Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-101/2025 04.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas X1, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1988-cı ildə Masallı rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binə qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Cəfərov X9 Rayon Məhkəməsinin 26 iyul 2012-ci il tarixli, 2(050)-1030/2012 nömrəli qətnaməsi ilə 10 sentyabr 2010-cu ildə doğulmuş X13 və 26 fevral 2012-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altımış) manat sabit pul məbləğində müəyyən edilmiş aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq tutulub uşaqlar yetkinlik yaşına çatanadək Zərərçəkmiş şəxs verilməsinə dair Masallı Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2(050)-2791/2020 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(050)-1021/2021 nömrəli qərarına əsasən AR İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat inzibati qaydada cərimə və həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 3(050)-2074/2023 nömrəli qərarına əsasən yenidən AR İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2024-cü il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək Zərərçəkmiş şəxs 5585 (beş min beş yüz səksən beş) manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə birgə nikahdan iki uşaqları doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Bundan sonra Gülnarə nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qətnaməsinə əsasən həmin məhkəmənin 26 iyul 2012-ci il tarixli qətnaməsi ilə 10 sentyabr 2010-cu ildə doğulmuş X13 və 26 fevral 2012-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin ondan tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Bu barədə olan icra sənədi Masallı rayon İcra və Probasiya şöbəsinə verilmişdir. İcra şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qalıq borclarını vaxtında ödəmədiyindən dəfələrlə icra şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən Masallı Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcunu ödəməyi barədə bildiriş verilmişdir. Lakin, buna baxmayaraq yenə borcunu ödəyə bilməmişdir. Hazırda fəhlə işləyir. Aylıq qazancı müntəzəm deyil. Eyni zamanda ikinci dəfə ailə qurmuş və həmin nikahdan da iki nəfər uşağı vardır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən himayəsində iki nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi evlənmişdir. Birgə nikahdan 10 sentyabr 2010-ildə X13 və 26 fevral 2012-ci ildə X8 doğulmuşdur. Evləndikdən bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Faktiki olaraq ayrı yaşadıqları müddətdə Visal uşaqları ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Masallı Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılmış və Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentnin alınaraq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olur. Aylıq 500 (beş yüz) manat qazanc əldə edir. Lakin, qazancını özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. Uşaqlar böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək aiimentin alınmasına köməklik etmələrini xahiş etsə də, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Maddi vəziyyəti aşağı olduğundan Təqsirləndirilən şəxs aliment borcunu tam tələb edir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-2791/2020 nömrəli icra sənədinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 10 sentyabr 2010-cu ildə doğulmuş X14 və 26 fevral 2012-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər bir uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin tutulub tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Masallı rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə də icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunmasından ötrü borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu icra sənədi üzrə göstərilən tələbi könüllü olaraq təmin etmədiyindən “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən onun əmlak və gəlirlərinin öyrənilməsi ilə bağlı müvafiq orqanlara rəsmi sorğu edilmiş, lakin alınmış sorğu cavablarından borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlirlər aşkar olunmamışdır. Aparılmış araşdırmalar nəticəsində borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvanda yaşamaması müəyyən olunmuşdur. Bundan sonra “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinə əsasən borclu barəsində xx.xx.2021-ci il tarixdə axtarış qərarı qəbul edilərək Masallı RPŞ-nə göndərilmişdir. Masallı RPŞ-də xx.xx.2021-ci il tarixdə borclu Təqsirləndirilən şəxs barəsində 640576 nömrəli axtarış işi açılmışdır. xx.xx.2021-ci il tarixdə borclu Cəfərov X9 RPŞ-nin əməkdaşları tərəfindən Masallı rayon İcra və Probasiya şöbəsinə gətirilmiş və borcludan icra sənədi üzrə yaranmış 1000 (bir min) manat məbləğində aliment borcunu ödəməsi tələb olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs borcunu tam ödəyə bilməyəcəyini bildirdiyindən barəsində Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə təqdim olunmuş və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərarına əsasən borclu Təqsirləndirilən şəxs 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra borclu icra sənədində göstərilən tələbi təmin etmədiyindən barəsində xx.xx.2022-ci il tarixdə yenidən axtarış qərarı qəbul edilərək Masallı RPŞ-yə göndərilmiş və Masallı RPŞ-də xx.xx.2022-ci il tarixdə borclu Təqsirləndirilən şəxs barəsində 640264 nömrəli axtarış işi açılmışdır. xx.xx.2023-cü il tarixdə borclu Cəfərov X9 RPŞ-nin əməkdaşları tərəfindən Masallı rayon İcra və Probasiya şöbəsinə gətirilmiş və borcludan icra sənədində göstərilən tələbi təmin etməsi tələb olunmuşdur. Lakin, borclu yenə izahatında icra sənədində göstərilən tələbi tam edə bilməyəcəyini bildirmişdir. Bundan sonra borclu barəsində Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə təqdim olunmuş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 10 (on) gün müddətə inzibati qaydada həbs olunmuşdur. xx.xx.2023-cü il tarixdə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkməyə müraciət olunmuş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən təqdimat təmin olunaraq Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs Masallı rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək, borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün tədbirlərin görülməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə göstərilən tələbi təmin etmədiyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunacağı barədə sonuncu rəsmi xəbərdarlıq məktubu təqdim olunmuşdur. Borclu Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)-2791/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs 5585 (beş min beş yüz səksən beş) manat aliment borcu qalmışdır. Borclu Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyi üçün barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması üçün Ədliyyə Nazirliyini İsintaq idarəsinə təqdimat verilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2(050)-2791/2020 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 26 iyul 2012-ci il tarixli, 2(050)-1030/2012 saylı qətnaməsi ilə 10 sentyabr 2010-cu ildə doğulmuş X13 və 26 fevral 2012-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altımış) manat sabit pul məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Təzəkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 aprel 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 birgə nikahlarından 21 sentyabr 2012-ci il təvəllüdlü X12 və 14 fevral 2019-cu il təvəlüdlü X15 adlı uşaqları vardır. İş materiallarında olan 06 mart 2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdən saxlanındığı müvəqqəti saxlama yerindən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, Cəfərov X9 Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2(050)- 2791/2020 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Masallı Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixl, 3 (050)1021/2021 saylı qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat inzibati qaydada cərimə və həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 3 (050)- 2074/2023 saylı qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2024-cü il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixdə zərərçəkmiş şəxs X3 5585 (beş min beş yüz səksən) manat aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin manayfeyinə xələl gətirmişdir. Bununla da 29 oktyabr 2024-cü il tarixdə hazırki cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlindən peşman olmasını və ailəsinin yeganə təminatçısı olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə zərərçəkmiş şəxsə olan aliment borcunu ödəməməsini, onunla razılıq əldə etməməsini, bu səbəbdən də sonuncunun ona qarşı şikayətçi olmasını və ona ağır cəza təyin edilməsi barədə xahişini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə tutulmuş, 06 mart 2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən buraxılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Eyni zamanda məhkəmə xərclərinin, maddi sübutun və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdən 06 mart 2025-ci il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesabı ilə hesablanmaqla, üzərində qəti olaraq 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04 iyun 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-101/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-101/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver