Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-98/2023 10.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X7 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Lənkəran Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,267qram, 0,226 qram və 0,204 qram, ümumi təmiz çəkisi 0,697 qram tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış və 07 oktyabr 2022-ci il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saat 16:50də Lənkəran şəhəri Arif Bağırov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq şəhərrayon polis şöbəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcənin sol yan cibindən qeyd olunan bükümlərdə və çəkilərdə narkotik vasitə heroin bir ədəd “Arqo” markalı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təxminən 10 ildən artıqdır ki, narkotik vasitə heroin istifadə edir. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhəri Böyük Bazar deyilən ərazidə, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 15 manata üç bükümdə heroin almışdır ki, sonradan istifadə edər. Həmin gün saat 16 radələrində, yaşadığı evin yaxınlığında polis əməkdaşları onu Lənkəran şəhər-rayon polis şöbəsinə gətirmişlər. Orada üzərində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparıldığı zaman əynində olan gödəkcənin cibində siqaret qutusunun içərisində olan üç büküm heroini çıxarıb təqdim etmişdir. Onu sorğusual etdikdə ondan aşkarlanmış heroini saxlanıldığı gün Lənkəran şəhəri Böyük bazar ərazisindən üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki,o, birinci Qarabağ Müharibəsi qazisidir, səhvini başa düşüb peşimançılıq cəkir. Məhkəmədən barəsində ədalətli cəza çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs etdiyi cinayət əməli özünün etirafı ilə yanaşı məhkəmə istintaqında digər sübutlarla da təsdiq olunmuşdur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə icraatına əməliyyat məlumatı daxil olmuş, polis əməkdaşları Şahid2 və Şahid3 ilə birlikdə 07 oktyabr 2022-ci il tarixdə, axşam çağı onu saxlayaraq Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Orada üzərində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan gödəkcənin cibindən bir ədəd siqaret qutusunu çıxarıb içərisində üç büküm narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxslə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə heroindir, özü qəbul etmək üçün saxlanılan gün, Lənkəran şəhəri Böyük bazar ərazisində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 15 manata alaraq üzərində saxlamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində şahid Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və CAB-nin baş əməliyyat müvəkkili Şahid3 ayrı-ayrılıqda lazımi qaydad məlumat verilsə də, onlar üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə istintaqında ifadəsi elan olunmuş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 07 dekabr 2022-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə şöbənin NMQ-nin əməliyyat müvəkkili, Şahid1 icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat şöbənin rəhbərliyinə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid1 və Şahid3 iştirak etmişdir. 07 oktyabr 2022-ci il tarixdə, saat 16:50-də Lənkəran şəhəri A.Bağırov küçəsində onlar tərəfindən müşahidəyə götürülmüş və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, küçədə piyada hərəkətdə olarkən saxlanılmışdır. Həmin yerdə insanların və avtomobillərin intensiv hərəkətini nəzərə alaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasından ötrü onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Lənkəran ŞRPŞ-nin xidməti otaqlarının birində, video çəkiliş vasitəsilə dəvət olunmuş müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmazdan əvvəl bir daha ona hüquq və vəzifələri izah olunmaqla, üzərində qanunsuz əşya olduğu təqdirdə özünün təqdim etməsi təhqiqatçı Orucəli Mürşüdzadə tərəfindən təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol yan cibindən bir ədəd “Arqo” markalı siqaret qutusunu çıxarıb masa üzərində qoyaraq siqaret qutusunun içərisində üç büküm narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmçinin şalvarının sağ yan cibindən açarları çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə Orucəli Mürşüdzadə tərəfindən şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərində hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi üç ədəd bükülüdə olan narkotik vasitə heroinə oxşar kütlələr elektron tərəzidə çəkildikdə kütlənin 0,88 qram olması müəyyən edilmişdir. Həmin bükümlər zərfə yerləşdirilmiş, zərfin üstü möhürlə möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxslə aparılan şifahi sorğu zamanı o, bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə heroindir. Özü qəbul etmək üçün saxlanılan gün, Lənkəran şəhəri Böyük bazar ərazisində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 15 manata alaraq üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən götürülmüş açarlar iş üçün əhəmiyyət kəsb etmədiyindən təhqiqatçı tərəfindən özünə qaytarılmışdır. Müdafiəçinin sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılarkən polis əməkdaşları tərəfindən ona heç bir fiziki təsir göstərilməmiş, polis əməkdaşlarından şikayəti yoxdur. Sonda protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunmuş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. İşdə olan 07 oktyabr 2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan gödəkcənin sol yan cibindən 03 bükümdə, 0,88qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş vasitənin heroin olduğunu, həmin bükümü saxlanılan gün, Lənkəran şəhər Böyük bazar adlanan ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 15 manata öz istifadəsi üçün aldığını bildirmişdir. İşdə olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 08 oktyabr 2022-ci il tarixli, 19/1066 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,267qr: - 0,226qr: -0,204qram: ümumi təmiz çəkisi: -0,697qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqatdan sonra heroinin qalığı 0,547 qram olmuşdur. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1059 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan xasiyyətnamədən görünür ki, təqsirləndirlən şəxs ilə əlaqədar inzibati ərazi dairəsinə şikayət daxil olmamışdır. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib özündə saxlaması kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirkar şəxsin islah olunmasına və ailəsinin həyait şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və əvvəllər iki dəfə narkotik vasitələrin qəbulu və satışı ilə əlaqədar məhkum olunmasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayəti etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, işdə olan Daxili İşlər Nazirliyi BƏSİİ-nin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər, müxtəlif vaxtlar olmaqla 2 dəfə, sonuncu dəfə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, lakin məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi üç il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin əməli az ağır cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə yuxarıda qeyd olunanaları, eləcə də təqsirləndirlən şəxsin islah olunmayaraq yenidən cinayət əməlini törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan qalıq çəkisi 0,547 qram olan narkotik vasitə-heroin, hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan DVD disk isə iş materiallarına saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərci - 60 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ saxlanılan qalıq çəkisi 0,547 qram olan narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan DVD disk isə iş materiallarına saxlanılsın. Təqsirləndirilən şəxs 60 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-98/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-98/2023
10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver