məhləsindən götürüb harasa aparmış və o, Xəyalla görüşüb, gecə vaxtı onların məhləsinə gəlməməyini ona tövsiyə etmişdir. Həmçinin Lənkəran şəhərində yaşayan qazi Məhəmməd adlı taksi sürücüsü də bir-iki dəfə həmin qadınları onların məhləsindən götürüb harasa apardığından məlumat almışdır. Qazi Məhəmməd adlı şəxsi görməmiş və tanımamışdır. 03 aprel 2023-cü il tarixdə gecə saat 01 radələrində həyət qapılarının qarşısında dayandığı zaman "Xazar" markalı bir maşının yaşadıqları məhləyə, yəni Aytənin evinə dönən yolda dayandığını görmüş və Aytənin evində kirayədə yaşayan qadınların arxasınca gəldiyini bilmişdir. Həmin maşına yaxınlaşmış və həmin maşının sürücüsü Xəyala "sənə demişəm ki, Aytənin evində yaşayan qadınların arxasınca gəlmə, indi nə üçün gəlmisən" bildirmişdir. Həmin vaxtı qardaşı Əskər və qonşusu Mirmehdi də onun yanında olmuşlar. Xəyal da ona, həmişə olduğu kimi taksi qismində gəldiyini və bir də gəlməyəcəyini bildirmişdir. O da Xəyala, eşitdiyinə görə qazi Məhəmməd adlı taksi sürücüsünün də həmin qadınları buradan götürüb harasa apardığını və Məhəmmədi də görərsə, bir də həmin qadınların arxasınca gəlməməsini deyəcəyini bildirmişdir. Həmin vaxtı Cavad idarə etdiyi ağ rəngli VAZ2107 markalı maşınla onların yanına gəlmiş və maşından düşüb ondan və qardaşı Əskərdən "sizin mənim dostum Xəyalla nə işiniz var" soruşmuşdur. O da Cavada "ayə sənin dostun Xəyalla işim yoxdur" bildirmişdir. Həmin vaxtı Cavadla onun arasında mübahisə yaranmışdır. Bundan sonra, Cavad, ona, dəniz kənarına gedib dostcasına söhbət etməyi təklif etdikdə o, qardaşı Əskər və Mirmehdi, Cavadın maşınına əyləşmişlər. Fərid də Cavadın maşınına əyləşmişdir. Bundan sonra, onlar yaşadıqları Göyşaban kəndi ərazisində yerləşən dənizkənarına getmişlər. Onlar dəmiryol xəttinin kənarında maşından yerə düşmüşlər və yarımtikili binanın yanında dayanmışlar. Qazi Xəyal və Əkbər də idarə etdikləri maşınlarla onların yanına gəlmişlər. Həmin vaxtı Rövşənin oğlu Xəyal da piyada onların yanına gəlmişdir. Cavad qışqıraraq, onu və qardaşı Əskəri nalayiq söyüşlərlə söyüb təhqir edərək, ona "evinizin yanında mənə nə üçün "ayə" dedin, "ayə" sənin özünsən" bildirmişdir. Bundan sonra, Cavad qəflətən yumruqla onun sifətinə vurmuş və o, yerə yıxılandan sonra təpiklə belinə, kürəyinə vurmağa başlamışdır. Qardaşı Əskər onlara yaxınlaşmış və onu Cavadın əlindən almağa çalışan zaman Rövşənin oğlu Xəyal Əskəri yumruqla vurub yerə yıxmışdır. Sonra isə Cavad və Rövşənin oğlu Xəyal, onu və qardaşı Əskəri yumruq və təpiklə döymüşlər. Qazi Fərid və qazi Xəyal, Cavad və Rövşənin oğlu Xəyalı onlardan ayırmışlar. O, huşunu itirmiş və onlar maşınlara əyləşib getmişlər. Qardaşı Əskər və Mirmehdi onu yaşadıqları evə aparmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onu və qardaşı Zərərçəkmiş şəxs2 yumruq və təpiklə döymələri təxminən 10-15 dəqiqə davam etmiş və ətrafda yuxarıda adlarını göstərdiyi şəxslərdən başqa, tanımadığı təxminən 15-20 nəfər şəxs olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yumruq və təpiklə onun və qardaşını vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişlər. Zərərçəkmiş şəxs1 Vüqar oğlu sonda təqsirləndirilən şəxslərlə barışıq əldə etdiklərini bildirib bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İşin məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Lənkəran rayonu Göyşaban kənd sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 03 aprel 2023cü il tarixdən etibarən tanıyır. Ədavəti və ziddiyyəti də olmamışdır.Onun "Xazar" markalı,** PR *** dövlət qeydiyyat nişanlı avtomobili vardır və o, həmin avtomobili ilə sərnişin daşıyıb ailəsinə çörək pulu qazanır. 03 aprel 2023-cü il tarixdə, saat 01 radələrində taksi sifarişi ilə bağlı Lənkəran rayonunun Göyşaban kəndinə getmiş və o, kənd ərazisində asfalt yolda maşını idarə etdiyi zaman sonradan adını bildiyi Kənan əl işarəsi ilə maşını saxlamağını bildirmişdir. Maşını Göyşaban dairəsindən döndərib şəhər istiqamətində saxlamışdır. Həmin Kənan adlı oğlan, digər sonradan adlarını bildiyi Əskər və Mirmehdi adlı şəxslərlə birlikdə maşınına yaxınlaşmışdır. Həmin şəxslərdən onu nə üçün saxlatdıqlarını soruşmuşdur. Kənan da onu Məhəmmədlə səhv saldığını bildirmişdir. Həmin vaxtı Cavad idarə etdiyi VAZ-2107 markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobillə onun yanına gəlmiş və maşından yerə düşüb ona yaxınlaşmışdır. Həmin vaxtı Cavadın maşınından digər dostu Şahid1 də yerə düşərək ona yaxınlaşmışdır. Maşından yerə düşüb onlarla görüşmüşdür. Cavad ondan nə baş verdiyini soruşmuş və o da həmin şəxslərin Məhəmmədi axtardıqlarını Cavada bildirmişdir. Cavad da ondan, Məhəmmədi nə üçün axtardıqlarını soruşduqda Məhəmmədi nə üçün axtardıqlarını bilmədiyini Cavada bildirmişdir. Fərid Kənandan nə üçün onun maşınını saxlatdığını soruşmuşdur. Kənan da "yol kənarıdı, bu dərəcədə də olmaz,bizim evin yaxınlığında nə üçün maşın saxlayırlar" bildirmişdir. Cavad da Kənana "bu hərəkət lazım deyil, belə etmə, mən də taksi sürücüsüyəm, kəndlərə gedirəm, mənə heç nə deyən yoxdur" bildirmişdir. Həmin vaxtı Kənan Cavada "ayə" demişdir. Bu zaman Cavadla Kənanın arasında mübahisə yaranmışdır. Onlar Cavadın təklifi ilə 03 aprel 2023-cü il tarixdə saat 02 radələrində maşınlara əyləşib Lənkəran rayon Göyşaban kənddən keçən dəmiryolunun kənarına gəlmişlər və maşınlardan yerə düşüb dəmiryolun kənarında dayanmışlar. Qazi Əkbərdə maşını ilə həmin yerə gəlmişdir. Həmçinin dostları Xəyal da piyada onların yanına gəlmişdir. Həmin vaxtı Cavad qışqıraraq Kənana "evinizin yanında mənə nə üçün "ayə" dedin, "ayə" sənin özünsən" bildirmişdir. Cavadın həmin sözündən sonra Kənan qaçmağa başlamışdır. Cavad da onun arxasınca qaçmış və Kənanı tutub yerə yıxaraq yumruqla vurmağa başlamışdır. Bu zaman Əskər, onları bir-birilərindən ayırmaq istəyərkən, Xəyal da davaya qoşulmuş, Kənanla Əskəri yumruqla vurmağa başlamışdır. Həmin vaxtı, o və qazi Fərid onlara yaxınlaşmışlar və onları bir-birilərindən ayırmışlar. Kənan, Əskər və Mirmehdi piyada yaşadıqları evə getmişlər. Onlar da maşınlara əyləşib yaşadıqları evlərə getmişlər. 03 aprel 2023-cü il tarixdə, saat 01 radələrində Lənkəran rayonu Göyşaban kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qardaşlarının yaşadıqları məhləyə dönən yolda Cavadla Kənanın arasında baş vermiş mübahisə təxminən 1 dəqiqə davam etmiş və ondan, Cavaddan, Kənandan, Mirmehdidən, Fəriddən və Əskərdən başqa ətrafda heç olmamışdır. 03 aprel 2023-cü il tarixdə,saat 02 radələrində Lənkəran rayonu Göyşaban kəndi ərazisində yerləşən dəniz kənarının yaxınlığında olan dəmir yol xəttinin yanındakı yarımtikili binanın yanında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Kənan və Əskər qardaşlarını yumruq və təpiklə döymələri təxminən 5-10 dəqiqə davam etmiş və tanımadığı bir neçə nəfər şəxs uzaqda dayanıb onların dava-dalaşına tamaşa etmişlər. İşin məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həmkəndliləri kimi tanıyır, ədavəti və ziddiyyəti də olmamışdır.O, 03 aprel 2023-cü il tarixdə saat 01 radələrində piyada yaşadığı evə gedən zaman Kənan, Əskər, Mirmehdi, Xəyal, Cavad və Fəridin kənd yolunun kənarında dayandıqlarını görmüşdür. Onların yanına getmiş və Fəriddən nə baş verdiyini soruşmuşdur. Fərid də Kənanın Cavada "ayə" dediyi üçün Cavadla Kənanın arasında mübahisə yarandığını ona bildirmişdir. Cavadın təklifi ilə 03 aprel 2023-cü il tarixdə saat 02 radələrində maşınlara əyləşib yaşadıqları kənddən keçən dəmiryolunun kənarına gəlmişlər və maşınlardan yerə düşüb dayanmışlar. Həmin vaxtı həmkəndlisi Rövşənin oğlu Xəyal da onların yanına gəlmişdir. Həmin vaxtı Cavad qışqıraraq Kənana "evinizin yanında mənə nə üçün "ayə" dedin, "ayə" sənin özünsən" bildirmişdir. Cavadın həmin sözündən sonra Kənan qaçmağa başlamışdır. Cavad da onun arxasınca qaçmış və Kənanı tutub yerə yıxaraq yumruqla vurmağa başlamışdır. Bu zaman Əskər, onları bir-birilərindən ayırmaq istəyərkən, Rövşənin oğlu Xəyal da davaya qoşulmuş, Kənanla Əskəri yumruqla vurmağa başlamışdır. Həmin vaxtı qazi Fərid və qazi Xəyal onlara yaxınlaşmış və onları birbirilərindən ayırmışlar. Kənan, Əskər və Mirmehdi piyada yaşadıqları evə getmişlər. Onlar da maşınlara əyləşib yaşadıqları evlərə getmişlər. 03 aprel 2023-cü il tarixdə,saat 02 radələrində Lənkəran rayonu Göyşaban kəndi ərazisində yerləşən dəniz kənarının yaxınlığında olan dəmir yol xəttinin yanındakı yarımtikili binanın yanında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2,Kənan və Əskər qardaşlarını yumruq və təpiklə döymələri təxminən 10 dəqiqə davam etmiş və tanımadığı bir neçə nəfər şəxs uzaqda dayanıb onların dava-dalaşına tamaşa etmişlər. İfadəsi elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvülərilə birlikdə Lənkəran rayonunun Göyşaban kəndində yaşayır. Zərərçəkmiş şəxs1 onun doğma qardaşıdır. Təqsirləndirilən şəxs1, Şahid1, Təqsirləndirilən şəxs2 və Şahid2 həmkəndliləri kimi tanıyır. Onlarla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. Lənkəran rayonu Sütəmurdov kənd sakini Şahid4 tanıyır. Onunla da qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. Onunla qonşuluqda yaşayan Aytən öz evini adlarını bilmədiyi iki qadına kirayə vermiş, özü isə onun bilmədiyi ünvanda yaşamışdır. Hərdən bir həmin qadınların yaşadığı evə tanımadığı bir-iki nəfər şəxs gəlib-getmişdir. Hazırda həmin qadınlar Aytənin evindən çıxmışlar və onların harada yaşadıqlarını bilmir. Həmin vaxtlarda Xəyal idarə etdiyi maşınla bir neçə dəfə həmin qadınların arxasınca gəlib-getmiş və qardaşı Kənan Xəyala "burada ailələr yaşayır, sən gecə vaxtı bizim məhləyə gəlmə" bildirmişdir. Həmçinin qardaşı Kənan məlumat almışdır ki, həmin qadınların arxasınca Lənkəran şəhərində yaşayan qazi Məhəmməd adlı taksi sürücüsü də gəlir və həmin qadınları harasa aparır. Amma, o, Məhəmməd adlı şəxsi görməmiş və tanımamışdır. 03 aprel 2023-cü il tarixdə, gecə saat 01 radələrində,o, qardaşı Kənan və qonşuları Mirmehdi həyət qapılarının qarşısında dayanıb söhbət etdikləri zaman "Xazar" markalı bir maşının yaşadıqları məhləyə, yəni Aytənin evinə dönən yolda dayandığını görmüşlər və dərhal anlamışlar ki, həmin maşın Aytənin evində kirayədə yaşayan qadınların arxasınca gəlib.Kənan həmin maşına yaxınlaşmış və maşının sürücüsü olan Qarabağ müharibəsi qazisi Xəyala "sənə demişəm ki, Aytənin evində yaşayan qadınların arxasınca gəlmə, indi nə üçün gəlmisən" bildirmişdir. Xəyal da həmişə olduğu kimi taksi qismində bura gəldiyini və bir də gəlməyəcəyini bildirmişdir. Həmin vaxtı Kənan Xəyala, eşitdiyinə görə Məhəmməd adlı taksi sürücüsünün də həmin qadınları buradan götürüb harasa apardığını, əgər Məhəmmədi də görərsə bir də həmin qadınların arxasınca gəlməməyini ona deyəcəyini bildirmişdir. Həmin vaxtı Cavad idarə etdiyi ağ rəngli VAZ2107 markalı maşınla onların yanına gəlmiş və maşından düşüb qışqıraraq ona və Kənana "sizin mənim dostum Xəyalla nə işiniz var" bildirmişdir. Kənan da Cavada "ayə sənin dostun Xəyalla işim yoxdur" bildirmişdir. Həmin vaxtı Cavadla Kənanın arasında mübahisə yaranmışdır. Bundan sonra, Cavad, onun qardaşı Kənana dəniz kənarın gedib dostcasına söhbət etməyi təklif etmişdir. O, qardaşı Kənan və Mirmehdi,Cavadın maşınına əyləşmişlər.Fərid də Cavadın maşınına əyləşmişdir. Bundan sonra, onlar yaşadıqları Göyşaban kəndi ərazisində yerləşən dənizkənarına getmişlər. Onlar dəmiryol xəttinin kənarında maşından yerə düşmüşlər və yarımtikili binanın yanında dayanmışlar. Qazi Xəyal və Qazi Əkbər də idarə etdikləri maşınlarla onların yanına gəlmişlər və maşınlarından yerə düşmüşlər. Həmin vaxtı Rövşənin oğlu Xəyal da piyada onların yanına gəlmişdir. Cavad qışqıraraq onu və qardaşı Kənanı nalayiq söyüşlərlə söyüb təhqir edərək, Kənana "evinizin yanında mənə nə üçün "ayə" dedin,"ayə" sənin özünsən" bildirmişdir. Bundan sonra,Cavad qəflətən yumruqla Kənanın sifətinə vurmuş və Kənan yerə yıxılandan sonra təpiklə belinə, kürəyinə vurmağa başlamışdır. O, tez onlara yaxınlaşmış və Kənanı Cavadın əlindən almağa çalışan zaman Rövşənin oğlu Xəyal onu yumruqla vurub yerə yıxmışdır. Sonra isə Cavad və Rövşənin oğlu Xəyal, onu və qardaşı Kənanı yumruq və təpiklə döymüşlər. Qazi Fərid və qazi Xəyal, Rövşənin oğlu Xəyalı və Cavadı onlardan ayırmışlar. Kənan huşunu itirmiş və onlar maşınlara əyləşib getmişlər. O və Mirmehdi, Kənanı yaşadıqları evə gətirmişlər. 03 aprel 2023-cü il tarixdə,saat 01 radələrində yaşadığı Lənkəran rayonu Göyşaban kəndi ərazisində yerləşən məhləyə dönən yolda Cavadla Kənanın arasında baş vermiş mübahisə təxminən 1 dəqiqə davam etmiş və ondan, Cavaddan, Kənandan, Xəyaldan, Fəriddən və Mirmehdidən başqa ətrafda heç olmamışdır. 03 aprel 2023-cü il tarixdə,saat 02 radələrində Lənkəran rayonu Göyşaban kəndi ərazisində yerləşən dəniz kənarının yaxınlığında olan dəmir yol xəttinin yanındakı yarımtikili binanın yanında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onu və qardaşı Zərərçəkmiş şəxs1 yumruq və təpiklə döymələri təxminən 10-15 dəqiqə davam etmiş və ətrafda yuxarıda adlarını göstərdiyi şəxslərdən başqa, tanımadığı təxminən 15-20 nəfər şəxs olmuşdur.Bel nahiyyəsində olan sıyrıq və sağ üst göz qapağı nahiyyəsində olan qançır xəsarətlərini ona 03 aprel 2023-cü il tarixdə, saat 02 radələrində Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən dəniz kənarının yaxınlığında olan dəmiryol xəttinin yanındakı yarımtikili binanın yanında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yumruq, təpiklə vuraraq yetirmişlər. Belə ki,Təqsirləndirilən şəxs2 yumruqla sağ gözünün üstündən vurmuşdur. Cavad isə təpiklə onun belindən vurmuşdur.Qardaşı Zərərçəkmiş şəxs1 bədəni üzərində- sol göz almasına yayılmış qansızma, alın, sol göz qapaqları-gözaltı nahiyyələrində qançırlar-hematoma, sol kürək, onurğa sütununun döş və bel şöbələrində, bel nahiyyələrində sıyrıqlar xəsarətlərini qardaşı Kənana 03 aprel 2023-cü il tarixdə, saat 02 radələrində Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən dəniz kənarının yaxınlığında olan dəmiryol xəttinin yanındakı yarımtikili binanın yanında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yumruq və təpiklə vuraraq yetirmişlər. Belə ki,Kənanın sol gözünün üstündən Cavad yumruqla vurmuşdur.Kənan yerə yıxılandan sonra Təqsirləndirilən şəxs2 təpiklə Kənanın alnından vurmuşdur.Sonra isə Cavad Kənanın təpiklə belinə və kürəyinə bir neçə dəfə vurmuşdur. Təqsirləndirilən şəxslərin müvafiq cinayət əməllərini törətməsi faktı özlərinin etirafedici ifadələri və zərərçəkmiş və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin məhkəmə-tibbi eksperti Şərif Hüseynovun 04 aprel 2023-cü il tarixli, 322 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində-sol göz almasına yayılmış qansızma,alın,sol göz qapaqları-gözaltı nahiyyələrində qançırlar-hematoma,sol kürək,onurğa sütununun döş və bel şöbələrində,bel nahiyyələrində sıyrıqlar aşkar edilmişdir.Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər,o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə,yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi,müddəti müayinədən 24-36 saat əvvələ uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə sol göz almasına yayılmış qansızma, alın, sol göz qapaqları-gözaltı nahiyyələrində qançırlarhematoma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya,digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin məhkəmə-tibbi eksperti Şərif Hüseynovun 04 aprel 2023-cü il tarixli, 324 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində-bel nahiyyəsində sıyrıq,sağ üst göz qapağı nahiyyəsində qançır aşkar edilmişdir.Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə,yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi,müddəti müayinədən 24-36 saat əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Lənkəran şəhər Psixiatriya xəstəxanasının 12 may 2023-cü il tarixli, 787 nömrəli tibbi arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 qeyd olunan xəstəxanada qeydiyyatda deyildir. Lənkəran şəhər Psixiatriya xəstəxanasının 12 may 2023-cü il tarixli, 788 nömrəli tibbi arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 qeyd olunan xəstəxanada qeydiyyatda deyildir. Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis mayoru Amil Abdinovun 29 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Lənkəran rayonu Göyşaban kənd sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 03 aprel 2023-cü il tarixdə, saat 02-03 radələrində Lənkəran rayonu Göyşaban kəndi ərazisində yerləşən dəniz kənarının yaxınlığından keçən dəmiryol xəttinin yaxınlığında həmin kənd sakinləri-xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 yumruq, təpik və bıçaqla vuraraq, onlara müxtəlif bədən xəsarətləri yetirmişlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Lənkəran ŞİHB-nın Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Lənkəran rayonu, Göyşaban kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Lənkəran ŞİHB-nın Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Lənkəran rayonu, Göyşaban kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş üzrə zərərçəmiş şəxs X3 tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə zərərçəmiş şəxs Zərərçəkmiş şəxs1 Vüqar oğlu tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 15:30-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu, Göyşaban kəndi ərazisində tutulmuşdur. “Qətimkan tədbiri seçilməsi haqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Qətimkan tədbiri seçilməsi haqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə tövsif edilmişdir. Belə ki, CM-nin 221.1-ci maddəsinin dispozisiyasına görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər cinayət əməli hesab olunur. CM-nin 221.2.2-ci maddəsinə əsasən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə tövsifedici əlamət kimi nəzərətə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 130-ci maddəsinin 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq-öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Belə ki, müvafiq qərara əsasən xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Həmin qərara əsasən, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarın 2-ci bəndində göstərilmişdir ki, cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Qərarının 6-cı bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. İctimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə də müqavimət göstərməklə törədilən xuliqanlıq hərəkəti Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan CM-nin digər maddələri ilə əlavə tövsüfə ehtiyac qalmır. İctimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyatakeçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər,qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı qaydanınqorunması halları başa düşülməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışdığını, əməlində peçman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs1 oğlunun cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışdığını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs1 oğlunun cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrinə əsasən, Xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinəəsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin umanistləşdirilməsi və cəmiyyətdən təcridetmə iləəlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə görə cəza təyin edilərkən törədilmişcinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrinin sanksiyası daxilində islah işləri növündə cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir.. Təqsirləndirilən şəxs1 21 dekabr 2023-cü il tarixdə saxlanıldığı 1 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını iş yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı vı iş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilirənək, aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 21 dekabr 2023-cü il tarixdə saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablansın və onun üzərində qəti olaraq aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilirənək, aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar