Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-10/2025 15.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs İbişəli oğlunun, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1986-cı il tarixdə Masallı rayonu, Yeddioymaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin 1(050)-221/2023 nömrəli, 04 dekabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin hökm üzrə 07 yanvar 2024-cü il tarixdən 13 sentyabr 2024-cü il tarixədək cəzasının 8 ay 06 gününü çəkmiş, 1 il 9 ay 24 gün müddədə çəkilməmiş cəzası qalmış, Masallı Rayon Məhkəməsinin 4(050)-85/2024 nömrəli, 14 sentyabr 2024-cü il tarixli qərarına əsasən barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Masallı Rayon Məhkəməsinin 1(050)-210/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 13 sentyabr 2024-cü il tarixdən hesablanmış, Şirvan Apellyasiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli qərarına əsasən Masallı Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli hökmü dəyişdirilərək qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, həmin cəzanı 14 saylı Cəzaçəkmə müəssisəsində çəkən, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olan və yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsi ilə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Masallı rayonu Şərəfə kənd sakini Zərərçəkmiş şəxs İbişəli oğluna 1560 manat pul müqabilində sonuncunun qızı X4 üçün pensiya təyin etdirəcəyinə dair yalan vəd vermişdir. Lakin üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs onun istifadəsində olan 4169 7388 9865 0308 saylı plastik kart hesabına 07 may 2024-cü il tarixdə “Bir bank” mobil tətbiq vasitəsi ilə köçürmə yolu ilə göndərdiyi 60 manat pulu, 26 may 2024-cü il tarixdə göndərdiyi 100 manat və 28 may 2024-cü il tarixdə göndərdiyi 1400 manat pulu vahid niyyətlə ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs 1560 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bidirmişdir ki, ofisdə müəyyən sənədlərin sənədlərdirilməsində vətəndaşlara köməklik göstərir. 2024-cü ilin əvvəllərində Novruz zəng edərək qızı Leyla 2016-cı il tarixdə ürək əməliyyatı olduğundan ona pensiya düzəltmək istəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs lazımı sənədləri almış və pensiya düzəltmək üçün 2500 manata razılığa gəlmişlər. Novruza ilk dəfə 60 manat pulu onun kartına göndərmişdir. İkinci dəfə Novruz 100 manat pul, iki gün sonra isə 1400 manat pul göndərmişdir. Ümumlikdə Novruzdan 1560 manat pul almışdır. O, sənədləri xəstəxanada həkimlərə aparmış, xəstəxanada uşaq üçün epikriz yazılmış və digər sənərlər hazırlanmışdır. Lakin həmin sənədlərin heç biri onda yoxdur. Sənədlər veriləndən sonra 3-4 ay ərzində məsələyə baxılır və müəyyən sənədlər var ki, alınması vaxt çəkir. Ondan sonra xəstə sənədlər düzələn zamanı xəstəxanaya getməli və pensiya düzətmək üçün sənədlər komissiyaya yönəldilməli idi. O, tutulduğu üçün işi düzəldə bilməmiş və sənədləri düzəltmək üçün hər hansı bir şəxsə pul verməmişdir. Lakin pensiya düzəldə bilməmiş və aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda Zərərçəkmiş şəxs İbişəli oğlu ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Buna görə də, barəsində cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs İbişəli oğlu ifadəsində bildirmişdir ki, Tural ilə bu günə kimi tanışlığı olmamışdır. Tural ilk öncə baldızı Günel üçün sosial yardım düzəltməli idi. Onun uşağı ürəyindən əməliyyat olunduğundan və bununla bağlı rəsmi sənəd ala bilmədiyindən həmin vaxt o, da uşağı üçün pensiya düzəltmək istəmişdir. Baldızı demişdir ki, Təqsirləndirilən şəxs adlı adam var sənəd işləri düzəldir. Bu işlə bağlı 07 may 2024-cü il tarixdə baldızı Günel ilə birlikdə Təqsirləndirilən şəxs Xətai parkında yerləşən ofisinə getmişlər. Tural onun xəstə qızı Leyla Novruzova üçün 3 ay müddətində pensiya və ona sosial yardım düzəldəcəyini demiş, bununla bağlı müəyyən sənədlər istəmişdir. O, sosial yardım düzəltmək üçün Turala pay bəlli torpağın sənədinin surətini də, vermişdir. O, üç uşaq atası olduğu üçün pay bəlli torpağın sənədin verməliydi. O, Turalla 2500 manat pula razılaşmış və kartında olan 60 manat pulu Turalın kartına göndərmişdir. Sonra Tural zəng edərək sənədlərin hazır olduğunu bildirmiş və pul göndərməsini istəmişdir. O, 26 may 2024-cü il tarixdə Turala 100 manat, iki gün sonra 28 may 2024-cü il tarixdə isə arvadının krdeitə götürdüyü 1400 manat pulu göndərmişdir. O, Turala ümumilikdə 1560 manat pul vermişdir. Tural hər dəfə sənədlərin komissiyaya gedəcəyini, müayinə üçün uşağı Bakıya aparacağını və buna görə gözləməsini demişdir. Bu iş 2024cü ilin avqust-sentyabr ayında yekunlaşmalı idi. Sentyabr ayında Turalın iki nömrəsinə də, zəng etmiş və wahtsappa da, yazmış, lakin cavab verməmişdir. Turalın pensiya düzəltmədiyini görüb polisə şikayət etmişdir. Tural baldızı Günel üçün də, sosial yardım düzəltməmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Buna görə də, ərizə təqdim edərək Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 Şərafətdin qızı ifadəsində bildirmişdir ki, bacısı Günel və əri Novruz Tural ilə görüşmək üçün Masallı şəhərinə getmişlər. Evə qayıdan zaman əri Xətai parkında Tural ilə görüşdüklərini, Turalla uşağa pensiya düzəltmək üçün 2500 manata razılaşdıqlarını və ilkin olaraq karta 60 manat göndərdiyini demişdir. Novruz Turala 100 manat, daha sonra onun kreditə götürdüyü 1400 manat pulu göndərmişdir. Lakin Tural pensiya işini düzəltmədiyindən ərim Tural barəsində şikayət etmişdir. Məhkəmə iclasında Şahid2 Şərafəddin qızı ifadəsində bildirmişdir ki, Turalın sosial idarəsində başqa şəxsə sosial düzəltməsi ilə bağlı danışdığını görüb ona yaxınlaşmış və tanış olmuşdur. Turaldan onun üçün də, sosial düzəltməkdə ona köməklik etməsini xahiş etmişdir. 2024-cü ilin aprel ayında yeznəsi Zərərçəkmiş şəxs ürək xəstəsi olan qızı 2016-cı il təvəllüdlü Leyla Novruzovaya pensiya düzəldirmək istədiyini bildirdiyi üçün ona 2024-cü ilin mart ayından tanıdığı Təqsirləndirilən şəxs Füzuli oğlunun nömrəsini vermişdir. 07 may 2024-cü il tarixdə Novruzla birlikdə Masallı şəhəri Xətai parkında Tural ilə görüşmüşlər və X2 pensiya düzəltmək üçün 3000 manat pul istəmiş, lakin Novruzla 2500 manata razılaşmışlar. Həmin vaxt Novruz kartından 60 manat pulu Turalın ona verdiyi 4169 7388 9865 0308 saylı kart hesabına mobil tətbiq vasitəsi ilə göndərmişdir. 2024-cü ilin iyun ayının əvvəllərində Novruzun yaşadığı evə getmiş və söhbət zamanı bacısı Firuzə Novruzun əlavə olaraq Turala 1500 manat pul göndərdiyini, lakin pensiya işini düzəltmədiyinə görə Tural barəsində polisə şikayət etdiyini demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 04 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, Masallı rayonu Yeddioymaq kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur. - “Lənkəran şəhər Psixatriya xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 31 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Masallı rayonu Yeddioymaq kəndində qeydiyyatda olan Ağayev X3 şəhər Psixatriya xəstəxanasında qeydiyyatda deyil. - Masallı rayon İcra Hakimiyyəti Başçısının Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 07 noyabr 2024-cü il tarixli, 815 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə üzvləri vardır: atası X8, anası X1, arvadı X9, uşaqları – 18 iyun 2010-cu il təvəllüdlü X10 və 12 dekabr 2012-ci il təvəllüdlü X11. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 30 oktyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1986-cı il tarixdə Masallı rayonu, Yeddioymaq kəndində anadan olmuş Ağayev X5 Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Masallı Rayon Məhkəməsinin 1(050)-210/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddəsi ilə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 9 (doqquz) ay 25 (iyirmi beş) gün müddətin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 10 (on) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası hesablanmış və Azərbaycan Respublikasının CM-in 67.1ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur, cəzasının əvvəli 13 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. - Şirvan Apellyasiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 1(050)-210/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli hökmü Təqsirləndirilən şəxs şikayətinə əsasən dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMin 178.2.1 və 178.2.4-cü maddəsi ilə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 9 (doqquz) ay 25 (iyirmi beş) gün müddətin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 10 (on) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası hesablanmış və Azərbaycan Respublikasının CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur, Masallı Rayon Məhkəməsinin 1(050)-210/2024 nömrəli, 06 noyabr 2024cü il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Masallı rayon İcra və Probasiya şöbəsinin 31 oktyabr 2024-cü il tarixli 2-2666/24- 62-16 saylı məktubdan görünür ki, Masallı Rayon Məhkəməsinin 1(050)-221/2023 saylı, 04 dekabr 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, hökm və hökmün icrası barədə göstəriş 07 yanvar 2024-cü il tarixdə icraata daxil olmuş, məhkum 07 yanvar 2024-cü il tarixdən 07 sentyabr 2024-cü il tarixədək cəzasının 8 ay müddətini çəkmiş, məhkum Təqsirləndirilən şəxs çəkilməmiş cəzası 1 il 10 ay təşkil edir. - Masallı rayon Polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab olaraq tərtib olunmuş 09 noyabr 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu Yeddioymaq kənd sakini Ağayev X6 şəhəri Səməd Vurğun küçəsində yerləşən Xətai parkında tanış olduğu Masallı rayonu Şərəfə kənd sakini Zərərçəkmiş şəxs İbişəli oğlundan qızı Leyla Novruzovaya 1560 manat pul müqabilində pensiya təyin etdirəcəyinə dair vəd verməklə 07 may 2024-cü il tarixdə 60 manat, 26 may 2024-cü il tarixdə 100 manat və 28 may 2024-cü il tarixdə 1400 manat pulu istifadəsində olan 4169 7388 9865 0308 saylı plastik kart hesabına köçürdürmək yolu ilə pulu vahid niyyətlə alıb dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan dələduzluq cinayət əməllərini törətməsində ona hər hansı bir şəxsin köməklik etməsi faktı əməliyyataxtarış tədbirləri zamanı öz təsdiqini tapmamış və onun dələduzluq cinayət əməlini törətməsi nəticəsində əldə etdiyi ümumilikdə 1560 manat puldan hər hansı bir şəxsə verməsi müəyyən olunmamışdır. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Rac Səfərovun 05 noyabr 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərarından görünür ki, 4169 7388 9865 0308 saylı plastik kart hesabına 07 may 2024-cü il tarixdə “Bir bank” mobil tətbiq vasitəsi ilə köçürmə yolu ilə 60 manat pulun, 26 may 2024-cü il tarixdə 100 manat pulun və 28 may 2024-cü il tarixdə 1400 manat pulun göndərilməsinə dair üç ədəd qəbz maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına təhvil verilmişdir. - Masallı Rayon Məhkəməsinin 1(050)-228/2024 nömrəli, 11 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə həbs qətimkan tədbiri seçilmişdir. - Zərərçəkmiş şəxs İbişəli oğlunun məhkəmə baxışı iclasında təqdim etdiyi 15 aprel 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdiyi ifadələri, üzləşdirmə protokolları, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs Füzuli oğlunun əməli CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs İbişəli oğlunun və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində cinayət təqibinə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilərək o, cinayət məsuliyyətindən azad edildiyindən onun barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli hökmünə əsasən təyin edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli qərarı ilə dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə CMnin 67.1-ci maddəsinə əsasən qəti olaraq müəyyən edilmiş 2 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzasını hazırda ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut 4169 7388 9865 0308 saylı plastik kart hesabına 07 may 2024-cü il tarixdə “Bir bank” mobil tətbiq vasitəsi ilə köçürmə yolu ilə 60 manat pulun, 26 may 2024-cü il tarixdə 100 manat pulun və 28 may 2024-cü il tarixdə 1400 manat pulun göndərilməsinə dair üç ədəd qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödədiyinə və onunla barışdığına görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli hökmünə əsasən təyin edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli qərarı ilə dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq müəyyən edilmiş 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasını hazırda ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut 4169 7388 9865 0308 saylı plastik kart hesabına 07 may 2024cü il tarixdə “Bir bank” mobil tətbiq vasitəsi ilə köçürmə yolu ilə 60 manat pulun, 26 may 2024-cü il tarixdə 100 manat pulun və 28 may 2024-cü il tarixdə 1400 manat pulun göndərilməsinə dair üç ədəd qəbz cinayət işinin materiallarında saxlanılsın. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Qərardan elan olunduğu, Təqsirləndirilən şəxs isə qərarın surətinin verildiyi andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №1(050)-10/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-10/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver