Məhkəmə qərarları › İş №1(049)-97/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-97/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-97/2023 02.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat: 11:00 xx xxxxxx 1990-cı ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkum olunmamış, Lənkəran rayonu Sərinbulaq kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qonşusu Zərərçəkmiş şəxs ilə 05 dekabr 2022 -ci il tarixdə saat 18 radələrində Lənkəran rayonu Sərinbulaq kəndində otlaq sahəsinə gedən yolda şəxsi münasibətləri zəminində, yəni sonuncunun onun qayınatasına görə bacısının boşanması səbəbindən aralarında yaranmış münaqişə zamanı qəsdən Zərərçəkmiş şəxs itələyərək yerə yıxaraq ona - alın nahiyəsində yumşaq toxumaların əzilməsi-hematoması, burun nahiyəsində sıyrıqdan ibarət xəsarət yetirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəlidir. 2 uşaq atasıdır. Fəhləlik etməklə ailəsinin dolanışığını təmin edir. Zərərçəkmiş şəxs qonşusudur. Zərərçəkmiş şəxs ilə aralarında münasibətlər yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində küçə ilə qayınatası Seyfəddinin evinə gedərkən yolda olan zaman Sevil ona rast gəlmişdir. Sevil qayınatasının onun bacısını ərə verdiyini, hal-hazırda bacısının da boşandığını deyərək mübahisə etməyə başlamışdır. Çıxıb gedən zaman Sevil əynində olan gödəkçədən tutmuşdur. Bu zaman aralarında sözlə mübahisə baş vermişdir. Sevilə uzaq durmasını bildirmişdir. Lakin Sevil onunla mübahisə etdiyinə görə əsəbləşərək onu divara tərəf itələmiş və yerə yıxılaraq başı divara dəymişdir. Sevilin səhhətinin pisləşdiyini görərək onu yerdən qaldırıb evinə yola salmışdır. Həmin vaxtı ətrafda olardan başqa heç kim olmamışdır. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə Zərərçəkmiş şəxs elan edilmiş ifadəsindən görünür ki, Lənkəran rayonu Hirkan qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyatyanı sahəsində 2 baş heyvan (inək) saxlayır. Həmin heyvanları hər gün Lənkəran rayonu Sərinbulaq kəndində yerləşən pay torpaq sahəsinə otarmaq üçün aparır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində ona məxsus olan heyvanları otlaq sahəsindən yaşadığı ünvana aparmışdır. Yolda olan zaman qonşusu Təqsirləndirilən şəxs qarşısına çıxmışdır. Arzumana qayınatasının bacısına aldığı oğlanın onunla boşandığına görə narazılığını bildirmişdir. Arzuman da üzərinə hücum çəkərək onu itələmişdir. Həmin zaman yerə yıxılaraq başı divara dəyərək xəsarət almışdır. Oradan qaçıb, ağlaya-ağlaya yaşadığı evə getmişdir. Ətrafda heç kim olmamışdır. Ailə üzvləridə onu Lənkəran rayon mərkəzi xəstəxanasına aparmış və tibbi yardım aldıqdan sonra evə qayıtmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədə ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs ilə barışmadığını, ondan şikayətçi olduğunu, ona qanunamüvafiq cəza verilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş məhkəmə-tibbi ekspertizasının 06 dekabr 2022-ci il tarixli, 1220 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - alın nahiyəsində yumşaq toxumaların əzilməsihematoması, burun nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş 07 dekabr 2022-ci il tarixli baxış protokolundan görünür ki, hadisə Lənkəran rayonu Sərinbulaq kəndində baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş xx.xx.2022-ci il tarixli 1024 saylı məktubdan görünür ki, Əliyev X1 Şəhər Psixiatriya Xəstəxanasından qeydiyyatda olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Lənkəran şəhər İHB-nin Xanbulan kənd İƏD nümayəndəliyinin 13 dekabr 2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Əliyev X1 rayonu, Sərinbulaq kəndində qeydiyyatda olmaqla arvadı və iki uşağı ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafı, bunu tamamlayan zərər çəkmiş şəxsin ifadəsi, ekspert rəyi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Buna görə də, məhkəmə cinayət əməli törətmiş şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyası həddində islah işləri cəzası ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri cəzasını əsas iş yeri üzrə çəkməli və cəzanın icra müddəti onun işlədiyi və qazancından tutulmaların aparıldığı aylar və günlər üzrə hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəinə həvalə olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-3 47, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilirənək, aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar