Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-1/2023 29.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X6 nümayəndəsi və vəkili Nümayəndə, Zərərçəkmiş şəxsin hüquqi varisi X14 Təqsirləndirilən şəxs, onun müdafiəçisi X15 iştirakları ilə. xx xxxxxx 1980-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və 15 mart 2023-cu il tarixdən həbsdə saxlanılan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3.-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” X2 X24 İdarəsinin Təmir-Tikinti Şöbəsinin mühəndisi, eyni zamanda Masallı Xidmət Sahəsinin Təmir–Bərpa Xidmətinin rəisi vəzifəsini faktiki olaraq icra edərkən yerinə yetirdiyi inzibatitəsərrüfat funksiyalarına əsasən vəzifəli şəxs olmaqla, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.29-cu bəndinə əsasən qaz kəmərlərinin və onlarda olan qurğuların şəhərlərdə, qəsəbələrdə və kənd yaşayış məntəqələrində nəzərdən keçirilməklə yoxlanılması qaz təsərüfatı müəssisələrinin təyin etdiyi və qaz kəmərlərinin təhlükəsiz istismarını təmin edən müddətlərdə aparmalı, həmin qaydaların 9.30-cu bandinə əsasən yeraltı qaz kəmərlərini nəzərdən keçirməklə yoxlayan zaman qaz kəmərlərindəki qurğuların saz olması, həmçinin qaz quyularında və qaz kəmərindən hər iki tərəfdə 15 mdək məsafədə yerləşən başqa kommunikasiyaların (kanalaizasiyaların, istilik terrasının, su kəmərinin, telefon və.q) quyularında, binaların zirzəmilərində, kollektorlarda, körpü dayaqları, şaxtalarında, nəzarət borularında qazın olub-olmamasını yoxlamalı, qeyd edilən qaydaların 9.31-ci bəndinə əsasən qurğuların hər hansında qazın olması aşkar edildikdə bu barədə QDX-ni xəbərdar etməli və eyni zamanda qurğuların və zirzəmilərin havasını dəyişmək üçün tədbirlər görməli, bu halda əlavə olaraq, qaz kəmərindən 50 metr radiusda yerləşən binaların zirzəmiləri və başqa yeraltı qurğuları yoxlamalı, binaların, zirzəmilərində qaz aşkar edildikdə, binadakı adamlara açıq oddan istifadə etməmək barədə xəbər verməli, lazım olduqda adamları binadan çıxarmalı, “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.5-ci bəndinə əsasən fəaliyyətdə olan dövrü qaz kəmərlərinə baxış keçirilməli (gəzmə üsulu ilə nəzarət), onların cihazla texniki yoxlamasını aparılmalı, texniki vəziyyəti müayinə edilməli, eləcə də onların bu qaydalarda qəbul edilmiş dövrlər üzrə cari və əsaslı təmiri yerinə yetirilməli, həmin qaydaların 3.3.6-cı bəndinə əsasən yerüstü qaz kəmərinin yoxlanılması zamanı qaz sızmaları, qaz kəmərlərinin dayaqlarının düşməsi və titrəmə halları, əzilməsi qaz kəmərlərinin yolverilməz əyilməsi, çökməsi, bükülməsi və dayaqların zədələnməsi aşkar edilməli, bağlayıcı armaturların, elektrik xətlərin kəmərlərin üstünə düşmə halından mühafizə vasitələrinin, qaz kəmərlərinin bərkidilməsinin və rənglənməsinin vəziyyəti yoxlanılmalı, qeyd edilən qaydaların 3.3.7-ci bəndinə əsasən yeraltı qaz kəmərlərinin yoxlanılması kəmər boyu xarici əlamətlər üzrə və cihazlarla qaz sızmaları aşkar edilməli, qaz kəmərindən hər iki tərəf 15 m-ə qədər məsafədə yerləşən quyularda və yeraltı mühəndisi qurğularının (kommunikasiyanın) kameralarında, nəzarət borularında, binaların zirzəmilərində, şaxtalarda, kolektorlarda, yeraltı keçidlərdə qazın olmasını aşkar etmək üçün nümunə götürüb təhlil etməli, qaza aid divar yazılarının, istiqamət göstəricilərinin saxlanılmasına nəzarət etməli, qaz avadanlığı yerləşən quyuların örtükləri qardan, buzdan və zibillərdən təmizlənməli, torpağın qabarması, çökməsi, sürüməsi, dağılması və erroziyası, qaz kəmərlərinin daşqın və yağış suları ilə yuyulması aşkar edilməli, həmin qaydaların 3.3.8-ci bəndinə əsasən yeraltı qaz kəmərləri xəttinin yoxlanma-nəzarət dövriliyi (tezliyi), onların texniki vəziyyətindən, kimyəvi-elektrokimyəvi mühafizə qurğularının mövcudluğundan və səmərəliyindən, təzyiqə görə qaz kəmərinin kateqoryasından, torpağın qabarmasından, çökməsindən və şişmə dərəcəsindən, rayonun seysmikliyindən, mövsümdən və digər amillərdən asılı olaraq müəyyən edilməli, qeyd edilən qaydaların 3.3.11-ci bəndinə əsasən qaz kəməri xəttində, havada qazlılıq və ya qaz sızma əlaməti tapıldıqda yoxlamanı aparan işçi bu barədə qəza-dispeçer xidmətinə xəbər verməli və briqadanın gəlməsinə qədər qaz buraxması haqqında evdə yaşayanları və ya yoldan ötənləri xəbərdar etməli, açıq alovdan və elektrik cihazlarından istifadə edilməməsi barədə, eləcə də binaların havasının dəyişdirilməsi üçün tədbirlər görməli, əlavə olaraq qaz kəmərinin hər iki tərəfindən 50 metr məsafədə olan zirzəmilərin, birmərtəbəli binaların, yeraltı qurğuların (kolmmunikasiyaların), kəmər və quyuların havasını dəyişdirməli və cihazla havada qazlığının yoxlanılmasını təşkil etməli, “Azəriqaz” İB-nin Lənkəran X24 İdarəsinin (rayonlar üzrə) Təmir-Bərpa Xidmətinin əsasnaməsinin 1.7-ci bəndinə əsasən qaz iyinin aşkar edilməsi barədə məlumat daxil olduqda xəbər verən şəxsə qəza briqadası gələnədək daxili qaz kəmərində bütün qurğuların bağlanılması, qaz iyi olan otaq və ya dəhlizdə havanın dəyişdirilməsinin təmin edilməsi, qaz-hava birləşməsinin partlayış yaratmasının və ya yanğın əmələ gəlməsinin qarşısının alınması məqsədi ilə od və qığılcım yaranmamasına imkan verməməli, partlayış, zəhərlənmə, yaşayış yerlərinə və digər tikililərə, yeraltı və yerüstü qurğulara qaz sızması haqqında, qaz kəmərlərindən, qaz paylayıcı və tənzimləyici məntəqələrin, avdanlıqlarından, qazanxana və kommunal məişət obyektlərindən qaz sızması ilə bağlı qəzalar haqqında məlumatlar əsasında, eləcə də yaşayış yerlərinin girişində, bloklarda qaz iyinin aşkar edilməsi ilə bağlı verilmiş sifarişlərə əsasən, bu sifariş və ya məlumat alınan andan 5 dəqiqə ərzində təhcizat tabelinə əsasən alət, material, cihazla təmin olunmuş qəza avtomaşını ilə bərpa briqadasının qəza və ya hadisə yerinə göndərilməsini, sızmanın mənbəyinin aşkar edilməsini və sızmanın aradan qaldırılmasını təmin etməli, “Azəriqaz” İB-nin Lənkəran X24 İdarəsinin Təmir-Tikinti şöbəsinin mühəndisinin (təmir üzrə mühəndis) əsasnaməsinin 1.7-ci bəndinə əsasən ARDNŞ-nin, Birliyin və İdarənin əmr, qərar, sərəncamlarının və şöbə rəisinin tapşırıqlarının vaxtında yerinə yetirilməli, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməli olduğu halda, bunlara əməl etməyərək xx.xx.2018-ci il tarixdə Masallı rayon Sığıncaq kənd sakini X6 yaşadığı fərdi yaşayış evinin yaxınlığındakı yeraltı qaz xəttində qaz sızmasının olması barədə Zərərçəkmiş şəxs1 Təmir-Bərpa xidmətinin 104 zəng mərkəzinə verdiyi məlumatın xidmətin dispeçeri Şahid12 tərəfindən ona bildirilməsinə baxmayaraq həmin məlumat üzrə heç bir tədbir görməmiş, 06 dekabr 2018ci il tarixdə isə yenə də Sığıncaq kənd sakini X6 yaşadığı fərdi yaşayış evinin yaxınlığındakı yeraltı qaz xəttində qaz sızmasının olması barədə Zərərçəkmiş şəxs1 Təmir-Bərpa Xidmətinin 104 zəng mərkəzinə verdiyi məlumat xidmətin dispeçeri Şahid12 tərəfindən ona verilsə də, öz səlahiyyəti daxilində həmin qaz sızmanın aradan qaldırılması üçün heç bir tədbir görməmiş, yalnız xidmətin nəzarətçi-çilingəri X3 həmin ünvana göndərərək, oradakı qaz sızmanı onun tərəfindən aradan qaldırmasını istəmiş, Məhəmməd Nuriyev onun tapşırığına əsasən qaz sızma olduğu yerə baxıb qaz sızmasının təhlükəli həddə olması, sızmanın aradan qaldırılması üçün texnika və əlavə işçi qüvvəsi lazım olması və tək tədbir görməsinin mümkün olmaması barədə məlumat verməsinə baxmayaraq, bu məlumatı aldıqdan sonra yenə də heç bir tədbir görməmiş, xx.xx.2018-ci il tarixdə isə əvvəlki gün Sığıncaq kənd sakini X6 yaşadığı fərdi yaşayış evinin yaxınlığındakı yeraltı qaz xəttində qaz sızmasının olması barədə yazılmış qeydin ona verilməsinə baxayaraq, qaz sızmasının aradan qaldırılmasını xidmətin mühəndisi X16 vasitəsi ilə işlərin görülməsi üçün alət və avadanlıqla təhciz edilməmiş xidmətin nəzarətçi-çilingəri Məhəmməd Nuriyevə həvalə etmiş, sonuncunun əvvəlki gün həmin ünvanda olması səbəbindən oraya getməməsinə əhəmiyyət verməmiş, həmin ünvanda qazın təhlükəli sızması barədə daxil olmuş məlumatı faktiki olaraq icrasız saxlayaraq yeraltı qaz xəttindəki qaz sızmasını aradan qaldırmamış, baş verə biləcək qəzanın qarşısının alınması üçün heç bir tədbir görməyərək “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.29, 9.30 və 9.31-ci bəndlərinin, “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.5, 3.3.6, 3.3.7, 3.3.8 və 3.3.11-ci bəndlərinin, “Azəriqaz” İB-nin Lənkəran X24 İdarəsinin (rayonlar üzrə) Təmir-bərpa xidmətinin əsasnaməsinin 1.7-ci bəndinin və “Azəriqaz” İB-nin Lənkəran X24 İdarəsinin Təmir-Tikinti şöbəsinin mühəndisinin (təmir üzrə mühəndis) əsasnaməsinin 1.7-ci bəndinin tələblərini pozmuş, göstərilən hərəkətlərinin həmin ünvanda yaşayan şəxslərin ölümünə və ya digər ağır nəticələrə səbəb olacağı ehtimalını görməli olduğu halda, üzərinə düşən xidməti vəzifələrini yerinə yetirməyərək onları görməmiş, bu səbəbdən Günel Kərimovaya məxsus fərdi yaşayış evinin həyət qapısının qarşısından keçən yeraltı qaz xəttindən sızan qazın sonuncunun evinin zal otağının içərisinə yığılması, partlayış konsentrasiyalı qaz-hava qatışığının yaranması və həmin qarışığın 08 dekabr 2018-ci il tarixdə saat 19:30 radələrində elektrik qığılcımının təsirindən alışması səbəbindən baş vermiş güclü partlayış nəticəsində ehtiyatsızlıqdan həmin vaxt evdə olan 3 nəfər şəxsin, yəni xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 ümumi bədən səthinin 98-100 %-ni əhatə edən sifətin başın tüklü hissəsinin, boynun, hər iki yuxarı və aşağı ətrafların, gövdənin ön və arxa səthinin, hər iki sağrı nahiyəsinin, aralığın, tənəffüs yollarının, İİİA-İİİB-İV dərəcəli termiki yanığı kimi sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri almasına və bunun nəticəsində əmələ gəlmiş ağır dərəcəli yanıq şokundan xx.xx.2018-ci il tarixdə 07:20-də, xx.xx.2011-ci təvəllüdlü Zərərçəkmiş şəxs2 ümumi bədən səthinin 75-80 %-ni əhatə edən İİ-İİİ dərəcəli termiki yanıq kimi sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri almasına və bunun nəticəsində əmələ gəlmiş yanıq toksemiyasından (yanıq yaraları fonunda gedən maddələr mübadiləsi zamanı yaranan zəhərli maddələrin qana keçərək orqanizmi zəhərləməsi) 14 dekabr 2018-ci il tarixdə saat 16:25-də, xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs3 isə ümumi bədən səthinin 60-65%-ni əhatə edən başın, sifətin, boynun, hər iki yuxarı və aşağı ətrafların, kürək nahiyəsinin İİİ A-İİİB termiki yanığı kimi ağır dərəcəli bədən xəsarəti almasına və bunun nəticəsində əmələ gəlmiş toksemiyasından 16 dekabr 2018-ci il tarixdə saat 07:18-də Bakı şəhərində yerləşən Ə.Əliyev adına plastik və rekonsturuktiv cərrahiyə klinikasında ölmələrinə və Günel Kərimovanın mülkiyyətində olan evə 7646 manat məbləğində mühüm ziyan vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 314.3-cü maddəsində nəzərdə tutulan səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olması cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2014-cü ilin dekabr ayından Lənkəran RQİİ-nin təmir bərpa ximətinin mühəndisi vəzifəsində işləmişdir. Təmir bərpa şöbəsinin əsasnaməsinə görə gələcək illər üçün iş planları tədbirlər planları nəzərdə tutulmuşdur. Tədbirlər planında hansı yerlərdə yararsız hala düşmüş boruların yenidən çəkilməsi üçün 7 rayon üzrə tədbirlər planı hazırlanmışdır. Masallı rayonu 7 rayon üzrə ən geridə qalmış rayon kimi qeyd olunurdu. O, Masallı rayon ərazisini və işçiləri yaxşı tanıdığına görə daha kefiyyətli hansı işçilərlə harda və necə işləməli olduğunu bildiyinə görə söz olaraq“ get Masallıda bu işlərə kömək və nəzarət et” demişlər. Bu barədə rəsmi heç bir əmr verilməmişdir. Təmir-Bərpa Qəza xidmətinin əsasnaməsində göstərilir ki, telefon zəngi olur 5 dəqiqə ərzində mal-material rəsmi işçi çilingər hadisə yerinə gedir. Hadisə yerində problemi aradan qaldırır, əks halda isə problem aradan qalxmadıqda rəhbərliyə məlumat verilir. Məlumat təsdiqləndikdən və Azəriqazda “hə” cavabı aldıqdan sonra, həmin problem olan küçəyə və yaxud evə gedən qaz təhcizatı dayandırılır. İşlədiyi Qaz İdarəsində “pətə”, yəni kağız parçası sistemi qurulmuşdur. Xitmətə telefon zəngi daxil olur, həmin telefon zəngi qaralmaya işlənilir. Əgər problem aradan qaldırılması mümkündürsə obenentə imzalatdırıb kitaba işlənilir. Problemi aradan qaldırılması mümkün deyilsə, kağız parçası formasında stolun üzərinə düzülür. Səhər işə gələn işçilər özlərinə aid kağız parçasını götürüb problemi aradan qaldırmağa çalışmışlar. O, heç vaxt Lənkəran RQİİ-nin Masallı xidmət sahəsinin təmir bərpa ximətinin rəisi vəzifəsini icra etməmişdir. Bu vəzifənin icrasını ona rəsmi qaydada əmrlə və ya hər hansı sənədləşmə ilə həvalə edilməmişdir. Cinayət işi materiallarında olan "xxxx" MMC-nin rəisi Zəfər müəllim izahatında göstərmişdir ki, Masallı xidmət sahəsi Sığıncaq kəndinin yoxlanmasını 2016- 2018-ci illər üçün qrafiki üzrə onlara verməmişdir. Bununla bağlı onu qeyd edir ki, zamanında idarə rəisi kim idisə Sığıncaq kəndinin yoxlanılmasını qrafiq üzrə versə idi "xxxx" MMC həmin ərazini yoxlayacaqdır və orda olan problemi aradan qaldırcaqdır. O, Lənkəran RQİİ-nin təmir tikinti şöbəsinin mühəndisi olmuşdur. Sığıncaq kənd sakini X10 məxsus olan fərdi yaşayış evinin yaxınlığındakı yeraltı qaz xəttində qaz sızmasının olması barədə hadisə baş verməmişdən əvvəl xx.xx.2018-ci il tarixdə təmir-bərpa xidmətinin 104 xidmətinə məlumat daxil olmuşdur. Xidmətdə olan iş qaydasına əsasən qaz sızması barədə daxil olmuş məlumat telefonçu-dispeçerin otağındakı masanın üzərində qoyulur, səhər işə gələndə həmin qeydlərə əsasən qaz sızmasının aradan qaldırılması üçün işçi qüvvəsi və texnika ayırılır. Sığıncaq kənd sakini Günel Kərimovanın yaşadığı evin həyət qapısının qarşısında yeraltında olan qaz xəttindəki sızma barədə məlumatı xx.xx.2018-ci il tarixdə səhər dispeçerin otağında olduğu zaman görmüş, həmin vaxt regional idarənin əməkdaşı olduğu üçün Günel Kərimovanın evinin yaxınlığında qaz sızması barədə olan qeydi icra olunması üçün xidmətin mühəndisi Əlipənah Əhədova vermişdir. Bundan sonra özünə aid olan işlərin icrası üçün əraziyə çıxmışdır. Əlipənah Əhədov həmin məlumat üzrə xidmətin çilingəri olan Məhəmməd Nuriyevə xəbər vermiş və ondan bu barədə tədbir görməsini istəmişdir. Məhəmməd Nuriyevin isə bu məlumat üzrə nə iş görməsindən məlumatı olmamışdır. X6 yaşadığı evdə qaz sızması nəticəsində partlayışın olması barədə məlumat xx.xx.2018-ci il tarixdə axşam saatlarında 104 xidmətinə daxil olmuş, bundan sonra təmir bərpa xidmətinin əməkdaşları Sığıncaq kəndinə gedərək kəndin qaz verilişini dayandırmışdır. Sonradan o da hadisə yerinə getmiş və qaz sızma olduğu yerdə aparılan qazıntı işlərində iştirak etmiş və X6 yaşadığı evin həyət qapısının qarşısından keçən qaz borusunda deşik olduğu, oradan qaz sızması baş verdiyi müəyyən edilmişdir. Bundan başqa cinayət işi materiallarında izahatlardan oxumuşdur ki, vəfat etmiş uşaqların valideyinləri Günel Kərimova və Rauf Kərimov bildirmişlər ki, küçələrində qaz sızması oktyabr ayından mövcud olmuşdur. Bundan başqa Günel Kərimovanın həyat yoldaşı Əbülfəz Museyibov qeyd edir ki, noyabr ayında Sığıncaq kəndinə gələndə küçədə qaz sızması mövcud olmuşdur. Bu gün onlar hər dəfə məhkəmə iclasılarında iştirak edirlər. Lakin onlar yüksək qaz sızması barədə tədbir görülmədiyini hüquq-muhafizə orqanlarına və qaz idarəsinə heç bir şikayət etməmişlər. Əgər onu səhlənkarlıqda günahlandırılarsa, vəfat etmiş uşaqların valideyinləridə səhlənkarlığa yol vermişlər. Məhkəmə istintaqında ifadəsi tədqiq olunmaqla elan edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi qismində X18 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun övladlarıdır. O, 2003-cü ildə həmkəndlisi Şahid9la evlənmiş, Əli və Məhəmməd həmin nikahdan dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs1 Sığıncaq kənd orta məktəbində 8-ci sinif, Zərərçəkmiş şəxs2 isə 2-ci sinif şagirdləri olmuşdur. Şahid9 onunla evləndikdən sonra Rusiya Federasiyasına gedərək orada işləmiş, əksər vaxt Rusiya Federasiyasında yaşamışdır. Şahid9 Rusiya Federasiyasında olduğu üçün ona və övladlarına atası Nümayəndə himayədarlıq etmişdir. Sığıncaq kəndindəki ona məxsus olan evin tikintisi 2015-ci ildə yekunlaşdırdıqdan sonra övladları ilə birlikdə həmin evə köçmüş, lakin evin birinci mərtəbəsində təmir işləri davam etdirilmişdir. Sığıncaq kəndinə qaz xətlərinin çəkilişi 2016-cı ildə həyata keçirilmiş, həmin ilin dekabr ayının sonlarında kəndə qaz verilişinin rəsmi açılışı olmuşdur. Bundan əvvəlki dövrdə isə Sovet dönəmini çıxamaq şərti ilə Sığıncaq kənində təbii qaz olmamışdır. 2016-cı ilin dekabr ayının sonlarında qaz verilişinin rəsmi açılışı olsa da, bundan sonrakı 2-3 ay ərzində ana qaz xətlərindən evlərə qaz xətləri çəkilmiş və bütün abonentlər qazlaşdırılmışdır. Yaşadığı evə 2017-ci ilin aprel ayında qaz xətti çəkilmiş, evi kombi deyilən sistem ilə təhciz edilmişdir. Ev kombi sistemi ilə isidildiyi üçün evin mətbəxindən başqa heç bir otağında qaz sobası və qaz avadanlığı olmamışdır. Sığıncaq kəndinin ana qaz xətti onun yaşadığı evinin həyət qapısının qarşısından keçir. Qaz borusu qapının yanına qədər çöldə, qapının qarşısında isə yerin altı ilə gedir. Cari ilin sentyabr ayının sonlarından etibarən yaşadığı evin həyət qapısının qarşısından və həyətdən kəskin qaz iyi gəlmiş, qaz borusundan sızıntının olduğunu hiss etmiş, lakin konkret olaraq sızıntının haradan olduğunu müəyyən edə bilməmişdir. Sızıntı olması barədə (070) 614-61-12, (050)-383-93-60, (055)-410-42-10 və (070)-815-36-44 saylı mobil nömrələrlə oğlu Zərərçəkmiş şəxs1 və qardaşı Rauf Kərimov qaz qəza xidmətinin 104 xidmətinə zəng edərək məlumat vermiş, lakin bununla bağlı heç bir tədbir görülməmişdir. Hadisədən 3-4 gün əvvəl yağışların yağması ilə əlaqədar həyət qapısının qarşısında gölməçələr yaranmış, yerin altında sızan qaza görə qapının qarşısında olan gölməçənin bir neçəsində su qaynadığını, yəni köpükləndiyini görmüşdür. Sonuncu dəfə hadisədən 3-4 gün əvvəl Zərərçəkmiş şəxs1 104 xidmətinə zəng edərək həyət qapsının qarşısında qaz sızıntısının olması barədə təkrar məlumat vermiş, qəza xidmətinin əməkdaşı isə Əlidən valideynlərinin, atasının zəng etməsini istəmiş və texnikalarının olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 isə atasının Rusiya Federasiyasında olduğu üçün özünün zəng etdiyini demişdir. Hadisənin baş verdiyi gün, yəni xx.xx.2018-ci il tarixdə qardaşı Rauf Kərimov qaz idarəsinin əməkdaşlarına zəng edərək təkidlə onları evinin qarşısında olan qaz sızıntısının təmir etməyə çağırmış, lakin qaz qəza xidməti texnikaları olmadığı üçün həmin gün də gəlməmişlər. xx.xx.2018-ci il tarixdə saat 19:30 radələrində Məhəmməd və Əli ilə birlikdə yaşadığı evdə olduğu zaman qonşuluğunda yaşayan qardaşı X17 Kərimov onlara gələrək Əlidən kitab istəmiş və birlikdə evdə oturub çay içmişdirlər. O, uşaqlara çay verdikdən sonra evin ikinci mərtəbəsində namaz qılmağa başlamış, Məhəmməd, Əli və Sənan birlikdə oynamaq üçün evin birinci mərtəbəsində yerləşən giriş qapısından sağ tərəfdə yerləşən otağa getmişdirlər. Həmin otaqdan gündəlik istifadə edilməmişdir. Uşalar birinici mərtəbəyə düşəndən çox az müddət sonra çox güclü partlayış olmuşdur. O, partlayışın təsirindən özünü itirmiş və qaça-qaça birinci mərtəbəyə düşmüş, aşağı düşəndə nə baş verdiyini anlamamış, lakin partlayışın baş verdiyi otaqda Məhəmmədin səsinin gəldiyini eşidib oraya qaçmışdır. Məhəmmədi partlayışın baş verdiyi otaqda oturuqlu vəziyyətdə “yandım” deyə ağladığını görmüş, Mhəmmədi qucağına götürüb çölə çıxmış və əynindəki paltarları çıxarmışdır. Sonra Əlinin qarşısında dayandığını görmüş, ondan nə baş verdiyini soruşmuş, sonuncu Məhəmməd və Sənan ilə birlikdə otağa girib işığı yandıran kimi partlayış olduğunu demişdir. Əlinin bütün bədəni və əynindəki paltarları yanmış, partlayışın təsiri ilə pəncərədən çölə düşmüşdür. Sənan isə partlayışdan sonra yana-yana küçəyə qaçmış və partlayışın səsinə çölə çıxan qardaşları Rauf və Namiq Sənanı söndürmüşdürlər. X28 avtomobili ilə uşaqların üçünü də Masallı RMX-na aparmış, xəstəxanada göstərilən ilk tibbi yardımdan sonra onların vəziyyətinin yaxşı olmadığı bildirilmiş və hər üç uşaq müalicənin davam etdirilməsi üçün elə həmin gecə Bakı şəhərində yerləşən 5 saylı xəstəxnanın nəzdindəki yanıq xəstəxanasına aparılmışdır. Uşaqların yanıq xəsarətləri ciddi olduğundan göstərilən bütün tibbi yardımlara baxayaraq Zərərçəkmiş şəxs1 xx.xx.2018-ci il tarixdə, Zərərçəkmiş şəxs2 xx.xx.2018-ci il tarixdə, Zərərçəkmiş şəxs3 isə xx.xx.2018-ci il tarixdə ölmüşdür. Onun fikirincə baş vermiş hadisənin səbəbi yaşadığı evin qarşından yerin altı ilə keçən ana qaz xəttindən sızan təbii qazın yaşadığı evin otağına dolması ilə əlaqədar olmuşdur. Həmin otaqdan çox istifadə olunmamış, bəzən günlərlə açılmamışdır. Partlayışın baş verdiyi otaq sonuncu dəfə hadisədən 2-3 gün əvvəl evdə usta işləyən Zaur Zahidov tərəfindən açılmışdır. Bundan sonra otağın qapı və pəncərələri açılmadığı üçün sızan qaz otağa dolmuş, uşaqlar otağa daxil olduqdan sonra işığı yandıran kimi partlayış baş vermişdir. Baş vermiş hadisə nəticəsində yaşdığı evə də ciddi ziyan dəymişdir. Günel Kərimova ifadəsində həmçinin hadisə baş verməmişdən təxminən 1 ay əvvəl yaşadığı evin həyətindən və ətrafından kəskin qaz iyinin gəldiyini, qaz sızması barədə 104 xidmətinə məlumat verdiklərini, lakin bu barədə heç bir tədbir görülmədiyini bildirməklə, iki övladının ölümündə təqsirkar olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi X23 ifadə verərək buildirdi ki, 08 dekabr 2018-ci il tarixdə saat 20:30 radələrində oğlu Sənan bacısı oğlu Əlidən test kitabı almaq üçün onlara getmişdir. Sənan Günelgilə gedəndən sonra birlikdə çay içmişlər. Bacısı isə onlara çay verdikdən sonra evin ikinci mərtəbəsində namaz qılmış, həmin vaxt Məhəmməd, Əli və Sənan birlikdə oynamaq üçün evin birinci mərtəbəsində yerləşən giriş qapısından sağ tərəfdə yerləşən otağa getmişlər. Həmin otaqdan gündəlik istifadə olunmamışdır. Otaq boş və geniş olduğu üçün uşaqlar orada oynayarkən çox güclü partlayış olmuşdur. Partlayış baş verən zaman ətrafdakı bütün evlər silkələnmişdir. Həmin vaxt pəncərədən çölə baxın digər övladı “Günel bibinin evi partladı” deyə qışqırmışdır. O, tələsik evdən çıxıb Günelgilin evinə gəlmiş və onların həyətinə girən kimi Sənanın paltarları yanmış vəziyyətdə həyət qapısına tərəf gəldiyini görmüşdür. Onu quçaqlayıb anasına vermiş, özü is evə tərəf getmişdir. Evə çatanda Əlinin yana-yana talvarın altında olduğunu görmüşdür. Onu əynindəki yanan paltarları çıxarmış, evə girdikdə isə Günelin Məhəmmədi qucağında çölə çıxarıdğını görmüşdür. O, baş vermiş hadisə barədə həm təcili yardıma, həm də yanğın söndürənlərə məlumat vermişdir. Təcili yardıma zəng etsə də tibbi yardım keçikməsin deyə qardaşı Namiq avtimobili ilə uşaqların üçünü də xəstəxanaya aparmışdır. Xəstəxanada göstərilən ilkin tibbi yardımdan sonra onların vəziyyətinin yaxşı olmadığı və müalicənin davam etdirilməsi üçün elə həmin gecə Bakı şəhərində yerləşən 5 saylı xəstəxananın nəzdindəki yanıq xəstəxanasına aparmışlar. Uşaqların yanıq xəsarətləri ciddi olmuş və həkimlər ilk gündən yaşamaq imkanlarının zəif olduğunu bildirmişlər. Göstərilən bütün tibbi yardımlara baxayaraq Əli 10 dekabr 2018-ci il tarixdə, Məhəmməd 14 dekabr 2018-ci il tarixdə, Sənan isə 16 dekabr 2018-ci il tarixdə ölmüşdür. Rauf Kərimov həmçinin bildirmişdir ki, qaz sızması Günel Kərimovagilin evinin qarşısında açıq aydın göründüyü üçün bu barədə mərhum Əli 27 noyabr 2018-ci il və 05 dekabr 2018-ci il tarixlərində, o, özü isə 08 dekabr 2018-ci il tarixdə 104 qaynar xəttə zəng vurmuş, vəziyyəti izah etmişdir. Lakin heç bir nəticəsi olmamış, 05 dekabr 2018-ci il tarixdə sonradan adını bildiyi Məhəmməd Nuruyev adlı şəxs gələrək təmirin mümkün olmadığını bildirmiş və getmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir, onlarla barışmamışdır, onlara qanuna uyğun cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxtı Masallı rayon Təklə bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Günel Kərimovanın yaşdığı evdə baş vermiş partlayış barədə xx.xx.2018-ci il tarixdə saat 21 radələrində Sığıncaq kənd sakinlərindən eşitmiş, hadisə baş verdikdən sonra Günel Kərimovanın yaxın qohumları partlayışdan xəsarət almış üç azyaşlı uşağı öz avtomobilləri ilə Masallı RMX-na aparmışlar. İlk əvvəl evdə partlayışın nə səbəbdən baş verməsini bilməmiş, lakin sonradan kənd sakinləri Günel Kərimovanın yaşadığı evin qarşısındakı yolda uzun müddət ki, qaz sızması olduğunu, bu barədə Günel Kərimovanın ailə üzvlərinin dəfələrlə qaz istismar idarəsinə məlumat verildiyi, lakin heç bir tədbir görülmədiyi bildirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3, Şahid6, Şahid2 Maarif oğlu və Şahid7 Şahid1 ilə eyni məzmunda ifadələr vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid12 ifadəsində qeyd etmişdir ki, Lənkəran RQİİ-nin Masallı xidmət sahəsinin təmir bərpa xidmətində yerli telefon xidmətinin rabitəçisi vəzifəsində işləyir. Xidməti vəzifələrinə vətəndaşlar tərəfindən qazdan istifadə zamanı yaranmış problemlər, yəni qaz sızması, qazın zəif gəlməsi və ya baş vermiş qəzalar barədə təmir bərpa xidmətinə (qaz qəza xidməti) daxil olmuş məlumatları qeydə almaq, qazdan təhlükəsiz istifadə barədə vətəndaşı ilkin təlimatlandırmaq, bunlardan əlavə xidmətə daxil olmuş qaz sızması və digər ciddi məsələlər barədə dərhal xidmət rəisinə məlumat verməkdən ibarətdirİş qaydasına əsasən növbədə olduqları zaman vətəndaşlardan qazdan istifadəyə dair yaranmış problemlərlə əlaqdar verilmiş məlumatları əvəlcə sadə dəftərlərə işlənir. Həmin dəftərlər sadə dəftər olmaqla yanaşı, möhürlənməmiş, qaytanlanmamış və tikilib nömrələnməmiş vəziyyətdə olur. Daxil olmuş məlumat həmin kitaba işləndikdən sonra əgər həmin məlumatda göstərilən məsələ həllini taparsa bu barədə xidmətin rəsmi kitabı olan qəza məlumatlarının qeydiyyatı və ya abonenetlərdən daxil olan sifarişlərin qeydiyyatı kitabına yazılır. Əgər vətəndaşın verdiyi məlumat üzrə növbədə olan çilingər hər hansı tədbir görərək yaranmış problemi, yəni qaz sızmasın aradan qaldıra bilirsə telefonçi-dispeçer bu barədə kitabda qeydiyyat aparır. Qaz sızması yeraltı xəttə baş veribsə bu zaman həmin məsələnin həllinin tək növbədə olan çilingər tərəfindən aradan qaldırılması mümkün olmadığından telefonçu-dispeçer ayrıca kağız parçasına qeydiyyat aparmaqla, bu barədə təmir bərpa xidmətinin rəisinə məlumat verir. Sığıncaq kənd sakini X6 yaşadığı evin yaxınlığındakı yeraltı küçə xəttində qaz sızmasının olması barədə təmir bərpa xidmətinin 104 zəng mərkəzinə iki dəfə məlumat verilmişdir. xx.xx.2018-ci il tarixdə gündüz növbəsində olduğu zaman Zərərçəkmiş şəxs1 104 xidmətinə zəng edərək onunla danışmış və Sığıncaq kənd sakini olduğunu, yaşadığı evin qarşısından, küçədən keçən yeraltı qaz xəttində qaz sızması olduğunu bildirmişdir. O, bu barədə qaralama kitabında qeydiyyat aparmış və daxil olmuş həmin məlumat barədə dərhal təmir bərpa xidmətinin rəisi vəzifəsini icra edən Təqsirləndirilən şəxs məlumat vermiş, bundan əlavə bu barədə ayrıca kağıza qeyd yazaraq sonrakı növbəni təhvil alan Muğdat Quliyevə vermişdir. xx.xx.2018-ci il tarixdə daxil olmuş müraciətin qeydə alınmasına, bu barədə təmir bərpa xidmətinin rəsi vəzifəsini icra edən Təqsirləndirilən şəxs məlumat verilməsinə baxmayaraq, daxil olmuş məlumat üzrə heç bir tədbir görülməmişdir. xx.xx.2018-ci il tarixdə gündüz növbəsində oduğu zaman Zərərçəkmiş şəxs1 təkrar 104 xidmətinə zəng edərək onunla danışmış və Sığıncaq kənd sakini olduğunu, yaşadığı evin qarşısından, küçədən keçən yeraltı qaz xəttində sızmanın olması barədə məlumat vermişdir. O, bu barədə qaralama kitabında qeydiyyat aparmış, daxil olmuş həmin məlumat barədə dərhal təmir bərpa xidmətinin rəisi vəzifəsini icra edən Təqsirləndirilən şəxs idarənin həyətində şəxsən məlumat vermişdir. Təqsirləndirilən şəxs həmin müraciətin təkrar olduğunu, xx.xx.2018-ci il tarixdə də eyni ünvandan eyni şəxs tərəfindən küçə xəttində yeraltı qaz sızmasının olması barədə məlumatın verildiyini bildirmiş, Təqsirləndirilən şəxs isə ona “telefon vasitəsi ilə Məhəmmədə zəng et bu barədə məlumat ver, o həmin əraziyə yaxın yerdə yaşayır problemin həlli ilə məşğul olsun” demişdir. O, Təqsirləndirilən şəxs tapşırığı ilə təmir bərpa xidmətində müqavilə ilə nəzarətçi-çilingər işləyən X13 kəndində Günel Kərimovaya məxsus evin yaxınlığından keçən yeraltı qaz xəttində sızma olduğunu və İdrak müəllimin onu həmin ünvana göndərməsi barədə göstəriş verdiyini bildirmişdir. Məhəmməd Nuriyev də Günel Kərimovanın yaşadığı ünvana gedərək qaz sızmasının olduğu əraziyə baxış keçirmiş, mövcud vəziyyətin təhlükəli olması və qaz sızıntısının tək onun tərəfindən aradan qaldırılmasının mümkün olmadığını telefon vasitəsi ilə Təqsirləndirilən şəxs bildirmiş, lakin onun Təqsirləndirilən şəxs bu barədə hansısa tədbir görüb-görməməsindən məlumatı olmamışdır. Həmin gün növbəni təhvil verərkən Zərərçəkmiş şəxs1 təkrar müraciətini kağızda qeyd edərək növbəni təhvil alan telefonçu Şahid19 ötürmüşdür. Şahid19 isə həmin kağızı səhər Təqsirləndirilən şəxs vermiş və daxil olmuş məlumatı təkrar olaraq diqqətinə çatdırsa da, bununla əlaqədar lazımi tədbirlər görülməmişdir. Günel Kərimovanın yaşadığı evdə qaz sızması nəticəsində partlayışının olması barədə məlumat xx.xx.2018-ci il tarixdə axşam saatlarında 104 xidmətinə daxil olmuş və bu barədə xidmətin qaralama kitabında və qəza məlumatlarının qeydiyyatı jurnalında qeydiyyat aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid19 ifadəsində bildirdi ki, Lənkəran RQİİ-nin Masallı xidmət sahəsinin təmir bərpa xidmətində yerli telefon xidmətinin rabitəçisi vəzifəsində işləyir. Sığıncaq kənd sakini X10 məxsus olan fərdi yaşayış evinin yaxınlığındakı küçə xəttində qaz sızmasının olması barədə Təmir-bərpa xidmətinin 104 zəng mərkəzinə iki dəfə məlumat daxil olmuş, lakin bu onun növbəsi günləri olmamışdır. Hadisədən sonra bilmişdir ki, Masallı rayon Sığıncaq kənd sakini Zərərçəkmiş şəxs1 xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixdə 104 zəng mərkəzinə yaşadığı evin həyət qapısının qarşısında yeraltı qaz xəttində qaz sızmasının olması barədə məlumat vermişdir. Həmin vaxt növbədə telefonçu Şahid12 olmuşdur. Xidmətdə mövcud olan iş qaydasına əsasən yeraltı qaz xəttində baş vermiş qaz sızması barədə xidmətin rəisinə məlumat verilir. Şahid12 da daxil olmuş məlumatı həmin vaxt xidmətin rəisi vəzifəsini icra edən Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs daxil olmuş məlumat əsasında hansı tədbirlər görüməsi barədə isə məlumatı yoxdur. xx.xx.2018-ci il tarixdə o, səhər saat 08-də növbəni digər rabitəçi Şahid20 təhvil vermişdir. İş qaydasına görə xidmətə daxil olmuş və həllini tapmamış müraciətlər kağız parçasına yazılaraq səhər növbəni təhvil alan şəxsə verilir ki, xidmət rəsinin diqqətinə çatdırılsın. Şahid12 da xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 verdiyi yeraltı qaz xəttindəki sızma barədə məlumatı kağız parçasına yazıb stolun üzərinə qoymuşdur. Kitaba isə həmin məlumatın önündə yazıldı idarəyə qeydi yazılmışdınr. İş qaydasına əsasən yazıldı idarəyə qeydi daxil olmuş məlumatın həlli xidmət rəisinə aid olmuşdur. Bu qeyd həm də sonrakı telefonçunu həmin məlumatın xidmət rəsinin diqqətinə çatdırılması barədə məlumatlı edir. Zərərçəkmiş şəxs1 tərəfindən daxil olmuş məlumat da həmin vaxt xidmətin rəisi olan Təqsirləndirilən şəxs çatıdırıldığı üçün məlumatın qarşısına “yazıldı idarəyə” qeydi qoyulmuşdur. Zərərçəkmiş şəxs1 verdiyi yeraltı qaz xəttindəki sızma barədə məlumatın yazıldığı kağız isə xx.xx.2018-ci il tarixdə səhər növbəni ondan təhvil alan Şahid20 tərəfindən xidmətin rəisi vəzifəsini icra edən Təqsirləndirilən şəxs verilmişdir. Bununla əlaqədar hansı tədbirlərin görülməsindən isə məlumatsız olmuşdur. Daxil olmuş məlumat həmin kitaba işləndikdən sonra əgər həmin məlumatda göstərilən məsələ həllini taparsa, onlar bu barədə xidmətin rəsmi kitabı olan qəza məlumatlarının qeydiyyatı və ya abonentlərdən daxil olan sifarişlərin qeydiyyatı kitabına yazırlar. Əgər vətəndaşın verdiyi məlumat üzrə növbədə olan çilingər hər hansı tədbir görərək yaranmış problemi, yəni qaz sızmasın aradan qaldıra bilirsə, onlar bu barədə kitabda qeydiyyat aparırlar. Əgər qaz sızması yeraltı xəttə baş veribsə, bu zaman həmin məsələnin həllinin tək növbədə olan çilingər tərəfindən aradan qaldırılması mümkün olmur. Bu zaman onlar ayrıca kağız parçasına qeydiyyat aparmaqla və telefon vasitəsi ilə bu barədə təmir bərpa xidmətinin rəisinə məlumat verirlər. Çilingər daxil olmuş məlumat əsasında qəzanın və ya sızmanın aradan qaldırılması üçün sahəyə çıxdıqda isə ona tərəfindən sifariş yazılır və həmin şifariş nömrələnməklə kitabda qeydiyyatda alınır. X6 yaşadığı evdə qaz sızması nəticəsində partlayışın olması barədə məlumat onun növbətçiliyi vaxtı xx.xx.2018-ci il tarixdə saat 19:45 radələrində 104 xidmətinə daxil olmuş və bu barədə xidmətin qaralama kitabında və qəza məlumatlarının qeydiyyatı jurnalında qeydiyyat aparmışdır. Hadisə baş verən zaman və ondan əvvəlki 4-5 ay ərzində Masallı qaz xidmət sahəsinin təmir-bərpa xidmətinin işinə rəhəbərlik edən, iş bölgüsü aparan və 104 xidmətinə daxil olmuş müraciətlər üzrə tədbirlərinin görülməsini təşkil edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. İş qaydasına əsasən hər səhər iş başlayarkən Təqsirləndirilən şəxs xidmətin əməkdaşlarını iş yerlərinə bölmüş, 104 xidmətinə daxil olmuş məlumatlar üzrə qaz xətlərində yaranmış nasazlıqların aradan qaldırılması üçün işçilər ayırmış, ciddi problemlərin həllində Təqsirləndirilən şəxs şəxsən iş aparılan əraziyə gedərək görülən işlərə rəhbərlik etmişdir. 2018-ci ilin ikinci yarısında təmir-bərpa xidmətinin işinə rəhəbərlik edən Təqsirləndirilən şəxs olduğu üçün 104 xidmətinə daxil olan və çilingər tətəfindən aradan qaldırılması mümkün olmayan bütün məlumatlar Təqsirləndirilən şəxs verilmişdir. xx.xx.2018-ci il tarxində Sığıncaq kənd sakini Günel Kərimovanın yaşadığı evdə qaz sızması nəticəsində baş vermiş partlayışa görə o da növbəti gün, yəni xx.xx.2018-ci il tarixdə həmin ünvana getmiş, qaz sızmasının baş verdiyi ərazidə qazma işlərində iştirak etmiş, həmin gün işçiləri oraya aparan və görülən işlərə rəhbərlik edən də Təqsirləndirilən şəxs olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid18 Şahid19 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid17 şahid Muğdat Quliyevin göstərdiyi halları təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, Sığıncaq kənd sakini X10 məxsus olan fərdi yaşayış evinin yaxınlığında küçə xəttində qaz sızmasının olması barədə 104 xidmətinə 27 noyabr 2018-ci il və 05 dekabr 2018-ci il tarixlərdə iki dəfə məlumat verilmişdir. O, 08 dekabr 2018-ci il tarixdə səhər növbəsində olduğu zaman Sığıncaq kəndindən daxil olmuş çağırış əsasında xidmətin sürücüsü Əliheydər ilə birlikdə həmin kəndə getmiş, daxil olan çağırışlar Günel Kərimovanın yaşadığı evlə əlaqədar olmasa da, kitaba baxdıqda 05 dekabr 2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 adından çağırış olduğunu, həmin çağırışın qarşısında “yazıldı idarəyə” qeydinin olduğunu görmüşdür. O, Sığıncaq kəndinə gəlmişkən Zərərçəkmiş şəxs1 adı ilə daxil olmuş çağırış üzrə tədbir görülüb-görülməməsini aydınlaşdırmaq üçün onun adının qarşısında olan nar nömrəyə istifadəsində olan mobil nömrə ilə zəng edib əlaqə saxlamış və telefon zənginə cavab verən uşaqla danışaraq, telefonu valideynlərinə verməsini istəmişdir. Həmin vaxt danışan uşağın yanından qadın səsi gəlsə də, həmin qadın telefona gəlməmiş, telefondakı uşaqdan 05 dekabr 2018-ci il tarixdə qaz sızması ilə əlaqədar zəng etdiklərini, həmin müraciətə baxılıb-baxılmadığını soruşmuş, uşaq isə yanındakı qadınla söhbət etdikdən sonra Məhəmməd adlı şəxsin qaz sızmasının olduğu yerə baxdığını demişdir. Hesab etmişdir ki, Məhəmməd sızmanı aradan qaldırmışdır, ona görə də qaz sızıntısı olduğu yerə baxıldığı deyiləndən sonra növbəti işlərin icrası ilə məşğul olmuş və Günel Kərimovanın yaşadığı evə getməmişdir. O, Rauf Kərimovla və ya başqası ilə qaz sızıntısının aradan qaldırılması məqsədi ilə torpağın qazılması üçün texnikanın olmaması barədə söhbət etməmiş, sadəcə verilmiş məlumat üzrə tədbir-görülüb görülmədiyini soruşmuşdur. Həmin gün saat təxminən 20 radələrində Sığıncaq kənd sakini Günel Kərimovanın yaşadığı evdə qaz sızması nəticəsində partlayışın olması barədə qəza xidmətinə məlumat daxil olmuş, həmin məlumat üzrə xidmətin əməkdaşları ilə dərhal hadisənin baş verdiyi yerə getmiş, qaz sızması üzrə partlayış olduğu üçün əvvəlcə evin, sonra isə Sığıncaq kəndinin qaz təhcizatı dayandırılmşıdır. Növbəti gün qaz sızmasının haradan olmasını aydınlaşdırmaq üçün Günel Kərimovanın yaşdığı evin həyət qapısının qarşısından yerin altı ilə keçən qaz xəttinə baxış keçirilmiş, bunun üçün torpaq texnika vasitəsi ilə qazılmış, həmin hissədə qaz borusunda deşiyin olduğu müəyyən edilmişdir. Deşik olan hissədə qaz borusu kəsildikdən sonra hüquq mühafizə orqanlarının işçiləri tərəfindən götürülmüş və həmin yerə qaynaq vasitəsi ilə yeni boru bərkidilmişdir. Hadisənin baş verdiyi vaxt Masallı qaz xidmət sahəsinin rəisi vəzifəsini icra edən Təqsirləndirilən şəxs olmuş, qəzaların aradan qaldırılması ilə bağlı göstərişlər və ümumi xidmətin işinin təşkili birbaşa onun tərəfindən icra edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, X32 sahəsində nəzarətçi-çilingər vəzifəsində işləyir. Sığıncaq kənd sakini X12 xidməti işi ilə əlaqədar tanımış, dəfələrlə onun yaşadığı evə qazdan istifadəyə görə yaranmış debitor borcu ilə əlaqədar qəbz təqdim etmiş, hər dəfə qəbz təqdim etdikdə isə onlara şifahi qaydada qazdan və qaz avadanlıqlarından istifadənin təhlükəsizlik qaydaları ilə şifahi qaydada tanış etmişdir. X10 məxsus olan fərdi yaşayış evində baş vermiş hadisə barədə yalnız hadisədən sonra məlumatı olmuşdur. Hadisə baş verən ərazi onun xidməti ərazisi olduğu üçün hadisə baş verdikdən sonra dərhal hadisə yerinə getmiş, həmin vaxt ona məlum olmuşdur ki, partlayış Günel Kərimovanın yaşadığı evin həyət qapısının qarşısından yerin altı ilə keçən ana qaz xəttindən sızma nəticəsində baş vermişdir. Həmin hissədə uzun müddət qaz sızması olmuş, Günel Kərimova və onun ailə üzvləri bu barədə bir neçə dəfə 104 xidmətinə məlumat vermişdir. Bununla bağlı xidmətdə müqavilə əsasında nəzarətçi-çilingər işləyən Məhəmməd Nuruyevə məlumat verilmiş, sonuncu sızıntının olduğu yerə gedərək oranı müayinə etdikdən sonra Təqsirləndirilən şəxs oradakı sızıntının aradan qaldırılması üçün torpağın qazılmalı olduğunu bildirmiş və bu işi tək görə bilməyəcəyini qeyd etmiş, lakin həmin məlumat üzrə lazımı tədbirlər görülməmişdir. O, təbii qazın təmini və satışı üzrə xidmətin işçisi olduğu üçün Günel Kərimovanın yaşadığı evin ətrafında qaz sızmasının olmasından məlumatsız olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 Şahid11ovla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə "xxxx" QSC-nin Lənkəran Regional mərkəzində xətt baxıcısı kimi işə qəbul olunmuş, sonra mühəndis vəzifəsində çalışmış, 2016-cı ildən etibarən isə Təmiz Qaz” QSC-nin Lənkəran Regional mərkəzinin rəhbəri vəzifəsinə təyin edilmişdir. "xxxx" QSCnin nizamnaməsinə əsasən fəaliyyəti "Azəriqaz" İB və digər müəssisə və təşkilatların sifarişləri əsasında Respublikanın şəhər və rayonlarında xarici qaz kəmərlərinə (yeraltı və yerüstü), onların üzərində quraşdırılmış qaz avadanlıqlarına (qaz tənzimləyici qurğuları, açıcı və bağlayıcı kran və siyirtmələr və s.), yeraltı qaz kəmərlərindən 15 metr məsafədə yerləşən yeraltı quyulara (qaz, su, kanalizasiya, rabitə, elektrik) gəzməüsulu (piyada) və ya xüsusi avadanlıqlarla təchiz edilmiş mobil nəqliyyat vasitələri ilə dövrü texniki baxış, sazlama və cari təmir işlərini yerinə yetirməkdən ibarətdir. Texniki baxış zamanı qaz kəmərlərində və avadanlıqlarında qaz sızmalarının yerlərini, dərəcələrini müəyyən etmək üçün xüsusu avadanlıqlarla təchiz olunmuş avtomaşınlardan, mobil qurğulardan, xüsusu detektorlardan, yeraltı kabellərin, polietilen və polad boruların yeraltı istiqamətini, kəsişmə və qaynaq nöqtələrini müəyyən edən cihazlardan istifadə olunur. "xxxx" QSC-nin Lənkəran Regional mərkəzi qeyd edilən xidmətləri həvalə edilmiş 7 rayonda, yəni Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında icra edir. "xxxx" QSC-nin Lənkəran Regional mərkəzinnin tabeliyində 3 bölmə, Lənkəran, Masallı və Cəlilabad bölmələri fəaliyyət göstərir. Masallı bölməsinə həm Masallı, həm də Yardımlı rayonları aiddir. "xxxx" QSC-nin Lənkəran Regional mərkəzin rəhbəri kimi onun vəzifəsinə Azəriqaz İB-nin Lənkəran RQİİ-dən verilmiş tapşırıqlar üzrə işlərin yerinə yetirilməsinə nəzarət olunması, işlərin təşkili, verilmiş tapşırıqların işçilər arasında bölüşdürülməsi, gündəlik naryadların Mərkəzin tabeliyində olan bölmələrə göndərilməsi və sair addir. İş qaydasına əsasən o, hər gün səhər regional mərkəzin tabeliyində olan bölmələrə görüləcək işlərlə bağlı gündəlik naryadlar göndərir. Bölmələr isə həmin naryadlar əsasında işləri icra edir. Həmin naryadlarda hansı kəndlərdə və ya digər yaşayış məntəqələrində yoxlama işləri aparılacağı qeyd olunur. Bölmələr naryadlar əsasında gündəlik işlərini qurur. Verilən naryad əsasında bölmədə işləyən mühəndis xətt yoxlayıcılarını işlərin görülməsi üçün lazımi avadanlıqlar və mobil cihazlarla təmin etdikdən sonra onları işlərin görüləcəyi yerlərə aparır. Bundan sonra həmin şəxslər gün ərzində işlərin aparıldığı kəndin və ya digər yaşayış məntəqəsinin ərazisində olan yeraltı və yerüstü qaz xətlərinə baxış keçirmələri barədə tərtib etdikləri raportları imzalayaraq mühəndisə, mühəndis isə öz növəbsində həmi raportu imzalayaraq təsdiq edib regional mərkəzə təqdim edir. Həmin raportlar isə adiyyəti üzrə Lənkəran Regional Qİİ-nə təqdim olunur. Bundan əlavə xətt yoxlayıcıları yoxlama zamanı yüksək sızmalar müəyyən olunarsa onlar bu barədə dərhal "xxxx" QSc-nin dispeçer xidmətinə məlumat verirlər. Əgər qaz xətlərinə baxış keçirilirərkən hər hansı nasazlıq və ya nöqsan aşkar olunarsa bu raportda qeyd olunur regional Qİİ-nə məlumat veirilir. Qaz xətlərində sazlama və təmir işlərinin aparılması isə "xxxx" QSC-nin səlahiyyətlərinə aid deyildir. Sığıncaq kənd sakini X6 yaşadığı fərdi yaşayış evində qaz sızmasının olması barədə onun və ümumiyyətlə "xxxx" QSC-nin regional idarəsinin məlumatı olmamış, bu barədə 09 dekabr 2018-ci il tarixdə axşam saatlarında məlumatı olmuşdur. Sığıncaq kənd sakini Günel Kərimovanın yaşadığı evin həyət qapısının qarşısında yerin altından keçən qaz xəttində sızma baş vermiş və bunun nəticəsində evdə partlayış olduğu bildirilmişdir. Sığıncaq kəndi 2017-ci ildən etibarən qaz xətti və təbii qazla təmin edilsə də, hadisənin baş verdiyi günədək həmin kəndin qaz xətti "xxxx" QSC-yə təhvil verilməmiş, yəni texniki baxış keçirilməli olan siyahıda və cədvəldə göstərilməmişdir. Bu səbəbdən də"xxxx" QSC-nin Lənkəran Regional mərkəzinin Masallı bölməsi tərəfindən Sığıncaq kəndinin yeraltı və yerüstü qaz xətlərinə texniki baxış keçirilməmişdir. "xxxx" QSC-dən istintaqa təqdim edilmiş sənədlərə əsasən, Sığıncaq kəndinin QSC-yə təhvil verilmədiyi, siyahıya və cədvələ salınmadığı və texniki baxış keçirilmədiyi müəyyən olunur. Şahid qismində dindirilmiş "xxxx" QSC-nin Lənkəran Regional mərkəzinin mühəndisi, QSC-nin Masallı bölməsinin rəhbəri Şahid4 Şahid5la oxşar məzmunlu ifadə verərək onun göstərmiş olduğu halları təsdiq etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid15 ifadəsində göstərmişdir ki, 2017-ci ilin oktyabr ayından etibarən Lənkəran RQİİ-nin Masallı xidmət sahəsinin rəisi vəzifəsində çalşır. Xidməti vəzifələrinə qaz təsərüfatında təhlükəsizlik texnikası qaydalarını rəhbər tutaraq, qəzaların, bədbəxt hadisələrin qarşısının alınmasında, başvermə səbəblərinin araşdırılmasında iştirak etmək, təhlil nəticəsində onları yarada biləcək səbəblərin aradan qaldırılması üçün tədbirlər görmək, xidmətlərin işini, onların bir-biri ilə qarşılıqlı münasibətlərini təşkil etmək, əmək və istehsalat inztizamının yüksək səviyyədə saxlanılmasına nəzarət etmək və sairdən ibarətdir. Sığıncaq kənd sakini X10 məxsus olan fərdi yaşayış evinin yaxınlğındakı qaz sızması barədə yalnız hadisə baş verdikdən sonra məlumatı olmuş, əvvəlcən ona bu barədə məlumat verilməmişdir. Günel Kərimovanın yaşadığı evin həyət qapısının yaxınlığında qaz sızması olması barədə məlumat Masallı xidmət sahəsinin təmir-bərpa xidmətinin 104 zəng mərkəzinə daxil olmuşdur. 104 xidməti isə təmir-bərpa xidmətinin tərkibinə aiddir. 104 xidmətinə daxil olmuş müraciətlər həmin xidmətin mühəndisləri və ya çilingərləri tərəfindən həll olunur. Mövcud iş qaydasına əsasən 104 xidmətinə daxil olmuş məlumat əsasında həmin vaxt növbətçi olan çilingər qaz sızmasının olduğu yerə getməli, baxış keçirməli, problemin həlli mümkündürsə problemi həll etməli, əks təqdirdə isə bu barədə təmir bərpa xidmətinin rəisinə və ya rəhəbrlik həvalə edilmiş şəxsə məlumat verməlidir. Günel Kərimova və yaxınları tərəfindən daxil olmuş məlumat üzrə isə hadisənin baş verdiyi anadək heç bir tədbir görülməmişdir. Təmir bərpa xidmətinin rəisi təxminən 1 il əvvəl işdən çıxarılmış və onun yerinə rəsmi təyinat olmamışdır. 2018-ci ilin iyun ayından dekabr ayının sonunadək, həmçinin hadisənin baş verdiyi müddətdə təmir bərpa xidmətinin işinin təşkil edilməsi Təqsirləndirilən şəxs həvalə edilmişdir. Həmin müddət ərzində təmir-bərpa xidmətində iş bölgüsünün aparılması və digər işlərin təşkili Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Baş vermiş hadisədən sonra isə həmin xidmətin işinə xidmətin mühəndisi Əlipənah Əhədəov nəzarət edir. X32 sahəsinin təmirbərpa xidmətinin mühəndisləri konkret ərazilərə təhkim edilməmişdir. Masallı xidmət sahəsinin təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çiləngəri olan Şahid11ov isə rayonun Əhmədli, Sığıncaq və Stansiya Masallı ərazilərinə təhkim edilmişdir. Şahid11ovun isə qaz sızıntısının qarşısını almaq səlahiyyəti yoxdur. O, ifadəsində həmçinin xidmət sahəsinin təmir-bərpa xidmətinə rəis təyin etmək səlahiyyətinin olmadığını, kadr üzrə məsələlərin İB-yi tərəfindən həll edildiyini və Sığıncaq kəndinin qaz xəttinin istisamara qəbulunda iştirak etmədiyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid16 ifadəsində göstərmişdir ki, 2017-ci ilin mart ayından etibarən Lənkəran RQİİ-nin rəisi vəzifəsində çalşır. Lənkəran RQİİ Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonlarında qaz təsərüfatına aid bütün sahələrin fəaliyyətinə nəzarət edir. Onun xidməti vəzifələrinə regional idarənin yurisdiksiyasında olan rayonlarda qaz təsərüfatına dair həyata keçirlən ümumi işlərə rəhbərlik etməkdən ibarətdir. Sığıncaq kənd sakini X10 məxsus olan fərdi yaşayış evində baş vermiş hadisə barədə hadisə baş verdikdən sonra məlumatı olmuşdur. X10 məxsus olan fərdi yaşayış evinin ətrafında qaz sızmasının olması barədə isə ümumiyyətlə ona məlumat verilməmişdir. Qaz sızıntısı barədə daxil olmuş məlumat üzrə aidiyyəti üzrə iş görmək isə birbaşa xidmət sahələrinin təmir-bərpa xidmətinə aiddir. Təmir bərpa xidmətinin rəisi təxminən 1 il əvvəl işdən çıxarılmış və onun yerinə rəsmi təyinatı olmamışdır. Rəis vəzifəsinin icrası heç kimə həvalə edilməmiş, bununla bağlı rəsmi şəkildə əmr verilməmişdir. İş qaydasına əsasən Təmir bərpa xidmətinin rəisi olmadığı halda rəsmi göstəriş əmr olmasda belə, xidmətin mühəndisləri rəis vəzifəsini icra edirlər. Həmin vəzifənin icrası isə ən yüksək dərəcəli mühəndisə keçir. Təqsirləndirilən şəxs hadisənin baş verdiyi vaxt və ondan əvvəlki dövrdə X32 sahəsinin təmir-bərpa xidmətinin rəisi olmamış, Lənkəran RQİİ-nin təmir-tikinti xidmətinin mühəndisi olmuşdur. Sədəcə olaraq Təqsirləndirilən şəxs 2018-ci ilin iyun ayından etibarən tədbirlər planına nəzarət etməsi üçün X32 sahəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs Masallı Xidmət Sahəsində olduğu zaman, xidmət rəisi Şahid15lə aralarında iş bölgüsünün hansı qaydada aparılmasından məlumatsız olmuşdur. Sığıncaq kəndindəki qaz xətlərinin çəkilişi 2016-cı ilin sonlarında yekunaşdırılmış, həmin ilin dekabr ayının sonlarında kəndə qaz verilişinin rəsmi açılışı olmuşdur. Bundan əvvəlki dövrdə isə Sovet dönəmini çıxmaq şərti ilə Sığıncaq kəndində təbii qaz olmamışdır. 2016-cı ilin dekabr ayının sonlarında qaz verilişinin rəsmi açılışı olsa da, bundan sonrakı 2-3 ay ərzində ana qaz xətlərindən evlərə qaz xətləri çəkilmiş və bütün abonentlər qazlaşdırılmışdır. Masallı rayon Sığıncaq kəndinin təbii qaz xəttini çəkilişini "xxxx" MMC adlı şikrət icra etmiş, təbii qaz xətti podratçı şirkətdən təhvil alındıqdan sonra Lənkəran RQİİ-nin Masallı XS-nin Təmir Bərpa xidmdətinin balansına verilmişdir. Sığıncaq kəndinin təbii qaz xətti Lənkəran Regional QİİS tərəfindən istismara qəbul edilmişdir. Sığıncaq kəndinin təbii qaz xətti istifadəyə verlərkən o, regional idarənin rəisi olmasa da, buna dair tərtib edilmiş sənədlərə əsasən müəyəyn olunur ki, Masallı rayon Sığıncaq kəndinin təbii qaz xətti istifadəyə verilməmişdən əvvəl qaz xəttinin istifadəyə yararlı olub-olmaması qüvvədə olan normativ aktlara və təhlükəsizlik qaydalarına tam əməl olunmaqla yoxlanılmışdır. Sığıncaq kəndinin təbii qaz xətti istismara qəbul edilməsində Lənkəran Rİİ-nin mühəndisləri də iştirak etmiş, istismara qəbul zamanı qaz kəməri üfürülmə, kipliyə yoxlanılması, yeraltı keçidlərdə dərinliklərin yoxlanılması və izolasiyasının keyfiyyətinin yoxlanılması və digər yoxlanışlardan tam şəkildə keçmiş, qaz xətləri istismara yararlı olduğu üçün istismara qəbul edilmişdir. Sınaqlar zamanı bütün lazımı texniki vasitələrdən istifadə olunmuş, yerüstü və yeraltı qaz kəmərləri ayrı-ayrılıqda sınaqlardan keçirilmişdir. Keçirilmiş sınaqlar nəticəsində aktlar tərtib edilmiş, həmin aktlar materiallara əlavə edilmişdir. Sığıncaq kədinin qaz xətləri yeni çəkildiyindən həmin xətlər texniki baxışın keçirilməsi üçün Masallı xidmət sahəsi texniki baxışın keçirilməli olan siyahıda Sığıncaq kəndinin adını Lənkəran RQİİ-nin texniki şöbəsinə təqdim etməmişdir. Masallı rayon məhkəməsinin 03 oktyabr 2019-cu il il tarixli, 1(050)-55/2019 nömrəli qanuni qüvvəsini almış ittiham hökmündən görünür ki, bu cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3.-cü maddəsi ilə təqsirləndirilmiş və məhkum olunmuş X7 05 il 02 ay müddətə, X16 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Masallı rayon məhkəməsinin 03 oktyabr 2019-cu il il tarixli, 1(050)-55/2019 nömrəli qanuni qüvvəsini almış ittiham hökmündən görünür ki, şahid X8 ifadəsində göstərmişdir ki, 1986-cı ildən etibarən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin mühəndis texniki ekseprtizalar şöbəsinin böyük eksperti işləyir. Masallı rayon Sığıncaq kənd sakini X10 məxsus olan fərdi yaşayış evində qaz sızması nəticəsinə üç nəfər uşağın ölməsi barədə cinayət işində təyin edilmiş məhkəmə-təhlükəsizlik eskpertizası üzrə 14 fevral 2019-cu il tarixli, 33879 saylı ekspert rəyi onun tərəfindən tərtib edilmişdir. Qeyd edilən hadisə ilə əlaqədar olaraq 10 dekabr 2018-ci il tarixdə Ədliyyə Nazirliyinin MEM-nə Masallı rayon prokurorluğundan daxil olan məktuba əsasən həmin tarixdə ekspert qismində hadisə yerinə baxışda iştitak etmək üçün Masallı rayonuna ezam edilmişdir. Ona qədər hadisə yerinə keçirilmiş ilkin baxış zamanı qaz sızmasının Günel Kərimovaya məxsus olan fərdi yaşayış evinin həyət qapısının qarşısından keçən qaz xəttinin yerin altı ilə keçən hissəsində olduğu müəyyən edilmiş, həmin hissədə qazılaraq sızmanın olduğu yerdə qaz borusunda deşik olduğu məlum olmuş və qaz borusu həmin hissədə kəsilərək götürlümüş, həmin qaz borusu ona göstərilmişdir. O, 10 dekabr 2018-ci il tarixdə Lənkəran RQİİ-nin, "xxxx" MMC-nin əməkdaşlarının iştrakı ilə hadisənin baş verdiyi, Günel Kərimovaya məxsus olan fərdi yaşayış evinə baxışda iştirak etmiş, baş vermiş partlayışın səbəbinin müyyənləşdirilməsi üçün Günel Kərimovaya məxsus evin həyət qapısından çöldə, avtomobilin yolunun kənarından keçən yer üstü ilə diametri 57 mm olan ana qaz xəttinə, oradan evə gələn qaz xəttinə, evdəki qaz avadanlıqlarına diqqətlə nəzər yetirilmiş, baxış zamanı dağılmalar müşahidə edilmiş, partlayışın baş verdiyi zal otağının qarşısındakı talvarın altında olan həyətin torpaq hissəsindəb "xxxx" QSC-nin əməkdaşları tərəfindən uzun dəmir lingləri yerə vuraraq şurflar açılmış və həmin şurfların “SENSİT”, PMD tipli zavod nömrəsi 1366 olan qaz ölçü (Metan) cihazla ölçmələr aparılmışır. Ölçmələr aparılarkən giriş qapısının qarşısında 66 % PPM qədər təbii qazın sızdığı məlum olmuşdur. Evin birinci mərtəbəsində zal otağında "xxxx" QSC-nin əməkdaşları tərəfindən perfarator adlanan deşici elektrik alətlə otağın yaxın sol və sağ künclərində, eləcə də, təxminən orta hissəsində şurflar açıldıqdan sonra “SENSİT”, PMD tipli qaz ölçü cihazla ölçmələr aparılarkən otağın yaxın sağ küncündə 14 % LEL, sol küçcündə isə 32,5 % V/V və orta hissəsində 10 % LEL-ə qədər yerdən qazın sızması aşkar edilmiş, hadisə yerinə baxış zamanı qaz sızmasının baş verdiyi yerdən partlayışın baş verdiyi otağa qədər olan hissədə şurflar açılaraq həmin yerlərdə “SENSİT”, PMD tipli qaz ölçü cihazla ölçmələr aparılmış və məlum olmuşdur ki, qaz sızmasının baş verdiyi hissədən partlayışın baş verdiyi yerə qədər yerin altında qaz sızması və qaz yığılması mövcuddur. Bu səbəbdən qaz-hava qarışığı sızdığı yerdən partlayışın baş verdiyi otağa torpaqla sızaraq dolmuş, otağın pəncərələri və qapısı bağlı qaldığı üçün içəri girib elektrik açarını vuran kimi elektrik qığılcımından otağa dolmuş qaz hava qarışığı partlamışdır. Həmin hadisə ilə bağlı texnikitəhlükəsizlik ekspertizası üzrə rəy vermiş, cinayət işinin materiallarına əsasən hadisəyə görə məsuliyyət daşıyan şəxslər Təqsirləndirilən şəxs, Əlipənah Əhədov və Məhəmməd Nuruyev müəyyən olunmuşdur. Hər üç şəxs vəzifə öhdəlikləri üzrə texniki təhlükəsizlik qaydalarını pozmuşdur. Masallı rayon məhkəməsinin 03 oktyabr 2019-cu il il tarixli, 1(050)-55/2019 nömrəli qanuni qüvvəsini almış ittiham hökmündən görünür ki, X5 cinayət işində olan ifadəsi tədqiq edilmiş və həmin ifadədə qeyd olunmuşdur ki, Masallı rayon qaz idarəsində müxtəlif vəzifələrdə çalışmış, 2014-cü ilin dekabr ayından Qİİ-nin regional bölmələri yaradıldığından Masallı Qİİ Lənkaran RQİİ-nin tabeliyində Masallı Qaz Xidmət sahəsinə çevrilmişdir. Həmin vaxtdan etibarən Lənkəran RQİİ-nin Masallı xidmət sahəsinin təmir bərpa xidmətinin mühəndisi vəzifəsində çalışır. İşlədiyi xidmətin əsas vəzifəsi qaz təsərrüfatı obyektlərində əsaslı tikinti işlərini aparmaq, tikili obyektlərdə yenidənqurma, əsaslı və cari təmir işlərini yerinə yetirməkdən, qaz sayğacları quraşdırmaqdan, iş yerlərinin (obyektlərin) texniki vəziyyətinə nəzarət etməkdən, texniki-təşkilati tədbirlər planında nəzərdə tutlmuş işləri vaxtında və keyfiyyətlə yerinə yetirməkdən, qaz sızmaları barədə daxil olmuş məlumat əsasında dərhal tədbir görməkdən və baş verə biləcək qəzaların aradan qaldırılmasından və.s ibarətdir. Həmin xidmətin mühəndisi kimi onun vəzifəsi isə təbii qazın normal və itkisiz alınıb əhaliyə satılmasından ibarətdir. Təmir bərpa xidmətində mövcud olan iş qaydasına əsasən hər hansı ərazidə qaz sızması barədə məlumat daxil oduqda həmin məlumat təxirəsalınmadan xidmətin rəisinə verilir. Məlumat əsasında xidmət rəisi qaz sızmasının qarşısının alınması üçün qaynaqçı, usta və çilingər vasitəsi ilə həmin problemin aradan qaldırılması üçün tədbirlər görməlidir. Əgər sızmanın qarşısının alınması mümkün olmazsa bu halda qazın verilişi dayandırılmalıdır. Masallı xidmət sahəsinin təmir-bərpa xidmətinin rəisi təxminən iki ilə yaxındır ki, işdən çıxarılmış və həmin vaxtdan etibarən qeyd edilən vəzifəyə rəsmi təyinat olmamışdır. Hadisə baş verən zaman və ondan əvvəlki 4-5 ay ərzində Masallı qaz xidmət sahəsinin təmir-bərpa xidmətinin işinə rəhəbərlik edən, iş bölgüsü aparan və 104 xidmətinə daxil olmuş müraciətlər üzrə tədbirlərinin görülməsini təşkil edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. İş qaydasına əsasən hər səhər iş başlayarkən Təqsirləndirilən şəxs xidmətin əməkdaşlarını iş yerlərinə bölmüş, 104 xidmətinə daxil olmuş məlumatlar üzrə qaz xətlərində yaranmış nasazlıqların aradan qaldırılması üçün işçilər ayırmış, ciddi problemlərin həllində isə Təqsirləndirilən şəxs də şəxsən iş aparılan əraziyə gedərək görülən işlərə rəhbərlik etmişdir. 2018-ci ilin ikinci yarısında təmir-bərpa xidmətinin işinə rəhəbərlik edən Təqsirləndirilən şəxs olduğu üçün 104 xidmətinə daxil olan və çilingər tərəfindən aradan qaldırılması mümkün olmayan bütün məlumatlar Təqsirləndirilən şəxs verilmişdir. Ümumiyyətlə 2018-ci ilin ikinci yarısında Masallı xidmət sahəsinin təmir bərpa xidmətinin işinə rəhəbərlik edən və xidmətin işinə cavabdeh olan şəxs Təqsirləndirilən şəxs olmuşdur. Masallı rayonu Sığıncaq kənd sakini X6 ailə üzvləri ilə yaşadığı evin həyət qapısının qarşısından yerinaltı ilə keçən qaz xəttində qaz sızmasının olması barədə xx.xx.2018-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə Təmir-bərpa xidmətinin 104 zəng mərkəzinə məlumat daxil olmuşdur. Həmin vaxt təmir bərpa xidmətinin rəisi vəifəsini Təqsirləndirilən şəxs icra etdiyi üçün daxil olmuş hər iki məlumat telefonçu-dispeçer tərəfindən ona verilmişdir. xx.xx.2018-ci il tarixdə Günel Kərimovanın yaşadığı evin həyət qapısının qarşısında yeraltı qaz xəttində qaz sızması barədə 104 xidmətinə daxil olmuş məlumatdan onun ümumiyyətlə xəbəri olmamışdır. O, bu barədə yalnız hadisədən sonra eşitmişdir. xx.xx.2018-ci il tarixdə daxil olmuş məlumatı isə xx.xx.2018-ci il tarixdə bilmişdir. Xidmətdə olan iş qaydasına əsasən telefonçu-dispeçerlər 104 xidmətinə daxil olan məlumatları xidmətin kitabına yazırlar. Əgər daxil olmuş məlumat yeraltı qaz sızması ilə bağlıdırsa bu barədə birbaşa xidmət rəisinə məlumat verilir. Məlumat üzrə hər hansı tədbir görmək mümkün olmadıqda bu barədə kağız parçasına qeyd yazılır və səhər iş başlayarkən məlumat üzrə tədbir görülməsi üçün yenidən xidmət rəisinə verilir. O, xx.xx.2018-ci il tarixdə səhər işə gəldiyi zaman Günel Kərimovanın yaşadığı evin yaxınlığında yeraltı qaz xəttindəki sızma barədə məlumat qeyd edilmiş kağız Təqsirləndirilən şəxs verilmişdir. Təqsirləndirilən şəxs həmin kağızı ona verərək bu barədə məlumatı xidmətin nəzarətçi-çilingəri Məhəmməd Nuriyevə çatdırmağını və onu sızmanın qarşısının alınmasına göndərməyini istəmişdir. O, telefonla Məhəmməd Nuriyevə zəng edərək Təqsirləndirilən şəxs ona verdiyi ünvandakı qaz sızması barədə məlumatı Məhəmməd Nuriyevə çatdıraraq, həmin ünvana getməsini istəmiş, lakin Məhəmməd Nuriyev həmin ünvanda əvvəlki gün olduğunu, qaz sızmasının qarsışnın alınmasını tək aradan qaldırmasının mümkün olmadığını, sızmanın aradan qaldırılması üçün qazıntı aparılmalı olduğunu, bununla bağlı əvvəlki gün Təqsirləndirilən şəxs məlumat verdiyini bildirmiş və tək həmin ünvana getməsinin əhəmiyyətsiz olduğunu demişdir. O, Məhəmməd Nuriyevin məlumatından sonra onunla sağollaşıb gündəlik işlərinin icrası ilə məşğul olmuş, sonuncunun qeyd edilən ünvana gedib-getməməsindən, bu barədə Təqsirləndirilən şəxs məlumat verib-verməməsindən məlumatı olmamışdır. Məhəmməd Nuriyevlə danışandan sonra Təqsirləndirilən şəxs və ya digər səlaiyyətli şəxsə bu barədə heç nə deməmiş, hər hansı tədbir görməmişdir. xx.xx.2018-ci il tarixdə saat təxminən 21 radələrində isə Təqsirləndirilən şəxs ona zəng edərək Sığıncaq kəndində yaşayış evində qaz sızması nəticəsində partlayış olduğunu bildirmiş və qaz verilişini dayandırmaq üçün həmin ərazidəki qaz siyirtməsinin yerini soruşmuşdur. Hadisədən sonra hadisə yerində onun da iştirakı ilə aparılmış araşdırmalar zamanı Günel Kərimovanın yaşadığı evin qarşısındakı qaz xəttinin yeraltı ilə gedən hissəsində qaz borusunda deşik olduğu və həmin hissədən qaz sızamasının baş verdiyi məlum olmuşdur. Masallı rayon məhkəməsinin 03 oktyabr 2019-cu il il tarixli, 1(050)-55/2019 nömrəli qanuni qüvvəsini almış ittiham hökmündən görünür ki, X9 ifadəsində göstərmişdir ki, uzun müddət əvvəlki Masallı qaz idarəsində çilingər işləmiş, sonradan ailə vəziyyəti ilə əlaqədar olaraq işdən çıxmışdır. 02 fevral 2016-cı ildə məşğulluq xidməti vasitəsiylə Lənkəran RQİİ-si ilə əmək müqaviləsi, yəni xidmət müqaviləsi bağlamış, əmək müqaviləsinə əsasən nəzarətçi-çilingər kimi işə qəbul edilmişdir. Onun xidməti vəzifələrinə qaz sayğaclarının toxunulmazlığının təmin olunması, evdən kənar qaz avadanlıqlarının təhlükəsziliyinə nəzarət olunması, qaz borularının rənglənməsi, alaq və kollardan təmizlənməsi, qaz borularında baş vermiş qəzalar, qaz sızmaları barədə aidiyyəti üzrə məlumat verilməsi və sair kimi işlər aiddir. Nəzarətçi-çilingər kimi ona konkret olaraq təhkim edilmiş ərazi olmasa da, Təklə kəndində yaşadığı və əhalini tanıdığı üçün əsasən Təklə və yaxın kəndlərdəki işlərə cəlb olunmuşdur. O, xx.xx.2018-ci il tarixdə təxminən saat 13-14 radələrində yaşadığı kənd ərazisində olduğu zaman 104 xidmətinin dispeçeri Şahid12 ona zəng edərək Sığıncaq kənd sakini Şahid9 adlı sakinin evindən qaz sızması ilə bağlı məlumat verildiyini bildirmiş, əraziyə yaxın olduğu üçün qeyd edilən ünvana getməsini istəmişdir. O, məlumat verildikdən dərhal sonra qeyd edilən ünvana getmiş, Günel Kərimovaya 104 xidmətinə zəng etdikləri üçün gəldiyi bildirmiş, sonuncu isə ona həyət qapılarının qarşısında qaz sızmalarının olduğu yerləri göstərmişdir. Həmin gün yağış yağıdığından Günel Kərimovanın yaşadığı evin həyət qapısının qarşısından keçən avtomobil yolunun kənarında gölməçələr yaranmışdır. O, həyət qapısının qarşısında olan bir neçə gölməçəyə baxdıqda yığılmış suyun sanki qaynadığını, yəni köpükləndiyini görmüşdür. O, əraziyə baxış keçirdikdən sonra Günel Kərimovanın yaşadığı evin həyət qapısının qarşısında yeraltı qaz xətdində həqiqətən qaz sızmasının olmasını və vəziyyətin təhlükəli həddə çatmasını müəyyən etmiş, lakin tək olduğu, həmçinin qaz xətti dərinlikdən getdiyi üçün sızmaya müdaxilə etmək imkanı olmamış və bu barədə Günel Kərimovaya məlumat verdikdən sonra təmir-bərpa xidmətinin işinə rəhbərlik edən Təqsirləndirilən şəxs zəng edərək 104 xidmətindən verilən məlumat əsasında Sığıncaq kəndinə gəldiyini, həmin kənd sakini Günel Kərimovanın yaşadığı evin həyət qapısının qarşısından yerin altı ilə gedən qaz borusunda ciddi qaz sızmasının olduğunu və vəziyyətin təhlükəli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ondan sızmanı mümkün qədər özünün aradan qaldırmasını istəmiş, lakin o bunun mümkün olmadığını, tək olduğunu, sızmanın aradan qaldırılması üçün torpağın qazılaraq qaz borusunun dəyişdirilməli olduğunu bildirmiş, sızıntının aradan qaldırıması üçün qazıntının texnika vasitəsiylə aparılması vacib olduğunu qeyd etmişdir. O, mövcud vəziyyət barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonra sonuncu ona qaz sızamsını rezinlə sıxıb saxlamağını istəmiş, o isə bunun mümkün olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona təşəkkür edərək vəziyyətin aydın olduğunu bildirmişdir. Sonra o yaşadığı evə qayıtmış, səhəri gün iş yerinə getdikdə isə təmir bərpa xidmətinin mühəndisi Əlipənah Əhədov ona kağızda ünvan vermiş və həmin ünvanda qaz sızması barədə məlumat daxil olduğunu və bununla maraqlanmağını istəmişdir. O, isə kağızı oxuduqda orada Sığıncaq kənd sakini Şahid9 adının yazıldığını görmüş, Əlipənah Əhədova həmin ünvanda əvvəlki gün, yəni xx.xx.2018-ci il tarixdə olduğunu, oradakı qaz sızmasının təhlükəli olduğunu, tək onun tərəfindən aradan qaldırımasının mümkün olmadığını bildirmiş, orada briqada ilə iş görülməli olduğunu və həmin ünvana tək getməyinin, habelə əlavə baxış keçirməyinin əhəmiyyətsiz olduğunu sonuncunun diqqətinə çatdırmışdır. Qeyd edilən qaz sızmasının aradan qaldırılması səlahiyyətinə aid olmadığı üçün oradan uzaqlaşmış və digər işlərin icrası ilə məşğul olmuşdur. Bundan sonra ona bu barədə heç bir məlumat verilməmişdir. O, xx.xx.2018-ci il tarixdə işə gedərkən iş yoldaşlarından Sığıncaq kənd sakini Günel Kərimovanın evində qaz sızması nəticəsində partlayışın baş verdiyini eşitmiş, həmin gün təmir bərpa xidmətinin bütün əməkdaşları hadisə yerində olmuş, texnika ilə Günel Kərimovanın yaşadığı evin həyət qapısının qarşısı qazılaraq oradan keçən qaz borusunun üstü açılmış və boruda təxminən fındıq boyda deşiyin olduğu, həmin hissədən qazın sızdığı müəyyənləşdirilmişdir. Həmin yer 4 gün əvvəl onun baxış keçirdiyi və Təqsirləndirilən şəxs məlumat verdiyi hissə olmuşdur. Bundan əlavə Günel Kərimovanın ailə üzvləri xx.xx.2018-ci il tarixdə də Masallı qaz xidmət sahəsinin təmir-bərpa xidmətinin 104 xidmət mərkəzinə zəng edərək Sığıncaq kəndində Günel Kərimovaya məxsus olan fərdi yaşayış evinin həyət qapısının qarşısında qaz sızmasının olması barədə məlumat verilmiş, lakin həmin məlumat xidmətdə qeydə alınmış, lakin bununla bağlı konkret olaraq hansısa tədbirlərin görüldüyünü eşitməmişdir. Hadisənin baş verdiyi vaxt və ondan əvvəlki dövrdə Masallı xidmət sahəsinin təmir-bərpa xidmətinə Təqsirləndirilən şəxs rəhbərlik etdiyi, yəni qəzaların aradan qaldırılması, iş bölgüsünün aparılması və ümumi göstərişlər birbaşa Təqsirləndirilən şəxs tərəfindən verildiyi üçün o, Günel Kərimovanın yaşadığı evin yaxınlığındakı qaz sızmasının təhlükəli həddə olması barədə məlumatı birbaşa Təqsirləndirilən şəxs vermişdir. O, Günel Kərimovaya məxsus olan fərdi yaşayış evinin yaxınlığındakı qaz sızmasını aradan qaldırmamasını bunun üçün real imkanının olmaması ilə, təhlükəli həddə qaz sızıntısının olmasını bildiyi halda qurğuların və zirzəmilərin havasını dəyişmək üçün tədbirlər görməməsini, əlavə olaraq, qaz kəmərindən 50 metr radiusda yerləşən binaların zirzəmiləri və başqa yeraltı qurğuları yoxlamamasını, binalardakı adamlara açıq oddan istifadə etməmək barədə xəbərdar etməməsini, lazım olduqda adamları binadan çıxarmalı olduğu halda bütün bu tədbirləri görməməsini isə bunların onun xidməti vəziəsinə aid olmaması və belə bir hadisənin baş verə biləcəyini ehtimal etməməsi ilə izah etmişdir. Hadisə yerinə baxış protokolu ilə müəyyən edilmişdir ki, hadisə yeri Masallı rayonunun Sığıncaq kənd sakini X10 məxsus olan fərdi yaşayış evidir. Baxış zamanı Lənkəran RQİİ-nin əməkdaşlarının, "xxxx" xidmətinin əməkdaşlarının və ekspertin iştirakı ilə xüsusi cihazlar vasitəsiylə təbii qazın sızdığı yer müəyyənləşdirilmişdir. Məlum olmuşdur ki, təbii qazın sızıntısı Günel Kərimovanın yaşadığı evin həyət qapısının çöl tərəfində yerin 90 sm altı ilə keçən kəndin ana qaz xəttində baş vermişdir. Həmin hissədə texnika vasitəsi ilə qazıntı işləri aparılmış, qaz xəttində 1,5 sm x 0,8 sm ölçüdə deşik olduğu müəyyən edilmişdir. Ekspertin iştirakı ilə hadisə yerinə 10 dekabr 2018-ci il tarixli baxış protokolundan məlum olur ki, Lənkəran RQİİ-nin, "xxxx" MMC-nin əməkdaşlarının iştrakı ilə hadisənin baş verdiyi, Günel Kərimovaya məxsus olan fərdi yaşayış evinə baxışda iştirak etmiş, baş vermiş partlayışın səbəbinin müyyənləşdirilməsi üçün Günel Kərimovaya məxsus evin həyət qapısından çöldə, avtomobilin yolunun kənarından keçən yer üstü ilə diametri 57 mm olan ana qaz xəttinə, oradan evə gələn qaz xəttinə, evdəki qaz avadanlıqlarına diqqətlə nəzər yetirilmiş, baxış zamanı dağılmalar müşahidə edilmiş, partlayışın baş verdiyi zal otağının qarşısındakı talvarın altında olan həyətin torpaq hissəsində "xxxx" QSC-nin əməkdaşları tərəfindən uzun dəmir lingləri yerə vuraraq şurflar açılmış və həmin şurfların “SENSİT”, PMD tipli zavod nömrəsi 1366 olan qaz ölçü (Metan) cihazla ölçmələr aparılmışır. Baxmayaraq ki, qaz sızıntısının olduğu yerdə qaz borusu bir gün əvvəl kəsilərək götürülmüşdür və qazın sızdığı hissəyə yeni qaz borusu çalanmışdır, ölçmələr aparılarkən giriş qapısının qarşısında 66 % PPM qədər təbii qazın sızdığı məlum olmuşdur. Evin birinci mərtəbəsindəki zal otağında "xxxx" QSC-nin əməkdaşları tərəfindən perfarator adlanan deşici elektrik alətlə otağın yaxın sol və sağ künclərində eləcə də, təxminən orta hissəsindəşurflar açıldıqdan sonra “SENSİT”, PMD tipli qaz ölçü cihazla ölçmələr aparılarkən otağın yaxın sağ küncündə 14 % LEL, sol küçcündə isə 32,5 % V/V və orta hissəsində 10 % LEL-ə qədər yerdən qazın sızması aşkar edilmiş, hadisə yerinə baxış zamanı qaz sızmasının baş verdiyi yerdən partlayışın baş verdiyi otağa qədər olan hissədəşurflar açılaraq həmin yerlərdə “SENSİT”, PMD tipli qaz ölçü cihazla ölçmələr aparılmış və məlum olmuşdur ki, qaz sızmasının baş verdiyi hissədən partlayışın baş verdiyi yerə qədər yerin altında qaz sızması və qaz yığılması mövcud olması müəyyən edilmişdir. İbtidai istinaq zamanı Lənkəran RQİİ-nin Masallı Xidmət sahəsinin təmir bərpa xidmətinin 104 məlumat mərkəzində zənglərin qeydə alındığı kitablara baxış keçirilmiş, hazırda istifadə olmayan kitablar protokolla götürülmüş, həmin sənədlərdən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 27 dekabr 2018-ci il və 05 dekabr 2018-ci il tarixlərdə yaşadıqları evin həyət qapısının qarşısında yeraltı qaz xəttində qaz sızmasının olması barədə məlumat verdiyi müəyyən edilmişdir. Cinayət işində olan telefon danışıqları barədə məlumatlardan görünür ki, Günel Kərimovanın istifadəsində olan ***-***-**-** nömrədən 27 noyabr 2018-ci il tarixdə saat 17:51-də qaz sızma olması barədə Masallı Xidmət sahəsinin təmir bərpa xidmətinin 104 məlumat mərkəzinə zəng edilərək 235 saniya danışıq aparılmışdır. X29-Smeta və Tikinti MMC tərəfindən verilmiş mütəxəssis aktına əsasən müəyyən edilmişdir ki, 08 dekabr 2018-ci il tarixdə Masallı rayonu Sığıncaq kənd sakini X6 evində baş vermiş qaz partlayışı nəticəsində ev sahibinin əmlakına 7646 manat dəyərində maddi ziyan dəymişdir. Cinayət işində olan məhkəmə-trasoloji ekspertizasının 25 yanvar 2019-cu il tarixli, 33926 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilən bir ədəd borunun üzərində trasoloji iz və zədə yoxdur. Tədqiqata təqdim edilən bir ədəd borunun üzərində olan zədə korroziya nəticəsində əmələ gələn dəlikdir. Cinayət işi üzrə təyin olunmuş məhkəmə-təhlükəsizlik-texnikası ekspertizasının 14 fevral 2019-cu il tarixli, 33879 saylı rəyində göstərilmişdir ki, partlayışın baş verməsinə səbəb, yaşayış evinin birinci mərtəbəsində yerləşən zal otağının içərisində (partlayış mənbəyində), küçə ilə yerüstü, diametri 57 mm olan polad borularla çəkilmiş ana qaz xəttinin (kəmərinin) yaşayış evinin həyətinin qapısının (darvazanın) qarşısında yeraltıçəkilmiş qaz xəttinin borusunda olan dəlikdən (deşikdən) sızan təbii qazın yığılması, partlayış konsentrasiyalı qaz-hava qarışığının yaranması və həmin qarışığın elektrik qığılcımının (hadisə zamanı Əli otağın işıqlarını yandırmaq istəmişdir) təsirindən törənmişdir. Partlayış yanğınla müşayət olunmuşdur. Masallı rayonunun Sığıncaq kəndində yeni çəkilmiş orta təzyiqli qaz kəmərinin həmin kənd sakini Günel Kərimovanın yaşadığı fərdi yaşayış evinin həyət qapısının qarşısında yerin altı ilə çəkilmiş boru hissəsində qaz sızmasının olması barədə məlumatın daxil olmasına baxayaraq həmin sızmanın aradan qaldırılması üçün heç bir tədbir görülmədiyinə, eləcə də həmin qaz kəmərinin istismara qəbul edildikdən sonra vaxtaşırı olaraq texniki baxış keçirilməsi təşkil edilmədiyinə görə baş vermiş hadisə ilə əlaqədar, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.29, 9,30, 9,31 bəndlərinin, “Qaz təsərüfatında texnki təhlükəsizlik qaydalarının” 3.3.5, 3.3.6, 3.3.7, 3.38, 3.3.11 bəndlərinin, “Azəriqaz” İB Lənkəran Qİİ-nin X30 idarəsinin (rayonlar üzrə) Təmir Bərpa xidmətinin əsasnaməsinin” 1.7-ci bəndinin tələbləri pozulmuşdur. Əgər istintaq tərəfindən müəyyən edilsə ki, həqiqətən Masallı Xidmət sahəsinin Təmir-bərpa xidmətinə faktiki olaraq rəhbərlik Lənkəran Regional Qİİnin təmir tikinti şöbəsinin mühəndisi Təqsirləndirilən şəxs tərəfindən edilibsə, bu halda onun tərəfindən yuxarıda qeyd olunmuş tələblərinin polzulması müəyyən edilir. Bununla yanaşı, Masallı rayonu Sığıncaq kənd sakini Günel Kərimovanın yaşadığı fərdi yaşayış evinin həyət qapısının qarşısında orta təzyiqli qaz kəmərinin yeraltı çəkilmiş boru hissəsində qaz sızmasının olmasını aşkar edildiyi halda, həmin evin sakinlərini təhlükə barədə təlimatlandıraraq evin otaqlarda havanın dəyişilməsi, eləcə də adamların evdən çıxarılması üçün hər hansı bir tədbir görülmədiyinə görə, “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 9.31-ci bəndinin, “Qaz təsərüfatında təhlükəsizlik qaydaları”nın 9.31-ci bəndinin, “Qaz təsərüfatında texniki təhlükəszilik qaydaları”nın 3.3.11-ci bəndinin və 12 fevral 2016-cı il tarixli 752 nömrəli “Xidmət müqaviləsi”nin 3.2.3-cü bəndinin tələbləri Lənkəran RQİİ-nin Masallı Xidmət sahəsində xidmət müqaviləsinə əsasən nəzarətçiçilingər işləyən, fiziki şəxs X7 tərəfindən pozulmuşdur. Əgər istintaq tərəfindən müəyyən edilsə ki, Masallı xidmət sahəsinin təmir-bərpa xidmətinin mühəndisi Təqsirləndirilən şəxs hadisədən əvvəl Masallı rayonu Sığıncaq kənd sakini Günel Kərimovanın yaşadığı fərdi yaşayış evinin həyət qapısının qarşısında orta təzyiqli qaz kəmərinin yerin altı ilə çəkilmiş boru hissəsində qaz sızmasının olması barədə məlumatı olmuş və onun tərəfindən həmin sızmanın aradan qaldırıması üçün müvafiq (evin sakinləri təhlükə barədə təlimatlandırması, evin otaqlarında havanın dəyişilməsi, adamların evdən çıxarılması, sızma olan yerə qazın verilməsinin dayandırılması və.s) tədbirlərin görülməsi həyata keçirilmiş, belə olan halda Təqsirləndirilən şəxs tərəfindən “Qaz təsərüfatında texniki təhlükəsizlik qaydaları”nın 9.31-ci bəndinin, “Qaz təsərüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.11-ci bəndinin və “Lənkəran Qİİ-nin X30 idarəsinin (rayonlar üzrə) Təmir Bərpa xidmətinin mühəndisinin vəzifə təlimatı”nın 1.1-ci və 1.7-ci bəndlərinin tələbləri yerinə yetirilməmişdir. Mərhum Zərərçəkmiş şəxs1 barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasının 10 yanvar 2019-cu il tarixli, 01 nömrəli rəydə qeyd edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 meyiti məhkəmə-tibb eksertizasından keçirilmədiyindən onun ölümünün səbəbini dəqiq müəyyən etmək mümkün deyildir. Xəstəlik tarixində qeyd olunanlara əsasən güman etmək olar ki, onun ölümünə ağır dərəcəli yanıq şoku səbəb ola bilərdi. Ölüm 10 dekabr 2018-ci il tarixdə saat 07:20-də xəstəxanada baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 barəsində tərtib edilmiş xəstəlik tarixindən görünür ki, onda bütün bədən səthinin 98-100 %-ni əhatə edən başın, sifətin tüklü hissəsinin, boyunun, hər iki yuxarı və aşağıətrafların, gövdənin ön və arxa səthinin, hər iki sağrı nahiyəsinin aralığın, tənəffüs yollarının İİİ A – İİİ B, İV dərəcəli termiki (alov) yanığı, ağır dərəcəli yanıq şoku müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlər yüksək hərarətin, ola bilər ki, alovun (tüklərin ütülməsi bunu sübut edir) yerli təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 08 dekabr 2018-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs2 barəsində verilmiş məhkəmə-tibb ekspertizasının 15 dekabr 2018-ci il tarixli, 13 nömrəli rəyində qeyd edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 Məhəmməd oğlunun meyitinin xarici və daxili müayinəsi zamanı aşkar olunan xəsarətlərbütün bədən səthinin 75-80%-ni əhatə edən İİ-İİİ dərəcəli termiki yanığı yüksək hərarətin, ola bilər ki, alovun (tüklərin ütülməsi bunu sübut edir) yerli təsirindən törənmişdir, törənmə müddəti tibbi sənəddə qeyd olunan 09 dekabr 2018-ci il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa zərərvurmanın əlamətlərinə məlaikdir. Zərərçəkmiş şəxs1 Məhəmməd oğlunun ölümünə səbəb ümumi bədən səthinin 75-80 %-nin termiki yanığı nəticəsindəəmələ gəlmiş toksemiya (yanıq yaraları fonunda gedən maddələr mübadiləsi zamanı yaranan zəhərli maddələrin qana keçərək orqanizmi zəhərləməsi). Ölüm 14 dekabr 2018-ci il tarixdə saat 16:25-də xəstəxanada baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs3 barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasının 10 yanvar 2019-cu il tarixli, 02 saylı rəyində qeyd edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs3 məhkəmə-tibb eksertizasından keçirilmədiyindən onun ölümünün səbəbini dəqiq müəyyən etmək mümkün deyildir. Xəstəlik tarixində qeyd olunanlara əsasən demək olar ki, onun ölümünə ağır dərəcəli yanıq toksemiyası (yanıq yaraları fonunda gedən maddələr mübadiləsi zamanı yaranan zəhərli maddələrin qana keçərək orqanizmi zəhərləməsi) səbəb olmuşdur. Ölüm xx.xx.2018-ci il tarixdə saat 07:18-də xəstəxanada baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs3 barəsində tərtib edilmiş xəstəlik tarixindən məlum olur ki, onda bütün bədən səthinin 60-65 %-ni əhatə edən başın, sifətin, boynun, hər iki yuxarı və aşağıətrafların, kürən nahiyəsinin İİİA-İİİB dərəcəli termiki (alov) yanığı, hərarətin, ola bilər ki, alovun (tüklərin ütülməsi bunu sübut edir) yerli təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 08 dekabr 2018-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən zərəçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də işin faktiki halları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikası CM-nin 314.3.-cü maddəsi ilə verilmiş ittihamlar üzrə təqsirləri tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə ifadələrinə hüquqi qiymət verərək qeyd edir ki, onun özünü təqsirli bilməməsi barədə əsasları cinayət işi üzrə toplanmış mötəbər və mümkün sübutlarla ilə tam təkzib olunur. Məhkəmə onun ifadəsini, özünü müdafiə məqsədi daşıması kimi qiymətləndirir. Ona görə də həmin sübutlar əsassız hesab olunmaqla rədd olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2.-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 314.3.-cü maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Masallı RİHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Məhkəmə hazırlıq iclasının 28 mart 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş və barəsində axtarış elan edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında 16 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1.-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tululmuş himayəsində 1 azyaşlı uşağının olması yüngülləşdirici halı vardır. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2.-ci maddəsini əsas götürərək onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallardan yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, o, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəza növü çəkməklə islah oluna bilər. Belə ki, törədilmiş cinayət ehtiyatsızlıqdan baş versə də, bu cinayət hadisəsi məhz vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi nəticəsində ictimai təhlükəliliyi ilə ağır nəticəyə səbəb olan əməl kimi xarakterizə olunur. Bu səbəblə də həmin cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Onun əməlində yüngülləşdirici hallar, cinayətin ictimai təhlükəlilik dərəcəsi, üç azyaşlı uşağın ölümünə səbəb olması, təyin olunacaq cəzanın gələcəkdə başqa şəxslər tərəfindən bu növ cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi daşıması nəzərə alınmalıdır, odur ki, məhkəmə azadlıqdan məhrumetmə cəzasının yuxarı həddə təyin edilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq əlavə cəza olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını məqsədmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 46.1-46.3-cü maddələrinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qanunun tələbinə əsasən təqsirləndirilən şəxsin 15 mart 2023-cu il tarixdən həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Masallı Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 1 (050)-55/2019 saylı hökmü ilə məhkəmə trasoloji və məhkəmə-təhlükəsizlik texnikası ekspertiza tədqiqatlarına görə 365 (üç yüz altmış beş) manat məhkəmə xərcinin X4 və X1 müştərək qaydada tutulması nəzərə alınmalıdır. Masallı Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli 1 (050)-55/2019 saylı hökmü ilə maddi sübut 82 sm uzunluğunda polad borunun məhv edilməsi və təmir-bərpa xidmətinin 104 zəng mərkəzinə aid kitablara baxış zamanı götürülmüş "məlumatların qeydiyyat kitabı”nın Lənkəran RQİİ-nin Masallı Xidmət Sahəsinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxs X10 dəymiş 7646 manat maddi ziyana görə mülki icraat qaydasında iddia qaldırmaq hüququ izah olunmalıdır. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, 02 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 15 mart 2023-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Masallı Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 1 (050)-55/2019 saylı hökmü ilə məhkəmə trasoloji və məhkəmə-təhlükəsizlik texnikası ekspertiza tədqiqatlarına görə 365 (üç yüz altmış beş) manat məhkəmə xərcinin X4 və X1 müştərək qaydada tutulması nəzərə alınsın. Masallı Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli 1 (050)-55/2019 saylı hökmü ilə maddi sübut 82 sm uzunluğunda polad borunun məhv edilməsi və təmir-bərpa xidmətinin 104 zəng mərkəzinə aid kitablara baxış zamanı götürülmüş "məlumatların qeydiyyat kitabı”nın Lənkəran RQİİ-nin Masallı Xidmət Sahəsinə qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs X10 dəymiş 7646 manat maddi ziyana görə mülki icraat qaydasında iddia qaldırmaq hüququ izah olunsun. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-1/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-1/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver