Məhkəmə qərarları › İş №1(049)-99/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-99/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-99/2025 13.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 10:20 Lənkəran Rayon Məhkəməsinin hakimi: Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşaq atası, Lənkəran şəhəri C.Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbində təsərüffat müdürü işləyən, Lənkəran şəhəri Z.Əliyeva küçəsi, döngə 2 ev 11-də qeydiyyatda olan, Lənkəran rayonu Şiləvar kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 18 aprel 2025-ci il tarixdə saat 14 radələrində Lənkəran şəhəri “mərkəzi bazarda” olan ara yolda Zərərçəkmiş şəxs ilə arasında Samirin yol verməməsi üstündə baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs burnuna qəsdən bir kəllə zərbəsi vuraraq ona burun nahiyyəsində əzilmiş yaralar, hər iki gözaltı nahiyyələrində qançırlardan ibarət və dərəcəsinə görə sağlamlığını qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş ona qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2-ci Qarabağ müharibəsindən sonra əsəbləri pozulmuşdur, dəfələrlə müalicə etməsinə baxmayaraq əsəbləri sağalmamışdır. Lənkəran şəhər sakini ondan şikayət edən Zərərçəkmiş şəxs o, əvvəllər tanımamış, onunla aralarında hər hansı münasibət və ya ədavət olmamışdır. 18 aprel 2025-ci il tarixdə saat 14 radələrində o, Lənkəran şəhəri «Mərkəzi Bazarda» bir tanışı ilə görüşmək üçün piyada gedərkən həmin vaxtı əsəbləri gərgin olduğundan bu zaman qarşıdan ona doğru hərəkət edən həmin Samir adlı şəxs onunla üzbəüz gəldiyi üçün o, Samirə əsəbi halda «keç o tərəfdən getdə» dedikdə həmin Samir adlı şəxs ona qarşı artıq-əskik sözlər deyərək sonra onunla əl-qolla danışıb əl-qol atmaq istəyəndə o, özünü saxlaya bilməyib Samir adlı şəxsin burnuna bir kəllə zərbəsi vurmuş və zərbədən Samirin burnundan qan açılıb axmağa başlamış ətrafda olan tanımadığı cavan oğlanlar onları ayırmışlar. Hazırda zərərçəkmiş şəxslə barışaraq, ona dəymiş ziyanı ödəmişdir. Barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, təxminən 10 ildir ki, Lənkəran şəhəri «Mərkəzi bazar»-da özünə məxsus dükanda dərziliklə məşqul olur. 18 aprel 2025-ci il tarixdə saat 14 radələrində o, Lənkəran şəhəri «mərkəzi bazarda» dükanının yaxınlığında yolla piyada dükanına qayıdarkən bu zaman onunla qarşı-qarşıya gələn sonradan öyrəndiyi C.Cabbarlı adına musiqi məktəbində təsərüfat müdrü işləyən Camal adlı, əsil adı Cəmaləddin olan şəxs yanından keçərkən çiyni onun çiyninə çırpılaraq keçdikdə o, həmin Cəmaləddin adlı şəxsə «yolun sağı boşdu gərək üstümə gələsən» dedikdə Cəmaləddin adlı şəxslə aralarında mübahisə başlamış və Cəmaləddin gözlənilmədən onun sifətinə bir kəllə zərbəsi vuranda zərbə burnuna dəyərək burunun üstü yarılmış, ondan sonra onun burnundan qan açılmış və yaxınlıqda olan iş yoldaşı Vaqif və bir-iki nəfər tanımadığı yolla keçən şəxslər onları ayırmışlar. Hazırda Təqsirləndirilən şəxs ilə barışıq əldə etmişdir, ona dəymiş ziyan ödənilmişdir və Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan “baxış keçirilməsi haqqında” 23 aprel 2025-ci il tarixli protokoldan görünür ki, hadisə Lənkəran şəhərində yerləşən “Mərkəzi bazar”ın ərazisində baş vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 23 aprel 2025-ci il tarixli, 222 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - burun nahiyyəsində əzilmiş yaralar, hər iki gözaltı nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur və ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2 və 300.1.7 və 305-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar