Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-99/2024 11.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 15:10 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azerbaycan Respublikası vatandaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul, ailəli, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Xarxatan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsi ilə cinayət əməli törətməsi haqqında məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 fevral 2024-cü il tarixdə saat 13 radələrində Lənkəran rayonu Xarxatan kəndində yerləşən fərdi yaşayış evinin qonaq otağında qaynanası Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən qovmaq istəməsinə Zərərçəkmiş şəxs etiraz etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun qəsdən sol göz nahiyəsinə yumruq zərbəsi vuraraq yerə yıxmaqla ona - sol qaş nahiyəsində əzilmiş yara, sol göz altı, sağ əlin İİİ barmağı nahiyələrində qançırlardan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ildə Şahid ilə ailə hayatı qurmuş, birgə nikahdan bir qız, iki oğlan uşağı olmaqla üç övladı dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs onun qaynanasıdır. xx.xx.2024-cü il tarixdə qaynanası X2 rayonu, Xarxatan kəndində yerləşən fərdi yaşayış evinə qonaq gəlmişdir. Evdə olan zaman qaynanası Sənubərin evdə anası X1 ilə mübahisə etdiklərini görmüşdür. Bu zaman o da Sənubərə əsəbiləşərək arvadı Şahid götürüb evdən çıxmalarını bildirmiş, Zərərçəkmiş şəxs buna etraz etdiyi üçün yumruqla Zərərçəkmiş şəxs sol qaş nahiyəsinə zərbə vurmuşdur. Bundan sonra Sənubər və arvadı Şahid yaşadığı Lənkəran rayonu Xarxatan kəndində yerləşən fərdi yaşayış evini tərk etmişlər. Münaqişə təxminən 3-5 dəqiqə davam etmişdir. Hadisə yaşadığı evin qonaq otağında baş vermişdir. Həmin vaxt arvadı Şahid da orada olmuş va hadisəni kənardan görmüşdür. Münaqişə zamanı hər hansı əmlaka ziyan dəyməmişdir. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanın tamamilə ödəmişdir. Buna görə də onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat mateiallarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kürəkənidir. 2018-ci ildə övladı Şahid ilə ailə həyatı qurmuş, birgə nikahdan bir qız, iki oğlan övladı dünyaya gəlmişdir. Lankaran rayonu Xarxatan kəndində təsərrüfatla məşğul olur. Təqsirləndirilən şəxs ilə münasibətləri həmişə normal olmuşdur. xx.xx.2024cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs yaşadığı Lankaran rayonu Xarxatan kendində yerləşən fərdi yaşayış evinə qızıgilə qonaq getmişdir. Evdə olan zaman övladı Şahid yaxşı münasibət göstərilmədiyi üçün qızının qaynanası Şahcamal Sadıqova ilə mübahisə etmişdir. Bu zaman Elşən yanlarına gələrək əsəbi halda qızı Şahid və onun evdən çımalarını bildirmiş, həmin vaxt o da buna etiraz etdiyi üçün Elşən üzərinə gələrək yumruqla onun sol göz nahiyəsinə zərbə vurmuşdur. Bu zaman zərbənin təsirindən yerə yıxılmış və sağ əli əzilmişdir. Bundan sonra o və qızı Şahid onların yaşadığı Lənkəran rayonu Xarxatan kəndində yerləşən fərdi yaşayış evini tərk etmiş və yaşadıqları evə getmişlər. Münaqişə təxminən 3-5 dəqiqə ərzində davam etmişdir. Münaqişə zamanı hər hansı əmlaka ziyan dəyməmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəmədə bildirmişdir ki, hal-hazırda qardaşı Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Buna gördə işə xitam verilməsini xahiş etmiş, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 109 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində- sol qaş nahiyəsində əzilmiş yara, sol göz altı, sağ əlin İİİ barmağı nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin cinayət əməlini törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-99/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-99/2024
11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver