Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-101/2023 11.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs müdafiəçiləri Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə. xx.xx.1969-cu il tarixdə Yardımlı rayonu Tahirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Tahirli kəndində qeydiyyatda olmaqla Masallı rayonu Səmidxan kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 26 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində qızı Şahid1 görmək üçün sonuncunun əri Zərərçəkmiş şəxs və ailə üzvləri ilə birlikdə yaşadığı Masallı şəhəri 1-Dadva küçəsi 22-də yerləşən fərdi yaşayış evinə gəlmiş, orada Zərərçəkmiş şəxs valideynləri ilə sözlə mübahisə etdiyindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həyətin giriş darvazasının qarşısında yumruq zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq sonuncuya alının sağ yarısında, burun və sol yanaq nahiyəsində əzilmiş səthi yara, sağ əlin arxa səthində şişkinlik və qançır, sağ əlin 4-cü barmağında şişkinlik, qançır və oynaqlarda hərəkət məhdudluğu ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngüL zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun qızı Şahid1 2021-ci ilin aprel ayında Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Qızı Şahid1 və Zərərçəkmiş şəxs arasında dəfələrlə ailədaxili mübahisələri olmuş və bu barədə qızından eşitmişdir. Sonuncu belə ailədaxili mübahisə 21 dekabr 2022-ci il tarixdə baş vermiş, qızı Fəridəni əri İmamverdi ona məxsus evə gətirmiş, daha sonra 24 dekabr 2022-ci il tarixdə İmamverdi Hüseynli atası Şahid3 ilə birlikdə ona məxsus evə gəlmişlər və Üzeyir qızı Fəridəni ondan istəyərək bir daha belə bir mübahisə baş verməyəcəyini, cavan ailənin dağılmasına icazə verməməsini xahiş etmişdir. Həmin vaxtı qızı Fəridəni özünün icazəsilə ər evinə getməsinə razılıq vermiş, qızı Fəridə ilə birlikdə İmanverdi və atasına inanmış, qızı yenidən ər evinə qayıtmışdır. 26 dekabr 2022-ci il tarixdə təqribən saat 12 radələrində baldızı qızı Şahid2 ilə birlikdə qızı Fəridənin yaşadığı evə qızının ailə vəziyyəti ilə maraqlanmaq üçün getmiş, evin həyətinə daxil olduqda qızının qayınanası Şahid4 onu qarşılamışdır. Qızılgül salamlaşmadan ona qızı Fəridənin yuxarıda olduğunu və qızını götürüb aparmasını demişdir. Fəridənin qayınanasına qızına məxsus maaş kartından ötən müddət ərzində xeyli miqdarda pul xərclədiklərini və qızına bir dəst paltar belə almadıqlarını deyərək irad bildirmiş, bundan sonra aralarında mübahisə baş vermiş, mübahisə Qızılgüllə həyətdə başlamış və evin içərisində davam etmişdir. Təqribən 10 dəqiqə sonra Qızılgülün əri Üzeyir evə gəlmiş, Üzeyir arvadıla birlikdə onunla sözlə mübahisə etməyə başlamış, Üzeyir və Qızılgül yaşadıqları evdən çxıb gedib oğlanları İmamverdini evə gətirmişlər. İmanverdi evə gələrək onu evdən həyətə çıxarmış, həmin vaxtı qızı Fəridə arxasıyca həyətə düşmüş, İmamverdi həyətdə ünvanına nalayiq küçə ifadələri işlətmiş, İmanverdiyə baş qoşmaq istəməmiş, lakin sonuncu üzərinə hücum çəkmiş və şalvarının cibini cırmışdır. Bundan sonra Üzeyir üzərinə cumub köynəyini cırmış, mübahisənin dava-dalaş hissəsi İmanverdinin yaşadığı həyətin giriş darvazasının qarşısında baş vermiş, İmanverdi və Üzeyir bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr endirmişlər, xəsarət almış, İmanverdi xəsarət aldığını görüb özünü divara vurmuş və özü-özünə xəsarətlər yetirməyə başlamışdır. Bundan sonra Fəridə evdən uşağı ilə birlikdə küçəyə çıxarkən İmamverdi Fəridənin üzərinə hücum çəkərək döymüş, qızının əlində olan paltar çantası yerə tökülmüş, daha sonra İmanverdi valideynlərini evin həyətinə salıb darvazanı bağlamış, hadisə barədə DİN-nin 102 zəng xidmətinə zəng edərək məlumat vermiş və daha sonra Masallı RPŞ-nin əməkdaşları oraya gəlmişlər. Özünü təqsirli bilmir və barəsində bəraət hökmü çıxarılmasını xahi edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qayınatasıdır. 2021-ci ilin aprel ayında Şahid1 ilə ailə həyatı qurmuş ailəli olduqları müddət ərzində arvadı Şahid1 ilə aralarında bir neçə dəfə ailə mübahisələri olmuş, qayınatası Təqsirləndirilən şəxs tez-tez ailə məsələlərinə müdaxilələr etmişdir. 26 dekabr 2022-ci il tarixdə təxminən saat 13 radələrində işdə olarkən istifadəsində olan mobil telefon nömrəsinə anası zəng edərək qayınatası Əzizin və və Əzizin baldızı qızı Şahid2 onlarda olduğunu və evə gəlməsini bildirdi. O, anasından nə baş verdiyini soruşduqda anası ona heç bir kəlmə söyləməmişdir. O, iş yerindən evə yaşadığı evə gələnədək keçmiş qayınatası Təqsirləndirilən şəxs anasının ünvanına nalayiq ifadələr işlətmiş, daha sonra evə atası Şahid3 gəlmiş və mübahisə bir azda böyümüşdür. Evə gəldikdə qayınatası Təqsirləndirilən şəxs valideynləri ilə sözlə mübahisə etdiyini görmüş, Təqsirləndirilən şəxs evdən həyətə çıxartmış, Əzizi həyətə düşürtdükdən sonra sonuncunu dava-dalaş baş verməməsi üçün həyətin giriş darvazasından çölə çıxartmışdır. Həmin vaxtı həyətin giriş darvazasının qarşısında qayınatası üzərinə hücum çəkmiş və qayınatası Təqsirləndirilən şəxs boğaz nahiyəsindən tutaraq yerə yıxaraq bədəninin müxtəlif nahiyələrinə yəni, döş qəfəsinə bir neçə dəfə yumruq zərbələri vurmuş, həmin vaxtı yerdə olarkən özünü müdafiə etmək üçün Əzizin bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə yumruq zərbələri vurmuşdur. Daha sonra qayınatası Təqsirləndirilən şəxs yaxasını qurtarmış, ayağa qalxmış, anası və atasını evin həyətinə salıb darvazanın qapısını bağlamışdır. Hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə məlumat vermiş və daha sonra Masallı RPŞ-nin əməkdaşları oraya gəlmişlər. Məhkəmə-tibb ekspertin rəyinə əsasən üzərində aşkar edilmş xəsarətləri 26 dekabr 2022-ci il tarixdə saat 13 radələrində baş vermiş mübahisə vaxtı qayınatası Təqsirləndirilən şəxs bir neçə dəfə yumruq zərbələri vuraraq yetirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs şikayətçidir, ona qanuni cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş Zərərçəkmiş şəxs atasdır. 26 dekabr 2022-ci il tarixdə saat Təqsirləndirilən şəxs və sonuncunun baldızı qızı Şahid2 yaşadığı evə gəlmişlər. O, həmin vaxt evdə olmamışdır. Təqsirləndirilən şəxs onlara gələrək həyatyoldaşı Qızılgüllə mübahisə etmişdir. O, evə gəldikdən sonra Təqsirləndirilən şəxs onunlada mübahisə etməyə başlamışdır. Bunu görən anası Şahid4 zəng edib məsələni aydınlaşdırması üçün evə çağırmışdır. Bir müddət keçdikdən sonra oğlu evə gəlmişdir. Elə bu vaxt Təqsirləndirilən şəxs evdən həyətə düşərək oğlu İmanverdi Hüseyinli mübahisə etməyə başlamışdır. X4 Təqsirləndirilən şəxs dava-dalaş baş verməməsi üçün həyətin giriş darvazasından çölə çıxartmışdır. Həmin vaxtı həyətin giriş darvazasının qarşısında Təqsirləndirilən şəxs İmanverdinin üzərinə hücum çəkmiş və Təqsirləndirilən şəxs İmanverdinin boğaz nahiyəsindən tutaraq yerə yıxmışdır. Təqsirləndirilən şəxs bundan sonra İmanverdinin bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə yumruq zərbələri vurmuş, həmin vaxtı yerdə olarkən oğlu İmanverdinin sifəti meyit rənginə dönmüşdür. Daha sonra oğlu qayınatası Təqsirləndirilən şəxs yaxasını qurtarmış, ayağa qalxmış, anası və atasını evin həyətinə salıb darvazanın qapısını bağlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 26 dekabr 2022-ci il tarixdə təqribən saat 12 radələrində atası Əziz Cəfırov və xalası qızı Şahid2 onun yaşadığı evə gəlmişlər. O, həmin vaxt evin yuxarı mərtəbəsində olmuşdur. Qaynanası Şahid4 atasını və xalasıqızını görmüşdü. Onla Fəridə hardadır soruşmuşlar o da yuxarında olduğunu bildirmişdir, Daha sonra qayınanası yuxarıya gələrək onun qolundan tutaraq “rədd ol” çıx evdən demişdir. Bundan sonra Üzeyir və Qızılgül oğlanları İmamverdini evə çağırmışlar. İmanverdi evə gələrək atasının üzərinə cumub köynəyini cırmış, bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr endirmişlər, xəsarət yetirmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid qismində dindirilmiş Şahid2 Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1144 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs alının sağ yarısında, burun və sol yanaq nahiyəsində əzilmiş səthi yara, sağ əlin arxa səthində şişkinlik və qançır, sağ əlin 4-cü barmağında şişkinlik, qançır və oynaqlarda hərəkət məhtudluğu müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın /əşyaların/ təsirindən törənmişdir, əl ilə vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən zərərçəkmiş və şahid ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayəti üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisələrini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 128-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətlərin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək zərərçəkimş şəxs X2 vuraraq xəsarət yetirmədiyini bildirməsi barədə, o cümlədən şahidlər X3 və ibtidai istintaqda dindirilmiş Şahid2 ifadəsinə münasibətdə qeyd edir ki, iş üzrə dindirilmiş zərərçəkmiş və şahidlər Şahid3 və Şahid4 ifadələri və məhkəmə tibbi ekspertizasının rəyi ilə onların məhkəmə istintaqında göstərdiyi xüsusatlar təkzib olunur. Odur ki, məhkəmə həmin ifadələri Təqsirləndirilən şəxs özünü, X3 atasını və Şahid2 isə qohumunu müdafiə etməsi kimi qiymətləndirir və işin digər halları ilə təkzib olunduğuna görə sübut kimi rədd edir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı rayon İHB-nin Masallı RİHB İ Səmidxan kənd İƏRÜ nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən və ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yardımlırayonu, Tahirli kəndində qeydiyyatda olmaqla, 1998-ci il tarixdə Masallı rayonu, İİ Səmidxan kəndind yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1.-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cimlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59.1.-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallardan yoxdur, lakin məhkəmə onun yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59.2.-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-ci bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, yaşı, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri, əməlinin nəzərə alınmış yüngülləşədirici halının nəzərə alınması ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə baş vermiş cinayət hadisəsinin törədilmə üsulunu, xarakterini və təhlükəlilik dərəcəsinin az olmasını nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddə təyin olunması daha ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1.- 52-1.2.4.-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia, Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduqdan sonra 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-101/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-101/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver