Məhkəmə qərarları › İş №1(049)-97/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-97/2024

28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-97/2024 28.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Lənkəran rayonun Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində azyaşlı övladı olan, əvvəllər məhkum edilməyən, Lənkəran rayonun Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 2023-cü ilin noyabr ayında, Lənkəran şəhəri Böyük-bazar adlanan ərazidə, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 1 ədəd bükümdə təmiz çəkisi 0,800 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroni, əldə edib üzərində saxlamaqla daşımış, 14 noyabr 2023-cü il tarixdə saat 22:10-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin, X5 Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu Sütəmurdov kəndində saxlanılaraq CBRŞ-nin yerləşdiyi inzibati binasına gətirildikdən sonra, üzərində şəxsi-axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə heroin əynində olan şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümün içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ancaq narkotik vasitə heroin qəbul edir. xx.xx.2023-cü il tarixdə axşam saat 22 radələrində Sütəmurdov kəndində orta məktəbin yaxınlığında piyada gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışlar. Onlar ona özlərini təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək o X5 Şöbəyə gətirilmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş və vəkil ilə təmin edilmişdir. Təhqiqatçı tərəfindən polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı ona bildirmişdir ki, üzərində əgər hər hansı bir qanunla qadağan edilmiş əşya və maddə vardırsa təqdim etsin. O da həmin vaxt əynində şalvarının sol yan cibindən mobil telefonu, şalvarının sağ yan cibindən isə alışqanını və üzərində olan bir ədəd bükümdə heroini çxırdıb təqdim etmişdir. Təhqiqatçısı həmin bükümə baxış keçirmişdir. Bükümün içərisində heroin aşkar edilmişdir. Onunla bu barədə sorğu sual edildikdə polis əməkdaşlarına üzərində aşkar olumuş bükümün içərisində olan maddənin heroin olduğunu, heroini iki gün bundan öncə Lənkəran şəhər Böyük Bazar ərazisində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 30 manata alaraq qəbul etmək üçün üzərində saxladığını demişdir. Sonda tərtib edilmiş protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. İstintaq zamanı iş üzrə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, BNMİ-nin, CBRŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 noyabr 2023-cü il tarixdə Lənkəran rayonun Sütəmurdov kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında heç bir münasibəti olamamışdır. Təqsirləndirilən şəxs barəsində daxil olmuş həmin məlumat barədə regional şöbənin rəisini məruzə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 14 noyabr 2023-cü il tarixdə şöbənin rəisindən müvafiq razılıq alındıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna regional polis şöbənin əməliyyat müvəkkili Mehti Səfiyarav və polis nəfəri Şahid3 də cəlb edilmişlər. Şöbəsinin rəisi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. xx.xx.2023-cü il tarixdə saat 22:10-də Təqsirləndirilən şəxs tərəflərindən Lənkəran rayonun Sütəmurdov kəndində məktəbin yaxınlığında saxlanılmışdır. Ona özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməyi bildirilmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Bu barədə tərəfindən regional şöbənin rəisinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs regional şöbənin təhqiqatçısı polis mayoru Famil Həsənov tərəfindən şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bundan sonra regional şöbənin əməliyyat müvəkkili Şahid2 tərəfindən aparılan video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi-axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs bildirildi ki, əgər üzərində qanunsuz əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd Xiomi markalı mobil telefon, şalvarının sağ yan cibində bir ədəd alışqan və bir ədəd selofan bükümü çıxarıb təqdim edərək stolun üzərinə qoyaraq təqdim etdiyi bükümün içərisində heroin olduğunu bildirmişdir. Sonra təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz digər əşya, maddə, predmet aşkar olunmamış və götürülməmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd bükümün içərisinə baxıldıqda bükümün içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə, bir ədəd heroinə bənzər kütlənin çəkisi 0,88 qram olmuşdur. Onunla bu barədə şifahi olaraq soğru sual edildikdə Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan heroini iki gün əvvəl Lənkəran şəhəri Böyük bazar ərazində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını və qəbul etmək üçün üzərində saxladığını, əldə etdiyi heroindən heç kəsə satmamış və həmçinin istifadə etməmiş olduğunu bildirmişdir. İş üzrə dindirilmiş Şahid3 digər Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı özünün etirafedici ifadəsi və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 14 noyabr 2023-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilən şəxsi axtarışın videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən ilkin çəkisi 0,88 qram olan bir ədəd bükümdə psixotrop maddə heroin aşkar edilib qablaşdılaraq götürülmüş, Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən “məhkəmə-kimyəvi ekspertizası” üzrə verilmiş 15 noyabr 2023-cü il tarixli 19/1008 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroin bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi - 0,800 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş ambulator məhkəmə-narkoloji ekpertizasının 15 noyabr 2023cü il tarixli, 1048 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Stimulyatorların qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdə saat 22:10 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur. 16 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və tutulmadan azad edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 04 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Xiomi” markalı mobil telefon istintaq zamanı Təqsirləndirilən şəxs özünə qaytarılması nəzərə alınmış, 01 (bir) ədəd kağız paketdəki 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,800 qram olan narkotik vasitə heroin və şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd kağız paketdəki 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,700 qram olan narkotik vasitə heroin Lənkəran şəhər-rayon polis şöbəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarışın 01 ədəd DVD diskinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən tərtib edilmiş 17 yanvar 2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Lənkəran şəhər İHB-nın Sütəmurdov kənd inzibati ərazi dairəsində nümayəndəliyinin 75 nömrəli 03 fevral 2024-cü il tarixli arayışından görünür ki, Uğurlu X3 rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla ailə üzvləri – həyat yoldaşı X1, övladları xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X7 ilə birlikdə yaşayır və 03 fevral 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 17 yanvar 2024-cü il tarixli, 181 nömrəli arayışından görünür ki, Uğurlu X3 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. “Stasionar məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 130 saylı rəyindən görünür ki, İ. Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alan ekspert komissiyası belə nəticəyə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «PSİXOAKTİV MADDƏLƏRİN MÜŞTƏRƏK QƏBULU (POLİNARKOMANİYA) NƏTİCƏSİNDƏ AZ İFADƏLİ ŞƏXSİYYƏT DƏYİŞİKLİYİ» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F19.0) müəyyən edilir. Bunu cinayət işi materiallarındakı tibbi sənədlər, toplanmış ifadələr, anamnestik məlumatlar (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsində keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 22 aprel 2021-ci il tarixli 865 nömrəli rəyində «Psixoaktiv maddələrdən sui-istifadə nəticəsində psixi və davranış pozuntusu, asılılıq sindromu» diaqnozu müəyyən edilməsi, Lənkəran Şəhər Narkoloji Xəstəxanasında keçihlmiş ambulator məcburi narkoloji-tibbi yoxlamasının 15 noyabr 2023cü il tarixli 1048 nömrəli rəyində «Opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi)» diaqnozu ilə məcbun müalicəyə ehtiyacı olduğunun göstəhlməsı) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində əhvali-ruhiyyə fonunun dəyişkən olması, narkotik vasitələrdən istifadə etməyə meylli olması, şəxsiyyətinin müəyyən qədər reqressə uğradığını göstərən iradəsinin, borc və məsuliyyət hissinin bir qədər zəifləməsi, gündəlik fəaliyyətində başqalarına, yaxınlarına qarşı etinasızlıq elementlərinin getdikcə daha çox yer alması, həqiqətə tam uyğun olmayan şəkildə danışmağa meyl etməsi, maraq dairəsinin müəyyən qədər daralması kimi əlamətlərin üzə çıxması və s.) sübut edir. Bununla yanaşı hal-hazırkı ekspertiza zamanı yoxlanılan şəxs Təqsirləndirilən şəxs stasionar şöbədə müayinədə olduğu ilk günlərdə özünü qeyri-adekvat aparması, ünsiyyətə qoşulmaması, sonrakı günlərdə tədricən davranışının şəraitə uyğun korreksiya olunması, özünü sakit və adekvat aparması, ünsiyyətə qoşulması, təmizliyinə və xarici görkəminə diqqət yetirməsi, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində əvvəlcə məhsuldar söz təması yaratmağın mümkün olmaması, təkrar sorğu-suallardan sonra ünsiyyətin məhsuldar olması, ona ittiham olunan cinayət əməli barəsində soruşularkən əvvəlcə sualların cavabını yalnız anasının bildiyini deyərək suallardan yayınmağa çalışması, daha sonra bu istiqamətdə dəqiqləşdirici və çarpaz sorğu-sual edildikdə əməlini etiraf etməsi onun davranışının qeyri-səmimi, yanıldıcı olduğunu, aqravasiya etdiyini göstərir. Qeyd olunmalıdır ki, aqravasiya - hər hansı xəstəliyi və yaxud onun ayrı-ayrı əlamətlərini düşünülmüş surətdə, bilərəkdən şişirtməkdir. İİ. Yekun hissəsi. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixoaktiv maddələrin müştərək qəbulu (polinarkomaniya) nəticəsində az ifadəli şəxsiyyət dəyişikliyi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində qoyulmuş 1-ci sualın sonuncu hissəsinin (psixi vəziyyətinə görə hansı fərdi-psixi xüsusiyyətlərə malik olması) cavablandırılması məhkəmə psixiatrik ekspertizasının kompetensiyasına aid deyildir. Həmin sualın cavablandırılması məhkəmə psixoloji ekspertizasının səlahiyyətinə aiddir. Hal-hazırkı müayinə zamanı yalnız məhkəmə psixiatrik ekspertizasının səlahiyyətinə aid olan suallar cavablandırılmışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixoaktiv maddələrin müştərək qəbulu (polinarkomaniya) nəticəsində az ifadəli şəxsiyyət dəyişikliyindən əziyyət çəkdiyi müəyyən olunur. Təqsirləndirilən şəxs qeyd olunan patologiya psixoaktiv maddələrin müxtəlif növlərinin müştərək qəbulunun mərkəzi sinir sisteminin fəaliyyətinə təsirindən yaranaraq şəxsiyyət dəyişikliyi formasında özünü göstərir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkarlanan şəxsiyyət dəyişikliyi dərəcəsinə görə az ifadəlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən psixoaktiv maddələrin müştərək qəbulu (polinarkomaniya) nəticəsində şəxsiyyət dəyişikliyi az ifadəli olduğundan o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 -ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı özünün etirafedici ifadəsi, şahid ifadələri ilə yanaşı, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 5 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət əməlini səmimi etiraf edib peşman olması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət (həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla) azadlığın məhdudlaşdırılması cəzasının 4 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,700 qram təşkil edən narkotik vasitə - heroin məhv edilməli, 1 ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi naroloji kabinetində qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,700 qram təşkil edən narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyat yeri üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar