Məhkəmə qərarları › İş №1(050)-10/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-10/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-10/2024 28.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçisi-Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx.xx.1988-ci ildə Masallı rayonu Boradigah qəsəbəsində anadan olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanənda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, 27 aprel 2021-ci il tarixdən həbsdə saxlanılan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən Təqsirləndirilən şəxs cavabdeh kimi ondan nisyə alınmış qızıl-zinət əşyalarına görə borclu olduğu 145000,00 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikasının manatına məzənnəsi ilə) və dövlət rüsumuna görə 30,00 manat alınaraq Zərərçəkmiş şəxs xeyrinə tutulmasına dair Şirvan Apelyasiya Məhkəməsinin 23 iyul 2021cu il tarixli, 2(106)-402/2020 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Masallı Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2021-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 12 aprel 2022-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 11 avqust 2022-ci il tarixədək Zərərçəkmiş şəxs 145000,00 ABŞ dolları məbləğində borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Masallı Rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh kimi nisyə satılmış qızıl-zinət əşyalarına görə borclu olduğ 147.000 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikasnın manatına məzənnəsi ilə) və ödənilmiş dövlət rüsumuna görə 30,00 manat məbləğində pulun alınaraq Qalib Məcidova verilməsi qət eilmişdir. Lakin qətnamədən narazı qaldığından apellyasiya şikayət vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 23 iyul 2020-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh kimi nisyə satılmış qızıl-zinət əşyalarına görə borclu olduğu 145.000 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikasnın manatına məzənnəsi ilə) məbləğində pulun alınaraq Qalib Məcidova verilməsi qət eilmişdir. Bu barədə icra sənədi Masallı Rayon İcra və Probasiya Şöbəsinə icraya yönəldilmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qətnamə üzrə borcundan icra dövründə Qabilə ödəniş etməmişdir. Özünü iş üzrə tam təqsirli bilir həqiqətəndə onun ittahmda qeyd olunan məbləğdə Zərərçəkmiş şəxs borcu vardır.O, həmin pullardan müəyyən hissəsini pis vərdişləri olduğu üçün xərcləmişdir. Digər bir qismini atasına vermişdir ki, zəli satışı ilə məşğul olsun. Lakin həmin zəlinin çox hissəsi oğurlanmış, qalan təxminən 20.000 zəli satmış, ondan 20.000 yaxın pul əldə etmişdir. Əldə edilən pulu və digər əlində olan əmlakları sataraq hamısını pis vərdişlərinə xərcləmişdir. Zərərçəkmiş şəxsə olan borcunu qaytarmaq istəyir. Ona vaxt verilsə özünə məxsus evi sataraq zərərçəkmiş şəxsin pulunu ödəyəcəkdir. Göstərilənlərə nəzərə alaraq ona azadlıqadan məhrumetmə ilə əladəqar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci ilin əvvəlində qohumları və həmdə həmkəndliləri olan X14, arvadı X6 və oğlu Təqsirləndirilən şəxs faktiki yaşadığı evinə oğlu Amurun tutulması ilə bağlı üzrxahlığa gəlmişlər. Qohum və qonaq kimi onları evində qəbul etmişdir. Bir müddət sonra Şəhriyar ehtiyacı olduğunu bildirirək ondan 2000,00 ABŞ dolları borc almışdır. Şəhriyar dediyi vaxtda həmin pulu qaytarmış və atası ilə birlikdə ona iş təklif etmişlər. Onlarla işləmək istəmədiyini bildirmişdir. Şəhriyar və atası Sərvər ona işləmələri üçün 10000,00 ABŞ dollarının borc verilməsini xahiş etmişlər. Şəhriyar onu inandırmaq üçün bildirdi ki, kartov biznesi ilə məşğul olacaqdır. Sonradan bilmişdir ki, Şəhriyarın dediyi çöl kartofu səhləbdir və səhləb qadağan olunan məhsuldur. Bir müddət sonra pula ehtiyacı olduğundan o vaxtkı qiymətlə əlində olan 44500,00 ABŞ dolları dəyərində 1098 (bir min doxasn səkkiz) qram qızılını pula çevirmək istəmiş, bundan məlumatı olan Şəhriyar və atsı Sərvər tanışları olduqlarını və həmin qızılı satıb pulunu sabahısı gətirəcəklərini bildirmişlər. Artıq onda inam yaratdıqlarından Şəhriyara inanıb həmin qızıl məlumatlarını sonuncuya çatdırmaq üçün Sərvərə vermişdir. Səhəri günü qızılın pulunu tələb etdikdə Şəhriyar ona qızılı verdiyi adam Gürcüstanda dərman aparıb və orada dərmanla tutulub, məhkəməsi olacaq, 45 günə gələcək, gələn kimi pulunu alıb ona verəcək, oda qohum olduğu üçün onun sözlərinə inanmışdır. Yaşlı olduğundan, əvvəllki işini işləyə bilmədiyindən bütün qızıllarını yığıb satmaqla bu işə birdəfəlik son qoymaq qərarına gəlmişdir. 2017-ci ilin iyun ayının 20-də Təqsirləndirilən şəxs ona zəng vuraraq bildirdi ki, qızılları univermaqda baha qiymətə almaq istəyən var, ona səndə olan qızıldan da çox qızıl lazımdır. O da Şəhriyarla “Moskva” Unuvermağının yanında görüşüb, həmin univermaqda qızıl satan tanışlarından əlavə də qızıl götürüb Şəhriyara 102.500 ABŞ dollları dəyərində 2608 (iki min altı yüz səkkiz) qram qızıl vermişdir. Qızılı aparandan beş gün sonra Şəhriyarla əlaqə saxlaya bilməmişdir. Bir müddət sonra Şəhriyarla əlaqə saxlamış, ona bildirmişdir ki, qızılı ondan alsalar da pulunu hələ vermirlər. Dediyi adamlarla maraqlansa da, həmin şəxlərin onunla heç bir əlaqəsi olmadığını müəyyən etmişdir. Sonradan bilmişdir ki, Şəhriyar onu aldatmaq üçün müxtəliv bəhanələr uydurur. Ümumilikdə Şəhriyara 147,000 ABŞ dolları dəyərində qızıl vermişdir. Şəhriyar və atası Sərvər tərəfindən ona qarşı dələduzluq etdiklərindən hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Həmin müraciətini araşdırılma aparılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilmiş, lakin ona dəymiş ziyanın mülki məsələ olduğunu qeyd etməklə rayon məhkəməsinə müraciət etməsini tövsiyyə etmişlər. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətiində qalmışdır. Masallı Rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs nisyə satılmış qızıl-zinət əşyalarına görə borclu olduğu 147.000 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikasnın manatına məzənnəsi ilə) və ödənilmiş dövlət rüsumuna görə 30,00 manat məbləğində pulun alınaraq ona verilməsi qət eilmişdir. Lakin Təqsirləndirilən şəxs qətnamədən narazı qaldığından apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 23 iyul 2020-ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs apellyasiya şikayəti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs nisyə satılmış qızıl-zinət əşyalarına görə borclu olduğu 145.000 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikasnın manatına məzənnəsi ilə) məbləğində pulun alınaraq ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qəbul ediləndən sonra Təqsirləndirilən şəxs ona olan borcundan ödəniş etməmişdir. Şəhriyar qətnamə üzrə borcunu ödəmək əvəzinə onun pulları ilə Bakı şəhərində özü üçün arvadı X4 adına Bakı şəhəri Yasamal Rayonu Məhəmməd Xiyabani küçəsi 52, X20, M 4, m 2 ünvanında yeni tikilidə yaşayış evi, 30000,00 manat dəyərində mebel almışdır. Həmçinin Masallı rayonu Mollaoba kəndində qohumlarının pay torpağında ferma tikmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs qırmızı kitaba düşən səhləb bitkisi və zəli satışı ilə məşğuldur. Aylıq qazancı təqribən 2000,00 manatdan çox olur. Təqsirləndirilən şəxs əmək qabilliyyətli olmağına, zəlinin və səhləb bitkisinin satışından qazanc əldə etməsinə baxmayaraq qətnamə üzrə olan borcunu ödəmir. İcra məmurlarına müraciət edərək borcun alınmasına köməklik etmələrini xahiş etsədə, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq Şəhriyar icradan yayınmış və bu səbəbdən də inzibati qaydada həbs olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə borcunu qərəzli olaraq ödəmədiyindən barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Şirvan Apelyasiya Məhkəməsinin 23 iyul 2021-cu il tarixli, 2(106)-402/2020 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Masallı Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Lakin Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Azərbaycan Respublikası İXM-nın 528.1ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmiş və qətnaməni icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(050)-418/2021 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs icra müddətində qətnamə üzrə borcundan ödəniş etməmişdir. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən xx.xx.2022-ci il tarixədək məhkəmə qətnaməsini icra etmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid3 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ifadəsinə göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır. İş üzrə Zərərçəkmiş şəxs onun atasıdır. Təqsirləndirilən şəxs yaşadıqları evə gələrək atası Qabilə ehtiyacı olduğunu bildirirək ondan 2000,00 ABŞ dolları borc istəmişdir. X18 inanıb ona borc vermişdir. Şəhriyar dediyi vaxtda həmin pulu qaytarmış və atası ilə birlikdə Qabilə iş təklif etmişlər. Bir müddət sonra Qabilin pula ehtiyacı olduğundan o vaxtkı qiymətlə əlində olan 44500,00 ABŞ dolları dəyərində 1098 (bir min doxasn səkkiz) qram qızılını pula çevirmək istəmişdir. Bundan məlumatı olan Şəhriyar və atası Sərvər tanışları olduqlarını və həmin qızılı satıb pulunu sabahısı gətirəcəklərini bildirmişlər. Qabil Şəhriyara inanıb həmin qızıl məlumatlarını sonuncuya çatdırmaq üçün Sərvərə vermişdir. Səhəri günü qızılın pulunu tələb etdikdə Şəhriyar ona qızılı verdiyi adam Gürcüstanda dərmanla tutulduğunu, məhkəməsi olacağını, 45 gündən sonra gələcəyini və gələn kimi pulunu alıb ona verəcəyini bildirmişdir. Bundan əlavə Qabil Şəhriyarla “Moskva” Unuvermağının yanında görüşüb, həmin univermaqda qızıl satan tanışlarından əlavə də qızıl götürüb sonuncuya 102.500 ABŞ dollları dəyərində 2608 (iki min altı yüz səkkiz) qram qızıl vermişdir. Şəhriyar qızılı aparandan beş gün sonra Qabil ilə əlaqə saxlamış və qızılı ondan alsalar da pulunu hələ vermədiklərini demişdir. Dediyi adamlarla maraqlananda, həmin şəxlərin onunla heç bir əlaqəsi olmadığını bildirmişlər. Sonradan məlum olmuşdur ki, Şəhriyar Qabili aldatmaq üçün müxtəliv bəhanələr uydurur. X11 147,000 ABŞ dolları dəyərində qızıl vermişdir. Şəhriyar və atası Sərvər tərəfindən aldanıldığını bildikdən sonra Zərərçəkmiş şəxs məhkəməyə müraciət etmək məcburiyyətiində qalmışdır. Masallı Rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs nisyə satılmış qızıl-zinət əşyalarına görə borclu olduğu 147.000 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikasnın manatına məzənnəsi ilə) və ödənilmiş dövlət rüsumuna görə 30,00 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs verilməsi qət eilmişdir. Lakin Təqsirləndirilən şəxs qətnamədən narazı qaldığından apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 23 iyul 2020-ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs apellyasiya şikayəti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs nisyə satılmış qızıl-zinət əşyalarına görə borclu olduğu 145.000 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikasnın manatına məzənnəsi ilə) məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs verilməsi qət eilmişdir. Məhkəmə qətnaməsi qəbul ediləndən sonra Təqsirləndirilən şəxs Qabilə olan borcundan ödəniş etməmişdir. Şəhriyar Qabilə olan borcunu ödəmək əvəzinə sonuncunun pulları ilə Bakı şəhərində arvadı X4 adına Bakı şəhəri Yasamal Rayonu Məhəmməd Xiyabani küçəsi 52, X20, M 4, m 2 ünvanında yeni tikilidə yaşayış evi, 30000,00 manat dəyərində mebel almışdır. Həmçinin Masallı rayonu Mollaoba kəndində qohumlarının pay torpağında ferma tikmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs qırmızı kitaba düşən səhləb bitkisi və zəli satışı ilə məşğuldur. Aylıq qazancı təqribən 2000,00 manatdan çox olur. Təqsirləndirilən şəxs əmək qabilliyyətli olmağına, zəlinin və səhləb bitkisinin satışından qazanc əldə etməsinə baxmayaraq qətnamə üzrə olan borcunu ödəmir. Təqsirləndirilən şəxs hazırkı vaxta qədər məhkəmə qətnaməsindən icra etməkdən qərəzli olaraq yayınmaqda davam edir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsinə göstərmişdir ki, 2009-cu ildən Aran-Ə MMC-nin direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs və X7 direktoru olduğu Aran - Ə MMC tərəfindən tikilən yaşayış binasının sakini kimi tanıyır. Bakı şəhəri Yasamal Rayonu Məhəmməd Xiyabani küçəsi 52, X20, M 4, m 2 ünvanında yerləşən yaşayış yaşayış evi 60960,00 ABŞ dollarına X2. Şahin Məmmədov xx.xx.2017-ci ildə Aran-Ə MMC- nə ərizə ilə müraciət edərək Bakı şəhəri Yasamal Rayonu Məhəmməd Xiyabani küçəsi 52, X20, M 4, m 2 ünvanında yerləşən yaşayış evini X8 60960,00 ABŞ-dollarına satdığından sonuncunun adına keçirilməsini xahiş etmişdir. Odur kİ, Aran-Ə MMC-i ilə Pərvin Aslanova arasında 30 avqust 2017-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında müqavilə bağlanmışdır. Qeyd olunan mənzilin dəyəri 60960 ABŞ-dolları məbləğində vəsait X15 və X12 öz aralarında ödəniş etdiklərindən Aran-Ə MMC tərəfindən heç bir kassa əməliyyatı aparılmamışdır. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə borcu olduğundan arvadı Pərvin Aslanovanın adına olan həmin mənzili satmaq istədikləri barədə məlumatı olduğunu, lakin hazırkı vaxtadək satılmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 23 iyul 2021-cu il tarixli, 2(106)-402/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs nisyə alınmış qızıl-zinət əşyalarına görə borclu olduğu 145000,00 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikasının manatına məzənnəsi ilə) alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işində olan Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Şirvan Apelyasiya Məhkəməsinin 23 iyul 2021-cu il tarixli, 2(106)-402/2020 nömrəli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs arvadı X4 adına Bakı şəhəri Yasamal Rayonu Məhəmməd Xiyabani küçəsi 52, X20, M 4, m 2 ünvanında yeni tikilidə yaşayış evini satın almışdır. Bundan əlavə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli Çıxarışından görünür ki, Masallı Rayonu Mollaoba kəndində Təqsirləndirilən şəxs xüsusi mülkiyyətində fərdi yaşayış evi qeydiyyata alınmışdır. İş materiallarında olan “Aran-Ə MTK” tərəfindən təqdim olunan 01 iyun 2017-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilədən və mədaxil qəbzindən görünür ki, Aran-Ə MMC tərəfindən Bakı şəhəri Yasamal Rayonu Məhəmməd Xiyabani küçəsi 52, X20, M 4, m 2 ünvanında yerləşən yaşayış evi 60960,00 ABŞ dollarına X2. İş materiallarında olan “Aran-Ə MTK” tərəfindən təqdim olunan 30 avqust 2017-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilədən görünür ki, X15 tərəfindən Bakı şəhəri Yasamal Rayonu Məhəmməd Xiyabani küçəsi 52, X20, M 4, m 2 ünvanında yerləşən yaşayış evinin qiyməti dəyişməz olaraq 60960,00 ABŞ dollarına X1. İş materiallarında olan bildiriş və xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs qətnamənin icrası tələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, «CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.» Həmin qərarda həmçinin qeyd edilir ki, «CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -Məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir.» Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 306.1.ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında qətnaməni maddi imkansızlığı ilə əlaqədar icra edə bilməməsi barədə ifadəsinə münasibətdə qeyd edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və həmin ifadə işin halları ilə təkzib olunduğu üçün, məhkəmə onun ifadəsini sübut kimi rədd edir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan 25 mart 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan və xx.xx.2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2023-cü il tarixdə ittiham elan edilməsi üçün axtarışda olan şəxs kimi tutulmuş və 26 mart 2023-cü il tarixə qədər saxlanılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin tələblərini pozduğu üçün Masallı rayon məhkəməsinin 27 fevral 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Masallı rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və elektron çıxarışdan görünür ki, Aslanov X5 Rayonu, Boradigah qəsəbə N.Nərimanov küçəsi ev 7 ünvanında qeydiyyatda, xx.xx.2011-ci il təvəllüdlü X3 adlı azyaşlı uşağı var, yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kmi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs uzun müddətdir borc öhdəliyini icra etmir, bu isə onun qərəzli olmasına əsas verir. Ona görə də o, azadlıqdan məhrumetmə ilə əlaqədar cəza təyin etməklə islah oluna bilər. Bu səbəblə də azadlqıdan məhrumetmə növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3.-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut, mülki iddia və Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1.-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 25 mart 2023-ci il tarixdən 26 mart 2023-cü il tarixədək tutulduğu müddət 02 (iki) gün kimi nəzərə alınaraq ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına daxil edilsin və onun üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 27 fevral 2024-cü il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətinə Masallı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar