Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-96/2025 17.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X8 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, iki azyaşlı uşağı olan, orta təhsilli, deməsinə görə fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, oğurluq yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək, 2024-cü ilin dekabr ayının sonlarında, saat 19 radələrində Zərərçəkmiş şəxs məxsus Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsi 14 ünvanında yerləşən yaşayış olmayan fərdi yaşayış evinin həyətinə, yəni yaşayış sahəsinə, daş hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdə olan bir ədəd, 20 manat qiymətində turnik (çiyinlərlə dartınmaq üçün üfüqi çubuq) idman aləti, bir metri 2,5 manat olan 8 metr uzunluqda 20 manat qiymətində çox damarlı izolyasiyalı elektrik kabeli, bir ədəd 30 manat qiymətində 4 pilləli dəmir hovuz pilləkanı, bir ədədi 15 manat olan iki ədədi 30 manat qiymətində dəmir kanalzasiya örtüyü, bir ədəd 20 metr uzunluğunda, 300 manat qiymətində şəbəkəli dəmir məhəccəri, bir ədəd 15 manat qiymətində gül dibçəyi, su quyusunundan bir ədəd 100 manat qiymətində su nasosu, bir ədəd 70 manat qiymətində su hidroforu, evin zirzəmisindən bir ədəd 50 manat qiymətində polad sobanı, bir ədədi 20 manat olan 2 ədəd 40 manat qiymətində alüminium aşsüzəni, 1 ədədi 30 manat olan 20 ədəd 600 manat qiymətində sadə mətbəx qazanı, bir ədəd 6 litr həcmli 30 manat qiymətində dəmir vedrəni, bir ədəd 200x100 sm ölçüdə 150 manat qiymətində dəmir barmaqlığı, bir ədədi 15 manat olmaqla 3 ədədi 45 manat qiymətində odun saplı baltanı, bir ədəd 7 manat qiymətində əl mişarını, bir ədədi 4 manat olan iki ədədi 8 manat qiymətində çəkici, bir kiloqramı 4 manat olan beş kiloqramı 20 manat qiymətində mismarı, evin ikinci mərtəbəsindən bir ədəd maye qazla işləyən 250 manat qiymətində “Yağmur” markalı su qızdırıcı qaz sobasını, bir ədəd 1500 manat qiymətində qolları və yaxası təbii, digər hissələri orijinal xəzi xatrıladan qadın xəz paltosu, bir ədədinin qiyməti 14 manat olan üç ədəd 42 manat qiymətində elektrik uzadıcısı, bir ədəd 100 manat qiymətində sadə gitaranı, 50 manat qiymətində 1 ədəd çaydan, 6 ədəd fincan, nəlbəki, bir ədəd süd qabı və iki ədəd qənd qabıdan ibarət dəsti, 50 manat qiymətində 1 ədəd böyük, 12 ədəd kiçik boşqab, 12 ədəd mürəbbə qabıdan ibarət tort dəstgahını, bir ədədinin qiyməti 30 manat olan 4 ədədi 120 manat qiymətində “Tefal” qazanı, bir ədədi 20 manat qiymətində olan 8 ədədi 160 manat qiymətində qazançanı, bir ədədi 30 manat qiymətində olan 2 ədədi 60 manat qiymətində “Tefal” markalı tavanı, bir ədəd 40 manat qiymətində taxt örtüyü, bir ədədinin qiyməti 75 manat 2 ədədi 150 manat olan elektrikli paltar ütüsü, bir ədəd 120 manat qiymətində “Geepas” markalı elektrikli ət çəkən maşını olmaqla, X6 məxsus ümumilikdə 4177 manat qiymətində özgənin əmlakını, yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilib, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, zərəçəkmiş şəxs onun qonşusu, eləcə də anasının yaxınıdır. Onlar zərəçəkmiş şəxslə bir ailə kimidirlər. Əvvələr o, onların həyətinə daxil olub oradan qoz yığmışdır. Lakin oğurluq etdiyi zaman o, zərəçəkmiş şəxsin həyətindən köhnə dəmirləri oğurlamış, onlardan çoxunu satmış, qalanın bir qismini isə qaytarmışdır. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, spirtli içkilər və dərman qəbul etsə də, narkotik vasitələrdən istifadə etmir, lakin ərazi narkoloji xəstəxanasında qeydiyyatdadır. Zərəçəkmiş şəxs çox vaxtlar Bakı şəhərində yaşamış, ona vurduğu ziyanı tam olaraq ödəməmiş, oğurluğu tək törətmiş, dəmirləri metal qəbul edən şəxslərə satmış, onlara həmin dəmirlərin oğurluq mal olduğunu deməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərmişdir ki, o, ünvan 2 ünvanında anası Şahid1, arvadı Sevər Calalaova və iki azyaşlı övladları ilə birgə yaşayır. Əvvəllər məhkum olunmamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Çox vaxt yaşadığı ətraf ərazilərdə yerləşən fərdi yaşayış evlərində fəhləlik edir. Zərərçəkmiş şəxs tanıyır. Həmin şəxs onun yaşadığı evin qonşuluğunda yaşayır. Evləri yan-yanadır. Onunla münasibəti normaldır. Əvvəllər aralarında qərəzli münasibəti olmamışdır. Zərərçəkmiş şəxs həmin evdə daimi yaşadığı zaman onların evində çox olmuşdur. Zərərçəkmiş şəxs Bakı şəhərində yaşadığını və Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsi 14 ünvanında yerləşən fərdi yaşayış evinin nəzarətsiz olduğunu bilmişdir. 2024-ci ilin dekabr ayında heç bir yerdə işləmədiyinə görə maddi vəziyyəti pisləşmişdir. Bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir. Bu zaman haradan oğurluq etməyi düşündükdə, qonşusu Zərərçəkmiş şəxs yaşayış olmayan evindən oğurluq etməyinin daha əlverişli və rahat olacağını fıkriləşmişdir. Daha sonra bir gün əvvəl həmin evə uzaqdan nəzər yetirib və evdə təhlükəsizlik müşahidə kameralarının quraşdırlmadığım görmüşdür. Səhəri gün, yəni 2024-ci ilin dekabr ayının sonlarında, saat təxminən 19 radələrində yaşadığı evdən çıxıb küçəyə çıxmışdır. Bu zaman küçədə kimsənin olmadığını görüb, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə tərəf getmişdir. Daş hasarın üstündən aşmaqla həyətə daxil olmuşdur. Bu zaman həyətdə quraşdırılmış turnik idman alətini, elektik naqilini, həyətdə olan hovuzun dəmir pilləkanını, həyətdə olan 2 ədəd dəmir kanalzasiya örtüyünü, bağ hissəsinin məhəccərini yerindən çıxarıb onları bir-bir həyətin hasarına doğru gətirmişdir. Sonra yenidən evin qarşısına gəlib həyətdəki su quyusunun üzərində quraşdırılmış su nasosunu, hidroforu və həyətdə qoyulmuş bir ədəd gül dibçəyini götürüb evin hasarının kənarına yığmışdır. Sonra evin zirzəmisinə tərəf gedib əlinə götürdüyü daşla onun giriş qapısının qıfılını sındırıb qapından içəri daxil olub oradan metal soba, 2 ədəd aşsüzən, təxminən 20 ədəd mətbəx qazanı, bir ədəd vedrəni, 3 ədəd baltanı, 1 ədəd mişarı, 2 ədəd çəkici, mismar olan torbanı götürüb hissə-hissə oğurladığı digər əşyaların yanına, həyətin hasarın kənarına qoymuşdur. Sonra zirzəmidən dəmir barmaqlıqla bağlı olan və pilləkanla evin içərisinə yol olduğunu görmüşdür. Bu zaman dəmir barmaqlıqdan yapışıb bir neçə cəhdlə əli ilə dartıb yerindən qopartmışdır. Dəmir barmaqlığı həyətə salıb hasarın yanına qoymuşdur. Sonra həmin pilləkanla içəri hərəkət edərək, evin içərisinə daxil olmuşdur. Bu zaman oradan qazla işləyən su qızdırıcısını görüb, bağlandığı yerdən açaraq götürüb yerə qoymuşdur. Sonra evin otaqlarından birinə daxil olub oradan 1 ədəd qadın paltosunu, 3 ədəd elektrik uzadıcını, bir ədəd gitaranı, 1 ədəd çaydanı, fincan və nəlbəkiləri, 1 ədəd süd qabını, 2 ədəd qənd qabı dəstini, bir ədəd böyük, 12 ədəd kiçik boşqabı, 12 ədəd mürəbbə qabı dəsgahını, 4 ədəd qazanı, 2 ədəd paltar ütüsünü, 8 ədəd qazança və bir ədəd elektrikli ət çəkən maşını götürüb həmin əşyaları bir-bir həyət salıb hasarın kənarına yığmışdır. Həmin zaman hava qaralmışdı. O da evin küçə darvazasının yuxarı tərəfindən bir layını açıb həmin əşyaların götürə biləcəyi formada çıxarıb yaşadığı evin altına aparıb gizlətmişdir. Sonra həyətə daxil olub darvazanı bağlayıb hasardan küçəyə doğru keçmişdir. Oğurladığı əşyalarından metal olanları səyyari metal yığan şəxslərə 50 manata satmışdır. Digər əşyalar olan qab-qacaqlar, paltonu, gitaranı, ət çəkən maşını isə Lənkəran şəhərində tanımadığı bir şəxsə ümumilikdə 200 manat qiymətində satmışdır. Su qızdırıcı və su nasosunu isə evində saxlamışdır. 2024-cü ilin dekabr ayının sonlarında qonşusu Zərərçəkmiş şəxs yaşadığı evə gəldiyini görmüşdür. Onun polis əməkdaşlarına şikayət edəcəyini düşünüb evindən oğurladığı su qızdırıcısı və su nasosunu aparıb onun həyətində atmışdır. Digər əşyaları isə qaytarmamışdır. Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən 2025-ci ilin dekabrı ayının təxminən 20dən sonra oğurluq etdiyini, dəqiq hadisə gününü xatırlamadığını, ona məxsus fərdi yaşayış evin həyətinə daş hasardan daxil olmaqla həyətdə quraşdırılmış turnik idman alətini, elektik naqilini, həyətdə olan hovuzun dəmir pilləkanını, həyətdə olan 2 ədəd dəmir kanalzasiya örtüyünü, bağ hissəsinin məhəccərini, həyətdəki su quyusunun üzərində quraşdırlmış su nasosunu, hidroforu və həyətdə qoyulmuş bir ədəd gül dibçəyini, evin zirzəmisinin giriş qapısının qıfılını sındırıb oradan metal soba, 2 ədəd aşsüzən, təxminən 20 ədəd mətbəx qazanı, bir ədəd vedrəni, 3 ədəd balta, 1 ədəd mişarı, 2 ədəd çəkici, mismar olan torbanı, dəmir barmaqlığı, evin içindən, qazla işləyən su qızdırıcısını, 1 ədəd qadın paltosunu, 3 ədəd elektrik uzadıcını, bir ədəd gitaranı, 1 ədəd çaydan, fincan və nəlbəkiləri, 1 ədəd süd qabı, 2 ədəd qənd qabı dəsti, bir ədəd böyük, 12 ədəd kiçik boşqab, 12 ədəd mürəbbə qabı dəsgahı, 4 ədəd qazan, 2 ədəd paltar ütüsü, 8 ədəd qazança və bir ədəd elektrikli ət çəkən maşını oğruladığını göstərmiş və bu hadisəni törədərkən tək olduğunu və kimsənin iştirak etmədiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cinayət əməli, öz etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi və şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, ifadələrin yerində yoxlanılması haqqında protokol, götürülmüş maddi sübutlar və digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Məhkəmə iclasının yeri və vaxtı barəsində zərərçəkmiş şəxs X6 lazımi qaydada məlumat verilsə də, o, hazırki məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında bilirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirlən şəxsdən şikayətçidir, sonuncu ona vurduğu ziyanı tam olaraq ödəməmişdir. Həmin tarixdə o, əlavə olaraq məhkəməyə ərizə ünvanlayaraq bir daha təqsirləndirlən şəxsdən şikayətçi və tələbkar olduğunu, məhkəmədən təqsirləndirlən şəxsə qanunauyğun cəzanın verilməsini, məhkəmə iclasını iştirakı olmadan keçirilməsini xahiş edib, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İfadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, hazırda ailəsilə birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi vardır. Həmin ev boş qalmış, hazırda orada heç kim yaşamır. Arabir Lənkəran şəhərinə evinə gəlib ora nəzarət edir. 26 dekabr 2024-cü il tarixdə Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsi 14 ünvanında yerləşən evinə getdiyində, evin aşağı hissəsində yerləşən qaraja açılan dəmir qapının qıfılının qırıldığını, oradan evə daxil olunduğunu və evdən, eləcə də həyətdən bir sıra əşyaların oğurlandığını aşkar etmişdir. O, həmin ərəfələrdə səhhətilə əlaqədar özünü pis hiss etdiyi üçün polisə müraciət edə bilməmişdir. Yalnız bir neçə gün sonra, 06 yanvar 2025-ci il tarixdə Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsi 14 ünvanında yerləşən evinə və həyətinə nəzər salıb, nələrin oğurlanmasını dəqiqləşdirmişdir. Həmin zaman güman etmişdir ki, oğurluq etmiş naməlum şəxs və ya şəxslər həyətə daş hasarı aşmaqla keçmişdir. Çünki evdən oğurluq edilməsini aşkar etdiyi gün həyət darvazasının qıfılı bağlı vəziyyətdə görmüşdür. Naməlum şəxs və ya şəxslər evin aşağı mərtəbəsində yerləşən qaraja açılan dəmir qapının qıfılını sındırıb oradan içəri daxil olmuş və sonra içəridən yuxarı qalxması aydın olmuşdur. Naməlum şəxs və ya şəxslər həyətdə quraşdırdığı 20 manat qiymətində turnik idman alətini, həyətin işıqlandırılması üçün çəkilmiş 20 manat qiymətində olan 8 metr uzunluğunda elektrik naqilini, hovuzun 30 manat qiymətində olan dəmir pilləkənini, həyətdə olan biri 15 manat qiymətində 2 ədədi 30 manat qiymətində dəmir kanalziyasiya örtüyünü, evin qarşısında bağ sahəsinin 300 manat qiymətində olan 20 metr uzunluğundakı dəmir məhəcərini, 15 manat qiymətində olan 1 ədəd gül dibçəyi, su quyusundan 100 manat qiymətində olan 1 ədəd su matorunu və 70 manat qiymətində 1 ədəd hidroforu, evin zirzəmisinə baxdıqda ordan 50 manat qiymətində 1 ədəd polad sobanı, bir ədəd 20 manat, iki ədədi 40 manat qiymətində aşsüzəni, 1 ədədi 30 manat 20 ədədi 600 manat qiymətində sadə mətbəx qazanını, 30 manat qiymətində 1 ədəd vedrəni, 150 manat qiymətində 1 ədəd dəmir qapı barmaqlığını, 1 ədədi 15 manat qiymətində 3 ədədi 45 manat qiymətində baltanı, 7 manat qiymətində 1 ədəd mişarı, 1 ədədi 4 manat 2 ədədi 8 manat qiymətində çəkici, 1 kiloqramı 4 manat qiymətində, 5 kiloqramı 20 manat qiymətində mismarı, evin ikinci mərtəbəsində quraşdırılmış, 250 manat qiymətində “Yağmur” markalı 1 ədəd qazla işləyən su qızdırıcısını, 1500 manat qiymətində 1 ədəd xəz paltonu, 1 ədədi 14 manat 3 ədədi 42 manat qiymətində elektrik naqil uzadıcını, 100 manat qiymətində 1 ədəd gitaranı, 50 manat qiymətində olan 1 ədəd çaydan, 6 fincan, 6 ədəd nəlbəki, 1 ədəd süd qabı, 2 ədəd qəndqabıdan ibarət “madonna” çay dəstini (servisi), 50 manat qiymətində olan 1 ədəd böyük, 12 ədəd kiçik boşqab, 12 ədəd mürəbbə qabıdan ibarət tort dəsgahını, 1 ədədi 30 manat 4 ədədi 120 manat qiymətində 4 ədəd tefal qazanı, 1 ədədi 20 manat qiymətində 8 ədədi 160 manat qiymətində qazançanı, 1 ədədi 30 manat qiymətində 2 ədədi 60 manat qiymətində ‘Tefal” tavanı, 40 manat qiymətində 1 ədəd taxt örtüyünü, 1 ədədi 75 manat qiymətində 2 ədədi 150 manat qiymətində paltar ütüsünü, 120 manat qiymətində olan 1 ədəd “Gepas” markalı ət çəkəni maşınını oğurlamışdır. Sonuncu dəfə 16 dekabr 2025-ci il tarixdə evində olduğu zaman evdə oğurluq hadisəsi baş verməmişdir. 26 dekabr 2025-ci il tarixdə növbəti dəfə Abşeron rayonundan yaşadığı Lənkəran rayonuna gəldikdə oğurluq edildiyini aşkar etmişdir. Ona görə də evindən və həyətindən oğurluq hadisəsinin 16 dekabr 2024-cü il tarixdən 26 dekabr 2024-cü il tarixədək olan müddət ərzində edildiyini düşündüyün bildirmişdir. Fərdi yaşayış evindən oğurluq edilməsi nəticəsində ona ümumilikdə 4174 manat ziyan vurulmuşdur. Lənkəran şəhərinə gəldikdən sonra qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ünvanına gəlib maddi imkanı aşağı olduğuna görə evində olmadığı müddətdə həyətinə, evinə daxil olub oğurluq etdiyini etiraf edib, oğurladığı əşyalardan 1 ədəd su qızdırıcını və 1 ədəd su nasosunu geri qaytarmışdır. Bundan sonra o, evindən həmin şəxsin oğurluq etdiyini bilmişdir. Təqsirləndirilən şəxs onun evindən oğurluq etməkdə kiminsə iştirak edib-etməməsi və oğurladığı digər əşyaları hara aparması barədə heç bir məlumatının olmadığı bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs əlavə ifadəsində evindən oğurlanmış əşyaların qiyməti ilə bağlı tərtib olunmuş mütəxəssis rəyi ilə tanış olduğunu, mütəxəssis rəyində ona məxsus oğurlanmış əşyaların ümumi 4102 manat qiyməti ilə razı olmadığını və ona ümumilikdə 4177 manat maddi ziyan vurulduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, ünvan 2-da yerləşən evdə ailə üzvləri olan oğlu Təqsirləndirilən şəxs, onun arvadı Şahid2 və iki azyaşı nəvələri ilə birgə yaşayır. 14 ildir ki, Lənkəran şəhərində yerləşən "xxxx" MMC qənnadı fabrikində fəhlə işləyir. Həftə içi hər günü saat 08-dan 18-dək iş yerində çalışır. Təqsirləndirilən şəxs iki oğlundan kiçiyidir. O, əvvəllər məhkum olunmamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir və günəmuzd fəhləlik etməklə dolanır. Təqsirləndirilən şəxs pis vədişləri vardır ki, o, valideyn olaraq bir neçə müddətdir ki, onunla mübarizə aparır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrdən istifadə edib, sonra Lənkəran Rayonlarası Narkoloji Xəstəxanasında bir neçə dəfə statisonar və ambulator şəraitdə müalicə almşdır. Bir müddət yaxşı olsa da, sonradan yenidən narkoik vasitələrə qurşandığını, istifadə etdiyini hiss etmişdir. Barəsində olan cinayət işi üzrə bildirmişdir ki, iş üzrə zərəçəkmiş Zərərçəkmiş şəxs qonşusudur. O, Lənkəran şəhəri, Ü. Hacıbəyov küçəsi ev 14-də yaşayır. Onunla və ailəsi ilə münasibəti yaxşı olmuşdur. 06 yanvar 2025-ci il tarixdə, saat 19 radələrində iş yerindən yaşadığı ünvana gəldikdən sonra gəlini Şahid2 qonşusu Zərərçəkmiş şəxs həyətinə polis əməkdaşlarının gəldiyini, onun evindən oğurluq hadisəsi olduğunu bildirmişdir. Həmin günü oğlu Təqsirləndirilən şəxs da evdə olmuşdur. Hadisə barədə hər hansı bir məlumatı olmamışdır. Hadisədən bir neçə gün sonra Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs fərdi yaşayış evindən oğurluq hadisəsini törətdiyini, yaşadığı məhəllədə etiraf etməsini və Zərərçəkmiş şəxs bu barədə xəbər göndərməsini eşitdikdən sonra o, gəlini Şahid2 bu barədə ondan soruşduqda Cavid onlara oğurluq törətdiyini etiraf etmişdir. Daha sonra işdə olduğu zaman oğlu Təqsirləndirilən şəxs polis əməkdaşları yaşadığı ünvanda saxlayıb polis şöbəsinə apardığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran şəhər rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsi xidməti ərazisidir. 6 yanvar 2025-ci il tarixdə Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsi 14 ünvanında yaşayan Əlizadə X7 ŞRPŞ-ya ərizə ilə müraciət edərək, 16 dekabr 2024-cii il tarixdən 26 dekabr 2024-cü il tarixədək olan müddət ərzində, yaşayış olmayan fərdi yaşayış evindən naməlum şəxs və ya şəxslər tərəfindən məişət əşyalarının oğurlanması barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs təhqiqat zamanı izahatında fərdi yaşayış evindən oğurluq hadisəsinin törədilməsində qonşusu Təqsirləndirilən şəxs şübhələnməsini göstərmişdir. Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurluq hadisəsini törədilməsində qonşusu Təqsirləndirilən şəxs tərəfindən həqiqətən də törədilməsini müəyyən etmək üçün tərəfindən bir sıra əməliyyat tədbirləri həyata keçirilmişdir. 30 yanvar 2025-ci il tarixdə Lənkəran ŞRPŞ-nın CAB-n əməliyyat müvəkkili Şahid4la bigə Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində olması müəyyən olunaraq Lənkəran ŞRPŞ-ya dəvət olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs uzun müddət Bakı şəhərində yaşadığını, Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən fərdi yaşayış evinin nəzarətsiz olduğunu bildiyini, bu səbəbdən 2024-cü ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə, daş hasardan keçməklə məişət əşyalarını oğurladığını bildirmişdir. Ona görə də, Təqsirləndirilən şəxs barəsində olan araşdırma ilə bağlı olaraq rayon polis şöbəsinin istintaq bölməsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan oğurluq hadisəsini törədərkən tək olmuş, bu işdə ona kimsə kömək etmədiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, işdə olan 06 yanvar 2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, oğurluq hadisəsi Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsi 14 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş vermişdir. Baxış zamanı Zərərçəkmiş şəxs evindən məişət əşyalarının oğurlandığı və həmin əşyalardan “Yağmur” markalı qazla işləyən su qızıdırıcı qaz sobası və su nasosunun ona qaytarıldığını bildirmişdir. İşdə olan əməliyyat axtarış tapşırığının cavabından görünür ki, keçirilən əməliyyataxtarış tədbirləri zamanı ünvan 2-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs məxsus Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsi 14 ünvanında yerləşən, yaşayış olmayan fərdi yaşayış evinə qanunsuz daxil olaraq, sonuncuya məxsus məişət əşyalarını oğurlamışdır. Oğurladığı əşyalardan su nasosu və su qızıdrıcısını Zərərçəkmiş şəxs qaytarmış, digər əşyaları isə tanımadığı şəxslərə satmışdır. Hadisə zamanı o, tək olmuş və ona cinayəti törətəkdə kimsə köməklik etməmişdir. İşdə olan 30 yanvar 2025-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1 ədəd turnik (çiyinlərlə dartınmaq üçün üfüqi çubuq) idman alətinin qiyməti 20 manat, 8 metr uzunluğunda çox damarlı izolyasiyalı elektrik kabelinin 1 metrinin qiyməti 2,5 manat olmaqla cəmi qiyməti 20 manat, 1 ədəd 4 pilləli dəmir hovuz pilləkanının qiyməti 30 manat, 1 ədəd 20 metr uzunluğunda şəbəkəli dəmir məhəccərin qiyməti 300 manat, 1 ədəd gül dibçəyinin qiyməti 15 manat, 1 ədəd elektik su nasosunun qiyməti 90 manat, 1 ədəd su hidroforunun qiyməti 35 manat, 1 ədəd polad sobanın qiyməti 50 manat, 2 ədəd alüminium aşsüzənin bir ədədinin qiyməti 20 manat olmaqla cəmi qiyməti 40 manat, 20 ədəd sadə mətbəx qazanının 1 ədədinin qiyməti 30 manat olmaqla 20 ədəd sadə mətbəx qazanının qiyməti 600 manat, 1 ədəd 6 litr həcmli dəmir vedrənin qiyməti 30 manat, 1 ədəd 200 x 100 sm ölçüdə dəmir barmaqlığın qiyməti 150 manat, 3 ədəd ədəd odun saplı baltanın bir ədədinin qiyməti 15 manat olmaqla cəmi qiyməti 45 manat, 1 ədəd, əl mişarının qiyməti 7 manat, 2 ədəd çəkicin bir ədədinin qiyməti 4 manat olmaqla cəmi qiyməti 8 manat, 4 kq mismarın bir kiloqarmının qiyməti 5 manat olmaqla cəmi qiyməti 20 manat, 1 ədəd maye qazla işləyən “Yağmur” markalı su qızdırıcı qaz sobasının qiyməti 250 manat, 1 ədəd qolları və yaxası təbii, digər hissələri orijinal xəzi xatırladan qadın xəz paltosunun qiyməti 1500 manat, 3 ədəd elektrik uzadıcısının bir ədədinin qiyməti 14 manat olmaqla cəmi qiyməti 42 manat, 1 ədəd sadə gitaranın qiyməti 100 manat, 1 dəst 10 parçadan ibarət çay dəstinin qiyməti 50 manat, 1 bir dəst 25 parçadan ibarət tort dəstinin qiyməti 50 manat, 4 ədəd “Tefal” markalı qazanın bir ədədinin qiyməti 30 manat olmaqla cəmi qiyməti 120 manat, 8 ədəd qazançanın bir ədədinin qiyməti 20 manat olmaqla cəmi qiyməti 160 manat, 2 ədəd “Tefal” markalı tavanın bir ədədinin qiyməti 30 manatq olmaqla cəmi qiyməti 60 manat, 1 ədəd taxt örtüyünün qiyməti 40 manat, 2 ədəd elektrik ütüsünün bir ədədinin qiyməti 75 manat olmaqla cəmi qiyməti 150 manat, 1 ədəd “Geepas” markalı elektrikli ətçəkən maşının qiyməti 120 manat, 2 ədəd dəmir kanalizasiya örtüyünün bir ədədinin qiyməti 15 manat olmaqla cəmi qiyməti 30 manat təşkil eləyir. İşdə olan “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus “Yağmur” markalı qazla işləyən su qızıdrıcı qaz sobası və su nasosu maddi sübut hesab edilmiş və məhkəməyədək saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkum olunmamışdır. İşdə olan yaşayış yerindən arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqları xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində şikayət daxil olmamışdır. İşdə olan raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 08:00 radələrində saxlanılaraq Lənkəran RŞPŞ-nə gətirilmişdir. İşdə olan tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan “Şübhəli şəxs qismində tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbiri seçilmək haqqında” xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqında iltizam» qismində qətimkan tədbiri seçilməklə o, saat 10:00-da tutulmadan azad edilmişdir. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsi, şahidləri dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cii maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını və Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərəçəkmiş şəxsin şikayətçi və tələbkar olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, müəyyən müddətdə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin xx.xx.2025-ci il tarix, saat 08:00-dan xx.xx.2025-ci il tarix, saat 10:00-dək şübhəli şəxs qismində tutulduğu 03 gün, bir günə bir gün hesabı ilə azadlıqdan məhrum etmə cəzasının 03 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs cəza təyin olunmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş ”başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və məhkəməyədək saxlanılması üçün zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs verilmiş “Yağmur” markalı qazla işləyən su qızdırıcı qaz sobası və bir ədəd su nasosu hökm qanuni qüvvəyə mindikdən sonra onun sahibliyində saxlanılmalıdır. İş üzrə maddi ziyan olan 4177 manatdan 340 manat dəyərində əşyanın zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, zərəçəkmiş şəxsə qaytarılmamış 3837 manat məbləğində maddi ziyanla bağlı təqsirləndirlən şəxsə qarşı mülki qaydada iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 428-435-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 3 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və məhkəməyədək saxlanılması üçün zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs verilmiş “Yağmur” markalı qazla işləyən su qızdırıcı qaz sobası və bir ədəd su nasosu hökm qanuni qüvvəyə mindikdən sonra onun sahibliyində saxlanılsın. İş üzrə maddi ziyan olan 4177 manatdan 340 manat dəyərində əşyanın zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, zərəçəkmiş şəxsə qaytarılmamış 3837 manat məbləğində maddi ziyanla bağlı təqsirləndirlən şəxsə qarşı mülki qaydada iddia qaldırmaq hüququnun olması izah olunsun. İş üzrə məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-96/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-96/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver