Məhkəmə qərarları › İş №1(050)-104/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-104/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-104/2023 23.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs X3 və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər Masallı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Ədliyyə Nazirliyi Penitensiar Xidməti 16 saylı Cəzaçəkmə müəsissəsində cəza çəkən; X3 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 326.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə əvvəllər tanımadığı, Zərərçəkmiş şəxs1 Əfrail oğluna məxsus Masallı şəhəri, S.Məmmədov küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinin həyətyanı sahəsində olan yardımçı tiklinin açıq vəziyyətdə olan taxta qapısından qanunsuz daxil olaraq oradan 30 manat dəyərində 1 cüt qara rəngli dəri ayaqqabı, 5 manat dəyərində 1 ədəd dəstəyi taxtadan olan çəkic, 20 manat dəyərində 15 metr uzunluğunda qara rəngli, 2x2 ölçülü, elektrik naqilini, 20 manat dəyərində 1 ədəd Türkiyə istehsalı olan, “Mas” markalı boz rəngli dəlgeci, 100 manat dəyərində 1 ədəd, Rusiya istehsalı olan, “Aqidel” markalı su matorunu, 30 manat dəyərində 1 ədəd Almaniya istehsalı olan, “Mocer” markalı saçqırxan maşını və 5 manat dəyərində 1 ədəd vintaçanı gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs1 210 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən xx.xx.2023-cü il tarixdə, saat 03 radələrində tamah niyyəti ilə, özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə əvvəllər tanıdığı, Zərərçəkmiş şəxs2 məxsus Masallı şəhəri, Heydər Əliyev prospekti döngə 3 ev 1-də yerləşən fərdi yaşayış evinə ikinci mərtəbəsində olan plastik pəncərəni əlində olan dəmir parçası ilə açmaq yolu ilə qanunsuz daxil olaraq həmin evin ikinci mərtəbəsindəki dəhlizdə olan 1 ədəd 2500 manat dəyərində, 140 diaqonallı “LG” markalı televizoru, həmin evin ikinci mərtəbəsindəki yataq otağındakı paltar dolabının içərisində olan 1 ədəd 100 manat dəyərində, istifadə olunmuş, “Nokia N73” markalı mobil telefonu, 1 ədəd 100 manat dəyərində, “Apple” firmasının istehsalı olan “İ-Pad”i, 1 ədəd 100 manat dəyərində, “Blackbery” markalı mobil telefonu, 1 ədəd 200 manat dəyərində mirvari boyunbağını, 1 ədəd, 150 manat dəyərində, qırmızı rəngli, üzərində “Cerise” sözləri yazılmış qadın ətirini, 1 ədədinin qiyməti 200 manat olan, 2 ədəd 400 manat dəyərində sarı rəngli, üzərində “Cartier” sözü yazılmış qadın ətirini, 1711.90 Azərbaycan manatı nisbətində ümumilikdə 1007 ABŞ dolları pulunu və 1 ədəd “Dövlət qulluğunda fərqlənməyə görə” medal, 15 manat dəyərində medal qutusu və rəsmi sənəd hesab olunan vəsiqəni gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs2 xeyli miqdarda yəni, 5276.90 manat məbləğində maddi ziyan vurmuşdur. Bu hərəkətlərinə görə təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 326.1-ci maddələrində nəzərdə tutulmuş ittiham verilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş X7 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Masallı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin cinayət işi məhkəmə icraatında olduğu dövrdə azadlıqda olmuşdur. Həmin müddətdə pula ehtiyacı olduğuna görə xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin qarşısındaki dəmir hasardan tullanaraq həyətyanı sahəyə daxil olmuşdur. Yaşayış evinin həyətyanı sahəsində olan yardımçı tikilinin qapısını açaraq içəri daxil olmuşdur. Orada müxtəlif növ məişət əşyaları, tikinti ləvazimatları və ayaqqabılar olmuşdur. Həmin vaxt divardakı mismara asılmış olan sellofan torbanın içərisində olan saçqırxan maşını, daha sonra həmin otaqda yerdə olan 01 cüt qara rəngli dəri ayaqqabını, 01 ədəd dəstəyi taxtadan olan çəkici, 01 ədəd su matorunu, 01 ədəd dəlgec və təxmini uzunluğu 15 metr olan qara rəngli elektirik naqilini götürüb yardımçı tikilidə olan qara rəngli sellofan torbaya qoyaraq yardımçı tikilidən çıxmış və həyətyanı sahəyə daxil olduğu hasardan tullanaraq çölə çıxaraq evinə gəlmişdir. 1 ədəd saçqırxan maşını, 01 cüt qara rəngli dəri ayaqqabını, 01 ədəd dəstəyi taxtadan olan çəkici, 01 ədəd dəlgeci fərdi yaşayış evinin yaxınlığındakı ərazidə olan dəmir parçasının altında gizlətmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında oğurladığı su matorunu və uzunluğu 15 metr olan qara rəngli elektrik naqilini “Köhnə Bazar” adlanan yerə gətirmiş, 01 ədəd su matrounu 50 manata, 15 metr uzunluğunda elektrik naqilini isə 10 manata əvvəllər tanımadığı şəxsə satmışdır. Əldə etdiyi 60 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa orta məktəbdə birlikdə oxuduğu Şahid2 Bakı şəhərində işlədiyini, onun ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində atası Zərərçəkmiş şəxs2 və anası Kəmalə Əbilovanın Bakı şəhərinə getdiklərindən xəbəri olmuşdur. Maddi vəziyyətində çətinliklər olduğundan Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxtı oğurluqda istifadə etmək üçün özü ilə qalın ip və dəmir parçası götürmüşdür. xx.xx.2023-cü il tarixdə saat təxminən 03 radələrində Zərərçəkmiş şəxs2 fərdi yaşayış evinin qarşısına gəldikdən sonra dəmir darvazanın üzərindən tullanaraq Zərərçəkmiş şəxs2 fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olmuşdur. Həmin vaxtı həyətin kənarında taxta nərdivanı götürmüş və onu Zərərçəkmiş şəxs2 fərdi yaşayış evinin divarına söykəyərək evin ikinci mərtəbəsində olan plastik pəncərənin qarşısına çıxmış, cibində olan dəmir parçası ilə plastikdən olan pəncərəni sıxaraq açmış və evin ikinci mərtəbəsinə daxil olmuşdur. İçəri daxil olduqdan sonra zalda “LG” markalı televizorun olduğunu görmüşdür. Bundan sonra ikinci mərtəbədəki yataq otağına daxil olmuşdur. Yataq otağındakı paltar dolabının içərisinə baxan zaman orada olan 1 ədəd “Nokia N73” markalı mobil telefon, 1 ədəd “Apple” firmasına məxsus olan “İ-Pad”, 1 ədəd “Blackbery” firmasına məxsus mobil telefon, 1 ədəd mirvari boyunbağının, 1 ədəd, qırmızı rəngli, üzərində “Cerise” sözləri yazılmış qadın ətiri, 2 ədəd üzərində “Cartier” sözü yazılmış qadın ətiri, 1 ədəd qırmızı rəngli qabda olan medalın və həmin medalın vəsiqəsinin olduğunu görmüşdür. Həmin əşyaları yataq otağındakı paltar dolabında olan qara rəngli sellofan torbanın içərisinə qoymuşdur. Bundan sonra həmin yataq otağındakı divanın matrasının altına baxmış və orada 10 ədəd 2 dollar, 12 ədəd 1 dollar, 4 ədəd 50 dollar, 4 ədəd 100 dollar, 15 ədəd 20 dollar, 15 ədəd 5 dollar olmaqla ümumilikdə 1007 dollar pul olduğunu görmüşdür. Həmin pulları da matrasın altından götürərək cibinə qoymuşdur. Daha sonra həmin otaqdan çıxmış və zalda olan “LG” markalı televizoru da özü ilə pəncərənin kənarına gətirmiş və üzərində olan qalın ipə bağlayaraq pəncərədən aşağı salmışdır. Daha sonra isə özü nərdivan ilə aşağı düşmüşdür. Oğurladığı əşyaları darvazanın qarşısına gətirmiş və darvazanın yanındakı daş hasarın üzərinə çıxaraq çölə çıxarmışdır. Oğurladığı əşyaları özünün fərdi yaşayış evinə gətirmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində 1007 ABŞ dollarını, mirvari boyunbağını və 1 ədəd üzərində “Cartier” sözü yazılmış qadın ətrini götürərək Masallı şəhəri ərazisində yerləşən “Təzə Bazar” adlanan yerə gəlmişdir. Həmin vaxt “Təzə Bazar”-ın girişində xarici pulların dəyişilməsi ilə məşğul olan şəxslərin dayandığını bilmişdir. Bu zaman orada olan əvvəllər tanımadığı şəxsi görərək ona yaxınlaşmış, üzərində olan 1007 ABŞ dollarının 1710 manata dəyişmişdir. “Təzə Bazar” ərazisində olan zaman oğurladığı mirvari boyunbağını və üzərində “Cartier” sözü yazılmış ətiri 10 manata satmışdır. Həmin pulun müəyyən qismini şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra fərdi yaşayış evinə gələrək qərara gəlmişdir ki, oğurladığı digər əşyaları yəni 3 ədəd mobil telefonu, 2 ədəd ətiri, 1 ədəd televizoru və 1 ədəd medalı əvvəllər tanıdığı Masallı şəhər sakini Şahid5 fərdi yaşayış evində saxlasın. Bunun üçün də əvvələr tanımadığı şəxsə məxsus taksi ilə saat təxminən 12 radələrində fərdi yaşayış evindən çıxaraq Şahid5 fərdi yaşayış evinin qarşısına gəlmiş və taksidə olan 1 ədəd televizoru, 3 ədəd mobil telefonu, 2 ədəd ətiri və 1 ədəd medalı taksidən aşağı düşürmüşdür. Bundan sonra taksi onun yanından getmişdir. Xaqaninin darvazasını döymüşdür. Bir neçə dəqiqə sonra Xaqani qapını açmış və onunla görüşmüşdür. Bundan sonra Xaqaniyə yanında olan əşyaların ona məxsus olduğunu bildirmiş və onu fərdi yaşayış evində saxlamasını istəmişdir. Xaqani də onunla razılaşmış və həmin əşyaları fərdi yaşayış evinin həyətyanı sahəsinə qoymuşdur. Xaqani ilə sağollaşıb evinə gəlmişdir. 21 yanvar 2023-cü il tarixdə və xx.xx.2023-cü il tarxidə oğurluq yolu ilə əldə etdiyi pul vəsaitlərini öz şəxsi ehtiyacları üçün xərcləmişdir. xx.xx.2023-cü il tarixdə axşam Masallı RPŞ-nin əməkdaşları ona yaxənlaşaraq özlərini təqdim etmiş və Masallı şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən oğurluq törətməkdə şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarına səmimi olaraq Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən oğurluq etdiyini etiraf etmişdir. Bundan sonra Masallı RPŞnin əməkdaşları ilə birlikdə Masallı RPŞ-nə gəlmişdir. Hazırda maddi imkanı olmadığına görə zərərçəkmiş şəxsə qalan ziyan məbləğini işləyərək hissə-hissə ödəyə bilər. Məhkəmədən əməlindən peşman olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onun ünvan 3 ünvanında iki mərtəbəli fərdi yaşayış evi var. X12 ilə birlikdə 20 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində yaşayan oğlu Şahid2 yanına getmişdir. Masallı şəhərində yerləşən fərdi yaşayış evinə isə mütəmadi olaraq oğlu Şahid2 nəzarət etmişdir. Oğlu Şahid2 fərdi yaşayış evini yoxlamaq üçün xx.xx.2023-cü il tarixdə Masallı şəhərinə gəlmişdir. Həmin gün saat 16 radələrində oğlu Anar ona mobil telefonu ilə zəng edərək fərdi yaşayış evinin pəncərəsinin açılması yolu ilə dəhlizdəki televizorun oğurlanması barədə məlumat vermişdir. Bundan sonra Bakı şəhərindən çıxaraq Masallı şəhərində yerləşən fərdi yaşayış evinə gəlmişdir. Həmin vaxtı oğlu Anar və qaynı Şahid3 fərdi yaşayış evində olmuşdur. Evin 1-ci mərtəbəsinə baxan zaman oradan heç bir əşyanın oğurlanmadığını müəyyən etmişdir. Daha sonra fərdi yaşayış evinin 2-ci mərtəbəsinə çıxmışdır. Həmin vaxt fərdi yaşayış evinin ikinci mərtəbəsindəki zalda olan 1 ədəd “LG” markalı, plazma 140 ekran, qiyməti 2500 manat olan televizorun oğurlandığını müəyyən etmişdir. Bundan sonra fərdi yaşayış evinin ikinci mərtəbəsindəki yataq otağına daxil olmuşdur. Yataq otağında olan paltar dolabının içərisinə baxan zaman orada olan 1 ədəd “Nokia N73” markalı, qiyməti 100 manat olan mobil telefon, 1 ədəd “Apple” firmasına məxsus olan qiyməti 100 manat olan “İ-Pad”, 1 ədəd “Blackbery” firmasına məxsus, qiyməti 100 manat olan mobil telefon, 1 ədəd, qiyməti 200 manat olan mirvari boyunbağınının, 1 ədəd, qırmızı rəngli, üzərində “Cerise” sözləri yazılmış qiyməti 150 manat olan qadın ətiri, 2 ədəd, sarı rəngli, üzərində “Cartier” sözü yazılmış, birinin qiyməti 200 manat olmaqla 400 manat olan qadın ətiri, 1 ədəd qırmızı rəngli qabda olan Azərbaycan Respublikasının Prezidentinin 31 iyul 2018-ci il tarixli 371 nömrəli sərəncamı ilə verilmiş “Dövlət qulluğunda fərqlənməyə görə” medalın və həmin medalın vəsiqəsinin oğurlandığını görmüşdür. Bundan sonra həmin yataq otağındakı divanın matrasının altına baxmış və orada olan 10 ədəd 2 dollar, 12 ədəd 1 dollar, 4 ədəd 50 dollar, 4 ədəd 100 dollar, 15 ədəd 20 dollar, 15 ədəd 5 dollar olmaqla ümumilikdə 1007 dolların (1710 manat) pulun oğurlanmasını müəyyən etmişdir. Oğlu Şahid2 baş vermiş oğurluq hadisəsi ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə məlumat vermişdir.Sonradan onlara məlum olmuşdur ki, evlərindən Məmmədli Elsevər oğurluq etmişdir. İş üzrə baş vermiş oğurluq nəticəsində ona dəymiş maddi ziyanın 5276.90 manat olmaqla, 3165 manatı ödənilmişdir. Belə ki, evindən oğurlanan televizor, Azərbaycan Respublikasının Prezidentinin 31 iyul 2018-ci il tarixli 371 nömrəli sərəncamı ilə verilmiş “Dövlət qulluğunda fərqlənməyə görə” medal, medala dair vəsiqə, 02 ədəd qadın ətiri və telefonlar ilkin istintaq dövründə qaytarılıb. Ona dəymiş ziyan tam olaraq ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Odur ki, qanunda nəzərə tutulmuş qaydada təqsiləndirilən şəxsə cəza təyin ediılməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə teleqramla müraciət edərək ilkin istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, təhsili ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Lənkəran Dövlət Universitetinin Riyaziyyat-informatika müəllimliyi ixtisası üzrə ali təhsil alır. Həmin Universitetin 5-ci kurs tələbəsidir. xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə və ünvan 4 ünvanında birmərtəbəli fərdi yaşayış evi və həmin evin həyətyanı sahəsində yardımçı tikili var. Həmin tikilidə müxtəlif növ tikinti ləvazimatları və digər növ məişət əşyaları saxlamışdır. xx.xx.2023-cü il tarixdə saçını qırxmaq məqsədilə fərdi yaşayış evinin həyətyanı sahəsindəki yardımçı tikilidə olan saçqırxan maşınını götürmək qərarına gəlmişdir. Həmin saçqırxan maşını yardımçı tikilinin içərisində sellofan torbaya qoymuş və divardakı mismardan asmışdır. Yardımçı tikiliyə daxil olan zaman saçqırxan maşınının yerində olmadığını görmüşdür. Dərhal anası Şahid1 yanına çağırmış və saçqırxan maşının harada olduğunu soruşmuşdur. Anası Şahid1 da saçqırxan maşını götürmədiyini bildirmişdir. O və anası oğurluq olmasından şübhələnmiş və yardımçı tikilinin içərisini axtarmağa başlamışdır. Lakin saçqırxan maşınını tapa bilməmişdir. Yardımçı tikiliyə baxan zaman ona məxsus 30 manat dəyərində, 1 cüt qara rəngli dəri ayaqqabının, 5 manat dəyərində, 1 ədəd dəstəyi taxtadan olan çəkicin, 20 manat dəyərində, 15 metr uzunluğunda qara rəngli elektrik naqilinin, 20 manat dəyərində, boz rəngli dəlgecin, 1 ədəd 100 manat dəyərində su matorunun və 1 ədəd, 5 manat dəyərində vintaçanın oğurlandığını müəyyən etmişdir. Saçqırxan maşınının qiyməti 30 manat təşkil etmişdir. O və anası ilə bir neçə gün fərdi yaşayış evini axtarmış, lakin həmin oğurlanmış əşyaları tapa bilməmişdir. Buna görə də xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək baş vermiş oğurluq hadisəsi ilə bağlı məlumat vermişdir. Bir müddət sonra Masallı RPŞ-nin əməkdaşları fərdi yaşayış evinə gələrək oğurluq baş verən yerin fotoşəkillərini çəkmiş və baş vermiş oğurluq hadisəsi ilə bağlı onun ərizəsini almışlar. Daha sonra onun fərdi yaşayış evinin həyətyanı sahəsindəki yardımçi tikilidən oğurluq edən şəxsin Masallı şəhər sakini X7 olduğunu bilmişdir. Elsevər Məmmədlini tanımadığını və onunla aralarında əvvəllər heç bir ədavət və düşmənçilik olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 bacısının yoldaşıdır. Bacısı oğlu Şahid2 Bakı şəhərində işlədiyi üçün mütəmadi olaraq Zərərçəkmiş şəxs2 və bacısı Kəmalə Əbilova ilə birlikdə onun yanına getmişdir. xx.xx.2023-cü il tarixdə onlara məxsus fərdi yaşayış evini yoxlamaq üçün gəlmişdir. Həmin vaxtı bacısı oğlu Şahid2da onunla birlikdə olmuşdur. Fərdi yaşayış evinin ikinci mərtəbəsinə çıxmış, bu zaman ikinci mərtəbədəki plastik pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. Dərhal bacısı oğlu Şahid2 ilə birlikdə evin içərisinə daxil olmuşdur. Bu zaman dəhlizdə olan 1 ədəd 2500 manat dəyərində, 140 diaqonallı “LG” markalı televizorun yerində olmadığını görmüş və bu zaman bilmişdir ki, televizor oğurlanmışdır. Fərdi yaşayış evindən digər əşyalar da oğurlanmışdır. Sadəcə olaraq həmin əşyaların yerini dəqiq bilmədiyi üçün baçısının əri Zərərçəkmiş şəxs2 zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə saat sonra Zərərçəkmiş şəxs2 fərdi yaşayış evinə gəlmiş və görüşdükdən sonra fərdi yaşayış evinin ikinci mərtəbəsinə çıxmışdır. Bir müddət sonra Zərərçəkmiş şəxs2 fərdi yaşayış evinin ikinci mərtəbəsindəki yataq otağında olan paltar dolabının içərisindən ona məxsus olan 1 ədəd “Nokia N73” markalı, qiyməti 100 manat olan mobil telefonun, 1 ədəd “Apple” firmasına məxsus qiyməti 100 manat olan “İ-Pad”-in, 1 ədəd “Blackbery” firmasına məxsus, qiyməti 100 manat olan mobil telefonun, 1 ədəd, 20 qram çəkidə qiyməti 200 manat olan mirvari boyunbağınının, 1 ədəd, qırmızı rəngli, üzərində “Cerise” sözləri yazılmış qiyməti 150 manat olan qadın ətirinin, 2 ədəd sarı rəngli, üzərində “Cartier” sözü yazılmış, birinin qiyməti 200 manat olmaqla 400 manat olan qadın ətirinin, 1 ədəd qırmızı rəngli qabda olan Azərbaycan Respublikasının Prezidentinin 31 iyul 2018-ci il tarixli 371 nömrəli sərəncamı ilə verilmiş “Dövlət qulluğunda fərqlənməyə görə” medalın və həmin medalın vəsiqəsinin oğurlandığını bildirmişdir. Bundan sonra həmin yataq otağındakı divanın matrasının altından ona məxsus olan 10 ədəd 2 dollar, 12 ədəd 1 dollar, 4 ədəd 50 dollar, 4 ədəd 100 dollar, 15 ədəd 20 dollar, 15 ədəd 5 dollar olmaqla ümumilikdə 1007 dolların (1710 manat) pulunun oğurlandığını bildirmişdir. Dərhal Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Daha sonra fərdi yaşayış evindən oğurluq edən şəxsin Masallı şəhər sakini X7 olduğunu bilmişdir. Məhkəmə istintaqında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Masallı şəhəri Səfəralı Məmmədov küçəsi ev 8 ünvanında birmərtəbəli fərdi yaşayış evinin və həmin evin həyətyanı sahəsində yardımçı tikili vardır. Oğlu Zərərçəkmiş şəxs1 həmin tikilidə müxtəlif növ tikinti ləvazimatları, ayaqqabı və digər növ əşyalar saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində fərdi yaşayış evində yemək bişirən zaman oğlu Cəbrayıl həyətdən onu çağırmışdır. Həyətə düşmüşdür. Həmin vaxt oğlu Cəbrayıl fərdi yaşayış evinin həyətyanı sahəsindəki yardımçı tikilinin içərisində olmuş və onun yanına gələndə saçqırxan maşının harada olduğunu soruşmuşdur. Saçqırxan maşını götürmədiyini bildirmişdir. O və oğlu bu zaman oğurluq olmasından şübhələnmiş və yardımçı tikilinin içərisini axtarmağa başlamışdır. Həmin vaxt yardımçı tikilinin içərisində oğlunun saxladığı və ona məxsus olan 30 manat dəyərində, 1 cüt qara rəngli ayaqqabının, 5 manat dəyərində, dəstəyi taxtadan olan 1 ədəd çəkicin, 20 manat dəyərində, 15 metr uzunluğunda qara rəngli elektrik naqilinin, 20 manat dəyərində, boz rəngli dəlgecin, 100 manat dəyərində 1 ədəd su matorunun və 5 manat dəyərində, 1 ədəd vintaçanın oğrulandığını müəyyən etmişdir. Oğluna məxsus saçqırxan maşının qiyməti 30 manat təşkil etmişdir. Oğlu ilə bir neçə gün fərdi yaşayış evini axtarmış, lakin həmin oğurlanmış əşyaları tapa bilməmişdir. Buna görə də oğlu Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək baş vermiş oğurluq hadisəsi ilə bağlı məlumat vermişdir. Bir müddət sonra Masallı RPŞ-nin əməkdaşları fərdi yaşayış evinə gələrək oğurluq baş verən yerin fotoşəkillərini çəkmiş və baş vermiş oğurluq hadisəsi ilə bağlı oğlunun ərizəsini almışdır. Daha sonra fərdi yaşayış evindən oğurluq edən şəxsin Masallı şəhər sakini X7 olduğunu bilmişdir. Elsevər Məmmədlini tanımamış və onunla aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. İş üzrə Şahid2 məhkəməyə teleqramla müraciət edərək ilkin istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə və Masallı RPŞ-nə ərizə ilə müraciət etmişdir. ünvan 5 ünvanında atası Zərərçəkmiş şəxs2 məxsus ikimərtəbəli fərdi yaşayış evi var. Özü Bakı şəhərində işlədiyi üçün atası və anası da mütəmadi olaraq onun yanında qalmışdır. Masallı şəhərində yerləşən fərdi yaşayış evinə nəzarət etmişdir. xx.xx.2023-cü il tarixdə fərdi yaşayış evini yoxlamaq üçün gəlmişdir. Həmin vaxtı fərdi yaşayış evində heç bir dağınıqlıq olmamışdır. xx.xx.2023-cü il tarixdə yenidən Masallı şəhərində yerləşən fərdi yaşayış evini yoxlamaq üçün gəlmişdir. Həmin vaxtı dayısı Şahid3 da onu birlikdə olmuşdur. Fərdi yaşayış evinin ikinci mərtəbəsinə çıxmışdır. Bu zaman ikinci mərtəbədəki plastik pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. Dərhal dayısı ilə birlikdə evin içərisinə daxil olmuşdur. Bu zaman dəhlizdə olan 1 ədəd 2500 manat dəyərində, 140 diaqonallı “LG” markalı televizorun yerində olmadığını görmüş və bu zaman bilmişdir ki televizor oğurlanmışdır. Fərdi yaşayış evindən digər əşyaların da oğurlanmışdır. Sadəcə olaraq həmin əşyaların yerini dəqiq bilmədiyi üçün atası Zərərçəkmiş şəxs2 zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə saat sonra atası Zərərçəkmiş şəxs2 fərdi yaşayış evinə gəlmiş və görüşdükdən sonra fərdi yaşayış evinin ikinci mərtəbəsinə çıxmışdır. Bir müddət sonra atası fərdi yaşayış evinin ikinci mərtəbəsindəki yataq otağında olan paltar dolabının içərisindən ona məxsus olan 1 ədəd “Nokia N73” markalı, qiyməti 100 manat olan mobil telefonun, 1 ədəd “Apple” firmasına məxsus olan qiyməti 100 manat olan “İ-Pad”-in, 1 ədəd “Blackbery” firmasına məxsus, qiyməti 100 manat olan mobil telefonun, 1 ədəd, 20 qram çəkidə qiyməti 200 manat olan mirvari boyunbağınının, 1 ədəd, qırmızı rəngli, üzərində “Cerise” sözləri yazılmış qiyməti 150 manat olan qadın ətirinin, 2 ədəd, sarı rəngli, üzərində “Cartier” sözü yazılmış, birinin qiyməti 200 manat olmaqla 400 manat olan qadın ətirinin, 1 ədəd qırmızı rəngli qabda olan Azərbaycan Respublikasının Prezidentinin 31 iyul 2018-ci il tarixli 371 nömrəli sərəncamı ilə verilmiş “Dövlət qulluğunda fərqlənməyə görə” medalın və həmin medalın vəsiqəsinin oğurlandığını bildirmişdir. Bundan sonra həmin yataq otağındakı divanın matrasının altından ona məxsus olan 10 ədəd 2 dollar, 12 ədəd 1 dollar, 4 ədəd 50 dollar, 4 ədəd 100 dollar, 15 ədəd 20 dollar, 15 ədəd 5 dollar olmaqla ümumilikdə 1007 dolların (1710 manat) pulunun oğurlandığını bildirmişdir. Dərhal Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir müddət sonra Masallı RPŞ-nin əməkdaşları fərdi yaşayış evinə gələrək oğurluq baş verən yerin fotoşəkillərini çəkmiş və onun ərizəsini almışdır. Oğurluq nəticəsində atasına ümumilikdə 5260 manat məbləğində maddi ziyan dəymişdir. Daha sonra fərdi yaşayış evindən oğurluq edən şəxsin Masallı şəhər sakini X7 olduğunu bilmişdir. Elsevər Məmmədlini tanıdığını bildirmişdir. Onunla orta məktəbdə birlikdə oxumuşdur və Elsevər Məmmədli ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, bir müddət əvvəl xarici pulların dəyişilməsi ilə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə Masallı şəhər ərazisində yerləşən “Təzə Bazar” adlanan yerdə olan zaman əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Masallı şəhər sakini X7 onun yanına gələrək salamlaşmışdır. Bundan sonra Elsevər Məmmədli 1007 ABŞ dollarının olduğunu və həmin pulu Azərbaycan manatı ilə dəyişmək istədiyini bildirmişdir. Elsevər Məmmədliyə 1007 ABŞ dollarının 1710 Azərbaycan manatı olduğunu bildirmişdir. Elsevər Məmmədli onunla razılaşmış və ona 1007 ABŞ dolları vermişdir. Həmin pulu götürmüş və Elsevər Məmmədliyə 1710 manat pul vermişdir. Elsevər Məmmədliyə verdiyi pul əskinazları 100 manatlıq, 50 manatlıq və 10 manatlıq pul əskinazlarından ibarət olmuşdur. Bundan sonra Elsevər Məmmədli onunla sağollaşmış və yanından uzaqlaşaraq getmişdir. Daha sonra Elsevər Məmmədlinin 1007 ABŞ dollarını oğurluq yolu ilə əldə etdiyini bilmişdir. Elsevər Məmmədlinin əvvəllər tanımamış və onunla aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid X9 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Masallı şəhəri Digah küçəsi ev 15-də yerləşən fərdi yaşayış evində olan zaman darvazanın döyüldüyünü eşitmişdir. Darvazanı açan zaman əvvəllər tanıdığı Masallı şəhər sakini X6 görmüşdür. Həmin vaxtı Elsevər Məmmədlinin yanında “LG” markalı televizor və əlində qara rəngli sellofan torba olmuşdur. Elsevər Məmmədli ilə görüşmüşdür. Bundan sonra Elsevərin yanında olan əşyaların kimə məxsus olduğunu soruşmuşdur. Elsevər də həmin əşyaların ona məxsus olduğunu bildirmiş və həmin əşyaları fərdi yaşayış evində saxlamağını istəmişdir. Həmin əşyaları fərdi yaşayış evində saxlayacağını bildirmişdir. Bundan sonra Elsevər “LG” markalı televizoru və qara rəngli sellofan torbanı fərdi yaşayış evinin həyətyanı sahəsinə qoyaraq getmişdir. Bundan sonra qara rəngli sellofan torbanı açmış və torbanın içərisində 2 ədəd ətirin, 3 ədəd mobil telefonun və 1 ədəd medalın olduğunu görmüşdür. 15 fevral 2023-cü il tarixli maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə X7 tərəfindən oğurlanmış 1 ədəd saçqırxan maşın, 1 cüt qara rəngli dəri ayaqqabı, 1 ədəd dəstəyi taxtadan olan çəkic, 1 ədəd boz rəngli dəlgec və 1 ədəd vintaçan 15 fevral 2023-cü il tarixdə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 geri qaytarılmışdır. 14 fevral 2023-cü il tarixli maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-ci il tarixdə X7 tərəfindən oğurlanmış 1 ədəd “LG” markalı, plazma tipli, 140 dioqanallı ekran televizor, 1 ədəd “Nokia N73” markalı mobil telefon, 1 ədəd “Apple” firmasının istehsalı olan “İ-Pad”, 1 ədəd “Blackbery” markalı mobil telefon, 1 ədəd, qırmızı rəngli, Fransa istehsalı, “Cerise”markalı qadın ətiri, 1 ədəd sarı rəngli, Fransa istehsalı, “Cartier” markalı qadın ətiri, 1 ədəd “Dövlət qulluğunda fərqlənməyə görə” medal, medal qutusu və həmin medalın verilməsi haqqında vəsiqə 14 fevral 2023-cü il tarixdə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs2 geri qaytarılmışdır. Cinayət işinin materiallarında olan 09 yanvar 2023-cü il tarixli hadisə yerinə baxış ptokolundan görünür ki, X3 02 yanvar 2023-cü il tarixdə oğurluq etdiyi yer-Masallı şəhər S.Məmmədov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki yardımçı tikilidir. Cinayət işinin materiallarında olan 21 yanvar 2023-cü il tarixli hadisə yerinə baxış ptokolundan görünür ki, X3 21 yanvar 2023-cü il tarixdə oğurluq etdiyi yer-Masallı şəhər H.Əliyev prospekti döngə 3, ev 1-də yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin ikinci mərtəbəsidir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin arayışından görünür ki, -1 ədəd “LG” markalı, plazma tipli, 140 ekran televizorun qiyməti 2500 manat, 1 ədəd “Nokia N73” markalı mobil telefonun qiyməti 100 manat, 1 ədəd “Apple” firmasının istehsalı olan “İ- Pad”in qiyməti 100 manat, 1 ədəd "Blackbery” markalı mobil telefonun qiyməti 100 manat, 1 ədəd 20 qram çəkidə, mirvari boyunbağının qiyməti 200 manat, 1 ədəd, qırmızı rəngli Fransa istehsalı, “Cerise”markalı qadın ətirinin qiyməti 150 manat, 2 ədəd sarı rəngli, Fransa istehsalı, "Cartier" markalı qadın ətirlərinin 1 ədədinin qiyməti 200 manat olmaqla cəmi qiyməti 400 manat, 1 ədəd qırmızı rəngli medal qutusunun qiyməti 15 manat, 1 cüt qara rəngli dəri ayaqqabının qiyməti 30 manat, 1 ədəd dəstəyi taxtadan olan çəkicin qiyməti 5 manat, 15 metr uzunluğunda qara rəngli, 2x2 ölçülü, 1 metrinin qiyməti 1.30 manat olmaqla, cəmi qiyməti 19.50 manat,1 ədəd Türkiyə istehsalı olan "Mas” markalı boz rəngli dəlgecin qiyməti 20 manat, 1 ədəd Rusiya istehsalı olan Aqidel markalı su mattorunun qiyməti 100 manat, 1 ədəd Almaniya istehsalı olan, “Mocer” markalı saçqırxan maşının qiyməti 30 manat, 1 ədəd vintaçanın qiyməti 5 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X10 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, təqsirləndirilən şəxs X4 “Opioidlərin və stimlyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə olunması zərurəti vardır, məcburi müalicəyə qarşı əks göstərişi yoxdur, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bununla da, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərşəkmiş şəxs və şahidlərin ifadələrsi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4 və 326.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərşəkmiş şəxslərin və şahidlərin ifadələri, qiymətləndirmə rəyi, eləcə də, işin faktiki halları ilə təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3, 177.2.4 və 326.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə, yəni oğurluq əməlini təkrar yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədilmə və rəsmi sənədi tamah məqsədi və ya digər şəxsi niyyətlə talama cinayət əməlini törətməsi üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini X3 törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 326.1-ci maddələri əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Masallı rayon İHB Masallı şəhər İƏDÜ Nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, C.Cabbarlı küçəsi, ev 32-də qeydiyyatdadır, o, yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs X3 əməlində CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar yoxdur, lakin məhkəmə həmin Məcəllənin 59.2-ci maddəsini əsas götürərək təqsirləndirilən şəxs X3 törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs X3 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallardan yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, X7 əvəllər məhkum olunmuş şəxsdir, şəxsiyyətinə görə cinayətə meyillidir. Bu halda məhkəmə hesab edir ki, ona bu cinayət əməli üzrə yalnız azadlıqdan məhrumetmə ilə əlaqədar cəza təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Həmçinin ona Masallı Rayon Məhkəməsinin 1(050)-23/2022 saylı, 24 yanvar 2023-cü il tarixli hökmü üzrə təyin olunmuş cəzaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində qeyd edilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X7 23 yanvar 2023-cü il tarixdə, saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X10 Yoxlamanın nəticələrinə dair rəyini tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxs X3 narkomaniyadan məcburi müalicə olunması zərurəti vardır, məcburi müalicəyə qarşı əks göstərişi yoxdur, ona görə də Cinayət Məcəlləsinin 93.1.2.-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apelyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qanunun tələbinə əsasən X3 şübhəli şəxs qismində tutulduğu müddət təyin olunacaq cəzaya hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxs X7 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. X2 məhkəmə xərci 30 (otuz) manat tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********,M\h;AZ80NABZ********************,SWİFTBRESAZ22,İBAN,AZ11BRES************ ******** hesabına köçürülməlidir. Maddi sübut 1 ədəd “LG” markalı, plazma tipli, 140 dioqanallı televizor, 1 ədəd “Nokia N73” markalı mobil telefonun, 1 ədəd “Apple” firmasının istehsalı olan “İ-Pad”, 1 ədəd “Blackbery” markalı mobil telefonun, 1 ədəd, qırmızı rəngli, Fransa istehsalı, “Cerise” markalı qadın ətirinin, 1 ədəd sarı rəngli, Fransa istehsalı, “Cartier” markalı qadın ətirinin, 1 ədəd “Dövlət qulluğunda fərqlənməyə görə” medalın, medal qutusunun və həmin medalın verilməsi haqqında vəsiqənin Zərərçəkmiş şəxs2 və 1 ədəd saçqırxan maşının, 1 cüt qara rəngli dəri ayaqqabının, 1 ədəd dəstəyi taxtadan olan çəkicin, 1 ədəd boz rəngli dəlgecin və 1 ədəd vintaçanın Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın ödənilməmiş hissəsinin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah olunmalıdır. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddəsini rəhbər tutaraq, məhkəmə hökm etdi: X7 Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 326.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrumetmə cəzalarını tam toplamaq yolu ilə X5 qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzası, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla X5 qəti olaraq 04 (dörd) il, 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X3 23 yanvar 2023-ci il tarixdə şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət ona təyin olunmuş azadlıqdan mərhumetmə cəzasına daxil edilsin və üzərində 04 (dörd) il, 02 (iki) ay, 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X7 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “LG” markalı, plazma tipli, 140 dioqanallı televizor, 1 ədəd “Nokia N73” markalı mobil telefon, 1 ədəd “Apple” firmasının istehsalı olan “İ-Pad”, 1 ədəd “Blackbery” markalı mobil telefon, 1 ədəd, qırmızı rəngli, Fransa istehsallı, “Cerise” markalı qadın ətiri, 1 ədəd sarı rəngli, Fransa istehsallı, “Cartier” markalı qadın ətiri, 1 ədəd “Dövlət qulluğunda fərqlənməyə görə” medal, medal qutusu və həmin medalın verilməsi haqqında vəsiqənin Zərərçəkmiş şəxs2, 1 ədəd saçqırxan maşının, 1 cüt qara rəngli dəri ayaqqabının, 1 ədəd dəstəyi taxtadan olan çəkicin, 1 ədəd boz rəngli dəlgecin və 1 ədəd vintaçanın Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. X2 məhkəmə xərci 30 (otuz) manat tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES******************** hesabına köçürülsün. Zərərçəkmiş şəxs2 ödənilməmiş 2111,90 manat və Zərərçəkmiş şəxs1 ödənilməmiş 125 manat maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Hökm elan edildiyi vaxtdan, təqsirləndirilən şəxs X7 isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar