Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-97/2025 09.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 17.35 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1949-cu ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, təqaüdçü, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, B.Məmməd küçəsi, ev 4/2-də qeydiyyatda olmaqla Lənkəran rayonu Girdəni kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, 2023-cü ilin dekabr ayında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə Lənkəran rayonu Boladi kənd sakini Zərərçəkmiş şəxs Şirvan Apellasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 dekabr 2023-cü il tarixli 1 (106)-462/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 6 (altı) ilədək artırılmış atası X1 həmin cəzasının müddətinin guya Azərbaycan Respublikasının Ali Məhkəməsində işləyən yaxın tanışı vasitəsi ilə 15000 manat pul müqabilində azaldılaraq atasının azadlığa çıxarılmasına köməklik edəcəyinə dair yalan vədlər verib aldadaraq özünə inandırıb, etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs ona olan inam və etibarından sui- istifadə edərək, maddi qazanc əldə etmək məqsədi ilə vahid niyyətlə 2023-cü ilin dekabr ayının ortalarında 4000 manat və 2024-cü ilin aprel ayının əvvəlində 10700 manat olmaqla, sonuncuya məxsus xeyli miqdarda-cəmi 14700 (on dörd min yeddi yüz) manat məbləğində pul vəsaitini hər iki halda özünün yaşadığı Lənkəran rayonu, Girdəni kəndində yerləşən evində Zərərçəkmiş şəxs qəbul etməklə ələ keçirib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hazırda əməlindən peşmandır. Vurulmuş ziyanı ödəməyə çalışır, lakin maddi imkanı yaxşı olmadığı üçün tam ödəyə bilməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilərək araşdırılmış təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsindən görünür ki, “Lənkəran rayonu Girdəni kəndində anadan olmuşdur, hal-hazırda orada yaşayır. Zərərçəkmiş şəxs Lənkəran rayon prokurorluğuna yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur. O, ali təhsilli hüquqşünasdır, 1994-cü ilə qədər Lənkəran rayon İcra şöbəsində məhkəmə icraçısı vəzifəsində işləmiş, hzırda pensiyadadır. Ayda 700 manat məbləğində əmək pensiyası alır. 1994-cü ildən 2000-ci ilə qədər etibarnamə ilə məhkəmələrdə iştirak etmişdir. Lənkəran rayonu Boladi kənd sakini Şahid1 uzun müddətdir tanıyır, dostluq münasibətləri vardır. O, Şahid1 vasitəsilə Şahid3la da çoxdandır tanış olmuşdur, normal münasibətləri olmuşdur. Şahid3 qardaşı X4 2022-ci ilin sentyabr ayında yol nəqliyyat hadisəsi törətmişdir. O, Sayad Sayadovun barəsində cinayət işi istintaq olunan vaxtdan Sayadı və oğlu Xalidi tanımışdır. Onu Sayad və Xalidlə əmisi Səndəl, dostu İmran tanış etmişdir. O, hüquqşünas olduğu üçün ondan işin mahiyyəti ilə bağlı məsləhətlər almışlar. 2023-cü ilin dekabr ayında Şahid1, Şahid3 və Zərərçəkmiş şəxs onun yaşadığı Lənkəran rayonu Girdəni kəndindəki evinə gəlmişlər. Xalid və Səndəl ona demişlər ki, Xalidin X16 həmin gün Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı dəyişdirilərək 6 il azadlıqdan məhrumetmə cəzasına məhum edilmişdir. Sayad Sayadov məhkəmə iclas zalından həbs olunmuşdur. Ondan xahiş etmişlər ki, əgər tanışı varsa Ali Məhkəmədə Sayad Sayadova köməklik etsin, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılsın. O da Xalid və əmisi Səndələ bildirmişdir ki, Ali Məhkəmədə tanışı olan şəxslə danışıb əgər köməklik etmək mümkün olarsa Sayadın cəzasının dəyişdirilməsinə kömkəlik edəcəkdir. O, adını demək istəmədiyi tanışıyla danışmış, Bakı şəhərində onunla bir məsələ ilə bağlı görüşmək istədiyini bildirmişdir. Səhəri gün Səndəl, Xalid və İmran yenidən onun evinə gəlmişlər. O, öz fikrincə X15 Məhkəmədə cəzasının azaldılması müqabilində Xaliddən 15000 manat pul alacağını bildirmişdir. Xalid də onunla razılaşmışdır. O, Xalidə demişdir ki, səhəri gün Bakı şəhərinə getməlidir, müəyyən qədər pul versin ki, o, gedib iş barədə söhbət etsin. Həmin vaxt Səndəllə İmran onun evində qalmış, Xalid pul gətirməyə getmişdir. Təxminən 2 saat keçdikdən sonra Zərərçəkmiş şəxs gəlmiş və ona 4000 manat məbləğində pulu sayıb vermişdir. Xalid pulu ona verərkən onun evində Səndəl, İmran, Xalid və birdə özü olmuşdur. O da səhəri gün Bakı şəhərinə getmiş, tanışı olan adamla görüşüb iş barədə məlumat vermişdir. Həmin tanışına bildirmişdir ki, Sayad Sayadovun cəzasının Ali Məhkəmədə azaldılacağı təqdirdə 15000 manat pul verməyə hazırdır. Tanışı da ona demişdir ki, maraqlanıb ona cavab verəcəkdir. O, qayıdıb Lənkəran rayonuna gəlmişdir. Bundan sonra Xalidlə mütəmadi olaraq əlaqə saxlayıb, maraqlanırmış. Xalidə demişdir ki, vəkilindən xahiş etsin ki, X16 barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti versin. 2024-cü ilin aprel ayında Xalid razılaşdığı 15000 manat puldan 10700 manat pulu onun evinə gətirib ona vermişdir. Xalid ona pulu verərkən əmisi Səndəl, dostu Umud da yanında olmuşdur. O, Xalidə narahat olmamasını, Sayad Sayadova köməklik edəcəyini bildirmişdir. O, həmin müddət ərzində Xalidin ona verdiyi puldan 2700 manatını artıq gedib, gəlməyə və öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, 12000 manat pulu götürüb Bakı şəhərinə tanışıyla görüşməyə getmiş. Tanışı ona bildirmişdir ki, Sayad Sayadovun cəzasının azaldılmasına köməklik edə bilməyəcəkdir. O, həmin vaxt tanışına 12000 manat pulu göstərib, məbləğini deyib, ona verməyi də təklif etmişdir. Lakin həmin şəxs ondan pulu qəbul etməmiş, pulu sahibinə qaytarmağını tövsiyə etmişdir. O da qayıdıb Lənkəran rayonuna gəlmişdir. Evində olarkən səhəri gün 12000 manat pulun onun üzərimdə olmadığını görmüşdür. O. həmin vaxt fikirləşmişdir ki, pulu hardasa itirmişdir. 2024-cü ilin may ayında Sayad Sayadov barəsində Ali Məhkəmədə qərar olmuş və Şirvan Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. O, həmin gün Ali Məhkəmənin qərarından məlumatı olsa da Xalidə kömək etmədiyi üçün onun pulunu qaytarmalı olduğunu, lakin həmin vaxt Xaliddən aldığı 14700 manat məbləğində pul onda olmadığı üçün ona qərar barədə məlumat verməmişdir. Təxminən 15 gün keçdikdən sonra Xalid onunla əlaqə saxlamış və atası barədə Ali Məhkəmənin qərarı elan olunduğunu bildirmiş və ona verdiyi pulu tələb etmişdir. O, Xalidə bildirmişdir ki, ona müəyyən müddət vaxt versin onun pulunu qaytaracaqdır. 2024-cü ilin iyun ayında Xalidin əmisi Səndəlin evinə getmiş, düzəltdiyi 4000 manat pulu Xalidə vermişdir. Həmçinin onun tanışım olan X5ma məxsus evin çıxarışını da Xalidə vermişdir ki, qalan pulu da qaytaran vaxt evin sənədini götürər. Xalid ondan evin çıxarışını götürməmiş, evin çıxarışı Səndəldə qalmasını xahiş etmişdir. Həmin vaxtdan sonra Xalid onunla əlaqə saxlayıb pulunu istəyirdi, o da yaxın vaxtlarda onun pulunu qaytaracağını vəd edirmiş. Xalid qalan 10700 manat məbləğində pulu tam şəkildə istədiyindən o, həmin pulu düzəldib verə bilmirmiş, hissə hissə qaytarmağa da razılaşmırmış. Belə ki, o, Zərərçəkmiş şəxs ümumilikdə 14700 manat məbləğində pul almışdır. O, Zərərçəkmiş şəxs X16 barəsində olan məhkəmə qərarının dəyişdirilməsi adı ilə pul almışdır, lakin məhkəmə qərarı dəyişdirilməyinə kömək edə bilməmiş, həmin pulun da bir hissəsini yəni 2700 manatını şəxsi ehtiyacı üçün xərcləmiş, 12000 manatını isə itirmişdir. O, Ali Məhkəmədə işləyən tanışı vasitəsi ilə, Sayad Sayadovun işinə köməklik edəcəyini, lakin tanışının razılıq verməməsi səbəbindən o, Zərərçəkmiş şəxs yalan vəd vermiş olmuşdur. O, həmin pulun 12000 manatını itirdiyi və 2700 manatını xərclədiyi üçün vaxtında Zərərçəkmiş şəxs qaytara bilməmişdir. O, həmçinin fikirləşmişdir ki, əgər iş alınarsa 12000 manatını tanışına verər, qalan 2700 manat məbləğ də onuun qazancı olar, əgər iş alınmasa pulu qaytaracağını güman edirmiş. Ona Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi DVD diskdə 5 (beş) ədəd 2 dəqiqə 22 saniyə, 46 saniyə, 59 saniyə, 49 saniyə və 51 saniyəlik səs yazları təqdim edilir. Həmin səs yazıları ilə bağlı bildirmişdir ki, ona təqdim olunan səs yazıları ona məxsusdur, o, Zərərçəkmiş şəxsla telefon vasitəsilə danışmışdır, Xalidə aldığı pulu yaxın vaxtlarda qaytarmağa söz vermiş, lakin pulu düzəldə bilmədiyi üçün vədinə əməl edə bilməmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs aldığı ümumilikdə 14700 manat puldan 2024-cü ilin iyun ayında 4000 manat və 2025-ci ilin mart ayında isə 1500 manatını qaytarmış və 9200 manat pulu isə hələ də qaytarmamış, yaxın günlərdə düzəldib qalan məbləği qaytaracağını bildirmişdir.” Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X4 onun atasıdır. X16 avtobus sürücüsü olmuşdur. xx.xx.2022-ci il tarixdə atası Lerik rayonundan Lənkəran rayonuna qayıdarkən kənd sakinlərini ziyarətgahdan gətirərkən Lerik-Lənkəran yolunda yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı atası və bir neçə nəçə nəfər xəsarət almış, 8 nəfər sərnişin isə ölmüşdür. Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanmış, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 2023-cü ilin may ayında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə atasına 5 il azadlıqdan məhrumetmə cəzası verilmişdir. Hökmdən apelyasiya protesti verilmiş. 2023cü ilin dekabr ayında Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə X16a 6 il azadlıqdan məhrumetmə cəzası verilmişdir. Bundan sonra o, atasının cəzasının azaldılması üçün, azadlığa çıxması üçün fikirləşirmiş. Onun əmisi şəhid atası İsmayılov X3 Apellyasiya Məhkəməsinin qərarı olan gün onu evinə çağırmış və demişdir ki, onun tanışı həmkədlisi olan Şahid1 vasitəsilə Lənkəran rayonu Girdəni kənd sakini Təqsirləndirilən şəxs atasının cəzasının azaldılması üçün köməklik edəcəkdir. O, əmisi ilə söhbət etdiyi vaxt Şahid1 da əmisi gilə gəlmiş və o, əmisi və İmran Lənkəran rayonu Girdəni kəndində yaşayan Təqsirləndirilən şəxs evinə getmişlər. O, atasının vəziyyətini, ona elan olunmuş hökm barədə Zakirə məlumat vermişdir, Təqsirləndirilən şəxs də vəkillik fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, Ali Məhkəməyə kassasiya şikayəti verəcəkmiş və məhkəmədə olan tanışları vasitəsilə atası azadlığa buraxdıracaqdır. O, Zakirdən Ali Məhkəmədə olan tanışının kim olduğunu soruşduqda ona heç bir məlumat verməyərək ad deməyəcəyini bildirmişdir. Zakir ona demişdir ki, atasını azadlığa buraxılmağı, yəni birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlatdırmağı müqabilində 15000 manat məbləğində pul lazım olduğunu demişdir. O, əmisi və Şahid1 Zakirlə razılaşıb evə qayıtmışlar. Səhəri gün axşamçağı yenidən o, əmisi və İmran Təqsirləndirilən şəxs evinə gedib, məsələni dəqiqləşdirmək məqsədilə söhbət etmişlər. Təqsirləndirilən şəxs növbəti gün Bakı şəhərinə gedəcəyini, bunun üçün ona ilkin olaraq 4000 manat pul verməli olduğumu bildirmişdir. Əmisi ona demişdir ki, “get evdən pul gətir”. O, Zakirin evindən çıxıb Boladi kəndinə pul axtarmağa getmişdir. Dostu Bakı şəhərində yaşayan Rasət Qənbərovdan 1000 manat, Umuddan 1000 manat qohumu, İbrahimdən isə 2000 manat həmin günü borc alıb Zakirin evinə qayıtmışdır. Həmin vaxt Rasət Bakı şəhərində olduğu üçün 1000 manat pulu dostu Umudun kart hesabına göndərmişdi. O, 2023-cü ilin dekabr ayında Lənkəran rayonu Girdəni kəndində Təqsirləndirilən şəxs evində əmisi Səndəl və İmranın yanında Zakirin evində atasının Ali Məhkəmədə hökmünün dəyişdirilməsi məqsədilə Zakirə 4000 manat pulu vermişdir. Təqsirləndirilən şəxs narahat olmamağını, atasının cəzasının azadlığın məhdudlaşdırılması cəzasına dəyişdirilməsinə köməklik edəcəyinə söz vermişdir. Zakir ona demişdir ki, apelyasiya məhkəməsində olan vəkilinə desin ki, kassasiya şikayəti versin. O da vəkil İbarət Həsənovdən xahiş etmişdir ki, apelyasiya məhkəməsinin qərarından kassasiya şikayəti versin. İbarət Həsənov onun atasının müqavilə əsasında vəkili olmuşdur. Buna görə də o, Apellasiya Məhkəməsinin qərarından Kassasiya şikayəti yazmışdır. Kassasiya şikayəti verildikdən sonra o, Təqsirləndirilən şəxs məlumat vermişdir. Zakir Rzyaev narahat olmamağını köməklik edəcəyini bildirmişdir. O, 2024-cü ilin əvvəlində qohumundan və dostlarından aldığı 4000 manat pulu evində olan qızılları satıb qaytarmışdır. Təqsirləndirilən şəxs ona hər dəfə əlaqə saxlayıb razılaşdığı 15000 manat pulun qalan 11000 manat pulu istəyirmiş. 2024-cü ilin martında o, “Access Bank” Lənkəran filialından 8000 manat məbləğində kredit götürmüş və özündə olan pulu da toplayıb 2024cü ilin aprel ayının əvvəlində Lənkəran rayonu Girdəni kəndində Təqsirləndirilən şəxs evində əmisi Səndəl, dostu Umud və o, getmişlər. 10700 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ona dedi ki, Ali Məhkəmədə baxış iclasına az vaxt qalmışdır, Bakı şəhərinə gedəcəyini, Ali Məhkəmədə olan tanışı ilə görüşüb pulu verəcəyini və atasının cəzasının 5 il müddətinə dəyişiləcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Ali Məhkəmədə yekun qərar elan olunmuş və Ali Məhkəmənin qərarı elan olunduqdan sonra vəkil İbarət Həsənov ona məlumat vermişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxslə əlaqə saxlamış və qərarın dəyişdirilmədiyi demişdir. Zakir ona bildirmişdir ki, Bakı şəhərindədir, tanışı ilə danışıb ona xəbər edəcəkdir. O, dəfələrlə Zakiri yığmış, sonra Zakir ona cavab verib demişdir ki, guya Ali Məhkəmənin plenumuna şikayət verib köməklik edəcəklər. O, Zakirə bildirmişdir ki, onu aldadıb pulu ələ keçirmişdir, onun pulunu qaytarsın. Təqsirləndirilən şəxs səhəri gün Lənkərana qayıdacağını və pulunu qaytaracağını bildirmişdir. 2024-cü ilin iyul ayında uzun müddət danışıqlardan sonra Təqsirləndirilən şəxs əmisi Səndəlin eivnə gəlmiş, ona 4000 manat pul vermişdir, həmçinin fərdi yaşayış evinə aid bir çıxarış ona təqdim etmişdir ki, qalan 10700 manat pulu da verəndə evin sənədlərini ona qaytarar. O da evin sənədinin ona lazım olmadığını, məsləhətdirsə əmisi Səndəldə qalmasını bildirmişdir. Evin sənədi əmisi Səndəldə qalmışdır. Bundan sonra o, dəfələrlə Təqsirləndirilən şəxslə əlaqə saxlayıb qalan pulunu istəmişdir. Zakir hər dəfə bir bəhanə gətirərək yaxın vaxtlarda pulunu qaytaracağını bildirərək onu aldatmışdır. Hazırda təqsirləndirilən şəxs ona 10700 manat pulunu hələ də qaytarmamış, buna görə də təqsirləndirilən şəxsə qanunla nəzərdcə tutulmuş ən ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uzaq qohumudur. xx.xx.2022-ci il tarixdə Xalidin X16 Lerik rayonundan Lənkəran rayonuna qayıdarkən kənd sakinlərini ziyarətgahdan gətirərkən Lerik-Lənkəran yolunda yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı Sayad və bir neçə nəçə nəfər xəsarət almış, 8 nəfər sərnişin isə ölmüşdür. Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanmış, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 2023-cü ilin may ayında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sayad kişiyə 5 il azadlıqdan məhrumetmə cəzası verilmiş, hökmdən apelyasiya protesti verilmiş və 2023-cü ilin dekabr ayında Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Sayad Sayadova 6 il azadlıqdan məhrumetmə cəzası verilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs atasının cəzasının azaldılması üçün, azadlığa çıxması üçün fikirləşirmiş. Xalidin əmisi şəhid atası İsmayılov X3 Apellyasiya Məhkəməsinin qərarı olan gün Xalidi evinə çağırmış və demişdir ki, onun tanışı yəni onun vasitəsiylə Lənkəran rayonu Girdəni kənd sakini Rzayev X8 atasının cəzasının azaldılması üçün köməklik edəcəkdir. Xalid əmisi ilə söhbət etdiyi vaxt o, Səndəlgilə gəlmiş və Xalid, əmisi Səndəl və o, Lənkəran rayonu Girdəni kəndində yaşayan Təqsirləndirilən şəxs evinə getmişlər. Xalidin atasının vəziyyətini, ona elan olunmuş hökm barədə Zakirə məlumat vermişlər, Təqsirləndirilən şəxs də vəkillik fəliayyəti ilə məşğul olduğunu bildirmiş və Xalidə bildirmişdir ki, Ali Məhkəməyə kassasiya şikayəti verəcəkdir və məhkəmədə olan tanışları vasitəsilə atası Sayadı azadlığa buraxdıracaqdır. Bundan sonra X19 Məhkəmədə olan tanışının kim olduğunu soruşduqda ona heç bir məlumat verməyərək ad deməyəcəyini bildirmişdir. Zakir ona bildirmişdir ki, atasının azadlığa buraxılmağı, yəni birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlatdırmağı müqabilində 15000 manat məbləğində pul lazım olduğunu demişdir. Onlar Zakirlə razılaşıb evə qayıtmışlar. Səhəri gün axşamçağı yenidən Xalid, əmisi Səndəl və o, Təqsirləndirilən şəxs evinə gedib, məsələni dəqiqləşdirmək məqsədilə söhbət etmişlər. Təqsirləndirilən şəxs növbəti gün Bakı şəhərinə gedəcəyini, bunun üçün ona ilkin olaraq 4000 manat pul verməli olduğunu bildirmişdir. X18 bildirmişdir ki, get evdən pul gətir. Xalid Zakirin evindən çıxıb Boladi kəndinə pul axtarmağa getmiş və 4000 manatı gətirərək Zakirin evinə qayıtmışdır. Xalid 2023-cü ilin dekabr ayında Lənkəran rayonu Girdəni kəndində Təqsirləndirilən şəxs evində əmisi Səndəl və onun yanında Zakirin evində atasını Ali Məhkəmədə hökmünün dəyişdirilməsi məqsədilə Zakirə 4000 manat pulu vermişdir. Təqsirləndirilən şəxs narahat olmamağım, atasının cəzasının azadlığın məhdudlaşdırılması cəzasına dəyişdirilməsinə köməklik edəcəyinə söz vermişdir. Zakir Xalidə bildirmişdir ki, apellyasiya məhkəməsində olan vəkilinə desin ki, kassasiya şikayəti versin. Xalid də vəkil İbarət Həsənovdan xahiş etmişdir ki, apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti versin. X11 atasının müqavilə əsasında vəkili olmuşdur. Kassasiya şikayəti verildikdən sonra o, Təqsirləndirilən şəxs məlumat vermişdir. Təqsirləndirilən şəxs narahat olmamağım köməklik edəcəyini bildirirmişdir. 2024-cü ilin aprel ayının əvvəlində Lənkəran rayonu Girdəni kəndində Təqsirləndirilən şəxs evində əmisi Səndəl, Xalid və dostu Umudla birlikdə getmiş, Xalid 10700 manat pulu Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs də onların yanında Xalidə demişdir ki, Ali Məhkəmədə baxış iclasına az vaxt qalmışdır, Bakı şəhərinə gedəcəyini, Ali Məhkəmədə olan tanışı ilə görüşüb pulu verəcəyini və atasının cəzasının 5 il müddətinə dəyişiləcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Ali Məhkəmədə yekun qərar elan olunmuşdur. Ali Məhkəmənin qərarı elan olunduqdan sonra vəkil X12 məlumat vermişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Bundan sonra Xalid Təqsirləndirilən şəxslə əlaqə saxlamış və qərarın dəyişdirilmədiyi demişdir. Zakir ona bildirmişdir ki, Bakı şəhərindədir, tanışı adamla danışıb ona xəbər edəcəyini bildirmişdir. O, dəfələrlə Zakiri yığmış, sonra Zakir ona cavab verib demişdir ki, guya Ali Məhkəmənin plenumuna şikayət verib köməklik edəcəkdir. Xalid Zakirə bildirmişdir ki, onu aldadıb pulu ələ keçirmişdir və onun pulunu qaytarsın. Təqsirləndirilən şəxs səhəri gün Lənkərana qayıdacağını və pulunu qaytaracağını bildirmişdir. 2024-cü ilin iyul ayında uzun müddət danışıqlardan sonra Təqsirləndirilən şəxs əmisi Səndəlin evinə gəlmiş, Xalidə 4000 manat pul vermişdir, həmçinin fərdi yaşayış evinə aid bir çıxarış ona təqdim etmişdir ki, qalan 10700 manat pulu da verəndə evin sənədlərini ona qaytarar. Xalid isə evin sənədinin ona lazım olmadığını, məsləhətdirsə əmisi Səndəldə qalmasını bildirmişdir. Evin sənədi əmisi Səndəldə qalmışdır. Bundan sonra o, dəfələrlə Təqsirləndirilən şəxslə əlaqə saxlayıb qalan pulunu istəmiş, Zakir isə hər dəfə bir bəhanə gətirərək yaxın vaxtlarda pulunu qaytaracağını bildirərək onu aldatmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 Hacıbala oğlu ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatlarına uyğun ifadə verərək Təqsirləndirilən şəxs vəkillik fəliayyəti ilə məşğul olduğunu bildirdiyini Ali Məhkəməyə kassasiya şikayəti verəcəkdir və məhkəmədə olan tanışları vasitəsilə Xaladinin atası Sayadı azadlığa buraxdıracağını, atasının azadlığa buraxılmağı, yəni birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlatdırmağı müqabilində 15000 manat məbləğində pul lazım olduğunu dediyini və həmin pulun ilkin olaraq 4000 manat, daha sonra isə qalan hissəsinin Təqsirləndirilən şəxs verildiyini, lakinin sonuncun Zərərçəkmiş şəxs aldadaraq pulunu qaytarmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs nu həmkəndlisi olmaqla yanaşı uşaqlıq dostudur. xx.xx.2022-ci il tarixdə Xalidin X16 Lerik rayonundan Lənkəran rayonuna qayıdarkən kənd sakinlərini ziyarətgahdan gətirərkən Lerik-Lənkəran yolunda yol- nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı Sayad və bir neçə nəçə nəfər xəsarət almış, 8 nəfər sərnişin isə ölmüşdür. Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanmış, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 2023-cü ilin may ayında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sayad kişiyə 5 il azadlıqdan məhrumetmə cəzası verilmiş, hökmdən apelyasiya protesti verilmiş və 2023-cü ilin dekabr ayında Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Sayad Sayadova 6 il azadlıqdan məhrumetmə cəzası verilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs atasının cəzasının azaldılması üçün, azadlığa çıxması üçün fikirləşirdi. Xalidin əmisi şəhid atası İsmayılov X3 Apellyasiya Məhkəməsinin qərarı olan gün Xalidi evinə çağırmış və demişdir ki, onun tanışı həmkədlimiz olan Şahid1 vasitəsilə Lənkəran rayonu Girdəni kənd sakini Rzayev X8 atasının cəzasının azaldılması üçün köməklik edəcəkdir. O. əmisi ilə söhbət etdiyi vaxt Şahid1 da əmisigilə gəlmiş və Xalid, əmisi və İmran Lənkəran rayonu Girdəni kəndində yaşayan Təqsirləndirilən şəxs evinə getmişlər. Xalid atasının vəziyyətini, ona elan olunmuş hökm barədə Zakirə məlumat vermiş, Təqsirləndirilən şəxs də vəkillik fəliayyəti ilə məşğul olduğunu bildirmiş, və Xalidə bildirmişdir ki, Ali Məhkəməyə kassasiya şikayəti verəcəkdir və məhkəmədə olan tanışları vasitəsilə atası Sayadı azadlığa buraxdıracaqdır. Bundan sonra X19 Məhkəmədə olan tanışının kim olduğunu soruşduqda ona heç bir məlumat verməyərək ad deməyəcəyini bildirmişdir. Zakir ona bildirmişdir ki, atasının azadlığa buraxılmağı, yəni birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlatdırmağı müqabilində 15000 manat məbləğində pul lazım olduğunu demişdir. Xalid, əmisi və Şahid1 Zakirlə razılaşıb evə qayıtmışlar. Səhəri gün axşamçağı yenidən Xalid, əmisi Səndəl və İmran Təqsirləndirilən şəxs evinə gedib, məsələni dəqiqləşdirmək məqsədilə söhbət etmişlər. Təqsirləndirilən şəxs növbəti gün Bakı şəhərinə gedəcəyini, bunun üçün ona ilkin olaraq 4000 manat pul verməli olduğunu bildirmiş. X18 bildirmişdir ki, get evdən pul gətir. Xalid Zakirin evindən çıxıb Boladi kəndinə pul axtarmağa getmiş, dostum Bakı şəhərində yaşayan Rasət Qənbərovdan 1000 manat, onun özündən 1000 manat qohumu İbrahimdən isə 2000 manat həmin günü borc alıb Zakirin evinə qayıtmışdır. Həmin vaxt Rasət Bakı şəhərində olduğu üçün 1000 manat pulu onun kart hesabına göndərmişdi. O da həmin pulu çıxarıb Xalidə vermişdir. Xalid 2023-cü ilin dekabr ayında Lənkəran rayonu Girdəni kəndində Təqsirləndirilən şəxs evində əmisi Səndəl və İmranın yanında Zakirin evində atasını Ali Məhkəmədə hökmünün dəyişdirilməsi məqsədilə Zakirə 4000 manat pulu vermişdir. Təqsirləndirilən şəxs narahat olmamağını, atasının cəzasının azadlığın məhdudlaşdırılması cəzasına dəyişdirilməsinə köməklik edəcəyinə söz vermişdir. Zakir Xalidə bildirmişdir ki, apellyasiya məhkəməsində olan vəkilinə desin ki, kassasiya şikayəti versin. Xalid də vəkil İbarət Həsənovdən xahiş etmişdir ki, apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti versin. X11 atasının müqavilə əsasında vəkili olmuşdur. Kassasiya şikayəti verildikdən sonra o, Təqsirləndirilən şəxs məlumat vermişdir. Təqsirləndirilən şəxs narahat olmamağını köməklik edəcəyini bildirirmişdir. Xalid 2024-cü ilin əvvəlində qohumularından və dostlarından aldığı 4000 manat pulu verəndə olan qızılları satıb qaytarmışdır. Təqsirləndirilən şəxs ona hər dəfə əlaqə saxlayıb razılaşdığı 15000 manat pulun qalan 11000 manat pulu istəmişdir. Xalid 2024-cü ilin martında “Access Bank” Lənkəran filialından 8000 manat məbləğində kredit götürmüş və özündə olan pulu da toplayıb 2024-cü ilin aprel ayının əvvəlində Lənkəran rayonu Girdəni kəndində Təqsirləndirilən şəxs evində əmisi Səndəl, Xalid və onunla birlikdə getmişlər. Xalid 10700 manat pulu Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs də onların yanında Xalidə dedi ki, Ali Məhkəmədə baxış iclasına az vaxt qalmışdır, Bakı şəhərinə gedəcəyini, Ali Məhkəmədə olan tanışı ilə görüşüb pulu verəcəyini və atasının cəzasının 5 il müddətinə dəyişiləcəyini deyirdi. xx.xx.2024-cü il tarixdə Ali Məhkəmədə yekun qərar elan olunmuşdur. Ali Məhkəmənin qərarı elan olunduqdan sonra vəkil X12 məlumat vermişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Bundan sonra Xalid Təqsirləndirilən şəxslə əlaqə saxlamış və qərarın dəyişdirilmədiyi demişdir. Zakir ona bildirmişdir ki, Bakı şəhərindədir, tanışı adamla danışıb ona xəbər edəcəyini bildirmişdir. O, dəfələrlə Zakiri yığmış, sonra Zakir ona cavab verib demişdir ki. guya Ali Məhkəmənin plenumuna şikayət verib köməklik edəcəkdir. Xalid Zakirə bildirmişdir ki. onu aldadıb pulu ələ keçirmişdir və onun pulunu qaytarsın. Təqsirləndirilən şəxs səhəri gün Lənkərana qayıdacağını və pulunu qaytaracağını bildirmişdir. 2024-cü ilin iyul ayında uzun müddət danışıqlardan sonra Təqsirləndirilən şəxs əmisi Səndəlin evinə gəlmiş, Xalidə 4000 manat pul vermişdir, həmçinin fərdi yaşayış evinə aid bir çıxarış ona təqdim etmişdir ki, qalan 10700 manat pulu da verəndə evin sənədlərini ona qaytarar. Xalid isə evin sənədinin ona lazım olmadığını, məsləhətdirsə əmisi Səndəldə qalmasını bildirmişdir. Evin sənədi əmisi Səndəldə qalmışdır. Bundan sonra o, dəfələrlə Təqsirləndirilən şəxslə əlaqə saxlayıb qalan pulunu istəmiş, Zakir isə hər dəfə bir bəhanə gətirərək yaxın vaxtlarda pulunu qaytaracağını bildirərək onu aldatmışdır. Cinayət işinin 77-82-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Baxış zamanı müəyyən edildi: 01 (bir) ədəd DVD formatlı diskdə WhatsApp Audio 2025- 04-17 at 16.23.13 adh 59 saniyə müddətində, WhatsApp Audio 2025-04-17 at 16.23.14 (1) adlı 46 saniyə müddətində, WhatsApp Audio 2025-04-17 at 16.23.14 (2) adh 51 saniyə müddətində, WhatsApp Audio 2025-04-17 at 16.23.14 (3) adlı 48 saniyə müddətində və WhatsApp Audio 2025-04-17 at 16.23.14 adlı 2 dəqiqə 22 saniyə müddətində audio səs yazıları aşkar edilmişdir. “WhatsApp Audio 2025-04-17 at 16.23.14” adlı səs yazısı dinlənildikdə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs deyir: Kontur, Kontıırıım qutardıye ona görə. Təqsirləndirilən şəxs deyir: Hə, hə adboy getdi. S.Xalid deyir: Zakir əmi, bax bir ay dedik, qulaq as da indi, mən, gəlmisiz gəlmisiz, keçən səfər mən dedim sizə, siz mənə dediz ki, mənə 11000 ее, 10700 qalmısız borclu, düzdü? R.Zakir deyir: Bəli. S.Xalid deyir: Səndəl əmiyə demişdiz ki, məsələn mən Səndəl əmi sizə zəng vurmuşdu, uşağın pulunu verginən. Sən demişdin ki, 11000 deyir, 10000 deyir, 10700 deyir. R.Zakir deyir: Yox. 11700 sən mənə pul vermisən, mən oları demişəmdə sənə. S.Xalid deyir: 10700 bəli. R.Zakir deyir: 10700 mən ıı. S.Xalid deyir: Bu nə puldu ki?Bu 6 aydı mən, belə çıxır ki, fırladırsızda Zakir əmi? Bu mən, mənim vəziyyətim pisdi, mən uşaqlarımın boğazından, mən kredit verirəm, mənim faizlərimi kim verəcək?Bular var axı Zakir əmi, indi öz aramızdı gəl əyri oturub düz danışaq. Bu neçə aydı? R.Zakir deyir: Bax sənin canın üçün demirəm, qaqaş. S.Xalid deyir: Zakir əmi, bu sözləri neçə dəfədir demisize mənə, bu sözləri neçə dəfədi demisiz mənə öz aramızdı. R.Zakir deyir: Yox, demişəm yox. Sən, sənə faizdi, nədi mən demişəm onu verəcəyəm mən, mənim canımda çıxacaq verəcəyəm mən. S.Xalid deyir: Başa düşdümee. R.Zakir deyir: Səni mən bilirəm, sənin vəziyyətini də bilirəm mən, sən də mənim vəziyyətimi bil, sənə qurban olum, o pulu mən itirmişəm, atamın goru üçün itirmişəm o pulu. S.Xalid deyir: Necə itirmisiz? Başa düşmədim, necə itirmisiz axı? Mənim pulumu o. R.Zakir deyir: Ədə, sən itirmişəm nədi, mənim canım çıxmalıdı sənin pulunu verməliyəm mən. Başa düşürsən? S.Xalid deyir: Haçan verərsiz? Haçan?Mənə lazındır ki, mən. R.Zakir deyir: Sənə qurban olum bir 2 gün, 3 gün. Sən elə bil hər dəqiqənin öz hökmü var. Mən də indi onun üstündəyəm sənə qurban olum, bir az səbrli ol. Səni and verirəm sənin balalarının canına. S.Xalid deyir: Mən, Zakir əmi siz bu sözü dəfələrlə demisiz, yəni bıı öz aramızdadıda, gəl əyri oturub düz danışaqda, mənə dəfələrlə demisiz. Mən də sizə demişəm ki, yaxşı, yaxşı, bu həftə belə gəldi, saba belə getdi, bu ay belə getdi. Dəfələrlə demişəm indi öz aramızdı demişəm, deməmişəm? R.Zakir deyir: Demisən, mən səndən narazı deyiləm. Sənə qurban olum. S.Xalid deyir: Sizi başa düşmüşəm də düzdür? İndi xahiş edirəm ki, sizdən artıq dərəcədə, siz də məni başa düşün düzgün, indi mən də neçə gün, 3 gün gözlüyüm? 3 gün gözlüyüm? 3 gün gözlüyüm Zakir əmi? R.Zakir deyir: Bəli, Bəli gözlə. S.Xalid deyir: Hə, yaxşı oldu. 3 günə inşallah mən səndən zəng gözlüyürəm. R.Zakir deyir: Yaxşı, sənə qurban olum. S.Xalid deyir: Bu gün ayın neçəsidi? Heç aydan da xəbərim yoxdu. R.Zakir deyir: Heç valla mən də bilmirəm atamın goru üçün. S.Xalid deyir: Bu gün ayın 13, 13-üdü, 13-ü, 13-ü R.Zakir deyir: 10-su, 12-sidi neçəsidi bu gün, bilmirəm neçəsidi. S.Xal id deyir: 16-sı mən sizə zəng vuraram. R.Zakir deyir: Yaxşı, sənə qurban olum, yaxşı. S.Xalid deyir: Yaxşı 11000 ее, 10700-ə inşallah 3 gündən sonra allahın könıəkliyiynən oldıı Zakir Əmi? R.Zakir deyir: İnşallah, allahın köməkliyi ilə, sənə qurban olum. S.Xalid deyir: Yaxşı. Cinayət işinin 150-160-cı vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 21 aprel 2025-ci il tarixli qərardad görünür ki, səs yazılarının əks olunduğu 01 ədəd DVD disk maddi sübut hesab edilmişdir. Cinayət işinin 68-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin 70-71-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Rzayev X6 şəhəri, B.Məmməd küçəsi, ev 4/2-də qeydiyyatda olmaqla Lənkəran rayonu Girdəni kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 40-54-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şirvan Apellasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 dekabr 2023-cü il tarixli 1(106)-462/2023 saylı qərarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(099)-141/2023 nömrəli hökmü dəyişdirilmiş və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 6 (altı) ilədək artırılmışdır. Cinayət işinin 55-63-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-971/2024 nömrəli qərarından görünür ki, Şirvan Apellasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 dekabr 2023-cü il tarixli 1(106)-462/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi təqsirləndirilən şəxs etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət işinin 144-146-cı vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 19 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməllərin etiraf edərək səmimi peşman olmasını, ahıl yaşda olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı qismən ödəməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən iş üzrə vurulmuş maddi ziyanın tam ödənilməməsini nəzərə alır, lakin bununla yanaşı təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirici halları, habelə xüsusilə isə onun yaşını, yəni 76 yaşında olmasını da diqqətə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş və zərərçəkmiş şəxsin tələb etdiyi azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi ədalətsiz olmaqla yanaşı qanunçuluq prinsipinin pozulması ilə də nəticələ bilər. Məhkəmə, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayəti tam etiraf etməsini və vurulmuş maddi ziyanı ödəmək niyyətinin olmasını da nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum olunduğu halda vurulmuş ziyanın ödənilməsinə yönəlmiş hərəkətlərin edilməsi daha effektiv nəticələr verə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonun hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtlarında (saat 23:00-dan saat 07:00-dək tərk) tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Maddi sübut- səs yazılarının əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Məhkəmə, Zərərçəkmiş şəxs mülki iddia verməməsini nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxs tərəfindən mülki iddia vermədiyindən ona vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Zərərçəkmiş şəxs vurulmuş ziyana dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. İş üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X14
Məhkəmə qərarları › İş №1(049)-97/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-97/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver