Məhkəmə qərarları › İş №1(050)-1/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-1/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-1/2024 21.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədirliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs-Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə2, Müdafiəçi-Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, 23 avqust 1983-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Masallı rayonu, F.Xancanov adına Musaküçə kənd tam orta məktəbinin direktoru vəzifəsində işləmiş, Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Masallı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən məhkəməyə verilmişdir ona görə ki, o, Masallı rayon F.Xancanov adına Musaküçə tam orta məktəbinin direktoru vəzifəsində işlədiyi müddətdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən dələduzluq etməklə, öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə yolu ilə təkrarən talamış, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı etmişdir. Belə ki, o, Masallı rayon F.Xancanov adına Musaküçə tam orta məktəbinin direktoru kimi təlim-tərbiyə prosesini və məktəbin gündəlik fəaliyyətini həyata keçirmək, məktəbin nizamnaməsi və daxili əmək intizamı qaydaları ilə məktəbin işçilərinə həvalə edilmiş vəzifələrə riayət olunmasını təmin etmək, məktəbdə sağlam iş şəraitinin yaradılmasına yönəldilmiş təşkilati və mənəvi tərbiyə işlərini həyata keçirmək və digər təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 2020/2021-ci tədris ilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş «Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili qaydaları»nın tələblərini pozaraq ev şəraitində təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud olan X sinif şagirdi X38 evdə fərdi qaydada dərs keçirilmədiyi və həmin şagirdlərə tarifləşdirilmiş dərs saatları məktəb müəllimləri tərəfindən faktiki olaraq tədris olunmadığı halda rus dili müəllimi Şahid30 321,25 manat, fizika müəllimi Şahid41 1285 manat, ev şəraitində təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud olan İ sinif şagirdi X26, İİİ sinif şagirdi X27, Vİ sinif şagirdi X4, Vİ sinif şagirdi X7, Vİ sinif şagirdi X35 və Vİİ sinif şagirdi X39 evdə fərdi qaydada dərs keçirilmədiyi və həmin şagirdlərə tarifləşdirilmiş dərs saatları məktəb müəllimi tərəfindən faktiki olaraq tədris olunmadığı halda məktəbin ingilis dili müəllimi X19 2184 manat, sağlamlıq imkanları məhdud olan İ sinif şagirdi X26 evdə fərdi qaydada dərs keçirilmədiyi və həmin şagirdə tarifləşdirilmiş dərs saatları məktəb müəllimi tərəfindən faktiki olaraq tədris olunmadığı halda ibtidai sinif müəllimi X5 550,80 manat, sağlamlıq imkanları məhdud olan Vİ sinif şagirdi X8 evdə fərdi qaydada dərs keçirilmədiyi və həmin şagirdə tarifləşdirilmiş dərs saatları məktəb müəllimləri tərəfindən faktiki olaraq tədris olunmadığı halda fizika müəllimi Şahid41 160,57 manat olmaqla ümumilikdə 4.501,62 manat məbləğində əməkhaqqı hesablanıb ödənilməklə təkrarən qulluq mövqeyindən istifadə edib büdcə vəsaitini mənimsəməklə və ya israf etməklə talamış, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, Masallı rayon F.Xancanov adına Musaküçə tam orta məktəbinin direktoru kimi təlim-tərbiyə prosesini və məktəbin gündəlik fəaliyyətini həyata keçirmək, məktəbin nizamnaməsi və daxili əmək intizamı qaydaları ilə məktəbin işçilərinə həvalə edilmiş vəzifələrə riayət olunmasını təmin etmək, məktəbdə sağlam iş şəraitinin yaradılmasına yönəldilmiş təşkilati və mənəvi tərbiyə işlərini həyata keçirmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə məktəbinin musiqi müəllimi X36 tərəfindən 01 noyabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək olan müddət ərzində Va, Vb, Vİa, Vİb, Vİc, Vİİa, Vİİb, Vİİİa, Vİİİb, İXa, İXb, İXc siniflərə musiqi dərslərin tədris etmədiyi halda ona 535,48 manat məbləğində əməkhaqqı hesablanıb ödənilməklə təkrarən qulluq mövqeyindən istifadə edib büdcə vəsaitini mənimsəməklə və ya israf etməklə talamış, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, Masallı rayon F.Xancanov adına Musaküçə kənd tam orta məktəbinin direktoru kimi təlim-tərbiyə prosesini və məktəbin gündəlik fəaliyyətini həyata keçirmək, məktəbin Nizamnaməsi və daxili əmək intizamı qaydaları ilə məktəbin işçilərinə həvalə edilmiş vəzifələrə riayət olunmasını təmin etmək, məktəbdə sağlam iş şəraitinin yaradılmasına yönəldilmiş təşkilati və mənəvi tərbiyə işlərini həyata keçirmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 2020/2021-ci tədris ilində Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli 427 nömrəli əmrinin 11 nömrəli əlavəsinin 18-ci bəndinin tələblərinə əməl etməyərək məktəbdə ixtisas müəllimi çatışmadığı halda qeyri-ixtisas təhsilli müəllimlərə ixtisaslarına uyğun gəlməyən dərs saatları tədris jurnallarına rəsmiləşdirilməsi hesabına fizika müəllimi X28 X sinifdə 1 saat coğrafiya fənnini tədris etməsinə görə 317,28 manat, Vİ,Vİİ sinifdə təsviri incəsənət fənnini 1,0 saat tədris etməsinə görə 317,28 manat, Vİ,Vİİ sinifdə musiqi dərsini 1,0 saat tədris etməsinə görə 317,28 manat, tarix müəllimi X11 Vİ sinifdə 0,5 saat təsviri incəsənət fənni tədris etməsinə görə 130,66 manat, riyaziyyat müəlimi Şahid33 Vİ sinifdə 0,5 saat musiqi fənni tədris etməsinə görə 132,00 manat, Azərbaycan dili müəllimi Şahid34 Vİ sinifdə 2,0 saat həyat bilgisi, təsviri incəsənət, musiqi fənlərini tədris etməsinə görə 634,32 manat, ümumilikdə 1.848,82 manat məbləğində əməkhaqqı hesablanıb ödənilməklə təkrarən qulluq mövqeyindən istifadə edib büdcə vəsaitini mənimsəməklə və ya israf etməklə talamış, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, Masallı rayon F.Xancanov adına Musaküçə tam orta məktəbinin direktoru vəzifəsində işləyərkən dələduzluq, yəni təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını öz qulluq mövqeyindən istifadə edərək ələ keçirmək niyyəti ilə həmkəndlisi Zərərçəkmiş şəxs1 sonuncunun anası Şahid3, arvadı Şahid1 və bacısı Şahid2 Mövsüm qızını 11.500 manat müqabilində direktoru olduğu məktəbdə texniki işçi kimi işə qəbul etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 05 avqust 2021-ci il tarixdə Masallı rayonu, Müsaküçə kəndində olan fərdi yaşayış evində Zərərçəkmiş şəxs1 11.500 manatı alıb ələ keçirməklə vahid niyyətlə dələduzluq etmişdir. Bundan başqa o, Masallı rayon F.Xancanov adına Musaküçə tam orta məktəbinin direktoru kimi təlim-tərbiyə prosesini və məktəbin gündəlik fəaliyyətini həyata keçirmək, məktəbin nizamnaməsi və daxili əmək intizamı qaydaları ilə məktəbin işçilərinə həvalə edilmiş vəzifələrə riayət olunmasını təmin etmək, məktəbdə sağlam iş şəraitinin yaradılmasına yönəldilmiş təşkilati və mənəvi tərbiyə işlərini həyata keçirmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 2021/2022-ci tədris ilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş «Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili qaydaları»nın tələblərini pozaraq ev şəraitində təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud olan İ sinif şagirdi X29, İ sinif şagirdi X9, İ sinif şagirdi X37, İİ sinif şagirdi X26, İİ sinif şagirdi X20, İİ sinif şagirdi X20, İV sinif şagirdi X27, Vİİ sinif şagirdi X4, Vİİ sinif şagirdi X7 və Vİİİ sinif şagirdi X39 evdə fərdi qaydada dərs keçirilmədiyi və həmin şagirdlərə tarifləşdirilmiş dərs saatları məktəb müəllimi tərəfindən faktiki olaraq tədris olunmadığı halda məktəbin ingilis dili müəllimi Şahid26 2619 manat, sağlamlıq imkanları məhdud olan İ sinif şagirdi X9 evdə fərdi qaydada dərs keçirilmədiyi və həmin şagirdə tarifləşdirilmiş dərs saatları məktəb müəllimi tərəfindən faktiki olaraq tədris olunmadığı halda ibtidai sinif müəllimi Şahid27 171,66 manat, sağlamlıq imkanı məhdud olan Vİİ sinif şagirdi X4 və Xİ sinif şagirdi X38 evdə fərdi qaydada dərs keçirilmədiyi və həmin şagirdlərə tarifləşdirilmiş dərs saatları məktəb müəllimi tərəfindən faktiki olaraq tədris olunmadığı halda rus dili müəllimi Şahid30 385,50 manat, sağlamlıq imkanı məhdud olan İİ sinif şagirdi X26 evdə fərdi qaydada dərs keçirilmədiyi və həmin şagirdə tarifləşdirilmiş dərs saatları məktəb müəllimləri tərəfindən faktiki olaraq tədris olunmadığı halda ibtidai sinif müəllimi X12 789,90 manat, Şahid29 isə 515,87 manat olmaqla, ümumilikdə 4.481,93 manat məbləğində əməkhaqqı hesablanıb ödənilməklə təkrarən qulluq mövqeyindən istifadə edib büdcə vəsaitini mənimsəməklə və ya israf etməklə talamış, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, Masallı rayon F.Xancanov adına Musaküçə tam orta məktəbinin direktoru kimi təlim-tərbiyə prosesini və məktəbin gündəlik fəaliyyətini həyata keçirmək, məktəbin nizamnaməsi və daxili əmək intizamı qaydaları ilə məktəbin işçilərinə həvalə edilmiş vəzifələrə riayət olunmasını təmin etmək, məktəbdə sağlam iş şəraitinin yaradılmasına yönəldilmiş təşkilati və mənəvi tərbiyə işlərini həyata keçirmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 2021/2022-ci tədris ilində dərnəyin təşkili zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli 238 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumtəhsil məktəblərində dərnəklərin təşkili qaydasının 3-cü bəndinin və "Dərsdənkənar məşğələ" qruplarının təşkili zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli 528 nömrəli əmrinə 8 nömrəli əlavə "Tədris planlarına dair qeydlər" in 13 və 14-cü bəndlərinin tələblərinə əməl etməyərək düzgün komplektləşdirilmə aparılmadan məktəbinin tarix müəllimi Şahid31 adına rəsmiləşdirilmiş dərnək və fakultətif məşğələ saatlarının hər həftənin 3-cü günü saat 14-00-da üst-üstə düşməsinə baxmayaraq, tədris jurnallarında dərs saatlarının keçirilməsi rəsmiləşdirilərək ona 349,34 manat məbləğində əməkhaqqı hesablanıb ödənilməklə təkrarən qulluq mövqeyindən istifadə edib büdcə vəsaitini mənimsəməklə və ya israf etməklə talamış, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, Masallı rayon F.Xancanov adına Musaküçə tam orta məktəbinin direktoru kimi təlim-tərbiyə prosesini və məktəbin gündəlik fəaliyyətini həyata keçirmək, məktəbin nizamnaməsi və daxili əmək intizamı qaydaları ilə məktəbin işçilərinə həvalə edilmiş vəzifələrə riayət olunmasını təmin etmək, məktəbdə sağlam iş şəraitinin yaradılmasına yönəldilmiş təşkilati və mənəvi tərbiyə işlərini həyata keçirmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 2021/2022-ci tədris ilində Dərsdənkənar məşğələ" qruplarının təşkili zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli 528 nömrəli əmrinə 8 nömrəli əlavə "Tədris planlarına dair qeydlər" in 13 və 14-cü bəndlərinin tələblərinə əməl etməyərək öz adına rəsmiləşdirilmiş 1 saat “Biologiya” fənni üzrə fakultativ məşğələ saatı tədris olunmadığı halda 369,96 manat məbləğində əməkhaqqı hesablanıb ödənilməklə təkrarən qulluq mövqeyindən istifadə edib büdcə vəsaitini mənimsəməklə və ya israf etməklə talamış, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, Masallı rayon F.Xancanov adına Musaküçə tam orta məktəbinin direktoru kimi təlim-tərbiyə prosesini və məktəbin gündəlik fəaliyyətini həyata keçirmək, məktəbin nizamnaməsi və daxili əmək intizamı qaydaları ilə məktəbin işçilərinə həvalə edilmiş vəzifələrə riayət olunmasını təmin etmək, məktəbdə sağlam iş şəraitinin yaradılmasına yönəldilmiş təşkilati və mənəvi tərbiyə işlərini həyata keçirmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 2021/2022-ci tədris ilində dərnəyin təşkili zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli 238 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumtəhsil məktəblərində dərnəklərin təşkili qaydasının 3-cü bəndinin və "Dərsdənkənar məşğələ" qruplarının təşkili zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli 528 nömrəli əmrinə 8 nömrəli əlavə "Tədris planlarına dair qeydlər" in 13 və 14-cü bəndlərinin tələblərinə əməl etməyərək düzgün komplektləşdirilmə aparılmadan riyaziyyat müəllimi Şahid33 adına rəsmiləşdirilmiş həftənin 5-ci günü üçün 3 saat “Riyaziyyat” fənni üzrə dərnək və 1 saat fakultətiv məşğələ saatları üst-üstə düşməsinə baxmayaraq, dəsrlərin keçirilməsinə dair tədris jurnalında qeydlər aparılaraq ona 540,00 manat və 1 saat “Riyaziyyat” fənni üzrə fakultətiv məşğələsində jurnalda adları göstərilən 9 şagirddən 6 nəfərin dərsdə iştirak etmədikləri halda dərs jurnal yazılaraq 330,00 manat olmaqla, ümumilikdə 870 manat məbləğində əməkhaqqı hesablanıb ödənilməklə təkrarən qulluq mövqeyindən istifadə edib büdcə vəsaitini mənimsəməklə və ya israf etməklə talamış, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, Masallı rayon F.Xancanov adına Musaküçə kənd tam orta məktəbinin direktoru kimi təlim-tərbiyə prosesini və məktəbin gündəlik fəaliyyətini həyata keçirmək, məktəbin Nizamnaməsi və daxili əmək intizamı qaydaları ilə məktəbin işçilərinə həvalə edilmiş vəzifələrə riayət olunmasını təmin etmək, məktəbdə sağlam iş şəraitinin yaradılmasına yönəldilmiş təşkilati və mənəvi tərbiyə işlərini həyata keçirmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 2021/2022-ci tədris ilində Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli 427 nömrəli əmrinin 11 nömrəli əlavəsinin 18-ci bəndinin tələblərinə əməl etməyərək məktəbdə ixtisas müəllimi çatışmadığı halda qeyri-ixtisas təhsilli müəllimlərə ixtisaslarına uyğun gəlməyən dərs saatları tədris jurnallarına rəsmiləşdirilməsi hesabına azərbaycan dili müəllimi Şahid34 Vİİ sinifdə 1,0 saat biologiya fənnini tədris etdiyinə görə 385,56 manat, əmək təlimi, rəsmxət müəllimi Şahid37 Vİİ sinifdə 3,0 saat informatika, coğrafiya, kimya və fizika fənlərini tədris etdiyinə görə 1030,32 manat, riyaziyyat-fizika müəllimi Şahid36 Vİİ sinifdə 2,5 saat biologiya, coğrafiya və kimya fənlərini tədris etdiyinə görə 897,70 manat, azərbaycan dili müəllimi Şahid32 Vİİ sinifdə 0,5 saat təsviri-incəsənət fənnini tədris etdiyinə görə 177,70 manat, tarix-ictimayət müəllimi Şahid31 Vİİ sinifdə 1,5 saat biologiya və təsviri-incəsənət dərslərini tədris etdiyinə görə 578,40 manat, Azərbaycan dili müəllimi Şahid32 Vİİİ sinifdə 0,5 saat musiqi fənnini tədris etdiyinə görə 177,70 manat, riyaziyyat-fizika müəllimi Şahid36 Xİ sinifdə 3,0 saat biologiya, azərbaycan tarixi və kimya fənlərini tədris etdiyinə görə 1080,00 manat, riyaziyyat -fizika müəllimi X13 Xİ sinifdə 1,0 saat coğrafiya fənnini tədris etdiyi üçün 385,56 manat, fizika müəllimi Şahid39 Vİİ, İX, Xİ siniflərdə 18,0 saat coğrafiya fənnini tədris etdiyinə görə 1686,55 manat, biologiya müəllimi Şahid38 Vİİİ sinifdə 4,0 saat coğrafiya fənnini tədris etdiyinə görə 98,11 manat, ümumilikdə 6.497,6 manat məbləğində əməkhaqqı hesablanıb ödənilməklə təkrarən qulluq mövqeyindən istifadə edib xeyli miqdarda büdcə vəsaitini mənimsəməklə və ya israf etməklə talamış, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, Masallı rayon F.Xancanov adına Musaküçə kənd tam orta məktəbinin direktoru kimi təlim-tərbiyə prosesini və məktəbin gündəlik fəaliyyətini həyata keçirmək, məktəbin Nizamnaməsi və daxili əmək intizamı qaydaları ilə məktəbin işçilərinə həvalə edilmiş vəzifələrə riayət olunmasını təmin etmək, məktəbdə sağlam iş şəraitinin yaradılmasına yönəldilmiş təşkilati və mənəvi tərbiyə işlərini həyata keçirmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 2021-ci ilin yanvar ayından aprel ayının 15-ə dək məktəbdə sobayandıran vəzifəsində işləyən Şahid2 işə gəlmədiyi halda 763,94 manat manat əməkhaqqı hesablanıb ödənilməklə təkrarən qulluq mövqeyindən istifadə edib büdcə vəsaitini mənimsəməklə və ya israf etməklə talamış, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, dostu Zərərçəkmiş şəxs1 maddi imkanının olmadığını bildirərək 2021-ci ilin aprel ayında 5300, sonra isə hissə-hissə almaqla 11500 manat borcu yaranmışdır. Yaşardan aldığı pulları şəxsi işlərində yaranmış problemlərə sərf etmişdir. Yaşara borcu olduğu vaxtlar münasibətiləri çox yaxşı olduğu üçün sonuncu ondan anası, bacısı və arvadını məktəbdə işə götürməsini istəmiş, hətta birlikdə Şərəfə kəndində qaynatasına məxsus torpaq sahəsində obyekt də tikmək istəmişlər. O, Yaşarın bacısı Şahid2 2022-ci ilin yanvar ayında məktəbdə ocaqçı kimi işə qəbul etmiş, Yaşarın anası və arvadını da məktəbdə işdən çıxmalı olan şəxslərin yerinə işə düzəltmək istəmiş, lakin işdən çıxmalı olan şəxslərin işdən çıxmaq vaxtı uzandığı üçün bu mümkün olmamışdır. Buna görə Zərərçəkmiş şəxs1 ondan vermiş olduğu pulları geri ödəməsini istəsə də, maddi imkanı zəif olduğu üçün o, Yaşardan borc kimi aldığı pulları geri ödəyə bilməmişdir. Yaşar məhz bu səbəbdən ondan şikayət etmişdir. Sonradan Yaşara olan 11.500 manat borcunu qaytarmışdır. Direktoru olduğu məktəbdə aparılan yoxlamalar zamanı ozü də iştirak etmişdir. Direktoru olduğu məktəbdə olan pozuntular nəticəsində dövlət əmlakının bir hissəsi şəxsi məqsədləri üçün mənimsəmiş, digər hissəsi barədə isə məlumatı olmamışdır. O, məktəbin ingilis dili müəllimi Şahid26 ev şəraitində dərslərin tədrisində iştirak etməsini rəsmiləşdirsə də, Şahid26 dərsləri müvafiq şagirdlərə tədris etməməsindən xəbərdar olmuş, lakin ev şəraitində dərslərə cəlb olunmuş müəllim kimi əməkhaqqısına əlavə ödənişlər tərəfindən mənimsənilməmişdir. Bundan başqa, o, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə məktəbdə musiqi müəllimi işləmiş X14 onun baldızı olduğunu, 18-19 dekabr 2020-ci il tarixdə yoluxduğu koronavirus pandemiyası ilə əlaqədar vəfat etdiyini qeyd etmişdir. O pandemiya dövründə N.İbişovanı ikinci iş yeri kimi məktəbdə işə düzəlməsinə şərait yaratmış, N.İbişovanın maddi vəziyyəti yaxşı olmadığı üçün və həmin il dərslər distant formada olduğu üçün Nərminin dərslərdə iştirak etməməsinə göz yummuşdur. Nərmin İbişovanın dərs deməli olduğu 5a, 5b, 6a, 6b, 6c, 7a, 7b, 8a, 8b, 9a, 9b, 9c siniflərinə isə faktiki olaraq məktəbin ibtidai sinif müəllimi Şahid40 dərs deyərək əməkhaqqını da özü almışdır. Həmin puldan ona hər hansı məbləğdə pul çatmamışdır. O məktəbdə qeyri-ixtisas müəllimləri tərəfindən tədris olunan qeyri-ixtisas fənlərinə ixtisas müəllimlərinin ayrılması üçün hər hansı təqdimat və ya sorğu verməmişdir. Bundan başqa məktəbdə sobayandıran kimi işə götürdüyü Şahid2 əməkhaqqı kartına 19 aprel 2022-ci il tarixdən sonra köçən pullar onun tərəfindən köçürülmüş, pul köçürməsinin səbəbi isə Zərərçəkmiş şəxs1 ona Şahid2 maddi vəziyyətinin yaxşı olmamasını bildirməsi olmuşdur. O, Şahid2 işə gəlib-getməməsindən məlumatı olduğunu bildirmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, vurulmuş maddi zayanın bir qismini ödəməsini, qalan hissəsini maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini, ailəli olmaqla himayəsində bir nəfər azyaşlı uşağının olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərdi ki, Masallı rayon F.Xancanov adına Musaküçə kənd tam orta məktəbində 2020/2021, 2021/2022-ci tədris illəri ərzində məktəbin maliyyə fəaliyyətinin yoxlanılması həyata keçirilmişdir. Yoxlamanın aparıldığı dövr ərzində Musaküçə kənd tam orta məktəbində Təqsirləndirilən şəxs direktor olmuşdur. Masallı rayon Musaküçə kənd tam orta məktəbinin direktoru Təqsirləndirilən şəxs çoxsaylı şikayətlər daxil olmuş, lakin məktəbdə maliyyə pozuntuları olması barədə məlumat olmamışdır. Orta məktəblərin fəaliyyətini tənzimləyən təlimata görə məktəbdə ixtisas üzrə müəllim olmadığı halda dərslərin boş keçirilməsi yolverilməzdir və bu halda qeyri-ixtisas olsa belə digər müəllim dərsi tərdis etməmişdir. Müəllim isə tədris etdiyi dərsə görə əmək haqqını mütləq almalıdır. Belə olan halda məktəbin direktoru yaxın məktəblərə sorğular verərək ixtisasa uyğun müəllimlərin cəlb edilməsi üçün təşəbbüş göstərməmişdir. Musaküçə məktəbində bu tipli müraciətlər mövcud olmamışdır. Əgər həmin məktəb direktoru tərəfindən təhsil nazirliyinə müvafiq sorğu və ya təqdimat daxil olarsa, müəllim çatışmazlığından müəllim ayrıla bilməzsə, bu zaman müəllimlərə ödənilən pul dövlət büdcəsinə vurulmuş zərər kimi qiymətləndirilə bilməz. Lakin Təqsirləndirilən şəxs təhsil idarəsinə və ya təhsil nazirliyinə hər hansı təqdimatı və ya sorğusu daxil olmadığı üçün həmin məbləğ dövlət büdcəsinə vurulmuş maddi ziyan kimi qiymətləndirilməlidir. Bundan başqa, təhsil sahəsində dərs saatlarının üst-üstə düşdüyü təqdirdə bu hal dərsin keçirilməməsinə dəlalət edir və belə olduğu halda dərs saatları üst-üstə düşmüş müəllimə ödənilən əməkhaqqı əsassızdır, bu da dövlət büdcəsinə vurulmuş maddi ziyan kimi qiymətləndirilməlidir. Buna görə də, Təqsirləndirilən şəxs əməli nəticəsində dövlət büdəcəsinə 20.218,69 manat ziyan vurulmuşdur. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 dövlət büdcəsinə vurulmuş ziyanın çox hissəsinin ödənildiyini və Təqsirləndirilən şəxs qarşı şikayətin olmamasını qeyd edərək, barəsində qanuna uygun cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Masallı rayon Musaküçə kənd tam orta məktəbinin direktoru Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımış, onunla hər hansı yaxın münasibəti, ədavəti və düşmənçilyi olmamışdır. Təqsirləndirilən şəxs ona məktəbində yeni iş yerləri açıldığını və texniki işçi kimi bacısını, anasını və arvadını işə düzəldə biləcəyini, anası yaşlı olduğu üçün məktəbə gəlməyəcəyini, əmək haqqı kartı özlərində qalmaqla aylıq əmək haqqının yarısını özü götürəcəyini, bacısı və arvadı isə cavan olduğundan məktəbə getməli və əmək haqlarını özləri almalı olduğunu demişdir. O, Təqsirləndirilən şəxs işin necə düzələcəyini soruşduqda, sonuncu ona qardaşı arvadını da məktəbə texniki işçi düzəltdiyini, bu işin 4000 manata başa gəldiyini, lakin burdan özünə cəmi 500 manat pul qaldığını demişdir. İlqarla danışıqlarına görə sonuncu ona ailə üzvlərindən anası Əntiqə, bacısı Yasəmən və arvadı Elnarənin işə düzəldilməsi üçün 12000 manat pul lazım olduğunu, həmin puldan 500 manat pul özünə qaldığını, həmkəndli olduqları üçün həmin 500 manatı keçərək 11.500 manat verəcəyi təqdirdə ailə üzvlərini işə götürəcəyini demişdir. O, İlqardan həmin məbləği düzəltməsi üçün 2-3 gün vaxt istəmişdir. Həmin pulu tapmaqdan ötrü Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayan anasının dayısı, şəhid atası Şahid4 müraciət etmişdir. Şahid4 ondan bu qədər pulu nə üçün istədiyini soruşduqda, o, Şahid4 F.Xancanov adına Masallı rayonu, Musaküçə kənd tam orta məktəbinin direktoru Təqsirləndirilən şəxs onun ailə üzvlərini həmin məktəbdə işə düzəltmək üçün istədiyini demişdir. Şahid4 onun xahişini yerə salmayıb xx.xx.2021-ci il tarixdə ona 11.500 manat pul vermişdir. Aralarında olan razılığa görə isə o ailə üzvlərinin alacağı aylıq əmək haqqından hər ay 1000 manat Şahid4 pul verəcəkdir. O Şahid4 11.500 manat pulu aldıqdan sonra Təqsirləndirilən şəxs zəng etsə də, sonuncu zənglərinə cavab verməmişdir. xx.xx.2021-ci il tarixdə axşam saatlarında o Təqsirləndirilən şəxs zənglərinə cavab vermədiyini görüb sonuncunun yaşadığı Musaküçə kəndindəki evinə getmiş, sonuncunun yaşadığı evin həyətində görüşüb avtomobilinə əyləşərək 11.500 manat pulu həmin avtomobilin içərisində İlqara vermişdir. Həmin vaxt yanlarında başqa heç kim olmamışdır. İlqar pulu ondan alıb iki dəfə saydıqdan sonra məsələnin qısa müddət ərzində həll olunacağını, dərs ili başlayanda anasının, bacısının və arvadının işlə təmin olunacağını, narahat olmamağını demişdir. Təqsirləndirilən şəxs ondan bacısının, anasının və arvadının şəxsiyyət vəsiqələrinin surətlərini, sağlamlıq haqqında arayışları da almışdır. Bundan başqa ərazi nümayəndəliyindən arayış lazım olduğunu desə də, həmin məsələni özünün həll edəcəyini demişdir. Sentyabr ayı dərslər başlasa da, ailə üzvlərindən işlə təmin olunan olmamışdır. O, bu barədə Təqsirləndirilən şəxsla danışdıqda, sonuncu ona məktəbdə bir neçə işin həll olunacağını, işi planladıqdan sonra bu barədə məlumat verəcəyini demişdir. 2021-ci ilin sonlarında o işin düzəlməsi üçün İlqara təzyiq etməyə başlamışdır. 2022-ci ilin yanvar ayının əvvələrində Təqsirləndirilən şəxs ona bacısı X18 məktəbində laborant kimi işə düzəldiyini demiş və əmək haqqı kartının Masallı rayon Təhsil şöbəsində işləyən Dilqəm adlı şəxsdə olduğunu, bacısının şəxsiyyət vəsiqəsi ilə gedib kartı götürməli olduğunu bildirmişdir. O, da bacısı ilə birlikdə 2022-ci ilin yanvar ayında Masallı rayon Təhsil şöbəsinin inzibati binasına gedərək orada işləyən Dilqəm adlı şəxsdən “Kapital bank”a məxsus olan plastik kartı götürmüşdür. Kartın üzərində bacısının adı və soyadı yazılmışdır. Kartı alandan sonra İlqarla görüşüb təşəkkür etmiş və anası ilə arvadının da işini tezləşdirməsini istəmişdir. İlqar narahat olmamağını, işə girmək istəyən şəxslərin sayının həddindən artıq çox olduğu üçün məsələnin bir qədər gecikdiyini bildirmişdir. Həmin vaxtlar Şahid4 da borcunu ödəyə bilmədiyi üçün ondan pulu nə vaxt ödəyəcəyini soruşurdurda, o, Habilə işin hələki həllini tapmadığı üçün borcunu ödəməkdə gecikmənin olduğunu izah etmişdir. Bir müddət keçdikdən sonra o Təqsirləndirilən şəxsla yenə görüşüb anasıgilin işini soruşduqda, sonuncu ona artıq onların da işinin düzəldiyini, kartlarının da hazır olduğunu, lakin Masallı rayon Təhsil şöbəsinin bəzi səlahiyyətləri alındığı üçün kartları Kapital bankdan almalı olduqlarını demişdir. O da cari ilin mart ayında anası və arvadı ilə birlikdə Kapital banka gələrək onların adına olan plastik kartları bankdan təhvil almışdır. Hər üçü əmək haqqı kartı almasına baxmayaraq, onların heç biri işə getməmişdir. O bu barədə İlqardan soruşduqda, sonuncu ona kənddə qazi və şəhid ailələrinin işsiz qaldığını, əgər Yasəmən, Elnarə və anasının işə gələrsə kənd sakinlərinin onları görəcəyini, bu halın onlarda qıcıq yaradacağını və işlə təmin olunmalarını tələb edəcəyini, bunun qarşılığında isə pul verməyəcəklərini bildirmişdir. O da İlqara inanıb bu barədə heç kimə heç nə deməmiş, anasıgilə də işlə bağlı heç kimə məlumat verməmələrini tapşırmışdır. Bacısı Şahid2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövlət tərəfindən yanvar, fevral və mart ayları üçün 204.62 manat, aprel ayı üçün isə 150 manat pul köçürülsə də, o faktiki olaraq işə getməmişdir. xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə bacısının kartına müvafiq olaraq 150 manat və 205 manat pul köçürülsə də, sonradan ona məlum olmuşdur ki, bacısı adıçəkilən məktəbdə mövsümlük işçi kimi işə düzəldiyindən əmək müqaviləsinə aprel ayının ortalarında xitam verilmiş və həmin tarixdən sonra köçürülən pulları məhz Təqsirləndirilən şəxs öz şəxsi vəsaiti hesabına karta göndərmişdir. Anası ilə arvadının kartına isə heç vaxt pul yüklənməmişdir. O bu barədə Təqsirləndirilən şəxsla söhbət edərkən sonuncu ona əgər istəsə ona bir müddət əmək haqqını əlbə-əl verə biləcəyini, sonradan ödənişin kartla aparılcağını demiş, lakin o buna razı olmamışdır. Sonra bacısı Yasəmənin də kartına əmək haqqı köçməmişdir. İlqar isə onunla görüşməkdən yayınmağa başlamışdır. O dəfələrlə İlqarın yaşadığı evə getsə də, sonuncu onunla görüşməmişdir. Arvadı qapıya çıxaraq hər dəfə bir bahanə deməklə onu yola salmışdır. Digər tərəfdən isə artıq Şahid4 da onda pulunu istəmişdir. Həmin vaxt o, tam olaraq başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu aldadaraq dələduzluq yolu ilə 11.500 manat pulunu ələ keçirmişdir. Onun ailə üzvləri də bütün baş verənlərdən xəbərdar olmuşlar. Başına gələnləri Şahid4 da danışıb borcunu qaytarması üçün ona müddət verməsini xahiş etmişdir. Şahid4 pulun qaytarılması üçün ona köməklik edəcəyini deyərək bir dəfə Təqsirləndirilən şəxs qayınatası Loğmanla mobil telefonda danışmış, qayınatası İlqarın əmilərinin xx.xx.2022-ci il tarixdə pulu qaytaracağını demişdir. O həmin gün Şahid4la birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişdir. Həmin vaxt İlqar onlarla görüşməmiş və həmin gün pulu qaytarmamışdır. O, da bu səbəbdən İlqarın dələduzluğu barəsində hüquq mühafizə orqanlarına şikayət etmək qərarına gəlmişdir. Sonradan İlqarın qardaşı Elnur və bibisi oğlu Çingiz tərəfindən onun 11.500 manat pulu qaytarılmışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək ona vurulmuş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələb və iddianın olmamasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 Mövsüm qızı və Şahid3 Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 anası Şahid3 onun qohumudur. Zərərçəkmiş şəxs1 Ərkivan qəsəbə ərazisində baytarlıq dükanında satıcı işləməklə ailəsini dolandırır. Ailədə Yaşardan başqa işləyən olmadığı üçün 2021-ci ilin iyul ayının sonunda sonuncu ona sosial vəziyyətinin yaxşı olmadığından ailə üzvləri olan anası Şahid3, arvadı Şahid1 və bacısı Şahid2 yaşadıqları Musaküçə kənd tam orta məktəbində işə düzəltmək üçün adıçəkilən məktəbin direktoru Təqsirləndirilən şəxs ilə danışıqlar apardığını və Təqsirləndirilən şəxs Yaşarın anası Əntiqəni kitabxanaçı kimi, bacısı və arvadını isə texniki işçi kimi işə götürə biləcəyini, bunun müqabilində isə İlqarın 12.000 manat pul istədiyini, yekun olaraq isə 11.500 manata razılaşdıqlarını ona bildirmişdir. O, Yaşarın ona dediklərindən sonra Yaşara necə kömək edə biləcəyini sual etdikdə, sonuncu ona pulunun olmadığını, 11.500 manat borc verə bilib-bilməyəcəyini ondan soruşmuşdur. O da, Yaşara həmin məbləği aralarında olan qohumçuluq münasibətlərindən irəli gələn səbəblərdən verəcəyini bildirmişdir. Yaşar da ona ailə üzvlərinin Masallı rayonu F.Xancanov adına Musaküçə tam orta məktəbində işə düzəldikdən sonra alacaqları aylıq əməkhaqqıdan hər ay 1.000 manat ödəyərək 1 il içərisində onun borcunu verəcəyini bildirmiş və onlar razılaşmışlar. 02 avqust 2021-ci il tarixdə Yaşar onun yaşadığı evə gələrək bir neçə gün öncə razılaşdıqları qaydada pulu ondan almış və təşəkkür edərək getmişdir. Onun Yaşarla 02 avqust 2021-ci il tarixindəki görüşlərindən və istədiyi məbləği borc kimi verməyindən bir xeyli vaxt keçməsinə baxmayaraq, Yaşarın borcunu razılaşdırılmış qaydada qaytarmadığını görüb hər hansı problemin olub-olmadığlnı soruşduqda, Yaşar ona Təqsirləndirilən şəxs istədiyi 11.500 manat pulu verməsinə baxmayaraq, hələ də ailə üzvlərinin işə düzəlmədiyini, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirdiyini demişdir. Təxminən 2022-ci ilin aprelmay aylarında o, təkrar Yaşardan məsələnin nə yerdə qaldığını, borcunu nə zaman ödəyəcəyini soruşduqda, Yaşar ona Təqsirləndirilən şəxs yalnız bacısını işə götürdüyünü və bacısının əməkhaqqı aldığını, anası və arvadının isə əməkhaqqı almadığını, lakin adlarına plastik maaş kartı olduğunu dedikdə, o Yaşardan həmin kartları istəmişdir. Kartlara baxdıqda həmin kartların adi hesab kartları olduğunu görmüşdür. Həmin vaxt o Yaşara Təqsirləndirilən şəxs onu aldatdığını, Yaşarın etibarından sui-istifadə edərək dələduzluq etdiyini bildirmişdir. Yaşar bir neçə dəfə İlqardan verdiyi pulları geri tələb etsə də, İlqar aldığı pulları qaytarmamışdır. O bu barədə Təqsirləndirilən şəxs qaynatası Loğman adlı şəxsə zəng edib məlumat vermiş, Təqsirləndirilən şəxs Yaşardan aldığı pulları geri qaytarmasında köməklik göstərməsini xahiş etmişdir. Həmin vaxt Loğman ona İlqarın əmilərinin xx.xx.2022-ci il tarixdə pulu qaytaracağını demişdir. xx.xx.2022-ci il tarixdə axşamadək onlar İlqardan və ya ailə üzvlərindən birinin zəngini gözləsələr də, heç kimin onlara zəng etmədiyini görüb Yaşarla birlikdə Təqsirləndirilən şəxs evinə getmişdir. Arvadı İlqarın xəstə olduğunu, yerindən qalxa bilmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Yaşarın pulunu qaytarmadığı üçün Yaşar İlqarın dələduzluq etməsi faktı ilə əlaqədar Masallı rayon prokurorluğuna müraciət etmişdir. Yaşarın rayon prokurorluğuna müraciətindən sonra İlqar Yaşara olan 11.500 manat borcunu qaytarmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Masallı rayonu F.Xancanov adına Musaküçə tam orta məktəbinin direktoru Təqsirləndirilən şəxs onun kürəkənidir. X76 2019-cu il tarixdə ailə həyatı qurmuşdur. Kürəkəni ilə münasibətləri yaxşı olmadığı üçün işin təfərrütlarından xəbəri olmasa da, bir ağsaqqal kimi o İlqara problem yaşadığı məsələlərdə köməklik göstərmişdir. Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs1 pul qaytarmalı olması barədə 2022-ci ilin iyul ayında məlumatı olmuşdur. Yaşarın dayısı bildiyi şəhid atası Şahid4 xx.xx.2022-ci il tarixdə ona zəng edərək İlqarın Yaşarın ailə üzvlərini məktədə işə götürmək üçün 11.500 manat pul aldığını, lakin vədinə əməl etmədiyi üçün pulu qaytarmalı olduğunu demiş, o da bu barədə İlqarla danışdığını, əmilərinin İlqara köməklik edəcəyini və pulları qaytaracağını demişdir. Təxminən 2022-ci ilin sentyabr ayında İlqar Yaşardan aldığı 11.500 manat pulun 5.000 manatını qaytarmış, sonra da 6.500 manatı qaytarmışdır. O, kənar şəxslərdən və qızı Güneldən eşitmişdir ki, İlqar Yaşarın ailə üzvləri olan 3 nəfəri adıçəkilən məktəbdə işə düzəltmək adı ilə 11.500 manat almış, lakin sonradan vədinə əməl etmədiyi üçün Yaşar verdiyi pulları geri tələb etmişdir. O, həyətyanı sahəsinin bir hissəsini İlqara versə də, İlqarın Yaşarla birlikdə orada dükan açmaq üçün iş gördüklərini görməmiş və plan qurmalarından da xəbəri olmamışdır. Eşitdiyinə görə İlqar pulu Yaşardan ailə üzvlərini məktəbdə işə düzəltmək üçün almışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Masallı rayonu F.Xancanov adına Musaküçə tam orta məktəbinin direktoru Təqsirləndirilən şəxs onun qardaşıdır. İlqarın həmkəndliləri Zərərçəkmiş şəxs1lə aralarında olan pul problemi ilə bağlı məlumatı olmuşdur. 2022-ci ilin avqust ayının əvvəllərində İlqarla söhbət edən zaman ona barəsində Masallı rayon prokurorluğunda araşdırma aparıldığını demişdir. O, İlqardan nə üçün araşdırmanın aparıldığını soruşduqda, sonuncu ona həmkəndlisi Zərərçəkmiş şəxs1lə aralarında 11.500 manat miqdarında pul problemi yarandığını, buna görə də araşdırma aparıldığını demişdir. O, İlqardan işin təfərrüatlarını öyrənməyə çalışsa da, İlqar ona bir söz deməmişdir. 2022-ci ilin sentyabr ayının sonlarında İlqar ona zəng edərək Yaşara qaytarmalı olduğu 11.500 manat pulu yığmaqda köməklik etməsini xahiş etmişdir. O da, anasının adına 5.000 manat kredit götürüb İlqara vermiş və hal-hazırda həmin krediti özü ödəyir. O, İlqara 5.000 manat verdikdən bir neçə gün sonra İlqar və bibisi oğlu Çingizlə görüşüb birlikdə Yaşarın işlədiyi rayonun Ərkivan qəsəbəsindəki baytarlıq dükanına gedərək, orada Yaşara 5.000 manat pul vermişlər. Sonradan qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 11.500 manat pul alıb sonuncunun ailə üzvləri olan anası, arvadı və bacısını direktor işlədiyi məktəbdə işə düzəltməsinə dair vəd verməsi, lakin vədinə əməl etməməsi barədə xəbəri olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Masallı rayonu F.Xancanov adına Musaküçə tam orta məktəbinin direktoru Təqsirləndirilən şəxs onun dayısı oğludur. 2022-ci ilin avqust ayında İlqarla söhbət edən zaman ona barəsində Masallı rayon prokurorluğunda araşdırma aparıldığını demişdir. O, İlqardan nə üçün araşdırmanın aparıldığını soruşduqda, sonuncu ona həmkəndlisi Zərərçəkmiş şəxs1lə aralarında 11.500 manat miqdarında pul problemi yarandığını, buna görə də araşdırma aparıldığını demişdir. O, İlqardan işin təfərrüatlarını öyrənməyə çalışsa da, İlqar ona bir söz deməmişdir. 2022-ci ilin sentyabr ayının sonlarında İlqar ona zəng edərək görüşməsini xahiş etmişdir. O, İlqarla Masallı şəhərində görüşərkən, İlqarın qardaşı Elnur da orada olmuşdur. O, İlqardan nə baş verdiyini soruşduqda, sonuncu Yaşara 5.000 manat pul qaytarmaq üçün onun Ərkivan qəsəbəsində işlətdiyi baytarlıq dükanına getmək lazım olduğunu demişdir. Sonra onlar üçü Yaşarın dükanına gemiş və orada Yaşara 5.000 manat pul vermişlər. Sonradan qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 11.500 manat pul alıb sonuncunun ailə üzvləri olan anası, arvadı və bacısını direktor işlədiyi məktəbdə işə düzəltməsinə dair vəd verməsi, lakin vədinə əməl etməməsi barədə xəbəri olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, 2016-cı ilin sentyabr ayından 2022-ci ilin aprel ayınadək 14 saylı ərazi Maliyyə hesablaşma mərkəzində mühasib işləmişdir. xx.xx.2022-ci il tarixdə 14 saylı ərazi maliyyə hesablaşma mərkəzi ləğv edilərək Lənkəran-Astara Regiolnal Təhsil İdarəsinin tərkibinə verildiyindən həmin vaxtdan etibarən qeyd etdiyi idarədə mühasib işləyir. Masallı rayon F.Xancanov adına Musaküçə kənd tam orta məktəbinin direktoru Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs1 rayon sakini kimi tanımış, onunla heç bir əlaqəsi olmamışdır. 14 saylı ərazi maliyyə hesablaşma mərkəzində mühasib işlədiyi zaman vəzifələrindən biri də təhsil işçilərinin əmək haqqı kartını sifariş vermək olmuşdur. Belə ki, məktəb direktoru işçini işə qəbul edərkən həmin işçinin işə qəbulu barədə əmri onlara göstərir, onlar da əmrə görə işçinin adına Kapital banka əmək haqqı kartı sifariş vermişlər. Pandemiya dövründə təhsil işçilərinin əmək haqqı kartı bankdan onlara gəlmiş, o da təhsil işçilərinə paylamışdır. Pandemiya başa çatdıqdan sonra isə kartlar yenidən banklardan verilmışdir. Şahid2 da plastik kartı həmin qayda ilə verilmişdir. Təqsirləndirilən şəxs Yasəmənin işə qəbulu barədə ona sənədlər təqdim etmiş, o da İlqarın təqdim etdiyi sənədlərə uyğun olaraq Şahid2 adına Kapital banka kart sifariş vermişdir. Sonradan isə həmin kartı şəxsən Yasamən Babayevaya vermişdir. Şahid2 olduğu kimi Elnarə və Əntiqənin də kartlarını o sifariş etmişdir. Elnarə və Şahid3 kartlarını da 2022-ci ilin mart ayının əvvəllərində Masallı rayon F.Xancanov adına Musaküçə kənd tam orta məktəbinin direktoru Təqsirləndirilən şəxs ona təqdim etdiyi əmr və təqdimat əsasında sifariş vermişdir. O, Təqsirləndirilən şəxs ona verdiyi əmr və təqdimatların surətini istintaqa təqdim etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, 2021-ci ilin yaz aylarında Samit və Kamal müəllim işlədiyi məktəbə gəlmiş və dirketor Təqsirləndirilən şəxs harada olmasını soruşmuşlar. O, İlqara zəng edərək direktoru olduğu məktəb üzrə inspektor Şahid11 və Samit müəllimin məktəbə gəldiklərini demişdir. Kamal və Samit müəllim məktəbdə davamiyyətləri yoxlayandan sonra öz təcrübələri barədə İlqara müəyyən məsləhətlər verdikdən sonra məktəbi tərk etmişlər. Həmin vaxt onlar məktəbdə hər hansı yoxlama aparmamış və hər hansı qanunsuzluq aşkar etməmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, 2017- 2022-ci illərdə Masallı Təhsil Şöbəsində müdir müavini, 2022-ci il tarixdən hazıradək isə Masallı Təhsil Şöbəsində böyük məsləhətçi işləyir. Masallı rayon F.Xancanov adına Musaküçə kənd tam orta məktəbinin direktoru Təqsirləndirilən şəxs məktəb direktoru kimi tanıyır. Təqsirləndirilən şəxs mərhum atası onun iş yoldaşı olub. Təqsirləndirilən şəxs təxminən 2015-ci ildən məktəb direktoru işləyib. 2022-ci ilin aprel ayında Təhsil şöbəsinə Musaküçə tam orta məktəbində ev şəraitində dərslərlə bağlı şikayət daxil olmuşdur. Həmin məktəb üzrə nəzarət funksiyasını icra edən aparıcıməsləhətçi Şahid11 maşını olmadığı üçün ondan həmin məktəbə getməyi xahiş etmişdir. O, da özünə məxsus avtomobillə Şahid11lə birlikdə adıçəkilən məktəbə getmiş, orada müəllimlərlə və İlqarla müəyyən profilaktik söhbətlər aparıb məktəbi tərk etmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs məktəb direktoru kimi tanıyır, həmçinin onun mərhum atası ilə iş yoldaşı olmuşdur. İlqarla ədavət və düşmənçiliyi olmamışdır. İlqar təxminən 2015-ci ildən məktəb direktoru işləmişdir. Təxminən 3 ildir ki, həmin kənd məktəbinin nəzarət funksiyası ondadır. Yəni, əsas vəzifəsi təhsil sektorunda illik fəaliyyət planına uyğun olaraq məktəblərdə monitorinq keçirmək, dərs jurnalları, fakultətiv və dərnək jurnallarını yoxlamaqdan, tədrisin keyfiyyətini yüksəltmək, aşkarlanmış nöqsanları təhsil yanında şurada müzakirə etmək və s. ibarətdir. 2020-ci ilin mart ayından 2021-ci ilin sentyabr ayının sonlarınadək Respublikada karantin vəziyyəti olduğu üçün tədris onlayn proqramına keçmişdir. Buna görə də, mütəmadi yoxlama aparmaq mümkün olmamışdır. 2022-ci ilin fevral ayında Masallı rayonu F.Xancanov adına Musaküçə tam orta məktəbindən şikayətlər olduğu üçün məktəbə yoxlamaya getmişdir. Bir neçə nöqsan aşkar etmiş, əmrlər kitabını tələb etmişdir. Həmin vaxt İlqar son əmrləri yazmaq üçün jurnalları evə apardığını, tamamladıqdan sonra təqdim edəcəyini demişdir. O, İlqara aşkar olunmuş nöqsanlarla bağlı ciddi xəbərdarlıqlarını etmiş, İlqar isə aradan qaldıracağını bildirmişdir. Daha sonra 2022-ci ilin aprel ayında ev şəraitində dərslərlə bağlı şikayət daxil olduğunda o, Samit müəllimlə birlikdə məktəbə getmiş və profilaktik söhbətlər aparmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid13 ibtidai istintaq orqanına verdiyi ifadəsindən fərqli ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə Masallı rayonu, Musaküçə kəndində yaşayır. X40 onun oğludur. Tural 2020-ci ilin sentyabr ayında Masallı rayonu F.Xancanov adına Musaküçə tam orta məktəbində birinci sinifə başlamışdır. Turalda anadangəlmə sudurqa qıcolmaları olduğundan 2020/2021 və 2021/2022-ci il tədris illəri çərçivəsində Musaküçə tam orta məktəbində ev şəraitində tədrisə cəlb olunmuş şagird kimi qeydiyyata alınmışdır. Hal-hazırda oğlu adıçəkilən məktəbin 4-cü sinif şagirdidir, müalicə nəticəsində sağlamlıq vəziyyəti bərpa olunduğundan 2022/2023-ci il tədris ilində məktəbə gedib-gəlmişdir. Nəsrəddin Qulamov tərəfindən oğlu Tural Həmzəyevə 2020/2021-ci tədris ilində dərslər deyilmişdir. 2021/2022-ci tədris ilində oğluna ev şəraitində təhsilə cəlb olunmuş şagird kimi Şahid26, Vəsilə Qəmbərova və Şahid29 tərəfindən ev şəraitində dərs keçirilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid14 ibtidai istintaq orqanına verdiyi ifadəsindən fərqli ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə Masallı rayonu, Musaküçə kəndində yaşayır. X34 onun oğludur. Seymur 2020-ci ilin sentyabr ayında Masallı rayonu F.Xancanov adına Musaküçə tam orta məktəbində birinci sinifə getməyə başlamışdır. Oğlu Seymurda anadangəlmə analsfinkterin İİİ-İV dərəcəli çatışmazlığı olduğundan 2020/2021, 2021/2022 və 2022/2023-cü il tədris illəri çərçivəsində Musaküçə tam orta məktəbində ev şəraitində tədrisə cəlb olunmuş şagird kimi qeydiyyata alınmışdır. Hal-hazırda oğlu adıçəkilən məktəbin 3-cü sinif şagirdidir və ev şəraitində təhsil almaqdadır. 2021/2022-ci tədris ilində Şahid26 oğlu Seymur Həmzəyevə indilis dili fənindən ev şəraitində dərs demişdir. Oğlu Seymura 1-ci sinifdə Afaq, sonra Vəsilə, daha sonra Elnurə müəllimə dərs demişdir. 2022-ci ildə oğlu Seymura Vəsilə və Solmaz müəllimə dərs demişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid17 ibtidai istintaq orqanına verdiyi ifadəsindən fərqli ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə Masallı rayonu Musaküçə kəndində yaşayır. X41 onun qızıdır. Nazlı 2018-ci ilin sentyabr ayında Masallı rayonu F.Xancanov adına Musaküçə tam orta məktəbində 1-ci sinifə getməyə başlamışdır. Nazlıda ürək arakəsmələrinin anadangəlmə anomaliyaları (inkişaf qüsuru) olduğu üçün 1-ci sinifdən etibarən adıçəkilən məktəbin ev şəraitində təhsilə cəlb olunmuş şagirdlərin siyahısına salınmış və qızı 5-ci sinif şagirdi kimi ev şəraitində təhsilə cəlb olunmuşdur. X63 2020/2021-ci il tədris prosesi çərçivəsində Şahid26, habelə Vüsalə Abıyeva tərəfindən distant formada dərslər deyilmişdir. 2021/2022-ci tədris ilində qızına X47 tərəfindən ana dili, texnologiya, təsnif, musiqi və informatika dərsləri əyani şəkildə deyilsə də, Şahid26 tərəfindən isə bir-iki dəfə dərslər distant və ya əyani formada ev şəraitində tədris edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Masallı rayonu Musaküçə kəndində yaşayır. X30 onun oğludur. Hüseyn 2020-ci ilin sentyabr ayında Masallı rayonu F.Xancanov adına Musaküçə tam orta məktəbində 1-ci sinifə getməyə başlamışdır. Onda anadangəlmə ürək arakəsmələrinin anadangəlmə anomaliyaları olduğu üçün 1-ci sinifdən etibarən adıçəkilən məktəbin ev şəraitində təhsilə cəlb olunmuş şagirdlərin siyahısına salınmış və bu gün oğlu 3-cü sinif şagirdi kimi ev şəraitində təhsilə cəlb olunmuşdur. 2021/2022-ci tədris ilində oğluna arasıra Şahid26 tərəfindən ingilis dili və Şahid27 tərəfindən informatika dərsləri ev şəraitində əyani formada tədris edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X31 ibtidai istintaq orqanına verdiyi ifadəsindən fərqli ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə Masallı rayonu Musaküçə kəndində yaşayır. X15 onun qızıdır. Gülüzar 2015-ci ilin sentyabr ayında Masallı rayonu F.Xancanov adına Musaküçə tam orta məktəbində 1-ci sinifə getməyə başlamışdır. Gülüzarda budun anadangəlmə deformasiyası, ikitərəfli çıxığı olduğu üçün 5-ci sinifdən etibarən adıçəkilən məktəbin ev şəraitində təhsilə cəlb olunmuş şagirdlərin siyahısına salınmış və bu gün qızı 9-cu sinif şagirdi kimi ev şəraitində təhsilə cəlb olunmuşdur. 2020/2021-ci tədris ili çərçivəsində qızı Gülüzara Şahid34, Şahid31, Şahid36, Rəvanə Əliyeva, Şahid41 və Şahid26 tərəfindən pandemiya dövrü ilə əlaqədar distnat formada dərslər keçirilmişdir. 2021/2022-ci tədris ilində qızına bir neçə müəllim tərəfindən dərslər keçirilmişdir. Şahid26 tərəfindən ingilis dili və Şahid30 tərəfindən rus dili dərsləri qızına ev şəraitində tədris edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Masallı rayonu, Musaküçə kəndində yaşayır. X42 onun oğludur. Nurlan 2021-ci ilin sentyabr ayında Masallı rayonu F.Xancanov adına Musaküçə tam orta məktəbində 1-ci sinifə getməyə başlamışdır. Nurlan 5 yaşı olarkən gözün və daxili orqanların termiki və kimyəvi yanığı xəsarətləri aldığından məktəbə gedə bilməmişdir. Buna görə Nuran 2021/2022-ci və cari tədris ilində adıçəkilən məktəbin ev şəraitində təhsilə cəlb olunmuş şagird kimi qeydiyyata alınmışdır. Şahid26 tərəfindən oğluna 2021/2022-ci tədris ili çərçivəsində hər hansı dərs tədris edilməmiş, lakin X47 və X21 tərəfindən oğluna ev şəraitində dərslər deyilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərdi ki, o, 2020/2021-ci tədris ilində Vİİİa sinifində oxumuşdur. Həmin tədris ilində ona musiqi fənnindən dərslər distant qaydaqda Şahid40 tərəfindən tədris edilmişdir. Şahid40 başqa ona həmin ili musiqi fənnindən dərslər tədris edən olmamışdır. O, X36 adlı müəllim tanımadığını, sonuncunun məktəbdə dərs deməsini eşitmədiyini, distant təhsilə telefonu olmadığı üçün qoşula bilmədiyini bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərdi ki, o, 2020/2021-ci tədris ilində İXc sinifində oxumuşdur. Həmin tədris ilində ona musiqi fənnindən dərslər distant qaydaqda Şahid40 tərəfindən edən olmamışdır. O, X36 adlı müəllim tanımadığını, sonuncunun məktəbdə dərs deməsini eşitmədiyini bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid24 ifadəsində göstərdi ki, o, 2020/2021-ci tədris ilində Vİİb sinifində oxumuşdur. Həmin tədris ilində ona musiqi fənnindən mobil telefonu olmadığı üçün distant qaydaqda dərs keçirilməmişdir. O, X36 adlı müəllim tanımadığını, sonuncunun məktəbdə dərs deməsini eşitmədiyini bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid25 ifadəsində göstərdi ki, o, 2020/2021-ci tədris ilində Vİİİa sinifində oxumuşdur. Həmin tədris ilində ona musiqi fənnindən dərslər distant qaydaqda Şahid40 tərəfindən tədris edilmişdir. Şahid40 başqa ona həmin ili musiqi fənnindən dərslər tədris edən olmamışdır. O, X36 adlı müəllim tanımadığını, sonuncunun məktəbdə dərs deməsini eşitmədiyini bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid26 ifadəsində göstərdi ki, o, 1994cü il tarixdən Masallı rayonu F.Xancanov adına Musaküçə tam orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır. Pedaqoji fəaliyyətə başladığı dövürdən hal-hazırki vaxtadək adıçəkilən məktəbdə ingilis dili fənninin tədrisi ilə məşğul olmuşdur. Məktəbin direktoru Təqsirləndirilən şəxs tərəfindən sağlamlıq imkanları məhdud olan şagirdlərə ev şəraitində dərs deməli olan müəllimlərdən biri kimi rəsmiləşdirilsə də, o, 2020/2021 və 2021/2022-ci tədris ilində hər hansı şagirdə distant və ya əyani formada ingilis dili fənnindən ev şəraitində dərs deməmişdir. Onun adına ev şəraitinin yazılması və ev şəraitindəki uşaqlara dərs deməməsi məhz Təqsirləndirilən şəxs təşəbbüsü ilə olmuşdur. Təqsirləndirilən şəxs onun adına ev şəraiti yazaraq əməkhaqqına əlavə kimi ödənilən həmin məbləğləri mənimsəmişdir. O, İlqara dəfələrlə adına ev şəraiti dərslərini yazmamasını, qanunsuzluqlara yol vermək istəmədiyini və ev şəraitində keçirilən dərslərə gedə bilməyəcəyini dediyini bildirmişdir. İlqar onu adına ev şəraitində dərslər yazılmasına və bunun üçün ona ödənilən əməkhaqqının özünə verilməsinə məcbur etmişdir. O da, direktor Təqsirləndirilən şəxs tələbinə əməl etmədiyi təqdirdə rastlaşaçağı çətinliklərdən qorxduğu üçün Təqsirləndirilən şəxs dedikləri ilə razılaşmış və jurnalları özü yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ev şəraritində dərslər keçməsi ilə bağlı köçən əməkhaqqının neçə manat olması ilə əlaqədar özündə qeydlər aparmışdır. İlqar əməkhaqqı köçən kimi ondan ev şəraritində dərslərə görə köçən əməkhaqqının hamısını götürmüşdür. Əsas dərslərinə görə köçən əməkhaqqı isə ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs heç vaxt ondan ev şəraitində tədrislə bağlı köçən əməkhaqqıdan başqa aylıq hər hansı miqdarda pul almamışdır. Təqsirləndirilən şəxs aylıq olaraq müəllimlərdən hər hansı miqadarda pul tələb etməsini eşitməmişdir. Ev şəraitində deyilən 4 saat dərslərin pulunu Təqsirləndirilən şəxs vermişdir. Adına ev şəraitində dərslər yazılsa da, o, həmin dərsləri deməmiş, sadəcə həmin pullar əməhaqqı olaraq kartına köçürülmüş, o da həmin pulları çıxarıb İlqara vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid27 ifadəsində göstərdi ki, o, 1989cu ildən Masallı rayonu F.Xancanov adına Musaküçə tam orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır. 2021/2022-ci tədris ilində bir çox hallarda sağlamlıq imkanı məhdud olan və ev şəraitində təhsilə cəlb olunmuş X16 ev şəraitində dərslər demişdir. X57 başqa ev şəraitində təhsilə cəlb olunmuş şagirdi olmamışdır. O, Təqsirləndirilən şəxs ondan hər hansı miqdarda pul almadığını bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid28 ifadəsində göstərdi ki, o, 2000ci ildən bu günə kimi Masallı rayonu F.Xancanov adına Musaküçə tam orta məktəbində pedaqoji fəaliyyətlə məşguldur. 2021/2022-ci tədris ilində bir çox hallarda sağlamlıq imkanı məhdud olan və ev şəraitində təhsilə cəlb olunmuş X26 ev şəraitində dərslər demişdir. 2022-ci ilin mart ayından etibarən Tural Həmzəyevə ev şəraitində ara-sıra dərs demişdir. Ondan əvvəl Nəsrəddin Qulamov həmin tələbəyə ev şəraitində dərslər demişdir. Nəsrəddin müəllim təqaüdə çıxdıqdan sonra o, Turala hərdən, Seymur Həmzəyevə isə həmişə ev şəraitində dərslər demişdir. O, Təqsirləndirilən şəxs və ya hər hansı şəxsə ev şəraritində təhsilə cəlb olunmuş şagirdlərə dərs deməsi ilə əlaqədar tarifləşdirilmiş əməkhaqqıdan heç bir pay verməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid30 ifadəsində göstərdi ki, o, 1985ci il tarixdən Masallı rayonu F.Xancanov adına Musaküçə kənd tam orta məktəbində rus dili müəllimi kimi pedaqoji fəaliyytə başlamışdır. Hal-hazırda təqaüd yaşı çatsa da, məktəbdə rus dili müəllimi çatışmazlığından müqavilə əsasında həmin məktbədə işləyir. 2020/2021-ci tədris ili çərçivəsində həmin tarixdə 10-cu sinif şagirdi olmuş X38 rus dili dərsləri tədris etməli olduğu halda həmin il panademiya dövrü olduğu üçün dərslər distant formada keçirilmişdir. Lakin internet olmadığı üçün distant formada dərs deyə bilməmişdir. 2021/2022-ci tədris ilində həmin tarixdə 7-ci sinif şagirdi olmuş X6 və həmin ilin 11-ci sinif şagirdi X38 ev şəraitində rus dili dərslərini ara-sıra tədris etmişdir. O, heç kimə pul verməmiş və heç kim ondan pul istəməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid31 ifadəsində göstərdi ki, o, 2002ci il tarixdən Masallı rayonu Musaküçə kənd tam orta məktəbində tarix müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2021/2022-ci il tədris ilində tarix fənnindən keçməli olduğu fakultətiv və dərnək məşğələlərinin saatları üst-üstə düşmüşdür. 2021/2022-ci tədris ilinin hər həftəsinin 3-cü günü saat 14:00-da dərnək dərslərini tədris etmiş, həmin günü mövcud qrafikə uyğun olaraq tədris olunmalı fakultətiv məşğələləri isə tədris etməmiş, lakin tədris jurnallarnda dərs saatlarının keçirilməsi rəsmiləşdirilməsi hesabına ona əməkhaqqından əlavə 349,34 manat maaş köçürülmüşdür. Bundan başqa biologiya və təsviri incəsənət dərsləri onun qeyri-ixtisas fənləri olsa da, Vİİ sinif şagirdi X39 2021/2022-ci tədris ilində ev şəraitində biologiya və təsviri incəsənət dərslərini tədris etmiş və bunun müqabilində ona ümumiikdə 578,40 manat əməkhaqqı köçürülmüşdür. 2021/2022-ci tədris ili çərçivəsində Yusif Babayevə qeyri-ixtisas fənni olan ana dili və ədəbiyyatdan da dərlsər demiş və əməkhaqqı almışdır. O, toqquşan dərslərin vaxtını dəyişdiyini, dərslər üst-üstə düşdükdə isə sonradan o biri dərsi dediyini bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid32 ifadəsində göstərdi ki, o, 2007ci il tarixdən etibarən Masallı rayonu F.Xancanov adına Musaküçə tam orta məkətbində azərbaycan dili və ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. Azərbaycan dili və ədəbiyyat müəllimi olmasına baxmayaraq, 2021/2022-ci il tədris ilində ixtisasına uyğun olmayan, qeyri-ixtisas fənlərini məkətbin Vİİ sinif şagirdi X7 0,5 saat təsviri incəsənət və Vİİİ sinif şagirdi X39 0,5 saat musiqi dərsləri tədris etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid33 ifadəsində göstərdi ki, o, 2020ci il tarixdən etibarən Masallı rayonu F.Xancanov adına Musaküçə tam orta məktəbində riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. 2021/2022-ci tədris ilində fakultətiv dərs qruplarından biri də 5A sinifi olmuşdur. Fakultətiv siniflərin yığılması müəllimin təşəbbüsü ilə formalaşır. O da, 2021/2022-ci tədris ilində dərs keçdiyi 5A-sinifindən zəif təsir bağışlayan 9 nəfər şagird seçib fakultətiv məşğələ sinifi yaratmışdır. Lakin onlardan çox hissəsi dərslərdə iştirak etməmışlər. 9 nəfər şagirddən 3 nəfərin dərsdə iştirak etməsinə baxmayaraq, o, həmin 3 şagirdə dərs deməyərək təxirə salmağın uyğun olmadığı üçün sinif tam formalaşmadan dərslər demişdir. Jurnallar şəxsən onun tərəfindən yazılıb və bunun müqabilində ona 330 manat əməkhaqqı hesablanıb ödənilmişdir. Bundan başqa o, 2021/2022-ci tədris ili çərçivəsində dərnək və fakultətiv dərs cədvəli təqdim etmiş, lakin 5-ci gün üçün riyaziyyat fənni üzrə dərnək və 1 saat fakultətiv məşğələ saatları üst-üstə düşmüşdür. Müəyyən qarışıqlıq səbəbindən həmin günlər dərslərin tədrisində iştirak edə bilməmişdir. 2020/2021-ci tədris ilində o, X22 ixtisasına uyğun gəlməyən qeyri-ixtisas fənni olan 0,5 saat musiqi dərsi demiş və bunun müqabilində 132 manat əməkhaqqı hesablanaraq ödənilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid41 Məmmədhəsən oğlu ifadəsində göstərdi ki, o, 1979-cu il tarixdən etibarən Masallı rayonu, F.Xancanov adına Musaküçə tam orta məktəbində fizika müəllimi kimi fəaliyyət göstərmişdir. 2021-ci ilin noyabr ayında isə yaşla əlaqədar təqaüdə çıxmışdır. 2020/2021-ci tədris ilində X38 və X4 distant formada dərs demişdir. Şəkər xəstəsi olduğu üçün bəzən dərs keçməmişdir. Dərslərin tədrisində iştirak etməsindən və etməməsindən asılı olmayaraq ona 1445,50 manat əməkhaqqı hesablanıb ödənilmişdir. Onun tədris etməli olduğu ixtisasına uyğun gəməyən qeyri-ixtisas fənlərini ev şəraitində təhsilə cəlb olunmuş X sinifdə oxuyan Şahid15 1 saat coğrafiya, Vİ sinifdə oxuyan X8 1 saat təsviri incəsənət və Vİİ sinifdə oxuyan X39 1 saat musiqi fənnlərini distant tədris etmişdir. O, ev şraitində dərsləri tədris etməmiş, lakin bunun üçün ona ümumilikdə 951,84 manat əməkhaqqı hesablanaraq ödənilmişdir. Təqsirləndirilən şəxs ondan ev şəraitində dərslərin tədrisində iştirak etməməsi müqabilində aylıq hər hansı miqdarda pul almamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid34 ifadəsində göstərdi ki, o, 1997ci il tarixdən 2006-cı il tarixədək Masallı rayonu F.Xancanov adına Musaküçə tam orta məktəbində ibtidai sinif müəllimi kimi işləmiş, 2006-cı il tarixdə ali təhsilini başa vurmuş və həmin ildən də adıçəkilən məktəbdə azərbaycan dili və ədəbiyyat müəllimi kimi pedeaoji fəaliyytə başlamışdır. 2020/2021-ci tədris ilində ixtisasına uyğun gəlməyən Vİ sinifdə 2 saat (həyat bilgisi 1 saat; təsviri incəsənət 0,5 saat; musiqi 0,5 saat) qeyri-ixtisas fənlərinin tədrisi müqabilində 634,32 manat əməkhaqqı hesablanaraq ona ödənilmişdir. Pandemiya dövrünə təsadüf edən 2020/2021-ci tədris ilində sağlamlıq imkanı məhdud olan ev şəraitində təhsilə cəlb olunmuş X4 qeyri-ixtisas fənni olan həyat bilgisi, təsviri incəsənət, musiqi fənlərini distant formada tədris etmişdir. 2021/2022-ci tədris ilində ixtisasına uyğun gəlməyən Vİİ sinifdə 1 saat qeyri-ixtisas fənni olan biologiya dərslərinin tədrisi müqabilində 385,56 manat əməkhaqqı hesablanaraq ona ödənilmişdir. 2021/2022-ci tədris ilində yenə ötən ildəki kimi X4 ev şəraitində qeyri ixtisas fənni olan biologiya fənnindən dərslər demiş və əməkhaqqı almışdır. 2020/2021-ci tədris ilində X1 başqa ev şəraitində dərs dediyi şagird olmamışdır. O, Təqsirləndirilən şəxs hər hansı miqdarda pul vermədiyini bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid35 ifadəsində göstərdi ki, o, 1995ci il tarixdən etibarən hal-hazırki Masallı rayonu, F.Xancanov adına Musaküçə tam orta məktəbində fizika-riyaziyyat müəllimi kimi fəaliyyət göstərir. İxtisasına uyğun gəlməyən 2021/2022-ci tədris ili ərzində Şahid15 Xİ sinifdə ev şəraitində hər həftə 1 saat coğrafiya fənnini tədris etmiş və bununla bağlı ona 385,56 manat əməkhaqqı hesablanıb ödənilmişdir. Aldığı əmək haqqından heç kimə pul verməmişdir. Şahid15 pandemiya dövründə onlayn dərs keçmiş, sonra isə yaşadığı evdə dərs keçmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid36 ifadəsində göstərdi ki, o, 2008ci il tarixdən etibarən Masallı rayonu F.Xancanov adına Musaküçə tam orta məktəbində fizikariyaziyyat müəllimi kimi fəaliyyət göstərir. İxtisasına uyğun gəlməyən 2021/2022-ci tədris ili ərzində Vİİ sinifdə 2,5 saat (biologiya 1 saat, coğrafiya 1 saat, kimya 0,5 saat) qeyri-ixtisas fənlərinin tədrisi müqabilində 897,70 manat və Xİ sinifdə 3 saat (biologiya 1 saat, azərbaycan tarixi 1 saat, kimya 1 saat) qeyri-ixtisas fənlərinin tədrisi müqabilində 1080 manat əməkhaqqı hesablanıb ona ödənilmişdir. 2021/2022-ci il tarixdə sağlamlıq imkanı məhdud olan ev şəraitində təhsilə cəlb olunmuş Vİİ sinif şagirdi X7 1 saat biologiya, 0,5 saat kimya, 1 saat coğrafiya fənnindən qeyriixtisas dərsləri tədris etmişdir. Həmin ili ev şəraitində təhsil alan Xİ sinif şagirdi Şahid15 ev şəraitində 1 saat kimya, 1 saat biologiya, 1 saat azərbaycan tarixindən qeyri-ixtisas fənlərini tədris etmişdir. Tədris etdiyi dərslərin müqabilində ona ümumilikdə 1977,70 manat əmək haqqı hesablanaraq ödənilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid37 ifadəsində göstərdi ki, o, 2000ci il tarixdən etibarən Masallı rayonu F.Xancanov adına Musaküçə tam orta məktəbində rəsmxət müəllimi kimi fəaliyyət göstərir. 2021/2022-ci tədris ili ərzində Vİİ sinifdə 3 saat (informatika 0,5 saat, coğrafiya 1 saat, kimya 0,5 saat, fizika 1 saat) qeyri-ixtisas fənlərinin tədrisi müqabilində ona 1030,32 manat əməkhaqqı hesablanıb ödənilmişdir. Sağlamlıq imkanı məhdud olan ev şəraitində təhsilə cəlb olunmuş Vİİ sinif şagirdi X4 yuxarıda sadalanan dərslərin tədrisində iştirak etmiş və jurnalları özü yazmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid38 ifadəsində göstərdi ki, o, 2021ci il tarixdən etibarən Masallı rayonu F.Xancanov adına Musaküçə tam orta məktəbində biologiya müəllimi kimi fəaliyyətə başlamışdır. 2021/2022-ci tədris ili ərzində Vİİİ sinifdə 4 saat coğrafiya qeyri-ixtisas fənninin tədrisi müqabilində ona 98,11 manat əməkhaqqı hesablanıb ödənilmişdir. 2021/2022-ci il tarixdə Vİİİa sinifində biologiya müəllimi olmağına baxmayaraq, coğrafiya fənnindən dərslər tədris etmişdir. O, coğrafiya fənnini vaxtı-vaxtında tədris etmişdir. Təqsirləndirilən şəxs ondan hər hansı miqdarda pul istəməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid39 ifadəsində göstərdi ki, o, 1997ci il tarixdən etibarən Masallı rayonu F.Xancanov adına Musaküçə tam orta məktəbində fizika müəllimi kimi fəaliyyətə başlamışdır. İxtisasına uyğun olmayan 2021/2022-ci tədris ili ərzində Vİİ, İX və Xİ siniflərində ümumulikdə 18 saat coğrafiya qeyri-ixtisas fənninin tədrisi müqabilində 1686,55 manat əməkhaqqı hesablanıb ona ödənilmişdir. Təqsirləndirilən şəxs ondan hər hansı miqdarda pul istəməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid40 ifadəsində göstərdi ki, 2005-ci il tarixdən etibarən Masallı rayonu, F.Xancanov adına Musaküçə tam orta məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. 2020/2021-ci tədris ilində məkətbin 5a, 5b, 6a, 6b, 6c, 7a, 7b, 8a, 8b, 9a, 9b, 9c siniflərinə musiqi dərslərini tədris etmiş və jurnallar özü tərəfindən yazılmışdır. Musiqi fənni onun tərəfindən tədris edilməsinə baxmayaraq 01 noyabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək olan dövr ərzində həmin dərslərin müqabilində almalı olduğu əməkhaqqı ona ödənməmişdir. O bu barədə məkətbin direktoru Təqsirləndirilən şəxs soruşduqda İlqar ona öz qohumu olan X14 01 noyabr 2020-ci il tarixdən məktəbdə musiqi müəllimi kimi işə qəbul edildiyini, bu səbəbdən əməkhaqqının Nərmin İbişovaya ödənildiyini demişdir. Həmin aylar ərzində məktəbin musiqi dərsləri onun tərəfindən tədris olunmuşdur. X23 görməmişdir və tanımır. Sadəcə məlumatı olmuşdur ki, adıçəkilən şəxs 01 noyabr 2020-ci il tarixdə məktəbdə musiqi müəllimi kimi işə qəbul edilmiş, 18 dekabr 2020-ci il tarixdə koronavirus infeksiyası səbəbindən vəfat etmişdir. Həmin dövr ərzində dərsləri keçməsinə baxmayaraq direktor Təqsirləndirilən şəxs jurnalları yazmağa qoymamışdır. 01 noyabr 2020-ci il tarixdən etibarən o junralı yalnız Nərmin İbişovanı ölümündən sonrakı dövrdə, yəni 18 dekabr 2020-ci il tarixdən sonra keçirilən dərslər üçün yazmışdır. 01 noyabr 2020-ci il tarixdən 18 dekabr 2020-ci il tarixədək olan dövrdə dərslər özü tərəfindən keçirilsə də, jurnalları yazmamış, kimin yazmasından məlumatı olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 4 saylı Regional maliyyə müfəttişliyi tərəfindən tərtib edilən 21 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, Masallı Rayon F.Xancanov adına Musaküçə kənd tam orta məktəbində Şahid2 işə gəlmədiyi halda ona 2022-ci ilin yanvar ayından 2022-ci ilin 15 aprel ayınadək olan dövrdə 763,94 manat, 2020/2021 və 2021/2022-ci tədris illəri ərzində evdə təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud olan şagirdlərə ayrılmış dərs saatları adlarına tarifləşdirilmiş müəllimlər tərəfindən tədris olunmadığı halda tədrisin jurnallara rəsmiləşdirilməsi hesabına 4693,07 manat, tarix müəllimi Şahid31 adına 2021/2022 tədris ilində rəsmiləşdirilmiş dərnək və fakultətif məşğələ saatları hər həftənin 3-cü günü saat 14-00-da üst-üstə düşməsinə baxmayaraq tədris jurnallarında dərs saatlarının keçirilməsi rəsmiləşdirilərək ona 349,34 manat, 2021/2022-ci dərs ilində məktəbin direktoru Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş 1 saat “Biologiya” fənni üzrə fakultativ məşğələ saatı tədris olunmadığı halda 369,96 manat, 2021/2022-ci dərs ilində məktəbin riyaziyyat müəllimi Şahid33 adına rəsmiləşdirilmiş 1 saat “Riyaziyyat” fənni üzrə fakultətiv məşğələsində jurnalda adları göstərilən 9 şagirddən 3 nəfərin verdiyi izahata əsasən dərsdə iştirak etmədikləri halda dərs jurnal yazılaraq 330 manat, 2021/2022-ci tədris ilində riyaziyyat müəllimi Şahid33 adına rəsmiləşdirilmiş həftənin 5-ci günü üçün 3 saat “Riyaziyyat” fənni üzrə dərnək və 1 saat fakultətiv məşğələ saatları üst-üstə düşməsinə baxmayaraq dəsrlərin keçirilməsinə dair tədris jurnalında qeydlər aparılaraq ona 540 manat, X36 tərəfindən 2020-ci ilin dekabr ayında dərslərin keçirilməsinə dair tədris jurnalı yazılmadığı halda ona 12 saat musiqi dərsi üçün 143,62 manat, 2020/2021 və 2021/2022-ci dərs illərində qeyri-ixtisas təhsilli müəllimlərə ixtisaslarına uyğun gəlməyən dərs saatları tədris jurnallarına rəsmiləşdirilməsi hesabına 8346,41 manat əməkhaqqı əsassız olaraq hesablanaraq ödənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/9395 nömrəli rəyindən görünür ki, 2020/2021-ci tədris ilində Masallı Rayon F.Xancanov adına Musaküçə kənd tam orta məktəbində evdə təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud olan şagirdi X38 dərs keçilməsi üçün məktəbin rus dili müəllimi Şahid30 321,25 manat və məktəbin fizika müəllimi Şahid41 1285,00 manat, habelə 2021/2022-ci tədris ilində Şahid30 192,75 manat ümumilikdə 1799 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. 2020/2021-ci tədris ilində Masallı Rayon F.Xancanov adına Musaküçə kənd tam orta məktəbində evdə təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud olan şagirdi X26 dərs keçilməsi üçün məktəbin ibtidai sinif müəllimi X5 550,80 manat,( Şahid26 160,57 manat silinməlidir. Cədvəldə yoxdur) habelə 2021/2022-ci tədris ilində xarici dil müəllimi Şahid26 56,22 manat, ibtidai sinif müəllimi Şahid29 515,87 manat və ibtidai sinif müəllimi X12 789,90 manat məbləğində ümumilikdə 1.912,79 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. 2020/2021-ci tədris ilində Masallı Rayon F.Xancanov adına Musaküçə kənd tam orta məktəbində evdə təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud olan şagirdi X4 dərs keçilməsi üçün məktəbin fizika müəllimi Şahid41 160.57 manat və xarici dil müəllimi Şahid26 160.57 manat, habelə 2021/2022-ci tədris ilində xarici dil müəllimi X19 80.31 və rus dili müəllimi Şahid30 192,75 manat məbləğində ümumilikdə 594,20 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. 2021/2022-ci tədris ilində Masallı Rayon F.Xancanov adına Musaküçə kənd tam orta məktəbində evdə təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud olan şagirdi X29 dərs keçilməsi üçün məktəbin xarici dil müəllimi Şahid26 46,83 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. 2021/2022-ci tədris ilində Masallı Rayon F.Xancanov adına Musaküçə kənd tam orta məktəbində evdə təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud olan şagirdi X9 dərs keçilməsi üçün məktəbin xarici dil müəllimi Şahid26 56,22 manat və ibtidai sinif müəllimi Şahid27 171,66 manat məbləğində ümumilikdə 227,88 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. 2021/2022-ci tədris ilində Masallı Rayon F.Xancanov adına Musaküçə kənd tam orta məktəbində evdə təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud olan şagirdi X24 dərs keçilməsi üçün məktəbin xarici dil müəllimi Şahid26 56,22 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. 2021/2022-ci tədris ilində Masallı Rayon F.Xancanov adına Musaküçə kənd tam orta məktəbində evdə təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud olan şagirdi X27 dərs keçilməsi üçün məktəbin xarici dil müəllimi Şahid26 56,22 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. 2021/2022-ci tədris ilində 0,75 ştat vahidi sobayandıran vəzifəsində işləyən Şahid2 işə gəlmədiyi halda 763,94 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. Rayon Təhsil şöbəsinin F.Xanacanov adına Musaküçə kənd tam orta məktəbinin tarix müəllimi Şahid31 adına 2021/2022 tədris ilində rəsmiləşdirilmiş dərnək və fakultətif məşğələ saatları hər həftənin 3-cü günü saat 14-00-da üst-üstə düşməsinə baxmayaraq tədris jurnallarında dərs saatlarının keçirilməsi rəsmiləşdirməsi müqabilində 349,34 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. Rayon Təhsil şöbəsinin F.Xanacanov adına Musaküçə kənd tam orta məktəbi üzrə 2021/2022-ci dərs ilində məktəbin direktoru Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş 1 saat “Biologiya” fənni üzrə fakultativ məşğələ saatı tədris olunmadığı halda 369,96 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. Rayon Təhsil şöbəsinin F.Xanacanov adına Musaküçə kənd tam orta məktəbi üzrə 2021/2022-ci dərs ilində məktəbin riyaziyyat müəllimi Şahid33 adına rəsmiləşdirilmiş 1 saat “Riyaziyyat” fənni üzrə fakultətiv məşğələsində jurnalda adları göstərilən 9 şagirddən yalnız 3-nün dərsdə iştirak etdikləri halda dərs jurnal yazılaraq ona 330,00 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. Rayon Təhsil şöbəsinin F.Xanacanov adına Musaküçə kənd tam orta məktəbi üzrə 2021/2022-ci tədris ilində riyaziyyat müəllimi Şahid33 adına rəsmiləşdirilmiş həftənin 5-ci günü üçün 3 saat “Riyaziyyat” fənni üzrə dərnək və 1 saat fakultətiv məşğələ saatları üst-üstə düşməsinə baxmayaraq dəsrlərin keçirilməsinə dair tədris jurnalında qeydlər aparılaraq 540,00 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. Musaküçə kənd tam orta məktəbinin musiqi müəllimi X36 tərəfindən 01 noyabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək musiqi dərslərin keçirilməsinə dair tədris jurnalı yazılmadığı və dərslərin keçirilmədiyi halda 535,48 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. 2020/2021-ci tədris ili ərzində ixtisas tələb edən dərslərin qeyri-ixtisas müəllimləri tərəfindən tədris edilməsi nəticəsində fizika müəllimi X28 951,84 manat, tarix müəllimi X11 130,66 manat , riyaziyyat müəlimi Şahid33 132,00 manat və azərbaycan dili müəllimi Şahid34 634,32 manat məbləğində və ümumilikdə 1.848,82 manat məbləğində əməkhaqqı ödənilmişdir. Qeyd edilir ki, ixtisas tələb edən dərslərin qeyri-ixtisas müəllimləri tərəfindən tədris edilməsi nəticəsində verilmiş əməkhaqqı qanun pozuntusu kimi istintaq tərəfindən qiymətləndirilə bilər, lakin dövlət büdcəsinə dəymiş ziyan kimi qiymətləndirilə bilməz. 2021/2022-ci tədris ili ərzində ixtisas tələb edən dərslərin qeyri-ixtisas müəllimləri tərəfindən tədris edilməsi nəticəsində azərbaycan dili müəllimi Şahid34 385,56 manat, əmək təlimi, rəsmxət müəllimi Şahid37 1.030,32 manat, riyaziyyat-fizika müəllimi Şahid36 897,70 manat, azərbaycan dili müəllimi Şahid32 177,70 manat, tarix-ictimayət müəllimi Şahid31 578,40 manat, Azərbaycan dili müəllimi Şahid32 177,70 manat, riyaziyyat -fizika müəllimi Şahid36 1.080,00 manat , riyaziyyat -fizika müəllimi Şahid35 385,56 manat , fizika müəllimi Şahid39 1.686,55 manat və biologiya müəllimi Şahid38 98,11 manat məbləğində və ümumilikdə 6.497,60 manat məbləğində əməkhaqqı ödənilmişdir. Qeyd edilir ki, ixtisas tələb edən dərslərin qeyriixtisas müəllimləri tərəfindən tədris edilməsi nəticəsində verilmiş əməkhaqqı qanun pozuntusu kimi istintaq tərəfindən qiymətləndirilə bilər, lakin dövlət büdcəsinə dəymiş ziyan kimi qiymətləndirilə bilməz. Göstərilənlərdən başqa Masallı rayonu, F.Xancanov adına Musaküçə tam orta məkətbin xarici dil müəllimi X17 2020/2021 və 2021/2022-ci tədris ilində hər hansı ev şəraitində dərslər tədris etmədiyi halda qərarın təsviri hissəsində göstərilən şagirdlərdən başqa digər ev şəraitində təhsilə cəlb olunmuş şagirdlərə ev şəraitində dərs tədris edilmədiyi istintaq tərəfindən sübuta yetirildiyi təqdirdə ödənilmiş 4.290,41 manat əməkhaqqı əsassız hesab oluna bilər. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyinin yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6652 saylı əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 2020/2021-ci tədris ilində Masallı Rayon F.Xancanov adına Musaküçə kənd tam orta məktəbində evdə təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud olan şagirdi X38 dərs keçilməsi üçün məktəbin rus dili müəllimi Şahid30 321,25 manat və məktəbin fizika müəllimi Şahid41 1.285,00 manat ümumilikdə 1606,25 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. Masallı rayon, F.Xancanov adına tam orta məktəbin 2020/2021-ci tədris ilində ev şəraitində təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud olan İ sinif şagirdi X26, İİİ sinif şagirdi X27, Vİ sinif şagirdi X8, Vİ sinif şagirdi X7, Vİ sinif şagirdi X35 və Vİİ sinif şagirdi X39 evdə fərdi qaydada dərs keçirilmədiyi və həmin şagirdlərə tarifləşdirilmiş dərs saatları məktəb müəllimi tərəfindən faktiki olaraq tədris olunmadığı halda məktəbin ingilis dili müəllimi Şahid26 2.184,00 manat, ibtidai sinif müəllimi X5 550,80 manat və fizika müəllimi Şahid41 160,57 manat olmaqla ümumilikdə 2.895,37 manat əsassız əməkhaqqı ödənilmişdir. 01 noyabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək olan müddət ərzində Masallı rayon F.Xancanov adına tam orta məktəbin musiqi müəllimi X36 tərəfindən Va, Vb, Via, Vlb, Vlc, Vlla, Vllb, Villa, Vlllb, İXa, İXb, İXc siniflərə musiqi dərslərin tədris etmədiyi halda ona 535,48 manat əsassız əməkhaqqı ödənilmişdir. 2020/2021-ci tədris ilində fizika müəllimi X28 (X sinifdə 1 saat coğrafiya 317,28 manat), (Vİ,Vİİ sinifdə təsviri incəsənət 1,0 saat 317,28 manat), (Vİ,Vİİ sinifdə musiqi 1,0 saat 317,28 manat) fənləri üçün cəmi 951,84 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. 2020/2021-ci tədris ilində tarix müəllimi X11 (Vİ sinifdə 0,5 saat təsviri incəsənət) fənni üçün 130,66 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. 2020/2021-ci tədris ilində riyaziyyat müəlimi Şahid33 Vİ sinifdə 0,5 saat musiqi fənni üçün 132,00 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. 2020/2021-ci tədris ilində azərbaycan dili müəllimi Şahid34 Vİ sinifdə 2,0 saat (həyat bilgisi 1,0 saat, təsviri incəsənət 0,5 saat, musiqi 0,5 saat) fənləri üçün 634,32 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. Masallı rayon, F.Xancanov adına Musaküçə tam orta məktəbinin direktor kimi təlim-tərbiyə prosesini və məktəbin gündəlik fəaliyyətini həyata keçirmək, məktəbin nizamnaməsi və daxili əmək intizamı qaydaları ilə məktəbin işçilərinə həvalə edilmiş vəzifələrə riayət olunmasını təmin etmək, məktəbdə sağlam iş şəraitinin yaradılmasına yönəldilmiş təşkilati və mənəvi tərbiyə işlərini həyata keçirmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 2021/2022-ci tədris ilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş «Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili qaydaları»nın tələblərini pozaraq ev şəraitində təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud olan İ sinif şagirdi X29, İ sinif şagirdi X9, İ sinif şagirdi X37, İİ sinif şagirdi X26, İİ sinif şagirdi X20, İİ sinif şagirdi X20, İV sinif şagirdi X27, Vİİ sinif şagirdi X4, Vİİ sinif şagirdi X7 və Vİİİ sinif şagirdi X39 evdə fərdi qaydada dərs keçirilmədiyi və həmin şagirdlərə tarifləşdirilmiş dərs saatları məktəb müəllimi tərəfindən faktiki olaraq tədris olunmadığı halda məktəbin ingilis dili müəllimi X19 2.619,00 manat əməkhaqqı hesablanıb ödənilmişdir. 2021/2022-ci tədris ilində Masallı rayon, F.Xancanov adına tam orta məktəbdə sağlamlıq imkanları məhdud olan İ sinif şagirdi X9 evdə fərdi qaydada dərs keçirilmədiyi və həmin şagirdə tarifləşdirilmiş dərs saatları məktəb müəllimi tərəfindən faktiki olaraq tədris olunmadığı halda ibtidai sinif müəllimi Şahid27 171,66 manat əsassız əməkhaqqı ödənilmişdir. 2021/2022-ci tədris ilində Masallı rayon, F.Xancanov adına tam orta məktəbdə sağlamlıq imkanı məhdud olan Vİİ sinif şagirdi X4 və Xİ sinif şagirdi X38 evdə fərdi qaydada dərs keçirilmədiyi və həmin şagirdlərə tarifləşdirilmiş dərs saatları məktəb müəllimi tərəfindən faktiki olaraq tədris olunmadığı halda rus dili müəllimi Şahid30 385,5 manat (192,5+192,5) əsassız əməkhaqqı ödənilmişdir. 2021/2022-ci tədris ilində Masallı rayon, F.Xancanov adına tam orta məktəbdə sağlamlıq imkanı məhdud olan İİ sinif şagirdi X26 evdə fərdi qaydada dərs keçirilmədiyi və həmin şagirdə tarifləşdirilmiş dərs saatları məktəb müəllimləri tərəfindən faktiki olaraq tədris olunmadığı halda ibtidai sinif müəllimi X12 789,90 manat və Şahid29 isə 515,87 manat əsassız əməkhaqqı ödənilmişdir. 2021/2022-ci tədris ilində Masallı rayon, F.Xancanov adına tam orta məktəbdə dərnəyin təşkili zamanı düzgün komplektləşdirilmə aparılmadan məktəbinin tarix müəllimi Şahid31 adına rəsmiləşdirilmiş dərnək və fakultətif məşğələ saatlarının hər həftənin 3- cü günü saat 14:00-da üst-üstə düşməsinə baxmayaraq tədris jurnallarında dərs saatlarının keçirilməsi rəsmiləşdirilərək ona 349,34 manat əsassız əməkhaqqı ödənilmişdir. 2021/2022-ci tədris ilində Masallı rayon, F.Xancanov adına tam orta məktəbdə Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş 1 saat “Biologiya” fənni üzrə fakültativ məşğələ saatı tədris olunmadığı halda ona 369,96 manat əsassız əməkhaqqı ödənilmişdir. 2021/2022-ci tədris ilində Masallı rayon, F.Xancanov adına tam orta məktəbdə dərnəyin təşkili zamanı düzgün komplektləşdirilmə aparılmadan riyaziyyat müəllimi Şahid33 adına rəsmiləşdirilmiş həftənin 5-ci günü üçün 3 saat “Riyaziyyat” fənni üzrə dərnək və 1 saat fakultətiv məşğələ saatları üst-üstə düşməsinə baxmayaraq dəsrlərin keçirilməsinə dair tədris jurnalında qeydlər aparılaraq 540,00 manat və 1 saat “Riyaziyyat” fənni üzrə fakultətiv məşğələsində jurnalda adları göstərilən 9 şagirddən 6 nəfərin dərsdə iştirak etmədikləri halda dərs jurnalı yazılaraq ona 330,00 manat əsassız əməkhaqqı ödənilmişdir. 2021/2022-ci tədris ilində Masallı rayon, F.Xancanov adına tam orta məktəbdə ixtisas müəllimi çatışmadığı halda qeyri-ixtisas təhsilli müəllimlərə ixtisaslarına uyğun gəlməyən dərs saatları tədris jurnallarına rəsmiləşdirilməsi hesabına azərbaycan dili müəllimi Şahid34 Vİİ sinifdə 1 saat biologiya fənnini tədris etdiyinə görə 385,56 manat əsassız əməkhaqqı ödənilmişdir. 2021/2022-ci tədris ilində Masallı rayon, F.Xancanov adına tam orta məktəbdə əmək təlimi və rəsmxət müəllimi Şahid37 Vİİ sinifdə 3 saat informatika, coğrafiya, kimya və fizika fənlərini tədris etdiyinə görə 1030,32 manat əsassız əməkhaqqı ödənilmişdir. 2021/2022-ci tədris ilində Masallı rayon, F.Xancanov adına tam orta məktəbdə riyaziyyat- fizika müəllimi Şahid36 Vİİ sinifdə 2,5 saat biologiya, coğrafiya və kimya fənlərini tədris etdiyinə görə 897,70 manat əsassız əməkhaqqı ödənilmişdir. 2021/2022-ci tədris ilində Masallı rayon, F.Xancanov adına tam orta məktəbdə azərbaycan dili müəllimi Şahid32 Vİİ sinifdə 0,5 saat təsviriincəsənət fənnini tədris etdiyinə görə 177,70 manat əsassız əməkhaqqı ödənilmişdir. 2021/2022-ci tədris ilində Masallı rayon, F.Xancanov adına tam orta məktəbdə tarixictimayət müəllimi Şahid31 Vİİ sinifdə 1,5 saat biologiya və təsviri incəsənət dərslərini tədris etdiyinə görə 578,40 manat əsassız əməkhaqqı ödənilmişdir. 2021/2022-ci tədris ilində Masallı rayon, F.Xancanov adına tam orta məktəbdə Azərbaycan dili müəllimi Şahid32 Vİİİ sinifdə 0,5 saat musiqi fənnini tədris etdiyinə görə 177,70 manat əsassız əməkhaqqı ödənilmişdir. 2021/2022-ci tədris ilində Masallı rayon, F.Xancanov adına tam orta məktəbdə riyaziyyatfizika müəllimi Şahid36 Flakim oğluna Xİ sinifdə 3,0 saat biologiya, azərbaycan tarixi və kimya fənlərini tədris etdiyinə görə 1080,00 manat əsassız əməkhaqqı ödənilmişdir. 2021/2022-ci tədris ilində Masallı rayon, F.Xancanov adına tam orta məktəbdə riyaziyyatfizika müəllimi X13 Xİ sinifdə 1,0 saat coğrafiya fənnini tədris etdiyinə görə 385,56 manat əsassız əməkhaqqı ödənilmişdir. 2021/2022-ci tədris ilində Masallı rayon, F.Xancanov adına tam orta məktəbdə fizika müəllimi Şahid39 Vİİ,İX, Xİ siniflərdə 18,0 saat coğrafiya fənnini tədris etdiyinə görə 1686,55 manat əsassız əməkhaqqı ödənilmişdir. 2021/2022-ci tədris ilində Masallı rayon, F.Xancanov adına tam orta məktəbdə biologiya müəllimi Şahid38 Vİİİ sinifdə 4,0 saat coğrafiya fənnini tədris etdiyinə görə 98,11 manat əsassız əməkhaqqı ödənilmişdir. 2022-ci ilin yanvar ayından aprel ayının 15-ə dək Masallı rayon, F.Xancanov adına tam orta məktəbdə sobayandıran vəzifəsində işləyən Şahid2 işə gəlmədiyi halda ona 763,94 manat əsassız əməkhaqqı ödənilmişdir. Qeyd edilir ki, ixtisas tələb edən dərslərin qeyri-ixtisas müəllimləri tərəfindən tədris edilməsi nəticəsində verilmiş əməkhaqqı qanun pozuntusu kimi istintaq tərəfindən qiymətləndirilə bilər, lakin dövlət büdcəsinə dəymiş ziyan kimi qiymətləndirilə bilməz. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyinin yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Masallı rayon F.Xancanov adına Musaküçə kənd tam orta məktəbin 2020/2021 və 2021/2022-ci tədris ili üzrə məktəbin evdə tədrisə cəlb olunmuş şagirdlərinin dərs jurnalları, 2021/2022-ci tədris ili üzrə məktəbin tarix müəllimi Şahid31 dərnək və fakultətiv dərs jurnalı, 2021/2022-ci dərs ili üzrə məktəbin direktoru Təqsirləndirilən şəxs fakultətiv məşğələ jurnalı, 2021/2022-ci tədris ili üzrə məkətbin riyaziyyat müəllimi Şahid33 dərnək və fakultətəiv məşğələ jurnaları, 2020/2021-ci tədir ili üzrə məktəbin musiqi müəllimi X14 musiqi dərsləri tədris etdiyi siniflərin sinif jurnalları və 2020/2021, 2021/2022-ci tədris illəri üzrə Masallı rayonu, F.Xancanov adına Musaküçə tam orta məktəbin müəllimlərinin və texniki işçilərinin işə davamiyyət tabelləri, əmrlər və əməkhaqqı ödəniş cədvəlləri maddi sübut kimi tanınaraq Masallı rayon prokurorluğunun «Maddi sübutları saxlama otağı»nda saxlanılır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ibtidai istintaq zamanı X32 tərəfindən ona vurulmuş 11.500 manat maddi ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə vurulmuş zərərdən 8.000 manat ödənilmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Musaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 79 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ilə X3 birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X33 adlı uşaqları vardır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Musaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 4(050)- 16/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 31 yanvar 2023-cü il tarixdən hesablanmaqla 1 ay 16 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 1(050)- 50/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə məhkəməyə verilmiş və barəsində secilmiş həbs növündə qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan ölüm haqqında aktın surətindən görünür ki. X36 xx.xx.2020-ci il tarixdə kəskin respirator çatmamazlıq səbəbindən ölmüşdür. Beləliklə, məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə elan edilmiş ittihama hüquqi qiymət verərək hesab edir ki, həmin maddə CM-nin 178.2.3 və 179.2.3-cü maddəlləri ilə tam əhatə olunduğundan ittihamdan xaric edilməlidir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 23-cü bəndində qeyd olunmuşdur ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Göründüyü kimi maddələrin (CM-in 178.2.3, 179.2.3 və 308.1) dispozisiyasında şəxs tərəfindən cinayəti öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi göstərilmişdir. Bu da onu göstərir ki, vəzifəli şəxsin öz qulluq mövqeyindən istifadə etməklə törətdiyi dələduzluq, habelə öz qulluq mövqeyindən istifadə etməklə törətdiyi mənimsəmə və ya israf etmə cinayət əməli, CM-nin 178.2.3 və 179.2.3-cü maddələri ilə əhatə olunduğundan həmin əməllərin əlavə olaraq CM-nin 308.1-ci maddəsi ilə tövsif edilməsi zərurətini aradan qaldırır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs elan olunan ittihama hüquqi qiymət verərək hesab edir ki, məktəbdə ixtisas müəllimi çatışmazlığı səbəbindən dərslərin qeyriixtisas təhsilli müəllimlər tərəfindən tədris edilməsinə görə, yəni 2020/2021-ci tədris ilində fizika müəllimi X28 951,84 manat, tarix müəllimi X11 130,66 manat, riyaziyyat müəlimi Şahid33 132 manat, Azərbaycan dili müəllimi Şahid34 1.019,88 manat, əmək təlimi və rəsmxət müəllimi Şahid37 1030,32 manat, riyaziyyat-fizika müəllimi Şahid36 1.977,70 manat, Azərbaycan dili müəllimi Şahid32 355,40 manat, tarix-ictimaiyət müəllimi Şahid31 578,40 manat, riyaziyyat-fizika müəllimi X13 385,56 manat, fizika müəllimi Şahid39 1686,55 manat, biologiya müəllimi Şahid38 98,11 manat, ümumilikdə 8.346,42 manat məbləğində əməkhaqqı hesablanıb ödənilməsi israf etməklə dövlət büdcəsinə vurulmuş ziyan kimi nəzərə alınmamalı, həmin epizodlar ittihamdan xaric edilməlidir. Qeyri-ixtisas təhsilli müəllimlərə ixtisas fənnlərini tədris etmələrinə görə ödənilmiş əməkhaqqı qanun pozuntusu kimi qiymətləndirilə bilər, lakin həmin müəllimlər tərəfindən ixtisas tələb edən dərslər faktiki olaraq tədris olunduğuna görə dövlət büdcəsinə dəymiş ziyan kimi qiymətləndirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etməklə dövlət büdcəsinə vurulmuş 20.218,69 manat ziyandan ixtisas fənnlərinin qeyri-ixtisas təhsilli müəllimlər tərəfindən tədris edilməsinə görə ödənilmiş 8.346,42 manat israf edilmiş vəsait olmadığı üçün çıxılmalıdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihama hüquqi qiymət verərək hesab edir ki, 2020/2021-ci tədris ilində dərslər tədris edilmədiyi halda məktəbin rus dili müəllimi Şahid30 321,25 manat, fizika müəllimi Şahid41 1.445,57 manat, ibtidai sinif müəllimi X5 550,80 manat, ümumilikdə 2.317,62 manat məbləğində əməkhaqqı hesablanıb ödənilməsi əsaslı və qanuni olduğundan, ittihamın dövlət büdcəsinə vurulmuş ziyan hissəsindən xaric edilməlidir. Belə ki, 2020/2021-ci tədris ilində Azərbaycan Respublikası ərazisində yeni növ koronavirus «Covid 19» infeksiyasının hava-damcı yolu ilə yayılması və pandemiya ilə əlaqədar sərt karantin rejimi tətbiq olunduğu üçün Respublika üzrə tədris dayandırılaraq distant formaya keçirilmiş, həmçinin 2020-ci ilin sentyabr ayının 27-də başlanmış 44 günlük “Vətən Müharibəsi” zamanı internetin fəaliyyətinə məhdudiyyət tətbiq edildiyindən distant dərslər keçirilməmişdir. Dərslərin keçirilməsinin mümkün olmamasına baxmayaraq, müəllimlərə hər ay üzrə aylıq əmək haqqı ödənilmişdir. Məhkəmə istintaqı zamanı dindirilən şahidlər kənd yerində yaşadıqlarını, həmin vaxt internetin olmamasını və əksəriyyətinin evində ümumiyyətlə internet olmadığını, bundan başqa sərt karantin rejimi ilə əlaqədar yaşayış yerini tərk etməmək barədə qadağa olduğundan müəllimlər tərəfindən evdə təhsilə cəlb edilən şagirdlərə dərs deməyə gələ bilməmələrini bildirmişlər. Bu da, həmin müəllimlərə ödənilən əməkhaqqının dövlət büdcəsinə vurulmuş ziyan olmadığını göstərir. Eyni zamanda məhkəmə 2020/2021-ci tədris ilində dərslərin keçirilmədiyi halda inglis dili müəllimi Şahid26 2.184 manat əməkhaqqı ödənilməsini dövlət büdcəsinə vurulmuş ziyan kimi hesab edir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid26 ifadəsində göstərdi ki, dərslərin keçirilmədiyi halda ona əlavə olaraq əməkhaqqı kimi ödənilən 2.184 manatı hər ay əməkhaqqı ödənilən gün Təqsirləndirilən şəxs onun evinə gələrək almış, Təqsirləndirilən şəxs isə həmin xüsusatı təkzib edəcək dəlili məhkəməyə təqdim edə bilməmişdir. Bu da onu göstərir ki, Şahid26 dərslərin keçirilmədiyi halda əməkhaqqı kimi ödənilən 2.184 manat məbləğində pul Təqsirləndirilən şəxs tərəfindən mənimsənilməklə dövlət büdcəsinə ziyan vurulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində dövlət büdcəsinə ümumilikdə 9.554,65 manat məbləğində ziyan vurulmuş və həmin ziyandan məhkəmə istintaqı zamanı onun tərəfindən 8.000 manat ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs dövlət büdcəsinə ödəyəcəyi məbləğ 1.554,65 manat müəyyən olunmalıdır. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs CM-nin 313-cü maddəsi ilə elan olunan ittihama hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 2020/2021-ci tədris ili üzrə törətdiyi vəzifə saxtakarlığına görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçsə də, 2021/2022-ci tədris ilinə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə ki, 2021/2022-ci tədris ili dedikdə, 2021-ci ilin sentyabr ayından 2022-ci ilin iyun ayı nəzərdə tutulur. Belə olan halda da, Təqsirləndirilən şəxs 2021/2022-ci tədris ilində törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə düzgün tövsif edilmiş, ona görə də, o həmin maddələrlə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, dələduzluq əməlinə münasibətdə Zərərçəkmiş şəxs1lə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, dələduzluq cinayəti nəticəsində dəymiş ziyanı tamamilə ödəyərək aradan qaldırmasını CM-in 59.1.13-cü maddəsinə əsasən, Zərərçəkmiş şəxs1 ona qarşı şikayəti və tələbi olmamasını, mənimsəmə və israf etmə cinayəti nəticəsində dövlət büdcəsinə dəymiş ziyanı qismən ödəməsini CM-in 59.1.14-cü maddəsinə əsasən, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə2 ödənilməmiş qalan maddi ziyanla bağlı tələbi olsa da, şikayətçi olmamasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri tutulursa, hökm çıxarılarkən, azadlıqdan məhrumetmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, eyni zamanda Təqsirləndirilən şəxs məktəb direktoru işləməklə vəzifəli şəxs olmasını nəzərə alıb, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə X25 təqsirli bilindiyi CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələrinin sanksiyası həddində dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə cərimə cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat X10 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı rayon prokurorluğunun «Maddi sübutları saxlama otağı»nda saxlanılan Masallı rayon F.Xancanov adına Musaküçə kənd tam orta məktəbin 2020/2021 və 2021/2022-ci tədris ili üzrə məktəbin evdə tədrisə cəlb olunmuş şagirdlərinin dərs jurnalları, 2021/2022-ci tədris ili üzrə məktəbin tarix müəllimi Şahid31 dərnək və fakultətiv dərs jurnalı, 2021/2022-ci dərs ili üzrə məktəbin direktoru Təqsirləndirilən şəxs fakultətiv məşğələ jurnalı, 2021/2022-ci tədris ili üzrə məkətbin riyaziyyat müəllimi Şahid33 dərnək və fakultətəiv məşğələ jurnaları, 2020/2021-ci tədir ili üzrə məktəbin musiqi müəllimi X14 musiqi dərsləri tədris etdiyi siniflərin sinif jurnalları və 2020/2021, 2021/2022-ci tədris illəri üzrə Masallı rayonu, F.Xancanov adına Musaküçə tam orta məktəbin müəllimlərinin və texniki işçilərinin işə davamiyyət tabelləri, əmrlər və əməkhaqqı ödəniş cədvəlləri Masallı rayon F.Xancanov adına Musaküçə kənd tam orta məktəbinə qaytarılmalı, mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4500 (dörd min beş yüz) manat miqdarında cərimə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4500 (dörd min beş yüz) manat miqdarında cərimə cəzasına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdən 21 fevral 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı müddət nəzərə alınaraq ona təyin edilmiş cəza yüngülləşdirilsin və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan olunmuş Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ittihamdan xaric edilsin. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı rayon prokurorluğunun «Maddi sübutları saxlama otağı»nda saxlanılan Masallı rayon F.Xancanov adına Musaküçə kənd tam orta məktəbin 2020/2021 və 2021/2022-ci tədris ili üzrə məktəbin evdə tədrisə cəlb olunmuş şagirdlərinin dərs jurnalları, 2021/2022-ci tədris ili üzrə məktəbin tarix müəllimi Şahid31 dərnək və fakultətiv dərs jurnalı, 2021/2022-ci dərs ili üzrə məktəbin direktoru Təqsirləndirilən şəxs fakultətiv məşğələ jurnalı, 2021/2022-ci tədris ili üzrə məkətbin riyaziyyat müəllimi Şahid33 dərnək və fakultətəiv məşğələ jurnaları, 2020/2021-ci tədir ili üzrə məktəbin musiqi müəllimi X14 musiqi dərsləri tədris etdiyi siniflərin sinif jurnalları və 2020/2021, 2021/2022-ci tədris illəri üzrə Masallı rayonu, F.Xancanov adına Musaküçə tam orta məktəbin müəllimlərinin və texniki işçilərinin işə davamiyyət tabelləri, əmrlər və əməkhaqqı ödəniş cədvəlləri Masallı rayon F.Xancanov adına Musaküçə kənd tam orta məktəbinə qaytarılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar