Məhkəmə qərarları › İş №1(050)-102/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-102/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-102/2023 01.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-Masallı Rayon Vəkil Brosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-X2 iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1997-ci il tarixdə Masallı rayonu, Səmidxan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-448/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunan cəzası şərti hesab edilməklə 1 il 6 ay sınaq müddəti təyin edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Masallı rayonu, Səmidxan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs X4 19 yanvar 2023-cü il tarixdə, saat 13:15 radələrində köhnə Ələt-Astara-İran sərhədi avtomobil yolunun Masallı rayonu, Xıl kəndi ərazisindən keçən 171,8-ci km-də, Zərərçəkmiş şəxs idarə etdiyi “KİA Optima” minik markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilində sərnişin qismində olub, avtomobillə Astara rayonu istiqamətdə hərəkətdə olarkən, nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları, yəni hərəkət vaxtı sürücünün diqqətini nəqliyyat vasitəsini idarə etməkdən yayındırmamalı olduğu halda bunu etməyib, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, avtomobilin sükanını əli ilə tutub özünə tərəf, yəni hərəkət istiqamətinin əvvəlcə sağına doğru, daha sonra sola doğru çəkmiş, bu zaman sürücü idarəetməni itirdiyindən avtomobil əvvəlcə yolun sağına, daha sonra isə yolun sol ehtiyyat hissəsinə çıxmaqla ağaca çırpılmış, nəticədə ehtiyyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs ağciyərlərin əzilməsi və hemopnevmotoraks (döş boşluğuna hava və qan toplanması) ilə müşayiət olunan sol körpücük sümüyünün və soldan İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ qabırğalarının sınıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, həmçinin Zərərçəkmiş şəxs məxsus “KİA Optima” minik markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilə 11.780 manat maddi zərər dəyməsinə səbəb olmuşdur. Bu hərəkətləri ilə təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-in 267.1-1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs X4 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Masallı rayonu, Xıl kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 19 yanvar 2023-cü ildə, saat 13:00 radələrində Masallı şəhəri, Xətai parkının yaxınlığında olduğu zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs kollec qarşısında dayandığını görüb, ona yaxınlaşaraq nə üçün kollecin qarşısına tez-tez gəlməsinin səbəbini soruşduqda, sonuncu ona “Get işinlə məşğul ol” demişdir. Həmin vaxt aralarında mübahisə yaranmış, mübahisə zamanı Elnur ona avtomaşına əyləşib kənara getməyi bildirmişdir. Daha sonra “KİA Optima” minik markalı avtomobilin qabaq sərnişin oturacağına əyləşmiş, Elnur isə sükan arxasına əyləşərək köhnə Ələt-Astara yoluna çıxmışlar. Yolda Elnurdan hara getdiklərini soruşduqda, sonuncu “Qəbirsanlığa ölməyə gedirik” deyə cavab verdiyindən aralarında sözlə mübahisə yaranmışdır. Həmin vaxt əks istiqamətdən tanımadığı yük avtomobilin gəldiyini görüb, əli ilə sükanı tutaraq əvvəlcə sağa doğru çəkmiş, daha sonra sükanı geri qaytardıqda avtomobil idarəedilməz vəziyyətdə yoldan çıxaraq ağaca çırpılmışdır. Hadisə zamanı Elnur ilə birgə xəsarət almışlar. Hazırda etdiyi əməldən peşmandır. Zərərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ondan şikayətçi olmamasını, habelə İİ Qarabag Müharibəsi iştirakçısı olmasını, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını nəzərə alaraq, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs X2 törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Masallı rayonu, Səmidxan kənd sakini Əbdülmüttəllimi əvvəllər tanımamışdır. 19 yanvar 2023-cü ildə saat 13:00 radələrində özünə məxsus “KİA Optima” minik markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtomaşınla Masallı şəhərində yerləşən Xətai parkının qarşısına gəlmiş və avtomobildən düşərək nişanlısının kollecdən çıxmasını gözləmişdir. Həmin vaxt sonradan adını bildiyi Əbdülmüttəllim onun yanına yaxınlaşaraq, nə üçün kollecin qarşısına tez-tez gəlməsinin səbəbini soruşduqda, aralarında mübahisə yaranmışdır. Sonra kənarda söhbət etmək üçün “KİA Optima” minik markalı avtomobilə əyləşərək hərəkətə başlamışlar. Köhnə Ələt-Astara yolunda hərəkətdə olduqları zaman aralarında yenidən mübahisə yaranmış, mübahisə zamanı Əbdülmüttəllim sükanı tutaraq əvvəlcə sağa doğru çəkmiş, daha sonra sola istiqamətləndirdiyindən avtomobil yoldan çıxaraq ağaca çırpılmışdır. Hadisə zamanı ağır bədən xəsarətləri almışdır. Təqsirləndirilən şəxs İİ Qarabag Müharibəsi iştirakçısı olmasını nəzərə alaraq hazırda ondan şikayətçi deyil və onun tutulmasını istəmir, lakin ona dəymiş maddi ziyanın ödəlməsini tələb edərək barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Masallı rayonu, Xıl kənd sakini Zərərçəkmiş şəxs onun doğma oğludur. Səmidxan kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 19 yanvar 2023-cü ildə günorta saatlarında Xıl kəndində olduğu zaman oğlu Elnurun köhnə Ələt-Astara yolunda yol qəzasına düşməsini eşidib dərhal hadisə yerinə getmişdir. Orada oğlu Elnurun “KİA Optima” minik markalı avtomobilinin ağaca çırpılmış vəziyyətdə olduğunu görmüş və Elnurun Masallı RMX-ya aparıldığını bilmişdir. Sonra özü də hadisə yerindən birbaşa xəstəxanaya getmişdir. Xəstəxanada olduğu zaman oğlu Elnurun qəzada ağır bədən xəsarəti aldığını öyrənmişdir. Daha sonra hadisənin necə baş verdiyini soruşduqda, qəzadan əvvəl Əbdülmüttəllimin “KİA Optima” minik markalı avtomobilin sükanına müdaxilə etməsi səbəbindən hadisənin baş verdiyini bilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 mart 2023-cü il tarixli 8/728 saylı rəyində görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “KİA Optima” minik markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Mövcud metodiki vəsaitin tələblərinə əsasən sərnişin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və sərnişinin hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X9 10 fevral 2023-cü il tarixli 68/MEŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - ağciyərlərin əzilməsi və hemopnevmotoraks (döş boşluğuna hava və qan toplanması) ilə müşayiət olunan sol körpücük sümüyünün və soldan İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ qabırğalarının sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Masallı RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşının salonunda əmələ gələ bilmələri mümkündür. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 19 yanvar 2023-cü il tarixli 01015 qeydiyyat nömrəli alkotesterin nəticəsindən görünür ki, Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi zamanı spirtli içki təsiri altında olmamışdır. İş materiallarında olan AE № 448333 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs «BC» dərəcəsi ilə nəzərdən tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İş materiallarında olan ƏN-V № 702458 seriyalı etibarnamənin surətindən görünür ki, “KİA Optima” minik markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtomabilin mülkiyyətçisi X6 tərəfindən Zərərçəkmiş şəxs həmin avtomobili xx.xx.2030-cu il tarixədək idarə etməklə yanaşı digər hərəkətlər etmək səlahiyyəti verilmişdir. İş materiallarında olan 28 mart 2023-cü il tarixli qərardan və qəbzdən görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi “KİA Optima” minik markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtomabil maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan İ-12114, İ-17627 və İ-6612 nömrəli vəsiqələrin surətlərindən görünür ki, X4 “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxs X2 əməli Azərbaycan Respublikası CM-nin 267.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə X2 əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini, İİ Qarabag Müharibəsi iştirakçısı olmasını, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən X2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyat keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-448/2021 saylı hökmündən görünür ki, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunan cəzası şərti hesab edilməklə 1 il 6 ay sınaq müddəti təyin edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. İş materiallarında olan Masallı rayon İcra və Probasiya Şöbəsinin 31 may 2023-cü il tarixli, 2-124 saylı məktubundan görünür ki, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-448/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü xx.xx.2022-ci il tarixdə şöbəyə daxil olmuş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, sınaq müddəti xx.xx.2023-cü il tarixdə başa çatır. Azərbaycan Respublikası CM-nin 71.4-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cinayət əməlinin ehtiyatsızlıqda törədildiyini, İİ Qarabag Müharibəsi iştirakçısı olmasını, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını nəzərə alaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-448/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə şərti hesab olunaraq təyin edilmiş 1 il 6 ay sınaq müddətinin ləğv edilməməklə təqsirləndirilən şəxs X3 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə X2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuni və məqsədə müvafiq hesab edir. Ekspertiza tədqiqatının dəyəri olan 256 (iki yüz əlli altı) manat məbləğində pul X1 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan “KİA Optima” minik markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. X2 cəzasının icrası yaşadığı yer üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 256 (iki yüz əlli altı) manat məbləğində pul X1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və (və ya) apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar